Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-132/2022 01.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və zərərçəkmiş hüquqi şəxs Landau SchoolQSC-nin nümayəndəsi Nümayəndə, müdafiəçi “PRO BONO” Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Göyçay rayonu, Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla yaşamış, Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 1(006)-93/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan Abşeron Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 7(012)-173/2022 saylı qərarı ilə cəzası 01 (bir) il müddətinə azaldılmış, üzərində 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən qeyri-yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10.11.2021-ci il tarixdə saat 22:16-da ünvan 1 ünvanında yerləşən “Koza“ restoranının həyətində olan işçi personalının pallardəyişmə otağının qapısını özündə olan istintaqa məlum olmayan dəmir alətlə sındırdıqdan sonra oraya qanunsuz daxil olub otaqda asılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs3 məxsus gödəkcənin iç cibindən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 10 manat dəyərində “Rabitə Bank" ASC-yə aid bank kartı və 250 manat nağd pul olan 8 manat dəyərində “Versace" markalı pul kisəsini və vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 məxsus şalvarın arxa sağ cibindən içərisində 01 ədəd 30 manat dəyərində “Baseus“ markalı qulaqcıq, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 10 manat dəyərində “Kapital Bank“ ASC-yə aid bank kartı və 270 manat nəğd pul olan 10 manat dəyərində “Mont Blanc“ markalı pul kisəsini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 268 manat, Zərərçəkmiş şəxs2 isə ümumilikdə 320 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə 10.11.2021-ci il tarixdə saat 22:55-də ünvan 2 ünvanında yerləşən "xxxx" tədris mərkəzinin həyətində yerləşən nasosxananın plastik qapısının qıfılını özündə olan istintaqa məlum olmayan dəmir alətlə sındıraraq oraya qanunsuz daxil olub nasosxananın içərisində olan 01 ədəd 180 manat dəyərində “Espa“ markalı su mühərrikini gizli olaraq talayaraq “Landau School“ QSC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət işsiz, qaldığı üçün pula ehtiyacı olmuşdur. Daimi yaşayış yeri olmadığı üçün sutkalıq evlərdə günə 2-3 manat verməklə qalırmış. Əvvəllər Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmuşdur. 10.11.2021 -ci tarixdə saat təxminən 22 radəiərində Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsində olduğu zaman “Koza" adlanan restoran onun diqqətini çəkmişdir, həmin restoranın həyətinə darvaza yox idi və o, həmin restorana maneəsiz daxil olmuşdur. Həmin restoranın həyətinə girməmişdən əvvəl niyyəti oğurluq elmək idi və onun diqqətini həmin restoranın həyətində olan tünd-gəhvəyi rəngli plastik qapı çəkmişdir.O. həmin tündqəhvəyi rəngli plastik qapının dəstəyini açmaq istədikdə qapının açar ilə bağlı olduğunu başa düşmüşdür. Daha sonra o həmin qapını üzərində olan dəmir alətdən istifadə etməklə, həmin dəmir aləti qapının arasına salaraq açılmasına nail olmuşdur. Qapını açdıqdan sonra o, həmin saxlanc yerinə qanunsuz daxil olmuşdur. Həmin saxlanc yerinə daxil olan zaman o. orada asılqanlardan asılmış vəziyyətdə geyim əşyalarının olduğunu aşkar etmişdir. Asılqandan asılmış olan rəngini xatırlamadığı gödəkçənin çibindən 01 ədəd pul kisəsini götürmüşdür və həmin pul kisəsinin içərisinə baxaraq orada “Araz” marketə məxsus endirim kartı, "Rabitə Bank 'a məxsus pul kartı, metro kartı, “Azərtürk Bank"» məxsus pul kartı və 250 manat pul olduğunu aşkar etmişdir və daha sonra başqa bir rəngini xatırlamadığı cins şalvarın cibinə əlini atmışdır, orada da pul kisəsinin olduğunu aşkar etmişdir.Həmin pul kisəsinin içərisinə baxdıqda Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət vəsiqəsini, tələbə bileti, “Kapital Bank"a məxsus pul kartı, "Bazarstore” və “Araz market "ə məxsus endirim kartları, “Kings” markalı bonus kartı, avtobus kartı, Covid 19 vaksinasiya pasportu, “Baseus" markalı qulaqcıqlar və 270 manata pul aşkar etmişdir. O, ümumilikdə 4-5 dəqiqə arası həmin saxlanc yerində olmuşdur və oğurluq etdikdən sonra dərhal oranı tərk etmişdir. Daha sonra o bir qədər həmin yerdən uzaqlaşdıqdan sonra yaxınlıqda olan “Vurğun Rezidens” yaşayış kompleksinin yaxınlığında pul kisələrinin içərisində olan kartları, sənədləri, qulaqcıqları və pulları götürərək pul kisələrini tullamışdır. Daha sonra o, Nəsimi rayonu Səməd Vurğun küçəsinə üz tutmuşdur və həmin küçədə Zərərçəkmiş şəxs1 adlanan tədris mərkəzi onun diqqətini çəkmişdir. Həmin tədris mərkəzinin həyətində olan nasosxanaya yaxınlaşıb orada olan plastik qapının üzərində olan dəmir alətdən istifadə etməklə açılmasına nail olmuşdur.O, həmin nasosxanaya daxil olarkən 10.11.2021cei il tarix saat 23 radələri olardı ki, nasosxana isti olduğu üçün o, orada biraz mürgüləmiş, təxminən 3 saatdan sonra oyanaraq oradan bir ədəd su mühərriki oğurlamaq üçün sıı mühərrikini əli ilə açaraq oğurlayıb oradan həmin su mühərriki ilə birlikdə uzaqlaşmaq qərarına gəlmişdir.O, nasosxanadan çıxanda 11.11.2021-ci il tarix saat təxminən 02:15 radələri olardı. O. səhər açılana kimi ayrı-ayrı yelərdə gecələmişdir. Səhər açıldıqda səhər saat 9-10 radələrində piyada olaraq Təzə bazar adlanan yerə getmişdir və orada tanımadığı bir şəxslə laqonda müqabilində su mühərrikini dəyişmişdir. Oradan o Nizami metrosu istiqamətində hərəkərə başlamışdır və orada tanımadığı şəxsə loqondanı 20 manata satmışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyi, DVD diskdə olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “Landau School" QSC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 28 dekabr 2018ci il tarixdən etibarən “Landau School" QSC-də müqavilə əsasında hüquqşünas kimi fəaliyyət göstərir və QSC-nin hüquqlarını müdafiə edən nümayəndəsidir. ünvan 3 ünvanında yerləşən “Landau School" QSC-nin həyətində olan nasosxanadan 10-dan 11 noyabr 2021 -ci il tarixinə keçən gecə 01 ədəd su mühərrikinin oğurlanması faktı barədə məlumatı olmuşdur. Qeyd etmişdir ki, həmin oğurlanmış əşyaya aid bütün xərcləri öz hesabına “Landau School" QSC tərəfindən ödənilmişdir. ünvan 3 ünvanında yerləşən “Landau School" QSC-nin həyətində olan nasosxanadan 10-dan 11 noyabr 2021-ci il tarixinə keçən gecə 01 ədəd su mühərrikinin oğurlanması hadisəsi baş vermişdir. Onda olan məlumata görə həmin gün səhər saatlarında “Landau School" QSC-nin nəzarətçisi Şahid2 öz gündəlik iş yerinə gələrək tədris mərkəzinin həyətində yerləşən nasos xananın qapısının açıq olduğunun və oradan 01 ədəd su mühərrikinin oğurlandığını aşkar etmişdir. O, bu barədə iş yoldaşı “Landau School" QSC-nin nəzarətçisi Şahid1 məlumat vermiş və o da öz növbəsində baş vermiş hadisə barədə DİN-nin 102 xidmətini məlumatlandırmışdır. 10-dan 11 noyabr 2021-ci il tarixinə keçən gecə baş vermiş oğurluq hadisəsi nəticəsində “Landau School" QSC-yə 300 manat maddi ziyan dəymişdir.Belə ki, həmin tarixdə oğurlanmış 2020-ci il istehsal tarixli, sarı rəngli, “Espa” markalı su mühərriki elə həmin ildə 300 manata “Landau School" QSC tərəfindən alınmışdır. 10-dan 11 noyabr 2021-ci il tarixinə keçən gecə QSC-dən oğurlanmış su mühərrikinə dair hər hansı bir sənəd tapılmamışdır və QSC tərəfindən həmin su mühərrikinin orta bazar dəyəri 300 manat qiymətləndirilir.Bundan başqa Nümayəndə göstərmişdir ki, o, 9/8456 nömrəli 21.12.2021ci il tarixli ekspert rəyi ilə tam razıdır və rəydə göstərilən 10-dan 11 noyabr 2021 -ci il tarixinə keçən gecə “Landau School" QSC-nin nasosxanasından oğurlanmış 2020-ci il istehsal tarixli, sarı rəngli, “Espa" markalı su mühərrikinə qoyulmuş qiymətə etiraz elmir. Daha sonra Nümayəndə məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 01.03.2021 -ci il tarixdən etibarən ünvan 4 ünvanında yerləşən “Koza” adlı restoranda ofisiant kimi fəaliyyət göstərir.Qeyd etmişdir ki, işlədiyi restoranda xüsusi geyim forması var və ofisiantlar bu səbəbdən xüsusi ayrılmış və restoranın həyətində yerləşən otaqda əyinlərini dəyişirlər, içi o qarışıq özlərinə aid paltar və şəxsi əşyaları orada saxlayırlar və otağın qapısını açar ilə bağlayırlar. Həmin otağın açarını bir “recepsion“-da saxlayırlar və lazım olanda onlar oradan açarı götürüb həmin otağı açarlar.10.11.2021-ci il tarixdə o işdən sonra əynini dəyişmək üçün həmin otağa gedikdə həmin saxlanc otağının qapısının açıq olduğunu və qapının daxili qıfılının sındırıldığını aşkar etmişdir.İçəri daxil olduqda o paltarının ciblərinə baxmışdır və göy rəngli cins şalvarının arxa sağ cibində olan, içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi.tələbə bileti, “Kapital Bank"a məxsus pul kartı, “Bazar store" və “Araz” marketə məxsus endirim kartları, “Kings" markalı bonus kartı "Bakı kart” markalı metro kartı, Covid 19 vaksinasiya pasportu, 5 ay hundan əvvəl 170 manata aldığı ağ rəngli, bir cüt “Baseus” markalı qulaqcıqları və içərisində 270 manat nəğd pul olan pul kisəsinin oğurlandığını aşkar etmişdir. Gec olduğu üçün o polisə məlumat verməmişdir, lakin səhər işə gəldikdə işi çox olduğu üçün yenədə polisə məlumat verə bilməmişdir və nəticədə oğurluq barədə məlumatı 12.11.2021-ci il tarixdə vermişdir. Qeyd etmişdir ki. 10.11.2021-ci il tarixdə ona məxsus pul kisəsindən oğurlanmış metro, bonus və endirim kartları, habelə Covid 19 vaksinasiya pasportu heç bir maddi dəyərə malik deyil, belə ki. o, həmin əşyaları əldə etmək üçün pul verməmişdir və heç bir maddi vəsait xərcləməmişdir. Bank kartının dəyəri isə 10 manat olmuşdur və içərisində heç bir məbləğdə pul olmamışdır. O, 9/8456 nömrəli 21.12.2021 -ci il tarixli ekspert rəyi ilə tam razıdır və rəydə göstərilən 10 noyabr 2021 - ci il tarixdə özünə məxsus, oğurlanmış, 5 ay bundan əvvəl 170 manata aldığı, ağ rəngli, bir cüt Bascus" markalı qulaqcıqlara qoyulmuş qiymətə etiraz etmir. Həmçinin həmin rəydə göstərilən 10 noyabr 2021 -ci il tarixdə özünə məxsus, oğurlanmış, “Mont Blanc" markalı pul kisənin ölçüsü və materialı barədə heç bir məlumata malik olmadığı üçün bu barədə istintaqa heç bir məlumat verməmişdir. 10 noyabr 2021 -ci il tarixdə baş vermiş oğurluq hadisəsi nəticəsində oğurlanmış özünə məxsus 2-3 il bundan əvvəl, 10 manata aldığı, qara rəngli, “Mont Blanc” markalı pul kisəsi onun 14.11.2021 -ci il tarixli ifadəsində göstərdiyi qiymətə uyğun qiymətləndirilməsini xahiş elmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 01.03.2021-ci il tarixdən etibarən ünvan 4 ünvanında yerləşən “Koza” adlı restoranda ofisiant kimi fəaliyyət göstərir.Qeyd etmişdir ki, işlədiyi restoranda xüsusi geyim forması var və ofisiantlar bu səbəbdən xüsusi ayrılmış və restoranın həyətində yerləşən otaqda əyinlərini dəyişirlər, içi o qarışıq özlərinə aid paltar və şəxsi əşyaları orada saxlayırlar və otağın qapısını açar ilə bağlayırlar. Həmin otağın açarını bir “recepsion“-da saxlayırlar və lazım olanda onlar oradan açarı götürüb həmin otağı açarlar.10.11.2021-ci il tarixdə o işdən sonra əynini dəyişmək üçün həmin otağa gedikdə həmin saxlanc otağının qapsının açıq olduğunu və qapının daxili qıfılının sındırıldığını aşkar etmişdir.İçəri daxil olduqda o paltarının ciblərinə baxmışdır və göy rəngli cins şalvarının arxa sağ cibində olan, içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi.tələbə bileti, “Kapital Bank"a məxsus pul kartı, “Bazar store" və “Araz” marketə məxsus endirim kartları, “Kings" markalı bonus kartı "Bakı kart” markalı metro kartı, Covid 19 vaksinasiya pasportu, 5 ay hundan əvvəl 170 manata aldığı ağ rəngli, bir cüt “Baseus” markalı qulaqcıqları və içərisində 270 manat nəğd pul olan pul kisəsinin oğurlandığını aşkar etmişdir. Gec olduğu üçün o polisə məlumat verməmişdir, lakin səhər işə gəldikdə işi çox olduğu üçün yenədə polisə məlumat verə bilməmişdir və nəticədə oğurluq barədə məlumatı 12.11.2021-ci il tarixdə vermişdir. Qeyd etmişdir ki. 10.11.2021-ci il tarixdə ona məxsus pul kisəsindən oğurlanmış metro, bonus və endirim kartları, habelə Covid 19 vaksinasiya pasportu heç bir maddi dəyərə malik deyil, belə ki. o, həmin əşyaları əldə etmək üçün pul verməmişdir və heç bir maddi vəsait xərcləməmişdir. Bank kartının dəyəri isə 10 manat olmuşdur və içərisində heç bir məbləğdə pul olmamışdır. O, 9/8456 nömrəli 21.12.2021 -ci il tarixli ekspert rəyi ilə tam razıdır və rəydə göstərilən 10 noyabr 2021 - ci il tarixdə özünə məxsus, oğurlanmış, 5 ay bundan əvvəl 170 manata aldığı, ağ rəngli, bir cüt “Bascus" markalı qulaqcıqlara qoyulmuş qiymətə etiraz etmir. Həmçinin həmin rəydə göstərilən 10 noyabr 2021 -ci il tarixdə özünə məxsus, oğurlanmış, “Mont Blanc" markalı pul kisənin ölçüsü və materialı barədə heç bir məlumata malik olmadığı üçün bu barədə istintaqa heç bir məlumat verməmişdir. 10 noyabr 2021 -ci il tarixdə baş vermiş oğurluq hadisəsi nəticəsində oğurlanmış özünə məxsus 2-3 il bundan əvvəl, 10 manata aldığı, qara rəngli, “Mont Blanc” markalı pul kisəsi onun 14.11.2021 -ci il tarixli ifadəsində göstərdiyi qiymətə uyğun qiymətləndirilməsini xahiş elmişdir. Daha sonra Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11.11.2021-ci il tarixdə səhər saatlarında nəzarətçi kimi fəaliyyət göstərdiyi “Landau School" tədris mərkəzindən həmin tarixdə tədris mərkəzinin arxa həyətində quraşdırılmış nasosxanadan 01 ədəd təxminən 300 manat dəyərində su mühərrikinin oğurlanması barədə iş yoldaşı ona məlumat vermişdir və o öz növbəsində bu məlumatı DİN-nin 102 xidmətinə zəng edərək bildirmişdir. Qeyd etmişdir ki. yuxarıda qeyd edilən baş vermiş oğurluq hadisəsi nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Yaqub oğlu ifadəsində göstərmişdir ki, 10.11.2021-ci il tarixdə axşam saatlarında adminstrator kimi fəaliyyət göstərdiyi "Koza" adlı restoranın işçi personalı üçün nəzərdə tutulmuş saxlanc yerindən oğurluq hadisəsi baş verməsi barədə xəbər tutmuşdur. Qeyd etmişdir ki. həmin oğurluq hadisəsi nəticəsində restoranın həyətində yerləşən saxlanc yerinin plastik qapısının daxili qıfılı sındırılmışdır.Həmin qıfıl daha sonra onlar tərəfindən təmir olunmuşdur və onlar həmin qıfılın sındırılmasını maddi ziyan hesab etmir.Həmin oğurluq hadisəsi nəticəsində “Koza” adlı restorana heç bir maddi ziyan dəyməmişdir.Maddi ziyan restoranın işçiləri olan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 dəymişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, "xxxx" tədris mərkəzində mühafizəçi işləyir. 11.11.2021-ci il tarixdə səhər saatlarında nəzarətçi kimi fəaliyyət göstərdiyi “Landau School" tədris mərkəzinə gələrək tədris mərkəzinin arxa həyətində quraşdırılmış nasosxananın plastik qapısının açıq olduğunu və orada 01 ədəd təxminən 300 manat dəyərində su mühərrikinin olmadığını aşkar etmişdir və bu barədə iş yoldasına məlumat vermişdir, o da öz növbəsində DİN-nin 102 xidmətinə baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Qeyd edilən baş vermiş oğurluq hadisəsi nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Cinayət işinin 1-ci cild 63-64-cü vərəqələrində olan 13 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 148-152-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 noyabr 2021-ci tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2022ci il tarixli əhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 174-176-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli 9/8456 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 15 noyabr 2021-ci il tarixli “nəzəri məhkəmə-əmləəşünaslıq ekspertizasının təyin edilməsi haqqında" qərarda qeyd edilən ekspertiza tədqiqatına təqdim edilməmiş, nəzəri qaydada verilmiş 2 adda əşyalardan 01 ədəd ağ rəngli, 2021-ci il istehsal tarixli, "Bascus" markalı bir cüt qulaqcığın 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti 30 manat, 01 ədəd sarı rəngli, 2020-ci il istehsal tarixli “Espa" markalı su mühərrikinin 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti isə 180 manat dəyərində müəyyən edilir. Digər 2 adda ekspertiza tədqiqatına təqdim edilməmiş, nəzəri qaydada verilmiş 01 ədəd qara rəngili 2018-ci il istehsal tarixli “Mont Blanc" markalı və 01 ədəd sarı rəngli 2021-ci il istehsal tarixli "Versace" markalı pul kisələri barədə kifayət qədər məlumat (modeli,materialı,ölçüləri və.s) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin 1-ci cild 175-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 162-163-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 dekabr 2021ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 04 (dörd) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 165-173-cü vərəqələrində olan Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli hökmündən görünür ki, sonuncu Azərbaycan Respublikası CM-in 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 06 ay 18 gün həbsdə olma müddəti ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 04 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 10.03.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 06 ay 18 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 04 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 04 ay 24 gün hissəsi "08 Noyabr-Zəfər Günü münasibətilə aministya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən 01 il azaldılmışdır. Cinayət işinin 1-ci cild 76-77-ci vərəqələrində olan 14 noyabr 2021-ci il tarixli “maddi sübut kimi tanınma” haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus "xxxx" ASC-yə aid bank kartı, “Azərtürk Bank ASC-yə aid bank kartı, “Bakı kart” sərnişin kartı, “Araz market"ə aid alış-veriş kartı, Ə.Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, tələbə bileti, "xxxx" ASC-yə aid pul kartı, “Bazar Store" məxsus alış-veriş kartı, "Araz market" endirim kartı, “Kings bonus” kartı, “Bakı kart” sərnişin kartı, Covid-19 vaksinasiya pasportu maddi sübut kimi tanınmışdır. Cinayət işinin 1-ci cild 191-201-ci vərəqələrində olan 18 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə yerinin video görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 87-ci vərəqəsində olan 14.11.2021-ci il tarixli qəbzə əsasən "Rabitə Bank” ASC-yə aid bank kartı, “Azərtürk Bank ASC-yə aid bank kartı, “Bakı kart” sərnişin kartı, “Araz market"ə aid alış-veriş kartı Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 97-ci vərəqəsində olan 14.11.2021-ci il tarixli qəbzə əsasən şəxsiyyət vəsiqəsi, tələbə bileti, "xxxx" ASC-yə aid pul kartı, “Bazar Store' alış-veriş kartı, "Araz market" endirim kartı, “Kings bonus” kartı, “Bakı kart” sərnişin kartı, Covid-19 vaksinasiya pasportu Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 49-cu vərəqəsində olan diskə baxış keçirilməsi haqqında prokoldan görünür ki, 01 ədəd DVD diskdə 3 ədəd video görüntü var, və birinci video görüntüya baxış keçirilən zaman müəyyən edilir ki, həmin video 1 dəqiqə 26 saniyədir və görüntüdə Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən "xxxx" tədris mərkəzinin həyətində yerləşən nasosxanadan əlində su matoru ilə çıxır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi, DVD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun təkrarən qeyri-yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talaması cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlini səmimi etiraf etməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, sonuncunun əvvəllər eyni xarakterli talama cinayətinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilməsinə baxmayaraq yenidən eyni tərkibli cinayəti törətməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə məhkəmə hesab edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 7(012)-173/2022 saylı qərarı ilə "08 Noyabr-Zəfər Günü münasibətilə aministya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 1(006)-93/2021 saylı hökmü ilə sonuncuya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş və üzərində qəti olaraq saxlanılmış 01 (bir) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 il azaldılmaqla çəkilməmiş 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 02 (iki) ay 12 (on iki) gün müddət nəzərə alınmaqla, ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı 13 noyabr 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut hesab edilən "Rabitə Bank” ASC-yə aid bank kartı, “Azərtürk Bank ASC-yə aid bank kartı, “Bakı kart” sərnişin kartı, “Araz market"ə aid alış-veriş kartı Zərərçəkmiş şəxs2 qaytarıldığından, şəxsiyyət vəsiqəsi, tələbə bileti, "xxxx" ASC-yə aid pul kartı, “Bazar Store" alış-veriş kartı, "Araz market" endirim kartı, “Kings bonus” kartı, “Bakı kart” sərnişin kartı, Covid-19 vaksinasiya pasportu Zərərçəkmiş şəxs3 qaytarıldığından onların istifadələrinə verilmiş hesab edilməli, hadisə yerinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “PRO BONO” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 7(012)-173/2022 saylı qərarı ilə saxlanılmış və çəkilməmiş 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 02 (iki) ay 12 (on iki) gün müddət nəzərə alınmaqla, ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 noyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, tələbə bileti, "xxxx" a məxsus kart, “Bazar Store”yə məxsus alış-veriş kartı, “Araz marketə” məxsus endirim kartı, “Kings bonus” kartı, “Bakı kart” markalı avtobus kartı, “Covid-19 vaksinasiya” kartı, digər Zərərçəkmiş şəxs3 məxsus “Rabitə Banka” məxsus pul kartı, “Azərtürk banka məxsus pul kartı, “Bakı kart” markalı avtobus kartı və “Araz” marketə məxsus alış-veriş kartı sahiblərinə qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X1, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “PRO BONO” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun Bakı şəhəri, Azərbaycan Beynəlxalq Bankının Səbail filialındakı hesablaşma hesabına (hesab. AZ55İBAZ********************) (bank kodu – 805056, VÖEN **********, müxbir hesab AZ03NABZ013501**********1944) köçürülsün. İş mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-132/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-132/2022
01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver