Məhkəmə qərarları › İş №1(006)-132/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-132/2020

15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-132/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1963-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, məhkumluğu olmayan, taksi fəaliyyəti ilə məşğul olan, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, ev 13, mənzil 50-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 07:27 radələrində “xxxxxxxxx” MMC-yə məxsus, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Ravon R4” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İ hissəsinin (sağa və sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir) tələblərinə riayət etməklə baş verə biləcək hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, bu tələblərə riayət etməmiş, həmin vaxt Bakıxanov küçəsini piyada keçidi ilə soldan sağa keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə vuraraq ona ehtiyatsızlıqdan sol diz qapağı sümüyünün qapalı yerdəyişmiş sınığı ilə müşayiət olunan xəsarətlər yetirməklə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 10 ilə yaxın taksi kimi fəaliyyət göstərir. xx.xx.2019-cu il tarixdə, saat 07:20 radələrində idarə etdiyi “Ravon R4-4” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, M.Qardaşları küçəsi ilə üzü Bakıxanov küçəsi istiqamətində hərəkətdə olarkən yolayrıcına çatdıqda işıqforun “yaşıl” işığında Bakıxanov küçəsi ilə hərəkəti davam etdirmək məqsədi ilə sola dönmə manevri etməyə başlamış, bu vaxt Bakıxanov küçəsini piyada zolağı ilə soldan sağa keçən, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vurmuşdur. Sonuncu zərbənin təsirindən yerə yıxılmışdır.O, avtomobildən düşüb həmin qadına köməklik edib onu 1 saylı X3 aparmışdır. Zərər çəkmiş şəxsə müalicəsi ilə bağlı xərcləri ödəmiş, onunla barışmışdır. Cinayət məsuliyyətindən azad olunmasını xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu i tarixdə, saat 07 radələrində işlədiyi “Bakı Tikiş Evi” fabrikinə getmək üçün M.Qardaşları küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsindəki yolayrıcına qədər piyada gələrək Bakıxanov küçəsini piyada keçidindən istifadə etməklə keçmək istəmiş, işıqforun “qırmızı” işığını gözləyib avtomobillər hərəkətini dayandıqdan sonra həmin küçəni soldan sağa piyada keçidi ilə keçməyə başlamışdır. Həmin vaxt sağ tərəfdən gələn “Ravon R4” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə onu vuraraq yerə yıxmışdır. Avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ona kömək edərək 1 saylı X3 aparmışdır. Hazırda ona vurulmuş zərər ödənilmiş, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında xx.xx.2019-cu il tarixli protokol, fotoşəkillər və sxemdən görünür ki, hadisə M.Qardaşları küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsindəki yolayrıcından sola dönəndə üzü Bakıxanov küçəsi istiqamətində olan piyada keçidində baş vermişdir. Baxış gündüz vaxtı aparılmış, yolun işlək hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti yağışlı, yaş, deffektsiz olmuş, işlək hissəyə sağdan və soldan səki birləşir. Hərəkət işıqforla nizamlanır. Piyada yolu soldan sağa doğru vurulma yerinə qədər 8 m məsafə qət etmişdir (İ cild, i.v.07-14); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2019-cu il tarixli, 31821 saylı rəyinə əsasən “Ravon R4” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlıavtomobilin sürücüsü Təqsirləndirilən şəxsnın hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İ hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manatdır (İ cild, i.v.44-46); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2020-ci il tarixli, 1212 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət – sol diz qapağı sümüyünün qapalı yerdəyişmiş sınığı bərk küt əşyanın təsirindən xx.xx.2019-cu il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir (İ cild, i.v.41-42); - AC 980067 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və xx.xx.2019cu il tarixli etribarnamənin surətindən görünür ki, “Ravon R4” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “xxxxxxxxx” MMC-yə məxsusdur. Həmin avtomobili idarə etmək səlahiyyəti etibarnamə əsasında xx.xx.2019-cu ilə qədər Təqsirləndirilən şəxs verilmişdir (cild İ, i.v.21-23); - “Sübutların qiymətləndirilməsi və cinayət işinin nəticəsi” barədə xx.xx.2020-ci il tarixli qərara əsasən hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.69-75); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.99-101); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur(İ cild, i.v.57-58). Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hadisə nəticəsində az ağır bədən xəsarəti almış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxsnın əməlində inzibati xətanın olub-olmamasını müəyyən edilməsi üçün müvafiq materiallar Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri 100 manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməli və iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu, 43-cü, 320-321-ci, 346-347-ci, 356-cı, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsnın əməlində inzibati xəta tərkibinin olub-olmamasını müəyyən edilməsi üçün müvafiq materiallar Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar