Məhkəmə qərarları › İş №1(006)-131/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-131/2020

25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-131/2020 25.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi ev 86-da qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamışdır. Belə ki, o,xx xxxxxx 2020-ci il tarixdə saat 11:30radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” kimi adlanan yayayış sahəsindənistintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi olmadan şəxsiistehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli siqaret kağızının içərisindəsellofan bükümdə təmiz çəkisi 0,204 qram narkotik vasitə olan heroini 10 manata əldəedib əynindəki qara rəngli klassik şalvarın sağ yan cibində saxlamaqla daşımış, 17fevral 2020-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, SəmədVurğun küçəsində yerləşən “Qış Parkında” Nəsimi rayon Polis İdarəsinin 21-ci PolisBölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin bölməyə gətirildikdən sonraonun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli klassik şalvarın sağyan cibində bir ədəd gümüşü rəngli siqaret kağızının içərisində sellofan bükümdə təmizçəkisi 0,204 qram maddə kütləsi olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinaşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi ev 86-da qeydiyyatda olsa da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi nömrəsiz evdə ailəsi ilə birlikdə yaşamış, heç bir yerdə işləməmiş vəəvvəllər məhkum edilmişdir. Azadlığa çıxdıqdan sonra o, narkotik vasitlərdən istifadə etməyə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 10:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka" kimi adlanan yerə gəlmiş və əvvəllər də narkotik vasitə olan heroin aldığı oğlandan 10 manat verib bir ədəd gümüşü rəngli siqaret kağızının içərisində sellofan bükümdə heroini alıb əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoymuş və əlverişli şəraitdə həmin narkotik vasitəniistifadə etməyi düşünmüşdür. Daha sonra narkotik vasitəni aldığı “Kubinka" adlanan yerdən piyada Səməd Vurğun küçəsində yerləşən “Qış Parkı” adlanan əraziyə gəlmiş və təxminən saat 11:30 radələrində mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşmışdır.Ona özünü 21-ci Polis Bölməsinin əməkdaşları kimi təqdim etdikdən sonra ondan şəxiyyəti barədə məlumat öyrənmişlər. O, polis əməkdaşlarına şəxsiyyəti barədə məlumat vermişdir. Polis əməkdaşları ondan üstündə narkotik vasitə və ya hər hansı qanunsuz əşyanın olub-olmadığını soruşduqda polis işçilərinə üzərində heç bir qanunsuz əşya olmadığını demişdir. Daha sonra polis əməkdaşları onu avtomobillə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparmışlar.Polis Bölməsində ondan yenidən üzərində narkotik vasitə olub-olmadığı soruşulmuş və üzərinə şəxsi axtarış keçiriləcəyi ona izah edilmişdir. Onun olduğu otağa hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkil dəvət edilmiş,daha sonra otağa videoçəkiliş aparmaq üçün mütəxəssis dəvət olunmuş və müdafiəçi ona təqdim edildikdən sonra müdafiəçisi videoçəkiliş zamanı şəxsi axtarışda iştirak etməkdən imtina etmiş, o isə vəkilin iştirakı olmadan üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Beləliklə, üzərinə şəxsi axtarışa başlamazdan əvvəl polis əməkdaşı ondan üzərində qanunsuz hər hansı bir əşyanın və maddənin olub olmadığını soruşmuş, o isə əynindəki qara rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızının içərisində sellofan paketdə olan bükümü çıxarıb stolun üstünə qoymuşdur. Daha sonra üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, lakin əlavə olaraq qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Polis əməkdaşı bükümü açıb ondan bükümün içərisindəkinin nə olduğunu soruşduqda, o, bükümdəkinin heroin olduğunu və heroni həmin günü 10 manata "Kubinka" adlanan ərazidən aldığını demişdir. Heroni aldğı şəxsin 30-35 yaşında bir şəxs olmasını, bədən quruluşunun arıq olmasını, onun üzünü görərsə tanıyacağını, lakin həmin şəxsin haqqında əlavə məlumatının olmamasını demişdir. Heroini şəxsi istifadəsi üçün aldığını və saxlandığı üçün istifadə edə bilmədiyini bildirmişdir. Daha sonra heroin olan büküm zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, bu barədə protokol yazılmış, protokolu otaqda olan şəxslər imza etmişlər. Videoçəkiliş dayandırıldıqdan sonra bir müddət çəkilişə onun iştirakı ilə baxış aparılmışdır. Sonda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və narkotik vasitələrdən istifadə etməklə yalnız özünə zərər verdiyini nəzərə alaraq, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə Polis Bölməsinə Bakı şəhərində yaşayan “Faiq" adlı şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Faiq” adlı şəxsin müəyyən edilməsi üçün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılması məqsədilə 21ci Polis Bölməsinin rəisinə onun tərəfindən raportla məruzə edilmiş və bölmə rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli qərara əsasən əməliyyat tədbiri keçirilməsi zərurəti yaranmış və bölmənin baş əməliyyat müvəkkili Şahid2 və o da daxil olmaqla əməliyyat qrupu yaradılmışdır. “Faiq” adlı şəxsin zahiri əlamətləri barədə onlara məlumat verildikdən sonra xx xxxxxx 2020-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Qış Parkı” adlanan istirahət parkında olan zaman əlamətləri “Faiq” adlı şəxsin əlamətlərinə oxşar olan bir nəfəri görüb həmin şəxsə yaxınlaşmışlar, ona özlərini 21-ci Polis Bölməsinin əməkdaşları kimi təqdim etdikdən sonra ondan kim olduğunu soruşduqda həmin şəxs onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra həmin şəxsdən üzərində qanunsuz və gəzdirilməsi qadağan edilən əşyanın və ya maddənin olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində qanunsuz heç nəyin olmadığını demiş və bundan sonra onlar Təqsirləndirilən şəxs 21-ci Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində onun şəxsiyyəti tam müəyyən edilərək, onun həqiqətən də özünü təqdim etdiyi kimi Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi izah edildikdən sonra otağa dövlət vəsaiti hesabına təhqiqatçı tərəfindən Nəsimi rayonunun inzibati ərazisində fəaliyyət göstərən Vəkil Bürosundan vəkil və şəxsi axtarışın nəticələrini videokamera ilə qeydə almaqdan ötrü Nəsimi Rayon Polis İdarəsinin kriminalisti dəvət edilmişdir. İştirakçılara hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs müdafiəçisi videoçəkilişdə iştirak etməkdən imtina etdiyini bildirmiş və Təqsirləndirilən şəxs müdafiəçisinin təklifinə etiraz etməmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və maddənin olub-olmadığı soruşulmuş, əgər olarsa könüllü təqdim etməsi onun nəzərinə çatdırılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızının içərisində sellofan paketdə olan bükümü çıxarıb stolun üstünə qoymuşdur. Daha sonra, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin qanunsuz və şübhəli hər hansı predmet aşkar olunmamışdır. Büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz şəkilində, kəskin iyi olan maddənin olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin nə olduğu soruşulmuş və Təqsirləndirilən şəxs bükümdəki maddənin heroin olduğunu və heroni həmin günü 10 manata “Kubinka” adlanan ərazidən şəxsi istifadəsi üçün aldığını demişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş büküm zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, bu barədə protokol yazılmış və protokol iştirakçıların hər biri tərəfindən imza edilmişdir. Videoçəkiliş dayandırıldıqdan sonra iştirakçılar tərəfindən çəkilişə baxış aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin təhqiqatçısı Müsəllim Müsəllimov tərəfindən tərtib edilmiş və həmin idarənin əməliyyat müvəkkili Şahid1, baş əməliyyat müvəkkili Şahid2, mütəxəssis X4, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx xxxxxx 2020ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman şübhəli şəxsə üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli klassik şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına və şəffaf rəngli sellofana bükülmüş 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi qara rəngli klassik şalvarın və əynindəki qara rəngli gödəkcənin ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra, əynində olan göy rəngli köynəyin boynuna baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şalvarının kəmərini açması tələb olunmuş, o, şalvarının kəmərini çıxaranda kəmərin içərisindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarması tələb olunmuş o, ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmiş və ona ayaqqabısını geyinməsini və üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu siqaretin gümüşü kağızına və şəffaf rəngli sellofana bükülmüş 1 ədəd bükülüdə olan vasitənin el içində “Kokos” adlanan narkotik vasitə olduğunu bildirmişdir. Ondan həmin 1 ədəd bükülünü haradan əldə etməsini və nə məqsədlə üzərində gəzdirməsini sual etdikdə, həmin şəxs uzun müddətdir narkotik vasitə istifadə etdiyini, xx xxxxxx 2020-ci il tarixdə, saat 10:30 radələrində öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra, iştirakçılara həmin 1 ədəd bükülüdə olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra, içərisində narkotik vasitəyə bənzər maddə olan 1 ədəd bükülü zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 21-ci PBnin zərflər üçün nəzərdə tutulmuş 179 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır (i/v 48-53). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4140 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “.....Şübhəli şəxs Təqsirləndirilən şəxs.....” əl yazıları və AR DİN “Zərflər üçün №189” möhür əksi olan 01 ədəd bükümdə təmiz çəkisi – 0,204 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 60-63). İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş 0,204 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,154 qram olan narkotik vasitə olan heroinin saxlanması üçün Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsinə verilməsi qərara alınmışdır (i/v 107-108). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx xxxxxx 2020-ci il tarixli, 433 saylı rəyin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində NARKOMANİYA xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi norkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 115-116). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 110-113). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və Nəsimi rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(006)-81/2020 saylı qərarı ilə onun barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 28- 29, 99-100). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası DİN-in Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan ümumi qalıq çəkisi 0,154 qramolan narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-131/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərara əsasən xx xxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhukm edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri NəsimiRayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,204 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,154 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmün icrası Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar