Məhkəmə qərarları › İş №1(006)-143/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-143/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-143/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2000-ci il tarixdə Kürdəmir rayonu, Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Mustafayev küçəsi, ev 09, mənzil 08-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24.11,2020-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, 151 saylı ünvanda olan binanın qarşısında şəxsi münasibətlərin pozulması nəticəsində aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən yumruq zərbəsi ilə vuraraq ona burun nahiyəsinin, burun sümüklərinin yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır-şişkinliyi və sıyrığı, sağ göz qapaqlarının və gözaltı nahiyənin, həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırları, alın və sol təpə nahiyələrinin, sol qulaq seyvanının sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat 20:30 radələrində evdə olarkən həyətdən söyüş səsləri eşitmişdir. Pəncərəyə tərəf yaxınlaşanda qonşusu Səlim və Eltonun blokun qarşısında bir-biri ilə söyüşlə mübahisə etdiklərini görmüşdür. O, aşağı düşüb onları sakitləşdirməyə çalışmışdır. Bu zaman Səlim ona kobud şəkildə cavab verib istədiyi kimi danışacağını və işə qarışmamağı demişdir. O, Səlimi bloka çağırıb sakitləşməsini və mübahisə etməməsini xahiş etsə də, sonuncu ona yenidən kobud cavab verdiyi üçün əsəblərini cilovlaya bilməyib onun üz nahiyəsinə yumruqla zərbə vurmuşdur. Səlim zərbənin təsirindən yerə yıxılmış və burnundan qan gəlmiş, o isə evə getmişdir. Hazırda zərər çəkmiş şəxslə barışmışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində bacısı oğlu Elton Quliyevlə birlikdə işdən çıxdıqdan sonra yaşadıqları evin yaxınlığında yerləşən kafelərin birində yeyib içmişlər. Kafedən çıxıb evə qayıdarkən saat 20:30 radələrində blokun girişində dayanıb Eltonla siqaret çəkib söhbət etmiş, bu zaman qonşusu Surxay onlara yaxınlaşmışdır. Bir müddət söhbət etdikdən sonra Surxay onu bloka çağırıb guya uca səslə söyüş söyməsi ilə bağlı iradını bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və blokun girişində Surxay qəflətən üz nahiyəsindən yumruqla vuraraq onu yerə yıxmışdır. Hazırda onlar barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X3 Nəsimi rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 981 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – burun nahiyəsinin burun sümüklərinin yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır-şişkinliyi və sıyrığı, sağ göz qapaqlarının və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırları, alın və sol təpə nahiyələrinin, sol qulaq seyvanının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (İ cild, i.v.31-32); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.66). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar