Məhkəmə qərarları › İş №1(006)-134/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-134/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-134/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru X9, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1984-cü ildə Yardımlı rayonu, Qaraqaya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü banklar və İpoteka Fondu ilə əlaqələri yaxşı olan şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib güzəştli şərtlərlə ipoteka kreditinin ayrılmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 23 sentyabr 2018-ci il tarixdə Sumqayıt şəhəri, ünvan 2 ünvanında yerləşən Sumqayıt «Asan Xidmət» Mərkəzində 3500 manat və 30 dekabr 2018-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon dairəsi yaxınlığında 1100 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 4600 (dörd min altı yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü bank əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib güzəştli şərtlərlə ipoteka kreditinin ayrılmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq 24 aprel 2019-cu il tarixdə ünvan 4 ünvanının qarşısında 9000 (doqquz min) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuş və azadlığa çıxdıqdan sonra rəsmi olaraq heç bir yerdə işləməmişdir. 2018-ci ildə işləri yaxşı getmədiyi üçün maddi sıxıntılar çəkmiş, təxminən 5000 (beş min) manata yaxın pul vəsaiti lazım olmuşdur. Lakin bu pulun məbləği çox olduğu üçün heç kimdən borca götürə bilməmiş, bu səbəbdən də kiminsə hansısa işini həll etməyə köməklik edəcəyinə inandırıb lazım olan məbləği əldə edə biləcəyini düşünmüşdür. Elə həmin ərəfədə, təxminən 2018-ci ilin sentyabr ayında əvvəllər tanımadığı, şəxsiyyəti sonradan məlum olan Zərərçəkmiş şəxs2 onun mobil nömrəsinə zəng etmişdir. Salamlaşdıqdan sonra nömrəni onunla eyni hərbi hissədə xidmət edən Yusif Şərbətlidən aldığını bildirmiş və sərfəli şərtlərlə ipoteka krediti ilə mənzil almaqda köməklik etməsini xahiş etmiş və bu məsələni görüşüb danışmağa razılaşmışlar. Növbəti gün Zərərçəkmiş şəxs2la metronun «20 Yanvar» stansiyasının yaxınlığında görüşmüş, idarə etdiyi avtomobillə «Memar Əcəmi» istiqamətində gedib avtomobildə əyləşib söhbət etmişlər. Zərərçəkmiş şəxs2 ipoteka krediti ilə mənzil sahibi olmaq istədiyini, amma əmək haqqı çox olmadığından ona az kredit ayrıldığını, həm də ilkin ödənişi ödəməyə imkanı çatmadığını demişdir. Sonuncu ilkin ödəniş üçün cəmi 3-4 min manat ödəyə biləcəyini bildirmişdir. O, elə bu işlə məşğul olduğunu, banklar və ipoteka fondu ilə yaxşı əlaqələri olduğunu bildirib narahat olmamasını, lazımi köməklik edəcəyini demişdir. Həmin görüşdə ipoteka kreditinin alınması ilə əlaqədar lazım olan sənədlərin siyahısını Zərərçəkmiş şəxs2 bildirmiş, o da özündə olan kağızda həmin sənədlərin adını qeyd etmişdir. Söhbət əsnasında onun cəmi 600 manat əmək haqqı aldığını öyrənsə də, yalan məlumat verərək əmək haqqına uyğun olaraq 70 min manat ipoteka krediti ayrıla biləcəyini demişdir. O, əmək haqqına uyğun olaraq cəmi 30 min manat kredit ayrılmasının mümkün olduğunu öyrəndiyini bildirsə də, narahat olmamasını, guya banklarla münasibəti yaxşı olduğunu və maksimum məbləğin ayrılmasını təmin edəcəyini bildirmişdir. Bu məsələnin həlli üçün Zərərçəkmiş şəxs2 ilkin ödəniş kimi 3500 manat pul verməli olduğunu, tələb olunan pulun qalan hissəsini özü əlavə edəcəyini demiş və inandırmaq üçün həm də qiymətləndirmə şirkətinin əli ilə evi real qiymətindən artıq qiymətləndirəcəyini və həmin vaxt qoyduğu pulunu geri götürəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 razılaşdığından həm sənədləri və pulu hazırlamasını, həm də almaq istədiyi evi axtarıb tapmağa çalışmasını təklif etmişdir. 21 oktyabr 2018-ci tarixdə sonuncu ona zəng edib görüşmək istədiyini bildirmişdir. 22 oktyabr 2018-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs2la Sumqayıt şəhərinin giriş hissəsindəki ərazidə görüşmüşdür. Sonuncu pulu hazırladığını və qarantiya almaq məqsədilə pulu notariat kontorunda vermək istədiyini bildirmişdir. Notariata getməyə ehtiyac olmadığına onu inandırmağa çalışsa da, təkid etdiyindən birlikdə Sumqayıt şəhərində yerləşən “ASAN" xidmət mərkəzinə getmişlər və orada aralarında borc müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında sonuncu elə orada ona 3500 manat pul vermişdir. “ASAN" xidmət mərkəzindən çıxdıqdan sonra Zərərçəkmiş şəxs2 təxminən 50-55 min manat dəyərində ev tapmasını tapşırmış və özünün də bu müddət ərzində sənədləşdirmə işləri ilə məşğul olacağını bildirmişdir. Hətta bir neçə dəfə özü də sonuncu ilə birlikdə ev axtarmağa getmişdir. Bundan sonrakı müddət ərzində Zərərçəkmiş şəxs2 hər dəfə əlaqə saxlayanda ona yalan məlumatlar verməklə proseslərin getdiyini, narahat olmamasını demiş və hətta 2018-ci ilin dekabr ayının əvəllərində sonuncu zəng edərkən ona pul vəsaiti ayrılan kimi hesabına köçürüləcəyini, sadəcə olaraq ipoteka fondundan hərbiçilərin nəzərdə tutulmuş 4 faizli güzəştli kredit xəttinin hələ açılmadığını bildirmişdir. 26 dekabr 2018-ci il tarixdə sonuncuya zəng edib ona hesabına 70000 manat pul oturacağını, həmin pulun 10 faizini əvvəlcədən ödəmək lazım olduğunu demişdir. O, ilkin ödəniş kimi 3500 manat verdiyini, özündən 2000 manat əlavə etdiyini xatırladıb təcili olaraq 1500 manat pul tapmalı olduğunu demiş və ilkin ödənişi tam düzəldib ödəməyin vacib olduğunu qeyd etmişdir. Sonuncu maddi imkanının yaxşı olmadığını bildirdikdə o, qalan pulun özü tərəfindən ödəniləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 tez-tez əlaqə saxlayıb işinin nə yerdə olması ilə maraqlandığından 2019-cu ilin yanvar ayının əvvəllərində ilin yenilənməsi ilə əlaqədar onun da topladığı sənədləri təzələməli olduğunu, təzə tarixli arayışlar almalı olduğunu demişdir. Bundan əlavə həm də ona yalan məlumat verərək pulun hesaba köçürülməsi üçün hərbiçilər üçün nəzərdə tutulan 4 faizli kredit xəttinin açılmasını gözləmək lazım olduğunu bildirmişdir. Aldığı pulları qaytarmaq üçün vaxt qazanmaq, işin həll olunması görüntüsü yaratmaq, həm də ümumən sonuncuya qanuni şəkildə hərbiçilər üçün nəzərdə tutulmuş 4 faizlə ipoteka kreditinə pul ayrıla bilmə ehtimalı olduğunu fikirləşdiyi üçün ona vermiş olduğu «Asan imza» nömrəsi ilə internetə daxil olmuş, ipoteka fondunun saytına girib orada əməkdaş olunan banklardan təsadüfən “xxxx”nı seçmiş, internet üzərindən onlayn qeydiyyatdan keçmişdir. Qeydiyyatdan uğurla keçilməsi barədə bildiriş gəlmiş və bankın “Buta” filialına yaxınlaşması tövsiyə olunmuşdur. Bununla bağlı nömrəyə sms gəlmiş və həmin smsdə şifrə olmuş və o, həmin şifrəni kağıza köçürmüşdür. Daha sonra Zərərçəkmiş şəxs2la danışmış, yalan məlumat verərək adına bankda pul köçürüldüyünü, banka getməli olduqlarını bildirmişdir. 12 aprel 2019-cu il tarixində “28 May” metrosunun yaxınlığında olan "xxxxnın" mərkəzi ofisinin yaxınlığında sonuncu ilə görüşmüş, öz avtomobili ilə Zərərçəkmiş şəxs2 "Hökümət Evinin" yaxınlığında olan, “xxxx”nın Buta filialına aparmışdır. Orada sənədləri sonuncuya vermiş və banka daxil olub bank işçilərindən birinə yaxınlaşmasını, sənədləri təqdim etməsini və onlayn sifariş etməsi barədə məlumat verməsini tapşırmışdır. Zərərçəkmiş şəxs2 banka daxil olmuş, təxminən 10-15 dəqiqə sonra çölə çıxıb ona yaxınlaşmışdır. Sonuncu bankdan çıxdıqdan sonra hesabına 60 min manat pul oturması və bəzi sənədləri qaydasına qoyması barədə bank işçisinin məlumat verdiyini ona demişdir. O, sonuncunun hesabına 60 min manat oturmasına təəcüblənmiş və qanuni yolla əmək haqqına uyğun 60 min manat pul köçdüyünü fikirləşmişdir. Özünü guya onun işini həll edən şəxs kimi göstərib sözünün üstündə durduğunu ona demişdir. 15 aprel 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 ona zəng edib demişdir ki, başqa banka borcu var, əgər həmin banka borcunu ödəməsə hesabına köçürülən pulu ala bilməyəcəkdir. O, bu prosesləri bildiyi üçün lap əvvəldən sonuncuya adına borc saxlamamasını demişdir. Həmin vaxt da sonuncuya tez gedib borclarını bağlamasını tapşırmışdır. 19 aprel 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 zəng edib Xızıda hərbi hissədə olması səbəbindən bankdan zəng edilən gün borclarını bağlaya bilmədiyini, bu səbəbdən də ipoteka kreditinin verilməsindən imtina edildiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 işin həll olunmamasında onun günahkar olduğunu bildirib verdiyi pulları geri qaytarmağını tələb etməyə başlamışdır. O, sonuncuya sənədlərini verməsini, təkrarən bu işi həll etməyə çalışacağını təklif etmişdir. Lakin Zərərçəkmiş şəxs2 onun təklifi ilə razılaşmamış və pulu geri qaytarmağını tələb etmişdir. O, hər dəfə müxtəlif bəhanə gətirib tezliklə pulu qaytaracağını bildirsə də, aldığı pulu qaytara bilməmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs2 2019-cu ilin avqust ayında onun barəsində Bakı Hərbi Prokurorluğuna şikayət etmişdir. Zərərçəkmiş şəxs2 aldığı 3500 manat pulu şəxsi ehtiyaclarına xərcləmiş, ona ipoteka kreditinin ayrılması ilə əlaqədar hər hansı bir vəzifəli şəxslə, o cümlədən bank və ya ipoteka fondu əməkdaşı ilə hər hansı bir danışığı olmamış, nə də bununla əlaqədar kiməsə pul verməmişdir və sonuncudan aldığı puldan bu günə qədər hər hansı məbləği ona qaytarmamışdır. Bundan başqa hərbi qulluqçu olan Fərid adlı tanışı 2019-cu ilin aprel ayının ortalarında onunla əlaqə saxlayıb qohumu Zərərçəkmiş şəxs1 ipoteka kreditinin ayrılmasında köməklik etməyini xahiş etmiş, o da lazımi köməkliyi edəcəyini bildirmişdir. Bundan sonra Bakı şəhəri ərazisində Zərərçəkmiş şəxs1lə görüşmüş, Fərid adlı tanışı da həmin görüşdə iştirak etmişdir. Söhbət əsnasında Zərərçəkmiş şəxs1 öz evi plana düşdüyündən yeni mənzil almaq istədiyini və bunun üçün də 4 faizli ipoteka krediti ayrılmasına nail olmaq istədiyini bildirmişdir. O, yalan danışaraq özünü bank işçisi kimi təqdim edib vətəndaşlara ipoteka kreditinin ayrılmasında köməklik etdiyini demişdir. Bu zaman Zərərçəkmiş şəxs1 həm də onun adına 4 faizli kreditin ayrılması mümkün olmayacağını, əgər razı olarsa, hərbiçi olan qohumu Fərid adlı tanışının adına sənədləşdirmə aparılacağını bildirmişdir. Zərərçəkmiş şəxs1 və Fərid adlı tanışı onun bu təklifi ilə razılaşmışlar. Xidmət haqqı olaraq da Zərərçəkmiş şəxs1 9000 manat pul istəmiş və həmin pulu öncədən ödəmək lazım olduğunu bildirmişdir. Sonuncuya sənədləşdirmə işləri başa çatdıqdan sonra Fərid adlı tanışının hesabına 90000 manat ipoteka krediti köçürüləcəyini vəd vermiş və Zərərçəkmiş şəxs1 razılaşdıqdan sonra sağollaşıb ayrılmışlar. Növbəti gün sonuncu ona zəng edib pulu hazırladığını bildirmiş və onlar Nəsimi rayonu, 20 Yanvar küçəsi 6 ünvanının qarşısında görüşmüşlər, idarə etdiyi avtomobilin salonunda Zərərçəkmiş şəxs1 ona 9000 manat pul vermiş və pulun verilməsi zamanı Fərid adlı tanışı da iştirak etmişdir. Pul vəsaitini aldıqdan sonra Zərərçəkmiş şəxs1 qısa müddət ərzində Fəridin sənədlərini hazırlayıb verməsini, həm də almaq istədiyi evi axtarıb tapmasını tapşırmışdır. Bir neçə gün sonra sonuncu ipoteka kreditinin alınması ilə əlaqədar toplanmış sənədləri, yəni Fərid adlı tanışının iş, yaşayış yerindən arayışları, sənədlərinin surətini, maaş cədvəlindən çıxarışı və ipoteka kreditinin alınması ilə əlaqədar lazım olan digər sənədləri ona vermişdir. O, Zərərçəkmiş şəxs1 sənədləri götürdükdən sonra həm bütün sənədləri, həm də aldığı 9000 manat pulu “Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialında işləyən İlkin adlı tanışına vermiş, Zərərçəkmiş şəxs1 güzəştli ipoteka krediti almaqda köməklik etməsini xahiş etmişdir. Lakin bir müddət sonra İlkin adlı tanışı ondan başqa da bir neçə şəxsi aldadıb pullarını ələ keçirərək Almaniyaya köçmüş, bu səbəbdən də Zərərçəkmiş şəxs1 işi həll olunmamışdır. Buna baxmayaraq, sonuncu hər dəfə maraqlandıqda tezliklə işinin həll olunacağını bildirib onu arxayınlaşdırsa da, bir müddət sonra Zərərçəkmiş şəxs1 artıq ona inanmamağa başlamışdır. Başqa seçim imkanı olmadığından sonuncuya yalan danışaraq onu İpoteka Fondunun əməkdaşı ilə tanış edəcəyini demişdir. Bundan sonra o, tanışı X10 ilə görüşüb bir nəfərin işini həll etmək üzrə olduğunu, lakin iş sahibinin onu tələsdirdiyini bildirib aralarında olan münasibətə görə pul alıb işini həll etdiyi şəxslə görüşməsini və İpoteka Fondunun əməkdaşı olduğunu, 3 gün ərzində işin həll olunacağını, həll olunmazsa, pulun geri qaytarılacağını ona bildirməsini xahiş etmişdir. Ramin Şirinovu inandırdığından onunla birlikdə Zərərçəkmiş şəxs1lə görüşməyə razılaşmışdır. Həmin görüş zamanı Ramin Şirinov özünü İpoteka Fondunun əməkdaşı kimi təqdim etmiş, ipoteka kreditinin 3 gün ərzində ayrılacağını, əgər alınmazsa, pulunun qaytarılacağını Zərərçəkmiş şəxs1 demişdir. Sonuncu da inanıb 3 gün gözləməyə razılaşmışdır. Vəd etdiyi müddət başa çatsa da, Zərərçəkmiş şəxs1 işini həll edə bilmədiyindən o, israrla pulunu qaytarmağını tələb etməyə başlamışdır. Aldığı pulları qaytarmağa imkanı olmadığından Zərərçəkmiş şəxs1lə görüşdən yayınmağa, onun telefon zənglərinə cavab verməməyə başlamışdır. Bu səbəbdən də 2019-cu ilin iyul ayında sonuncu ondan polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs1 ərizəsi əsasında araşdırma aparıldığı dövrdə aldığı 9000 manat pulun 1000 manatını ona qaytarmış, qalan 8000 manat pulu isə qaytara bilməmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 aldığı 9000 manat nağd pul və sənədləri İlkin adlı şəxsə verməyini təsdiq edəcək hər hansı sübutu olmadığını, pullar və sənədləri İlkin adlı şəxsə ikisi arasında olan görüş zamanı verdiyini, sonuncunun vasitəsi ilə işi həll etməsi barədə Zərərçəkmiş şəxs1 məlumat vermədiyini qeyd etmişdir. Sonda törətdiyi cinayət əməllərindən səmimi peşiman olduğunu bildirərək məhkəmədən barəsində daha yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, Nərimanov rayonu ərazisində yerləşən evi plana düşdüyü üçün sökülmüş, buna görə sərfəli qiymətlə ipoteka yolu ilə mənzil almaq qərarına gəlmişdir. 2019-cu ilin aprel ayında Fərid adlı hərbiçi qohumunun vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuş, tanışlıq zamanı sonuncuya ipoteka krediti ilə mənzil almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs bank işçisi olduğunu və ipoteka evlərin sənədlərinin düzəldilməsi ilə məşğul olduğunu, ona 4% ilə kredit düşmədiyini bildirərək Fərid adlı tanışının adına 4 % ilə kredit götürülməsinin mümkün olduğunu demişdir. Təqsirləndirilən şəxs əgər ilkin ödəniş kimi 9000 manat pul ödəyərsə, bu halda ona 85-90 min manat kredit ayrılmasını təmin edəcəyini demişdir. Sonuncu ilə ilk dəfə görüşən zaman onun yanında adını və digər anket məlumatlarını xatırlamadığı bir nəfər hərbiçi də olmuş, söhbət zamanı həmin hərbiçi demişdir ki, Eldəniz onun ipoteka krediti məsələsini həll etmişdir. Həmin hərbiçinin dediklərinə görə, həm də Təqsirləndirilən şəxs danışığına əsasən ona inanmış və onun vasitəsi ilə ipoteka krediti almağa qərar vermişdir. Növbəti gün sonuncu ilə birlikdə Sumqayıt şəhərində yerləşən «Asan Xidmət» mərkəzinə getmiş, orada qohumu Fərid adlı tanışının adına «Asan imza» və «Asan nömrə» verilmişdir. Daha sonra isə Fərid adlı tanışı digər sənədləri də hazırlamaqla məşğul olmuş və sənədlər hazır olandan sonra ona göndərmişdir. İki gün sonra, yəni 24 aprel 2019-cu il tarixdə Nəsimi rayonu, 20 Yanvar küçəsi 6 ünvanının qarşısında görüşmüşlər və avtomobildə Təqsirləndirilən şəxs 9000 manat pul vermişdir. Sonuncu pulu alarkən onun yanında əvvəl də gördüyü hərbiçi oğlan və qohumu Fərid də iştirak etmişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra 3 günə ipoteka krediti ayrılacağını demişdir. Sonuncunun vəd etdiyi müddət başa çatdıqda işin nə yerdə olması ilə maraqlandıqda Təqsirləndirilən şəxs ipoteka kreditinin verilməsinin dayandırıldığını, bu səbəbdən də məsələnin uzandığını demişdir. Özü də maraqlandıqda həqiqətən də ipoteka kreditlərinin ayrılmasının dayandırıldığı məlum olmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs dediklərinə inanıb gözləmiş, lakin bu prosesin uzanmasından narahat olduğundan sonuncu ilə tez-tez əlaqə saxlayıb işin gedişatı ilə maraqlanmış, o da hər dəfə müxtəlif bəhanələr gətirib onu aldatmışdır. Nəhayət 2019-cu ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs ona İpoteka Fondunun rəhbər şəxslərindən biri ilə onu görüşdürəcəyini bildirmiş, o da razılaşmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 4 nömrəli poliklinikanın qarşısında Ramin adlı şəxslə görüşmüşdür. Söhbət edərkən Ramin adlı şəxs özünü İpoteka Fondunun rəhbər şəxsi kimi təqdim etmiş və 3 gün ərzində ya ona kredit ayrılacağını, ya da ödədiyi pulun geri qaytarılacağını bildirmişdir. Lakin onu aldatmışlar, nə işi həll olunmuş, nə də pulu geri qaytarılmışdır. Bu səbəbdən o, 15.07.2019-cu il tarixdə ərizə ilə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət etmişdir. Ərizəsi əsasında araşdırma aparıldığı müddətdə Təqsirləndirilən şəxs ona 1000 manat ödəsə də, qalan 8000 manat pulu ödəməmişdir. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək ələ keçirdiyi pulu geri qaytarmadığı üçün ondan şikayətçidir. Onun barəsində ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Arif oğlu verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ilin ortalarında ipoteka ilə hərbiçilər üçün nəzərdə tutulmuş güzəştli şərtlərlə mənzil sahibi olmaq istədiyindən bir neçə tikinti şirkətləri, banklar və ətrafındakı şəxslərlə maraqlandıqda ən azı 12-15 min manat arası ilkin ödəniş etməli olduğunu öyrənmişdir. Bu barədə hərbi hissədə də hərbi qulluqçulara danışmışdır. 2018-ci ilin sentybar ayının ortalarında hərbi hissənin yeməkxanası tərəfdə hərbi hissədə xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Şəhriyar Qurbanovla bu barədə söhbət edən zaman onlardan 2-3 metr aralıda hərbi hissənin mühafizə bölüyünün matrosu X7 dayanmışdır. O, söhbət əsnasında ilkin ödəniş üçün pul çox istədiklərini, buna gücü çatmadığını, lakin mənzil sahibi olmaq arzusunda olduğunu demişdir. Söhbət bitdikdən sonra matros Yusif Şərbətli ona yaxınlaşmış və təklikdə danışmaq istədiyini bildirmişdir. Təklikdə danışarkən matros Yusif Şərbətli onun qohumunun bu işləri həll edə bildiyini deyib onları əlaqələndirə biləcəyini demişdir. O da Y.Şərbətlidən qohumunun əlaqə nömrəsini istəmiş, sonuncu qohumunun adının Təqsirləndirilən şəxs olduğunu və Daxili Qoşunlarda hərbiçi işlədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs zəng etmiş və Y.Şərbətli onun barəsində sonuncuya məlumat verdiyindən onu tanımışdır. Müəyyən müddət danışdıqdan sonra görüşməyə razılaşmışlar. Onlar axşam saatlarında “20 Yanvar” metro stansiyasının yaxınlığında Təqsirləndirilən şəxsla görüşmüş, sonuncu avtomobili “Memar Əcəmi” metro stansiyasının yaxınlığına sürmüş və söhbət etməyə başlamışdır. Təqsirləndirilən şəxs toplamalı olduğu sənədlərin adların çəkmiş, o da bir kağıza həmin sənədlərin adını yazmışdır. O, 600 manata yaxın əmək haqqı aldığını və il ərzində maddi yardımlar da aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ona izah etmişdir ki, əmək haqqına uyğun maksimum 70 min manat ipoteka krediti ayrıla bilər. O, maksimum 30 min manat ayrıla biləcəyini öyrəndiyini Təqsirləndirilən şəxs desə də, sonuncu razılaşmamış və banklarla münasibəti yaxşı olduğundan maksimum məbləğin ayrılması üçün çalışacağını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ilkin ödəniş kimi 3500 manat pul verməsini, ilkin ödənişdə tələb olunan məbləğin qalan hissəsini özü əlavə edəcəyini demişdir. Sonuncu qiymətləndirmə komissiyasının evi real qiymətindən artıq qiymətləndirdikdən sonra öz qoyduğu pulu götürəcəyini bildirmişdir. O, Masazır tərəfdə bina evlərində ev istədiyini bildirdikdə Təqsirləndirilən şəxs bunun mümkün olmadığını, ən yaxşı halda, Xırdalan tərəfdə həyət evlərinə baxmalı olduğunu tövsiyə etmişdir. Bundan sonrakı müddətdə o, tələb olunan pulu hazırlamış və 22 oktyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxsla Sumqayıt şəhərinin giriş hissəsindəki ərazidə görüşmüş, pul vəsaitinin üzərində olduğunu, amma qarant üçün həmin pulu ona notarial qaydada verə biləcəyini bildirmişdir. Sonuncu buna etiraz etsə də, sonradan razılaşmışlar, onlar birlikdə Sumqayıt şəhərində yerləşən "ASAN" xidmət mərkəzinə getmişlər. Orada aralarında borc müqaviləsi bağlanmış və həmin borc müqaviləsinə əsasən 3500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Sonuncu pulları götürdükdən sonra uzağı 50-55 min manat civarında evlər tapmasını, onun özünün də sənədləşdirmə işləri ilə məşğul olacağını demişdir. O, etibar edib asan imza nömrəsini və parolunu sonuncuya vermişdir. O, bir neçə dəfə tək, bir neçə dəfə Təqsirləndirilən şəxsla Xırdalan şəhərində həyət evlərini gəzib baxmışdır. Sonuncu ona ay yarım içərisində hesabına ipoteka fondundan pul köçürüləcəyini bildirmişdir. Lakin həmin müddət keçsə də, Təqsirləndirilən şəxs işin nəticəsi barədə məlumat ala bilməmişdir. 2018-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs zəng etmiş, ay yarım keçdiyini xatırlatmış və nə yenilik olduğunu soruşmuş və Təqsirləndirilən şəxs pul ayrılan kimi onun hesabına köçürüləcəyini, sadəcə olaraq İpoteka Fondundan hərbçilər üçün nəzərdə tutulmuş 4 faizli güzəştli kredit xəttinin hələ açılmadığını cavab vermişdir. 26 dekabr 2018-ci il tarixdə sonuncu ona zəng edib ilkin ödəniş verməyə pul çatmadığını demişdir. Ona maddi imkanı yaxşı olmasa da, əlavə tələb olunan 1500 manatı da verməyəcəyi təqdirdə işinin həll olunmayacağına Eldəniz onu inandırdığından həm özündə olan puldan qoymaqla, həm də evdən pul götürməklə 1100 manat pul düzəldə bilmişdir. Təxminən 3-4 gün sonra Təqsirləndirilən şəxs zəng etmiş, 30 dekabr 2018-ci il tarixdə, saat 16 radələrində 3-cü mikrorayon dairəsi yaxınlığında sonuncu ilə görüşmüşdür. O, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə əyləşmiş və 1100 manat pul düzəldə bildiyini demişdir. Təqsirləndirilən şəxs pulları götürmüş və 400 manatı birtəhər özünün düzəldəcəyini bildirmişdir. Bir neçə gün sonra sonuncu ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs narahat olmamasını, işin həll olunduğunu demişdir. O, yeni ilin təzə başladığını, 4 faizli güzəştli kreditlər üçün ipoteka açılmasını gözlədiyini bildirmiş, hətta ona sənədləri yenidən toplatdırmış, səbəbini isə ilin təzə başlaması ilə əlaqələndirmişdir. O, yanvar ayının axırlarında internet vasitəsilə öyrənmişdir ki, güzəştli kredit üçün ipoteka fondu vəsait ayırmışdır. Dərhal bu barədə Təqsirləndirilən şəxs zəng etmiş, sonuncu isə 4 faizli kreditin hələ açılmadığını, 8 faizli kreditin açıldığını bildirmişdir. Həmin vaxtdan etibarən 1019-cu ilin aprel ayına qədər Eldənizlə hər dəfə danışarkən ona səbrli olmasını, hər şey həll olunacağını demişdir. 12 aprel 2019-cu il tarixində, həftənin cümə günü Təqsirləndirilən şəxsla 28 may metrosunun yaxınlığında olan "xxxxnın" mərkəzi ofisinin yaxınlığında görüşmüş, sonuncu idarə etdiyi avtomobillə onu “Hökümət Evi" nin yaxınlığında olan, “xxxx”nın “Buta” filialına aparmışdır. Təqsirləndirilən şəxs sənədlərini ona vermiş və içəri girib ortada olan cavan oğlana yaxınlaşıb sənədlərini ona təqdim etməsini və onlayn sifariş etdiyini bildirmişdir. O, binaya daxil olmuş, əvvəllər tanımadığı Vüsal adında işçiyə yaxınlaşıb faizlə nəzərdə tutulan güzəştli ipoteka krediti üçün onlayn müraciət etdiyini demiş, Vüsal adlı şəxs sənədlərinə baxmağa başlamış, ailə tərkibi haqqında arayışını təzələməli olduğunu bildirmişdir. Bank əməkdaşı olan Vüsal əmək haqqı cədvəlinə baxdıqdan sonra ona maksimum 30 min manat pul ayıra biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs verdiyi kodu Vüsal adlı şəxsə vermiş və hesabına pul köçürülməli olduğunu bildirmişdir. Vüsal adlı şəxs həmin kodu kompüterində yoxlamış və hesabına 60 min manat pul oturduğunu demişdir. Vüsaldan sistemə baxmağına icazə verib vermədiyini soruşduqda Vüsal razılaşmamış və iş vaxtının bitməsi səbəbindən sistemin bağlandığını demişdir. Bankdan çıxdıqdan sonra Təqsirləndirilən şəxsla görüşmüş, bankda baş verənləri sonuncuya danışmışdır. Təqsirləndirilən şəxs məsələnin həll olunduğunu ona demiş, bundan sonra sonuncu idarə etdiyi avtomobillə onu Xətai rayonunda yerləşən 2 saylı “Asan Xidmət Mərkəzi” nə aparmış, işləri olduğunu bildirib özü gözləmədən getmişdir. O, avtomobildən düşüb 2 saylı “Asan Xidmət Mərkəz”inə daxil olmuş, ailə tərkibi haqqında arayışı təzələmiş, lakin həmin gün aparıb arayışı banka verə bilməmişdir. Şənbə və bazar günləri bank işləmədiyi üçün, həftənin 2-ci günü həmin sənədi aparmaq istəmişdir. 15 aprel 2019-cu il tarixdə, yəni həftənin 1-ci günü səhər saatları bank işçisi olan Vüsal ona zəng edib demişdir ki, sistemdə 600 manatdan bir qədər çox borcu olduğu görünür, əgər həmin borcu gün ərzində bağlamasa ayrılmış pullar geri qaytarılacaqdır. Nəyə görə bu məsələni 5-ci gün demədiyini soruşduqda Vüsal adlı şəxs sistemə indi baxıb görə bildiyini demişdir. O, 16 aprel 2019-cu il tarixdə borcun yarısını, 17 aprel 2019-cu il tarixdə borcun digər yarısını ödəmiş, 17 aprel 2019-cu il tarixdə Unibankdan borcun tam bağlanması ilə bağlı sənədi götürüb “xxxx”ya Vüsal adlı şəxsin yanına getmiş, həmin sənədi təqdim etmişdir. Vüsal adlı şəxs isə artıq gec olduğunu və hesabına oturmuş pulun verilməsindən imtina edildiyini bildirmişdir. Vüsal adlı şəxslə bir az sözlü mübahisə etdikdən sonra sənədlərini götürüb bankdan çıxmışdır. Həmin gün Təqsirləndirilən şəxs nə qədər zəng etsə də, ya telefonu açmamış, ya da mobil telefonuna zəng çatmamışdır. 19 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs zəng edib olanları danışmış, sonuncu əvvəlcə öz günahı olduğunu bildirsə də, Təqsirləndirilən şəxs xatırlatmışdır ki, bu barədə özünün əvvəlcədən məlumatı olmamış, həftənin 1-ci günü deyilmiş, işdən çıxa bilmədiyindən həmin gün ödəyə bilməmişdir. Daha sonrakı danışıqlarında Təqsirləndirilən şəxs sənədlərini ona verməsini, bu işi təkrar həll etməyə çalışacağını təklif etmişdir. Bir müddət gözləmiş və 15 may 2019-cu il tarixdən sonra işi həll edə bilməməsi səbəbindən Təqsirləndirilən şəxs pulu geri qaytarmasını tələb etməyə başlamışdır. 17 may 2019-cu il tarixdə, gecə saat 02 radələrində “Memar Əcəmi” metro stansiyasının yaxınlığında görüşmüş, Təqsirləndirilən şəxs yenə də bu işi həll edəcəyini bildirmiş, vaxt verməyini istəmişdir. Lakin o razılaşmamış, sonuncudan ödədiyi 4600 manat pulun geri qaytarmasını tələb etmişdir. Bundan sonrakı müddət ərzində Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanə gətirib pulu qısa müddət ərzində qaytaracağını bildirsə də, vədinə əməl etməmiş, gah telefon zənglərinə cavab verməmiş, gah onunla görüşməkdən qəsdən yayınmışdır. Sonuncunun onu aldatdığını başa düşdüyündən 03 avqust 2019-cu il tarixdə onun barəsində Bakı hərbi prokurorluğuna müraciət etmişdir. Təqsirləndirilən şəxs aldığı 4600 manat puldan ona hər hansı məbləğdə pul qaytarmamışdır. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək ələ keçirdiyi pulu geri qaytarmadığı üçün ondan şikayətçidir. Onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2018-ci ildə «xxxx MMC» də kredit mütəxəssisi kimi işləmiş, Zərərçəkmiş şəxs2 ilə iş prosesində tanış olmuşdur. Belə ki, 12 aprel 2019-cu il tarixdə saat 16:50 radələrində Zərərçəkmiş şəxs2 banka gəlib əlindəki sənədləri ona təqdim etmişdir. O, sənədlərlə tanış olduqda natamam olduğunu müəyyən etmiş və bu barədə Zərərçəkmiş şəxs2 məlumat vermiş, həmçinin onlayn qeydiyyatdan keçədikdən sonra hərbi qulluqçuların banka yaxınlaşmasına 10 gün vaxt verildiyini, əgər sənədləri indi qəbul edərsə, 3 gün içərisində hazır olmazsa qaydalara əsasən ipoteka krediti ayrılmasından imtina olunacağını sonuncuya izah etmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs2 ona aktivləşdirmə kodunu da vermişdir. O, sonuncunun sənədlərinə və əmək haqqına baxıb demişdir ki, əgər bu təqdim etdiyi əmək haqqı ilə heç bir krediti olmadığı təqdirdə ailə üzvlərinin tərkibini də nəzərə alaraq 30 min manata qədər güzəştli şərtlərlə ipoteka krediti ayrıla bilər. Ondan kredit və zaminliyinin olub-olmamasını soruşmuş, Zərərçəkmiş şəxs2 heç bir krediti və öhdəliyi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 müraciətinin son gününün ayın 15-i olduğunu bildirib həmin günə kimi sənədləri qaydasına qoymasını, yəni ailə tərkibi haqqında arayışı dəyişməli olduğunu və hərbi hissədən əmək haqqı göstərilən arayışı olmadığını bildirib həmin sənədləri hazırlayıb təqdim etməsini tapşırmışdır. Zərərçəkmiş şəxs2 aktivləşdirmə kodunu və sənədləri ona təhvil verib getmiş, ailə tərkibi haqqında arayışı həmin gün “Asan Xidmət”dən alıb verəcəyini, digər sənədi isə hərbi hissədən ayın 15-nə kimi alıb verəcəyini bildirmişdir. Həmin gün saat 18:00-dək Zərərçəkmiş şəxs2 “Asan Xidmət”dən ailə tərkibi haqqında arayışı gətirib vermişdir. 15 aprel 2019-cu il tarixdə bankın iş üçün verdiyi mobil nömrə ilə sonuncuya zəng etmiş, müraciətin son günü olduğunu bildirib kodu aktivləşdirməsini soruşmuş, Zərərçəkmiş şəxs2 da aktivləşdirməyi bildirmişdir. Zərərçəkmiş şəxs2 parolunu aktivləşdirdikdən sonra ona sonuncunun 736 manat 99 qəpik aktiv borcu və 2211 manat 57 qəpik isə zaminliyi məlum olmuşdur. Dərhal Zərərçəkmiş şəxs2 zəng etmiş və kodu aktivləşdirdiyini, sistemə baxdıqda onun həm kredit borcu, həm də zaminliyinin olduğunu öyrəndiyini bildirmiş və borcunu bağlamasa ona kredit düşməyəciyini tapşırmışdır. Zərərçəkmiş şəxs2 kredit borcunu və zaminliyində olan krediti bağlamadığı üçün, eyni zamanda hərbi hissədən arayışı gətirmədiyi üçün 17 aprel 2019-cu il tarixdə saat 17:00-da ona ipoteka kreditinin ayrılmasından imtina olunmuşdur. Zərərçəkmiş şəxs2 19 aprel 2019-cu il tarixdə banka yaxınlaşdıqda özünə də bu barədə məlumat verilmiş, 3 gün müddətində həm kreditini, həm zaminliyində olan borcu bağlamadığını, həm hərbi hissədən arayışı gətirmədiyni, bundan başqa, xərclərinin gəlirlərini üstələdiyi üçün ipoteka kreditinin ayrılmasından imtina olunduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs2 hesabına 60 min manat pul köçürülməsi barədə məlumat verməmişdir. İş materiallarında olan əlyazmanının surətindən görünür ki, Təqsirləndirilən şəxs 9000 manat pul vəsaitini borc olaraq Zərərçəkmiş şəxs1 aldığını qeyd etmiş və həmin borcu 24 may 2019-cu il tarxədək qaytaracağını öz imzası ilə təsdiq etmişdir (cild 1, i/v 8). İş materiallarında olan ”Diskə baxış keçirilməsi haqqında” 10 avqust 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Adil oğlu tərəfindən təqdim edilmiş «Cron» və «Samsung Duos G313Hu» markalı mobil telefonlara və 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış keçirilən diskdə 03 ədəd qovluq olmuş, həmin qovluqların adı “WhatsApp sesler”, “ELDENİZ-telelfon danışıqları”, “WhatsApp sekiller”-dir. Baxış zamanı iki şəxsin ipoteka krediti ilə mənzil alınması barədə danışdığı, bu işin həll olunması məqsədi ilə ümumilikdə 4600 manat məbləğində pul verilməsi və həmin pulun geri tələb olunması ilə əlaqədar söhbət aparıldığı müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı qeyd olunan CD diskə baxış keçirilmiş və protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan ”Mobil telefona baxış keçirilməsi haqqında” 14 avqust 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Adil oğlu tərəfindən təqdim edilmiş «Cron» markalı mobil telefonun video qovluğuna baxış keçirilmişdir. Baxış zamanı iki şəxsin ipoteka krediti ilə mənzil alınması barədə danışdığı, bu işin həll olunması məqsədi ilə ümumilikdə 4600 manat məbləğində pul verilməsi və həmin pulun geri tələb olunması ilə əlaqədar söhbət aparıldığı müəyyən edilmişdir. İş materiallarında olan 17 sentyabr 2020-ci il tarixli “İttiham elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan, “Axtarışda olan şəxsin tutulması barədə” 07 oktyabr 2020-ci il tarixli protokoldan, “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 07 oktyabr 2020-ci il tarixli protokoldan və Nəsimi rayon məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 sentybar 2020-ci il tarixdə axtarış elan edilmiş, sonuncu 07 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 09 oktyabr 2020-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 133, 139; cild 2, 167-171). İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu X8 tərəfindən təsdiq edilərək 3M-1271 nömrə ilə reyestrdə qeyd edilən 22 oktyabr 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs2 3500 manat pul vəsaitini Təqsirləndirilən şəxs borc verir və borc alan 22 dekabr 2018-ci il tarixədək həmin pul vəsaitini qaytarmağı öhdəsinə götürmüşdür (cild 1, i/v 199). İş materiallarında olan Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən Azərbaycan Respublikası Prokurorluğunun Bakı Hərbi Prokurorluğuna ünvanlanmış 21 avqust 2019-cu il tarixli məktubdan görünür ki, “Elektron ipoteka və kredit zəmanət” sisteminə əsasən, X11 04 aprel 2019-cu il tarixində, saat 12:13-də “Elektron hökümət” portalı vasitəsi ilə 60000 AZN məbləğində 356 ay müddətinə güzəştli ipoteka kreditinin alınması üçün “xxxx” ASC-yə müraciət etmiş və müraciəti qeydə alınmışdır. X2 digər kredit öhdəliklərinin çox olması səbəbindən ona 18 aprel 2019-cu il tarixində, saat 10:25-də müvəkkil bank tərəfindən ipoteka kreditinin verilməsindən imtina edilmişdir (cild 2, i/v 40). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2019-cu il tarixli, 21036 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 01 ədəd «Ridata» markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs2 məxsus olması müəyyən olunmuşdur. Təqdim edilmiş 01 ədəd «Ridata» markalı DVD diskdə olan mübahisəli fonoqramlarda montaj əlamətləri müəyyən olunmamışdır (cild 2, i/v 86-92). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2019-cu il tarixli, 21442 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş «Corn» markalı mobil telefonun yaddaşında müəyyən olunmuş «VİDREC0008A.avi» və VİDREC0005A.avi» adlı, «avi.» formatında tərtib olunmuş videoçəkilişləri əks etdirən fayllarda montaj əlamətləri müəyyən olunmamışdır. Tədqim olunmuş bir ədəd «Corn» markalı mobil telefonun yaddaşında müəyyən olunmuş «VİDREC0008A.avi» və «VİDREC0005A.avi» adlı, «avi.» formatında tərtib olunmuş videoçəkilişləri əks etdirən fayllar bir ədəd «CD» tipli optik diskə olduğu kimi, daxili strukturuna müdaxilə etmədən köçürülmüşdür (cild 2, i/v 97-99). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 13.10.2020-ci il tarixli tələbnamədən və Bakı Hərbi Məhkəməsinin 25 fevral 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 25 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum edilmiş, 09.04.2018-ci il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi CMnin 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilib, cəzası 03 il 07 aya endirilmiş və 27 aprel 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 2, i/v 177-178, 184-205). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özü tərəfindən qismən etiraf edilsə də, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyləri, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 4600 manat pulu alaraq ələ keçirdiyini inkar edərək 3500 manat pul vəsaiti almasını bildirsə də, iş materialları və proses iştirakçılarının ifadəsi ilə sonuncunun 4600 manat pul vəsaitini aldığı sübut olunmuşdur. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 4600 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsində özünü qismən təqsirli bilərək 3500 manat pul vəsaitini almasına dair ifadəsinə tənqidi yanaşır və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, vəziyyətini yüngülləşdirən halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 07 oktyabr 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs 661 (altı yüz altmış bir) manat 17 (on yeddi) qəpik miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-391/2020 saylı, 18.12.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 07 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 661 (altı yüz altmış bir) manat 17 (on yeddi) qəpik miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar