Məhkəmə qərarları › İş №1(006)-141/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-141/2020

08.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-141/2020 08.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxsxx xxxxxx 2020-ci il tarixi, saat 18:45 radələrində Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşlarıtərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi 23 saylı ünvanın qarşısında saxlanılmış və özü polis əməkdaşlarının təklifi ilə əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə, təmiz çəkisi 0.285 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroini polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə, saat 18:00 radələrində “Papanin” kimi tanınan əraziyə gedərək istifadə etmək üçün tanımadığı şəxsdən 9 manata bir büküm narkotik vasitə olan el içində “Kakos” adlanan narkotik maddə heroini almışdır. Heroini aldıqdan sonra yaşadığı ünvana gedən zaman, təxminən saat 18:45 radələrində, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi 23 saylı ünvanın qarşısında 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Onlardan biri sonuncunu telefonun kamerası ilə çəkməyə başlamış, digəri isə özünü təqdim etmiş və üzərində qanunla qadağan edilmiş narkotik vasitə olub olmadığını xəbər almışdır. O, üzərində narkotik vasitə olmasını etiraf etmiş və həmin narkotik vasitəni əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən çıxarıb həmin şəxsə təqdim etmişdir. Bundan sonra həmin şəxs onu polis bölməsinə dəvət etmişdir və xidməti otaqların birində sonuncuya hüquq və vəzifələri izah olunmuşdur. Polis bölməsində təhqiqatçı tərəfindən, onu gətirmiş polis əməkdaşlarının, mütəxəssisin iştirakı ilə üzərinə baxış keçirilərkən, daha öncə üzərində aşkar edilmiş və təqdim etdiyi, bükümün içərisində olan maddə haqqında sual vermişlər. Cavab olaraq həmin bükümdə “Kakos” olmasını və həmin maddəni Bakı şəhərindən, “Papanin” kimi tanınan ərazidən tanımadığı şəxsdən 9 manata almağını və belindəki ağrılar ilə əlaqədar istifadə etdiyini bildirmişdir. Daha sonra onun üzərinə, daha dəqiq desə əynindəki qara rəngli gödəkçəyə, göy rəngli şalvara, ayaqqabılarına, corablarına baxış keçirilmişdir, qanunla qadağan edilmiş əlavə heç bir əşya tapılmamışdır. Üzərinə baxış videokamera vasitəsi ilə qeydə alınmışdır, həmin videogörüntüyə baxılmışdır və o bu barədə tərtib olunmuş protokola heç bir etirazının olmamasını bildirmişdir. Daha sonra üzərində aşkar olunan maddə zərfə qoyulub möhürlənərək ekspertizaya göndərilmişdir. Tədqiqatdan sonra həmin ekspertiza rəyi ona təqdim edilmişdir. Narkotik vasitələrin satışı ilə məşğul deyildir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, himayəsində iki az yaşlı uşağının olmasını, məhkumluğunun olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxstəqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmişNəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixində Bakı şəhərində yaşayan “Tofiq” adlı şəxsin şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş, “Tofiq” adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, onun cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa tərəfindən bölmənin əməliyyat müvəkkili Şahid2 də daxil edilmişdir. O, keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət edəcəkləri barədə təlimatlandırılmışdır. “Tofiq” adlı şəxsin digər təhqiqat üsulları ilə ifşa edilməsi qeyri mümkün olduğundan onun cinayət əməllərinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə Əməliyyat-Axtarış fəaliyyəti haqqında qanunda nəzərdə tutulmuş bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə PBnin rəisi tərəfindən razılıq verildikdən sonra onun cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə, Şahid2 ilə birlikdə, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, 23 saylı ünvanın qarşısında təxminən saat 18:45 radələrində əməliyyat məlumatında göstərilən “Tofiq” adlı şəxsin xarici görünüşü ilə oxşar olan şəxs görmüşlər. Şahid2 həmin şəxsə yaxınlaşmaqlarını mobil telefonun kamerası ilə qeydiyyata almağını bildirmişdir. Həmin şəxsə yaxınlaşaraq adını soruşmuş, sonuncu adının Tofiq olduğunu bildirmişdir. Həmin şəxsə özünü təqdim etmiş və üstündə narkotik vasitə saxlaması, qəbul etməsi və daşıması barədə məlumat daxil olduğunu bildirmiş, üzərində hər hansı qanunsuz əşya və ya narkotik vasitənin olub olmaması barədə sual etmişdir. Tofiq adlı şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü ona təqdim edərək narkotik vasitə olduğunu və bədənində ağrılar olduğu üçün istifadə etdiyini bildirmişdir. Həmin bükümü ondan götürmüş və onlarla birgə 20-ci PB-yə getməli olduğunu bildirmişdir. Həmin şəxs etiraz etməmişdir və onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Həmin şəxs polis bölməsinə gətirildikdən sonra PB-yə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmışdır. Daha sonra narkotik vasitə saxlaması, qəbul etməsində şübhəli olması ehtimal edildiyindən onun üstünə baxış keçirilməsi məqsədilə bölmə rəhbərliyinə raportla məruzə etmişlər və həmin raportun icrası Nəsimi RPİ-nin 20-ci PB-nin baş təhqiqatçısı polis kapitanı Tuqay Mehtiyevə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs baş təhqiqatçı Tuqay Mehtiyevin iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını izah edərək vəkillərin siyahısı ilə tanış etmiş, Təqsirləndirilən şəxs vəkillərdən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hər hansı vəkilin gəlməsinin istədiyini bildirdiyi üçün təhqiqatçı Fizuli Qasımovu PB-yə dəvət edib Təqsirləndirilən şəxs təqdim etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edib üzərində şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacağını bildirmiş, sonuncu isə etiraz etməmişdir. Bundan sonra, təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb masanın üstünə qoymasını təklif etmişdir. Vətəndaş Təqsirləndirilən şəxs üzərində hər hansı əşyanın olmadığını bildirmişdir. Ondan daha öncə saxlanılarkən təqdim etdiyi gümüşü siqaretin içində nə olması barədə sual edilmiş, sonuncu həmin bükümün içində “Kakos” deyilən narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün Nəsimi rayonunda “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 9 manata aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və heç bir əşya aşkar edilməmişdir. Ondan üst-başını səliqəyə salması tələb edilmişdir. Daha sonra həmin siqaretin gümüşü kağız kəsiyinə bükülmüş maddə bağlanıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hər kəs həmin protokola, eləcə də zərflərin üzərinə imzalamışlar. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PBnin əməliyyat müvəkkili Şahid2 ifadəsi elan olundu və müəyyən edildi ki,o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 26-27-cü vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxshəmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 105-107-ci vərəqələrində olan Nəsimi rayon X10 şöbəsinin müstəntiqi, polis leytenantı X4 xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 173-174-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, T.A. Mustafayev barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 65-68-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3990 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindənaşkarolunmuşbirədədbükümdəolanpsixotropmaddəheroindir, təmizçəkisi0,285qramdır. Heroin“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”siyahısına (İ siyahı) daxildir. Heroinintəmizçəkisi0,285qram, tədqiqatasərfedilmiş 0,05 qram, qalıq0,235qramolmuşdur. Cinayət işinin 66-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 116-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 506 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnənAsılılıqSindromu “narkomaniyaxəstəliyi” aşkarolunur. Narkomaniyadanməcburimüalicəyəehtiyacıvardır. Məcburimüalicəyəəksgöstərişiyoxdur. Ərazinarkolojidispanserindəqeydiyyataalınmasıməsləhətgörülür. Cinayət işinin 109-110-cu vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş 01 ədəd zərfdə olan 1 ədəd bükümdə təmiz çəkisi 0,285 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalan 0,235 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitəheroin Nəsimi RPİ-nin növbətçi hissəsinə maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 112-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 127.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qazancından 15% məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin 104a və 104b vərəqələrində olan doğum haqqında şəhadətnamələrdən görünür ki, xx xxxxxx 2006-cı il tarixində doğulmuş X6 və xx xxxxxxx 2007-ci il tarixində doğulmuş X1 ataları Təqsirləndirilən şəxs, anaları isə X5r. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik maddə hesab olunan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, himayəsində iki az yaşlı övladının olmasını, həmçinin məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, sonuncunun özünü təqsirli bilməsini, himayəsində iki az yaşlı övladının olmasını, həmçinin məhkumluğunun olmamasını, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 506 saylı rəyinə əsasən Təqsirləndirilən şəxsbarəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxstətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,235 qram narkotik vasitə olan heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki,Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsbarəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Nəsimi Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,235 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakışəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun“xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar