Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-131/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 və qanuni nümayəndəsi X3, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yurtçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmayan, Naxçıvan MR, Kəngərli rayonu, Yurdçü kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddləri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən zərərçəkmiş şəxslərin cibindən çıxarmaq yolu ilə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdə saat 14:00 radələrində "xxxx" QSC-nin “Nizami” stansiyasından metronun “Qara Qarayev” stansiyasına getməkdən ötrü “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatara metronun “Nizami” stansiyasında minmiş sərnişin yetkinlik yaşına çatmayan şəxs Zərərçəkmiş şəxs1 əynində olan qış gödəkçəsinin sağ yan cibindən 450 manat dəyərində olan “Redmi Note 9” markalı **********13618 və **********13626 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 10 manat olan telefon kabrosunu, həmin telefonun üzərindəki dəyəri 4 manat olan ekran qoruyucusunu, həmin telefonun üzərindəki dəyəri 40 manat olan ***-***- **-** saylı GSM nömrəni və həmin telefonun üzərində olan dəyəri 5 manat olan ***-***-**-** saylı GSM nömrən metronun “28 May” stansiyasında qatarda gizli talayaraq zərərçəkmiş şəxs N.V.Əhmədova ümumilikdə 509 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən, 09 dekabr 2022-ci il tarixdə saat 18:00 radələrində "xxxx" QSC-nin “28 May” stansiyasından metronun “İçəri Şəhər” stansiyasına getməkdən ötrü “İçəri Şəhər” stansiyası istiqamətində hərəkətdə olan qatarın metronun “28 May” stansiyasından dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq İstəyən sərnişin yetkinlik yaşma çatmayan şəxs Zərərçəkmiş şəxs2 əynində olan açıq qəhvəyi rəngli paltonun sağ yan cibindən sonuncuya məxsus dəyəri 840 manat olan bir ədəd «Redmi 9» markalı, **********243202 və **********23210 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 7 manat olan telefon kabrosunu, dəyəri 5 manat olan ekran qoruyucusunu və dəyəri 15 manat ***-***-**- ** saylı GSM nömrəni çıxarıb gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 867 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, kirayədə yaşadığı evin aylıq kirayə haqqını ödəyə bilmədiyi üçün o, oğurluq etmək qərarına gəlmişdir. O, metrodan istifadə etdiyi üçün metronun platformasında sıxlıq olduğunu bilmişdir. Buna görə də o, metroda vətəndaşların cibindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlədə o, xx.xx.2022-ci il tarixdə "xxxx" QSCnin “20 Yanvar” stansiyasından saat 14:00 radələrində metroya daxil olmuşdur. O, “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarın dəqiq yadında qalmayan vaqonuna minmişdir. Həmin vaxt qatarda sıxlıq olmuşdur. Həmin vaxt onun yanında dayanmış adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs1 əynində olan qış gödəkçəsinin cibində olan mobil telefon diqqətini cəlb etmişdir. O, Zərərçəkmiş şəxs1 cibində olan mobil telefonu götürmüşdür. O, mobil telefonu götürən zaman ətrafda olan sərnişinlər onun telefon götürməyini görməmişlər. Vaqonda sərnişinlərin sıxlığından istifadə edərək o, Zərərçəkmiş şəxs1 yaxınlaşmış və onun mobil telefonunu cibindən götürmüşdür. O, metronun Nizami stansiyasında qatardan düşərək metronu tərk etmişdir. O, metrodan çıxan zaman oğurladı telefonun “Redmi Note 9” markalı mobil telefon olduğunu bilmişdir. Oğurladığı mobil telefonun üzərində olan 2 ədəd mobil nömrəni, bir ədəd kaburonu və bir ədəd ekran qoruyucusunu çıxardıb atmışdır. Özü əvvəllər telefon təmiri ilə məşğul olduğu üçün telefonu format etmişdir. Telefon format olandan sonra isə ekran klidi silinmişdir. O, telefonu tanımadığı şəxsə sənədsiz 80 manat satmışdır. Bundan başqa, təkrarən xx.xx.2022-ci il tarixdə saat 18 radələrində o, metronun “28 May” stansiyasına gəlmişdir. Həmin vaxt platformada çoxlu sayda sərnişin olduğundan platforma sıxlıq olmuşdur. O, metronun “İçəri Şəhər” istiqamətinə gedən qatarı gözləmişdir. Həmin vaxt onun yanında dayanmış adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs2 əynində olan açıq qəhvəyi rəngli paltonun cibindəki mobil telefon diqqətini cəlb etmişdir. O, Zərərçəkmiş şəxs2 cibində olan mobil telefonu götürmüşdür. O, mobil telefonu götürən zaman ətrafda olan sərnişinlər onun telefon götürməyini görməmişdirlər. Platformada sərnişinlərin sıxlığından istifadə edərək o, özünü Zərərçəkmiş şəxs2 qızma sıxmış və onun mobil telefonunu cibindən götürmüşdür. O, metronun “28 May” stansiyasını tərk etmişdir. O, metrodan çıxan zaman oğurladığı telefonun “Redmi 9” markalı mobil telefon olduğunu bilmişdir. Oğurladığı mobil telefonun üzərində olan 1 ədəd mobil nömrəni, bir ədəd kaburonu və bir ədəd ekran qoruyucusunu çıxardıb atmışdır, O, telefonu tanımadığı şəxsə sənədsiz 100 manat satmışdır. 13 dekabr 2022-ci il tarixdə o, saat 21 radələrində metronun “Nizami” stansiyasında olan zaman bir nəfər mülki geyim olan şəxs ona yaxınlaşmışdır. Həmin şəxs özünü ona təqdim edərək Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşı olduğunu demişdir. Daha sonra həmin polis əməkdaşı onu Bakı Metropolitenində Polis Şöbəsinə dəvət etmişdir. Polis Şöbəsində etdiyi hər iki əməli səmimi olaraq etiraf etmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə o, Bakı Metropolitenin polis şöbəsinin əməkdaşı tərəfindən saxlanılan zaman da ona qarşı fiziki zor tətbiq edilməməmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımadığını, mobil telefonlarəı oğurlayarkən ona heç kim köməklik göstərmədiyini, məsləhət vermədiyini, hadisə ilə bağlı heç kimin məlumatı olmadığını, pula ehtiyacı olduğu üçün həmin mobil telefonları sataraq əldə etdiyi pulu ailəsi üçün xərclədiyini bildirmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, evli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, CD diskdə olan videogörüntülər və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində o, "xxxx" QSC-nin “28 May” stansiyasına daxil olmuşdur. Həmin vaxt platformada çoxlu sayda sərnişin olduğundan sıxlıq olmuşdur. O, metronun “28 May” stansiyasının platformasında dayanıb “İçəri şəhər” istiqamətində hərəkət edən qatarı gözləmişdir. Həmin vaxt ona məxsus olan ***-***-**-** nömrə altında istifadə etdiyi “Redmi 9” markalı **********43202 və **********43210 İmel kodlu mobil telefonu əynində olan açıq qəhvəyi rəngli paltosunun sağ yan cibində olmuşdur. O, “28 May” stansiyasından qatara minərək metronun “İçəri Şəhər” stansiyasına getmişdir. O, metronun “İçəri Şəhər” stansiyasında olan zaman naməlum şəxs(lər) tərəfindən telefonunun oğurlandığını aşkar etmişdir. Bundan başqa o, əynində olan açıq qəhvəyi rəngli paltonun sağ yan cibindən “Relmi 9” markalı **********43202 və **********43210 İmei kodlu mobil telefonu oğurlayan şəxsi görmədiyini, “Redmi 9” markalı mobil telefonu təxminən 2 il bundan əvvəl valideynləri Oğuz rayonundan 840 manat aldıqlarını, oğurlanmış “Redmi 9” markalı mobil telefonun üzərində olan 070-710-83- 90 GSM nömrə olduğunu, həmin nömrəni 15 manat aldığını, oğurlanmış “Redmi 9” markalı mobil telefonun üzərində olan ekran qoruyucusunu 5 manata, telefon kaburosunu isə 7 manat aldığını, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 867 manat maddi ziyan dəydiyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməsini və hazırda sonuncuya qarşı heç bir şikayət və tələbi olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13:45 radələrində təhsil aldığı Tibb Kollecindən çıxaraq piyada metronun “Nizami” stansiyasına gəlmişdir. O, metronun “Nizami” stansiyasında platformada dayanıb metronun “Qara Qarayev” stansiyasına getməkdən ötrü “Həzi Aslanov” stansiyası istiqamətində gedən qatarı gözləmişdir. Platformada çoxlu sayda sərnişin olduğundan sıxlıq olmuşdur. Həmin vaxt ona məxsus olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr altında işlədiyi “Redmi Note 9” markalı **********13618 və **********13626 İmel kodlu mobil telefonum əyinində olan qış gödəkçəsinin sağ yan cibinində olmuşdur. Metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatar platformada dayanmışdır. O, həmin qatarın yadında qalmayan vaqonuna minmişdir. Həmin vaxt qatarın vaqonunda da çoxlu sayda sərnişin olmuş və vaqon sıxlıq olmuşdur. Qatar metronun “28 May” stansiyasında dayanmışdır. Həmin vaxt o, qış gödəkçəsinin sağ yan cibində olan mobil telefonunu götürmək istəmişdir. Lakin telefonu cibində olmamışdır. O, telefonunun oğurlandığını aşkar etmiş və yaşadığı evə getmişdir. bundan başqa o, əynində olan qış gödəkçəsinin sağ yan cibində ona məxsus mobil telefonu oğurlayan şəxsi görmədiyini, həmin telefonu 450 manata aldığını, ona məxsus naməlum şəxs tərəfindən oğurlanmış telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrəni 40 manata, ***-***-**-** saylı mobil nömrəni 5 manata, ekran qoruyucusunu 4 manata telefon kaburosunu isə 10 manata aldığını, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 509 manat maddi ziyan dəydiyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Hazırda sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 43-44-cü vərəqələrində olan 13 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 97-101-ci vərəqələrində olan Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 dekabr 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində, yəni 13 mart 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 108-111-ci vərəqələrində olan Yasamal Rayon Məhkəməsinin 19 yanvar 2022-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri həbsdə saxlama müddəti nəzərə alınmaqla ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinə 153-154-cü vərəqələrində Nəsimi Rayon Məhkəməsinin 03 mart 2023cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 20-21-ci vərəqələrində olan qanuni nümayəndə qismində tanınma haqqında 13 dekabr 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə vətəndaş R.A.Əhmədova Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 62-ci vərəqəsində olan qanuni nümayəndə qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə vətəndaş V.N.Cəfərov G.X.Cəfərovanın qanuni nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 107-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 16 yanvar 2023cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 90-cu vərəqəsində "xxxx" QSC-nin müşahidə kameralarına qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində metronun “28 May” stansiyasının platformasında sərnişin Zərərçəkmiş şəxs2 yaxından təqib edərək qatarın giriş hissəsinə tərəf getmiş, Təqsirləndirilən şəxs platformada olan sərnişinlərin çoxluğundan istifadə edərək platformada dayanaraq qatara minən Zərərçəkmiş şəxs2 əynində olan qış gödəkçəsinin sağ yan cibinə əlini daxil edərək “Redmi 9” markalı **********43202 və **********43210 İmei kodlu mobil telefonu oğurlamışdır. Təqsirləndirilən şəxs diskə baxış zamanı Zərərçəkmiş şəxs2 «Redmi 9» markalı **********43202 və **********43210 İmei kodlu mobil telefonu oğurlayan şəxs onun özü olduğunu bildirmişdir. Cinayət işinin 112-116-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayət hadisəsini əks etdirən 01 ədəd CD disk iş üçün xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməsini və hazırda sonuncuya qarşı heç bir şikayət və tələbi olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Hazırda sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 118-ci vərəqəsində olan AZ-İ seriyalı, 881648 nömrəli nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, 14 aprel 2016-ci il tarixdə Təqsirləndirilən şəxs ilə X4 evlənmiş və sonuncuya Kərimova soyadı verilmişdir. Cinayət işinin 119-cu vərəqəsində olan AZ-İİİ seriyalı, 751919 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X5 02 dekabr 2015-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs anası S.F.Kərimovadır. Cinayət işinin 120-ci vərəqəsində olan AZ-İV seriyalı, 281867 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 06 aprel 2019-cu il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs anası S.F.Kərimovadır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin ifadələri, CD diksdə olan videogörüntülər və digər iş materialları ilə onun təkrarən zərərçəkmiş şəxslərin cibindən çıxarmaq yolu ilə əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən, oğurluq, yəni təkrarən, zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, evli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona qarşı heç bir şikayət, tələblərinin olmamasını və ona yüngül cəza verilməsini xahiş etmələrini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, evli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona qarşı heç bir şikayət, tələblərinin olmamasını və ona yüngül cəza verilməsini xahiş etmələrini, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 13 dekabr 2022-ci il tarixdən 19 yanvar 2023-cü il tarixədək həbsdə saxlama müddəti, 19 yanvar 2023-cü il tarixdən 31 mart 2023-cü il tarixədək ev dustaqlığında saxlama müddəti, yəni ümumilikdə 03 (üç) ay 18 (on səkkiz) gün 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 07 (yeddi) ay 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və sonuncunun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili P.V.Hacıyevaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdən 19 yanvar 2023-cü il tarixədək həbsdə saxlama müddəti, 19 yanvar 2023-cü il tarixdən 31 mart 2023-cü il tarixədək ev dustaqlığında saxlama müddəti, yəni ümumilikdə 03 (üç) ay 18 (on səkkiz) gün 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 07 (yeddi) ay 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 10 (on ay) 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və sonuncunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-131/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-131/2023
31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver