Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-14/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili X7, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2015-ci il tarixli, 2(006)-572/2015 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan 10174 (on min yüz yetmiş dörd) manat məbləğində pulun, dövlət rüsumu əvəzi kimi 30 (otuz) manat və hüquqi xidmət əvəzi kimi ödənilmiş 200 (iki yüz) manatın, cəmi 10404 (on min dörd yüz dörd) manat məbləğində pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2015-ci il tarixli, 2(006)-572/2015 nömrəli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, buna görə 12 may 2015-ci il tarixdə həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası İXM-nin 313- 1.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs cəzası ilə cəzalandırılmasına və ona dəfələrlə tələbi icra etməsi üçün xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış, şəxsi maraqları naminə qanunsuz əməllərini davam etdirərək həmin məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. Belə ki, tikinti şirkətində iş icraçısı vəzifəsində işlədiyi müddətdə Zərərçəkmiş şəxs mütəmadi olaraq inşaat materialları götürmüşdür. İnşaat materillarının dəyərini bir çox hallarda nağd qaydada ödəsə də, bəzən üzərində pul olmadığı üçün sonradan ödəniş etmişdir. Sonradan isə maddi vəziyyəti pisləşdiyi üçün borclarını ödəyə bilmədiyindən Zərərçəkmiş şəxs həmin borcun ondan alınması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 28.01.2015-ci il tarixli qətnaməsi ilə Zərərçəkmiş şəxs iddiası təmin edilərək ondan 10.174 manat məbləğində borc, dövlət rüsumu üçün ödənilmiş 30 manat və hüquqi xidmət üçün ödənilmiş 200 manat olmaqla, cəmi 10.404 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün icra şöbəsinə göndərilmişdir. İcra sənədinə əsasən icra məmuru 17.03.2015-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edərək icranı təmin etmək üçün ona 10 gün müddət vermişdir. Lakin onun maddi vəziyyəti pis olduğu üçün icra sənədini icra edə bilməmiş və icra məmurunun çağırışlarına getməmişdir. Bu səbəbdən də barəsində axtarış elan edilmiş və 12.03.2015ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. İcra şöbəsində izahatı alındıqdan sonra barəsində inzibati protokol tərtib edilmiş və daha sonra məhkəməyə təqdim olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin 12.03.2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 gün müddətində inzibati həbs cəzası seçilmişdir. Məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmamışdır. Qətnamədə qeyd edilən borcu ödəməyə maddi imkanı olmadığından icra sənədini icra etməsi mümkün olmamışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyandan 3400 manatını ödəmişdir. Qalan məbləği də ödəyəcəyinə söz vermişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2014-cü ildən fərdi sahibkar kimi özünə məxsus mağazada inşaat materiallarının satışını həyata keçirir. Tikinti şirkətinin icraçı direktoru olan Təqsirləndirilən şəxs da həmin vaxtdan tanıyır. Təqsirləndirilən şəxs ona məxsus mağazadan bir neçə dəfə inşaat materiallarını nağd ödəniş etməklə alsa da, sonradan ödəniş etməyərək nisyə 10.174 manat dəyərində inşaat materialları almışdır. Ondan borcunu ödəməsini istəsə də, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. O da məcbur qalaraq 2015-ci ildə həmin məbləğin Təqsirləndirilən şəxs alınaraq ona verilməsi üçün iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 28.01.2015-ci il tarixli qətnaməsinə əsasən 10174 manat məbləğində pulun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 200 manat məbləğində hüquqi xidmət üçün ödənilmiş pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qətnamə çıxarılmış və qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün icra şöbəsinə göndərilmişdir. İcra sənədi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra edilməmişdir. Hazırda ona dəymiş ziyanın bir qismi, yəni 3400 manat ödənilmişdir. Qalan 7000 (yeddi min) manatın da ödənilməsini tələb edir. Qeyd olunaları nəzərə alaraq, təqsirləndirilən şəxs barəsində ağır cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Şahid2 ifadə verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-572/2015 saylı, 28.01.2015-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 10.174 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat və hüquqi xidmətin əvəzi kimi 200 manat məbləğində pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi əsasında başlanılmış icra işi 27.11.2019-cu il tarixdə icraatına daxil olmuşdur. Borclu Təqsirləndirilən şəxs dəfələrlə icra şöbəsinə gəlməsi barədə rəsmi bildiriş göndərilmiş, həmçinin onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edilərək icra şöbəsinə dəvət edilmişdir. Lakin Təqsirləndirilən şəxs icra şöbəsinə gəlməmiş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməyərək borclu olduğu məbləğdən heç bir ödəniş etməmişdir. İş materiallarında olan Nəsimi rayon icra şöbəsinin icra məmuru Şahid1 tərəfindən verilmiş “cinayət məsuliyyətinə cəlb olunma haqqında” 21.04.2016-cı il tarixli təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasının məqsədəmüvafiq hesab edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq idarəsinin rəisi Zakir Qafarova təqdimat verilmişdir (i/v 7-8). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.01.2015-ci il tarixli, 2(006)-572/2015 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə 10174 (on min yüz yetmiş dörd) manat məbləğində pulun, dövlət rüsumu əvəzi kimi 30 (otuz) manat və hüquqi xidmət əvəzi kimi ödənilmiş 200 (iki yüz) manatın, cəmi 10404 (on min dörd yüz dörd) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul olunmuşdur (i/v 11-13). Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5832/2015 saylı, 28.10.2015-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.01.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (i/v 35-38). İş materiallarında olan qeyd olunan icra sənədi üzrə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 17.03.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası üçün borclu Təqsirləndirilən şəxs vaxt müəyyən edilmiş və bununla bağlı ona bildiriş göndərilmişdir. Lakin bu müddətdə məhkəmə aktı könüllü icra olunmadığından tələbin borclunun əmlakına, qazancına və ya digər gəlirlərinə yönəldilməsi üçün məcburi icra hərəkətləri həyata keçirilərək müvafiq orqanlara sorğular edilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır (i/v 14-15, 31-32, 42). İş materiallarında olan borclunun axtarılması haqqında 27.04.2015-ci il tarixli qərardan və məktubdan görünür ki, Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi təmin etməkdən yayındığı və olduğu yerin məlum olmaması səbəbindən barəsində axtarış elan edilmiş və icra olunması üçün Xətai rayon Polis İdarəsinə göndərilmişdir (i/v 19-20). İş materiallarında olan Xətai rayon Polis İdarəsinin rəis müavini tərəfindən Nəsimi rayon icra şöbəsinin rəisinə ünvanlanmış 12.05.2015-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tutularaq şöbəyə təhvil verilmişdir (i/v 21). İş materiallarında olan məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.05.2015-ci il tarixli, 3(006)-464/2015 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir (i/v 23-26). İş materiallarında olan 08.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 254). İş materiallarında olan ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması və icraatın dayandırılması haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş və istintaqa təhvil verilənədək cinayət işinin icraatı dayandırılmışdır (i/v 70-71). İş materiallarında olan cinayət işinin icraatının təzələnməsi haqqında qərardan və axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.05.2016-cı il tarixdə, saat 10:00 radələrində saxlanılmışdır (i/v 77-79). İş materiallarında olan “qətimkan tədbiri seçmək haqqında” 29.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 248). İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs borclu olduğu 10.404 manat puldan 1500 manat ödəmişdir. İş materiallarında olan 19.08.2021-ci il tarixli qəbzdən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 1500 manat pulu almışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.10.2012-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (hal-hazırda bu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsidir) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məhkum olunmasını və dəymiş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və ilk dəfə məhkum olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27, mənzil 96 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-360/2021 saylı, 27.05.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 07.06.2021-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27, mənzil 96 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-14/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-14/2022
24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver