Məhkəmə qərarları › İş №1(006)-139/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-139/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-139/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.3 və 29, 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs inzibati binaya qanunsuz daxil olmaqla, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək özgənin əmlakını açıq talayarkən kənar şəxs tərəfindən tutulub saxlanıldığı üçün iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək soyğunculuğa cəhd etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 noyabr 2020-ci il tarixdə saat 09:20 radələrində ünvan 2 ünvanında yerləşən 5 saylı X13 Stansiyasının inzibati binasının 1-ci mərtəbəsinə daxil olmuş, həkimlərin xidməti iş otaqlarının qapılarının açıq olmasını yoxlayarkən orada həkim Zərərçəkmiş şəxs1 xidməti iş otağının qapısının açıq olmasından və otaqda heç kimin olmamağından istifadə edərək qanunsuz olaraq içəri girib dolabdan sonuncuya məxsus əl çantasının içərisindəki pul qabından 1010 (min on) manat pulu gizli olaraq götürdükdən soma Stansiyanın Təchizat otağının böyük tibb bacısı işləyən Zərərçəkmiş şəxs2 otağa daxil olarkən bu hadisəni görüb onun yaxasından tutaraq pulları qaytarmasını tələb etmiş, o oğurladığı pulları özündə saxlayıb qaçmaq istəyərkən Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə qollarını buraraq ona dərəcəsi təyin ediməyən sol mil bilək oynağın nahiyəsinin qançırı xəsarəti yetirmiş, sonuncu qışqıraraq ətrafdakıları köməyə çağırdıqda Zərərçəkmiş şəxs1 ora gələrək özünə məxsus pulu Təqsirləndirilən şəxs əlindən aldığı üçün o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib Zərərçəkmiş şəxs2 dərəcəsi təyin olunmayan xəsarət yetirmiş və Zərərçəkmiş şəxs1 1.010 (min on) manat maddi ziyan vurmaqla soyğunçuluğa cəhd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, əvvəllər məhkum olunmuş və azadlığa çıxdıqdan sonra pul əldə etmək məqsədi ilə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində dəqiq bilmədiyi ünvanda yerləşən mebel emalatxanasında fəhlə işləməyə başlamışdır. O, 03 noyabr 2020-ci il tarixdə saat 10 radələrində tək olaraq piyada ünvan 4 ünvanında yerləşən 5 saylı X13 Stansiyasının binasının yaxınlığından keçən zaman səhhətində narahatçılıq olduğu üçün qeyd olunan yerə daxil olaraq həkimdən validol adlı ürək dərmanı almaq qərarına gəlmişdir. Bu məqsədlə, qeyd olunan yerə giriş qapısından daxil olub dərman almaq üçün həkim axtarmışdır. Buna görə də, o, həmin binanın otaqlarına baxıb dəhlizin sonunda sağ tərəfdə yerləşən həkim otağının qapısını açıb içəri daxil olmuşdur. Otağa daxil olduqdan sonra içəridə heç kimin olmadığını görmüş və otağa baxdıqda həmin otaqda sağ tərəfdə paltar şkafı olduğunu və şkafın içərisində əşyalar yığıldığına diqqət yetirmişdir. Həmçinin şkafın dolabının içərisində çanta olduğunu və içərisində pul qabı olduğunu görmüşdür. Həmin vaxt pula ehtiyacı olduğundan və otaqda onu görə biləcək kimsə olmadığından çantanın içərisindəki pul qabında olan pulları oğurlayıb sonra şəxsi tələbatları üçün xərcləməyi qərara gəlmişdir. Bu məqsədlə, o, paltar şkafına yaxınlaşıb dolabda olan çantanın içərisindəki pul qabını götürüb açdıqda içərisində pul olduğunu görmüşdür. Bundan sonra pul qabının içərisində olan pulları oğurlayıb pul qabını çantanın içərisinə qoymuşdur. Oğurladığı pulu əynindəki şalvarın arxa sağ cibinə qoyub otaqdan çıxmaq istəyərkən əvvəllər tanımadığı adı sonradan ona məlum olan stansiyada tibb bacısı işləyən Zərərçəkmiş şəxs2 otağa daxil olub ona yaxınlaşıb əli ilə yaxasından tutub ona “görürsən həkim otaqda yoxdu, niyə otağa daxil olmusan?” demişdir. Sonra o, həmin qadına əlini yaxasından buraxmağını və oğurladığı pulları qaytarıb yerinə qoyacağını demişdir. Lakin həmin qadın əlini onun yaxasından buraxmamış və qışqırıb digər işçiləri köməyə çağırmışdır. Həmin vaxt orada olan digər tibb işçiləri həkim otağına daxil olmuşlar. O, oğurluq etmək istədiyini etiraf edib pulu çıxarıb oğurluq etdiyi otağın sahibi sonradan ad və soyadını bildiyi Zərərçəkmiş şəxs1 vermişdir. Bundan sonra tibb işçiləri polisə zəng etmiş və bir az keçmiş hadisə yerinə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları gəlmişlər. Daha sonra o, polis əməkdaşlarına oğurluq hadisəsini necə törətdiyini etiraf etmiş, lakin tibb bacısı otağa daxil olub onu tutub saxladığı üçün o, həmin otaqdan çıxıb gedə bilmədiyini bilməmişdir. Qeyd olunanları nəzərə alaraq ona qarşı irəli sürülmüş ittihamla razı olmadığını yəni, onun əməlinin soyğunçuluğa cəhd deyil, məhz oğurluğa cəhd kimi tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, cinayət hadisəsinin törədildiyi vaxt ünvan 5 ünvanında yerləşən 5 saylı X13 Stansiyasında böyük həkim vəzifəsində işləmişdir. 03.11.2020-ci il tarixdə səhər saat 09 radələrində işə gəlib işlədiyi 5 saylı X13 Stansiyasının binasına daxil olub dəhlizin sonunda sağ tərəfdə yerləşən xidməti iş otağına daxil olmuşdur. Qeyd olunan otaqda tək oturmuş, otaqda stol, oturacaq stulları, şəxsi əşyalarını və geyim paltarlarını saxlamaq üçün nəzərdə tutulmuş iki gözlü paltar şkafı olmuşdur. Otağa 5 saylı X13 Stansiyasına gələn ümumi şəxslərin girişinə icazə verilməmiş və otağa ancaq xidməti işlə bağlı daxil olmağa icazə verilmişdir. Qeyd olunan tarixdə işə gəldikdən sonra əl çantasını içərisində olan əşyalarla birlikdə paltar şkafının içərisinə aşağı hissəyə qoyub qapını örtərək stansiyanın baş həkiminin keçirdiyi iclasa getmişdir. Paltar şkafına qoyduğu əl çantasının içərisindəki pul qabında 10 ədəd 100 manat və 2 ədəd 5 manat pul əskinazları, ümumilikdə isə 1.010 (min on) manat pul olmuşdur. İclasa gedərkən iş otağının giriş qapısını örtsə də, qıfılını açarla bağlamamışdır. İclasa gedərkən X13 Stansiyasında tək təchizat otağının tibb bacısı Zərərçəkmiş şəxs2 qalmış, qalan bütün işçilər isə həyətə iclasa getmişdir. İclasda iştirak edən zaman binada olan Zərərçəkmiş şəxs2 köməyə çağırma səslərini eşitmiş və nə baş verdiyini dəqiqləşdirmək məqsədi ilə bütün işçilərlə birlikdə binaya tərəf qaçıb içəri daxil olmuşlar. İçəri daxil olduqda Zərərçəkmiş şəxs2 səsinin onun xidməti iş otağından gəldiyini bilmişdir. Xidməti iş otağına gəlib girdikdən sonra Zərərçəkmiş şəxs2 bir nəfər əvvəllər tanımadığı adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs yaxasından tutaraq saxladığını görmüşdür. O, həmçinin Təqsirləndirilən şəxs sağ əlində pulların da olduğunu görmüş, həmin vaxt Zərərçəkmiş şəxs2 həmin şəxsin otağa daxil olub paltar şkafındakı çantasının içərisindəki pul qabından ona məxsus pulları oğurlayarkən görüb qaçmağına imkan veməmək üçün tutub saxladığını bildirmişdir. Bundan sonra o, paltar şkafındakı çantasının içərisindəki pul qabına baxdıqda həqiqətən də qeyd olunan məbləğdə pulların yerində olmadığını dəqiqləşdirmişdir. Təqsirləndirilən şəxs onun otağına qanunsuz daxil olub paltar şakfına qoyduğu əl çantasının içərisindəki pul qabından ona məxsus 1.010 manat pulu götürdüyünü dəqiqləşdirdikdən sonra həmin stansiyanın böyük tibb bacısı Şahid DİNin 102 xidməti zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonra hadisə yerinə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları gəlmiş və arşadırma aparmağa başlamışlar. Araşdırma apardıqdan sonra ona məxsus pulları özünə qaytarmışlar. Hal-hazırda ona dəymiş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, cinayət hadisəsinin törədildiyi vaxt ünvan 5 ünvanında yerləşən 5 saylı X13 Stansiyasında təchizat otağının tibb bacısı vəzifəsində işləmişdir. 03.11.2020-ci il tarixdə səhər saat 09 radələrində işə gəlib işlədiyi 5 saylı X13 Stansiyasının binasına daxil olub iş otağına keçib işləri ilə məşğul olmuşdur. Həmin vaxt stansiyanın digər işçiləri baş həkimin keçirdiyi iclasda işitrak etmək üçün stansiyanın arxa tərəfində yerləşən həyətə getmişlər və binada ondan başqa heç bir işçi qalmamışdır. O, otaqda işlərini görən zaman kənar kiminsə binaya daxil olduğunu və Zərərçəkmiş şəxs1 otağında olmadığı halda həmin şəxsin sonuncunun otağına tərəf gedərək otağa qanunsuz daxil olduğunu eşitmişdir. Belə olan halda o, şübhələndiyi və nə baş verdiyini dəqiqləşdirmək üçün Zərərçəkmiş şəxs1 iş otağına tərəf getmişdir. Otağa daxil olduqda adı və soyadı sonradan ona məlum olan Təqsirləndirilən şəxs sağ tərəfdə olan paltar şkafındakı çantanın içərisindəki pul qabından Zərərçəkmiş şəxs1 məxsus pulları oğurladığını görmüşdür. Həmin şəxsin oğurluq etdiyini bilib dərhal ona yaxınlaşmış, Təqsirləndirilən şəxs qaçmaq istəyərkən onun yaxasından tutub qaçmağına imkan verməmişdir. Həmin vaxt qolu ağrısa da, o əllərini onun yaxasından buraxmayıb qaçmağına imkan verməmiş, sonra yüksək səslə qışqırıb səs salaraq stansiyanın digər işçilərini köməyə çağırmışdır. Binanın həyətində olan Zərərçəkmiş şəxs1 və digər işçilər onun olduğu otağa gəlmişlər. O, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onun iş otağına daxil olub paltar şkafından ona məxsus əl çantasındakı pul qabından pulları oğurladığını görüb saxlayaraq qaçmağa imkan vermədiyini və oğurlanmış pulların sonuncunun sağ əlində olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 otağındakı paltar şkafının içərisində olan çantadakı pul qabına baxdıqda həqiqətən qeyd olunan yerdə pulların olmadığını və Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı üçün tam şəkildə onun əlində olduğunu görmüşdür. Təqsirləndirilən şəxs əlində olan pulları ona verdikdən sonra saydıqda Zərərçəkmiş şəxs1 pul qabından ona məxsus 10 ədəd 100 manatlıq və 2 ədəd 5 manatlıq pul əskizanlarını, ümumilikdə isə 1.010 manat məbləğində pulu oğurladığı məlum olmuşdur. Sonra isə həmin stansiyanın böyük tibb bacısı Şahid DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları gəlib araşdıma aparmışlar. Araşdırma aparıldıqdan sonra pullar Zərərçəkmiş şəxs1 tam şəkildə geri qaytarılmışdır. Hal hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur və ona təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, cinayət hadisəsinin törədildiyi vaxt ünvan 2 ünvanında yerləşən 5 saylı X13 Stansiyasında böyük tibb bacısı vəzifəsində işləmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs1 stansiyada böyük həkim vəzifəsində işləmişdir. O, 03 noyabr 2020-ci il tarixdə səhər saat 09 radələrində stansiyada işləyən digər tibb işçiləri ilə birlikdə stansiyanın baş həkiminin stansiyanın arxa tərəfində həyətdə açıq havada keçirdiyi iclasa getmişdir. İclasa gedən zaman o, stansiyada təchizat otağının tibb bacısı Zərərçəkmiş şəxs2 öz iş otağında qaldığına diqqət yetirmişdir. İclas başlayandan təxminən 5 dəqiqə sonra o və iclasda iştirak edən digər tibb işçiləri Zərərçəkmiş şəxs2ın qışqırıq səsini eşidərək dərhal hamısı stansiyanın içərisinə tərəf qaçmışdır. İçəri daxil olduqda sonuncunun səsinin Zərərçəkmiş şəxs1 xidməti iş otağından gəldiyini eşitmişlər. Zərərçəkmiş şəxs1 xidməti iş otağına çatdıqda Zərərçəkmiş şəxs2 adı və soyadı sonradan ona məlum olan Təqsirləndirilən şəxs tutub saxladığını, həmçinin Təqsirləndirilən şəxs əlində pulların da olduğunu görmüşdür. O dərhal Zərərçəkmiş şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs2 kömək edib pulu almışlar. Həmin vaxt Zərərçəkmiş şəxs2 onlara qeyd olunan şəxsin Zərərçəkmiş şəxs1 dolabında olan əl çantasının içərisindəki pul qabından sonuncuya məxsus pulları oğurlayarkən yaxaladığını bildirmişdir. Pulları ondan aldıqdan sonra Təqsirləndirilən şəxs pul qabından 10 ədəd 100 manatlıq və 2 ədəd 5 manatlıq pul əskinazlarını oğurladığını görmüşdür. O, bundan sonra dərhal DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Sonra hadisə yerinə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları gəlmişlər və xidməti vəzifələrini yerinə yetirmişlər. İş materiallarında olan 03 noyabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 1.010 manat pulun oğurlanmasına dair Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin təhqiqatçısı Ziyatxan Əliyev tərəfindən Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir (i/v 6-9). İş materiallarında olan “Könüllü təqdim edilmiş əşyanın götürülməsi və əşyaya baxış keçirilməsi haqqında” 03 noyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş pul əskinazlarının surətindən, fotocədvəldən görünür ki, 5 saylı TTYS-nın böyük həkimi Zərərçəkmiş şəxs1 tərəfindən 01 ədəd A67638429 seriyalı 100 manat pul əskinazı, 01 ədəd C46788956 seriyalı 100 manat pul əskinazı, 01 ədəd A70173002 seriyalı 100 manat pul əskinazı, 01 ədəd A00789144 seıiyalı 100 manat pul əskinazı, 01 ədəd A88789144 seriyalı 100 manat pul əskinazı, 01 ədəd A92681419 seriyalı 100 manat pul əskinazı, 01 ədəd A79433646 seriyalı 100 manat pul əskinazı, 01 ədəd A72656511 seriyalı 100 manat pul əskinazı, 01 ədəd C85463176 seriyalı 100 manat pul əskinazı, 01 ədəd C68837884 seriyalı 100 manat pul əskinazı, 01 ədəd A58981117 seriyalı 100 manat pul əskinazı, 01 ədəd C45885080 seriyalı 5 manat pul əskinazı və 01 ədəd C08347199 5 manat pul əskinazı Nəsimi rayon polis idarəsinin 19-cu Polis şöbəsində aparılan araşdırma zamanı təhqiqatçı Ziyatxan Əliyevə təqdim olunmuşdur (i/v 18-22). İş materiallarında olan 03 noyabr 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən 03 noyabr 2020-ci il tarixdə 10 ədəd 100 manatlıq, 2 ədəd 5 manatlıq əskinazlar (1010 manat) Nəsimi rayon polis idarəsinin 19-cu Polis şöbəsinin təhqiqatçısı Ziyatxan Əliyevdən təhvil alınmışdır (i/v 23). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 26 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd A67638429 seriyalı 100 manat pul əskinazı, 01 ədəd C46788956 seriyalı 100 manat pul əskinazı, 01 ədəd A70173002 seriyalı 100 manat pul əskinazı, 01 ədəd A00789144 seıiyalı 100 manat pul əskinazı, 01 ədəd A88789144 seriyalı 100 manat pul əskinazı, 01 ədəd A92681419 seriyalı 100 manat pul əskinazı, 01 ədəd A79433646 seriyalı 100 manat pul əskinazı, 01 ədəd A72656511 seriyalı 100 manat pul əskinazı, 01 ədəd C85463176 seriyalı 100 manat pul əskinazı, 01 ədəd C68837884 seriyalı 100 manat pul əskinazı, 01 ədəd A58981117 seriyalı 100 manat pul əskinazı, 01 ədəd C45885080 seriyalı 5 manat pul əskinazı və 01 ədəd C08347199 5 manat pul əskinazı maddi sübut kimi tanınmışdır (i/v 162-170). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 noyabr 2020-ci il tarixli arayışdan, Abşeron rayon məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə 24.10.2016-cı il tarixdə Abşeron rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 09.03.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i/v 151-154, 157-161). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 4(006)-647/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 62-63, 97-99). İş materiallarında olan Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X12 10 noyabr 2020-ci il tarixli 908 saylı ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarət - sol mil bilək oynağı nahiyəsinin qançırı küt əşyanın təsirindən müqayinədən bir neçə saat əvvəl qərarın təsviri hissəsində göstərilən 03.11.2020-ci il tarixdə əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərmiş və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmamışdır (i/v 111-112). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)-43/2021 saylı, 05 mart 2021-ci il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2021-ci il tarixli 1(103)-853/2021 saylı Qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin hökmdən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş 09 fevral 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ona dəymiş maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.3 və 29, 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən qismən etiraf edilsə də, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.3 və 29, 180.2.4-cü maddələri ilə düzgün tövsüf edilmişdir və o törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs əməlinin oğurluğa cəhd kimi qiymətləndirilməsini özünü müdafiə xarakterli hesab etməklə qeyd edir ki, hadisənin törədildiyi zaman Zərərçəkmiş şəxs2 tərəfindən cinayət əməlinin aşkar edildiyi vaxt Təqsirləndirilən şəxs qaçmağa cəhd göstərmiş, lakin zərərçəkmiş şəxs tərəfindən yaxasından tutularaq buna imkan verilməmiş, Təqsirləndirilən şəxs qaçmağa cəhd göstərərkən zərərçəkmiş şəxsin sağlamlığına zərər vurmayan xəsarət yetirmiş, lakin təqsirləndirilən şəxs iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək soyğunçuluğa cəhd etmiş, bununla da, cinayət əməli düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 29, 180.2.3 və 29, 180.2.4-cü maddələrinə tövsüf edilmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-43/2021 saylı, 05.03.2021-ci il tarixli hökmü ilə 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-43/2021 saylı, 05.03.2021-ci il tarixli ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 03 noyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd A67638429 seriyalı 100 manat pul əskinazın, 01 ədəd C46788956 seriyalı 100 manat pul əskinazın, 01 ədəd A70173002 seriyalı 100 manat pul əskinazın, 01 ədəd A00789144 seıiyalı 100 manat pul əskinazı, 01 ədəd A88789144 seriyalı 100 manat pul əskinazın, 01 ədəd A92681419 seriyalı 100 manat pul əskinazın, 01 ədəd A79433646 seriyalı 100 manat pul əskinazın, 01 ədəd A72656511 seriyalı 100 manat pul əskinazın, 01 ədəd C85463176 seriyalı 100 manat pul əskinazın, 01 ədəd C68837884 seriyalı 100 manat pul əskinazın, 01 ədəd A58981117 seriyalı 100 manat pul əskinazın, 01 ədəd C45885080 seriyalı 5 manat pul əskinazın və 01 ədəd C08347199 5 manat pul əskinazın Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına və X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, 03 noyabr 2020-ci il tarixli “müdafiəçi dəvət edilməsi haqqında” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-396/2020 saylı, 17 dekabr 2020-ci il tarixli qərara əsasən 29 dekabr 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat və məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.3 və 29, 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-43/2021 saylı, 05.03.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 03.11.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd A67638429 seriyalı 100 manat pul əskinazın, 01 ədəd C46788956 seriyalı 100 manat pul əskinazın, 01 ədəd A70173002 seriyalı 100 manat pul əskinazın, 01 ədəd A00789144 seıiyalı 100 manat pul əskinazı, 01 ədəd A88789144 seriyalı 100 manat pul əskinazın, 01 ədəd A92681419 seriyalı 100 manat pul əskinazın, 01 ədəd A79433646 seriyalı 100 manat pul əskinazın, 01 ədəd A72656511 seriyalı 100 manat pul əskinazın, 01 ədəd C85463176 seriyalı 100 manat pul əskinazın, 01 ədəd C68837884 seriyalı 100 manat pul əskinazın, 01 ədəd A58981117 seriyalı 100 manat pul əskinazın, 01 ədəd C45885080 seriyalı 5 manat pul əskinazın və 01 ədəd C08347199 5 manat pul əskinazın Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat və X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar