Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-135/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs , müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 kirayə yaşayan barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında insanların həyatı və sağlamlığı üçün təhlükə olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyətilə özgənin əmlakını açıq talama məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 06 iyun 2019-cu il tarixdə, saat təxminən 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 45 nömrəli yaşayış binasının arxa hissəsində yerləşən ərazidə, şəxsiyyəti istintaqa məlum olmayan cinsi azlığın nümayəndəsi ilə cinsi əlaqədə olmağa hazırlaşan Zərərçəkmiş şəxs yaxınlaşmış, Zərərçəkmiş şəxs oradan uzaqlaşmağa cəhd etdikdə cinayətkar əməlini həyata keçirmək məqsədilə Zərərçəkmiş şəxs qarşısını kəsərək dayanmış, Şahid1 Zərərçəkmiş şəxs üzərində olan pulları verməsini tələb etdikdə sonuncunun üzərində yalnız mobil telefonu olduğunu bildirməsi səbəbindən Şahid1 Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib bir dəfə kəllə zərbəsi ilə ağız nahiyyəsindən zərbə vuraraq nəticədə ona üst dodağın selikli qişasına qansızına kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra əvvəlcədən Şahid1 verdiyi soyuq silah hesab edilməyən suvenir xəncəri Şahid1 aralı məsafədən nümayiş etdirməklə əlini Zərərçəkmiş şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibinə salıb 688 manat məbləğində pulunu götürərək ələ keçirib, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid1 məlum hadisədən təxminən bir il əvvəl tanımışdır. Həşimlə arabir “Şamaxinka” adlı ərazidə yerləşən parkda və başqa yerlərdə görüşmüşlər, çay içərək birlikdə vaxt keçirmişlər. Parkda görüşəndə isə adətən idman hərəkətləri ilə məşğul olmuşlar. Həşimin sözlərindən sonuncunun bir müddət elə həmin parkın yanında - Asif Məhərrəmov küçəsi, ev 45 ünvanda Səidə adlı qadının evində kirayədə yaşadığını, bu səbəbdən həmin ərazini yaxşı tanıdığını, orada hazırda dostlarının və qohumlarının yaşamaqda davam etdiyini eşitmişdir. Həşimlə aralarındakı münasibətlər çox səmimi olmuş, bir-birlərinə dost münasibəti göstərmişlər. Hətta məlum hadisədən bir neçə gün əvvəl Həşim ona hədiyyə kimi bir ədəd suvenir bıçaq da vermişdir. Həmin parka tez-tez getdiklərindən bu əraziyə axşam vaxtı cinsi azlıqların nümayəndələrinin gələrək müştəri axtardıqlarını, 45 saylı binanın qarşısındakı işıqlandırılmayan ərazidə yerləşən kolluqda cinsi əlaqədə olduqlarını, ərazidə yaşayan sakinlər tərəfindən onların dəfələrlə oradan qovulduqlarını eşidib bilmişlər. Həmdə ümumi söhbətlərdən məlum olmuşdur ki, cinsi azlıqların nümayəndələri adətən üstlərində bıçaq, ülgüc gəzdirirlər, onlara sataşan, qovan və ya aldadan olanda bıçaqdan, ülgücdən istifadə edirlər. Söhbətlərində Həşim bir neçə dəfə ona bildirmişdir ki, qohumları, tanışları olan sakinlərin gözü qarşısında, hətta ailə üzvlərinin də hava almaq üçün gəldikləri parkda əxlaqsız hərəkət edən bu şəxslərin davranışı dözülməzdir, cavan oğlan kimi ona da çox pis təsir edərək qüruruna toxunur, hətta paltar asmaq üçün pəncərəni açan qız-gəlin, uşaqlar cinsi əlaqədə olma prosesini aşkar şəkildə görürlər və o, bu mənzərəyə, bu vəziyyətə dözə bilmir. Həşim ona təklif etmişdir ki, parkda olduqları vaxt belə hallarla rastlaşanda həmin üzdəniraqları ərazidən qovsunlar. Ona görə də axşamlar bir neçə dəfə Həşimlə birlikdə cinsi azlığın nümayəndələrini 45 saylı binanın arxa tərəfindəki dalan yerdən qovmuşlar. Bir neçə dəfə elə hal olmuşdur ki, cinsi azlığın nümayəndələrini qovmaq üçün onlara yaxınlaşarkən həmin şəxslər üzərilərindən bıçaq və ülgüc çıxardıb onları qorxutmuşlar. Ona görə də məlum hadisədən bir neçə gün əvvəl cinsi azlıqların onlara bıçaq yaxud ülgüc ilə xəsarət yetirə biləcəklərindən qorxaraq özlərini müdafiə etmək üçün Həşimin təklifi ilə onun hədiyyə etdiyi suvenir bıçağı özləri ilə götürmək qərarına gəlmişdir. O, Həşimin təklifi ilə razılaşaraq bıçağı hadisədən təxminən üç gün əvvəl parkda görüşərkən gətirib Həşimə vermişdir. Həşim bıçağı üstündə gəzdirməmək üçün parkdakı ağaclardan birinin arxasında gizlətmişdir. O, həmişəki kimi 06 iyun 2019-cu il tarixdə axşam saatlarında parka getmiş və az sonra Həşim də oraya gəlmişdir. Onlar görüşərək söhbət etmiş, habelə hərə özünün mobil telefonu ilə oynamışdır. Həmin vaxt bir nəfər cinsi azlığın nümayəndəsinin qabaqda hərəkət etdiyini və onun arxasınca da bir nəfər şəxsin getdiyini görmüşlər. Cinsi azlığın nümayəndəsi 45 saylı binanın arxasındakı qaranlıq və kollar olan əraziyə keçmiş, onun arxasınca gedən şəxs də həmin yerə doğru hərəkət etmişdir. Yəni, arxada gedənin müştəri olduğu aşkar surətdə görünmüşdür. Bunu görən Həşim həmin şəxsləri oradan qovacağını deyərək dərhal 45 saylı binanın arxasına doğru getməyə başlamış və arxasınca gəlməsini demiş, oda Həşimin arxasınca getmişdir. Həşimin ona hədiyyə etdiyi suvenir bıçaq həmin vaxt onun üstündə olmuş, lakin Həşim bundan xəbərsiz olmuşdur. Kolluğa yaxınlaşanda həmin şəxsin və cinsi azlığın nümayəndəsinin cinsi əlaqəyə hazırlaşdıqlarını görmüşlər. Bu səhnə Həşimə çox pis təsir etmiş və o, “bunlara bax, burada mənim yaxınlarım yaşayır, onlar gör burda nə ilə məşğuldurlar, çox əsəbləşirəm” deyə bildirmiş və ondan bıçağı götürüb - götürmədiyini soruşmuşdur. O, bıçağın üstündə olduğunu dedikdə Həşim bıçağı ondan almış və həmin şəxslərə doğru hərəkət etməyə başlamışdır. O, Həşimə “mən də səninlə gəlirəm” demiş, lakin Həşim “ehtiyac yoxdur, özüm gedirəm” deyə bildirmişdir. Buna baxmayaraq o, aralarında təxminən 15-20 metr məsafə olmaqla Həşimin arxasınca getmişdir. Binanın arxasına çatanda adını sonradan bildikləri Elnurun şalvarını aşağı salaraq cinsi azlığın nümayəndəsi ilə cinsi əlaqəyə girməyə hazır olduğunu görmüşlər. Elnur və cinsi azlığın nümayəndəsi onların gəldiklərini görmüşlər. Cinsi azlığın nümayəndəsi onları görən kimi dərhal paltarını tutub qaçmağa başlamış, amma şalvarını çəkməyə imkan tapmayan Elnur qaça bilməyərək yerindəcə qalmışdır. Belə ki, Elnurun şalvarı dizdən aşağıda olduğu üçün addım ata bilməmişdir. Həşim Elnura yaxınlaşaraq ucadan “camaatın anası-bacısı var, ayıbdır, niyə belə işlər edirsən, ictimai yerdir, sənin məhəlləndə etsələr xoşuna gələr, sənin üzərində pulun yoxdur ki, gedib bir oteldə istirahət edəsən” deyərək onu bir az kənara çəkmişdir. Həmin vaxt Həşim suvenir bıçağı və özünün mobil telefonunu bir əlində tutmuş, digər əli ilə isə Elnurun yaxasında tutmuşdur. Amma Həşim heç bir halda bıçağı Elnura doğru istiqamətləndirməmiş və ya dirəməmişdir. Sadəcə görüntü yaranmışdır. Həşim Elnura “sən bazlıq etmək istəyirsənsə otelə get, niyə məhəllədə belə hərəkətlərlə məşğul olursan, ayıb deyil, sənin məhəlləndə belə işlə məşğul olsalar xoşuna gələr?!” deyə bildirmiş, Elnur da “mən bu yaxınlarda qalıram, özüm də naxçıvanlının obyektində işləyirəm, bir də eləmərəm, bağışla” deyə cavab vermişdir. X4 “nə qədər pul vermisən cinsi əlaqədə olduğun şəxsə? üstündə nə qədər pul var?” deyə soruşmuş, Elnur da “mən cinsi azlığın nümayəndəsinə 8 manat pul vermişəm, artıq pulum yoxdur, bir ədəd mobil telefonum var, onu da kreditə götürmüşəm” deyə cavab vermişdir. Elnurun bir əli cibində olduğundan Həşim onun cibində bıçaq və ya lezviya ola biləcəyindən şübhələnərək qoxmuş və buna görə əlini cibindən çıxartmasını istəmişdir. Elnur cibində telefon olduğunu deyərək onu çıxartmış və həmin vaxt bükülmüş və əzilmiş vəziyyətdə pullar da cibindən çıxaraq yerə düşmüşdür. Elnur dərhal əyilərək pullarını yerdən götürmüşdür. Bunu görən Həşim Elnura “bəs mənə deyirsən ki, üzərimdə pulum yoxdur, bəs bu pul deyil, ayıb deyil sən yalan danışırsan?! get başqa yerdə əxlaqsız hərəkətlər elə, səni birdə burada görməyim!” deyə bildirmiş, Elnur da “birdə belə hərəkətlər etmərəm” deyə cavab vermiş, həmçinin “mənimlə işin olmasın” deyib pulları təklif etmişdir. Həşim pulları götürmüş və bundan sonra onlar həmin yerdən aralanaraq getmişlər. Bir qədər aralandıqdan sonra Həşim pulları sayaraq 595 manat olduğunu dəqiqləşdirmişdir. Həşim həmin puldan ona hər hansı məbləğdə pul verməmiş, özü də Həşimdən pul istəməmiş, ümumiyyətlə bu barədə aralarında heç bir söhbət olmamışdır. Onlar yenidən parka gəlmişlər və az sonra kolluqdan bir az əvvəl onları görüb qaçan cinsi azlığın nümayəndəsinin başqa bir şəxslə yenidən həmin kolluğa doğru hərəkət etdiyini görmüşlər. Onları qovmaq üçün Həşimlə birlikdə yenidən kolluğa doğru getmişlər və 45 saylı binanın baş tərəfinə çatanda işıqları yanan ağ rəngli avtomobilin dayandığını görmüşlər. Avtomobildən üç nəfər düşmüş və onlardan biri “nə səbəbə bu qaranlıqdan keçirdin?” deyə soruşmuşdur. Bu səsi eşidəndə elə başa düşmüşlər ki, yəqin həmin şəxslər onların bir az əvvəl kolluqdan qovduqları və naxçıvanlının obyektində işlədiyini deyən şəxsin - Elnurun adamlarıdır və onları tapıb döymək üçün gəlmişlər. Ona görə də qorxub qaçmağa başlamışlar. Həmin şəxslər də onların dalınca qaçmağa başlamış, lakin bir qədər qaçandan sonra dayanmışlar. O isə Həşimlə birlikdə qaçaraq 211 saylı məktəbin qarşısındakı binanın qabağından keçib metronun “Memar Əcəmi” stansiyasına tərəf getmişlər. Həmin vaxt onları iki dəfə saxlamışlar. Birinci dəfə avtomobildə olan şəxslər fonarm işığını onların üzlərinə tutmuş, maşında olan kolluqdan qovduqları oğlan isə “bunlar deyil” deyə bildirmişdir. Sonradan onlar müəyyən məsafə qət etdikdən sonra yenidən iki avtomobil onların yanlarında saxlamış və onları Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə aparmışlar. Polis Bölməsində olarkən onlara məlum olmuşdur ki, kolluqdan qovduqları, adını sonradan bildikləri X6 Nazirliyinin “102” xidmətinə müraciət edərək onun və Həşim tərəfindən hədələnərək 688 manat pulunun ələ keçirilməsi barədə məlumat vermişdir. Daha sonra özünü təqsirli bilməsini, cinayət törədərkən yetkinlik yaşına çatmamış, gənc olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və Şahid1 əvvəllər heç vaxt tanımamış və rastlaşmamış, onları məlum hadisədən sonra tanımışdır. 06 iyun 2019-cu il tarixdə, saat 23:10 radələrində Nəsimi rayonu ərazisindəki “Şamaxinka” adlanan ərazidə piyada hərəkət edərkən yol kənarında dayanıb müştəri gözləyən cinsi azlığın nümayəndəsini görmüş və həmin şəxslə cinsi əlaqədə olub istirahət etmək qərarına gəlmişdir. Ona görə də həmin üzdənirağa qabağa getməsini, özünün də onun arxasınca gələcəyini işarə etmişdir. Asif Məhərrəmov küçəsindəki 45 nömrəli binanın arxa tərəfindəki kolluq və qaranlıq ərazi olan yerə çatanda o, cinsi azlığın nümayəndəsindən neçəyə görüşdüyünü və hansı qaydada cinsi əlaqədə ola biləcəklərini soruşmuş, cinsi azlığın nümayəndəsi də “mən 8 manata cinsi əlaqədə oluram, özü də arxa keçəcək vasitəsilə cinsi əlaqədə oluram” deyə cavab vermişdir. O, arxa keçəcəkdən cinsi əlaqədə olmaq üçün cinsi azlığın nümayəndəsinin dediyi qiymətlə razılaşmışdır. Həmin vaxt ətrafa baxaraq kolluq ərazinin qaranlıq olduğunu, burada cinsi əlaqədə olacaqları halda oraya heç kimin gəlib çıxmayacağını fikirləşmişdir. Ona görə də həmin yerdə cinsi əlaqədə olmağı qərarlaşdırmışdır. Həmin cinsi azlıq nümayəndəsini əvvəllər tanımamış, orta yaşlı, əynində göy rəngli cins şalvar, qara rəngli köynək olan uzun saçlı bu şəxslə əvvəllər heç vaxt cinsi əlaqədə olmamış, ümumiyyətlə onunla ilk dəfə rastlaşmışdır. Cinsi azlığın nümayəndəsi paltarlarını çıxartmağa, aşağı salmağa başlamış, oda şalvarının qabağını açaraq onu dizindən aşağı salmış, həmçinin tumanını da aşağı çəkmişdir. Elə cinsi azlığın arxasına keçib cinsi əlaqəyə başlamaq istədiyi anda arxadan kiminsə onu səslədiyini eşitmişdir. Dönüb səs gələn tərəfə baxdığı anda cinsi azlığın nümayəndəsi paltarını çəkib dərhal qaçaraq getmişdir. O, özü də qorxduğundan qaçmaq istəmiş, amma şalvarı dizindən aşağı salınmış vəziyyətdə olduğundan dərhal qaça bilməmişdir. Elə həmin anda bir nəfər nisbətən sarışın və orta boylu şəxs - adını sonradan Şahid1 onu tutub saxlamışdır. O, həmin şəxsdən “nə lazımdı, nə səbəbə məni tutursan?” deyə soruşmuş, həmin şəxs də ona “camaatın anası-bacısı var, ayıbdır, sənin məhəlləndə bunu eləsələr xoşuna gələr? pulun yoxdu ki, gedib bir oteldə istirahət edəsən?” deyərək ona acıqlanmışdır. O, “bir də eləmərəm, pulum yox idi, ona görə də bura gəldim” deyib vəziyyəti yumşaltmaq istəmiş, şalvarını yuxarı çəkərək üzrxahlıq etmiş və bu hərəkəti bir də təkrarlamayacağını bildirmişdir. Bu zəmində aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Həşim yumruqla, ya da kəllə ilə onun ağzına bir zərbə vuraraq “bazlıq etmək istəyirsənsə otelə get! məhəllədə belə eləmə” və sair bu kimi sözlər demişdir. O, mübahisədən yayınıb aralanmaq üçün “mən özüm də bu yaxınlarda qalıram, bir də olmaz, bağışla” demişdir. Həşim ondan “üstündə nəyin var?” deyə soruşmuş, o da əlini sağ yan cibinə salıb telefonunu yoxlamış və üstündə telefonundan başqa heç nəyinin olmadığını bildirmişdir. Həmin vaxt Həşimin bir əlində mobil telefon və bıçaq tutduğunu görmüşdür. Amma Həşim heç bir halda onu bıçaqla hədələməmiş və ya bıçağı ona məxsusi istiqamətləndirməmişdir. Həşimin həmin bıçağı məhz onun görə bilməsi üçün əlində saxladığını, bıçağı tətbiq etmək niyyətində olmadığını başa düşmüşdür. Onu sadəcə cinsi azlıqla cinsi əlaqədə olarkən tutmuşdular və başqa səbəb, münaqişə də mövcud olmamışdır. Əli cibində olan vaxt Həşim ondan “sənin cibində nə var? nə axtarırsan? niyə əlini cibindən çıxartmırsan?” deyə soruşmuşdur. O da cibində kreditlə aldığı telefondan başqa heç nəyinin olmadığını deyərək telefonu cibindən çıxartmışdır. Həşim “telefonu cibinə qoy, mənə lazım deyil” deyə bildirmişdir. Həmin anda, yəni telefonu çıxardanda pulları da bükülmüş və əzilmiş vəziyyətdə cibindən çıxıb yerə tökülmüşdür. O, dərhal əyilib pulları yerdən yığmışdır. Həmin vaxt Həşim ona “bəs mənə deyirsən ki, üstümdə pul yoxdur, bəs bu nədir? bir də səni burada görməyim” deyərək yerdən yığdığı pulları ondan götürmüşdür. Həşim pulları alandan sonra yanında olan, adını sonradan bildiyi Əkbər adlı şəxslə oradan qaçaraq uzaqlaşmışdır. O, özü isə oradan evə gəlmiş və bir qədər fikirləşdikdən sonra “102” xidmətinə zəng vurub başına gələn hadisə barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları onunla əlaqə saxlayaraq hadisənin baş verdiyi əraziyə getməsini təklif etmişlər, o da razılaşmışdır. Polis əməkdaşları ondan həmin şəxsləri tanıyıb-tanımayacağını soruşduqda o, həmin şəxsləri tanıya biləcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onun yaşadığı ünvana gəlmişlər və onlar birlikdə maşınla hadisə baş verən əraziyə getmişlər. O, hadisə yerini göstərən zaman ayaq səsləri eşidərək səs gələn tərəfə baxanda həmin iki nəfərdən birini tanımış və bu barədə polis əməkdaşlarına bildirmişdir. Həmin şəxslər onun səsini eşidən kimi qaçıb uzaqlaşmışlar. Daha sonra hadisə yerinə ikinci polis maşını gəlmiş və o, həmin maşına əyləşərək üç nəfər polis əməkdaşı ilə birlikdə ətraf ərazini gəzməyə başlamışlar. Bir qədər gəzdikdən sonra avtomobilin pəncərəsindən yenə də həmin şəxslərin 3-cü mikrorayon dairəsi istiqamətində piyada hərəkət etdiklərini görmüş və bu barədə polis əməkdaşlarına bildirmişdir. Lakin polis əməkdaşları həmin şəxslərin sifətini ona göstərəndə həyəcanlı olduğundan həmin vaxt onları tanımamışdır. Ona görə də polis əməkdaşları yenə də həmin şəxsləri axtarmağa davam etmişlər. O, həmin şəxslərin əlamətləri barədə polis əməkdaşlarına bildirəndə polis əməkdaşları “biz bayaq həmin şəxsləri saxlamışdıq da, sən dedin ki, tanıya bilmirəm” deyə bildirmişlər. Bu dəfə daha diqqətli olacağını deyib yenidən həmin şəxslərin arxasınca getmiş və piyada hərəkət edən həmin şəxslərin onun pulunu ələ keçirdiklərini deyərək onları geyimlərindən tanıdığını bildirmişdir. Polis əməkdaşları həmin şəxsləri, yəni adlarını sonradan bildiyi Həşimlə Əkbəri saxlamış və onlar birlikdə Polis Şöbəsinə getmişlər. Bir daha qeyd edir ki, hadisə vaxtı Həşim onu hər hansı şəkildə məxsusi olaraq hədələməmiş, onun əsas söhbəti cinsi azlığın nümayəndəsi ilə bina sakinlərinin görə biləcəyi yerdə cinsi əlaqədə olmasına görə iradla bağlı olmuş, bundan sonra isə pullarını alıb qaçmışdır. Həmin vaxt Həşim ona öldürməklə, yaxud bıçaqla vuracağı ilə bağlı hər hansı hədə-qorxu gəlməmişdir. Orada heç bir səs-küy, qışqırıq olmamış, həmin vaxt Həşimin yanında dayanmış Əkbər isə heç bir hərəkət etməmiş, ümumiyyətlə dillənməmişdir. Həşimin sağ əlində bıçağı həqiqətən görmüşdür. Bununla belə, Həşimin ona xəsarət yetirmək niyyətinin olmadığını aşkar görmüş və başa düşmüş, ona görə də qorxmamış, sadəcə düşdüyü xoşagəlməz, biabırçı vəziyyətdən çıxmaq və tezliklə oradan uzaqlaşmaq üçün Həşimin pulları götürüb qaçmasına mane olmamışdır. Həşimi bağışlamış və onunla barışmışdır. Ona vurulmuş ziyan Həşimin valideynləri tərəfindən tam şəkildə ödənilmişdir. Hal- hazırda Şahid1 qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 06 iyun 2019-cu il tarixdə axşam saatlarında o, parkda olmuş, həmin vaxt Əkbər də parka gəlmiş, onlar orada görüşüb söhbət etmişlər, sonradan o, mobil telefonla oynamış, Əkbər də başqa tərəfdə mobil telefonla oynamışdır. Həmin vaxt o, görmüşdür ki, cinsi azlığın nümayəndəsi bir nəfər şəxslə, yəni Elnurla 45 saylı binanın arxasına doğru hərəkət edirlər. O da onları qovmaq üçün binanın arxasına doğru hərəkət etmək qərarına gəlmişdir, onların üzərlərində bıçaq olduğunu fikirləşib ehtiyyat üçün parkda ağacın dibində gizlətdiyi bıçağı götürmüşdür. Həmin vaxt Əkbər ona demişdir ki, “hara gedirsən”, o da Əkbərə demişdir ki, “yenə cinsi azlığın nümayəndəsi bir nəfər şəxslə 45 saylı binanın arxa tərəfinə əxlaqsız hərəkətlərlə məşqul olmaq üçün gedirlər, gedib onları oradan qovum”. Əkbər ona demişdir ki, “mən də səninlə gəlirəm”, o da Əkbərə demişdir ki, “ehtiyyac yoxdu, özüm gedirəm”. Lakin Əkbər onun arxasınca gəlmiş, aralarında təxminən 15-20 metr məsafə olmuşdur. O, binanın arxasına çatanda, görmüşdür ki, Elnur cinsi azlığın nümayəndəsi ilə cinsi əlaqəyə girməyə hazırlaşır, hətta şalvarını da aşağı salmışdır. Bu vaxt Elnur və cinsi azlığın nümayəndəsi onun gəldiyini görmüşlər, həmin vaxt cinsi azlığın nümayəndəsi qaçmağa başlamış, o, onu saxlaya bilməmişdir. Lakin Elnur qaçmağa macal tapmamış, yerindəcə dayanmışdır. O, Elnura yaxınlaşmış, həmin vaxt Əkbər ondan aralıda, təxminən 15-20 metr aralıda yolun kənarında dayanmış və telefonla oynamışdır. O, Elnura yaxınlaşmış və ona demişdir ki, “camaatın anası bacısı var, ayıbdır, niyə belə işlər edirsən, ictimai yerdir, sənin məhəlləndə etsələr xoşuna gələr, sənin üzərində pulun yoxdur ki, gedib bir oteldə istirahət edəsən”. Elnur da ona demişdir ki, “mən flan yerdə işləyirəm, Naxçıvanlının obyektində işləyirəm, bilmirəm harda işləyirəm, bir də eləmərəm, üstümdə pulum yox idi, ona görə də bura gəldim”. Elnurun cavabı ona xoş gəlməmiş, aralarında mübahisə baş vermiş, mübahisə zamanı o, yumruqla Elnurun sifət nahiyyəsindən bir dəfə zərbə vurmuş, onun yumruq zərbəsi onun ağız nahiyyəsinə dəymiş, o, daha onu vurmamış, ona demişdir ki, «sən bazlıq etmək istəyirsənsə otelə get, məhəllədə belə hərəkətlərlə nə səbəbə məşğul olursan, ayıb deyil, sənin məhəlləndə belə işlə məşğul olsalar xoşuna gələr». Elnur da ona demişdir ki, «mən bu yaxınlarda qalıram, özümdə Naxçıvanlının obyektində işləyirəm, birdə olmaz, bağışla». Sonra görmüşdür ki, Elnur əlini qabaq sağ yan cibinə salır, əlini cibində tərpədir. O, şübhələnmişdir ki, birdən cibindən bıçaq çıxardıb ona xəsarət yetirər.Ona görə də özünü qorumaq üçün parkdan götürdüyü suvenir bıçağı hazır vəziyyətdə sağ əlində tutmuş, telefonu da bıçağın dəstəyinin üstündə tutmuşdur. Sonra Elnura demişdir ki, «sənin cibində nə var», Elnur da ona demişdir ki, «mənim cibimdə sadəcə telefon vardır, telefonu kreditə almışam, başqa heçnə yoxdur, inanmırsan çıxardım bax». O da Elnurla razılaşmış, istəmişdir ki, dəqiqləşdirsin Elnurun cibində nə var. Elnur sağ əlini sağ yan qabaq cibindən çıxartmış, əvvəlcə onun cibindən mobil telefon çıxmış, sonra da bükülü və əzilmiş şəkildə olan pullar çıxmış və yerə tökülmüşdür. Elnur pulları yerdən yığmışdır. O, Elnura demişdir ki, “bəs mənə deyirsən ki, üzərimdə pulum yoxdur, bəs bu pul deyil, ayıb deyil sənə yalan danışırsan, get başqa yerdə əxlaqsız hərəkətlər elə, səni birdə burada görməyim”. Elnur da ona demişdir ki, “birdə belə hərəkətlər etmərəm”. Sonra Elnur yerdən götürdüyü pulu ona vermiş və ona demişdir ki, “pulu sənə verirəm, get özünə xərclə”. O da pulu Elnurdan almış və özünün arxa sol yan cibinə qoymuş, pulun sayını bilməmişdir. Bu söhbət zamanı Əkbərdə onun yanında olmuş, Əkbər ona hər hansı bir hərəkət etməmiş, onu vurmamış, xəsarət yetirməmişdir. Sonradan həmin şəxsə demişdir ki, «tez məhəllədən get, səni birdə burada görməyim, sənin pulun ola-ola sən kolluqda, yaşayış binasının qarşısında əxlaqsız hərəkətlər edirsən, mən yaxşı elədim, sənin pulunu götürdüm, sənin üçün bu da azdır». Həmin şəxs də çıxıb getmişdir. O da həmin şəxsdən ayrılandan sonra ondan aldığı pulu saymağa başlamış, görmüşdür ki, həmin pulun içərisində bir ədəd 200 manatlıq, üç ədəd 100 manatlıq, 4 ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq və bir ədəd 5 manatlıq pul əskinazı olmuşdur. Sonradan o, Əkbərlə parka gəlmişlər, o, telefonu ilə oynamış, Əkbərdə kiminləsə telefonda danışmışdır. Sonra o, görmüşdür ki, kolluqdan bir az əvvəl qaçan cinsi azlığın nümayəndəsi yenidən həmin kolluğa doğru başqa bir şəxslə hərəkət edir. O, kolluğa doğru yenidən gedib həmin şəxsi və cinsi azlığın nümayəndəsini oradan qovmaq istəmişdir. Ona görədə o, Əkbərə demişdir ki, «bir az əvvəl bu cinsi azlığı oradan qovdum, yenidən kolluğa doğru getdi, gedib onu oradan qovum, binada ailələr yaşayır». Əkbərdə ona demişdir ki, «məndə səninlə gəlirəm». O, Əkbərlə kolluğa doğru hərəkət etdiyi vaxt 45 saylı binanın baş tərəfinə çatanda, görmüşdür ki, ağ rəngli bir maşın gəlib dayanmış, maşının işıqları da gözünə düşmüş və imkan verməmişdir ki, tam görsün. Əkbər həmin vaxt ondan 2-3 metr arxada olmuşdur. Həmin vaxt maşından üç nəfər düşmüş, onlardan biri bildirmişdir ki, «nə səbəbə bu qaranlıqdan keçirdin». O, bunların səsini eşidəndə, elə başa düşmüşdür ki, onun kolluqdan qovduğu Elnur ona demişdir ki, naxçıvanlının obyektində işləyir, ola bilsin ki, onun yaxınları gəlib onu və Əkbəri döysünlər, ona görə də qorxub qaçmağa başlamışlar. Həmin vaxt da maşında olan şəxslərdə onların arxasınca qaçmağa başlamışlar, bir az məsafə qaçdıqdan sonra dayanmışlar. Onlar isə qaçmağa davam etmişlər, o, başqa bir yaşayış binasının qarşısından keçəndə, üzərində olan suvenir bıçağı yaşayış binasının qarşısındakı kolluğa atmış, sonra da Əkbərlə qaçmağa başlamışlar, yaxınlıqda yerləşən 211 saylı məktəbin qarşısındakı binanın qabağından keçib Əcəmi metro stansiyasına tərəf gedəndə, onları iki dəfə saxlamışlar. Birinci dəfə maşında olan şəxslər fanarla onların üzlərinə vurmuşlar, həmin vaxt da maşında olan kolluqdan qovduğu Elnur demişdir ki, «bunlar deyil». Sonradan onlar müəyyən məsafə qət etdikdən sonra yenidən iki maşın onların yanında saxlamış və onları polis şöbəsinə dəvət etmişlər, onlarda polis əməkdaşları olmasını bilib həmin şəxslərlə polis şöbəsinə getməyə razılıq vermişlər. Elnurun ona verdiyi pulda əynində olan göy rəngli cins şalvarın arxa sol yan cibində saxlamışdır. Nəsimi RPİ-nin 19-cu PŞ-də olarkən, ona məlum olmuşdur ki, Elnur 102 xidmətinə müraciət edərək onun və Əkbər tərəfindən bıçaqla hədələnməyini, sifət nahiyyəsinə kəllə zərbəsi vurmaqla xəsarət yetirdiyini və 688 manat pulunun ələ keçirmələrini bildirmişdir. 19-cu polis şöbəsində olanda bildirmiş ki, o, Elnuru sifət nahiyyəsindən vurmuş, əsəbiləşmiş, bıçaqla hədələməmiş, lakin onun 688 manat pulunu deyil, sadəcə 595 manat pulunu almış, həmin pulu da özünün arxa sol yan cibində saxladığını bildirmişdir. Elnur yalan danışır, ona böhtan atır. O, Elnuru bıçaqla vuracağı ilə hədələməmiş, ona sadəcə ağız nahiyyəsindən bir dəfə yumruq zərbəsi vurmaqla, ona xəsarət yetirmiş, o, Elnurun 595 manat pulunu almış, 688 manat pulunu almamış, o, sadəcə Elnura kolluqda cinsi azlığın nümayəndəsi ilə qeyri-əxlaqi hərəkətlər etməsinə görə yaxınlaşmış, onu oradan qovmuşdur. Əkbər onun Elnurdan pulu aldığını görmüş, lakin o, həmin puldan Əkbərə heç nə verməmişdir. Sonra onun olduğu 19-cu polis şöbəsinə müdafiəçi dəvət edilmiş, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona bildirilmişdir ki, üzərində pul və ya cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin, sonrada da onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın arxa sol yan cibindən bir ədod 200 manatlıq, üç ədəd 100 manatlıq, 4 ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq və bir ədəd 5 manatlıq pul əskinazı aşkar edilmişdir. Aşkar edilmiş pul əskinazına onun iştirakı ilə baxış keçirilmiş və maddi sübut kimi götürülmüşdür. Şifahi sorğu zamanı o, bildirmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd 200 manatlıq, üç ədəd 100 manatlıq, 4 ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq və bir ədəd 5 manatlıq pul əskinazı Elnura məxsus olan puldur. Şəxsi axtarış zamanı onun üzərindən hər hansı bir cinayət xarakterli əşya və predmet aşkar edilməmişdir. O, Elnuru sifət nahiyyəsindən vurmuş, əsəbiləşmiş, bıçaqla hədələməmiş, lakin onun 688 manat pulunu deyil, sadəcə 595 manat pulunu almış, o, Elnurun ona verdiyi puldan Əkbərə heç bir məbləğdə pul verməmiş. Əkbəri məcburən hadisə yerinə aparmamış, Əkbər özü onun arxasınca gəlmişdir, hadisə vaxtı da kənarda qalmışdır. O, Elnurla kolluq deyilən ərazidə mübahisə edərkən orada kənar şəxslər olmamış, kənar şəxslərin rahatçılığı pozulmamış və onlara kənardan yaxınlaşan olmamış, mübahisə 02-03 dəqiqə davam etmişdir, o, bıçağı kiməsə xəsarət yetirmək və öldürmək məqsədilə götürməmişdir, ona xəsarət yetirilməsindən qorxuduğu üçün və özünü müdafiə etmək üçün bıçağı götürmüşdür. O, həmçinin bildirmişdir ki, o, son anadək Əkbərlə birlikdə olmuş, o, Elnurla mübahisə etdiyi zaman Əkbər də onun yanında olmuşdur, sadəcə Əkbər həmin vaxt heç bir hərəkət etməmişdir, Elnurun ona pul verməsini, onun Elnurla mübahisə etməyini, Elnura binanın arxa tərəfində nə səbəbə əxlaqsız hərəkətlərlə məşğul olması barədə iradını bildirməyini, həmin binada yaxınlarının yaşamasını və digər onunla Elnur arasında olan söhbətləri, Elnuru yumruq zərbəsi ilə sifət nahiyyəsindən vurmağını Əkbər eşitmişdir və görmüşdür. Sadəcə Əkbər ilə hələ aralarında üzləşdirmə dindirmə istintaq hərəkəti keçirilməmişdən əvvəl, Bakı istintaq təcridxanasında Əkbərlə görüşmüş, onunla aralarında belə razılaşmışlar ki, o, bütün cinayəti öz üzərinə götürür, üzləşdirmə zamanı da Əkbərin üzünə onun yanında olmaması, aralarında 15-20 metr məsafə olması, onunla Elnur arasında baş vermiş mübahisəni görməməsini deyəcəkmiş, Əkbər də bunu təsdiq edəcəkdir. Əkbərin valideynləri heç vaxt onun valideynlərinə pul təklif etməmişdir ki, o, cinayəti öz üzərinə götürsün, Əkbərin üzünə onunla birlikdə cinayəti törətməyini dansın, o, özü könüllü olaraq heç bir təsir altında olmadan üzləşdirmə dindirmə istintaq hərəkəti zamanı Əkbərin üzünə onunla aralarında olan razılaşmaya əsasən, belə ifadə vermiş, istəmişdir ki, Əkbərin vəziyyəti yüngülləşsin və o, çölə çıxsın, bununla əlaqədar da ona heç kim pul təklif etməmişdir. O, anası ilə də görüşəndə, bu barədə aralarında heç bir söhbət olmamışdır, belə bir şey olsaydı, anasını deyərdi. Həmçinin, onu da qeyd etmiş ki, cinayətin aləti olan suvenir bıçaq Əkbərindir, Əkbər həmin bıçağı evində saxlamışdır, sadəcə onlar cinsi azlığın nümayəndələrini oradan qovarkən, onların üzərində bıçaq olmasından və bizi qorxutmasmdan ehtiyyatlanaraq, Əkbər evindən suvenir bıçağı götürüb parkda ağacın arxasında gizlətmişdir. Hadisə günü də o, binanın arxasına gedən cinsi azlığın nümayəndəsini ordan qovmağa gedərkən, Əkbərə demişdir ki, “bıçağı ver, gedim onları qovmağa”, Əkbər də bıçağı ona vermiş, sonra da onlar birlikdə binanın arxasına getmişlər, Elnura yaxınlaşarkən və onunla söhbət etdiyi zaman bıçaq onda olmuşdur, sol əlində mobil telefonla birlikdə tutmuş, o da həmin bıçaqla Elnura heç bir xəsarət yetirməmiş, onu vurmamış, sadəcə əlində ehtiyyat üçün tutmuşdur ki, bəlkə Elnurun əlində bıçaq olar və ona xəsarət yetirər. Onlar hadisədən sonra qaçarkən o, bıçağı Əkbərə vermiş, Əkbər də həmin bıçağı başqa bir yaşayış binasının qarşısındakı kolluğa atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞnin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərmişdir ki, 06 iyun 2019-cu il tarixdə, saat 00 radələrində 19-cu PŞ-nin növbətçi hissəsinə 102 xidmətində baş vermiş quldurluq cinayət hadisəsi ilə əlaqədar məlumat daxil olmuş və məlumatda, ünvan 3-da yaşayan Zərərçəkmiş şəxs 102 xidmətinə müraciət edərək, dörd nəfər şəxsin ona yaxınlaşmasını, üzərinə bıçaq çəkmələrini, onu döymələrini və 700 manat pulunun əlindən almalarını bildirməsi göstərilmişdir. O, PŞ-nin rəis müavini Nizami Hüseynov, əməliyyat müvəkkili Şahid4, həmin gün növbətçi olan əməliyyat müvəkkili Şahid5, növbətçi olan təhqiqatçı Şahid8 və növbətçi olan sahə inspektoru Şahid6 xidməti maşınla ünvan 3 ünvanı istiqamətində hərəkət etməyə başlamışlar. Həmin ünvana çatanda, onlar Zərərçəkmiş şəxs istifadəsində olan və 102 xidmətinə müraciət etdiyi ***- ***-**-** mobil nömrəsinə zəng vurmuşlar, Zərərçəkmiş şəxs zəngə cavab verdikdən sonra, onlar ondan həqiqətən 102 xidmətinə müraciət edib-etməməsini və hal-hazırda harada olmasını soruşmduqda sonuncu onlara həqiqətən 102 xidmətinə müraciət etdiyini, hazırda məlumatda göstərilən kirayədə qaldığı evd olduğunu, bir azdan həyətə düşəcəyini bildirmişdir. Bir az sonra Zərərçəkmiş şəxslə həmin ünvanda görüşmüşlər, söhbət zamanı onlar sonuncunda 102 xidmətinə ona qarşı quldurluq cinayətinin törədilməsi ilə əlaqədar hadisə yerini göstərməsini xahiş etmişlər. Zərərçəkmiş şəxs onlarla razılaşmış, onlar iki ədəd avtomobillə sonuncunun onlara məlumat verdiyi ünvana, yəni ünvan 4nasının arxa tərəfi istiqamətində hərəkət etməyə başlamışlar. Hadisə yerinə çatanda, Nizami Hüseynov, o, Şahid5 və Zərərçəkmiş şəxs maşından düşmüşlər, istəmişlər ki, hadisə yerinə baxsınlar və hadisə yerini dəqiqləşdirsinlər. Bu vaxt onlar müşahidə etmişlər ki, iki nəfər şəxs hadisə yerinin yaxınlığında dayandıqları vaxt onları görən kimi qaçmağa başlayır, Zərərçəkmiş şəxs də həmin şəxsləri ondan pul alan və döyən şəxslər olmasını bildirəndən sonra, onlar həmin şəxslərin saxlanılmasından ötrü, onların arxasınca qaçmağa başlamışlar. Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati ərazisində iki ayrı-ayrı avtomobillə qaçan şəxsləri axtarmağa başlamışlar. Zərərçəkmiş şəxs Şahid4 idarə etdiyi avtomobildə olmuş, həmçinin o və Əfqan da Rahibin avtomobilində olmuşlar, digər avtomobildə isə N.Hüseynov, Şahid8 və Şahid6 olmuşdur. Onlar avtomobildə Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ilə hərəkətdə olduqları vaxt, iki nəfər şəxsin piyada hərəkətdə olduğunu görmüş, həmin vaxt Zərərçəkmiş şəxs özü də piyada hərəkətdə olan iki nəfər şəxsin onun pulunu ələ keçirən şəxslərə oxşadığını bildirmişdir. Həmin vaxt avtomobil saxlanılmış, onlar avtomobildən düşmüşlər, fanarı iki nəfər şəxsin sifətinə doğru tutmuşlar, Zərərçəkmiş şəxs hava qaranlıq olduğundan həmin şəxsləri tanımaqda tərəddüd etmiş, onlar həmin şəxsləri buraxmışlar. Sonradan yenidən hərəkətdə olduqları vaxt, Nizami Hüseynovla görüşmüşlər və iki nəfər şəxsi saxladıqları, lakin Elnurun həmin şəxsləri tanımaqda çətinlik çəkdiyini bildirəndən sonra, Nizami Hüseynov onlara bildirmişdir ki, “həmin şəxslərdir, gərək buraxmayaydız”, həmin vaxt Elnur onlara bildirmişdir ki, “mən həyəcanlı olduğumdan yaxşı tanıya bilmədim, mənimlə mübahisə edən şəxslərdən birinin əyninədə tünd göy rəngli qısaqol gödəkcə var idi, birinin də saçları uzun idi”. Nizami Hüseynov da onlara bildirmişdir ki, həmin şəxslərdir, Elnurun pulunu alan, onları yenidən axtarsınlar. Sonra onlar yenə də 3-cü mikrarayon dairəsi istiqamətində hərəkət etməyə başlamışlar, dairəyə düşəndə, Elnur görmüşdür ki, həmin iki nəfər şəxs həmin istiqamətdə hərəkət etmişlər. Elnur ona demişdir ki, qoy o, diqqətlə iki nəfər şəxsə baxsın, tanısa sizə deyər. Elnur diqqətlə iki nəfər şəxsə baxandan sonra, onlara demişdir ki, “həmin şəxslərdir, mənim pulumu alan, məni döyən». Onlar maşını saxlamışlar, həmin iki nəfər şəxsə yaxınlaşmışlar, həmin iki nəfər şəxsi polis şöbəsinə dəvət etmişlər, onlar da onlarla polis şöbəsinə gəlməyə etiraz etməmişlər. Polis şöbəsinə gəldikdən sonra, onlar həmin şəxslərin şəxsiyyətini müəyyən etmişlər, məlum olmuşdur ki, həmin şəxslər Şahid1 və Təqsirləndirilən şəxsdir. PŞ-də Şahid1 və Təqsirləndirilən şəxs törətdikləri cinayət əməlini tam etiraf etmişlər. Sonra polis şöbəsində Zərərçəkmiş şəxs Şahid1 ondan pulu almasını bildirdiyi üçün, Şahid1 üzərinə şəxsi axtarış keçirilməsindən ötrü müdafiəçi dəvət edilmiş, müdafiəçinin və digər şəxslərin iştirakı ilə Şahid1 üzərində hər hansı əşya və ya cinayət xarakterli əşya varsa təqdim etməsi təklif edilmiş. sonrada müdafiəçinin iştirakı ilə Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid1 əynində olan göy rəngli cins şalvarın arxa sol yan cibindən pul əskinazları, ümumilikdə 595 manat pul aşkar edilərək götürülmüş və sonuncu üzərindən aşkar edilmiş pulların Elnurdan aldığı pullar olmasını bildirmişdir. Şahid1 və Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən, ona qarşı hər hansı bir zorakılıq hərəkətləri edilməmiş, döyülməmiş, xəsarət yetirilməmişdir. O, Elnurla görüşəndən sonra hadisə yerinə getmişlər, orada sadəcə iki nəfər şəxs qaçmağa başlamış, başqa şəxslər olmuş, həmçinin Elnur özü də onlara onu iki nəfər şəxsin hədələdiyini, döydüyünü və pulunu ələ keçirdiyini bildirmişdir, polis şöbəsinə gəldikdən sonra eynilə belə bir ifadə vermiş, o, hadisə yerində başqa şəxslərin olmasını müşahidə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞnin təhqiqatçısı Şahid8 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞnin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 06 iyun 2019-cu il tarixdə o, növbətçi əməliyyat müvəkkili kimi 19-cu PŞ-də xidməti iş otağında olmuş, saat 00 radələrində 19-cu PŞ-nin növbətçi hissəsinə 102 xidmətində baş vermiş quldurluq cinayət hadisəsi ilə əldaqədar məlumat daxil olmuş və məlumatda, ünvan 3-da yaşayan Zərərçəkmiş şəxs 102 xidmətinə müraciət edərək, dörd nəfər şəxsin ona yaxınlaşmasını, üzərinə bıçaq çəkmələrini, onu döymələrini və 700 manat pulunun əlindən almalarını bildirməsi göstərilmişdir. O, polis şöbəsinin rəis müavini N.Hüseynov, əməliyyat müvəkkili Şahid4, həmin gün növbətçi olan baş əməliyyat müvəkkili Şahid7, növbətçi olan təhqiqatçı Şahid8 və növbətçi olan sahə inspektoru Şahid6 xidməti maşınla ünvan 3 ünvanı istiqamətində hərəkət etməyə başlamışlar. Həmin ünvana çatanda, onlar Zərərçəkmiş şəxs istifadəsində olan və 102 xidmətinə müraciət etdiyi ***-***-**-** mobil nömrəsinə zəng vurmuşlar, Zərərçəkmiş şəxs zəngə cavab verdikdən sonra, onlar ondan həqiqətən 102 xidmətinə müraciət edib etməməsini və hal-hazırda harada olmasını soruşmuşlar. Zərərçəkmiş şəxs onlara bildirmişdir ki, həqiqətən o, 102 xidmətinə müraciət etmiş, hazırda məlumatda göstərilən kirayədə qaldığı evdədir, bir azdan həyətə düşür. Bir az sonra Zərərçəkmiş şəxslə həmin ünvanda görüşmüşlər, söhbət zamanı onlar Zərərçəkmiş şəxs 102 xidmətinə ona qarşı quldurluq cinayətinin törədilməsi ilə əlaqədar hadisə yerini göstərməsini xahiş etmişlər. Zərərçəkmiş şəxs onlarla razılaşmış, onlar iki ədəd avtomobillə Zərərçəkmiş şəxs onlara məlumat verdiyi ünvana, yəni ünvan 5inasının arxa tərəfi istiqamətində hərəkət etməyə başlamışlar. Hadisə yerinə çatanda, N.Hüseynov, o, Şahid7 və Zərərçəkmiş şəxs maşından düşərək hadisə yerinə baxmaq və yerini dəqiqləşdirmək istəmişdir. Bu vaxt onlar iki nəfər şəxsin hadisə yerinin yaxınlığında dayandıqları vaxt onları görən kimi qaçmağa başladığını müşahidə etmiş, Zərərçəkmiş şəxs də həmin şəxsləri ondan pul alan və döyən şəxslər olmasını bildirəndən sonra, onlar həmin şəxslərin saxlanılmasından ötrü, onların arxasınca qaçmağa başlamışlar. Daha sonra, onlar Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati ərazisində iki ayrı-ayrı avtomobillə qaçan şəxsləri axtarmağa başlamış, Zərərçəkmiş şəxs Şahid4 idarə etdiyi avtomobildə olmuş, həmçinin o, və Şahid7 da Rahibin avtomobilində olmuşlar, digər avtomobildə isə N.Hüseynov, Şahid8 və Şahid6 olmuşdur. Onlar avtomobildə Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ilə hərəkətdə olduqları vaxt, iki nəfər şəxsin piyada hərəkətdə olduğunu görmüş, həmin vaxt Zərərçəkmiş şəxs özü də piyada hərəkətdə olan iki nəfər şəxsin onun pulunu ələ keçirən şəxslərə oxşadığını bildirmişdir. Həmin vaxt avtomobil saxlanılmış, onlar avtomobildən düşmüşlər, fanarı iki nəfər şəxsin sifətinə doğru tutmuşlar, Zərərçəkmiş şəxs hava qaranlıq olduğundan həmin şəxsləri tanımaqda tərəddüd etmiş, onlar həmin şəxsləri buraxmışlar. Sonradan yenidən hərəkətdə olduqları vaxt, N.Hüseynovla görüşmüş və iki nəfər şəxsi saxladıqları, lakin Elnurun həmin şəxsləri tanımaqda çətinlik çəkdiyini bildirəndən sonra, N.Hüseynov onlara “həmin şəxslərdir, gərək buraxmayaydız”, həmin vaxt Elnur onlara bildirmişdir ki, o, həyəcanlı olduğundan yaxşı tanıya bilməmiş, onunla mübahisə edən şəxslərdən birinin əynində tünd göy rəngli qısaqol gödəkcə olmuş, birinin də saçları uzun olmuşdur. N.Hüseynov da onlara bildirmişdir ki, həmin şəxslərdir, Elnurun pulunu alan, onları yenidən axtarsınlar. Sonra onlar yenə də 3-cü mikrarayon dairəsi istiqamətində hərəkət etməyə başlamışlar, dairəyə düşəndə, Elnur həmin iki nəfər şəxsin həmin istiqamətdə hərəkət etdiyini görmüş və ona demişdir ki, “qoy mən diqqətlə iki nəfər şəxsə baxım, tanısam sizə deyərəm”. Daha sonra Elnur diqqətlə iki nəfər şəxsə baxandan sonra, onlara demişdir ki, “həmin şəxslərdir mənim pulumu alan, məni döyən». Onlar maşını saxlamışlar, həmir, iki nəfər şəxsə yaxınlaşmışlar, həmin iki nəfər şəxsi polis şöbəsinə dəvət etmişlər, həmin iki nəfər şəxs onlarla polis şöbəsinə gəlməyə etiraz etməmişlər. Polis şöbəsinə gəldikdən sonra, onlar həmin şəxslərin şəxsiyyətini müəyyən etmiş, məlum olmuşdur ki, həmin şəxslər Şahid1 və Təqsirləndirilən şəxsdir. PŞ-də Şahid1 və Təqsirləndirilən şəxs törətdikləri cinayət əməlini tam etiraf etmişlər. Sonra PŞ-də Zərərçəkmiş şəxs Şahid1 ondan pulu almasını bildirdiyi üçün, Şahid1 üzərinə şəxsi axtarış keçirilməsindən ötrü müdafiəçi dəvət edilmiş, müdafiəçinin və digər şəxslərin iştirakı ilə Şahid1 üzərində hər hansı əşya və ya cinayət xarakterli əşya varsa təqdim etməsini təklif etmiş, daha sonra müdafiəçinin iştirakı ilə Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın arxa sol yan cibindən pul əskinazları, ümumilikdə 595 manat pul aşkar edilərək götürülmüşdür. Şahid1 üzərindən aşkar edilmiş pulların Elnurdan aldığı pullar olmasını bildirmişdir. Şahid1 və Təqsirləndirilən şəxs PŞ-nə gətirələrkən, onlara qarşı hər hansı bir zorakılıq hərəkətləri edilməmiş, döyülməmiş, xəsarət yetirilməmişdir. O, Elnurla görüşəndən sonra hadisə yerinə getmişlər, orada sadəcə iki nəfər şəxs qaçmağa başlamış, başqa şəxslər olmamış, həmçinin Elnur özü də onlara onu iki nəfər şəxsin hədələdiyini, döydüyünü və pulunu ələ keçirdiyini bildirmiş, polis şöbəsinə gəldikdən sonra eynilə belə bir ifadə vermiş, o, hadisə yerində başqa şəxslərin olmasını müşahidə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞnin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid4 və Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru Şahid6 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Şahid1 əvvəllər və hadisə baş verən vaxtı tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. O, Həşimi hadisə baş verəndən sonra istintaq zamanı tanımış, oğlu Əkbərlə birlikdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, istintaq zamanı oğlu Əkbərin hansı səbəbdən saxlanılmasını maraqlananda, ona Əkbərin Həşimlə bir qrup şəxs halında quldurluq cinayətini törətdiyi üçün saxlanıldığı və hazırda da Əkbər barəsində olan cinayət işinin istintaqının davam etdirildiyi məlum olmuşdur. Belə ki, Əkbər əvvəllər hər hansı bir cinayət hadisəsini, eləcədə kiminsə əmlakını hədələmə yolu ilə ələ keçirməmiş, o, hərdən evə gec gəlmiş, o, Əkbərdən səbəbini soruşanda, sonuncu ona Nəsimi rayonu ərazisində olan parkda məhəllə uşaqları ilə olmasını demişdir. Əkbərin Bakı - Sumqayıt yolunun Nəsimi rayonu ərazisində yerləşən Şamaxinka adlanan ərazidə olan parkda gəzişdiyini demiş, onlar özləri də həmin parkda tanıdıqları qonşularla axşam saatlarında gəzişmişlər, Bakı-Sumqayıt yolunun bir tərəfi Yasamal rayonu, 2-ci Alatava yaşayış massivi, bir tərəfi də Nəsimi rayonu Şamaxinka adlanan ərazidir. O, parkda olan zaman belə halın şahidi olmamış, amma eşitmişdir ki, parkın yaxınlığında axşam saatlarında cinsi azlıqların üzvləri əxlaqsız hərəkətlərlə məşğul olurlar, həmçinin yolun kənarında da dayanırlar. Həmin bıçaq çoxdandır ki, bizim evimizdədir, həmin bıçaq suvenirdir, həmin bıçağı məktəb yoldaşları Əkbərə ad günündə vermiş, Əkbər də ondan xəbərsiz evdən götürmüşdür. Həmin bıçaqla əvvəllər hər hansı bir cinayət hadisəsi törədilməmiş, Əkbər isə ona bir-iki dəfə parka çox gəlməməsini, orada cinsi azlığın nümayəndələrinin əxlaqsız hərəkətlərlə məşğul olmasını, bunun da onlara yaxşı təsir etmədiyini, onun belə halın şahidi olsa, baxmamasını və başını aşağı salıb keçməsini, onların cinsi azlığın nümayəndələrini oradan həmişə qovduqlarını, onların üzərində həmişə bıçaq olduğunu, onlarda özlərinin qorumaq üçün suvenir bıçağı parkda gizlətdiyini dedikdə o, Əkbərə «bıçağı evə gətir, sənin nəyinə lazım, sonra başqa bir hadisə baş verər, salamat onlar olmasınlar, başqaları onları qovsun» demiş, Əkbər ona «mən belə hala dözə bilmərəm, neçəyəni mənim anam və qonşularım orada istirahət edirlər, cinsi azlıqların nümayəndələri orada əxlaqsız hərəkətlərlə məşqul olurlar» cavabını vermişdir. O, həmçinin bildirmişdir ki, Elnurə Quliyevanın ərizəsində göstərdiyi xüsusatlar tam yalandır, belə ki, o, ilkin istintaq zamanı ifadəsində göstərdiklərimi təsdiq edir, o, heç vaxt Həşimin valideynlərinə yuxarıda qeyd olunan xüsusatla bağlı pul təklif etməmiş, onun belə pulu yoxdur. O, hələ oğlu Əkbər tutularkən bilmişdir ki, cinayəti Həşimlə birlikdə törətmiş, Həşim Elnurla mübahisə etdiyi zaman Əkbər də onun yanında olmuş, sadəcə Əkbər həmin vaxt heç bir hərəkət etməmiş, Elnurun Həşimə pul verməsini, Həşimin Elnurla mübahisə etməsini, Həşimin Elnura binanın arxa tərəfində nə səbəbə əxlaqsız hərəkətlərlə məşğul olması barədə iradını bildirmədiyini, həmin binada yaxınlarının yaşamasını və Həşimlə Elnur arasında olan söhbətləri, Həşimin Elnuru yumruq zərbəsi ilə sifət nahiyyəsindən vurmağını Əkbər eşitmiş və görmüşdür. Sadəcə Əkbər hələ Həşimlə aralarında üzləşdirmə dindirmə istintaq hərəkəti zamanı o da qanuni nümayəndə kimi iştirak etmiş, həmin vaxt Həşim Əkbərin üzünə qarşı demişdir ki, bütün cinayəti özü törətmiş, Əkbərin onun yanında olmamağını, aralarında 15-20 metr məsafə olmasını, Elnur arasında baş vermiş mübahisəni görməməsini bildirmişdir. Hətta Həşim özü könüllü olaraq heç bir təsir altında olmadan üzləşdirmə dindirmə istintaq hərəkəti zamanı Əkbərin üzünə belə ifadə vermiş, istəmişdir ki, Əkbərin vəziyyəti yüngülləşsin və çölə çıxsın, bununla əlaqədar da Həşimə heç kim pul təklif etməmişdir. Həmçinin, onu da qeyd etmişdir ki, cinayətin aləti olan suvenir bıçaq Əkbərindir, Əkbər həmin bıçağı evdə saxlamış, sadəcə onlar cinsi azlığın nümayəndələrini oradan qovarkən, onların üzərində bıçaq olmasından və onları qorxutmasından ehtiyyatlanaraq, evdən suvenir bıçağı götürüb parkda ağacın arxasında gizlətmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 07 iyun 2019-cu il tarixdə gecə saatlarında o, evində olarkən ona 19-cu polis şöbəsinin əməkdaşı zəng vurmuş və ona demişdir ki, «Zərərçəkmiş şəxs sənin dükanında işləyir». O da polis əməkdaşına «bəli mənim dükanımda satıcı işləyir» demiş və polis əməkdaşından nəsə olduğunu soruşduqda sonuncu Elnurun hadisə törətdiyini və Elnurun 102 xidmətinə müraciət edərək ona qarşı quldurluq edildiyini və pulunun ələ keçirildiyini demişdir. Səhərisi Elnur işə gəlmiş, o, Elnurdan hadisə barədə soruşduqda Elnur ona 06 iyun 2019-cu il tarixdə, saat 23 radələrində kirayədə qaldığı evinə gedərkən iki nəfər şəxs ona yaxınlaşdığını, onu bıçaqla hədələdiyini və onun üzərində olan 688 manat pulunu ələ keçirdiyini onunda 102 xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat verdiyini bildirmişdir. Sonradan Elnur onun dükanında işləmək istəməmiş və ona işləmək istəmədiyini bildirmişdir. O, Elnura heç bir söz deməmiş və onun işləməsi üçün tərəddüd etməmiş, Elnur da çıxıb getmişdir. Cinayət işinin 1-ci cild 62-63-cü vərəqələrində olan 07 iyun 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 222-224-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 iyun 2019-cu il tarixdən hesablanmaqla 02 (iki) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 93-94-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni 07 oktyabr 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 199-201-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 07 dekabr 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 99-101-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay, yəni 07 yanvar 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 161-163-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 03 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni 07 mart 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 239-240-cı vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 03 mart 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cild 32-34-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 18 sentyabr 2019-cu il tarixli, 538 saylı ekspert rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət – üst dodağın selikli qişasına qansızma küt əşyanın təsirindən müayinədən 4-5 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 06.06.2019-cu il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. 2. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissəsinin (əl, baş və s.) təsirindən əmələ gələ bilərdi. Cinayət işinin 2-ci cild 29-31-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə ballistik ekspertizasının 04 iyul 2019-cu il tarixli, 15903 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet zavod üsulu ilə hazırlanmış suvenir tip xəncərlərə aiddir, soyuq silah hesab edilmir. Cinayət işinin 3-cü cild 196-204-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 28 fevral 2020-ci il tarixli qərardan görünür ki, 01 (ədəd) CD disk və ********* saylı cinayət işi üzrə cinayətin predmeti olan bir ədəd suvenir xəncər maddi sübut kimi tanınmış və zəruri istintaq hərəkətləri həyata keçirildikdən sonra Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin 4-cü cild 40-41-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 29 sentyabr 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onların qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükə olmayan zor tətbiq etməklə sonuncunun əmlakını açıq talamaqla soyğunçuluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinə əsasən soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən insanların həyatı və sağlamlığı üçün təhlükə olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talama - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olmasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun 07 iyun 2019-cu il tarixdən 03 mart 2020-ci il tarixədək, yəni 08 (səkkiz) ay 25 (iyirmi beş) gün həbsdə olma müddəti nəzərə alınmaqla, həmin müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 28 aprel 2021-ci il tarixdən saat 12:55-dən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmasa da, hazırki Hökm çıxarılarkən onun 19 yaşı tamam olmuşdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri S.G.Hüseynova məhkəməyədək istintaq dövründə iştirak etdiyi 63 saata görə 378 (üç yüz yetmiş səkkiz) manat, Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyun 2019-cu il tarixdən 03 mart 2020-ci il tarixədək, yəni 08 (səkkiz) ay 25 (iyirmi beş) gün həbsdə olma müddəti nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2021-ci il tarixdən, saat 12:55-dən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 istintaq orqanında iştirak etdiyi 63 saata görə 378 (üç yüz yetmiş səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 1********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-135/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-135/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver