Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-135/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - “FİDES” Vəkil Bürosunun vəkilləri X6 və X4, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, Şuşa rayonu, Qaladərəsi Ə/D, Kiçik Qaladərəsi kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Həsənov küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2007-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Tərtər rayonu Təzəkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Eldəgizlər küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 13 oktyabr 2023-cü il tarixdə saat 12:00 radələrində ünvan 1 ünvanının qarşısında piyada dayanmış Zərərçəkmiş şəxs yaxınlaşıb, niyyətlərinin həyata keçirilməsini asanlaşdırmaq üçün aralarında olan rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsla ünsiyyət yaradaraq söhbət etdikdən sonra o, guya mobil telefonunda balans olmadığı üçün tanışına zəng edib danışmaq adı ilə sonuncudan içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 10 manat dəyərində qobura qoyulmuş 2100 manat dəyərində “İphone” markalı “MQ9U3ZP/A” modelli mobil telefonunu götürüb kənara çəkilərək telefonla danışmaq görüntüsü yaratmaqla əmlaka əlçanatlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2115 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 13 oktyabr 2023-cü il tarixdə saat 12:00 radələrində ünvan 1 ünvanının qarşısında piyada dayanmış Zərərçəkmiş şəxs yaxınlaşıb, niyyətlərinin həyata keçirilməsini asanlaşdırmaq üçün aralarında olan rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsla ünsiyyət yaradaraq söhbət etdikdən sonra o, guya mobil telefonunda balans olmadığı üçün tanışına zəng edib danışmaq adı ilə sonuncudan içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 10 manat dəyərində qobura qoyulmuş 2100 manat dəyərində “İphone” markalı “MQ9U3ZP/A” modelli mobil telefonunu götürüb kənara çəkilərək telefonla danışmaq görüntüsü yaratmaqla əmlaka əlçanatlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2115 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onunla yaxın ərazidə yaşamışdır. Onu bu hadisə olmamışdan 4-5 ay qabaq tanımışdır. Onunla arasında dostluq münasibəti yaranmışdır. O və Rizvan birlikdə bir neçə nəfərdən borc pul götürüb xərcləmişlər. Evdə də maddi vəziyyəti yaxşı olmadığından iş axtarmaq adı ilə evdən çıxmışlar. Binəqədi ərazisində iş tapmadıqlarından gəlib Nəsimi rayonunun ərazisinə, həmin ərazidə də bir-iki yerlə maraqlanıb iş tapa bilməmişlər. Oğurluq etmək qərarına gəldik və 13 oktyabr 2023cü il tarixdə o, Rizvanla birlikdə qaldıqları ərazidən uzaq olmaları üçün və onları heç kimin tanıya bilməməsi üçün təxminən saat 11:00 radələrində ünvan 1 ünvanında yerləşən “8 Noyabr” metroslansiyası yaxınlığına gəlmişlər. Məqsədləri ondan ibarət olub ki, hər-hansı bir şəxsin mobil telefonunu danışmaq adı ilə ondan alacaq və digəri isə həmin telefon aldığı şəxsin başını qatacaqdır. Beləliklə, 13 oktyabr 2023-cü il tarixdə dostu Rizvanla birlikdə həmin əraziyə gəlib bir qədər gözləyib ətrafa nəzər yetirmişlər. Bundan sonra bir nəfər şəxsin metronun yaxınlığında tək dayandığını görüb ona yaxınlaşmışlar. Onlar həmin şəxsdən mobil telefonunda kontur olmasını və əgər kontur varsa mobil telefonu ona danışmaq üçün verə biləcəyini soruşmuşlar. Həmin şəxs mobil telefonunda kontur olmadığını bildirdikdə ondan internet xəttinə qoşulmaq üçün mobil telefonunda internet limitinin olub-olmamasını soruşduqda o, telefonunda internet limitinin olduğunu demişdir. Ondan internet xəttinə qoşulmaq üçün internetini açmağı xahiş etmişlər. O da əlində olan “İphone 14 Pro max” markalı telefonla internet xəttini açmışdır. Bundan sonra o, öz mobil telefonu ilə onun internet xəttinə daxil olmuşdur. Lakin sonra həmin şəxsə demişdir ki, onun telefonu xarabdır, əgər mümkündürsə onun telefonu ilə zəng etsin. Həmin şəxs etiraz etməyərək əlində olan “İphone 14 pro Max” markalı mobil telefonu ona vermişdir. Həmin telefon pin kodda olduğundan həmin şəxs telefonun parolunu açaraq ona vermişdir. Lakin o, telefonun parolunu tam görməmişdir. Telefonun parolunu tam öyrənməkdə məqsədi o olub ki, həmin telefonu ələ keçirdikdən sonra onu rahat sata bilsin. O, telefonu aldıqdan sonra 3-4 metr aralanıb dostu Tərlana zəng edib hal-əhval tutmuşdur. Lakin Tərlana törədəcəyi cinayət barədə məlumat verməmişdir. O, Tərlanla telefonla danışan zaman Rizvan həmin telefonun sahibi ilə söhbət etmişdir. O, danışığını bitirdikdən sonra yenidən onlara yaxınlaşmışdır. Telefonu sahibinə təqdim etməzdən əvvəl “Vatsap” vasitəsi ilə Tərlana yazaraq 3-5 dəqiqə sonra ona zəng etməsini istəmişdir. Sonra isə həmin smsləri telefondan silmişidr. Məqsədi o idi ki, bir qədər vaxt əldə etsin ki, telefonun parolunu sahibindən öyrənə bilsin. Həmin telefonun sahibi telefonu açarkən parolu yığdığından telefonun parolunu Rizvan da, o da öyrənmişdir. Təxminən 2-3 dəqiqə sonra Tərlan həmin telefona yenidən zəng etmişdir. O, yenidən telefonu həmin uşaqdan alıb qulağına qoyub bir qədər sahibindən uzaqlaşmışdır. Bundan sonra o, dərhal qaçmağa başlamışdır. Bir qədər qaçmışdı ki, geriyə çönüb baxdıqda telefonun sahibinin də onun dalınca qaçdığını görmüşdür. Bundan sonra qaçaraq oradan uzaqlaşmışdır. Rizvan isə hadisə törətdiyi yerdə qalmışdır. O, qaçaraq oradan uzaqlaşdıqdan sonra «Əcəmi» metrosuna getmişdir. Əcəmiyə çatdıqda həmin ələ keçirdiyi telefonla Rizvana yığıb onu yanına çağırmışdır. Rizvanla görüşdükdə telefonu ona vermişdir. Rizvan da ələ keçirdikləri “İphone 14 Pro Max” markalı mobil telefonunun icloudunu dəyişdib içərisindəki nömrəni qırıb atmışdır. Telefonun içində olan məlumatları silmişdir. Onlar birlikdə qaldıqları Binəqədi rayonu ərazinə getmişlər. Biz azyaşlı olduğundan telefonu onlardan heç kimi almayacağını düşünüb qonşuluqda yaşayan Vüsal adlı şəxsə onunla birlikdə əllərində olan mobil telefonu onun şəxsiyyət vəsiqəsi ilə salmağını xahiş etmişlər. Vüsal onlardan telefonu hardan əldə etdiklərini soruşduqda ona həmin mobil telefonun hədiyyə olunmasını bildirmişlər. Onlar Vüsal ilə birlikdə Nəsimi rayonu, «20 Yanvar» metrosu yaxınlığına gəlib orada olan «Lombard» mağazasının qarşısında gözləmişlər. Vüsal şəxsiyyət vəsiqəsi ilə birlikdə «Lombard» mağazasına daxil olub həmin mobil telefonu girov qoyub 1500 manat pul götürmüşdür. Həmin pulu isə çıxıb Rizvana vermişdir. Bundan sonra Vüsala təşəkkür edib onu yola salmışı, Rizvanla birlikdə həmin 1500 manat pulu borcları və özünə xərcləmişlər. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını göstərərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tutulanadək heç bir işlə məşğul olmamışdır. Təqsirləndirilən şəxs1 4- 5 ay olar ki, onlara yaxın ərazidə yaşadığından tanımışdı. Onunla Yusifin dostluq münasibəti yaranmışdı. Onlar birlikdə bir neçə nəfərdən borc pul götürüb xərcləmişlər, həmin pulu qaytarmalıydı. Evdə də maddi vəziyyət yaxşı olmadığından birlikdə cinayət etmək qərarına gəlmişdirlər. Belə ki, 13 oktyabr 2023-cü il tarixdə o, Yusiflə birlikdə yaşadıqları ərazidən iş tapmaq adı ilə çıxmışlar. Heç bir iş tapa bilməmişlər, oğurluq etmək qərarına gəlib yaşadıqları ərazidən uzaq olması üçün və onları heç kimin tanıya bilməməsi üçün saat təxminən 11:00 radələrində Nəsimi rayonunda yerləşən “8 Noyabr” metrostansiyasının yanına gəlmişlər. Beləliklə, xx.xx.2023-cü il tarixdə dostu Yusiflə birlikdə həmin əraziyə gəlib bir qədər gözləyib ətrafa nəzər yetirdilər. Bundan sonra bir nəfər şəxsin metronun yaxınlığında tək dayandığını görüb ona yaxınlaşmışlar. Onlar ona mobil telefonunda kontur olmasını və əgər kontur varsa mobil telefonu onlara danışmaq üçün verə biləcəyini bildirmişlər. Sonradan Cavid olduğunu bildiyi şəxs bizə mobil telefonunda kontur olmadığını dedi, daha sonra ona internet xəttinə qoşulmaq üçün mobil telefonunda internet limitinin olub-olmamasını soruşdu, o onlara telefonunda internet limitinin olduğunu demişdir. Bunu dedikdən sonra internet xəttinə qoşulmaq üçün internetini açmağı xahiş etmiş və Cavid “İphone 14 Pro max” markalı telefonla internet xəttini açaraq telefonu Yusifə verdi. Yusif öz mobil telefonu ilə onun internet xəttinə daxil olduqdan sonra telefonunun xarab olduğunu bildirib Cavidin mobil telefonunu istədi. Cavid telefonun parolunu açıb telefonu Yusifə verdi. Yusif bir nəfərə zəng edib bizdən 3-4 metr aralanmışdır. Cavid isə onun yanında dayanmışdır. O, Cavidlə söhbət etməyə başlamışdır. Söhbət zamanı Cavid ADA universitetində oxuduğunu və universitetə gecikəcəyini bildirdiyindən ona üzrxahlıq etmiş. Bundan sonra Yusif telefonu gətirib Cavidə verərək dostunun indi ona zəng edəcəyini və 2 dəqiqə səbrli olmağını xahiş etmişdir. Bir qədər sonra Cavidin mobil telefonuna zəng gəldi. Həmin zəng Yusifin dostu olduğundan Yusif telefonu yenidən Caviddən istəmişdir. Bundan sonra Yusif həmin “İphone 14 pro max” markalı mobil telefonu ondan alaraq telefonla danışaraq qaçaraq üzü «Rahat Market» istiqamətində uzaqlaşmışdır. Bu zaman telefonun sahibi də onun dalınca qaçmağa başlamışdır. O, artıq Yusifin telefonu ələ keçirdiyini və məqsədinə çatdığını düşünüb onun dalınca qaçmamışdır. Bundan təxminən 2 saat sonra Yusif mənim mobil telefonuna zəng edərək onunla Əcəmi metrosu yaxınlığında görüşəcəyini bildirmişdir. O, Əcəmi metrosu yaxınlığında Yusiflə görüşüb ələ keçirdikləri “İphone 14 Pro Max” markalı mobil telefonunun icloudunu dəyişmişdir. Telefonun içində olan məlumatları silmişdir. Biz birlikdə qaldıqları Binəqədi rayonu ərazinə gəlmişlər. Onun və Yusifin yaşı az olduğuna görə telefonu ondan heç kimin almayacağını düşünüb qonşuluqda yaşayan Vüsal adlı şəxsə onlarla birlikdə mobil telefonu onun şəxsiyyət vəsiqəsi ilə satmasını xahiş etmişlər. Vüsal telefonu hardan əldə etdiklərini soruşub, ona həmin telefonun hədiyyə olunduğunu bildirmişlər. Bundan sonra Vüsal onlarla Nəsimi rayonu, «20 Yanvar» metrosu yaxınlığına gəlib orada olan «Lombard» mağazasının qarşısında gözləmişlər. Vüsal şəxsiyyət vəsiqəsi ilə birlikdə «Lombard» mağazasına daxil olub həmin mobil telefonu girov qoyub 1500 manat pul götürmüşdür. Həmin pulu isə çıxıb ona vermişdir. Bundan sonra Vüsala təşəkkür edib onu yola salmışlar. Yusiflə birlikdə həmin 1500 manat pulu borclarına və özlərinə xərcləmişlər. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını göstərərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 13 oktyabr 2023-cü il tarixdə saat 12:05 radələrində universitetə getmək üçün evdən tez çıxdığından bir qədər gözləmək üçün ünvan 2 ünvanında "8 Noyabr" metrostansiyasının yanında dayanmışdır. Həmin zaman ona iki nələr tanımadığı şəxslər yaxınlaşdılar. Həmin şəxslərin birinin əynində açıq qəhvəyi rəngli gödəkçə və başında kepka, digərinin əynində isə qara rəngli gödəkçə olmuşdur. Həmin şəxslər ondan danışmaq üçün mobil telefonunu istədikdə o, həmin şəxslərə mobil telefonunda danışıq pulunun olmadığını demişdir. Bu zaman həmin şəxslər ondan mobil telefonumda internet xətini açmağını xahiş edərək həmin internet xəttinə qoşulmaq istədiklərini demişlər. O, həmin zaman özünə məxsus olan bir ədəd "İpone 14 Pro Max" mobil telefonunda internet xətini açdıqdan sonra həmin şəxslərdən biri, yəni əynində qəhvəyi rəngli gödəkçə olan şəxs öz mobil telefonu ilə onun internet xəttinə qoşulmuşdur. Lakin həmin şəxs ona mobil telefonunun işləmədiyini deyib, ondan danışmaq üçün mobil telefonumu istəmişdir. O, həmin zaman həmin şəxsə danışmaq üçün ona məxsus olan bir ədəd "İpone 14 Pro Max" markalı mobil telefonunu vermişdir. Həmin şəxs onun mobil telefonu ilə tanımadığı şəxs ilə danışdıqdan sonra yenidən telefonuyla kiminləsə yazışdıqdan sonra həmin yazışmanı silib mobil telefonunu ona qaytarmışdır. Təxminən 2-3 dəqiqə sonra həmin şəxs yenidən ona bayaq zəng etdiyi nömrədən zəng gələcəyi təqdirdə mobil telefonu danışmaq üçün ona verməyini xahiş etmişdir. O, telefonuna zəng gəldiyini görüb yenə də həmin şəxsə telefonunu vermişdir. Lakin bu zaman həmin şəxs onun mobil telefonuyla danışaraq ondan uzaqlaşmağa başlamış, ikinci şəxs isə onun yanında qalmışdır. Əynində qara gödəkçə olan ikinci şəxs isə ona söhbət zamanı insanlarda mərhəmət hissinin öldüyünü, heç kimin bir-birinə yardım etmək istəmədiyini bildirərək onu inandırmağa çalışırdı. Bir müddət sonra danışmaq üçün mobil telefonunu verdiyi şəxs mobil telefonla danışaraq qaçmağa başladı. O, həmin şəxsin qaçdığını görüb onun arxası ilə qaçmışdır. Lakin həmin şəxs onun arxası ilə qaçdığını görüb ondan uzaqlaşmağa çalışmışdır. Həmin şəxs qaçaraq ünvan 1 ünvanında yerləşən binanın həyətinə daxil oldu. O, həmin şəxsin arxası ilə qaçaraq onun həyətə daxil olmasını görüb, onun arxası ilə həyətə daxil olmuşdur. Lakin həmin şəxs onun həyətə daxil olmağını görüb, yenə də qaçaraq ondan uzaqlaşmışdır. Lakin o, daha sonra həmin şəxsin arxası ilə qaçsa da həmin şəxs qaçaraq naməlum istiqamətə getmişdir. O, geri qayıdanda onunla söhbət edən adını sonradan bildiyi Rizvanı da görə bilməmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və onlara qarşı şikayət və tələblərinin olmadığını bildirirək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, usta kimi fəaliyyət göstərir. Rizvan və Yusifi onunla qonşu ərazidə qaldıqlarından tanıyır. Yusif 13 oktyabr 2023-cü il tarixdə onun mobil telefonuna zəng edərək Rizvanla birlikdə olduğunu və onunla görüşmək istədiklərini bildirdilər. O, Yusifə evdə olduğunu və onlarla yaşadığı ünvanın qarşısında görüşə biləcəyini bildirdi. Bir qədər sonra Rizvan və Yusif onun yaşadığı ünvanın qarşısına taksi ilə gəldilər. Görüş zamanı Yusif ona onlarda telefon olduğunu və həmin telefonu satmaq istədiklərini və həmin telefonu satmaq üçün yaşlarının az olması səbəbindən onun şəxsiyyət vəsiqəsi ilə telefonu satmalı olduğunu ondan xahiş etdilər. O da ona həmin telefonun onda hardan olmasını soruşduqda o həmin telefonun ona hədiyyə verilməsini bildirdi. Bu barədə Rizvandan soruşduqda Rizvan da Yusifin dediklərini təsdiq edərək telefonun Yusifə hədiyyə verildiyini və onlara pul lazım olduğu üçün satmaq istədiklərini bildirdi. Bundan sonra onlar onunla birlikdə taksi sifariş edib 20 yanvar metrosuna gəldilər. Orada şəxsiyyət vəsiqəsi ilə Yusifin ona verdiyi “İphone 14 pro max’’ markalı mobil telefonu lombarda girov qoymuşdur. Aldığı 1500 manat pulu isə Rizvana vermişdir. Rizvan da bundan sonra ona təşəkkür edib sağollaşmışdır. Ona heç bir pul verilməmişdir. O, yenidən taksi tutub yaşadığı ünvana gəlmişdir. Yusif və Rizvanın isə hara getdiyini bilməmişdir. Bu hadisədən 3 gün sonra xx.xx.2023-cü il tarixdə Rizvanın atası ona zəng edərək təcili onunla görüşmək istədiyini və Rizvan və Yusifin polis tərəfindən saxlanıldığını bildirmişdir. O, Rizvanın atası ilə görüşdükdən sonra ona bəlli olmuşdur ki, Rizvan və Yusifin onun şəxsiyyət vəsiqəsilə girov qoyduqları mobil telefonu onlar bir nəfər uşağın əlindən alıblar. Həmin telefon hədiyyə deyil. Bundan sonra Rizvanın atasının xahişi ilə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yar.var metrostansiyasınm yaxınlığında yerləşən telefon mağazasına gedib orada olan girov telefonu onun iştirakı olmadan telefonun girov pulunu ödəyərək Rizvanın atası tərəfindən telefonun girovdan çıxarılmasına etiraz etmədiyini bildirmiş və bu barədə sənədə qol çəkmişdir. Bundan sonra isə oradan uzaqlaşıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Özüm 2 ildir ki, Lombard fəaliyyəti ilə məşğul olan Nəsimi, rayonu, 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən “Park Shopping” ticarət mərkəzində yerləşən X5 adına olan lombardda nəzarətçi kimi rəsmi olaraq fəaliyyət göstərir. İşinin mahiyyəti ondan ibrətdir ki, həmin mağazaya nəzarət etmək, lombarda gətirilən və girov qoyulan mobil telefonların və digər qiymətli əşyaların alışna, satışma nəzarət etməkdir. Mobil telefon və digər qiymətli əşya lombarda qoyularkən həmin əşyanı ona təqdim edən şəxsdən həmin əşyanın cinayət yolu ilə əldə olub-olmamasını və həmin əşyanın kimə məxsus olmasını soruşaraq dəqiqləşdirir. xx.xx.2023-cü il tarixdə təxmini olaraq günorta saatlarında Şahid1 “iphone 14 pro max” markalı mobil telefonu gətirib lombarda təqdim etmişdir. O, həmin telefona baxış keçirdikdə telefonun kodda olmadığını və içərisində heç bir məlumat olmadığını görmüşdür. O, Vüsal adlı şəxsdən həmin telefonun kimə məxsus olmasını soruşmuşdur. Vüsal isə ona həmin telefonun ona məxsus olmasını bildirmişdir. Bundan sonra o, həmin mobil telefonu 1500 manat dəyərində qiymətləndirib onunla müqavilə bağlayaraq mobil telefonu ondan təhvil almışdır. Bu hadisədən 3-4 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə lombardda olan zaman bir nəfər şəxs mağazaya daxil olub lombarda İphone 14 pro max markalı mobil telefon qoyulduğunu və həmin telefonu götürmək istədiyini bildirmişdir. O, həmin şəxsin Şahid1 olmadığını bildikdən sonra həmin şəxsə Vüsalın özünün gəlməli olduğunu bildirmişdir. Bundan sonra bir neçə saat keçmişdir ki, Şahid1 özü lombarda gəlib telefonu götürmək istədiyini bildirmişdir. Lakin hal-hazırda pulunun olmadığını və pulun bir neçə saatdan sonra düzələcəyini və onun gələ bilməyəcəyini bildirmişdir. Telefonun həmin onunla gələn özün Vüsalın dostunun dayısı kimi təqdim edən şəxs tərəfindən götürüləcəyini bildirmişdir. Bundan sonra onunla razılaşmışdır. Müqavilənin şərtinə görə Vüsal həmin İphone 14 pro max markalı mobil telefonu təhvil verdikdən sonra 1500 manat pulu ona vermişdir. Həmin pul onlayn ödənilmişdi. Müqavilənin şərtinə görə Vüsal özü həmin telefonu götürməli və 1700 manat lombarda ödəniş etməli imiş. Bir qədər sonra lombara bir nəfər qadın olmaqla 3 nəfər adam daxil olmuşdur. Onlar ona yaxın qohumlarının cinayət törətdiyini və bu mobil telefonu kiminsə əlindən alaraq bura verdiklərini bildirmişdir. Buna görə də onlara endirim etməyi xahiş etmişdilər. O isə onlara endirim edə bilməyəcəyini bildirmişdir. Bundan sonra həmin şəxslər 1700 manat pul ödəyərək mobil telefonu ondan götürmüşlər. Şahid1 isə həmin vaxt orada olmamışdır. Lakin bir qədər əvvəl Vüsalın etiraz etmədiyini bilib o telefonu həmin şəxslərə təhvil vermişdir. Cinayət işinin 7-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında “8 Noyabr” metrostansiyasının yanıdır. Cinayət işinin 45-46-cı vərəqlərində olan “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs ona təqdim edilmiş 4 nəfər şəxsin arasından yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 tanıyaraq həmin şəxsin ona qarşı soyğunçuluq edən şəxslərdən biri olduğunu göstərmişdir. Cinayət işinin 60-61-ci vərəqlərində olan “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs ona təqdim edilmiş 4 nəfər şəxsin arasından yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 tanıyaraq həmin şəxsin ona qarşı soyğunçuluq edən şəxslərdən biri olduğunu göstərmişdir. Cinayət işinin 77-78-ci vərəqlərində olan “Tutma haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, X2 17 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 103-104-cü vərəqlərində olan “Tutma haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 17 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 117-118-ci vərəqlərində olan “Götürmə aparılması haqqında” 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 saxlanılarkən istintaqa təqdim etdiyi, üzərində olan və cinayət yolu ilə əldə etdiyi Zərərçəkmiş şəxs məxsus “İphone 14 pro max” markalı mobil telefonun arxa hissəsinə kabro ilə mobil telefonun arasına yerləşdirilmiş sonuncuya məxsus 01 ədəd ADA universitetinə aid olan tələbə bileti iş üzə maddi sübut əhəmiyyəti kəsb etdiyindən ondan götürülməsi qərara alınmışdır. Cinayət işinin 124-cü vərəqində olan “Götürmə aparılması haqqında” 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Şahid2 istintaqa təqdim etdiyi, girov götürülən zaman “İphone 14 Pro Max” markalı mobil telefonu təqdim edən Şahid1 şəxsiyyət vəsiqəsinin kserosurəti və Şahid1 ilə bağlanmış girov biletinin əks olunduğu A4 formatlı sənədlər iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən ondan götürülməsi qərara alınmışdır. Cinayət işinin 134-cü vərəqində olan “Götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan “İphone 14 pro max” markalı mobil telefon iş üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 tərəfindən lombard mağazasından alınaraq istintaqa könüllü təqdim edildiyi üçün ondan götürülməsi qərara alınmışdır. Cinayət işinin 171-ci vərəqində olan “Baxış keçirilməsi barədə” 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə hadisə yeri olan ünvan 3 ünvanında yerləşən obyektin cinayət işinin başlamlmasına səbəb olan soyğunçuluq hadisənin görüntülərini əks etdirən müşahidə kameraları vasitəsi ilə qeydə alınmış və köçürülmüş 01 ədəd DVD diskə baxış zamanı yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs2 iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 həmin videogörüntülərdə 58 saniyəlik video görüntüdə 3 nəfər şəxsin həmin ərazidə hərəkət etdiyi, həmin şəxslərdən əynində qara gödəkçə göy cins şalvar ağ idman ayaqqabısı olan şəxsin onun özü olduğu, əyinində açıq qəhvəyi rəngli gödəkçə başında kepka olan şəxsin Təqsirləndirilən şəxs1 və əynində ağ gödəkçə olan əlində telefon və belində çanta olan şəxsin isə mobil telefonunu əlindən danışmaq adı ilə alaraq ələ keçirdikləri Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Cinayət işinin 172-ci vərəqində olan “Baxış keçirilməsi barədə” 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə hadisə yeri olan ünvan 3 ünvanında yerləşən obyektin cinayət işinin başlamlmasına səbəb olan soyğunçuluq hadisənin görüntülərini əks etdirən müşahidə kameraları vasitəsi ilə qeydə alınmış və köçürülmüş 01 ədəd DVD diskə baxış zamanı yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs1 iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 həmin videogörüntülərdə 58 saniyəlik video görüntüdə 3 nəfər şəxsin həmin ərazidə hərəkət etdiyi, həmin şəxslərdən əynində qara gödəkçə göy cins şalvar ağ idman ayaqqabısı olan şəxsin onunla birlikdə soyğunçuluq edən Təqsirləndirilən şəxs2 olduğu, əyinində açıq qəhvəyi rəngli gödəkçə başında kepka olan şəxsin özü və əynində ağ gödəkçə olan əlində telefon və belində çanta olan şəxsin isə mobil telefonunu əlindən danışmaq adı ilə alaraq ələ keçirdikləri Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Cinayət işinin 177-178-ci vərəqlərində olan “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq Ədil Bayramovun 19 oktyabr 2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs2 Nəsimi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 179-180-ci vərəqlərində olan “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq Ədil Bayramovun 19 oktyabr 2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs1 Nəsimi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 181-182-ci vərəqlərində olan “Qətimkan tədbiri seçilməsi haqqında” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərar alınmışdır. Cinayət işinin 184-185-ci vərəqlərində olan “Qətimkan tədbiri seçilməsi haqqında” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərar alınmışdır. Cinayət işinin 187-ci vərəqində olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ona təqdim edilmiş mobil telefonların içərisindən ona məxsus “İphone 14 pro max” markalı telefonu tanımışdır. Cinayət işinin 189-190-cı vərəqlərində olan “Maddi sübut kimi tanımaq haqqında” 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 saxlanılarkən aşkar olunub götürülmüş Zərərçəkmiş şəxs məxsus 01 ədəd ADA Universitetinə aid olan tələbə bileti və Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi olan Qanuni nümayəndə2 təqdim etdiyi zərərçəkmiş şəxsə məxsus 01 ədəd “İphone 14 Pro Max” markalı mobil telefon və həmin telefonun üzərində olan 01 ədəd qaburun maddi sübut kimi tanınması, maddi sübut kimi tanınmış 01 ədəd ADA Universitetinə aid olan tələbə bileti və zərərçəkmiş şəxsə məxsus 01 ədəd qabur və 01 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonun məhkəmə baxışınadək Zərərçəkmiş şəxs verilərək saxlanılması qərara alınmışdır Cinayət işinin 192-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 193-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 196-197-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli, 9/8111 saylı ekspert rəyindən görünür ki, ekspertiza təqqiqatına təqdim edilmiş 01 ədəd “İphone” markalı “MQ9U3ZP/A” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 2100,0 manat müəyyən edilmişdir. Cinayət işinin 202-214-cü vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” 07 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, cinayətin görüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, onlara qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş X1, Veteranları və X10 Birliyi tərəfindən verilmiş MV seriyalı 007621 nömrəli vəsiqədən görünür ki, Qanuni nümayəndə1 müharibə veteranıdır. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özlərinin etiraflarından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 11-ci bəndində qeyd edilir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin baş vermiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, onların hər birinə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onların özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə az ağır cinayət törətməsini vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını və cinayəti törədərkən yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin, Təqsirləndirilən şəxs1 cəza təyin edilməsinə dair mövqeyi aşağıdakılardan ibarətdir: Əvvəla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur, buna görə də, ona cəza təyin edilərkən qanunvericiliyin yetkinlik yaşına çatmayanlara münasibətdə normaları rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Bununla belə, məhkəmə, cinayət törətmiş şəxsi xarakterizə edən halların məcmusunu, xüsusilə törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, onun ilk dəfə az ağır cinayət törətməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin məhz azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsini məqsədəuyğun hesab edir və hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 180.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti cəza müəyyən edilməli, lakin onun cəza çəkmədən islah olunması mümkün hesab edilərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona sınaq müddəti verilməli və təyin olunmuş cəza şərti hesab olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, onun üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını və cinayəti törədərkən yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin, Təqsirləndirilən şəxs2 cəza təyin edilməsinə dair mövqeyi aşağıdakılardan ibarətdir: Əvvəla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur, buna görə də, ona cəza təyin edilərkən qanunvericiliyin yetkinlik yaşına çatmayanlara münasibətdə normaları rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Bununla belə, məhkəmə, cinayət törətmiş şəxsi xarakterizə edən halların məcmusunu, xüsusilə törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, onun ilk dəfə az ağır cinayət törətməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin məhz azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsini məqsədəuyğun hesab edir və hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 180.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti cəza müəyyən edilməli, lakin onun cəza çəkmədən islah olunması mümkün hesab edilərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona sınaq müddəti verilməli və təyin olunmuş cəza şərti hesab olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, onun üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan – cinayət əməlinin görüntülərini əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan – 01 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonun, həmin telefonun üzərində olan 01 ədəd qaburun, 01 ədəd tələbə biletinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “FİDES” Vəkil Bürosunun vəkili X3 və digər yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “FİDES” Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “FİDES” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait və digər yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “FİDES” Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “FİDES” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilən 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilən 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – cinayət əməlinin görüntülərini əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan – 01 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonun, həmin telefonun üzərində olan 01 ədəd qaburun, 01 ədəd tələbə biletinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. “FİDES” Vəkil Bürosunun vəkili X6 tərəfindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “FİDES” Vəkil Bürosunun hesabına köçürülsün. “FİDES” Vəkil Bürosunun vəkili X8 tərəfindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “FİDES” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-135/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-135/2024
05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver