Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-138/2025 05.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 Müdafiəçi: «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi, ev 11, mənzil 18-də qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 177.3.2, 221.2.1, 228.4, 234.1 və 304.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 66.5-ci maddəsinə müvafiq qəti olaraq 09 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 66.5-ci maddəsinə müvafiq qəti olaraq 09 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 66.3 və 66.5ci maddələrinə müvafiq qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2013-cü il tarixli hökmündən ona verilmiş ittiham üzrə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi xaric edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası azaldılaraq 09 il 06 ay təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməyən, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 iyun 2024cü il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 62, mənzil 06-nın giriş qapısının açıq olmasından istifadə edərək oraya qanunsuz daxil olub mənzilin yataq otağında yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 hiss etmədiyi şəraitdə qonaq otağında qoyulmuş dolabdan sonuncuya məxsus, içərisində 10 manat dəyərində 070 ***-**-** saylı GSM nömrə ilə istifadə olunan bir ədəd 1.000 manat dəyərində “iPhone 11 Pro Max” markalı telefonu, bir ədəd 400 manat dəyərində “Marshal Pods” markalı qulaqcıqlar və bir ədəd 50 manat dəyərində pul kisəsini oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1.460 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, eyni niyyətlə 20 iyun 2024-cü il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 05, 11 saylı evin ikinci mərtəbəsinin giriş qapısının açıq olmasından istifadə edərək oraya qanunsuz daxil olub yataq otağındakı dolabın içərisindən Zərərçəkmiş şəxs1 məxsus 850 manat dəyərində 09 qram çəkidə 750 əyarlı bir ədəd qızıl zəncir qolbağı, 550 manat dəyərində 08 qram çəkidə 750 əyarlı bir cüt qızıl sırğanı, 380 manat dəyərində 2,5 qram çəkidə 585 əyarlı bir ədəd qaşsız qızıl üzüyü, 910 manat dəyərində 07 qram çəkidə 750 əyarlı bir ədəd “kardinal” qızıl qolbağı, 630 manat dəyərində 06 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbağı, 400 manat dəyərində 03 qram çəkidə 750 əyarlı bir ədəd qaşsız qızıl üzüyü, 850 manat dəyərində 2023-cü il modelli “iPhone Apple watch” markalı qol saatını və mənzilin qonaq otağından 100 manat dəyərində antikvar çay dəstini, 55 manat dəyərində bir ədəd ədyalı gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 4.725 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, maddi vəziyyəti yaxşı olmadığına görə, habelə ağrıları olduğundan narkotik almaq üçün evlərdən oğurluq etmək məqsədi ilə 20 iyun 2024-cü il tarixdə, saat 10 radələrində Yasamal rayonu ərazisində uyğun mənzil axtarmışdır. Həmin vaxt Bakı şəhəri, Mətbuat prospekti, 62 saylı binaya qalxmış, qapıların açıq olub-olmamasını yoxlayaraq yuxarı qalxdıqda ikinci mərtəbədə sol tərəfdə olan mənzilin qapısının açıq olduğunu görmüşdür. Həmin mənzilə sakitcə daxil olmuş, içəridə bir nəfər kişinin yatdığını görmüş, həmin şəxsin oyanmaması üçün ehtiyatla hərəkət edərək mənzildə əşyalara və paltarların cibinə baxaraq qiymətli əşya axtarmışdır. Oğurlamaq üçün qiymətli əşya tapa bilmədikdə mənzildə olan şkafın çəkməcəsini açaraq orada 01 ədəd qızılı rəngli “iPhone 11 pro” markalı mobil telefonu və “Marshal Pods” markalı qulaqçıqları götürüb cibinə qoymuşdur. Sonra sakitcə mənzildən çıxmaq istədikdə yatmış şəxs oyanaraq onu görüb kim olduğunu soruşmuşdur. O isə həmin şəxsə yalandan demişdir ki, guya Elçin adlı şəxsi axtarır. Həmin şəxs də Elçin adlı şəxsin mənzili olmadığını deyərək mənzili tərk etməyini tələb etmişdir. O da cəld çıxıb getmiş, sonra oğurladığı “iPhone 11 pro” markalı mobil telefonu və qulaqçığı metronun “20 Yanvar” stansiyasının yaxınlığında tanımadığı şəxsə 200 manata satmışdır. Bununla belə, bu mənzildən pul kisəsini oğurlamamışdır. Bundan sonra o, həmin günü özünə narkotik almaq üçün “Papanin” deyilən yerə getmiş, saat 20 radələrində küçələrdən biri ilə hərəkət edərkən orada olan yaşayış evlərindən birinin darvazasının açıq olduğunu görmüşdür. Həyətdə heç kim olmadığı üçün ora daxil olmuş və evin işıqlarının söndürüldüyünü gördükdə orada heç kimin olmadığına əmin olmuşdur. Həyətdən ikinci mərtəbəyə qalxan pilləkənlə qalxmış, yaşayış evinin açıq olan giriş qapısından içəri daxil olduqda dəhlizin sağ tərəfində olan yataq otağına girmişdir. Otaqda dolabdan qızıl üzük, sırğa və başqa zinət əşyalarını, habelə dəhlizdən qabqacaqları götürüb evdən çıxmış və küçədə taksi saxlayıb bir qədər irəli gedərək tanımadığı şəxsdən 10 manata metamfetamin almış və sonra taksi ilə Bayıl qəsəbəsinə getmişdir. Qab-qacaqları dəyərsiz zənn edib onları zibil qutusuna atmış, qızılları isə təxminən 2-3 gün sonra həyat yoldaşı Şahid3 verib bir tanışının pula ehtiyacı olduğundan onları satmaq istədiyini, lakin vəsiqəsi üstündə olmadığı üçün sata bilmədiyini, həmin qızılları Aytənin öz vəsiqəsi ilə satıb pulunu ona verməyini demişdir. Aytən də ona inanıb qızılları öz adından satmış və ona ümumilikdə 1.000 manat pul vermişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 62, mənzil 06-da öz otağında yuxudan oyanıb qonaq otağına keçmək istədikdə mənzilin giriş qapısının qarşısında tanımadığı, təxminən 35-40 yaşlarında olan, orta boylu, orta bədən quruluşuna malik, gözlərinin içərisi qızarmış, bir nəfər kişinin dayandığını görmüşdür. Yuxudan yenicə oyandığı üçün biraz ala-sərsəm olduğundan nə baş verdiyini dərk etməyə çalışmış, həmin şəxsdən kim olduğunu, mənzilində nə etdiyini maraqlandıqda, sonuncu “bura Elçinin mənzilinin olduğunu, deyəsən səhv gəldiyini” deyərək getmişdir. O, həmin şəxsin onun yaşadığı mənzilin qapısının açıq olmasından istifadə edərək ora qanunsuz daxil olub mənzildən oğurluq etmək niyətinin olduğunu dərk edib qonaq otağına tərəf getmiş və mobil telefonu götürüb polisə zəng edib bu haqda məlumat vermək istəmişdir. Qonaq otağında mobil telefonunu tapa bilməmiş və həmin şəxsin onun telefonunu oğurladığını başa düşmüşdür. Bundan sonra, o, anasının istifadəsində olan telefon ilə “102” xidmətinə məlumat vermişdir. Daha sonra müəyyən etmişdir ki, mənzildən ona məxsus 1.000 manat dəyərində, qızılı rəngli, 10 manat dəyərində olan 070 ***-**-** GSM nömrəsi ilə istifadə etdiyi “iPhone 11 Pro Max” markalı mobil telefonu, içərisində şəxsiyyət və sürücülük vəsiqələri olan 50 manata aldığı qara rəngli, dəri materialdan olan pul kisəsi və 400 manat dəyərində qara rəngli “Marshal Pods” markalı qulaqcıqlar oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 1.460 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 05, 11 saylı evdən ailə üzvləri ilə birlikdə çıxıb getmişlər. Təxminən saat 21 radələrində həyat yoldaşı ona zəng edərək evlərində oğurluq olduğunu bildirmişdir. O, yaşadığı ünvana gəldikdə evin içərisinin dağınıq vəziyyətdə olduğunu, bəzi əşyaların yerində olmadığını müəyyən etmişdir. Buna görə o, dərhal “102” xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Daha sonra o evə baxış keçirən zaman mənzilindən ona məxsus 850 manat dəyərində 09 qram çəkidə 750 əyarlı bir ədəd qızıl zəncir qolbağın, 550 manat dəyərində 08 qram çəkidə 750 əyarlı bir cüt qızıl sırğanın, 380 manat dəyərində 2,5 qram çəkidə 585 əyarlı bir ədəd qaşsız qızıl üzüyün, 910 manat dəyərində 07 qram çəkidə 750 əyarlı bir ədəd “kardinal” qızıl qolbağın, 630 manat dəyərində 06 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbağın, 400 manat dəyərində 03 qram çəkidə 750 əyarlı bir ədəd qaşsız qızıl üzüyün, 850 manat dəyərində 2023-cü il modelli “iPhone Apple watch” markalı qol saatının və mənzilin qonaq otağından 100 manat dəyərində antikvar çay dəstinin, habelə 55 manat dəyərində bir ədəd ədyalın oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 4.725 manat maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Rafiq oğlu ifadəsində göstərdi ki, o, fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur. 20 iyun 2024-cü il tarixdə, təxminən saat 21 radələrində avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ilə “Papanin” körpüsü istiqamətində hərəkət edərkən bir nəfər tanımadığı kişi işarə edərək onu saxlatdırmış və yaxınlaşaraq əlində olan ağ rəngli iri ölçülü sellofan paketi arxa oturacağa qoyub özü isə ön oturacağa əyləşərək Bayıl qəsəbəsinə sürməyini bildirmişdir. O, avtomobili sürməyə başladıqda həmin şəxs ondan iki dəqiqəlik “Papanin” deyilən yerə getməyi, daha sonra Bayıl qəsəbəsinə sürməyini bildirmiş və danışıq “konturu” olmadığı üçün onun telefonu ilə “Çina” adlı şəxsə zəng vurub çatdığını demişdir. Sonra bu şəxs maşından düşərək təxminən 30 metr irəli gedib bir nəfər şəxslə görüşərək qayıdıb avtomobilə əyləşərək Bayıl qəsəbəsinə sürməyini demişdir. Yolda olarkən həmin şəxs telefonda kimləsə yazışmış, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov qardaşları küçəsində yerləşən həyət evinin qarşısında düşmüş və arxa oturacağa qoyduğu ağ rəngli sellofan paketi də götürüb ondan bank kartının nömrəsini alaraq gediş haqqı olan 10 manatı göndərəcəyini desə də, pulu göndərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən “Stil” adlı mağazada qızıl və gümüş alqı-satqısı ilə məşğul olur. 26 iyun 2024-cü il tarixdə, günorta vaxtı yanında 13-14 yaşında qız uşağı olan bir qadın mağazaya yaxınlaşaraq pula ehtiyacı olduğu üçün özünə məxsus 01 ədəd qızıl qolbaq və 01 ədəd qızıl üzüyü satmaq istədiyini bildirmişdir. Həmin qadının şəxsiyyət vəsiqəsindən onun Şahid3 olduğunu bilmiş və qızılları almağa razılaşmışdır. Qolbaq 6,23 qram, üzük isə təxminən 3,4 qram çəkidə olmuşdur. O, qolbaq üçün 560 manat, üzük üçün isə 240 manat olmaqla, ümumilikdə 800 manat pulu həmin qadına vermişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin: • 02.07.2024-cü il tarixli, 3-13-11/2-8162/2024 saylı məktubuna əsasən Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədədi Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının əksi, 01 ədədi X1 əlini böyük barmağının əksi ilə eynilik təşkil edir (İ cild, i.v.15); • 29.06.2024-cü il tarixli, 3-13-11/2-8127/2024 saylı məktubuna görə Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı gütürülmüş əl izlərindən 04 ədədi Təqsirləndirilən şəxs sağ əlinin böyük, sol əlinin isə böyük, şəhadət və çeçələ barmaqları (qutu üzərindən) ilə eynilik təşkil edir (İ cild, i.v.89); • "Könüllü təqdim edilmiş sənədlərin, əşyaların götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Şahid2 istintaqa təqdim etdiyi sübut əhəmiyyəti kəsb edə biləcək fotoşəkilə keçirilmiş baxış zamanı Şahid3 öz şəxsiyyət vəsiqəsi ilə 01 ədəd üzük və 01 ədəd qolbağı satdığı müəyyən edilmişdir (İ cild, i.v.123-124); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/1199 saylı rəyindən görünür ki, təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin baş barmağından, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sol əlinin baş barmağından, 3 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi onun sol əlinin şəhadət barmağından və 3 saylı daktilolentin səthindəki “b” əl-barmaq izi onun sol əlinin çeçələ barmağından qalmışdır. Aparılmış tədqiqatın dəyəri 161,11 manat təşkil edir (İ cild, i.v.192-201); • “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Zərərçəkmiş şəxs1 iştirakı ilə 01 ədəd üzük və 01 ədəd qolbağın fotoşəkili tanınmaya təqdim olunmuş və tanıyan şəxs Zərərçəkmiş şəxs1 ona təqdim edilən fotoşəkildəki üzük və qolbağı tanıyaraq həmin əşyaların ona məxsus olduğunu bildirmişdir (İ cild, i.v.235-236); • “Şəxsin fotoşəkillə tanınmaya təqdim etmək haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən tanıyan şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə yaşadığı Yasamal rayonu, Mətbuat prospekti, ev 62, mənzil 06dan oğurluq etmiş şəxsi fotoşəkillə tanıyaraq təqdim olunmuş şəkillərin arasında 4-cü şəkildə olan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir (İ cild, i.v.239); • “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş yararlı eksperimental əl-barmaq izləri cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (İİ cild, i.v.02-12); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 353/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 iyul 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.150-154); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı və hökmlərə görə Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, o cümlədən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 177.3.2, 221.2.1, 228.4, 234.1 və 304.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 66.5-ci maddəsinə müvafiq qəti olaraq 09 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 66.5ci maddəsinə müvafiq qəti olaraq 09 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317- 2.2-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 66.3 və 66.5-ci maddələrinə müvafiq qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2013-cü il tarixli hökmündən ona verilmiş ittiham üzrə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi xaric edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası azaldılaraq 09 il 06 ay təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İ cild, i.v.166-167,169-182). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə); məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (83.4-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətin törətməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 13 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış əl-barmaq izlərini əks etdirən daktilolentlər cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 161,11 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi 35 saat üçün nəzərdə tutulan 210 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 13 iyul 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 161 (yüz altmış bir) manat 11 (on bir) qəpik pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış əl-barmaq izlərini əks etdirən daktilolentlər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi 35 saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-138/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-138/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver