Məhkəmə qərarları › İş №1(006)-135/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-135/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-135/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonunun Qarasaqqal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Kürdəmir Rayon Məhkəməsinin 1(041)-3/2025 saylı, xx.xx.2025ci il tarixli hökmü ilə 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Kürdəmir rayonu, Qarasaqqal kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 avqust 2024-cü il tarixdə saat 07 radələrində kənar şəxslərin olmadığı şəraitdə Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 15 ünvanında yerləşən binanın fasadına quraşdırılmış dəmir konstruksiyalar vasitəsilə dırmanaraq, binanın 3-cü mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı 38 nömrəli mənzilin açıq pəncərəsindən içəri qanunsuz daxil olub mənzildə divanın üzərində olan Zərərçəkmiş şəxs məxsus çantadan 360 manat pulu, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 35 manat dəyərində “Givenchy İrrersistible” markalı ətiri, otaqdakı masanın üzərindən 01 ədəd 300 manat dəyərində “Airpods” qulaqlığı, 01 ədəd 30 manat dəyərində “Glo Hyper” markalı elektron siqareti, 01 ədəd 50 qəpik balansı olan 2 manat dəyərində “Bakı kart” elektron ödəmə kartını və 01 ədəd 5 manat balansı olan 2 manat dəyərində “Bakı kart” elektron ödəmə kartını gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 734 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Kürdəmir rayonu, Qarasaqqal ərazi dairəsi, Qarasaqqal kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri ərazisində gündəlik kirayə evlərdə yaşamışdır. Qazanc əldə etmək üçün Bakı şəhərində yerləşən müxtəlif hündür mərtəbəli binalarda nərdivan quraşdırmışdır. Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən 15 saylı binada təmir işlərinin aparılması üçün briqada ilə nərdivanlar qurmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 21:00-dan xx.xx.2024-cü il tarixdə saat təxminən 04:30 radələrinədək Nəsimi rayonu, 3-cü mikrorayon ərazisindəki kafelərdə spirtli içkilər qəbul etmişdir. Çox içdiyi üçün qaldığı ünvana getməyərək gəzişməyə başlamışdır. O, gəzişərək Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən 15 saylı binanın qarşısına gələrək orada binanın fasadının təmiri üçün quraşdırılmış dəmir qurğuları və binanın 3-cü mərtəbəsində olan mənzilin pəncərəsinin açıq olduğunu görmüşdür. Bir qədər baxdıqdan sonra həmin mənzilə daxil olmağı qərara almışdır. Orada olan dəmir qurğulara dırmaşaraq açıq pəncərədən 3-cü mərtəbədən mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra qonaq otağında olan divanın üzərində olan əl çantasını götürüb içərisinə baxmışdır. Həmin çantanın içərisində olan pul qabından 200 manat nağd pul götürmüşdür. Bundan sonra mənzilə daxil olduğu yolla yəni, pəncərədən çıxıb yerə düşmüş və oradan uzaqlaşaraq gündəlik 3 manata kirayə qaldığı evə getmişdir. Onun əvvəlcədən oğurluq etmək planı olmamış, sadəcə içkili halda oradan keçən zaman pəncərəni açıq gördüyü üçün oraya daxil olmaq qərarına gəlmişdir. Onunla birlikdə heç kim olmamış, o, qeyd edilən ünvana tək daxil olmuşdur. Qeyd edilən ünvana pəncərədən daxil olaraq qonaq otağında olan divanın üzərindəki əl çantasının içərisindəki pul qabından 200 manat nağd pul oğurlarmışdır. Lakin oradan ”GLO Hyper” markalı elektron siqareti, “Airpods” qulaqlığı, “Givenchy İrrersistible” markalı ətiri və “Bakı kart” kartlarını oğurlamamışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu şəxsi ehtiyaclarina xərcləmişdir. Həmin puldan geri qalan 13 manat pul saxlanılan zaman üzərində olmuş və onları polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını və dəymiş zərəri qismən ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşayır. O, həmin ünvanda biri qız, biri oğlan olmaqla iki övladı ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində yuxudan oyanaraq özünə məxsus çantanın içərisindən pulqabını götürərək çörək almaq üçün mağazaya getmək istədikdə pul qabının içərisində 360 manat pulunun olmadığını aşkar etmiş, mənzilə baxdıqda eyvandan otağa olan qapının açıq olduğunu görmüş və oğurluq olmasını yəqin etdikdən sonra isə ətarafa baxdıqda 01 ədəd “Givenchy İrrersistible” markalı ətirin, 01 ədəd 2023-cü il model “Airpods” qulaqlığı, 01 ədəd boz rəngli “Glo Hyper” elektron siqaret, 01 ədəd 0,50 manat balansı olan metro kartı və 01 ədəd 5 manat balansı olan metro kartının oğurlandığını aşkar etmişdir. Sonra DİN-nin 102 xidmətinə və Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, oğurluq hadisəsi xx.xx.2024-cü il tarixdə səhər saatlarında baş vermişdir. Belə ki, o, saat 04:04-də yuxudan oyanaraq namaz qılmış, həmin vaxt eyvandan mənzilə olan qapı bağlı olmuş, mənzildə digər şübhəli bir şey görməmişdir. xx.xx.2024-cü il tarixdə saat 04:30-da yenidən yatmışdır. O, oyanıb yaşadığı evdə oğurluq hadisəsinin şahidi olduqda, həmin vaxt övladları yatmışlar, onlar az yaşlı olduqları üçün o, onları qorxutmamaq məqsədi ilə onları yuxudan oyatmamış və onlara heç bir söz deməmişdir. Özü isə DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq olması barədə məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə kirayə yaşadığı ünvan 1 ünvanından 01 ədəd 100 manatlıq, 03 ədəd 50 manatlıq, 05 ədəd 20 manatlıq, 01 ədəd 10 manatlıq pul əskinasları olmaqla 360 manat pul, 01 ədəd 35 manat dəyərində “Givenchy İrrersistible” markalı ətir, 01 ədəd 300 manat dəyərində 2023-cü il model “Airpods” qulaqlıq, 01 ədəd 30 manat dəyərində boz rəngli “Glo Hyper” markalı elektron siqaret, 01 ədəd 0,50 manat balansı olan 02 manat dəyərində metro kartı və 01 ədəd 5 manat balansı olan 02 manat dəyərində metro kartının oğurlanması nəticəsində ona ümumilikdə 734,50 manat maddi ziyan dəymişdir. Daha sonra ona dəymiş zərərin tam ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Nəsimi RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.59); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.72-73); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-482/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 17:00-dan hesablanmışdır (i.v.99-100); - “Hadisə yerinə baxış keçirilməsi haqqında" xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, ünvan 2 ünvandır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.4-10); - “Könüllü təqdim etmə barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 15 ünvanından oğurladığı puldan qalan Zərərçəkmiş şəxs məxsus 13 manat nağd pulu və 01 ədəd “Bakı Kart” elektron ödəniş kartını könüllü olaraq istintaq orqanına təqdim etmişdir (i.v.30-31); - “Videoyazıya baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 15 ünvanında yerləşən binanın 38 saylı mənzilindən baş vermiş oğurluq hadisəsini özündə əks etdirən videomüşahidə kameralarından əldə olunan görüntülərin yazıldığı 01 ədəd video diskdə olan görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə 05 ədəd videofayl vardır. 5-ci videofaylda əks olunan çəkilişdə 01 nəfər qara rəngli şalvar və açıq rəngli köynək geymiş orta boylu üzü saqqallı şəxsin pilləkənlərlə binanın həyətinə düşdüyü, 4-cü video faylda əks olunan çəkilişdə 01 nəfər qara rəngli şalvar və açıq rəngli köynək geymiş orta boylu üzü saqqallı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 15 ünvanında yerləşən binanın fasadına quraşdırılmış dəmir konstruksiyalar ilə dırmanaraq qalxması, 3cü video faylda əks olunan çəkilişdə 01 nəfər qara rəngli şalvar və açıq rəngli köynək geymiş orta boylu üzü saqqallı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 15 ünvanında yerləşən binanın pilləkənləri ilə qalxdığı, 2-ci video faylda əks olunan çəkilişdə digər kamera çəkilişi ilə 01 nəfər qara rəngli şalvar və açıq rəngli köynək geymiş orta boylu üzü saqqallı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 15 ünvanında yerləşən binanın fasadına quraşdırılmış dəmir konstruksiyalar ilə dırmanaraq qalxması, 1ci video faylda əks olunan çəkilişdə 01 nəfər qara rəngli şalvar və açıq rəngli köynək geymiş orta boylu üzü saqqallı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 15 ünvanında yerləşən binanın fasadına quraşdırılmış dəmir konstruksiyalar ilə binanın həyətinə düşməsi görünür. Şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntüdə olan qara rəngli şalvar və açıq rəngli köynək geymiş orta boylu üzü saqqallı şəxsin özü olduğunu bildirərək, xx.xx.2024-cü il tarixdə saat 07 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 15 ünvanında yerləşən binanın fasadına quraşdırılmış dəmir konstruksiyalar ilə dırmanaraq bunanın 38 nömrəli mənzilindən oğurluq etdiyini bildirmişdir (i.v.71); - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı istintaqa verdiyi ifadəsini bir daha təsdiq elmişdir (i.v.69- 70); - “Maddi sübut kimi tanınma və saxlanılması üçün verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus 13 manat və 01 ədəd 0,50 manat balansı olan 02 manat dəyərində metro kartı maddi sübut kimi tanınmış və saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs verilmişdir (i.v.105-106); - “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə 01 ədəd Bakı kartının və 02 ədəd 5 manatlıq, 03 ədəd 01 manatlıq olmaqla ümumilikdə 13 manat pulun maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmış, Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 15 ünvanında yerləşən müşahidə kameralarından götürülmüş 01 ədəd CD diskdə olan videoyazı maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (i.v.126-132); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Əliyev X3 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir (i.v.110-112); - Kürdəmir rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin 1(041)-21/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3500 manat miqdarında cərimə növündə cəza Kürdəmir Rayon Məhkəməsinin 7(041)-23/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə 450 saat ictimai işlər növündə cəza ilə əvəz edilmiş, cəza aidiyyəti üzrə icra edilməsi üçün Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir (i.v.114); - Kürdəmir Rayon Məhkəməsinin 1(041)-3/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 29,177.2.1-ci, 29,177.2.2-ci, 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 ay 29 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 il 04 ay 01 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkməsinin əvvəli 12 fevral 2025-ci il tarixdən hesablanmışdır. 01 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, diskdə 05 ədəd videofayl vardır. 1-ci video faylda əks olunan çəkilişdə 01 nəfər qara rəngli şalvar və açıq rəngli köynək geymiş orta boylu üzü saqqallı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 15 ünvanında yerləşən binanın fasadına quraşdırılmış dəmir konstruksiyalar ilə binanın həyətinə düşməsi, 2-ci video faylda əks olunan çəkilişdə digər kamera çəkilişi ilə 01 nəfər qara rəngli şalvar və açıq rəngli köynək geymiş orta boylu üzü saqqallı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 15 ünvanında yerləşən binanın fasadına quraşdırılmış dəmir konstruksiyalar ilə dırmanaraq qalxması, 3-cü video faylda əks olunan çəkilişdə 01 nəfər qara rəngli şalvar və açıq rəngli köynək geymiş orta boylu üzü saqqallı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 15 ünvanında yerləşən binanın pilləkənləri ilə qalxdığı, 4-cü video faylda əks olunan çəkilişdə 01 nəfər qara rəngli şalvar və açıq rəngli köynək geymiş orta boylu üzü saqqallı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 15 ünvanında yerləşən binanın fasadına quraşdırılmış dəmir konstruksiyalar ilə dırmanaraq qalxması, 5-ci videofaylda əks olunan çəkilişdə 01 nəfər qara rəngli şalvar və açıq rəngli köynək geymiş orta boylu üzü saqqallı şəxsin pilləkənlərlə binanın həyətinə düşdüyü görünür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.3-cü maddəsi isə təkrar törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, yəni mənzildən 200 manat pul götürməsi, digər əşyaları götürməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxsin ifadəsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini qismən etiraf etməsini, törətdiyi əməldən peşman olmasını və dəymiş zərəri qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Əliyev X3 Rayon Məhkəməsinin 1(041)-3/2025 saylı, xx.xx.2025-ci il tarixli saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 29,177.2.1-ci, 29,177.2.2-ci, 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Kürdəmir Rayon Məhkəməsinin 1(041)-3/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1-ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq qaydasında qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin 1(041)-3/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ona hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə həbsdə saxlanıldığı 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut 13 (on üç) manat məbləğində pulun və 01 ədəd 0,50 manat balansı olan 02 manat dəyərində “Bakı kart” kartının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 04 saata görə 44 (qırx dörd) manat olmaqla, ümumi 24 saata görə cəmi 164 (yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Verdiktum» Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 04 saata görə 44 (qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(041)-3/2025 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 13 (on üç) manat məbləğində pulun və 01 ədəd 0,50 manat balansı olan 02 manat dəyərində “Bakı kart” kartının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 164 (yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Verdiktum» Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 04 saata görə 44 (qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar