Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-143/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: X5 sədrliyi Məhkəmə iclasının katibi: X7 Xüsusi ittiham qaydasında şikayət X3 vermiş şəxs: Barəsində xüsusi ittiham qaydasında X2 şikayət verilmiş şəxs: iştirakları ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında məhkəməyə şikayətlə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Deniz Agentliyinin mətbuat katibi vəzifəsində işləmiş X4 44 günlük Vətən Müharibəsinin könüllü iştirakçısı, Azerbaycan Respublikası Silahlı Qüvvələrində əsgər vəzifəsində xidmət edərək 2016-ci il aprel döyüşlərində iştirak edən, 2020-ci ildə isə Vətən müharibəsinə səfərbərliyə cəlb edilərək kəşfiyyatçı əsgər kimi döyüşlərdə iştirak etmiş ve torpaqlarımızın azadlığı uğrunda Goranboy-Ağdərə istiqamətində gedən döyüşlərdə 16 oktyabr 2020-ci il tarixdə şəhid olmuş X9 barəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda və kütləvi informasiya vasitəsində yaymış, ona böhtan atmışdır. Belə ki, X4 özünün “facebook” sosial şəbəkəsindəki səhifəsində getmiş “LGBT nə......ki, onun üzvü də gedib bizim torpağı qoruya. Onları niyə belə hörmətizzətlə yad edirsən axı? Onları xatırlamaq belə əhəmiyyətsizdir. Müqayisə eləməyə normal mənbə, tip, insan tapa bilərdin” şərhi və kütləvi informasiya vasitəsi olan “BBC News Azərbaycan”na verdiyi müsahibəsində və həmin müsahibə əsasında getmiş məqalədə, həmçinin kütləvi nümayiş etdirilmiş internet informasiya ehtiyatı olan anews.az saytında və digər kütləvi nümayiş etdirilmiş internet informasiya ehtiyatı olan saytlarda 2016-ci il aprel döyüşlərində də iştirak edən, 2020-ci ildə isə Vətən müharibəsinə könüllü gedən və şəhid olan Şaiq Kəlbiyevə böhtan atmışdır Bu hərəkətləri ilə də o, Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayəti müdafiə edərək onun icraata götürülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 şikayətə etiraz edərək bildirdi ki, tərəfindən şəhid Şaiq Kəlbiyevin ünvanına heç bir şər, böhtan, yalan, təhqiramiz ifadə işlənilməmiş, ona qarşı hər hansı fikir səsləndirmiş, Ş.Kəlbiyevin adı yazılan, şəkili olan hər hansı statusa bir söz belə yazmamış, onun adını çəkməmiş, ümumiyyətlə Ş.Kəlbiyevlə bağlı məlumatsız olmuşdur. Xüsusi ittihamçı Namiq Kəlbiyevin bildirdiyi kimi o, öz “facebook” səhifəsində 2020-ci il oktyabrın 19-da bu barədə nə status yazmış, nə də ki, şərh vermişdir. Təfərrüat belə olmuşdur. “facebook”da aktiv istifadəçi olan, jurnalist Çingiz Özgür 2020-ci il oktyabrın 19-da “Azərbaycanda “lgbt” üzvü Şəhid olub. Amma bəzi dindoşlar əsgərlərimizin cəbhə bölgəsində araq içməsinə etiraz edir” başlıqlı status yazmışdı. O da bu statusa şərh yazıb Çingiz Özgürə cavab verərək “lgbt” ilə bağlı fikirlərini yazaraq vurğulamışdır ki, ŞƏHİD adını “lgbt” ilə eyni tutma. Statusu isə Çingiz Özgür öz səhifəsindən silib. Lakin nədənsə onun şərhi paylaşılır və onun statusu kimi təqdim olunur. Amma şəkillərdən görünür ki, o, status yox, statusa şərh yazmışdır. Şərhdə isə şəhid Şaiq Kəlbiyevə aid bir söz belə yoxdur. Bu şərhi yazandan sonra Günel Musa adlı jurnalist status yazıb ki, bəs Tural “lgbt” ni təhqir etməklə şəhid olan Şaiq Kəlbiyevi təhqir etmiş sayılır. Günel Musa bu fikri ilə Şaiq Kəlbiyevi “lgbt” üzvü kimi təqdim etmiş olub. O, isə ümumiyyətlə bu prosesdən xəbərsiz olmuşdur. Bundan sonra onun şəkili ilə Şaiq Kəlbiyevin şəkili kollaj edilərək bütün sosial şəbəkələrdə yayılmağa başlamış, heç bir əsası olmadan bir çox xəbər saytları sorğu-sualsız bu yalan xəbəri yaymağa başlamışdır. Göstərilənləri nəzərə alaraq şikayətin icraata götürülməsindən imtina olunmasını xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirib, habelə proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmədə müəyyən olunur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Namiq Kəlbiyev barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 tərəfindən şəhid olan oğlu Şaiq Kəlbiyev haqqında iddia olunan böhtan xarakertli məlumatları öz “facebook” sosial şəbəkəsində olan hesabından istifadə etməklə yaymışdır. X2 yaşayış ünvanı ünvan 1 törədilməsi ehtimal olunan əməl “facebook” sosial şəbəkəsində yayımlanmış və bu şəbəkənin də qeydiyyat ünvanı internetdən əldə olunmuş məlumata görə X1. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.01.2014-cü il tarixli Qərarına müvafiq olaraq xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Cinayət Prosessual Məcəlləsinin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Həmin Qərarda qeyd edilir ki, kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır (12-ci bənd). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Bu Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Qeyd olunan Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 68, 75 və və 300-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Sədrlik edən, Hakim Babək Pəhanov
Məhkəmə qərarları › İş №1(006)-143/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-143/2022
14.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver