Məhkəmə qərarları › İş №1(006)-132/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-132/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-132/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X6, Müdafiəçilər “M.B.M” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-1187/2017 saylı hökmü ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(007)-742/2024 saylı qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilməklə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 25 avqust 2024-cü il tarixdə saat 20:30 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində olarkən həmin küçə ilə nənəsi Zərərçəkmiş şəxs1 ilə birlikdə piyada hərəkətdə olan xx.xx.2018-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 Tahir oğlunun əlində mobil telefon olduğunu görüb özgənin əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarında olan rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 baş verə biləcək təhlükə barədə məlumat vermək məqsədilə kənarda dayanıb müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, o isə həmin küçənin 69C saylı ünvanının qarşısında Zərərçəkmiş şəxs2 yaxınlaşaraq sonuncunun əlindəki Zərərçəkmiş şəxs1 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 5 manat dəyərində ***-***-**-** və 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrələr olan 350 manat dəyərində “Samsung Galaxy A12” markalı mobil telefonu dartıb ələ keçirməklə açıq talayıb birlikdə hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 360 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 25 avqust 2024-cü il tarixdə saat 20:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində olarkən həmin küçə ilə nənəsi Zərərçəkmiş şəxs1 ilə birlikdə piyada hərəkətdə olan xx.xx.2018-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 Tahir oğlunun əlində mobil telefon olduğunu görüb özgənin əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarında olan rolların bölgüsünə əsasən o, baş verə biləcək təhlükə barədə məlumat vermək məqsədilə kənarda dayanıb müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs2 isə həmin küçənin 69C saylı ünvanının qarşısında Zərərçəkmiş şəxs2 yaxınlaşaraq sonuncunun əlindəki Zərərçəkmiş şəxs1 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 5 manat dəyərində ***-***-**-** və 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrələr olan 350 manat dəyərində “Samsung Galaxy A12” markalı mobil telefonu dartıb ələ keçirməklə açıq talayıb birlikdə hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 360 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 3 aydır ki, tanıyır. Sərxanla aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. 25 avqust 2024-cü il tarixdə saat 18 radələrində Sərxanla əlaqə saxlayıb sonuncunu “28 May” metrostansiyasının yaxınlığına görüşə çağırmışdır. Sərxan gəldikdən sonra hər ikisində pul olmadığı üçün qərar gəlmişlər ki, pul tapsınlar. Sərxanla bir müddət gəzmiş və 28 may küçəsi ilə “Səməd Vurğun” bağı istiqamətində gedən zaman onlarla üzbəüz təxminən 60-65 yaşlarında bir qadın, yanındakı 7-8 yaşlı oğlan uşağı ilə hərəkət etmişlər. Qadın və uşaq onların yanından keçən zaman görmüşlər ki, uşağın əlində mobil telefon var. O, Sərxana azyaşlının əlində olan mobil telefonu ələ keçirməyi təklif etmişdir. Sərxan da onunla razılaşmışdır. Onlar getdikləri istiqamətdən əks istiqamətə dönüb yaşlı qadın və uşağın arxası ilə getməyə başlamışlar. Aralarında olan razılaşmaya əsasən Sərxan bir az kənarda başqa şəxslərin olub-olmayacaqlarına nəzarət edəcəyini bildirmişdir. Onlar yolda sürəti artırıb qadın və uşağı keçmişlər ki, mobil telefonun markasına və vəziyyətinə baxsınlar. Qadını və uşağı keçən zaman gömüşdür ki, uşağın əlindəki telefon “Samsung” markalıdır, yaxşı vəziyyətdədir. Həmin vaxt uşaq və qadın dalandan binaların arasına daxil olduqda o da arxaları ilə dalana daxil olmuş və qadınla uşağa “bağışla” deyərək uşağın əlindən mobil telefonu dartıb alaraq geriyə dönüb qaçmağa başlamışdır. Qadın və uşaq çaşqın vəziyyətdə qalmışlar. Həmin vaxt Sərxan da onun qarşısında qaçmağa başlamışdır. Bir neçə metr sonra qaça-qaça o geriyə baxanda heç kimin onu təqib etmədiyini görmüşdür. Hadisə yerindən bir qədər uzaqlaşdıqdan sonra mobil telefonu satmaq üçün yer fikirləşməyə başlamışlar. Həmin vaxt Sərxan ona qadına yazığı gəldiyini demiş və telefonu qaytarmağı təklif etmişdir. O cavab vermişdir ki, yox, oraya qayıtmaq təhlükəlidir. Sərxan demişdir ki, bu hadisə heç də ürəyincə olmadı, kaş bunu etməzdilər. O, Sərxana demişdir ki, artıq olan olmuşdur. O və Sərxan “Neftçilər” metrostansiyasının yaxınlığına getmişlər. Sərxanın dediyi mağazaya yaxınlaşan zaman mağazanın bağlı olduğunu görmüşlər. Bu zaman Sərxan mobil telefonu ona halal etdiyini və mobil telefonun pulundan pay istəmədiyini bildirmişdir. Daha sonra onlar sağollaşmışlar və o, Sabunçu rayonunda yerləşən yaşadığı evə qayıtmışdır. 26 avqust 2024-cü il tarixdə mobil telefonu Sabunçu rayonu ərazisində tanımadığı şəxsə 20 manata satmış və əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 avqust 2024-cü il tarixdə saat 18 radələrində Boris onunla əlaqə saxlayıb “28 May” metrostansiyasının yaxınlığına görüşə çağırmışdır. Onlar görüşdükdən sonra hər ikisində pul olmadığı üçün qərara gəlmişlər ki, pul tapsınlar. Borislə bir müddət gəzmiş və 28 may küçəsi ilə “Səməd Vurğun bağı” istiqamətində gedən zaman onlarla üzbəüz təxminən 60-65 yaşlarında bir qadın yanındakı 7-8 yaşlı oğlan uşağı ilə hərəkət edirmiş. Qadın və uşaq onların yanından keçən zaman görmüşdür ki, uşağın əlində mobil telefon var. Boris ona azyaşlının əlində olan mobil telefonu ələ keçirməyi təklif etmişdir. O, əvvəl tərəddüd etmiş, lakin Boris təkid etdiyi üçün könülsüz razılaşmışdır. Onlar getdikləri istiqamətdən əks istiqamətə dönüb yaşlı qadının və uşağın arxası ilə getməyə başlamışlar. Yolda gedən zaman Boris ona mobil telefonu uşağın əlindən alaraq qaçacağını, onun isə bir az kənarda başqa şəxslərin olub-olmayacaqlarına nəzarət etməyini bildirmişdir. Onlar yolda sürəti artırıb qadın və uşağı keçmişlər ki, mobil telefona baxıb görsünlər ki, hansı markalıdır və vəziyyəti necədir. Qadını və uşağı keçən zaman görmüşlər ki, uşağın əlindəki telefon yaxşı vəziyyətdədir, lakin markasını görə bilməmişdir. Həmin vaxt qadın və uşaq dalandan binaların arasına daxil olduqda Boris ona işarə etmiş, o arkanın qarşısında dayanmış və yola nəzarət etmiş, Boris isə onların arxası ilə arkaya daxil olmuşdur. Həmin vaxt yaxın ətrafda heç kim olmamışdır. Təxminən 5-7 saniyə sonra Boris qaçaraq arkadan çıxmış və ona “telefonu götürdüm qaç” demişdir. Həmin vaxt o, irəlidə, Boris isə ondan 5-7 metr arxada “28 may” küçəsi boyunca “Neftçilər xəstəxanası” istiqamətində qaçmağa başlamışlar. Təxminən 50- 60 metr qaçandan sonra geriyə baxanda heç kimin onları təqib etmədiyini görmüşdür. Həmin vaxt onun qadına yazığı gəlmiş, onda peşmançılıq hissi yaranmış və ona görə də Borisə demişdir ki, bəlkə telefonu qaytaraq. Boris etiraz etmişdir. O, Borisə demişdir ki, gəl qayıdaq, telefonu hadisə yerinə yaxın yerə qoyaq çıxıb gedək. Boris demişdir ki, yox oraya qayıtmaq təhlükəlidir. Borisə demişdir ki, yaşlı qadın idi, kaş bunu etməzdilər. O və Boris avtobusla “Neftçilər” metrostansiyasının yaxınlığına getmişlər. Lakin orada telefon alqısatqısı mağazalarının bağlı olduğunu görmüşlər. Bu zaman o, Borisə mobil telefonu halal etdiyini və mobil telefonun pulundan pay istəmədiyini bildirmişdir. Boris demişdir ki, özün bilərsən. Daha sonra Borislə sağollaşıb ayrılmış və evə getmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, övladı Zahir hərdən ailəsi ilə birlikdə onun evində bir neçə gün qalır. 2024cü ilin avqust ayında Zahir ailəsi ilə birlikdə bir neçə günlük onun evində olmuşdur. 25 avqust 2024-cü il tarixdə saat 18:30 radələrində nəvəsi Çingizi götürüb evin yaxınlığında yerləşən “Səməd Vurğun” parkına getmişlər. Çingiz xx.xx.2018-ci il təvəllüdlü olmaqla halhazırda 1-ci sinifdə oxuyur. Orada gəzişmiş və nəvəsi müəyyən müddət oynamışdır. Saat 20:30 radələrində artıq hava qaraldığı üçün o, nəvəsi Çingizi də götürüb piyada evə gəlirmiş. Evə gələn zaman nəvəsinin topu və velosipedini götürmüşdür, əli dolu idi, ona görə də nəvəsi Çingizə bildirmişdir ki, telefonu əlində saxla. O, təxminən 2 ildən çoxdur ki, “Samsung A12” markalı mobil telefonu ***-***-**-** və ***-***-**-** GSM nömrələr altında işlədir. ***-***-**-** GSM nömrəsi övladı Zahirin adına qeydiyyatda olsa da, həmin nömrə faktiki ona məxsusdur, həmişə həmin nömrəni özü işlətmişdir. ***-***-**-** GSM nömrəsi isə onun adına qeydiyyatdadır və həmişə onun istifadəsində olub. Hər iki GSM nömrəsinin qiyməti 5 manatdır və həmin qiymətə almışlar. “Samsung A12” markalı mobil telefonu isə övladı Zahir təxminən 2 il əvvəl “World Telecom” mağazalar şəbəkəsindən 350 manata almış və Zahirin adına qeydiyyatda olsa da, həmin mobil telefon faktiki ona məxsusdur. Çingiz mobil telefonu götürmüş və onun yanında piyada hərəkət edirmiş. Onlar parkdan çıxıb “28 may” küçəsi ilə piyada evə tərəf gedəndə iki nəfər oğlan söhbət edə-edə onlarla üzbəüz gəlib keçmişlər. Təxminən 8-10 saniyə sonra həmin oğlanların səsini yenidən yaxından eşitmiş və dönüb arxaya baxanda həmin iki oğlanın arxaları ilə gəldiyini görmüşdür. Oğlanlardan biri idmançı bədənli, sarışın, saçı azca qıvrım, qara paltarlı idi. Həmin oğlanın yanındakı digər oğlan da səhv etmirsə qara paltarlı olmuş, çiynindən çanta asıb yan tərəfinə çevirmiş, hava qaranlıq olduğundan o, oğlanların üzlərini dəqiq görə bilməmişdir. Həmin şəxslərin onlarla üzbəüz gələrkən sonradan yolunu dəyişib eyni istiqamətdə hərəkətlərini davam etdirmələri onu narahat etmişdir. Bir neçə addım sonra həmin oğlanlar sürətlə yeriyib onları keçmişlər. Məhəlləyə daxil olan zaman arkanın altında o növbəti dəfə arxaya dönüb nəvəsi Çingizə baxan zaman Çingizin yanında bayaq arxaları ilə gələn qara köynəkli, saçı azca qıvrım olan təxminən 170-172 sm boyda bir oğlanın olduğunu görmüşdür. Həmin şəxs “bağışlayın” deyərək cəld hərəkətlə Çingizin əlində olan ona məxsus “Samsung A12” markalı mobil telefonu almış və dönüb qaçmağa başlamışdır. O arkanın tinindən həmin şəxsin arxasınca baxmış və görmüşdür ki, bayaq arxası ilə gələn və sonradan qarşılarında hərəkətdə olan hər iki şəxs qaçır. Nəvəsi Çingiz yanında olduğu üçün, eləcə də həmin şəxslər uzaqlaşdığı üçün təqib etməmişdir. Həyətdə olan zaman nəvəsi Çingiz həyətin o biri tərəfində olan qonşulara telefonun aparılması barədə danışmışdır. Bu vaxt qonşusu Səbinə adlı şəxs yaxına gəlmiş və ona DİN-nin 102 xidmətinə zəng etməyi məsləhət görmüşdür.O evə gəlib DİN-nin 102 xidmətinə baş vermiş hadisə barədə məlumat vermiş və sonra ünvana polis əməkdaşları gəlmişlər. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmiş və onlara ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 yay vaxtı nənəsi Minayə onu evin yanındakı parkda oynamağa aparmışdır. Zərərçəkmiş şəxs2 parkda oynamış və qaranlıq düşəndə nənəsi Minayə ilə evə qayıdırmış. Yolda nənəsinin telefonu Zərərçəkmiş şəxs2 olmuşdur. Evə çatmağa az qalmış bir nəfər oğlan arxadan yaxınlaşıb Zərərçəkmiş şəxs2 əlində olan telefonu almış və “bağışla” demiş, sonra qaçıb getmişdir. Zərərçəkmiş şəxs2 və nənəsi heç nə etməmişlər, evə gəlmişlər. Daha sonra dəymiş zərərin ödənilmədiyini, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmiş və onlara ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işi başlanma və icraata götürmə barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.56); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-474/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i.v.118-120); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.26); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-471/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i.v.121-124); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək soyğunçuluq etdiyi yeri əyani olaraq göstərmişdir (i.v.173- 176); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək soyğunçuluq etdiyi yeri əyani olaraq göstərmişdir (i.v.177- 178); - “Üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində göstərdikləri xüsusatları birbirilərinin üzlərinə qarşı təsdiq edərək törətmiş olduqları cinayət əməlini etiraf etmişlər (i.v.169-172); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskdə olan 02 ədəd faylda, hər birində 05 dəqiqə müddətində olan görüntülər olmuş, 1-ci faylda TŞ 3-144 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasının xx.xx.2024-cü il tarixli saat 20:30-dan 20:35-dək olan müddət ərzində qeydə aldığı görüntülər vardır və həmin görüntülərdə saat 20:34:44-dən 20:34:50-dək olan müddət ərzində qabaqda Təqsirləndirilən şəxs1, arxası ilə isə Təqsirləndirilən şəxs2 Nəsimi rayonu, “28 may” küçəsində səki ilə “Neftçilər xəstəxanası” istiqamətində qaçdıqları müəyyən edilmişdir. Bundan başqa, 2-ci faylda TŞ 3-144 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerasının xx.xx.2024-cü il tarixli saat 20:30-dan 20:35-dək olan müddət ərzində qeydə aldığı görüntülər vardır və həmin görüntülərdə saat 20:30:01-dən 20:30:47-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nəsimi rayonu, 28 may küçəsində yerləşən “Soliton” mağazasının yanından yolu “S.Vurğun bağı” istiqamətində keçib hərəkətlərini davam etdirdikləri, 20:32:19-da Zərərçəkmiş şəxs1 və nəvəsi Zərərçəkmiş şəxs2 Tahir oğlunun “28 may” küçəsində piyada keçidindən yolu keçməyə başladıqları, 20:32:25-də isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların arxası ilə hərəkət etdikləri, 20:32:48-də qeyd olunan şəxslərin piyada hərəkətlə Minayə və Çingizi ötüb keçdikləri, daha sonra irəlidə gözlədikləri, 20:34:30-da Minayə və Zərərçəkmiş şəxs2lərin yaşadıqları evə gedən yolda olan dalana daxil olduqları, həmin vaxt Sərxan və Borisdən birinin dalanın qarşısında gözlədiyi, digərinin isə dalana daxil olub 20:34:40-da dalandan qaçaraq çıxdığı və dalanın qarşısında dayanmış şəxslə birlikdə səki ilə “28 may” küçəsi boyunca “Mərkəzi Neftçilər xəstəxanası” istiqamətində qaçdıqları müəyyən edilmişdir. Qeyd olunan diskə baxış keçirilən zaman təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 görüntüdə piyada hərəkət edən və zərərçəkmiş şəxsləri təqib edən iki nəfər şəxsdən birinin özü, digərinin Təqsirləndirilən şəxs1 olduğunu, bundan başqa, zərərçəkmiş şəxslərin arxası ilə dalana daxil olan şəxsin özünün olduğunu, görüntüdəki dalanın qarşısında gözləyən şəxsin isə Təqsirləndirilən şəxs1 olduğunu təsdiq etmişdir. O cümlədən Təqsirləndirilən şəxs1 da diskə baxış keçirilən zaman qeyd olunanları təsdiq etmişdir (i.v.167-168); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış DİN-nin X4 Xidmətindən daxil olmuş 01 ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir (i.v.243-250); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 180.2.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü dəyişdirilərək CM-nin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə 01 il sınaq müddəti ilə həbsdən azad olunmuş, xx.xx.2016-cı il tarixdə hökm icra olunaraq məhkum qeydiyyatdan çıxarılmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 320 saat ictimai işlər cəzası təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən barəsində qəti olaraq aylıq gəlirindən 15% dövlət nəfinə tutulmaqla 01 il islah işləri və 320 saat ictimai işlər cəzası təyin edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərərk, CM-nin 66.5 və 68.1.3-cü maddələrinə əsasən qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 01 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəzası bitib və qeydiyyatdan çıxarılmışdır (i.v.211-213); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4, 181.2.1, 181.2.2, 181.2.5 və 326.2-ci maddələri ilə təqsirli bilinərək, CMnin 66.3-cü maddəsinə əsasən qəti olaraq 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə Apellyasiya Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum etmə cəzası 07 ilə endirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib barəsində 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə çəkilməmiş 08 ay 22 gün müddətini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 180.3.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 180.3.3-cü maddəsindən 180.2.4-cü maddəsinə tövsif edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 16 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur (i.v.208-210); - Bir ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. ,qulruğO“ soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (qulruğo) kimi tövsif edilməlidir (2-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaya, həmin Məcəllənin 180.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə məsuliyyət yaradır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş şəxsin və digər zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.1-ci maddəlsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını və səmimi etirafını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əməlini etiraf etməsini və səmimi peşman olmasını, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını və səmimi etirafını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs1 əvvəllər iki dəfə qəsdən törətdiyi cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin təhlükəli residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması cinayətin təhlükəli residivini yaradır (18.2.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsi yalnız azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların yaratmış olduğu məhkumluğu nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4- 1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, təqsirkarın şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlindən peşman olmasını və səmimi etirafını, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(007)-742/2024 saylı qərarı ilə sonuncunun barəsində təyin olunmuş cəzadan 03 ay 16 gün vaxtından əvvəl şərti azad etmə ləğv edilməli və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-1187/2017 saylı hökmü ilə təyin edilmiş 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 16 gün müddəti hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə, ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “M.B.M” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(007)-742/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində tətbiq olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)- 1187/2017 saylı hökmü ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 03 (üç) ay 16 (on altı) gün müddət hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar