Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-133/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(036)- 8/2023 saylı hökmü ilə 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, İmişli şəhəri, Heydər Əliyev prospekti, ev 53 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1995-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-70/2022 saylı hökmü ilə 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1 və 177.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 08 noyabr 2022-ci il tarixdə saat 04:17-də ünvan 2 ünvanında yerləşən vətəndaşların azad girib-çıxa biləcəyi binanın həyətinə daxil olub orada aralarında apardıqları rolların bölgüsünə əsasən o, kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə binanın həyətində saxlanılmış Zərərçəkmiş şəxs məxsus 2800 manat dəyərində “MB- Polad” M-50 markalı mopedi və mopedin üzərində olan 20 manat dəyərində “Bolt Food” çantasını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2820 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayanı vədlər vermə vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə edəcəkləri gəlirdən müəyyən pay vermək vədi ilə sonuncunu cinayətkar fəaliyyətə cəlb edib qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 08 noyabr 2022-ci il tarixdə saat 04:17-də ünvan 2 ünvanında yerləşən vətəndaşların azad girib-çıxa biləcəyi binanın həyətinə daxil olub orada aralarında apardıqları rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, o isə binanın həyətində saxlanılmış Zərərçəkmiş şəxs məxsus 2800 manat dəyərində “MB-Polad” M-50 markalı mopedi və mopedin üzərində olan 20 manat dəyərində “Bolt Food” çantasını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2820 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 təxminən 5-6 aydır ki, həmyerlisi kimi tanıyır. İmişli şəhərində olarkən, Şəhriyar ona Bakı şəhərinə gəzmək üçün getməyi təklif etmiş, o da Şəhriyarla razılaşmışdır. xx.xx.2022ci il tarixdə Bakı şəhərində restoranlardan birində rayondan tanıdıqları tanışları ilə birlikdə yeyib-içdikdən sonra saat təxminən 02:00 radələrində Şəhriyarla birlikdə 4-cü mikrorayon dairəsi yaxınlığında, “105” adlı avtoyuma mərkəzinin arxasında olan binanın qarşısına gəlmişlər. Binanın həyətində moped görmüş və mopedə yaxınlaşmışlar. Şəhriyar mopedin ona məxsus olduğunu bildirmiş, həmin mopedi əli ilə sürə-sürə yola “Nənəmin təndiri” adlı obyektin qarşısına çıxarmış, o da Şəhriyarın yanında getmişdir. Bundan sonra Şəhriyar mühərriki kustar üsulla işə salıb birlikdə “Sədərək” Ticarət Mərkəzi tərəfə getmişlər. Sonra isə mopedi maşına qoyub birlikdə İmişli rayonuna getmişlər. Rayonda bir-iki gün mopedlə gəzmişlər. Daha sonra Şəhriyar yenidən Bakıya getmiş, o isə rayonda qalmışdır. Sonradan Şəhriyarın Bakı şəhərində olarkən tutulduğunu eşitmişdir. Onların mopedi oğurlamaq barədə əvvəlcədən aralarında heç bir razılıq olmamış, Şəhriyar ona mopedə görə pul verməmişdir. Daha sonra dəymiş zərərin ödənilməsini, cinayət əməlini törədərkən azyaşlı olmasını və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hadisədən təxminən 10 gün öncə Bakı şəhərinə qardaşı Üzeyirgilə qonaq gəlmişdir. Ondan əvvəl Bakı şəhərinə gələndə 4-cü mikrorayon dairəsi yaxınlığında, “105” adlı avtoyuma mərkəzinin arxasında olan binanın qarşısında göy rəngli moped görmüş, lakin həmin vaxt rayona gedəcəyi üçün mopedi oğurlamamışdır. Daha sonra həmyerlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhərinə gəlmiş, tanışları ilə restoranda yeyib-içdikdən sonra xx.xx.2022-ci il tarixdə saat təxminən 02:00 radələrində Fuadla birlikdə 4-cü mikrorayon dairəsi yaxınlığında, “105” adlı avtoyuma mərkəzinin arxasında olan binanın qarşısına getmişlər. Binanın qarşısında mopedi görmüş və həmin göy rəngli mopedi əli ilə sürə-sürə yola, ”Nənəmin təndiri” adlı obyektin qarşısına çıxarmışdır. Həmin vaxt Fuad heç bir şey etməmiş, sadəcə onun yanında olmuşdur. Bundan sonra o, mühərriki kustar üsulla işə salıb Fuadla birlikdə oradan uzaqlaşmışlar. Daha sonra mopedi İmişli rayonuna aparmışdır. Onun Fuadla aralarında mopedi oğurlamaq barədə heç bir razılıqları olmamış, mopedi satıb həmin puldan ona da verəcəyi barədə Fuada heç bir vəd verməmişdir. Mopedi İmişli rayonunda 450 manata satsa da, mopedi alan şəxs ona heç bir ödəniş etməmişdir. Daha sonra dəymiş zərəri tam ödəməsini, əməlini səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, təxminən 1 ildir ki, “Bolt Food” şirkətində kuryer işləyir. 09 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri ərazisində yerləşən “Elit” ticarət və əyləncə mərkəzindəki “Moto Bazar” adlı mağazadan nəğd qiyməti 2775 (iki min yeddi yüz yetmiş beş) manat olan “MB-Polad” M-50 markalı mopedi ilkin ödəniş olaraq 275 manat ödəməklə kreditlə almışdır. Həmçinin kredit müqaviləsinə əsasən 12 ay müddətində aylıq 275 manat ödəməli idi. Belə ki, kredit əsasında həmin mopedi almaq ona 3575 (üç min beş yüz yetmiş beş) manata başa gəlir. Oktyabr ayında 275 manat aylıq ödənişi etmişdir. Beləliklə, ümumilikdə həmin mopedə 550 manat pul ödəmiş və yerdə qalan pulu da ödəmək onun öhdəliyindədir. Həmin mopedi aldıqdan sonra gündəlik olaraq işlədiyi işə əsasən istifadə edirdi və iş vaxtı bitdikdən sonra yaşadığı ünvanın qarşısında, yəni ki, blokun qarşısında saxlayırdı. 08 noyabr 2022-ci il tarixdə saat təxminən 01:30 radələrində yaşadığı ünvan 3 ünvanına getmişdir, özünə məxsus olan mopedi də binanın blokunun qarşısında saxlamış və mopedin açarını da özü ilə yaşadığı ünvana aparmışdır. Mopedin baş geyimini (dəbilqə) də özü ilə yaşadığı ünvana aparmışdır. 08 noyabr 2022-ci il tarixdə saat 11:00 radərində yaşadığı binadan çıxdıqda özünə məxsus olan mopedin orada olmadığını görmüş və dərhal DİN-in 102 xidmətinə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun doğma qardaşıdır. 13 noyabr 2022-ci il tarixdə ona polis əməkdaşı zəng edərək qardaşı Şəhriyarın oğurluq etməsinə görə yenidən tutulması barədə məlumat vermişdir. Bundan sonra, o, anası Bahar ilə bu barədə danışmışdır. X2 İmişli şəhərində mopedi satdığı şəxsdən pulunu verərək almış və Bakı şəhərinə göndərmiş, o da həmin mopedi Nəsimi RPİ-yə gətirərək təhvil vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.149- 150); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (İ cild, i.v.176-177); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (ı cild, i.v.178-179); - “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (İ cild, i.v.46-47); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-597/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (İ cild i.v.105-109); - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 4 ünvanda yerləşən binanın həyətidir (İ cild, i.v.11-13); - “Videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eləcə də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 04:14də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanda yerləşən binanın qarşısına getmişlər, saat 04:17-də isə həmin mopedi götürdükdən sonra oradan uzaqlaşmışlar. Baxışda iştirak edən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 videogörüntüdə olan şəxslərin özləri olmasını təsdiq etmişlər, həmçinin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs da ona məxsus “MB-Polad” M-50 markalı moped olmasını təsdiq etmişlər (İ cild, i.v.77, 96, 172); - “Könüllü təqdim olunan əşyanın götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid qardaşı Təqsirləndirilən şəxs1 oğurladığı 01 ədəd “MB- Polad” M-50 markalı mopedi istintaqa könüllü olaraq təqdim etmişdir (İ cild, i.v.145-146); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/8881 nömrəli rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud qiymətlərlə, internet saytı və Məhkəmə ekspertiza mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla, 2022-ci ilin noyabr ayına olan orta bazar qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir:
1. 01 ədəd 2022-ci il istehsalı, “MB-Polad” M-50 markalı, 49 m3 mühərrik həcmli moped - 2800 manat,
2. 01 ədəd “Bolt Food” çantası - 20 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.230-232); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, baş vermiş oğurluq hadisəsinin videogörüntülərini özündə əks etdirən bir ədəd CD disk və “MB-Polad” M-50 markalı moped iş üzrə maddi sübut kimi tanınmışdır (İ cild, i.v.254-266); - İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(036)-8/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - İmişli rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 İmişli Rayon Məhkəməsinin 1(036)-08/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə İmişli rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına götürülmüşdür. Cəzasının sonu xx.xx.2023-cü il tarixdə başa çatır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (İ cild, i.v.193-194); - İmişli rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-70/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə İmişli rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına götürülmüş, çəkilməmiş cəzası 03 ay 14 gün təşkil edir. - İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2022ci il tarixdə saat 04:14-də ünvan 4 ünvanda yerləşən binanın qarşısına gəlirlər, saat 04:17də isə həmin mopedi götürərək oradan uzaqlaşırlar. - İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanan ərizədən görünür ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və ifadəsinin məhkəmə iclas zalında elan edilməsinə etiraz etmədiyini bildirmişdir. Eyni zamanda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan ödənilsə də, onlarla barışmamışdır. Buna görə də onların barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsi on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməyə, həmin Məcəllənin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi isə bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı onlara elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli bilmələri, yəni Təqsirləndirilən şəxs2 oğurluq cinayətinin törədilməsindən məlumatının olmaması və həmin hadisə ilə bağlı Təqsirləndirilən şəxs1lə aralarında heç bir razlaşmanın olmaması, həmçinin, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə aralarında oğurluq cinayətinin törədilməsi barədə heç bir razılığın olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onların bu məzmunda ifadə vermələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxslərin bu ifadəsi iş materialları, həmçinin, iş üzrə digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi və Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 170.1 və 177.2.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlini qismən etiraf etməsini, peşman olmasını, vurulmuş ziyanın ödənilməsini və cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlini qismən etiraf etməsini, peşman olmasını, vurulmuş ziyanın ödənilməsini və cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, habelə təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 İmişli Rayon Məhkəməsinin 1(036)-08/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasının sonu xx.xx.2023-cü il tarixdə başa çatır. Təqsirləndirilən şəxs2 hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini İmişli Rayon Məhkəməsinin 1(036)-08/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırkı hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən İmişli Rayon Məhkəməsinin 1(036)-08/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 gün tutulma müddəti 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı və 04 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcı İmişli Rayon Məhkəməsinin 1(036)-08/2023 saylı, xx.xx.2023-cü il tarixli saylı hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə İmişli rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə İmişli rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlini qismən etiraf etməsini, peşman olmasını və vurulmuş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirkarın şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlindən peşman olmasını, qismən etirafını, vurulmuş ziyanın ödənilməsini, habelə təqsirləndirilən şəxsin əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, bununla da, həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1 və 177.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hökmlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-70/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.4-ci maddələri ilə təqsirli bilinərək 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə İmişli rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına götürülmüş və onun çəkilməmiş cəza müddəti 03 ay 14 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hökmlərin məcmusu üzrə, yəni hazırkı hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə cəza təyin olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(006)-70/2022 saylı hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş 03 ay 14 müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və həmin cəza Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq xx.xx.2022ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “MB-Polad” M-50 markalı mopedin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq – 50 manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 32 saata görə 192 (bir yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 32 saata görə 192 (bir yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ:
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı 17 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə İmişli rayonun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1 və 177.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 170.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 177.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş 03 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 (bir) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəza Təqsirləndirilən şəxs1 hazırkı hökmlə üzərində saxlanılmış 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “MB-Polad” M-50 markalı mopedin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 32 saata görə 192 (bir yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 32 saata görə 192 (bir yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Solmaz Mustafayeva