Məhkəmə qərarları › İş №1(006)-134/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-134/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-134/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 14:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, müdafiəçilər Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə, xx.xx.2001-ci ildə Rusiya Federasiyasında doğulmuş, orta təhsilli, subay, məhkumluğu olan, Bərdə rayonu, Qasımbəyli kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və halhazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx.xx.1995-ci ildə Bərdə rayonunda doğulmuş, orta təhsilli, subay, məhkumluğu olan, Bərdə rayonu, Kələntərli kəndində pasport qeydiyyatında olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, bina 70C, mənzil 60-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx.xx.1986-cı ildə Lənkəran rayonunda doğulmuş, orta təhsilli, subay, Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, məhkumluğu olan, Lənkəran rayonu, Ləj kəndində kəndində pasport qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və halhazırda Bakı İstintaq Təcrid xanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx.xx.1991-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, subay, məhkumluğu olan, ünvan 3 ünvanda yaşayan, hazırki iş üzrə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(006)-441/2024 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və halhazırda Bakı İstintaq Təcrid xanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və X7 ilə birlikdə 07 avqust 2023-cü il tarixdə saat 22:30-da ictimai yer hesab edilən ünvan 4 ünvanda yerləşən “Kaman” restoranında olarkən digər masada tanışları ilə əyləşmiş Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış sözlü mübahisəni aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Xəyal Məmmədovla birlikdə restoranın dəhlizinə çıxıb orada qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə heç bir əsaslı səbəb olmadan qeyd olunan şəxslərlə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədib ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib, ilkin olaraq Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 zor tətbiq edib qəsdən sifət nahiyəsindən yumruqla zərbə vuraraq yerə yıxdıqdan sonra Təqsirləndirilən şəxs3, Xəyal Məmmədov və Təqsirləndirilən şəxs2 restoranın dəhlizində qoyulmuş silah qismində istifadə etdikləri taxta materiallı masa və dəmir dirəkləri olan taxta tribuna ilə Zərərçəkmiş şəxs1 zor tətbiq edib sonuncunun bədən nahiyəsinə qəsdən zərbələr vuraraq bir qrup şəxs halında sonuncuya alt dodağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sol əlin İİ barmağının, bel nahiyəsinin və sağ baldırın qançırları, sol bazunun, sol dirsək oynağı nahiyəsinin, sol saidin sıyrıqları ilə müşayiət olunan dərəcələri təyin olunmayan bədən xəsarətləri, Təqsirləndirilən şəxs4 isə hadisəyə müdaxilə edən Zərərçəkmiş şəxs2 zor tətbiq edib sonuncunun üz nahiyəsinə zərbələr vuraraq ona sağ gözaltı nahiyənin qançırı kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirdikdən sonra o, Zərərçəkmiş şəxs1 yerə yıxıldığını görüb üzərindəki istintaqla müəyyən edilməyən bıçağı silah qismində istifadə edib həmin bıçaqla Zərərçəkmiş şəxs1 zor tətbiq edib sonuncunun ayaq nahiyələrindən qəsdən zərbələr vuraraq ona sol budun 1 ədəd və sağ budun 1 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yanaşı o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Xəyal Məmmədov və Təqsirləndirilən şəxs4 ilə birlikdə restoranın dəhlizindəki rəsm əsəri, dəmir güldanlar, qəlyan aparatları, dəmir dirəkləri olan taxta tribunanı, taxta materiallı masanı qəsdən zədələyərək “Kaman” restoranının icarədarı Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1500 manat maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 25 iyul 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nərimanov rayonu X14 küçəsi 129 ünvanında yerləşən «Vedi» kafesində olarkən tanışı Zərərçəkmiş şəxs3 görüb onunla eyni masada əyləşərək spirtli içki qəbul etdikdən sonra qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə Zərərçəkmiş şəxs3la heç bir əsaslı səbəb olmadan sözlü mübahisə yaradıb ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib kafedən götürdüyü istintaqla müəyyən edilməyən pivə bakalını silah qismində istifadə edib həmin bakalla Zərərçəkmiş şəxs3 zor tətbiq etməklə qəsdən sonuncunun baş nahiyəsindən və əl-ayaq zərbələri ilə qəsdən bədən nahiyələrindən zərbələr vurduqdan sonra cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs3 kafenin qarşısına çıxardıb orada üzərində olan istintaqla müəyyən edilməyən alətlə sonuncunun baş nahiyəsindən zərbə vuraraq ümumilikdə Zərərçəkmiş şəxs3 başın təpə nahiyəsinin kəsilmiş yarası, sol göz ətrafının hematoması, üst dodağın əzilmiş yarası, sağ dirsək oynağının, bel nahiyəsinin sıyrıqlan kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və X7 ilə birlikdə 07 avqust 2023-cü il tarixdə saat 22:30-da ictimai yer hesab edilən ünvan 4 ünvanda yerləşən “Kaman” restoranında olarkən Təqsirləndirilən şəxs1 digər masada tanışları ilə əyləşmiş Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış sözlü mübahisələrini aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Xəyal Məmmədovla birlikdə restoranın dəhlizinə çıxıb orada qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə heç bir əsaslı səbəb olmadan qeyd olunan şəxslərlə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədib ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib, Zərərçəkmiş şəxs1 zor tətbiq edib qəsdən sifət nahiyəsindən yumruqla zərbə vuraraq sonuncunu yerə yıxdıqdan sonra Təqsirləndirilən şəxs3 və Xəyal Məmmədovla birlikdə restoranın dəhlizində qoyulmuş silah qismində istifadə etdikləri taxta materiallı masa və dəmir dirəkləri olan taxta tribuna ilə Zərərçəkmiş şəxs1 zor tətbiq edib sonuncunun bədən nahiyəsinə qəsdən zərbələr vuraraq bir qrup şəxs halında sonuncuya alt dodağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sol əlin İİ barmağının, bel nahiyəsinin və sağ baldırın qançırları, sol bazunun, sol dirsək oynağı nahiyəsinin, sol saidin sıyrıqlan ilə müşayiət olunan dərəcələri təyin olunmayan bədən xəsarətləri, Təqsirləndirilən şəxs4 isə hadisəyə müdaxilə edən Zərərçəkmiş şəxs2 zor tətbiq edib sonuncunun üz nahiyəsinə zərbələr vuraraq ona sağ gözaltı nahiyənin qançırı kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirdikdən sonra X13 Quliyevin yerə yıxıldığını görüb üzərindəki istintaqla müəyyən edilməyən bıçağı silah qismində istifadə edib həmin bıçaqla Zərərçəkmiş şəxs1 zor tətbiq edib sonuncunun ayaq nahiyələrindən qəsdən zərbələr vuraraq ona sol budun 1 ədəd və sağ budun 1 ədəd deşilmiş-kəsilmiş yaralan kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yanaşı o, Kənan Bədirli, Təqsirləndirilən şəxs3, Xəyal Məmmədov və Təqsirləndirilən şəxs4 ilə birlikdə restoranın dəhlizindəki rəsm əsəri, dəmir güldanlar, qəlyan aparatları, dəmir dirəkləri olan taxta tribunanı, taxta materiallı masanı qəsdən zədələyərək “Kaman” restoranının icarədarı Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1500 manat maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və X7 ilə birlikdə 07 avqust 2023-cü il tarixdə saat 22:30-da ictimai yer hesab edilən ünvan 4 ünvanda yerləşən “Kaman” restoranında olarkən Təqsirləndirilən şəxs1 digər masada tanışları ilə əyləşmiş Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış sözlü mübahisələrini aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Xəyal Məmmədovla birlikdə restoranın dəhlizinə çıxıb orada qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə heç bir əsaslı səbəb olmadan qeyd olunan şəxslərlə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədib ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ətrafdakı səxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib, ilkin olaraq Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 zor tətbiq edib qəsdən sifət nahiyəsindən yumruqla zərbə vuraraq sonuncunu yerə yıxdıqdan sonra Xəyal Məmmədov və Təqsirləndirilən şəxs2 ilə birlikdə restoranın dəhlizində qoyulmuş silah qismində istifadə etdikləri taxta materiallı masa və dəmir dirəkləri olan taxta tribuna ilə Zərərçəkmiş şəxs1 zor tətbiq edib sonuncunun bədən nahiyələrinə qəsdən zərbələr vuraraq bir qrup şəxs halında sonuncuya alt dodağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sol əlin İİ barmağının, bel nahiyəsinin və sağ baldırın qançırları, sol bazunun, sol dirsək oynağı nahiyəsinin, sol saidin sıyrıqları ilə müşayiət olunan dərəcələri təyin olunmayan bədən xəsarətləri, Təqsirləndirilən şəxs4 isə hadisəyə müdaxilə edən Zərərçəkmiş şəxs2 zor tətbiq edib sonuncunun üz nahiyəsinə zərbələr vuraraq ona sağ gözaltı nahiyənin qançırı kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirdikdən sonra X13 Quliyevin yerə yıxıldığını görüb üzərindəki istintaqla müəyyən edilməyən bıçağı silah qismində istifadə edib həmin bıçaqla Zərərçəkmiş şəxs1 zor tətbiq edib sonuncunun ayaq nahiyələrindən qəsdən zərbələr vuraraq ona sol budun 1 ədəd və sağ budun 1 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yanaşı o, Kənan Bədirli, Təqsirləndirilən şəxs2, Xəyal Məmmədov və Təqsirləndirilən şəxs4 ilə birlikdə restoranın dəhlizindəki rəsm əsəri, dəmir güldanlar, qəlyan aparatları, dəmir dirəkləri olan taxta tribunanı, taxta materiallı masanı qəsdən zədələyərək “Kaman” restoranının icarədarı Zərərçəkmiş şəxs4 zərərçəkniş şəxsin qiymətləndirməsinə görə 1500 manat maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs4 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və X7 ilə birlikdə 07 avqust 2023-cü il tarixdə saat 22:30-da ictimai yer hesab edilən ünvan 4 ünvanda yerləşən “Kaman” restoranında olarkən Təqsirləndirilən şəxs1 digər masada tanışları ilə əyləşmiş Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış sözlü mübahisələrini aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Xəyal Məmmədovla birlikdə restoranın dəhlizinə çıxıb orada qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə heç bir əsaslı səbəb olmadan qeyd olunan şəxslərlə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədib ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib, ilkin olaraq Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 zor tətbiq edib qəsdən sifət nahiyəsindən yumruqla zərbə vuraraq sonuncunu yerə yıxdıqdan sonra Təqsirləndirilən şəxs3, Xəyal Məmmədov və Təqsirləndirilən şəxs2 restoranın dəhlizində qoyulmuş silah qismində istifadə etdikləri taxta materiallı masa və dəmir dirəkləri olan taxta tribuna ilə Zərərçəkmiş şəxs1 zor tətbiq edib sonuncunun bədən nahiyələrinə qəsdən zərbələr vuraraq bir qrup şəxs halında sonuncuya alt dodağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sol əlin İİ barmağının, bel nahiyəsinin və sağ baldırın qançırları, sol bazunun, sol dirsək oynağı nahiyəsinin, sol saidin sıyrıqları ilə müşayiət olunan dərəcələri təyin olunmayan bədən xəsarətləri, Kənan Bədirli isə Zərərçəkmiş şəxs1 yerə yıxıldığını görüb üzərindəki istintaqla müəyyən edilməyən bıçağı silah qismində istifadə edib həmin bıçaqla Zərərçəkmiş şəxs1 zor tətbiq edib sonuncunun ayaq nahiyələrindən qəsdən zərbələr vuraraq ona sol budun 1 ədəd və sağ budun 1 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri, o isə hadisəyə müdaxilə edən Zərərçəkmiş şəxs2 zor tətbiq edib sonuncunun üz nahiyəsinə zərbələr vuraraq ona sağ gözaltı nahiyənin qançırı kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə yanaşı Kənan Bədirli, Təqsirləndirilən şəxs2, Xəyal Məmmədov və Təqsirləndirilən şəxs3 ilə birlikdə restoranın dəhlizindəki rəsm əsəri, dəmir güldanlar, qəlyan aparatları, dəmir dirəkləri olan taxta tribunanı, taxta matcriallı masanı qəsdən zədələyərək “Kaman” restoranının icarədarı Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1500 manat maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, dostunun ad günü münasibətilə təşkil olunmuş məclisdə birgə iştirak etmək məqsədilə “Kaman” restoranına getmişdir. 07 avqust 2023-cü il tarixdə axşam saatlarında Xırdalan şəhərində dostları Şahid4 və Təqsirləndirilən şəxs4 ilə birlikdə olarkən dostu Ziyad “Kaman” adlı restoranda tanışlarının məclisi olduğunu və həmin məclisə gedib yeyib-içmələrini təklif etmişdir. Bundan sonra, o, dostları Şahid4 və Təqsirləndirilən şəxs4 ilə birlikdə saat təxminən 19:30 radələrində Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən “Kaman” adlı restorana getmişdirlər. Həmin restoranda banket zalında məclisdə masalardan birində əyləşərək yeyib-içməyə başlamışlar və həmin məclisdə olarkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 görmüşdür. Məclisdə olarkən “Gəncəli” kimi tanıdığı bir nəfər şəxs ona yaxınlaşmış və bayıra çağırmışdır. Həmin şəxslə birlikdə bayırda olarkən “Gəncəli” kimi tanıdığı şəxs ona tanış gəldiyini və “Gəncəli” olub-olmamasını soruşmuş, o da həmin şəxsə “Bərdəli” olduğunu bildirərək tanımadığını bildirmiş və həmin vaxt onların arxasınca tanışlarıda gəlmişdir. Onlar arasında “Gəncəli” kimi özünü tanıdan şəxsin ona müraciət forması xoş olmadığından yüngül mübahisə olsa da, sonradan mübahisəni xoşluqla həll edərək masalarına qayıtmışlar. Bir müddətdən sonra bir nəfər azyaşlı uşaq ona yaxınlaşaraq bayırda liftin qabağında mübahisə olduğunu və onun iştirak etdiyi məclisdən bir nəfər şəxsin “təkləndiyini” bildirmişdir. Bundan sonra, o, bayıra çıxmış və arxasınca da dostları Şahid4 və Təqsirləndirilən şəxs4 da gəlmişdirlər. O mübahisə olan yerə yaxınlaşarkən Zərərçəkmiş şəxs1 ilkin olaraq ümumi nalayiq ifadələr, daha sonra isə onun ünvanına da nalayiq ifadə işlətmişdir. O barəsində nalayiq ifadə işlədilməsindən əsəbləşdiyi üçün yaranmış dava zamanı kiçik ölçüdə olan bıçağı çıxardaraq Zərərçəkmiş şəxs1 bud nahiyyəsindən bir dəfə bıçaqla vurmuşdur, lakin heç kimi yumruq və təpiklə vurmamışdır. Baş vermiş dava zamanı Zərərçəkmiş şəxs1 yerə yıxılmışdır. Daha sonra, o, dostları ilə birlikdə həmin yeri tərk etmişdir. Sonradan şəxsən polis şöbəsinə gedərək hadisə barədə ətraflı məlumat vermişdir. Onu polis əməkdaşları tutmamışdır. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərarın qəbil edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Şahid4 və Təqsirləndirilən şəxs4 əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs1 isə uzun müddətdir həmyerlisi olaraq tanıyır. 07 avqust 2023-cü il tarixdə axşam saatlarında tanışı Təqsirləndirilən şəxs3lə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən “Kaman” adlı restorana getmişlər. Həmin restoranda banket zalında məclisdə masalardan birində əyləşərək yeyib-içməyə başlamışdırlar. Həmin məclisdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 də olmuşdur. Məclisdə olarkən təxminən saat 22 radələrində həmyerlisi Təqsirləndirilən şəxs1 restoranın lift hissəsinin qarşısında tanımadığı şəxslərlə mübahisə etdiyini görmüşdür. Həmin mübahisəni yaradan şəxs Zərərçəkmiş şəxs1 yanındakı adını bilmədiyi dostu olmuşdur. Bundan sonra, o və Təqsirləndirilən şəxs4 mübahisə baş verən yerə gəlmişdir. Mübahisə zamanı onun kiməsə xəsarət yetirməsini və ya kimlərinsə ona xəsarət yetirməsi ilə əlaqədar hadisələri sərxoş vəziyyətdə olduğundan xatırlamır. Yalnız sonradan 12 avqust 2023-cü il tarixdə polis şöbəsinə gedərək izahatını verərkən polis əməkdaşları tərəfindən ona baş vermiş dava barədə məlumat verilmiş və görüntülər göstərilmişdir. Həmin görüntülərdə onun yumruqla xəsarət yetirməsi görünsə də, həmin xəsarəti ehtimalki ona ünvanlanmış nalayiq ifadənin cavabı olaraq zərərçəkmiş şəxsə yetirmişdir. Bundan başqa, 25 iyul 2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 129 saylı ünvanda yerləşən “Vedi” adlı kafesinə gedərək orada yerləşən masaların birində əyləşmişdir. O, həmin kafedə olduğu zaman əvvələr üzdən tanıdığı Firdovsi adlı şəxs ilə rastlaşmış və Firdovsi onun olduğu masaya yaxınlaşaraq onunla əyləşmişdir. Bundan sonra, onlar söhbət edərək spirtli içki pivə içmişlər və meyvə yemişlər. Onlar içki içərək söhbət etdikləri zaman Firdovsiyə 2-ci Qarabağ müharibəsinin iştirakçısı olduğu üçün ona verilməli medallarını ala bilmədiyini bildirmişdir. Firdovsi isə bu məsələ ilə bağlı ona köməklik edə biləcəyini bildirmişdir. Lakin, o, həmin medallarını qohumu vasitəsilə tezliklə alacağını bildirmişdir. Firdovsi isə həmin işi özünün həll edəcəyini söyləyərək onunla mübahisə etməyə başlayıb onun həmin qohumunu təhqir etməyə başlamışdır. Bu səbəbdən, o, Firdovsiyə həmin şəxsi təhqir etməyə ehtiyac olmadığını bildirmişdir. Lakin, Firdovsi həmin şəxsi yenidən təhqir etməsi səbəbindən onunla mübahisə edərək əyləşdiyi masadan ayağa duraraq onu kafenin çölünə çağırmışdır. Həmin şəxs masadan ayağa durub kafenin çöl hissəsinə onun yanına yaxınlaşmış və aralarında sözlü mübahisə olmuşdur. Lakin mübahisə zamanı o, Firdovsiyə bıçaqla, taxta ilə və ya başqa hər hansı əşya ilə xəsarət yetirməmişdir. Sözlü mübahisə bitdikdən sonra yaşadığı ünvana getmişdir. İfadəsinin sonunda “Vətən müharibəsi” iştirakçısı olduğunu və müharibədə işirak edərək travma aldığını bildirməklə məhkəmədən barəsində qanuni və ədalətli qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Şahid4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 da əvvəllər qiyabi olaraq tanısa da, Təqsirləndirilən şəxs2 uzun müddətdir tanıyır. Şahid4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 da Təqsirləndirilən şəxs2 vasitəsilə tanımışdır. 07 avqust 2023-cü il tarixdə axşam saatlarında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən “Kaman” adlı restorana getmişdirlər. Belə ki, Cahid həmin restoranda məclis olacağını və məclisdə Kənan, Ziyad və Zəkanın da olacağını əvvəlcədən ona bildirmişdir. Həmin restoranda banket zalında məclisdə masalardan birində əyləşib yeyib-içməyə başlamışdır. Məclisdə olarkən təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs1 restoranın lift hissəsinin qarşısında tanımadığı şəxslərlə mübahisə etdiyini görmüşdür. Həmin vaxt sərxoş olduğu üçün o da mübahisəyə qoşulmuşdur. Mübahisə zamanı sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs1 nalayiq ifadə işlətdiyindən Təqsirləndirilən şəxs2 bir dəfə Zərərçəkmiş şəxs1 sifət nahiyyəsindən yumruqla vurmuşdur. Həmin vaxt mübahisədə o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 da iştirak etmişlər. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 vurduqdan sonra dava-dalaş başlamış və o baş nahiyyəsi ilə Zərərçəkmiş şəxs1 sifət nahiyyəsindən bir dəfə vurmuşdur. Dava-dalaş zamanı sərxoş olduğu üçün sonradan kimin Zərərçəkmiş şəxs1 hansı formada vurmasını xatırlamır. Həmçinin, o sonradan orada olan stulu onun üzərinə gələn şəxsi qorxutmaq məqsədilə Zərərçəkmiş şəxs1 aralı məsafəyə atmışdır. Bundan sonra hadisə yerini tərk etmişlər. İfadəsinin sonunda himayəsində iki uşağının olmasını və həmin uşaqlardan birinin xəstə olduğunu, həmçinin uşaqlarına xəstə bacısının baxdığını bildirməklə məhkəmədən barəsində yüngül cəzanın verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs4 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, Şahid4 və X3 onun dostlarıdır. 07 avqust 2023-cü il tarixdə axşam saatlarında Xırdalan şəhərində dostları Kənan və Ziyad ilə birlikdə olarkən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kaman” adlı restorana yeyib-içmək üçün oraya getmək qərarına gəlmişdirlər. Bundan sonra o dostları Kənan və Ziyad ilə birlikdə saat təxminən 19:30 radələrində Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən “Kaman” adlı restorana getmişdirlər. Həmin restoranda banket zalında məclisdə masalardan birində əyləşmişlər və yeyib-içməyə başlamışdırlar. Həmin məclisdə əyləşdikləri stolda başqa 3-4 nəfər tanımadığı şəxslər də olmuşdur. Məclisdə olarkən təxminən saat 22 radələrində üzbəüz masada əyləşən şəxslərdən biri Təqsirləndirilən şəxs1 yaxınlaşaraq qulağına söz demək istəmiş, daha sonra isə Kənan həmin şəxslə birlikdə bayıra çıxmışdır. O Kənanın həmin tanımadığı şəxslə bayıra çıxdığını görüb arxasınca getmişdir. Banket zalından bayıra restoranın lift olan hissəsində aralarında söhbət olsa da, sonradan mehribançılıq yaranmış və məclisə geri qayıtmışdırlar. Məclisdə olarkən Zərərçəkmiş şəxs1 Kənana yaxınlaşmış və sonradan yenidən Kənan və Rəşad bayıra çıxmışdırlar, o da sonuncuların onların arxasınca getmişdir. Lakin sonradan baş vermiş dava zamanı kimin xəsarət almasını və davanın hansı formada olmasını xatırlamır. İfadəsinin sonunda onun barəsində “ağır maddə” ilə başqa cinayət işi üzrə istintaqın aparıldığını, bu səbəbdən barəsində yüngül cəzanın verilməsini xahiş edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirmişdir ki, o, təqsirləndirilən şəxsləri hadisə ilə əlaqədar tanıyır, onlarla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. 07 avqust 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 25 ünvanında yerləşən “Kaman” adlı restorana yeyib-içmək üçün getmişdir. Əvvəlcədən isə ögey qardaşı Zərərçəkmiş şəxs2 ilə həmin restoranda yeyib-içmələri barəsində razılaşmışlar. O restoranda əyləşdikdən bir müddət sonra qardaşı Zərərçəkmiş şəxs2 restorana gəlmişdir. Bir müddət yeyib-içdikdən sonra yer olmadığına görə onların masasında əyləşən bir nəfər şəxs yan masada əyləşən tanımadığı şəxslər ilə bayıra çıxmışdırlar. Təxminən 5 dəqiqə sonra qardaşı Nicat da onların arxasınca getmişdir. Bir müddət də gözlədikdən sonra qardaşı Zərərçəkmiş şəxs2 geri qayıtmadığı üçün o da sonuncunun arxasınca getmişdir. Restoranın pilləkənlərində olarkən Zərərçəkmiş şəxs2 tanımadığı şəxslərlə söhbət etdiyini görmüşdür. Həmin vaxt Zəka adlı şəxs ona yaxınlaşmış və “sən kimsən” demiş, o da Zəka adlı şəxsə cavabında artıq söhbətə ehtiyac olmadığını bildirmişdir. Daha sonra Zəka adlı şəxs sərt şəkildə “sən nə danışırsan, nə artıq söhbət, sən məni tanımırsan ki?” demiş, o da cavabında Zəka adlı şəxsə “sən kimsənki, səni tanımalıyam?” bildirmişdir. Bundan sonra Zəka adlı şəxs cavabında bildirmişdir ki, “mən Bərdəli Zəkayam, məni hamı tanıyır”. O da bildirmişdir ki, “mən də dağlı Rəşadam, səni tanımıram”. Zəka adlı şəxs bu sözünə görə onu təhqir etmiş, o da cavabında Zəkanı eyni məzmunlu təhqir etmiş və itələmişdir. Bundan sonra Təqsirləndirilən şəxs4 arxasından tanımadığı şəxs ona yaxınlaşaraq yumruqla onun sifət nahiyyəsindən bir dəfə vurmuşdur və o dodaq nahiyyəsindən xəsarət almışdır. Eləcə də, o zərbənin təsirindən arxa-arxaya gedərək yerə yıxılmışdır. O yerə yıxıldıqdan sonra adını bilmədiyi şəxslər onun bədən nahiyyəsindən vurmağa başlamışlar. Həmin vaxt zərbələrin təsirindən özündə olmamış və onu kimlərin və hansı formada vurmasını bilməmişdir. Daha sonra ara sakitləşdikdə onun sağ və sol bud nahiyələrindən bıçaqla xəsarət yetirildiyini görmüş, lakin həmin xəsarətləri kimin yetirməsini bilməmişdir. Bundan sonra kamera görüntülərinə baxdıqda ona xəsarət yetirən şəxsləri görmüşdür. Halhazırda təqsirləndirilən şəxslərlə barışdığından onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində bildirmişdir ki, o, təqsirləndirilən şəxsləri hadisə ilə əlaqədar tanıyır, onlarla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. 07 avqust 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 25 ünvanında yerləşən “Kaman” adlı restorana tanışları Babək və Anar adlı şəxslərlə birlikdə yeyib-içmək üçün getmişdir. Əvvəlcədən qardaşı ilə də bu barədə danışmış və restorana getdikdə qardaşı Zərərçəkmiş şəxs1 orada olmuşdur. Birlikdə eyni masada əyləşib yeyib-içmişdirlər. Bir müddət yeyib-içdikdən sonra onların masasında yer olmadığına görə əyləşən tanımadığı şəxs yan masada yerləşən şəxslərlə bayıra çıxmışdır. Təxminən 5 dəqiqə sonra o da həmin şəxslərin arxasınca getmişdir. Restoranın liftinin qarşısında eləcə də, pilləkənlərdə tanımadığı şəxsin araşdırma zamanı adını öyrəndiyi Kənan adlı şəxslə söhbət etdiyini və onların arasında “Gəncəli” olma ilə əlaqədar söhbət olduğunu, Kənan adlı şəxsin isə “Gəncəli” olmamasını tanımadığı şəxsə bildirdiyini eşitmişdir. Bundan sonra həmin şəxslər arasında olan söhbət mübahisəyə çevrilmədən masalarına qayıtmışlar. Lakin sonradan həmin şəxslər yenidən masanı tərk etmişlər və mübahisə yaranmağa başlamış, həmin mübahisə zamanı restoranın liftinin qarşısındakı hissədə qardaşı Rəşadın bir neçə nəfər şəxs tərəfindən döyüldüyünü görmüşdür. Həmin vaxt nə edəcəyini bilmədən qardaşına tərəf gedərkən onun da sifət nahiyəsinə yumruqla zərbə endirilmişdir. Dava bitdikdən sonra qardaşı Zərərçəkmiş şəxs1 qan içində olduğunu görmüş və hadisə barədə polisə məlumat verilmişdir. Bundan sonra kamera görüntülərinə baxıldıqda qardaşı Zərərçəkmiş şəxs1 və ona xəsarət yetirən şəxsləri görmüşdür. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışdığından onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 verdiyi ifadəsində bildirmişdir ki, o, təqsirləndirilən şəxsləri hadisə ilə əlaqədar tanıyır, onlarla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. ünvan 4 ünvanda yerləşən “Kaman” restoranını icarə müqaviləsinə əsasən işlədir və içərisində olan əşyalar onun mülkiyyətindədir. Həmin restoran 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir, eləcə də, restoranın 1-ci mərtəbəsində restoranın mətbəxi yerləşir. Binanın digər mərtəbələri isə icarə əsasında işlətdiyi restorana aidiyyəti yoxdur. Restoran bir ədəd banket zalından və kabinetlərdən ibarətdir. 07 avqust 2023-cü il tarixdə müğənni Zaur Quluzadə adlı şəxs banket zalında ad günü mərasimi keçirəcəyi və 30 nəfərlik masanın təşkil edilməsi ilə bağlı əvvəlcədən onunla danışmışdır, lakin, banket zalını bağlatdırmamışdır. Həmin gün restoranın daimi müştərisi olan Zərərçəkmiş şəxs1 və sonuncunun tanımadığı 5-6 nəfər dostları da məclisdə olmuşlar. Eləcə də, Zaur Quluzadənin sosial şəbəkə üzərindən dəvət etdiyi qonaqlar da məclisdə olmuşlar. Saat təxminən 22 radələrində ona müştərilərin dava etməsi barədə məlumat verilmişdir. O dərhal birinci mərtəbədən mübahisənin baş verdiyi mərtəbəyə qalxmış və dava edən şəxsləri aralaşdırmağa çalışmışdır. Həmin vaxt baş vermiş davada xəsarət alan və xəsarət yetirən şəxslərin kim olmasını və necə formada davanın baş verməsini sonradan kamera görüntülərini izlədikdən sonra görmüşdür. Kamera görüntülərini izlədikdən sonra əmin olmuşdur ki, təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs1 restoranda olan taxta və dəmirdən olan tribuna, jurnal stolu ilə döydükləri üçün qeyd etdiyi əşyalar da yararsız vəziyyətə düşərək ona maddi ziyan dəymişdir. Eləcə də, dava dalaş zamanı restoranda 1 ədəd rəsm albomu 2 ədəd qəlyan aparatı, 4 ədəd gül dibçəyi və digər əşyalar yararsız vəziyyətə düşdüyü üçün ona 1500 manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş maddi ziyan ödənildiyindən və təqsirləndirilən şəxslərlə barışdığından onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır, onlarla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. 15 mart 2021-ci il tarixdən ünvan 4 ünvanda yerləşən “Kaman” restoranında “hostes” olaraq işləmişdir. 07 avqust 2023-cü il tarixdə müğənni Zaur Quluzadə adlı şəxs banket zalında adgünü mərasimi keçirəcəyi ilə bağlı əvvəlcədən restoran rəhbərliyi ilə danışmışdır, lakin, banket zalını bağlatdırmamışdır. Həmin gün restoranın daimi müştərisi olan Zərərçəkmiş şəxs1 və sonuncunun tanımadığı əlavə 3-4 nəfər şəxslər də məclisdə olmuşlar. Eləcə də, Zaur Quluzadənin dediyinə görə sosial şəbəkə üzərindən dəvət etdiyi qonaqlar da məclisdə olmuşlar. Saat təxminən 22 radələrində banket zalından bayırda pilləkənlərdə Zərərçəkmiş şəxs1 dostları ilə Zaur Quluzadənin məclisinə gələn qonaqlar arasında sözlü mübahisə olmuşdur. Bundan sonra mübahisə edənlər pilləkənlərdən aşağı, yəni ki, banket zalının qarşısına, lift olan hissəsinə düşmüşdürlər. Mübahisə zamanı müğənni Zaur Quluzadənin tanımadığı qonaqları Zərərçəkmiş şəxs1 döymüşdürlər. Lakin, həmin şəxsləri tanımadığı üçün kimin Zərərçəkmiş şəxs1 hansı formada döyməyi, eləcə də, bıçaqla vurmalarını görməmişdir. Daha sonra müğənni Zaur Quluzadənin tanımadığı qonaqları restoranı tərk edib getmişdirlər. O dava-dalaşdan sonra müştəri Zərərçəkmiş şəxs1 qan içində olduğunu görmüş və bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır, onlarla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. O, hadisə vaxtı ünvan 4 ünvanda yerləşən “Kaman” restoranında işləmişdir. Həmin restoran 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir, eləcə də, restoranın 1-ci mərtəbəsində restoranın mətbəxi yerləşir. Binanın digər mərtəbələrinin isə restorana aidiyyəti yoxdur. Restoran bir ədəd 50-60 nəfərlik banket zalından və 6 ədəd müvafiq olaraq 4-10 nəfərlik kabinetdən ibarətdir. Restoranda hadisə vaxtı ondan başqa 1 nəfər ofisiant, 1 nəfər hostes, 1 nəfər xadiməçi, eləcə də, mətbəxdə 1 nəfər xadiməçi və 2 nəfər aşpaz işləmişdir. Belə ki, digər ofisiant Elçin, hostes Şahid1, banket zalında xadiməçi işləyən Vüsalə, mətbəxdə Aynur adlı xadiməçi, aşbazlar isə Emin və Vasif adlı şəxslərdir. 07 avqust 2023-cü il tarixdə müğənni Zaur Quluzadə adlı şəxs banket zalında adgünü mərasimi keçirəcəyi ilə bağlı əvvəlcədən restoran rəhbərliyi ilə danışmışdır, lakin, banket zalını bağlatdırmamışdır. Həmin gün restoranın daimi müştərisi olan Zərərçəkmiş şəxs1 və sonuncunun tanımadığı dostları da banket zalında olmuşlar. Eləcə də, Zaur Quluzadənin sosial şəbəkə üzərindən dəvət etdiyi qonaqlar da məclisdə olmuşlar. Saat təxminən 22 radələrində banket zalından bayırda pilləkənlərdə Zərərçəkmiş şəxs1 dostları ilə Zaur Quluzadənin məclisinə gələn qonaqları arasında sözlü mübahisə olduğunu görmüşdür. Bundan sonra mübahisə edənlər pilləkənlərdən aşağı banket zalının qarşısına, yəni lift olan hissəsinə düşmüşdürlər. Bundan sonra baş vermiş davada kimlərin xəsarət almasını və həmin xəsarətləri kimlərin yetirməsini şəxsən görməmişdir. O yalnız baş vermiş davanın şahidi olmuş şəxslərdən məlumat əldə etmişdir. Dava zamanı taxta və dəmirdən olan tribuna, jurnal stolu, rəsm albomu, 2 ədəd qəlyan aparatı, 3 ədəd gül dibçəyi yararsız vəziyyətə düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 müştəri kimi tanımış, onunla heç bir münasibəti olmamışdır. Digər təqsirləndirilən şəxsləri isə ümumiyyətlə tanımır, onlarla ədavət və düşmənçiliyi yoxdur. Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 129 saylı ünvanda fəaliyyət göstərən “Vedi” adlı kafeni tanışları icarə əsasında işlədir və o həmin kafeyə daim gəlir-gedib. 25 iyul 2022-ci il tarixdə təxminən saat 20:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 129 saylı ünvanda yerləşən “Vedi” adlı kafedə olarkən müştərilərin çox olduğunu görüb kafedə işləyən şəxslərə köməklik edərək və müştərilərin sifarişləri əsasında onlara xidmət etmişdir. Təxminən saat 20:00 radələrində səs-küy eşidib nə baş verdiyini müəyyən etmək üçün kafeyə göz gəzdirdikdə ona Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs2 yüksək səslə söz mübahisəsi etdiyi məlum olmuşdur. O mübahisə edən şəxslərə yaxınlaşıb digər müştəriləri narahat etməmələrini bildirmiş və spirtli içki təsiri altında olduqlarına görə kafedən çölə çıxmalarını xahiş etmişdir. Bundan sonra, Firdovsi və Cahid kafedən çıxıb getmişlər. Sonradan onların çöldə mübahisə etmələrini və ya bir-birlərinə xəsarət yetirmələrinə dair hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır, onlarla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. 2022-ci il iyun ayında Bakı şəhəri Nərimanov rayonu, X14 küçəsi 129 saylı ünvanda yerləşən “Vedi” adlı kafedə müvəqqəti ofisiant kimi işə düzəlmişdir. Həmin kafeyə gəlib gedən Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs2 müştəri kimi tanımışdır. Bir neçə ildir fəaliyyət göstərən “Vedi” adlı kafeni tanışları icarə əsasında işlədirlər. 25 iyul 2022-ci il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri Nərimanov rayonu, X14 küçəsi 129 saylı ünvanda yerləşən '‘Vedi” adlı kafedə işdə ofisiant kimi olarkən müştərilərin sifarişləri əsasında onlara xidmət etmişdir. Təxminən saat 20 radələrində o səs-küy eşidib nə baş verdiyini müəyyən etmək üçün kafeyə göz gəzdirmiş və həmin vaxt Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs2 yüksək səslə sözlə mübahisə etdiyini görmüşdür. Kafedə olan Fərid adlı şəxs onlara yaxınlaşıb onların digər müştəriləri narahat etməmələrini bildirərək, onların spirtli içki təsiri altında olduğunu görüb kafedən bayıra çıxmalarını xahiş etmişdir. Bundan sonra, Firdovsi və Cahid kafedən çıxıb getmişlər. Sonradan nə baş verdiyini bilməmiş və kafedən çölə çıxmamışdır. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs2 əlində bıçaq, pivə bokalı və ya digər silah qismində istifadə edə biləcək hər hansı əşya görməmişdir. Zərərçəkmiş şəxs3 əvvəllər onun mobil telefonunu əldə edərək narahat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır, onlarla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. O hadisə vaxtı Bakı şəhəri Nərimanov rayonu M.F.Axundov prospektində avtomobillərin saxlanılmasında sürücülərə kömək edərək pul qazanmışdır. Bakı şəhəri Nərimanov rayonu M.F.Axundov prospekti 129 ünvanında bir neçə obyektlər vardır və onlardan biri də “Vedi” adlı kafedir. Həmin kafedə yay günlərində axşam saatlarında həmişə müştərilər olmuşdur. 25 iyul 2022-ci il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri Nərimanov rayonu, X14 küçəsi 129 saylı ünvanda yerləşən “Vedi” adlı kafenin qarşısında işdə olarkən Təqsirləndirilən şəxs2 və tanımadığı şəxsin səs-küyünü eşidib nə baş verdiyini müəyyən etmək üçün çöldən kafeyə göz gəzdirmişdir və həmin şəxslərin mübahisə etdikləri üçün kafedən tanımadığı şəxslər tərəfindən kafedən çölə çıxardıldığını görmüşdür. Onlar yenə də yüksək səslə sözlə mübahisə edib, biri-birinin ünvanına ucadan nalayiq ifadələr işlətmişlər. Lakin onlar arasında hər hansı xəsarət yetirmənin və davanın olmasını görməmiş, sonradan isə həmin şəxslər ərazidən uzaqlaşmışlar. Məhkəmədə müdafiə tərəfi gəlməyən Zərərçəkmiş şəxs3 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, o, 25 iyul 2022-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 129 ünvanında yerləşən “Vedi” adlı kafesinə gedərək orda yerləşən masaların bilində əyləşmişdir. O həmin kafedə olduğu zaman əvvələr tanıdığı Cahid adlı şəxs ilə rastlaşmış və Cahid onun əyləşdiyi masaya yaxınlaşaraq əyləşmişdir. Bundan sonra birlikdə spirtli içki olan pivə içərək yemək yemişdirlər. Cahid adlı şəxs piyvədən əlavə olaraq spirtli içki olan araq sifariş verərək qəbul etmişdir. Bundan sonra, o, içkini içib bitirdikdən sonra əyləşdiyi masanın hesabını istəmiş və əyləşdiyi masanın hesabı 42 manat etməsi səbəbindən həmin hesabı bağlayaraq ödəmişdir. Bundan sonra Cahid adlı şəxsi kafeni işlədən Fərid adlı şəxs çağıraraq nə isə demiş və bundan sonra Cahid masaya əsəbi vəziyyətdə qayıtmış və onun ilə əsəbi halda danışmağa başlamışdır. Bundan sonra o saat təxminən 23:00 radələrində kafedən çıxıb gedərkən əyləşdikləri masanın yanında Cahid adlı şəxs masadan duraraq sağ əlində tutduğu bakal ilə onun baş nahiyyəsinə iki dəfə zərbə vuraraq onu yerə yıxmışdır və kafedə olan tanımadığı şəxslərin onları ayıraraq çölə çıxartdıqdan sonra onun sinə nahiyyəsinə bir dəfə ayağı ilə zərbə endirmişdir. Bundan sonra Cahid adlı şəxs Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 129 ünvanında yerləşən “Vedi” adlı kafesinin yan hissəsinə gedərək ordan pendir bıçağını götürərək kafenin qarşısında onun yıxıldığı yerə gələrək həmin əlində tutmuş pendir bıçağı ilə onun baş nahiyyəsinə bir dəfə zərbə endirərək oradan uzaqlaşmışdır. O zərbənin nəticəsində xəsarət aldığı səbəbindən müqavimət göstərə bilməmiş və aldığı xəsarətə görə dərhal orda olan tanımadığı şəxslər ona ilkin tibbi yardım göstərmişdirlər. Həmçinin, o ilkin müraciətində 2000 manat pulunun Təqsirləndirilən şəxs2 tərəfindən götürüldüyünü söyləsə də, ifadəsində 2000 manat pulunu 2-3 gün sonra evdən tapdığını, həmin vaxt əsəbi olduğunu üçün ilkin müraciətində elə bildirdiyini, lakin, 2000 manat pulunun Təqsirləndirilən şəxs2 tərəfindən götürülmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Şahidlər Şahid3 xx.xx.2024-cü il tarixdə, Şahid4 isə xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmədə iştirak edə bilməyəcəklərini və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən Şahid3 və Şahid4 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 11 avqust 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Nəsimi RPİnin İstintaq Şöbəsinin müstəntiqi Sənan Qurbanov tərəfindən CM-nin 221.2.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır ( İ cild, i/v 1). İş materiallarında olan 11 avqust 2023-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, toplanmış material üzrə Nərimanov Rayon Prokuroru Hidayət Nurəlibəyov tərəfindən CM-nin 221.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır ( İİ cild, i/v 1). İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi” barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin ünvan 4 ünvanda yerləşən “Kaman” adlı restoran olması müəyyən edilmiş və bununla bağlı protokol tərtib olunaraq, fotocədvəl tərtib edilməklə materiala əlavə edilmişdir (İ cild, i/v 5-7). İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi” barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisənin Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 129 ünvanında yerləşən “Vedi” adlı kafenin qarşısında olması müəyyən edilmiş və bununla bağlı protokol tərtib olunaraq, fotocədvəl tərtib edilməklə materiala əlavə edilmişdir (İ cild, i/v 7-8). İş materiallarına əlavə edilmiş “video görüntülərə baxış keçirilməsi haqqında” 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, 07 avqust 2023-cü il tarixdə saat 22:30-da ünvan 4 ünvanda yerləşən “Kaman” restoranında, liftin qarşısında Zərərçəkmiş şəxs1 bir neçə nəfər şəxslə mübahisə edir, saat 22:31 radələrində bir nəfər şəxs onun üzərinə gələrək üz nahiyəsindən yumruq zərbəsi endirir, bundan sonra bir neçə nəfər şəxs Zərərçəkmiş şəxs1 təkləyərək döymüşdür. Daha sonra həmin şəxslərdən biri Zərərçəkmiş şəxs1 yerə yıxılmasından istifadə edərək onun bud nahiyəsinə 1 dəfə bıçaqla zərbə vurmuş, həmin şəxs geri çəkilərək yenidən Zərərçəkmiş şəxs1 üzərinə gəlir və bir daha ona bıçaqla xəsarət yetirmişdir. Bundan sonra həmin şəxs kənara çəkilərək istifadə etdiyi bıçağı üzərində olan əl çantasına gizlədir. Son olaraq həmin şəxslərdən biri orada olan masanı götürərək Rəşad Qulieyvin üzərinə atmış və daha sonra hadisəni törədən şəxslər oradan uzaqlaşmışlar (cild İ, i/v 15). İş materiallarına əlavə edilmiş 11 avqust 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 11 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-410/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-539/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır (cild İ, i/v 44-45, 111-114, İİİ cild, 163-166). İş materiallarına əlavə edilmiş 12 avqust 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 12 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-411/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində 11 noyabr 2023-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-538/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır (cild İ, i/v 126-127, 175-179, İİİ cild, 159-162). İş materiallarına əlavə edilmiş 01 sentyabr 2023-cü il tarixli “tutma haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs3 01 sentyabr 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-436/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində 11 noyabr 2023-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)- 537/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır (cild İ, i/v 285-289, 175-179, İİİ cild, 155-158). İş materiallarına əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 25 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild İİ, i/v 229-230). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 27 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs2 Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (cild, i/v 271-273). İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild, i/v 274-275). İş materiallarına əlavə edilmiş “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 12 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir (cild İ, i/v 59). İş materiallarına əlavə edilmiş “CD diskə baxış keçirilməsi haqqında” 12 avqust 2023-cü il tarixli protokoldan görünür ki, 07 avqust 2023-cü il tarixdə saat 22:30-da ünvan 4 ünvanda yerləşən “Kaman” adlı restoranda bir qrup şəxs mübahisə edir, mübahisə zamanı ətrafda təxminən 15-20 nəfər şəxs vardır, mübahisə zamanı əvvəlcə Təqsirləndirilən şəxs2 yumruqla Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən yumruqla vurur, daha sonra Təqsirləndirilən şəxs3 baş nahiyyəsi ilə Zərərçəkmiş şəxs1 vurur, daha sonra Təqsirləndirilən şəxs2 taxta ilə Zərərçəkmiş şəxs1 vurur, Zərərçəkmiş şəxs1 yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs1 bıçaqla Zərərçəkmiş şəxs1 bud nahiyyəsindən vurur, həmin an Təqsirləndirilən şəxs4 yumruqla Zərərçəkmiş şəxs2 sifət nahiyyəsindən bir neçə dəfə vurur, Xəyal Məmmədov taxta ilə Zərərçəkmiş şəxs1 vurur, Təqsirləndirilən şəxs1 yenidən bıçaqla Zərərçəkmiş şəxs1 bud nahiyəsindən vurur, Təqsirləndirilən şəxs3 də taxta ilə Zərərçəkmiş şəxs1 vurur, sonra isə Təqsirləndirilən şəxs2 taxtanı Zərərçəkmiş şəxs1 üstünə atır və Zərərçəkmiş şəxs1 dəyir (cild İ, i/v 79). Məhkəmə baxışı zamanı videogörüntüyə baxış keçirilmiş və baxış zamanı “CD diskə baxış keçirilməsi haqqında” 12 avqust 2023-cü il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 sağlamlığa zərər vurmanın təyininə dair 31 avqust 2023-cü il tarixli, 1169 saylı ekspert rəyindən görünür ki, 1992-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarət — sağ gözaltı nahiyənin qançırı bərk küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. 2. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalozasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gəlməsi mümkündür (İ cild, i/v 212-213). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 sağlamlığa zərər vurmanın təyininə dair xx.xx.2022-ci il tarixli, 786 saylı ekspert rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs3 başın təpə nahiyəsinin kəsilmiş yarası, sol göz ətrafının hemaoması, üst dodağın əzilmiş yarası, sağ dirsək oynağının, bel nahiyəsinin sıyrıqları müəyyən edilmişdir. Başın təpə nahiyəsinin kəsilmiş yarası iti kənarlı alətin - bıçağın kəsici təsirindən (ola bilsin sınmış şüşə qırıntılarının kəsici təsirindən), sol göz ətrafının hematoması, üst dodağın əzilmiş yarası, sağ dirsək oynağının, bel nahiyəsinin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir (İİ cild, i/v 14-15). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 sağlamlığa zərər vurmanın təyininə dair xx.xx.2023-cü il tarixli, 26 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - sol budun 1 (bir) ədəd və sağ budun 1 (bir) ədəd deşilmişkəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən, alt dodağın selikli qişasının əzilmiş yarası, sol əlin İİ barmağının, bel nahiyəsinin və sağ baldırın qançırları, sol bazunun, sol dirsək oynağı nahiyəsinin, sol saidin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Həmin xəsarətlərdən sol budun 1 (bir) ədəd və sağ budun 1 (bir ədəd) deşilmiş-kəsilmiş yaraları və alt dodağın selikli qişasının əzilmiş yarası dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Sol əlin İİ barmağının, bel nahiyəsinin və sağ baldırın qançırları, sol bazunun, sol dirsək oynağı nahiyəsinin, sol saidin sıyrıqları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən deşilmiş-kəsilmiş yaraların qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən, digər xəsarətlərin isə insan bədəni hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür (İİİ cild, 209-211). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə-əmtəəşünaslıq” ekspertizasının 21 dekabr 2023-cü il tarixli, 9/9741 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş malların zədələnmədən əvvəl, istifadədə olmuş normal vəziyyətdə 2023-cü ilin avqust ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 720 manat müəyyən edilmişdir. O cümlədən 01 ədəd dəmir dirəkləri olan taxta tribuna 80 manat, 01 ədəd taxta material masa 200 manat, 01 ədəd rəsm əsəri 100 manat, hər biri ayrılıqda 60 manat olan 04 ədəd dəmir güldan 240 manat və hər biri ayrılıqda 50 manat olan 02 ədəd qəlyan aparatı 100 manat müəyyən edilmişdir (İİİ cild, i/v 205-207). İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən 01 sentyabr 2023-cü il tarixdə verilmiş ərizədən görünür ki, onun xəsarət alması barədə heç bir şikayət və tələbi yoxdur, barışmışdır və ona dəymiş ziyan ödənilmişdir (İ cild, 215). İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən 18 noyabr 2023-cü il tarixdə verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs2lə barışmışdır və ona qarşı hər hansı şikayət və tələbi yoxdur (İİİ cild, 167). İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs4 ilə barışmışdır və onun, eləcə də digər şəxslərin barəsində hər hansı şikayət və tələbi yoxdur (İİİ cild, 182). İş materiallarına əlavə olunmuş “təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında” 22 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 könüllü şəkildə iş üçün əhəmiyyət kəsb edən 01 ədəd tribuna, 01 ədəd masa, 01 ədəd rəsm əsəri, 04 ədəd güldan və 02 ədəd qəlyan aparatını istintaqa təhvil vermiş və baxış zamanı hər bir əşyanın zədə aldığı müəyyən edilmişdir (İİ cild, 211). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 oktyabr 2023-cü il tarixli tələbnaməyə cavabdan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmündən və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs4 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 06 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2022-ci ildə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilib, CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilib və barəsində 01 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib, xx.xx.2022-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş 14 gününü çəkməkdən şərti azad olaraq vaxtından əvvəl azad edilmişdir (İİİ cild, i/v 64-66, 83-92, 94-102). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli tələbnaməyə cavabdan və Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmündən görünür ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 332.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat cərimə cəzası seçilmiş və cərimə tərəfindən tam ödənilmişdir. Bundan əlavə Bərdə rayon Polis Şöbəsi xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikasının 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Bundan əlavə Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə barəsində 240 saat ictimai işlər cəzası seçilmişdir (İİ cild, i/v 55-57, İİİ cild 104-108). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 oktyabr 2023-cü il tarixli tələbnaməyə cavabdan və Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, sonuncu dəfə Rzayev X4 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (İİİ cild, i/v 67-68, 111-122). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 oktyabr 2023-cü il tarixli tələbnaməyə cavabdan və Biləsuvar rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli hökmündən görünür ki, sonuncu dəfə Bədirov X1 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2023cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İİİ cild, 69-70, 75-81). İş materiallarına əlavə edilmiş 02 aprel 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 02 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İİ cild, i/v 94-95). İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun 04 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Qocayev X5 RPİ-nin MSY-dən azad edilmişdir (İİ cild, i/v 132-133). İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild, i/v 134-135). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş 01 ədəd dəmir dirəkləri olan taxta tribuna, 01 ədəd taxta materiallı masa, 01 ədəd rəsm əsəri, 04 ədəd dəmir güldan və 02 ədəd qəlyan aparatı, eləcə də, hadisənin videogörüntülərini əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır (İV cild, i/v 90-218). İş materiallarına əlavə edilmiş İ-10525 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Qocayev X2 azad olunmasında iştirak etmiş və “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur (İİ cild, i/v 129-131). İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin böyük icra məmuru Amil Məlikov tərəfindən Nərimanov rayon Polis İdarəsinin rəisi Bəkir Qarayevə ünvanlanmış 24 may 2023-cü il tarixli məktubdan görünür ki, Nərimanov rayon məhkəməsinin 1(005)-463/20233 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 240 (iki yüz qırx) saat müddətinə ictimai işlər növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs2 cəza müddəti bitdiyi üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır (İİ cild, i/v 156). İş materiallarına əlavə edilmiş 22 may 2024-cü il tarixli Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov tərəfindən möhürlə təsdiqlənmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 15 avqust 2023-cü il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Bu müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Saxlandığı müddət ərzində nümunəvi davranışına görə ona rəhbərlik tərəfindən “Təşəkkür” elan olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, zərərçəkmiş şəxs olaraq onun Təqsirləndirilən şəxs2 və digər təqsirləndirilən şəxslərə qarşı şikayəti və başqa maddi-mənəvi iddia tələbi yoxdur, barışmışlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Probasiya İdarəsinin icra məmuru Məmməd Sərdarov tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış 23 may 2024-cü il tarixli, 21-1/3-234753/17 saylı məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-297/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkuma təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 08 ay 16 günü icra edilmiş, 01 il 03 ay 10 gün hissəsi çəkilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)- 441/2024 saylı, 01 aprel 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs4 barəsində 30 mart 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimakn tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 təqsirliliyi özləri tərəfindən qismən etiraf edilsə də, həmçinin Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs4 təqsirliliyi özü tərəfindən inkar edilsə də, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir və onlara düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs4 bir qrup şəxs halında xuliqanlıq cinayəti törətməməsi ilə bağlı ifadəsinə dair aşağıdakıları qeyd edir. İlk növbədə vurğulamaq lazımdır ki, təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs1 qarşı heç bir əsaslı səbəb olmadan aqresiya göstərərək video diskdən də göründüyü kimi qarşılıqlı davranış qaydalarına zidd olan formada reaksiya verməklə ictimai yerdə səs-küy salmış, zərərçəkmiş şəxsə zor tətbiq etmiş, birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərə yol vermişdir. Bununla da, təqsirləndirilən şəxslər cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydalarına zidd olan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərlə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Həmin hallar məhkəmədə tədqiq edilmiş hadisənin videogörüntüsü ilə tam təsdiqini tapır. Bununla da, məhkəmə, Təqsirləndirilən şəxs4 ifadəsini məsuliyyətdən boyun qaçırmaq üçün verdiyi ifadə kimi qiymətləndirərək, ona tənqidi yanaşır və inandırıcı hesab etmir. Bundan başqa, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 129 ünvanında yerləşən “Vedi” adlı kafedə tanışı Zərərçəkmiş şəxs3 qarşı hər hansı xəsarət yetirməməsi və xuliqanlıq etməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin kafedə Zərərçəkmiş şəxs3 xəsarət yetirməsi zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi ilə təsdiq olunur və onlar arasında olan mübahisənin kafenin içərisində başlamaqla sonradan kafedə olan şəxsin təkidi nəticəsində kafedən çölə çıxmaqla Təqsirləndirilən şəxs2 qərəzli xuliqanlıq hərəkətlərini davam etməsi ümumi iş materialları ilə öz təqsdiqini tapmışdır. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmada ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini qismən etiraf etməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ona qarşı şikayət və tələbinin olmamasını və həmin şəxslərlə barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlini qismən etiraf etməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ona qarşı şikayət və tələbinin olmamasını və həmin şəxslərlə barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4la barışmasını, ona qarşı şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini qismən etiraf etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını və həmin şəxslərlə barışmasını, həmçinin “Vətən müharibəsi” iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəyə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan CM yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs4 əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs4 əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)-297/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinə əsasən təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)-297/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 03 (üç) ay 10 (on) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 11 avqust 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 12 avqust 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 01 sentyabr 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(006)-441/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı, iş üzrə ekspertiza xərci 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon polis idarəsində saxlanılan 01 ədəd dəmir dirəkləri olan taxta tribuna, 01 ədəd taxta materiallı masa, 01 ədəd rəsm əsəri, 04 ədəd dəmir güldan və 02 ədəd qəlyan aparatı hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi4 vəkil işlədikləri Bakı şəhəri, 33 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-134/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərara əsasən 25 yanvar 2024-cü il tarixdən təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Bakı şəhəri, 33 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı dövründə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi4 vəkil işlədikləri Bakı şəhəri, 33 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 300 (üç yüz) manat olmaqla ümumilikdə 1200 (min iki yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli 11 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli 12 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)-297/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 03 (üç) ay 10 (on) gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkməsinin əvvəli 01 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 cəzaçəkməsinin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(006)-441/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon polis idarəsində saxlanılan 01 ədəd dəmir dirəkləri olan taxta tribuna, 01 ədəd taxta materiallı masa, 01 ədəd rəsm əsəri, 04 ədəd dəmir güldan və 02 ədəd qəlyan aparatı hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi4 vəkil işlədikləri Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 300 (üç yüz) manat olmaqla ümumilkdə 1200 (min iki yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar