Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-132/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə Şöbəsinin prokuroru X11, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Nərmanabad kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 10 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri «Sovetski» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan «Eldar» adlı şəxsdən 140 manat nağd pul müqabilində qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, yəni 37,470 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edib, özündə saxlayaraq ünvan 2 ünvanın qarşısına daşımış, həmin gün saat 23:50-də qeyd olunan ünvanın qarşısında olan zaman Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatının tələblərini pozduğuna görə Nəsimi RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən saxlanılmış və özünü şübhəli apardığından Nəsimi RPİ 21-ci PB-nə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə tiryək bir ədəd şəffaf sellofan kəsiyi bükümündə əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir, sonuncu dəfə 10 oktyabr 2020-ci il tarixdə, saat təxminən 20:00da "Sovetski" adlanan yaşayış sahəsində özünü Eldar kimi təqdim edən şəxsdən, şəxsi istifadəsi üçün 140 (yüz qırx) manata "01" ədəd şəffaf rəngli sellofan paketə bükülmüş, içərisində spesifik kəskin iyə malik olan, qara rəngli, bərk halda, "Tiryək" adlanan narkotik maddəni almış və həmin narkotik maddənin az hissəsini həmin günü özü tək istifadə etmiş, 10 oktyabr 2020-ci il tarixdə yaşadığı ünvana doğru getdiyi zaman saat 23:50 radələrində ünvan 3nvanın qarşısında polis geyimində olan, tanımadığı iki nələr şəxs ona yaxınlaşmış, həmin şəxslər xidməti vəsiqələrini və özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları onun hərbi vəziyyətlə bağlı tətbiq edilmiş komendant saatının tələblərini pozması ilə yanaşı narkotik maddələrin istifadəsində və gəzdirməsində şübhəli olduğunu bildirmiş və onu Nəsimi RPİ-nin 21-ci PBnə dəvət etmişlər. O, da onlara etiraz etməmiş və birlikdə polis bölməsinə getmişlər. Polis Bölməsinin inzibati binasına gəldikdən sonra xidməti otaqların birində onun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik maddənin olmasından şübhələndikləri üçün üzərinə baxış keçirəcəklərini bildirmişlər. Dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilməmişdən əvvəl ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmiş, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən çıxardığı 01 ədəd şəffaf rəngli sellofan paketə bükülmüş, bir ədəd bükümü, 01 ədəd qara rəngli Samsung markalı və 01 ədəd qara rəngli Ketel markalı mobil telefonlarını çıxarıb masanın üzərinə qoymuş, bundan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, isə üzərində hər hansı bir əşyanın olmadığını demiş, sonra üzərinə axtarış aparılmağa başlanılmış, ilk öncə geyindiyi qara rəngli gödəkçəyə və qara rəngli üzərində qırmızı sarı rəngli zolaqlar olan uzunqol köynəyinin ətrafına, həmçinin əynində olan göy rəngli cins şalvarının sağ-sol, yan, həmçinin arxa ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmiş, ondan şalvarının kəmərini açmağı tələb olunmuş, şalvarının kəmərini çıxararaq təqdim etmiş, kəmərində hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamış, daha sonra isə ayağında olan idman ayaqqabısını çıxarmağı tələb olunmuş və idman ayaqqabısını çıxarıb silkələmiş, lakin heç bir əşya aşkar edilməmişdir. Bundan sonra ondan üst-başını səliqəyə salmağı tələb edilmiş, üzərindən aşkar edilmiş bükümün içərisindəkinin nə olduğunu deməklə təqdim etməyi təklif olunmuş, “01" ədəd şəffaf rəngli sellofan paketə bükülmüş, içərisində spesifik kəskin iyə malik olan, qara rəngli, bərk halda narkotik maddənin "tiryək" olduğunu bildirmiş, ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyi sual ediləndə o, uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin bükümü 10 oktyabr 2020-ci il tarixdə, saat 20:00 radələrində Sovetski adlanan yaşayış sahəsindən, ilk dəfə gördüyü, özünü Eldar kimi təqdim edən şəxsdən 140 manata öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini, az hissəsini istifadə etdiyini, qalan hissəsini isə üzərində şəxsi istifadəsi üçün saxlayaraq gəzdirdiyini bildirmişdir. Hal-hazırda törətdiyi əməli səmimi olaraq etiraf etdiyini, himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 İbrahim oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 10.10.2020-ci il tarixdə gündəlik xidməti vəzifəsini yerinə yetirmiş, belə ki, həmin tarixdə saat 19:00-dan etibarən post yoldaşı, Nəsimi RPİ-nin PPXB-nin əməkdaşı Şahid2 ilə birlikdə Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi boyu patrul xidmətini həyata keçirirmiş, saat 21:00-dan etibarən isə hərbi rejim saatı başladığından hərəkətdə olan insanları evlərinə getmələrinə nəzarət etmişdir. Həmin tarixdə, yəni 10.10.2020-ci il tarixdə, saat 23:50 radələrində Nəsimi rayonu, M.Qardaşları küçəsi 71 ünvanın qarşısında bir nəfər şəxsin şübhəli hərəkətlər etməsini görmüş, ona post yoldaşı Şahid2 ilə birlikdə yaxınlaşmış və özlərini ona təqdim etmişlər, ondan küçəyə çıxmaq üçün icazəsinin olubolmadığını soruşmuş, lakin həmin şəxs onlarla qeyri-dəqiq ifadələrlə danışmağa başlamış, həmin şəxsin narkotik vasitə təsirində olmasından şübhələnmişlər, daha sonra həmin şəxsin üzərinə baxış keçirilməsi məqsədilə onu Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasına dəvət etmişlər, Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasının xidməti otaqların birində ona təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, onun, Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı, polis mayoru Ağakişi Surxayevin və Nəsimi RPİ-nin PPXB-nin əməkdaşı Şahid2 eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan göy rəngli cins şalvarının sol yan cibindən şəffaf selofan kəsiyinə bükülmüş bərk formada, qara rəngli, spesifik iyə malik maddəni çıxarıb masanın üzərinə qoymuş, bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmiş, sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi göy rəngli cins şalvarının digər ciblərinə, həmçinin şalvarın ətəyinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ayağında olan ayaqqabılarını çıxarması tələb olunmuş və onun ayaqqabıları çıxarılıb yoxlanılmış və heç bir əşya aşkar edilməmişdir, bundan sonra ondan ayaqqabılarını geyinməsi və üst-başını səliqəyə salması tələb edilmiş, sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin nə olduğunu deməklə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs sellofan kəsiyinin içərisində qara rəngli, spesifik iyə malik narkotik maddənin “tiryək" olduğunu bildirmiş, ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin maddəni həmin gün Bakı şəhəri, “Sovetski" kimi adlanan ərazidə əvvəllər tanımadığı Eldar adlı şəxsdən 140 manata öz istifadəsi üçün aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, bundan sonra iştirakçılara Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı Ağakişi Surxayev tərəfindən həmin qara rəngli, spesifik iyə malik narkotik maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş, əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmiş, bundan sonra narkotik maddəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş “186” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmış, bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmış, videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş, şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmiş, şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı Ağakişi Surxayev tərəfindən tərtib edilmiş və həmin bölmənin əməliyyat müvəkkili X7, Nəsimi RPİ-nin PPXB-nin əməkdaşı, polis serjantı Şahid1, Nəsimi RPİ-nin PPXB-nin əməkdaşı Şahid2, mütəxəssis qismində dəvət olunmuş X5 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 11.10.2020-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, axtarış zamanı Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, vətəndaş Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən şəffaf selofan kəsiyinə bükülmüş bərk formada, qara rəngli, spesifik iyə malik bir ədəd bükümü, bir ədəd qara rəngli Samsung markalı (İmei 3598-4505-5092-725) və 01 ədəd qara rəngli Ketel markalı (İmei 3586-7210-0275-738) mobil telefonlarını çıxarıb masanın üzərinə qoymuş, bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmiş, sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi qara rəngli gödəkçəsinə və qara rəngli üzərində qırmızı və sarı rəngli zolaqlar olan uzunqol köynəyinin ətrafına, həmçinin əynində olan göy rəngli cins şalvarının sağ-sol yan, həmçinin arxa ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şalvarının kəmərini açması təklif olunmuş, o şalvarının kəmərini çıxararaq təqdim etmiş, onun kəmərindən hər-hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamış, daha sonra Təqsirləndirilən şəxs ayağında olan ayaqqabılarını çıxarması tələb olunmuş və onun ayaqqabıları çıxarılıb yoxlanılmış və heç bir əşya aşkar edilməmişdir, bundan sonra ondan ayaqqabılarını geyinməsi və üst-başını səliqəyə salması tələb edilmiş, sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəkinin nə olduğunu deməklə təqdim etməsi təklif olunmuş, o, 01 ədəd şəffaf rəngli sellofan paketə bükülmüş, içərisində spesifik kəskin iyə malik olan, qara rəngli bərk halda narkotik maddənin “tiryək" olduğunu bildirmiş, ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin bükümü 10.10.2020-ci il tarixdə saat 20:00 radələrində “Sovetski" adlanan yaşayış sahəsindən, ilk dəfə gördüyü özünü Eldar kimi təqdim edən şəxsdən 140 manata öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini, az hissəsini istifadə etdiyini, qalan hissəsini isə üzərində şəxsi istifadəsi üçün saxlayaraq gəzdirdiyini bildirmiş, mobil telefonları ilə evi və tanışları ilə əlaqə saxladığını demişdir. Bundan sonra iştirakçılara həmin 01 ədəd şəffaf rəngli sellofan paketə bükülmüş, içərisində spesifik iyə malik olan, qara rəngli bərk halda narkotik maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün və mobil telefonların da zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra gümüşü kağızda olan narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 21-ci PBnin zərflər üçün nəzərdə tutulmuş “189” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamışdır. Protokol tərtib edildikdən sonra ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 46-53). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2020-ci il tarixli 6/2127 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «... (imza) Bayramov Firdovsi....» və s. qeydlər olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 37.470 qram olan maddə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir (i/v 59-63). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 24.11.2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 37.470 qram narkotik vasitə hesab olunan tiryəkin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalan 37.370 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəkin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilməsi nəzərə alınmışdır (i/v 140-146). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 15.10.2020-ci il tarixli, 2869 saylı rəyindən görünür ki, müayinə zamanı X3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 113-114). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.10.2020-ci il tarixli arayışdan və Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 03.05.2013cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i/v 119-130). İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan və vəsatətin müdafiə edilməsindən imtina haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 11.10.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon prokurorunun 12.10.2020-ci il tarixli qərarı ilə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir (i/v 21-22, 105-107). İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 12 oktyabr 2020-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (i/v 108-109). Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22.04.2021-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin rəisi Samir Haşımov tərəfindən Nəsimi rayon məhkəməsinə ünvanlanmış 085-3756-1221 saylı 23 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 23.04.2021-ci il tarixdə, saat 12:30 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov tərəfindən Nəsimi rayon məhkəməsinə ünvanlanmış 2824 saylı, 01.05.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 23.04.2021-ci il tarixdə Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq 26.04.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan tiryəki şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən tiryək Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddədir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs Dərynur oğlunun törətdiyi əməli etiraf etməsini və səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 oktyabr 2020-ci il tarixdən 12 oktyabr 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 23.04.2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 108 (yüz səkkiz) manat, 46 (qırx altı) qəpik miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınan və Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan 37,370 qram olan narkotik vasitə tiryək məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına və X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, iş materiallarında olan dövlət hesabına təyinatla müdafiəçi dəvət etmək haqqında 11 oktyabr 2020-ci il tarixli qərardan, vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə hüquqlarının müdafiəsi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-390/2020 saylı, 04.12.2020-ci il tarixli qərara əsasən 15.12.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat və məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 oktyabr 2020-ci il tarixdən 12 oktyabr 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 23 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 108 (yüz səkkiz) manat, 46 (qırx altı) qəpik miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 37,470 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 37,370 qram olan narkotik vasitə tiryək məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat və məhkəmə istintaqı dövründə göstərilmiş hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-132/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-132/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver