Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-133/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1975-ci ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmlakını cibindən gizli çıxarmaqla talayıb oğurluq etmişdir. Belə ki, o, 18 noyabr 2021-ci il tarixdə saat 17:50 radələrində Bakı Metropoliteni QSC-nin «28 May» stansiyasından metronun «20 Yanvar» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «28 May» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs əynində olan şalvarın arxa sağ cibindən sonuncuya məxsus 1 ədəd dəyəri 400 manat olan “Redmi 7” markalı «M1810F6LG (7)» modelli mobil telefon aparatını, 1 ədəd dəyəri 5 manat olan həmin mobil telefonun ekran qoruyucusunu, 1 ədəd dəyəri 7 manat olan mobil telefon koburasını və 1 ədəd dəyəri 12 manat olan həmin telefonun üzərində olan ***-***-**-** saylı GSM mobil nömrəsini çıxarıb gizli talayaraq Zərərçəkmiş şəxs cəmi 424 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 18.11.2021-ci il tarixdə saat 17 radələrində metronun «28 may» stansiyasında qatardan düşüb platformada «Dərnəgül» stansiyasına gedən qatarı gözləmişdir. Həmin vaxt stansiyada qatar gözləyən xeyli sayda sərnişinlər olmuşdur. Bu vaxt qatardan düşən onun cəzaçəkmə müəssisəsindən tanıdığı şəxs ona telefon verərək uzaqlaşmışdır. Bundan sonra platformada olan sərnişinlərlə birlikdə qatara minmişdir. O, telefonu götürəndən sonra telefonun markasına baxmış və həmin vaxt mobil telefonun «Redmi 7» markalı mobil telefon olduğunu görmüşdür. Bundan sonra «20 yanvar» metrostansiyasında qatardan düşüb metro ərazisindən çıxmışdır. Mobil telefonu «20 yanvar» stansiyasının yaxınlığında telefon mağazası işlədən Vüsal adlı şəxsə satmaq məqsədilə təqdim etmişdir. Vüsal həmin telefonu ondan 50 manat qiymətə ala biləcəyini və şəxsiyyət vəsiqəsinin surətinin təqdim edilməsinin vacibliyini qeyd etmişdir. O, heç bir etiraz etməmiş və telefonu satandan sonra əldə etdiyi vəsaiti şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan əlavə, həmin telefonun qiyməti ittiham üzrə qeyd olunan məbləğdən aşağı həddə olmuşdur. Həmçinin zərərçəkmiş şəxsə həmin telefonun qaytarılmasından sonra əlavə olaraq da barışıq üçün müəyyən vəsait ödənilmişdir. Sonda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşiman olmasını, xəstə olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs 10 mart 2022-ci il tarixdə məhkəməyə teleqram vuraraq, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar olaraq tanıyır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, hadisə vaxtı ünvan 2 ünvanında 5 mərtəbəli binanın zirzəmisində yerləşən mağazanı icarə əsasında işlətmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs onun telefon mağazasına yaxınlaşaraq mobil telefonu satmaq niyyətində olduğunu bildirmişdir. Həmin telefona baxarkən qiymətini 50 manat qiymətləndirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşdıqdan sonra onun şəxsiyyət vəsiqəsinin surətini götürmüş və müvafiq imzaları etdirdikdən sonra 50 manat pulu Təqsirləndirilən şəxs təqdim edərək mobil telefonu almışdır. Lakin o, həmin telefonun oğurluq olmasını bilməmişdir. Sonradan polis əməkdaşları onun mağazasına gələrək Təqsirləndirilən şəxs ona satdığı mobil telefonu götürmüş və bundan sonra həmin telefonun oğurluq olması barədə məlumat əldə etmişdir. İş materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” 21 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, bir ədəd DVD diskinə baxış zamanı müəyyən edilmişdir ki, diskdə 01 ədəd videofayl 32 saniyə davam etmişdir. Həmin videofaylda olan videogörüntü Bakı Metropoliteninin “28 May” metrostansiyasının videomüşahidə kameralarının yaddaşından götürülmüşdür. Həmin videogörüntü Zərərçəkmiş şəxs metronun “28 May” metrostansiyasının platformasında “Dərnəgül” metrostansiyası istiqamətində hərəkət edən qatara mindiyi və həmin vaxt şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs onu yaxından təqib edib platformada olan sıxlıqdan istifadə edərək Zərərçəkmiş şəxs əynində olan şalvarın sağ arxa cibindən mobil telefonu götürərək vaqona həmin qapıdan daxil olmadığını və vaqonun digər qapısından daxil olduğu müəyyən edilmişdir (i/v 48). İş materiallarına əlavə olunmuş “sübutların qiymətləndirilməsi barədə” 13 yanvar 2022-ci il tarixli qərardan görünür ki, 1 ədəd “Redmi” markalı “M1810F6LG (7)” modelli mobil telefon aparatı, həmin telefon aparatının ekranının üzərində olan qoruyucu və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti cinayət işi üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və 1 ədəd “Redmi” markalı “M1810F6LG (7)” modelli mobil telefon aparatı, həmin telefon aparatının ekranının üzərində olan qoruyucunun Zərərçəkmiş şəxs təhvil verilmiş, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarına əlavə edilmişdir (i/v 103-109). İş materiallarında olan 21 noyabr 2021-ci il tarixli «Götürmə haqqında» protokoldan görünür ki, həmin tarixdə ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının zirzəmisində fəaliyyət göstərən telefon mağazasında satıcı işləyən Şahid2 bir ədəd Təqsirləndirilən şəxs məxsus AA seriyalı 0057188-N°-li şəxsiyyət vəsiqəsinin surəti və bir ədəd «**********32553 və **********32561» imei kodlu «Redmi 7» markalı mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinin üzərində «**********32553 və **********32561» imei kodlu «Redmi 7» markalı mobil telefon özümə məxsusdur» yazısı yazılmışdır və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır (i/v 59). İş materiallarına əlavə olunmuş “Şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarına dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 4(004)-691/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 29-30, 85). İş materiallarında olan 21 noyabr 2021-ci il tarixli «İfadənin yerində yoxlanılması barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində vermiş olduğu ifadəsi yerində yoxlanılarkən o, polis əməkdaşları ilə bir yerdə ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının zirzəmisində fəaliyyət göstərən telefon mağazasının qarşısına gələrək bildirmişdir ki, 18 noyabr 2021-ci il tarixdə saat 17:50 radələrində Bakı Metropoliteni QSC-nin «28 may» stansiyasından metronun «20 yanvar» stansiyası istiqamətində hərəkət edən qatara metronun «28 may» stansiyasından daxil olaraq onunla eyni vaqona minmiş Zərərçəkmiş şəxs məxsus «REDMİ 7» markalı mobil telefonu oğurladıqdan sonra mobil telefonu həmin mağazaya özünə məxsus şəxsiyyət vəsiqəsi ilə satmışdır (i/v 49-52). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 9/8497 saylı rəyindən görünür ki, ekdpertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Redmi” markalı, “M1810F6LG (7)” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 120,00 manat müəyyən olunmuşdur (i/v 96-97). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Bakı Metropolitenində Polis X2 baş müstəntiqi Hüseyn Məmmədova ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, sonuncuya qarşı heç bir şikayəti yoxdur (i/v 102). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06.12.2021-ci il tarixli tələbnamədən və Bakı şəhəri Xətai rayon məhkəməsinin 03 avqust 2017-ci il tarixli, 1(011)-240/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət törətməyə görə məhkum olunaraq sonuncu dəfə Bakı şəhəri Xətai rayon məhkəməsinin 03 avqust 2017-ci il tarixli, 1(011)-240/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 04.12.2018-ci il tarixli qərarı ilə 02 ay 27 gün vaxtından əvvəl şərti azad edilmişdir. 01 mart 2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i/v 89-91, 92-94). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bundan başqa, Təqsirləndirilən şəxs mobil telefonu ona cəzaçəkmə müəssisəsindən olan tanışının verməsi ilə əlaqədar ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, qeyd olunan mobil telefon Təqsirləndirilən şəxs bilavasitə özü tərəfindən götürülmüş və qeyd olunan ifadəsi özünü təqsirli hesab etməsinə baxmayaraq məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Belə ki, bütün iş materialları və proses iştirakçılarının ifadələri ilə oğurluq hadisəsinin Təqsirləndirilən şəxs özü tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşiman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 20 noyabr 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Redmi” markalı “M1810F6LG (7)” modelli mobil telefon aparatı, həmin telefon aparatının ekranının üzərində olan qoruyucunun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-133/2022 saylı, 02.02.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 15.02.2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 20 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Redmi” markalı “M1810F6LG (7)” modelli mobil telefon aparatı, həmin telefon aparatının ekranının üzərində olan qoruyucunun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-133/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-133/2022
17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver