Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-134/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:30 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 1966-cı ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, H.Əliyev prospekti, ev 6, mənzil 12-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs mənzilə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə qeyri-rəsmi nikahda olduğu Şahid1 xadimə işlədiyi Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilin giriş qapısının açarını Şahid1 əl çantasından gizli götürərək istintaqla dəqiq müəyyən edilməyən tarixdə, yəni 14-24 iyul 2022-ci tarixləri arasında olan müddət ərzində saat 16 radələrində həmin mənzilin giriş qapısını açmaqla oraya bir dəfə qanunsuz daxil olub mənzilin yataq otağındakı dolabın içərisində saxlanılan çamadandan həmin dövrün məzənnəsi ilə 22100 manat təşkil edən 13000 ABŞ dolları pulu gizli olaraq talamaqla zərərçəkmış şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə kirayə yaşamış və tikinti işləri ilə əlaqəli təmir işləri ilə məşğul olmuşdur. Lakin həmin əmək fəaliyyəti uzun müddətli olmamış, müəyyən vaxtlarda işsiz qalmışdır. Onun sələmçiyə böyük məbləğdə borcu olmuş və həmin borcların ödənilməsinə görə sıxıntıları yaranmışdır. 2022-ci ilin iyun ayında həyat yoldaşı Şahid1 xadimə olaraq işlədiyi Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanı barəsində həyat yoldaşından müəyyən məlumatlar əldə etmişdir. Belə ki, həmin mənzildə Zərərçəkmiş şəxs müəyyən müddət ərzində olmadığını və sonuncunun imkanlı şəxs olmasını öyrənmişdir. Bundan sonra, o, həyat yoldaşının xəbəri olmadan həmin mənzildən oğurluq etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs yaşadığı mənzildən bir ədəd xalçanı və bir ədəd televizoru birlikdə satın aldığı vaxt həmin mənzili tanımış və harada yerləşməsi barədə məlumatı olmuşdur. Oğurluq etmək qərarına gəldikdən sonra həyat yoldaşı Şahid1 əl çantasından Zərərçəkmiş şəxs yaşadığı mənzilin açarını götürmüş və həmin açarın götürülməsindən həyat yoldaşının xəbəri olmamışdır. Daha sonra Zərərçəkmiş şəxs xaricdə olduğunu bildiyi üçün ünvan 1 ünvanına gəlmiş və açar vasitəsilə qapını açaraq mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra otaqlara baxmış, daha sonra yataq otağına daxil olaraq orada yerləşən dolabları açmışdır. Həmin vaxt qırmızı çamadan olduğunu görmüş və yaxınlıqda bağlı seyfin olduğunu müşahidə etmişdir. Bundan sonra, o, çamadanı açarkən içərisində rezinlə bağlanmış dollarlar, açıq dollarlar, həmçinin qızıllar olduğunu görmüşdür. O, borcların verilməsi üçün ehtiyacı olduğu qədər, yəni 13000 ABŞ dolları götürmüş, lakin qalan pulları və qızılları götürməmişdir. Daha sonra oğurluq etdiyi mənzili tərk etmiş və özünün yaşadığı mənzilə gəlmişdir. Oğurluq etmək məqsədilə götürdüyü açarı həyat yoldaşının əl çantasına qoymuş və hadisə barədə heç kimə məlumat verməmişdir. Bundan sonra, oğurladığı pulları sələmçiyə verərək borcunu bağlamışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs polisə etdiyi müraciət əsasında araşdırma aparılmış və o, müvafiq polis orqanında verdiyi izahat zamanı oğurluq etdiyini etiraf etmişdir. Onun oğurluq etməsi barədə həyat yoldaşının hər hansı məlumatı olmamışdır. Törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını bildirərək, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, onun yaşadığı ünvan 1 ünvanında Şahid1 təxminən 6 il xadimə işləmiş və həftə ərzində sonuncu iki dəfə gələrək mənzildə təmizlik işləri aparmışdır. O, xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasına getmiş və ölkədə olmadığı müddətdə evi təmizləməsini Şahid1 tapşırmışdır. O, bir müddət sonra qayıtmış, 2022-ci ilin sentyabrın əvvəllərində oğlu universitetə qəbul olduğundan təhsil haqqını ödəmək üçün pul lazım olmuşdur. Bu məqsədlə yataq otağında dolabda olan çamadanın içərisində saxladığı pulu götürmək istəyən zaman həmin çamadanda saxladığı 13000 ABŞ dollar pulun yerində olmadığını aşkar etmişdir. Həmin vaxta qədər oğluna verilmiş 500 manat pul itmiş, lakin Şahid1 həmin pulun itməsindən və ya oğurluq edilməsindən xəbərsiz olduğunu bildirmişdir. Ümumiyyətlə, yaşadığı mənzildə mütəmadi olaraq zinət əşyaları və ya pullar itsə də, həmin pul və ya zinət əşyalarının tam olaraq itməməsi səbəbindən Şahid1 şübhələnməmişdir. Sonradan əlavə olaraq qızıl onluq qəpiklərdən iki ədədinin də oğurlandığını aşkar etmişlər. O, pulun oğurlanması barədə Şahid1 soruşsa da, sonuncu xəbərsiz olduğunu bildirmiş və oğurluq edildiyi təqdirdə bütün pulların oğurlana biləcəyini, bir paçka pulun oğurluq məqsədilə götürülmədiyini, bununla da, həmin pulların oğurlanmaması və itməsi barədə görüntü yaratmağa çalışmışdır. Lakin, həmin çamadanda pulların paçka və ya açıq formada olması barədə Şahid1 məlumatı əvvəlcədən vermədiyindən sonuncunun pulların paçka formasında olmasını qeyd etməsi səbəbindən şübhələri yaranmışdır. Həmçinin həmin çamadanın kilid açarını gizlətmiş və evə gələn kənar şəxsin həmin açarı taparaq pulu götürməsi mümkün olmamışdır. Qeyd olunanlar isə həmin oğurluq əməlinin məhz evi tanıyan şəxs tərəfindən törədilməsini təsdiq edir. Bundan əlavə, o, Türkiyədən evə gələrkən bütün əşyalar yerində olmuş və təmizlik işləri aparılmışdır. Halbuki, oğurluq əməli evi tanımayan şəxs tərəfindən törədilərkən evdə dağınıqlıq və natəmizlik olması müşahidə edilməlidir. Pulun oğurlanması dəqiqləşdirildikdən sonra müvafiq polis orqanına müraciət edilmiş və həmin oğurluğun araşdırılması zamanı ilkin olaraq oğurluğun Şahid1 tərəfindən törədilməsi bildirilsə də, bir müddət sonra polis əməkdaşları oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsini bildirmişlər. Lakin, o, oğurluq əməlinin törədilməsində Şahid1 iştirak etməsinə əmin olduğundan sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsini zəruri hesab edir. Buna görə də, şikayətçidir və cinayət əməlini törədən şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs heç vaxt görməsə də, qiyabi olaraq tanımış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. O, anası və qardaşı ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Şahid1 uzun müddətdir yaşadıqları mənzilə gələrək həftə ərzində iki dəfə müxtəlif vaxtlarda təmizlik işləri aparmışdır. Yaşadıqları evin açarının bir surəti Şahid1 təmzilik işlərinin aparılması məqsədilə verilmişdir. xx.xx.2022-ci il tarixdə anası Samirə və qardaşı Səid Türkiyə Respublikasına getmişlər. Lakin o, heç bir yerə getməmiş və iş fəaliyyəti ilə əlaqədar erkən saatlarda evdən çıxmış, axşam saatlarında isə qayıtmışdır. Anasının və qardaşının Türkiyəyə getməsi barədə Şahid1 məlumatlı olmuşdur. 2022-ci ilin sentyabr ayının əvvəllərində qardaşı Səid universitetə qəbul olduğuna görə təhsil haqqının ödənilməsi tələb olunmuşdur. Bu məqsədlə anası yataq otağında dolabda olan çamadanda saxladığı pulu götürmək istəyərkən həmin çamadanda saxlanılan 13000 ABŞ dolları pulun orada olmadığını aşkar etmiş, bundan sonra birlikdə evi axtarmışlar, lakin pulu tapa bilməmişlər. Evə yalnız Şahid1 gəldiyini bildiklərindən ondan şübhələnmişlər. Lakin Natiqədən oğurlanmış pullar barədə soruşulduqda xəbəri olmadığını bildirmişdir. Daha sonra o, Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Aparılmış araşdırma zamanı şübhəli şəxs kimi Təqsirləndirilən şəxs saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. O, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs evində uzun müddət xadimə işləmişdir. Belə ki, o, həftənin 2-ci və 5-ci günləri həmin mənzilə gedərək təmizlik işləri aparmışdır. Zərərçəkmiş şəxs xx.xx.2022-ci ildə Türkiyə Respublikasına getmiş və gedərkən ona arada bir gedib evini təmizləməsini tapşırmışdır. O, 2022-ci ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs yaşadığı mənzildə olan zaman Samirə evindən 13.000 ABŞ dollar pulun oğurlandığını bildirmiş, o da evdən oğurluq olmasından xəbəri olmadığını bildirmişdir. Samirə evindən oğurluq olmasında ondan şübhələndiyini bildirmiş, o, oğurluqdan xəbəri olmadığını bildirsə də, sonuncu ona inanmamışdır. Zərərçəkmiş şəxs evindən oğurluq olması barədə Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edəcəyini bildirmiş, o da sonuncuya polisə şikayət etməsini məsləhət görmüş və yaşadığı evə qayıtmışdır. Daha sonra, o, evə gedərək həmin mənzildən oğurluğun edilməsi ilə bağlı həyat yoldaşı Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt oğurluğun onun tərəfindən törədildiyini bildirmişdir. Vaqifdən necə oğurluq etməsini soruşmuş, sonuncu isə Zərərçəkmiş şəxs evinin açarını onun çantasından götürdüyünü və Samirənin Türkiyə Respublikasında olan zaman evə gedib qapını açaraq oğurluq etdiyini bildirmişdir. O, həyat yoldaşının qeyd olunan əməli törətməsindən təəssüflənmiş və həmin pulların dərhal qaytarılmalı olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs ona möhlət verilməsini və oğurladığı pulları bir neçə günə qaytaracağını bildirmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs oğurladığı pulları qaytarmamış və ümumiyyətlə həmin pulların necə xərclənməsi və ya borca verilməsi barədə məlumatı olmamışdır. Vaqifin ona bildirdiklərindən sonra o, Təqsirləndirilən şəxs ondan Samirənin maddi imkanı barədə soruşduğunu, o da söhbət əsnasında Samirənin evində qızıl-zinət əşyalarının və pullarının olduğunu bildirdiyini xatırlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı ünvanı həmin evdən televizor və xalça satın alınarkən əşyaların aparılması məqsədilə gələrkən tanımışdır. Onun ümumiyyətlə Zərərçəkmiş şəxs pulları harada saxlaması barədə məlumatı olmamışdır. Oğurluğun törədildiyi vaxt qeyd olunan qırmızı çamadan isə bəzi hallarda açıq vəziyyətdə olmuş, hətta uzun müddət əvvəl Şahid2 həmin çamadanın açıq vəziyyətdə olduğunu bildirmişdir. Daha sonra Şahid2 həmin çamadanı bağlı vəziyyətə gətirmişdir. Sonradan o və Təqsirləndirilən şəxs polis bölməsinə dəvət edilərək izahatı alınmış və həyat yoldaşı Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat başlanılmışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-509/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i/v 35-36, 71-75). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-641/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 19 fevral 2023-cü il tarixədək uzadılmışdır. (i/v 161-162). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i/v 98-99). İş materiallarında olan “baxış keçirilməsi barədə” 28 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə və Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin 22 iyul 2022-ci il tarixdə ünvan 3 ünvanda olan anten dairəsini müəyyənləşdirmək üçün Nəsimi rayon məhkəməsinin qərarı əsasında DİN Baş İnformasiya-Kommunikasiya İdarəsindən əldə edilmiş məlumatlara baxış zamanı xx.xx.2022-ci il tarixə saat 15 radələrində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten dairəsi Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi “Mehriban” şadlıq sarayının yaxınlığı, Sarayevo küçəsi və digər küçə ərazisində anten dairəsi olması müəyyən edilmişdir. Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə anten dairəsi Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 8-də olması müəyyən edilmişdir. Disklərdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat əldə edilməmişdir.(i/v 177). İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 16 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 5 ünvanıdır. (i/v 7-9). İş materiallarında olan “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 21 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvana hansı qaydada daxil olduğuna, həmin ünvandan oğurluq etdiyini hadisə yerində əyani göstərmiş və hadisə yerində istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. (i/v 58-62). İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2012-ci ildə doğulmuşdur. Atası Təqsirləndirilən şəxsdur.(i/v 103). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-134/2023 saylı, 23 fevral 2023-cü il tarixli qərara əsasən 27 fevral 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-134/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-134/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver