Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-138/2022 25.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Qazax rayonu, Kəmərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində 2 azyaşlı uşağı olan, məhkum olunmayan, Qazax rayonu, Kəmərli kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi 4 ünvanında yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işina açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozub xəstəliyin yayılması üçün real təhlükə yaratmışdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 25-ci maddələrinə və “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində havadamcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” kimi tələblərini pozaraq yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda 18.10.2021-ci il tarixdə göndərilmiş inzibati və cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlığa məhəl qoymayaraq, özünü təcrid qaydalarını pozaraq 21 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi 4 ünvanını tərk edərək ictimai nəqliyyatdan istifadə eməklə Bakı Metropoliteni QSC- nin “Memar Əcəmi” stansiyasına gəlməklə müəyyən olunmuş qaydalara riayət etməyərək karantin rejimini və “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozaraq digər şəxsləri yoluxdura biləcəyi istisna edilmədiyi halda xəstəliyin yayılması üçün real təhlükə yaratmış və həmin gün saat 15:25 radələrində Metropolitenin “Memar Əcəmi” stansiyasında xidmət aparan Bakı Metropolitenində Polis Şöbəsinin PPX-nin əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs koronavirus (Covid-l9) infeksiyasına yoluxduğu halda karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığından saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 15.10.2021-ci il tarixdə o, “Covid-19” xəstəliyinə qarşı olan peyvənd iynəsi vurdurmaqdan ötrü Xırdalan şəhərində yerləşən xəstəxanaya getmişdir. O, həmin xəstəxanada özünü müayinə etdirmişdir. Sonra isə yaxma vermişdir. O, yaxma verəndən sonra həkimlər ondan istifadəsində olan mobil nömrəni istəmişdirlər. O, həkimə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni vermişdir. O, yaxma verdikdən sonra onun istifadəsində olan mobil nömrəyə İTS.GOV.AZ sayıtından sms gəlmişdir. O, həmin smsi oxuyan zaman 15.10.2021- ci il tarixdə verdiyi testin nəticəsinin pozitiv olduğunu görmüşdür. Həmin smsdə onun verdiyi testin nəticəsinin pozitiv olması onun və ailə üzvlərinin yaşadığı evi tərk etməməsi və yaşadığı evi tərk edəcəyi halda Azərbaycan Respublikası Cinayət və inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb ediləcəyi barədə xəbardarlıq yazılmışdır. O, İTS.GOV.AZ sayıtından gələn sms məhəl qoymayaraq 15.10.2021-ci il tarixdən 21.10.2021-ci il tarixə kimi olan müddət ərzində verdiyi yaxmanın nəticəsinin pozitiv olmasına baxmayaraq ictimai nəqliyyatdan istifadə etməklə yaşadığı evdən fəhlə işlədiyi ünvana getmişdir. 21.10.2021-ci il tarixdə o, Bakı Metropoliteni QSC-nin “Memar Əcəmi” stansiyasının keçidində dayanıb Bakukarta pul yükləmişdir. Həmin vaxt metroya daxil olmaq istəyən sərnişin onun karta pul yüklədiyini görüb ona yaxınlaşmışdır. Həmin sərnişin metrodan istifadə etmək üçün kartının olmadığını və onun kartından istifadə etmək istədiyini bildirmişdir. O, həmin sərnişinə metrodan istifadə etmədiyini bildirib, oradan uzaqlaşmaq istəmişdir. Həmin sərnişinin kənarda qaldığını görüb onun gediş haqqını ödəmək istəmişdir. Həmin vaxt metroda xidmət aparan polis əməkdaşı ona yaxınlaşmışdır. Həmin polis əməkdaşı ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etmişdir. O, polis əməkdaşına hansı səbəbə onu saxladığını və ondan sənəd istədiyini soruşmuşdur. Polis əməkdaşı onun tibbi maskdan düzgün istifadə etmədiyini demişdir. O, polis əməkdaşına şəxsiyyətini təsdiq edən sənədin üzərində olmadığını bildirib polis əməkdaşına özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Polis əməkdaşı onun ad və soyadını portal sisteminə daxil etmişdir. Həmin vaxt polis əməkdaşı onun pozitiv “Covid 19" xəstəsi olduğunu demişdir. O, polis əməkdaşına pozitiv xəstə olduğunu bildiyini hətta ona İTS.GOV.AZ sayıtından sms gəldiyini demişdir. Sonra o, istifadəsində olan mobil telefonu çıxardaraq İTS.GOV.AZ sayıtından gələn sms polis əməkdaşına göstərmişdir. Sonra polis əməkdaşı aidiyyəti üzrə məlumat vermişdir. Onu müalicə təyin olunan ünvana yerləşdirmişlər. O, müalicə təyin olunan ünvana yerləşdirilən zaman ona yenidən yaşadığı evi tərk etməməyi bildirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, həmçinin ailəli olmaqla himayəsində yetkinlik yaşına çatmayan 2 övladının olmasını və əvvəllər məhkum olunmamasını nəzərə almasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidin ifadəsi, ekspert rəyi, DVD diskdə olan video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis şöbəsini PPX-nin 2-ci bölüyünün 3-cü tağımında polis nəfəri X4 ifadəsində göstərmişdir ki, 21.10.2021-ci il tarixdə saat 13:25 radələrində Bakı Metropoliteni QSC-nin "Memar Əcəmi" stansiyasında xidmətdə olmuşdur. Həmin vaxt təxminən 40-45 yaşlarında bir nəfər şəxsin tibbi maskadan düzgün istifadə etmədiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşıb ona özünü təqdim etmişdir. Həmin şəxs ondan nə üçün onu saxladığını soruşmuşdur. O, həmin şəxsə tibbi maskadan düzgün istifadə etmədiyini bildirmişdir. Həmdə o, həmin şəxsə Bakı Metropoliteni QSC-nin qapalı məkan olduğunu və həmin məkandan tibbi maskdan istifadənin məcburi olduğunu bildirmişdir. Sonra həmin şəxs özünü ona təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O, həmin şəxsin təqdim edtiyi ad və soyadı təhkim edilmiş portal sisteminə daxil etmiş və həmin vaxt sonuncunun pozitiv “COVİD-19” xəstəsi olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs pozitiv “Covid-19" xəstəsi olduğunu bildirmiş, sonuncu istifadəsində olan mobil telefonu çıxaraq həmin telefonun sms bölməsinə daxil olmuşdur. Telefona baxan zaman ona 18.10.2021-ci il tarixdə İTS.GOV.AZ sayıtından pozitiv xəstə olmağı ilə bağlı sms gəldiyini və pozitiv xəstə olduğunu bildiyini bildirmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs saxlayan zaman onun üzərində tibbi maska olduğunu, lakin həmin tibbi maskanın təyinatı üzrə düzgün istifadə etməyib çənə nayiyyəsində saxlayaraq burunun nahiyyəsinin və ağız boşluğunun tibbi maska vasitəsi ilə örtülməsinin təmin etmədiyini bildirmişdir. Cinayət işinin 58-60-cı vərəqələrində olan 21 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 102-103-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinın 10-cu vərəqəsində olan fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2021-ci il tarixdə götürülmüş yaxma ilə bağlı keçirilən labaratoriya nəticəsindən aslı olaraq sonuncuda COVİD-19 virusu müsbət, pozitiv nəticələnmişdir. Cinayət işinın 24-27-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Yasamal rayon MTE şöbəsinin məhkəmə tibb ekspertizasının 19 yanvar 2022-ci il tarixli 19/KEŞ saylı rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komisiyası aşağıdakı nəticəyə gəlir: 15.10.2021-ci i ltarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış labarator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir; Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğ halda sanitar- gigiyena qaydalarını pozmaqla digər şəxslərin xəstəliyə yoluxdura biləcəyi istisna edilmir; “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. Cinayət işinə əlavə edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kommunikasiya-İnformasiya İdarəsindən daxil olmuş 1 ədəd DVD formatlı diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 15.10.2021-ci il tarixdə saat 11:16:21-dən saat 15:05:56 kimi Bakı şəhərinin Nəsimi, Nərimanov, Binəqədi, 16.10.2021-ci il tarixdə saat 08:11:33-dən saat 15:08:13 kimi Nəsimi, Nəsimanov, Yasamal, Binəqədi, 18.10.2021-ci il tarixdə saat 08:58:25-dən saat 10:41:02 kimi olan müddtə ərzində Yasamal, Səbail rayonları ərazilərində olması aşkar edilmişdir. Cinayət işinə əlavə edilmiş 1 ədəd DVD formatlı diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdə Bakı Metropolitenində Polis Şöbəsinin polis əmədaşları tərəfindən Bakı Metropoliteni QSC-nin “Memar Ocəmi” stansiyasında yoxlanılan zaman pozitiv “COVİD19’' xəstəsi olmağı müəyyən edilir və sonuncu həmin görüntüdə pozitiv “COVİD-19" xəstəsi olduğunu bildirir. Cinayət işinın 29-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 dekabr 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinın 98-ci vərəqəsində olan Qazax Rayon İKB-nın Kəmərli kənd İƏDÜN-nin 24 yanvar 2022-ci il tarixli 11-21/092 nümrəli arayışının sürətindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri aşağıdakılardır : anası – X2 1960-cı il təvəllüdlü, arvadı - X6 1992-ci il təvəllüdlü, qızı - X3 2009-cü il təvəllüdlü və oğlu - X8 2011-ci il təvəllüdlü. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə onun epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozub xəstəliyin yayılması üçün real təhlükə yaratması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, cavan olmasını, ailəli olmaqla himayəsində 2 azyaşlı övladının və evə qazanc gətirən yeganə şəxs olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü qismən təqsirli bilməsini, cavan olmasını, ailəli olmaqla himayəsində 2 azyaşlı övladının və evə qazanc gətirən yeganə şəxs olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə maddi sübutla bağlı məsələni araşdıraraq hesab edir ki, maddi sübüt kimi tanınmış 2 ədəd DVD disk cinayət işinin materillarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı və “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materillarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” Vəkil Bürosunun vəkili X1 istintaq orqanında iştirak etdiyi 14 saata görə 84 (səksən dörd) manat Mərkəz Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-138/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-138/2022
25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver