Məhkəmə qərarları › İş №1(006)-142/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-142/2020

25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-142/2020 25.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1986-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamışdır. Belə ki, o,xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan şəxsdən 15 manata qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 0,269 qram narkotik vasitə olan heroin əldə edib özündə saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 17:40 radələrində Nəsimi Rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri tərəfindən ünvan 2 saylı ünvanda yerləşən “Velotrek” Ticarət Mərkəzinin qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə gətirilib üzərinə baxış keçirilən zaman, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində 1 ədəd “Winchester” markalı siqaret qutusunun içərisinə 1 ədəd kağıza bükülü halda ümumi təmiz çəkisi 0,269 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin polislər tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, polislər tərəfindən saxlanıldığı günədək təxminən 2 il müddətində narkotik vasitə olan heroindən istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında olarkən anket məlumatlarını bilmədiyi, 35-40 yaşlarında, qarayanız, arıq bədən quruluşlu kişi ona yaxınlaşıb onda narkotik vasitə olan heroin olmasını və həmin narkotik vasitə heroini istəməsini soruşmuş, o da həmin şəxsdən narkotik vasitə olan el içində “kakos” kimi adlanan heroin istəmişdir. Həmin şəxs ona kağıza bükülü halda qəhvəyi rəngli toz formalı bir büküm narktoik vasitə olan heroini 15 manata satacağını bildirmiş, o da həmin şəxslə razılaşmış və həmin qeyd etdiyi kağıza bükülü halda olan bir büküm narkotik vasitə olan heroini həmin tanımadığı şəxsdən almışdır. Həmin narkotik vasitəni əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan “Winchester” markalı siqaret qutusunun içinə qoyub oradan uzaqlaşmış və şəxsi işləri ilə məşğul olduğundan aldığı heroini istifadə etməmişdir. Bundan bir gün sonra, yəni xx.xx.2020-ci il tarixdə saat təxminən 17:40 radələrində o, ünvan 3 saylı ünvanda yerləşən “Velotrek” Ticarət Mərkəzinin yaxınlığında olan zaman ona 2 nəfər polis əməkdaşları yaxınlaşaraq öz xidməti vəsiqələrini göstərərək, özlərini təqdim etməklə Nəsimi Rayon Polis İdarəsinin PPXB-in polis əməkdaşları olmasını bildirmişlər, sonra ondan özünü onlara təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim etsə də, üzərində şəxsiyyət vəsiqəsi olmamasını bildirmiş, lakin polis əməkdaşları onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, onu Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin inzibati binasına getməyini təklif etmişlər. O, polislərin təklifi ilə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin inzibati binasına gəlmişdir. Polis Bölməsində polis əməkdaşları üzərində axtarış aparacaqlarını bildirmişlər və bunun üçün video çəkilişdən istifadə edəcəklərini demişlər. O, etiraz etmədiyini bildirdikdən sonra polis əməkdaşları onun üçün dövlət hesabına vəkil istəməsini soruşmuşlar, o isə vəkil istədiyini bildirmişdir. Daha sonra vəkil dəvət olunmuş və şəxsi axtarış videoçəkiliş vasitəsilə aparılmışdır. Axtarışda iştirak etmək üçün 2 nəfər şahidi, video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət etmişlər. Onun üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş və o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində narkotik vasitə olan “kakos” adlanan narkotik vasitə olduğunu bildirmişdir. O, könüllü olaraq həmin narkotik vasitəni təqdim etmək istədiyini bildirərək masaya yaxınlaşıb əlini ilkin olaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə salaraq oradan özünə məxsus 1 ədəd “Winchester” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, daha sonra siqaret qutusunu açaraq qutunun içərisində olan 1 ədəd kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə olan “kakos” olduğunu bildirmişdir. Həmin narkotik vasitəni “M.Əcəmi” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 15:00 radələrində 15 manata aldığını bildirmişdir. Daha sonra onun könüllü təqdim etdiyi həmin bükümün içərisində qəhvəyi rəngli maddə aşkar edilmiş, bundan sonra zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra ondan aşkar olunan narkotik vasitə olan büküm zərfə qoyulmuş, qablaşdırılmış, zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmış və bu barədə protokol tərtib olunmuş, bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Daha sonra onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək buraxılsa da, şəxsi işləri ilə əlaqədar olaraq istintaqın çağırışlarına vaxtında gəlməmiş və axtarışda olmağı barədə məlumatı olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində 20-ci Polis Bölməsinin yaxınlığında, yəni Nəsimi rayonu, Mirqasımov küçəsi 3 ünvanın qarşısında olan zaman ona bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar, özlərini təqdim edib Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları olmasını bildirmişlər, o da özünü polislərə təqdim etmiş və polis əməkdaşları onun axtarışda olmağını bildirib onlarla getməyini xahiş etmişlər. O polislərin xahişi ilə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə gəlmiş, 20-ci Polis Bölməsinə gəldikdən sonra polis əməkdaşları onun axtarışda olub tutulmağı barədə protokol tərtib etdikdən sonra onu Nəsimi Rayon Polis İdarəsinin MSY-nə təhvil vermişlər. Daha sonra onun barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Sonda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və narkotik vasitələrdən istifadə etməklə yalnız özünə zərər verdiyini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını bildirərək, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, hal-hazırda Nəsimi Rayon Polis İdarəsinin PPXBnin polis serjantı vəzifəsində xidmət edir. Nəsimi rayon inzibati ərazisi isə onun xidməti ərazisidir. xx.xx.2020-ci il tarixdə xidmət yoldaşı Nəsimi Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə Nəsimi rayonu, 20 yanvar dairəsi yaxınlığında, A.Mustafayev küçəsi 2 saylı ünvanda yerləşən “Velotrek” Ticarət Mərkəzinin qarşısında xidmətdə olmuş, həmin tarixdə, yəni xx.xx.2020-ci il tarixdə saat 17:40 radəsində bir nəfər 30-35 yaşlı, saqqalı kişi onları görüb özünü şübhəli apardığından diqqətlərini cəlb etmiş, bundan sonra o, xidmət yoldaşı ilə həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis nəfəri olduqlarını bildirib xidməti vəsiqələrini göstərmişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs onlara cavab olaraq üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirərək onların suallarına şübhə yaradacaq cavablar vermiş, bu səbəbdən də onlar həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin inzibati binasına getməyini təklif etmiş, həmin şəxs də polislərin təklifi ilə Nəsimi Rayon Polis İdarəsinin 20ci Polis Bölməsinin inzibati binasına gəlmişdir. 20-ci Polis Bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Şəxsi axtarışda iştirak etmək üçün onu, xidmət yoldaşı Şahid2, video çəkiliş aparan mütəxəssis X8 dəvət etmişlər. Sonra Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibində narkotik vasitə olan “kakos” adlanan heroinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq həmin narkotik vasitəni təqdim etmək istədiyini bildirərək masaya yaxınlaşıb əlini ilkin olaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə salaraq oradan özünə məxsus 1 ədəd “Winchester” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs siqaret qutusunu açaraq qutunun içərisində olan 1 ədəd kağıza bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoyaraq həmin bükümün içərisində “kakos” adlanan narkotik vasitə olduğunu, həmin nartkotik vasitəni “M.Əcəmi” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən xx.xx.2020-ci il tarixdə saat təxminən 15:00 radələrində 15 manata aldığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi həmin bükümün içərisində qəhvəyi rəngli maddə aşkar edilmiş, bundan sonra zərfin içərisi iştirtakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunan büküm zərfə qoyulmuş, qablaşdırılmış, zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmış və bu barədə protokol tərtib olunmuş, bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin PPXB-nin polis baş serjantı Şahid2 da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin təhqiqatçısı Orxan Hacıyev tərəfindən tərtib edilmiş və Nəsimi rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri Şahid1 və Şahid2, mütəxəssis X9, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx xxxxxx 2020ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman şübhəli şəxsə üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində narkotik vasitə olan “kakos” adlanan maddənin olduğunu demiş və həmin narkotik vasitəni könüllü olaraq təqdim etmək istəmişdir. Bundan sonra o, masaya yaxımlaşaraq əlini ilkin olaraq əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə salaraq orada olan özünə məxsus 1 ədəd “Winchester” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs həmin siqaret qutusunu açaraq qutunun içərisində olan 1 kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoyaraq bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə olan “kakos”dur, həmin narkotik vasitəni “M.Əcəmi” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən xx.xx.2020-ci il tarixdə təxminən saat 15:00 radələrində 15 manata almasını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi həmin bükümün içərisində qəhvəyi rəngli maddə aşkar edilmişdir. Bundan sonra zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan büküm zərfə qoyularaq zərfin ağzı 188 nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. (i/v 40-45). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2975 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “.....Şübhəli şəxs Təqsirləndirilən şəxs.....” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi – 0,269 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 53-55). İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,269 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,219 qram olan narkotik vasitə olan heroinin saxlanması üçün Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsinə verilməsi qərara alınmışdır (i/v 67). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə 1 ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınması qərara alınmışdır (i/v 144-148). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 xx xxxxxx 2020-ci il tarixli, 392 saylı rəyin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində NARKOMANİYA xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 110-111). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Daxili İşlər Nazirliyi BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 112). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i/v 17-18, 99-100). İş materiallarına əlavə olunmuş “cinayət işi üzrə şəxsin axtarışının elan edilməsi haqqında” qərardan, “axtarışda olan şəxsin yaxalanması” protokolundan və Nəsimi rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdə axtarış elan edilmiş, xx xxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində yaxalanmış, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(006)-149/2020 saylı qərarı ilə onun barəsində 01 (bir) ay 15 (on beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 116, 126, 141-142). İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü Zeynalov Ömər Asiman oğlu adlı iki yetkinlik yaşına çatmayan uşağı vardır (i/v 133). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası DİN-in Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan ümumi qalıq çəkisi 0,219 qramolan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdir. Bundan əlavə, təqsirləndirilən şəxsə məhkəməyədək icraat dövründə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil bürosunun hesabına və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-142/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx xxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxsməhkəməyədək icraat dövründə göstərilmiş 31 (otuz bir) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabındanX4 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil bürosunun hesabına 186 (yüz səksən altı) manat,məhkəmə baxışı zamanı isə göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri NəsimiRayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,269 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,219 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmün icrası Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 186 (yüz səksən altı) manat və həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəriNəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar