Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-141/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi Əlibaba oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Talabıqışlaq ərazi dairəsi, Küçeyi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,571 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib ozünda saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 19-cu polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2024-cu il tarixdə saat 03:40-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Baki şəhəri, ünvan 3ləşən Nəsimi rayon polis idarəsinin 19-cu polis söbəsinin inzibati binasina aparilmiş va orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,571 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 06 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən "Kontakt Home" magazasının qarşısında dayanmış Zərərçəkmiş şəxs ogluna yaxınlaşıb sonuncunu söhbət etmək adı ilə həmin prospektin 53 saylı ünvanının qarşısına, qaranlıq əraziyə aparıb orada sonuncunun iradəsinə zidd olaraq əynindəki şalvarınin cibindən 50 manat pulunu və 2 manat 60 qəpik dəyərində 01 qutu «Rothmans» markal siqaretini ələ keçirməklə açıq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 52 manat 60 qəpik məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmisdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, az müddətdir ki, “şüşə” adlanan psixotrop maddə qəbul edir. Belə ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində öz istifadəsi üçün əvvəllər qiyabi olaraq tanıdığı, lakin adını bilmədiyi şəxsdən psixotrop maddə olan “şüşə” almışdır. xx.xx.2024-cü il tarixdə, saat 03:30-da ünvan 5 ünvanının qarşısında olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini polis əməkdaşları olaraq təqdim etdikdən sonra ondan özünü təqdim etməsini bildirmişlər. O da özü haqda anket məlumatlarını şifahi təqdim etmiş və bundan sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə etmə, saxlama və istifadə etməkdə şübhəli olmasına dair onlarda məlumatın olduğunu dedikdə o, səmimi olaraq üzərində psixotrop maddə olduğunu demişdir. Polis əməkdaşları ona Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə getməyi dəvət etmiş və o, buna etirazını bildirmədən polis əməkdaşları ilə həmin şöbəyə getmişdir. Polis şöbəsinin inzibati binasında xidməti otaqlardan birində onun hüquq və vəzifələri izah edilərkən o, müdafiəçi istəmiş və dövlət hesabına ona müdafiəçi təyin edilmişdir. Ona müdafiəçinin iştirakı ilə üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etmək təklif edilmişdir. O da əynindəki açıq göy rəngdə olan şalvarının sağ cibindən 01 odəd ağ kağız kəsiyinə bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində başqa bir əşya və ya predmet olmadığını bildirmişdir. Sonra üzəri tam olaraq yoxlanıldıqdan sonra heç bir qanunla qadağan edilən əşya tapılmamışdır. Onun təqdim etdiyi 01 ədəd bükümün içərisindəkinin nə olduğu soruşulmuş və o, həmin bükümün içərisindəkinin psixotrop maddə olan “şüşə” olduğunu, həmin maddəni 30 (otuz) manata Xırdalan şəhərindən aldığını bildirmişdir. Bundan sonra içərisi boş olan zərf ona və iştirakçılara təqdim olunmuşdur. İçərisində “şüşə” olan 01 ədəd bükümün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüləcəyi bildirilmişdir. Bundan sonra qeyd edilənlər zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 180.1ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 24 oktyabr 2024-cü il tarixdə pulu olmadığından özünə məxsus “REDMİ-10 C” markalı mobil telefonu Nəsimi rayonu, 3-cü mikrorayon ərazisindəki lombarda girov qoyaraq 55 manat pul götürmüşdür. 25 oktyabr 2024-cü il tarixə keçən gecə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsinə gəlmiş və Əkbər adlı tanışı ilə kafedə oturmuşdur. Orada bir müddət oturduqdan sonra pivə almaq üçün kafedən çıxmış və bu zaman Hikmət adlı tanışını görmüşdür. Hikmətin yanında adını sonradan bildiyi və əvvəllər tanımadığı Ceyhun adlı şəxs olmuşdur. Onlar görüşmüş və məhəllə arasındakı söhbətgahda oturub söhbət etmişlər. Bir qədər söhbət etdikdən sonra o, Ceyhun və Hikmətdən uzaqlaşıb Əkbərlə birlikdə yenidən kafeyə qayıtmışdır. O, Ceyhun adlı şəxsin pulunu götürməmiş, onun həmin pula ehtiyacı olmamışdır. Nəsimi Rayon Polis İdarəsində olan zaman müstəntiq ona bu əməli boynuna almasını, Ceyhun adlı şəxsə 50 manat verməsini və bu əmələ görə tutulmayacağını bildirmişdir. O da müstəntiqin sözünə inanıb sənədlərə qol çəkmişdir. Həmçinin tutulmayacağını güman etdiyi üçün barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilən zaman məhkəmədə CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməməsini deməmişdir. Daha sonra Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli olmadığı üçün həmin maddə ilə ona bəraət verilməsini, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini isə səmimi etiraf etməsini, peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq həmin maddə ilə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, heç bir yerdə rəsmi olaraq çalışmır, fərdi işlər, təmir-tikintidə fəhlə işləri olanda fəhlə kimi çalışır. X1 Nəsimi rayonu, Xutor qəsəbəsində yaşadığından və onun oğlunun ad günü olduğundan iştirak etmək üçün xx.xx.2024-cü il tarixdə gündüz vaxtlarından qardaşının evinə getmişdir. Axşam saatlarınadək qardaşının evində olmuş və məclisdə iştirak etmişdir. xx.xx.2024-cü il tarixə keçən gecə saat 01 radələrində qardaşının evindən çıxaraq taksi ilə evə getmək qərarına gəlmişdir. Evdən çıxıb Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinə doğru piyada hərəkət etmişdir. Üzərində nağd pulu olmadığından 5103 0716 3691 5502 Kapital bank kartından H.Əliyev küçəsindəki bankomatdan 2 ədəd 20 manat 2 ədəd 10 manat olmaqla 60 manat pul çıxartmışdır. Pulu çıxarandan sonra yaxınlıqdakı çayxanaların birində oturub mürəbbəli çay içmiş, sonra 2 manat 60 qəpiyə 1 ədəd «Rothmans» markalı siqaret almışdır. Təxminən gecə saat 3-dək vaxtını o ətrafda keçirtmişdir. Çay içərkən əvvəllər tanıdığı, yaşadığı ərazidəki vulkanizasiyada işləyən X6 yadına düşmüş və istəmişdir ki, dəvət edib onunla çay içsin. Başqa bir tanışının vasitəsilə Hikmətə məlumat göndərmişdir ki, onun taksi pulunu verəcək və 20 yanvar dairəsinə gəlsin. O, Hikməti qarşılamaq üçün 3-cü mikrorayon dairəsindən 20 Yanvar dairəsinə doğru piyada getmişdir. Saat təxminən 05 radələrində o, Hikməti 20 Yanvar dairəsində qarşılayıb 2 manat taksi pulu vermişdir. Sonra onlar yaxınlıqdakı çayxanaya gedib çay içmək istədikdə əvvəllər tanımadığı və sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs adlı və ondan bir az kənarda Əkbər adlı şəxslərlə qarşılaşmışlar. Təqsirləndirilən şəxs onunla olan Hikmət Kərimlini tanımış və əlini boynuna salıb görüşmüş və sonra onun kim olduğunu Hikmətdən soruşduqda sonuncu onların tanış və dost olduqlarını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təklif etmşdir ki, binaların arasındakı məhləyə daxil olub oradakı söhbətgahda oturub söhbət etsinlər. Onlar etiraz etməmişlər və Nəsimi rayonu, Moskva prospekti, “Kontakt Home” mağazası yaxınlığındakı məhəlləyə doğru getmişlər. Moskva prospekti 53 ünvanına daxil olduqda Təqsirləndirilən şəxs arxalarınca gələn Hikmət Kərimli və Əkbər adlı şəxslərə kənarda gözləmələrini bildirmiş və məhləyə daxil olduqda Təqsirləndirilən şəxs gözlənilmədən onu saxlayıb əli ilə üst-başını yoxlayaraq gödəkçəsinin zəncirbəndini açmış və ciblərini yoxlamışdır. Sonra şalvarının ciblərini yoxlamış və şalvarının sol cibində olan 2 ədəd 20 manat, 1 ədəd 10 manat olmaqla cəmi 50 manat pulunu, sonra digər cibindən siqaret qutusunu çıxarmışdır. Bundan sonra şalvarının arxa sağ cibində şəxsiyyət vəsiqəsini, pensiya kartından ibarət sənədləri çıxarıb üzərini yoxlamışdır. 50 manatı və siqaret qutusunu götürüb sənədləri dayandıqları yerdəki avtomobilin kapotu üzərində qoyaraq götürməsini və səs-küy salmadan gözündən rədd olmasını bildirmişdir. Pulunu və siqaretini götürməsinə etiraz etdikdə ona hədə-qorxu baxışları ilə baxıb tez buradan rədd olmağını bildirmişdir. O, sənədlərini götürüb cibinə qoyaraq oradan uzaqlaşmışdır. Hikmət Kərimli həmin şəxsin hərəkətlərini görüb ona təklif etmişdir ki, tez 102 xidmətinə zəng etsinlər. Onun özü də bu fikirdə olduğundan Hikmətin və sonra onun arxasınca gedən Əkbər adlı oğlanın hara getmələrinə diqqət yetirmişdir. Həmin vaxt Hikmət Kərimli yaxınlıqdakı taksafonla onun adından DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Təxminən yarım saat sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və yaxınlıqdakı kafeyə daxil olan həmin şəxsləri saxlamaqla onları Nəsimi RPİ-nin 19-cu PŞ-nə aparmışlar. Orada o, baş verənləri izah etmiş və 50 manat pulunun 1 ədəd siqaret qutusunun soyğunçuluq yolu ilə ələ keçirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona fiziki zor tətbiq edilməmiş, xəsarət yetirilməmişdir. Təqsirləndirilən şəxsin əməli nəticəsində ona 52,60 manat ziyan dəymişdir. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-də əməliyyat müvəkkili olmuş, hazırda Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Sadiq oğlu ifadəsində göstərmişdir ki, xidmət etdiyi 19-cu polis şöbəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, «Hikmət» adlı şəxs, yəni Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində, saxlanmasında, gəzdirilməsində, istifadəsində və satılmasında şübhəlidir. Həmin məlumat haqqında dərhal Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi üçün Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün onunla birlikdə polis bölməsindən çıxıb inzibati ərazidə zəruri əməliyyataxtarış tədbirləri keçirməyə başlamışlar və həmin tarixdə saat 03:30-da əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsi ünvan 6 ünvanın qarşısında saxlamışlar. Həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, həqiqətən də o, Təqsirləndirilən şəxsdur. Beləliklə də, onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatın olduğunu bildirərək ondan birlikdə Nəsimi RPl-nin 19-cu PŞ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da razılışaraq onlarla birlikdə oradan polis bölməsinə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Nəsimi RPİ-in 19-cu PŞ-nə gətirilməsi barədə raportla bölmə rəhbərliyinə məruzə edilmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxsla bağlı zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Elvin Qənizadəyə həvalə olunmuşdur. Bununla bağlı, X8 tərəfindən Nəsimi RPİ-nin 19-cu PB-nin xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququ izah edilmiş, ondan vəkil istəyib-istəmədiyi soruşulmuş və o da maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını bildirmiş, onun üçün dövlət hesabına vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə yazıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Nəsimi rayonunda fəaliyyət göstərən «Xəzər Konsaltinq» Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin siyahıdan istənilən vəkil tərəfindən dövlət hesabına hüquqlarının müdafiə edilməsini xahiş etmişdir. Bundan sonra göstərilən büronun vəkili X10 gəlmiş, baş X8 onu Təqsirləndirilən şəxs təqdim etmiş və o da, etiraz etmədiyi üçün X8 bu barədə protokol tərtib etmişdir. Daha sonra X8 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edilərək ona hüquq və vəzifələri izah edilmiş və bundan sonra Təqsirləndirilən şəxs üstünə axtarış və götürmə keçirilməyə başlanmışdır. Beləliklə, X8 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı Nəsimi RPİ-nin KTQ-nin inspektor kriminalisti, polis kapitanı X11 tərəfindən «Sony» markalı videoaparat istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra X8 şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə olan qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümünü çıxararaq təqdim etmişdir. Bundan sonra X8 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə olan maddənin nədən ibarət olması, nə vaxt, haradan əldə etməsi barədə sorğu edərkən o, bükümün içərisində psixotrop maddə şüşə olduğunu, həmin vasitəni Abşeron rayonu, Xırdalan şəhərində, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. X8 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində saxladığı və çıxarıb təqdim etdiyi bir ədəd bükülüyə baxış keçirən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş bir ədəd bükülünün içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddə vardır. Bundan sonra X8 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparmış, lakin Təqsirləndirilən şəxs üzərindən digər heç bir qeyriqanuni əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra isə aşkar olunmuş yuxarıda qeyd olunan bükümdə olan maddə zərfə qoyularaq möhürlənərək götürülmüşdür. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər həmin protokolu öz imzaları ilə təsdiq etmişlər. Xidmət etdiyi bölmənin əməkdaşları Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop vasitə hesab olunan metamfetaminin mənbəyi ilə bağlı müvafiq qaydada təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini həyata keçirmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə hesab olunan metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin, onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19cu PŞ-də əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid3 Sadiq oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, Şahid1 ifadəsində göstərmişdir ki, 2008-ci ildən anket məlumatlarında qeyd etdiyi ünvanda anası ilə birlikdə yaşayır. Atası 2006-cı ildən dünyasını dəyişmişdir, özü subaydır, fərdi qaydada mebel təmiri və quraşdırılması ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən bir il olar ki, tanıyır. Onunla birlikdə ev təmiri işlərində işləmiş və köməkçi malyar olaraq ona kömək etmişdir. Aralarında münasibətləri olduğundan hərdən bir görüşmüşlər. 25 oktyabr 2024-cü il tarixdə saat təxminən 05 radələrində o, Hikmətin olduğu Moskva prospekti 53 ünvanda yerləşən “Kontakt Home” mağazasına tərəf gəlmiş və orada Hikmətlə görüşmüş, Hikmət bir ədəd “GO” və özü isə bir ədəd “Yaquar” içkisi alıb içmişlər. Həmin ərazidə söhbət edərkən onlara tərəf iki nəfərin, sonradan adları məlum olan Ceyhun və Hikmət adlı şəxslərin gəldiklərini görmüşdür. Onun dostu Təqsirləndirilən şəxs onlara tərəf gələnlərdən sonradan adı məlum olan Hikmət Kərimli ilə isti münasibətlərlə görüşmüş və onun yanındakı şəxsin kim olduğunu soruşmuşdur. Hikmət Kərimli adlı şəxs də yanındakı Ceyhun dediyi şəxsin dostu və tanışı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs digər Hikmət Kərimli ilə tanış olduqlarından aralarında ayaqüstü söhbət etmiş və sonra Təqsirləndirilən şəxs təklif etmişdir ki, məhlənin arasındakı söhbətgahların birində oturub söhbət edib vaxtlarını keçirsinlər. Ceyhun buna etiraz etmədiyindən məhləyə tərəf getmiş, onlardan sonra Hikmət Kərimli və ondan sonra o, hərəkət etmişdir. Təqsirləndirilən şəxs Ceyhun adlı oğlanın qoluna girərək qabaqda getdiklərindən onların tanış çıxdıqlarını və öz aralarında söhbət etdiklərini ehtimal edərək söhbətə müdaxilə etməmişdir. Onlar bir kənarda dayanmışlar və təxminən 3-5 dəqiqə sonra Hikmət ona işarə edib yaxınlıqdakı kafelərdən birinə daxil olub pivə və ya içki içməyi təklif etmişdir. Ceyhun və Hikmət Kərimli adlı şəxslər də onlardan aralaşmışlar. O, heç nədən şübhə etmədən və Təqsirləndirilən şəxs Ceyhuna qarşı hərəkətlərindən məlumatı olmadan onunla yaxınlıqdakı kafeyə daxil olmuşlar. Bu zaman polis əməkdaşları yaxınlaşıb onları Nəsimi RPİ-nin 19-cu PŞ-nə aparmışlar. Orada məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Ceyhun adlı şəxsi məhləyə söhbət etmək adı ilə aparıb ciblərindən 50 manat pulunu və siqaretini çıxarmışdır. Hətta heç nədən məlumatı olmadan Təqsirləndirilən şəxs siqaret alıb çəkmiş və sonra PŞ-də məlum olmuşdur ki, ona çəkmək üçün verdiyi “Rothmans” markalı siqaretin giləsi Ceyhun adlı şəxsin siqareti olmuşdur. Onun bu hadisədən məlumatı və əlbirliyi olmamış, Hikmətlə bu barədə əvvəlcədən hər hansı razılaşmaları olmamış və sonradan onun ələ keçirdiyi pulu bölməmiş, ona hər hansı pay ayrılmamışdır. Ceyhun adlı şəxsə Təqsirləndirilən şəxs tərəfindən hər hansı fiziki zor tətbiq edilib-edilməməsinin və onun üzərində hər hansı məbləğdə pulun olub olmamasının şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild l, i.v.1); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 53 ünvanında baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild l, i.v.10-14); - “Götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi karta və kartın hesabından məxaric olunmuş sonuncu tarixə aid qaimənin surətinə baxış keçirilmiş və Zərərçəkmiş şəxs məxsus 5103-0716- 3691-5502 nömrəli Kapital bank kart hesabından xx.xx.2024-cü il tarixdə gecə saat 01:13 də özü tərəfindən 60 manat məbləğində pulu məxaric etdiyi təsdiq edilmişdir. Kartın və qaimənin surəti istintaq materiallarına əlavə edilməsi üçün Zərərçəkmiş şəxs götürülmüşdür (cild l, i.v.31-32); - “Tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild l, i.v.46-47); - “Üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı tərəflər istintaq zamanı verdiyi ifadələri təsdiq etmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun iradəsinə zidd olaraq üzərindən 50 manat pulunu və 1 qutu siqaretini götürməsini, buna etirazını bildirdikdə ona baxışları ilə hədə-qorxu gəlməklə hadisə yerindən rədd olmasını deməsini üzünə qarşı təsdiq etmiş və sonuncu Zərərçəkmiş şəxs göstərmiş olduğu halların onun tərəfindən törədildiyini etiraf etmişdir (cild l, i.v.56-59); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild l, i.v.64); - “Cinayət təqibi üzrə icraatın birləşdirilməsi və əməlin tövsif olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci naddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən, həmin Məcəllənin 180.1 və 234.1-ci maddələrinə tövsif edilməklə cinayət təqibi ********* nömrə altında bir icraatda davam etdirilmişdir (cild l, i.v.78-79); - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild l, i.v.82); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild l, i.v.105-106); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir (cild l, i.v.146-147); - “Vəsatətin müdafiə olunmasından imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (cild l, i.v.163-164); - “Qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (cild l, i.v.165-166); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir (cild l, i.v.172-173); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci və 234.1-ci maddələri üzrə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild l, i.v.194-198); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki şalvarın cibindən 01 ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild l, i.v.121- 123); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Elvin Qənizadə tərəfindən xx.xx.2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxararaq təqdim etmişdir. Bundan sonra X8 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə olan maddənin nədən ibarət olması, nə vaxt, haradan əldə etməsi barədə sorğu edərkən o, bükümün içərisində psixotrop maddə “şüşə” olmasını, həmin vasitəni Abşeron rayonu, Xırdalan şəhərində, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. X8 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində saxladığı və çıxarıb təqdim etdiyi bir ədəd bükülüyə baxış keçirən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş bir ədəd bükülünün içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddə vardır. Bundan sonra X8 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparmış, lakin Təqsirləndirilən şəxs üzərindən digər heç bir qeyri-qanuni əşya və ya predmetlər aşkar edilməmişdir (cild l, i.v.199-120); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 27 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-6/4728 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 187” möhür əksi "Təqsirləndirilən şəxs..." və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01(bir) ədəd bükümdə təmiz çəkisi 0,571 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (cild l, i.v.132-136); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X3 məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2024-cü il tarixli, 7337 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.211-212); - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,571 qram olan psixotrop maddə olan metamfetamin və 27 sentyabr 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra metamfetaminin 0,521 qram qalığı saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc kamerasına verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.218-230); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Binəqədi Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan işə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü və CM-nin 73.2-ci maddələrinə əsasən xitam edilmişdir (cild l, i.v.202-203). Məhkəmə iclasında şəxsi axtarış və götürmə aparılması ilə bağlı videogörüntülərin olduğu diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üstündə, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynindəki açıq göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxararaq təqdim edir, həmin bükümü Xırdalan şəhərində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata aldığını bildirir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər.(3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. (27-ci bənd). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ittiham olunduğu CM-nin 180.1-ci maddəsi üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxsin və şahidin ifadələri, həmçinin işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrində əməllərini etiraf edərək, səmimi ifadələr vermiş, müdafiəçisinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etmiş, məhkəmə iclasında verdiyi ifadəsində isə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, videgörüntülərə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini səmimi olaraq etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən saat 03:30-dan xx.xx.2024-cü il tarixə, saat 15:10-dək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx.xx.2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7337 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,521 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 110,00 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi Əlibaba oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi Əlibaba oğluna 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 32 saata görə 192 (yüz doxsan iki) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 16 saata görə 176 (yüz yetmiş altı) manat olmaqla, ümumi 48 saata görə cəmi 368 (üç yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 180.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,521 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 110,00 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi Əlibaba oğluna məhkəmədə iştirak etdiyi 48 (qırx səkkiz) saata görə cəmi 368 (üç yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Güvən» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-141/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-141/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver