Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-143/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1982-ci il tarixdə Sabirabad rayonu, Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, subay, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi, döngə 2, nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,375 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 05 oktyabr 2022-ci il tarixdə Nəsimi RPİ-nin Narkoliklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində həmin gün saat 17:40-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis idarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 bükümdə 0,375 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 05 oktyabr 2022-ci il tarixdə dostu X3 ilə birlikdə Təzə Bazarın yanında olarkən 4 nəfər polis əməkdaşı yaxınlaşaraq onları saxlamışlar və Nəsimi RPİ-yə gətirmişlər. İdarədə onları ayrı-ayrı otaqlara salmışlar və ona demişlər ki, üzərində narkotik olması ilə bağlı sənədləri imzalamalıdır, əks halda külli miqdarda narkotiklə sənədləşləşdirəcəklərini bildirmişlər. Həmin vaxt polis əməkdaşlarına bildirmiş ki, ona qarşı belə haqsızlıq etməsinlər, onsuz da narkotik məsələsi ilə bağlı Binəqədi Rayon Məhkəməsində işi vardır. Lakin, polis əməkdaşları ona qarşı təzyiqi davam etdirdikləri, döydükləri, həmçinin onu külli miqdarda narkotikə görə həbs etməsinlər deyə çəkiliş vaxtı məcbur olub boynuna almışdır. Etirafının həmin vaxt könüllü deyil, təzyiq altında olmasını sübut etmək üçün sənədlərə öz həqiqi imzasını deyil, qəsdən fərqli formada imzalar çəkmişdir. İş müstəntiqin icraatına verildikdən sonra isə yol verilmiş qanunsuzluqlar barədə müstəntiqə məlumat vermiş, müstəntiq də bunlara göz yumduğu üçün istintaqa etiraz olaraq heç bir sənədi imzalamamışdır. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, onunla birgə eyni vaxtda saxlanılan şəxs X3 olmuş, təxmini saat 4-5 arası saxlanılmışlar, saxlanılan zaman yerində üstünü yoxlamışlar, həmin vaxt üzərində yalnız reseptləri və mobil telefonu olmuşdur. Belə ki, həmin vaxt narkotikə görə müalicə alırmış. Bundan sonra dərhal avtomobilə mindirilərək idarəyə gətirilmişlər, həmin məsafə isə maksimum 10 dəqiqəlik yol olmuşdur. Saxlanılan vaxtdan əlini qandallamışlar və çəkilişə kimi qandalını açmamışlar. İdarədə təzyiq altında “narkotiki al qoy cibinə qoy” demişlər və o da məcburi bunu etmişdir. Bunun səbəbi isə sərbəst ifadəsində də qeyd etdiyi kimi külli miqdarda narkotiklə onu qorxutmaqları olmuşdur. Saxlanılan zaman əynində göy cins, qırmızı idman formasının kurtkası və ağ krasovka olmuşdur. Çəkiliş zamanı qəsdən kurtkanı çıxardıb kənara qoymuş və ona heç baxış da keçirilməmişdir. Çəkiliş zamanı heç mobil telefonu və reseptləri də aşkar edilmir. Bu faktlar isə bir daha təsdiq edir ki, onun üzərinə əvvəlcədən baxış keçirilmiş və həmin əşyalar kənara qoyulmuşdur. Telefonunu da qardaşı gəlib sonradan polis idarəsindən götürmüşdür. O yalnız təhqiqat zamanı sənədlərə təzyiq altında imza etmiş və istintaqda imza etməkdən imtina etmişdir. Prokurorluğa gətirilən zaman baş vermiş bütün qanunsuzluqları prokurora dediyi üçün prokuror onu azad etmişdir. Həmçinin bildirmişdir ki, iş materiallarının 13-14 və 25-26-cı vərəqələrində olan imzalar ona məxsusdur, təhqiqat zamanı təzyiq altında məcbur olub imzaladığı üçün qəsdən fərqli imza çəkmişdir ki, bu imzanın qeyri-könüllü olmasını sonradan təsdiq edə bilsin. Əgər könüllü imzalamış olsaydı fərqli imza çəkməzdi. Onları saxlayan zaman 4 nəfər polis əməkdaşı olmuş və həmin əməkdaşlardan başda Səməd olmaqla İlkin və digərləri ona təzyiq edərək təqdim edilmiş sənədləri imzalamağa məcbur etmişlər. Onları saxlayan polis əməkdaşlarının adları Səməd, Elmir, İlkin və Elnur olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrıayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Coşqun adlı şəxsin üzərində narkotik gəzdirməsi barədə məlumat şəxsən ona daxil olmuş və idarənin əməkdaşı Şahid1 ilə birlikdə əməliyyat tədbiri keçirmişlər. Təqsirləndirilən şəxs ünvan 4 ünvanının qarşısında yaxınlaşmışlar və sonuncu əvvəl qaçmağa cəhd etsə də onu tutub saxlamışlar. Saxlanılan zaman onlarla qeyri-səmimi olmuş, bildirmiş ki, Binəqədi rayonunda da onu yükləmişlər. Həmin vaxt haraya getməsini Təqsirləndirilən şəxs soruşmuş, sonuncu isə bacısıgilə getdiyini bildirmişdir. Lakin, sonradan bəlli olmuş ki, onun bacısı Çapayevdə yaşayır. Bundan əlavə məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs o və Elmir adlı əməkdaş saxlamış, həmin vaxt mülki geyimdə olmuşlar, yanlarında başqa əməkdaş olmamış, yaxınlaşıb özlərini təqdim etmişlər. S.Vurğun küçəsindən Kubinka deyilən yerə düşən yolun kənarında olan marketin qabağında Təqsirləndirilən şəxs yaxınlaşıb saxlamaq istəmişlər, lakin sonuncu qaçaraq yolun o biri tərəfinə keçmişdir. Lakin, onu saxlamağa müvəffəq olmuşlar, dərhal avtomobilə mindirərək idarəyə gətirmişlər. Avtomobildə yalnız o, digər əməkdaş Elmir və şühbəli şəxs kimi Təqsirləndirilən şəxs olmuşdur. Hadisə yerindən idarəyə gəlmələri təxmini 5-10 dəqiqə çəkmiş, təxmini iki saat sonra isə idarədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman narkotik vasitə aşkar edilmiş, əlavə hər hansı əşyanın çıxıb-çıxmaması isə yadında deyil. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs tək saxlamışlar, onun yanında hər hansı digər şəxs olmamışdır, sonuncuya hər hansı təzyiq etməmişlər və onun qoluna qandal yalnız tutulma qərarından sonra vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin Cinayət axtarışı şöbəsinin kiçik inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, idarənin əməkdaşı Şahid2 daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirmişlər. Bakı şəhəri, S.Vurğun küçəsində “Bolmart” marketin qabağında Təqsirləndirilən şəxs saxlamaq istəyəndə qaçmış, qonşuların həyətinə girmiş, qonşular çıxmış və narazılıq etmişlər ki, dəfələrlə gəlib narkotikdən istifadə edir. Təqsirləndirilən şəxs qaçmağa cəhd etsə də onu saxlamağa müvəffəq olmuşlar. Saxlanılan zaman bildirmiş ki, onun işini sənədləşdirməsinlər, onsuz da barəsində Binəqədi rayon Məhkəməsində iş gedir. Daha sonra onu idarəyə gətirmişlər və üzərinə baxış keçirilmişdir. Bundan əlavə məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs o və Səməd adlı əməkdaş saxlamış, həmin vaxt mülki geyimdə olmuşlar, yanlarında başqa əməkdaş olmamış, yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs qaçmağa cəhd etsə də onu saxlamağa müvəffəq olmuşlar, dərhal avtomobilə mindirərək idarəyə gətirmişlər. Avtomobildə yalnız o, digər əməkdaş Səməd və şühbəli şəxs kimi Təqsirləndirilən şəxs olmuşdur. Əməliyyat tədbirinin saatı dəqiq yadında qalmayıb, ama axşam tərəfi olmuşdur. İdarədə Təqsirləndirilən şəxs üzərinə baxış zamanı o da iştirak etmişdir. Baxış keçirilən zaman narkotik vasitə aşkar edilmişdir. Həmin vaxt da Təqsirləndirilən şəxs bildirirmiş ki, onun işini sənədləşdirməsinlər, onsuz da barəsində Binəqədidə iş gedir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs tək saxlamışlar, onun yanında hər hansı digər şəxs olmamışdır, sonuncuya hər hansı təzyiq etməmişlər və həmin vaxt onlar Quliyev Eldar adlı şəxs saxlamamışlar. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində iştirak etmiş X3 ifadəsində göstərmişdir ki, 05 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onunla birlikdə olmuş, həmin gün 4 nəfər polis əməkdaşı onu və Coşqunu saxlayaraq Nəsimi RPİyə gətirmişlər. İdarədə onları ayrı-ayrı otaqlara salmışlar və hər ikisinin barəsində narkotiklə bağlı sənədləşmə edilmişdir. Bundan əlavə məhkəmə iclasında şahid E.G.Quliyev ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar saxlanılan zaman qaçmağa cəhd etməmişlər və Təqsirləndirilən şəxs üzərində narkotik olmasını görməmişdir. Cinayət işinin 25-26-cı vərəqələrində olan 05 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:40 radələrində şübhəli şəxs kimi saxlanılmışdır. Cinayət işinin 94-95-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon prokurorunun 07 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin 96-97-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 07 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 182-183-cü vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər Nəsimi RPİ-nin inzibati binasında xidməti iş otaqlarının birində 05 oktyabr 2022-ci il tarixdə saat 19:30-dan qeydə alınmış və görüntülərdə polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs ayağa qalxaraq bildirir ki, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində narkotik vasitə olan heroin var və onu könüllü təhqiqata təqdim etmək istəyir. Bundan sonra o masaya yaxınlaşaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümü çıxararaq təqdim edir və bildirir ki, təqdim etdiyi maddə heroindir. Veilən sullara cavab olaraq bildirir ki, həmin narkotik vasitəni həmin gün səhər saatlarında Yasamal rayonu “Sovetski” kimi tanınan yerdən tanımadığı şəxsdən 5 manat almışdır. Daha sonra onun üzərinə baxış baxış keçirilir və əlavə hər hansı əşya aşkar edilmir. Təqdim edilmiş 1 ədəd şəffaf sellofanda olan maddə isə zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin 62-66-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktyabr 2022-ci il tarixli, 6/5738 saylı məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №186» dairəvi möhür əksi olan, «Şübhəli şəxs ....Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,375 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,375 qram, tədqiqata sərf olunub 0,05 qram, qalıq 0,325 qramdır. Cinayət işinin 63-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 140-146-cı vərəqələrində olan 15 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,375 qram çəkidə olan narkotik vasitə hesab edilən heroinin ekspertiza tədqiqatından sonrakı ümumi 0,325 qram çəkidə qalıq hissəsi maddi sübut kimi tanınmaqla saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs saxlanıldığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən 23 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna və Ombudsman Aparatına ünvanladığı ərizəsinin məzmunundan görünür ki, o, hazırki cinayət işi üzrə özünü təqsirli bilmir, polis əməkdaşlarının onu qanunsuz saxlaması və üzərinə narkotik vasitə qoymalarını bildirir və ərizədə göstərilən digər xüsusatlar hazırkı iş üzrə məhkəmə istintaqı zamanı vediyi ifadəsi ilə tam üst-üstə düşür. Cinayət işinin 132-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 12 iyul 2022-ci il tarixli, 3758 saylı rəyinin sonuncu vərəqəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 108-110-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Şirvan şəhər Məhkəməsinin 27 avqust 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Əzizbəyov rayon Məhkəməsinin 14 iyul 2009-cu il tarixli qərarı ilə barəsində Amnistiya Qərarı tətbiq edilərək çəkilməmiş cəzası yarıya qədər azaldılmışdır; 2) Şirvan şəhər Məhkəməsinin 16 mart 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 iyun 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 3) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli qərarı ilə barəsində Amnistiya Qərarı tətbiq edilərək cəza müddəti 6 ay azaldılmış və 20 oktyabr 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 4) Abşeron rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; 5) Abşeron rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən barəsində 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və 02 aprel 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 123-128-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 12 iyul 2022-ci il tarixli, 3758 saylı rəyinə əsasən sonuncu barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli hökmündən görünür ki, X3 (hazırki iş üzrə şahid) 05 oktyabr 2022-ci il tarixdə saat 17:30 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-yə aparılmış və orada üzərindən narkotik vasitə aşkar edilmişdir. Hökmdən həmçinin müəyyən edilir ki, E.G.Quliyevi saxlayan polis əməkdaşları Nəsimi RPİ-nin NMB-nin əməliyyatçısı X4 və X13 olmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarına olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 236.1-ci maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Həmin Məcəllənin 246-cı maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər:
1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; 2. təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; 3. axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. Şəxsi axtarış və götürmə müstəntiq tərəfindən mütəxəssisin və barəsində şəxsi axtarış aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı ilə aparılır. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafi neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olumalıdır. Həmin Məcəllənin 51.5-ci maddəsinə məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki pozuntular və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Təsviri hissəsində istintaq hərəkəti zamanı müəyyən edilmiş hallar tam və obyektiv qeyd edilməklə iştiakçıların protokola dair iradə ifadələrini sərbəst ifadə etmələrinə şərait yaradılmalıdır. Qanunverciliyin qeyd edilən normalarını nəzərə alaraq məhkəmə iş üzrə ibtidai araşdırma dövründə tərtib edilmiş bir sıra protokollara münasibət bildirməyi zəruri hesab edir. Bu baxımdan məhkəmə cinayət işinin 51-56-cı vərəqələrində olan 05 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında protokolu, həmçinin cinayət işinin 68-69-cu vərəqələrində olan şübhəli şəxsin dindirilməsi protokollarını məhkəmə istintaqı zamanı aparılmış araşdırmalarla müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, qeyd edilən protokollarla işin həqiqi halları müəyyən edilmir və həmin protokollarda Təqsirləndirilən şəxs iradəsi təhrif edilmiş formada öz əksini tapmışdır. Belə ki, protokolların məzmuna əsasən Təqsirləndirilən şəxs üzərində narkotik olmasını səmimi etiraf edir, şəxsi axtarış zamanı könüllü təqdim edir və etirafedici ifadə verir. Lakin, məhkəmə istintaqı zamanı aparılmış araşdırmalarla öz təsdiqini tapır ki, qeyd edilən protokollarda göstərilənlərin əksinə Təqsirləndirilən şəxs saxlanılan andan etibarən üzərində narkotik olması ilə bağlı hər hansı etiraf etməmiş, sənədləri könüllü imzalamamış və yalnız kənar təsirlər altında video çəkiliş zamanı üzərində narkotik olmasını etiraf etmişdir. Bununla bağlı ilk öncə nəzərə alınmalıdır ki, 4 nəfər polis əməkdaşı tərəfindən iki nəfər (Təqsirləndirilən şəxs və E.G.Quliyev) birlikdə saxlanılsa da hazırkı hökmün sonrakı abzaslarında qeyd edildiyi kimi əməliyyatın keçirilməsi ilə bağlı məlumatlar ilk andan təhrif edilərək fərqli formada sənədləşdirilmiş və işin təhrif edilmiş bu halı istintaqın yekununa kimi aradan qaldırılmamışdır. Digər tərəfdən məhkəmədə şahid qismində ifadə verən polis əməkdaşları özləri də bildirirlər ki, Təqsirləndirilən şəxs saxlanılan andan bildirmiş ki, onsuz da barəsində Binəqədi Rayon Məhkəməsində iş gedir, onun işini sənədləşdirməsinlər. Bu hal ona dəlalət edir ki, sənədləşmənin bu cür aparılması saxlanılan şəxsin iradə ifadəsinə uyğun olmamışdır. Belə olan halda kənar təsirlər olmadan onun hər şeyi könüllü etiraf edərək təqdim edilmiş sənədləri də könüllü imzalaması məhkəmədə əsaslı şübhələr yaradır. Digər tərəfdən təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirmişdir ki, o yalnız təhqiqat zamanı sənədlərə təzyiq altında imza etmiş, istintaq zamanı isə heç vaxt özünü təqsirli bilməmiş və sənədləri də imzalamaqdan imtina etmişdir. Təhqiqat zamanı sənədləri könüllü deyil, qeyri-könüllü, təsir altında imzalamasını sonradan təsdiq edə bilməsi üçün sənədləri daimi çəkdiyi imzası ilə deyil, fərqli formada imzalamışdır. Cinayət işinin 10-cu vərəqəsində olan Təqsirləndirilən şəxs portal çıxarışında olan imzası, həmçinin məhkəmə istintaqı zamanı imzaladığı çağırış vərəqəsinin kötüklərində olan imzaları ilə, cinayət işinin 11-12, 14, 20, 22, 26, 30-33, 43, 45, 48-49, 50-57, 60, 67- 69-cu vərəqələrində Təqsirləndirilən şəxs adının qarşısında olan imzalarının vizual müqayisəsi zamanı da müəyyən edilir ki, həmin imzalar Təqsirləndirilən şəxs məxsus olsa da fərqli formada icra edilmişdir. Həmçinin iş üzrə təhqiqat mərhələsindən sonra Təqsirləndirilən şəxs təqdim edilmiş sənədləri imzalamaqdan imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, təhqiqat mərhələsində könüllü olaraq bütün sənədləri imzaladığı iddia edilən şəxsin həmin anda fərqli formada imza çəkməsi, bundan cəmi bir gün sonra istintaq mərhələsində isə heç bir sənədi imzalamayaraq imtina etməsi halının özü də könüllü imzalanması iddia edilən sənədlərin kənar təsirlər altında imzalanması barədə məhkəmədə əsaslı şübhələr yaradır. Məhkəmə həmçinin cinayət işinin 83-85-ci vərəqələrində olan təqsirləndirilən şəxsin dindirilməsi haqqında 07 oktyabr 2022-ci il tarixli protokola münasibət bildirməyi zəruri hesab edir. Protokola diqqət yetrildikdə müəyyən edilir ki, protokolun 2-ci səhifəsində şəxsin özünü təqsirli bilib-bilməməsi ilə bağlı qrafası boş saxlanılmış, lakin bundan sonra şəxsin özünü tam təqsirli bilməsi məzmununda təhqiqat materiallarına uyğun ifadə yazılmışdır. Təqsirləndirilən şəxs isə həmin ifadəni imzalamaqdan imtina etmişdir. İstintaqa etiraz olaraq təqdim edilmiş prosessual sənədləri imzalamaqdan imtina edən şəxsin özünü tam ifşa edən ifadə verməsinə də məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, şəxsin adından yazılmış ifadənin onun özü tərəfindən verilib-verilməməsi də məhkəmədə əsaslı şübhələr yaradır. Digər tərəfdən işin mübahisəsiz bir məqamı da vardır ki, təqsirləndirilən şəxs özünü istintaq dövründə təqsirli bilməmiş və bununla bağlı saxlanıldığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən 23 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna və Ombudsman Aparatına ərizə ilə müraciət etmişdir. Həmin ərizənin bir nüsxəsi sonradan aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Ərizənin məzmundan da görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilmir və ərizədə qeyd etdiyi hallarla məhkəmə istintaqı zamanı vediyi ifadəsi tam üst-üstə düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş 05 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında protokol, 06 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi protokolu və 07 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolu təhqiqat və istintaqın gedişini düzgün əks etdirmədiyi, protokollarda şübhəli və təqsirləndirilən şəxsin iradəsi təhrif edilmiş formada əks etdirildiyi üçün, həmin protokollar mümkün olmayan sübut kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Bundan əlavə məhkəmə iş üzrə toplanmış sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan digər ziddiyyətlərin də qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Belə ki, polis əməkdaşı olan şahidlərin (Nəsimi RPİ-nin əməkdaşları Şahid2 və Şahid1) məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrə əsasən 05 oktyabr 2022-ci il tarixdə saat 17:40 radələrində ünvan 7 ünvanın qarşısında Təqsirləndirilən şəxs yalnız özləri saxlamış, əlavə hər hansı polis əməkdaşları əməliyyatda iştirak etməmiş və Təqsirləndirilən şəxs saxlayan zaman sonuncu tək olmuş, onun yanında hər hansı digər şəxs olmamışdır. Həmçinin məhkəmə istintaqı zamanı həmin şahidlər verilmiş suallara israrla cavab vermişlər ki, həmin gün Təqsirləndirilən şəxsla birlikdə X3 adlı şəxs saxlanılmamışdır. Lakin, məhkəmə istintaqı zamanı aparılmış araşdırmalar ilə polis əməkdaşları olan şahidlərin yuxarıda göstərilən hallar üzrə yalan ifadə verdikləri və bu səbəbdən də istintaqın iş üzrə yanlış nəticəyə gəlməsi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs və müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş E.G.Quliyev öz ifadələrində bildirmişlər ki, polis əməkdaşları 05 oktyabr 2022-ci il tarixdə onları birlikdə saxlayaraq Nəsimi RPİ-yə gətirmişlər, həmin vaxt əməliyyatda 4 nəfər polis əməkdaşı iştirak etmiş, idarədə onları ayrı-ayrı otaqlara salaraq narkotik ittihamı ilə əlaqədar barələrində ilkin sənədləşmə aparmışlar. Onları saxlayan polis əməkdaşlarının adları Səməd, Elmir, İlkin və Elnur olmuşdur. Təqsirləndirilən şəxs xüsusilə qeyd etmişdir ki, başda Səməd və İlkin adlı polis əməkdaşları olmaqla digər polis əməkdaşları da təzyiq edərək video çəkilişdə etiraf edici izahat verməsini və iş üzrə sənədləri imzalamağa onu məcbur etmişlər. Həmçinin Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 1(006)-49/2023 saylı hökmü ilə də müəyyən edilmişdir ki, E.G.Quliyev də 05 oktyabr 2022-ci il tarixdə saat 17:30 radələrində ünvan 7 ünvanın qarşısında, yəni hazırki iş üzrə Təqsirləndirilən şəxs ilə eyni yerdə saxlanılmış, həmin əməliyyatda Nəsimi RPİ-nin əməkdaşları Elnur Cəfərli və İlkin Rzayev iştirak etmişdir. Beləliklə də məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən sübutların məcmusuna əsasən Nəsimi RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs tək deyil, E.G.Quliyevlə birgə saxlanılması və əməliyyat tədbirində 2 nəfər polis əməkdaşının deyil, 4 nəfər əməkdaşın iştirak etməsi öz təsdiqini tapmışdır. Şahidlərin ifadələrində olan digər ziddiyyətli məqam əməliyyat tədbiri həyata keçirilərkən Təqsirləndirilən şəxs qaçmağa cəhd edib-etməməsi ilə bağlı olmuşdur. Şahid qismində iştirak edən polis əməkdaşları Təqsirləndirilən şəxs qaçmağa cəhd etməsini bildirsələr də, Təqsirləndirilən şəxs və əlavə şahid qismində dindirilmiş E.G.Quliyev bildirmişlər ki, polis əməkdaşları onlara yaxınlaşan zaman qaçmağa cəhd olmamış, heç belə imkanları da olmamışdır. Çünki, polis əmədaşları onları anidən yaxlayaraq maşına mindirib Nəsimi RPİ-yə gətirmişlər. Həmçinin iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 1(006)-49/2023 saylı hökmündə olan məlumatlarla da təsdiq edilir ki, həyata keçirilən əməliyyat tədbiri zamanı şübhəli şəxsin qaçmağa cəhd etməsi halı olmamışdır. Bütün bu sadalananlara əsasən bir daha təsdiq edilir ki, təqsirləndirilən şəxs iş üzrə obyektiv ifadə versə də, şahid qismində ifadə vermiş polis əməkdaşları qeyri-səmimi və yanlış ifadə verməyə meyilli olmuşlar. Məhkəmənin fikrincə, belə olan halda qanuna uyğun olmayan qaydada aparılmış həmin istintaq hərəkətinin nəticələri, onun məntiqi davamı kimi istintaq hərəkətinin aparılmasında iştirak etmiş şəxslərin ifadələri sübut növü baxımından da əhəmiyyətsiz hesab edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iş materialları ilə də müəyyən edilir ki, iş üzrə istintaqın başlanğıc mərhələsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Təqsirləndirilən şəxs elan edilmiş ittihamın əsassız olmasını bilavasitə olmasa da dolayısı yolla sanki qəbul etmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirmişdir ki, barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun yanına gətirilən zaman iş üzrə yol verilmiş çoxsaylı qanunsuzluqlar barədə məlumat vermiş və prokuror onu azad etmişdir. Cinayət işinin 94-95-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon prokurorunun 07 oktyabr 2022-ci il tarixli qərarından da görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs əvvələr beş dəfə ardıcıl olaraq məhkum edilmiş şəxsdir (üç dəfə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olmaqla). Həmçinin hazırki iş üzrə saxlanılan zaman barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Binəqədi Rayon Məhkəməsinin icraatında cinayət işi olmuşdur. Belə olan halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən formal əsaslarla imtina etməsi özü də bir daha təsdiq edir ki, elan edilmiş ittihamın əsaslılığı ilə bağlı onun da şübhələri olmuşdur. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə istintaq aparmış müstəntiq təqsirləndirilən şəxs barəsində narkoloji ekspertiza təyin edərək rəy almalı olduğu halda almamış, Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş və 10 oktyabr 2022-ci il tarixli hökm qəbul edilmiş iş üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 12 iyul 2022ci il tarixli, 3758 saylı rəyinin sonuncu vərəqəsini əldə edərək cinayət işinə əlavə etmişdir (cinayət işi səhifə 132). Həmin rəyin isə hazırki iittihamda iddia edilən əməldən 02 ay 23 gün öncəyə aid olması müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin rəy iddia edilən cinayət hadisəsindən 02 ay 23 gün əvvələ aid olduğu, həmin vaxt ərzində şəxsin müalicə alma və narkotikə münasibətinin dəyişmə ehtimalını nəzərə almalı olan müstəntiq iş üzrə ekspertiza təyin edərək rəy almalı olduğu halda bunu etməmiş və iş üzrə obyektiv araşdırma aparmaqda maraqlı olmamışdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “şübhəli şəxsin üstünə baxış keçirilməsi haqqında” protokol saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 01 saat 50 dəqiqə sonra saat 19:30-dan başlayaraq Nəsimi RPİ-də keçirilmişdir. Baxmayaraq ki, Təqsirləndirilən şəxs əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında saxlanılması iddia edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə baxışın keçirilməsi arasında 01 saat 50 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şübhəli şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Bununla da məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs saxlanılandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tədqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkar edilib götürülməsi ilə bağlı istintaq hərəkəti qanunun tələblərinin kobud surətdə pozulması ilə aparılmış, həmin istintaq hərəkəti aparılarkən video çəkiliş zamanı Təqsirləndirilən şəxs etirafı könüllü deyil, kənar təsirlərin atında olmuş və ona təqdim edilən sənədləri iradəsinə zidd imzalamışdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “müdafiəçinin təqdim edilməsi haqqında” 05 oktyabr 2022-ci il il tarixli protokoldan görünür ki, Bakı şəhər 14 saylı Hüquq Məsləhətxanasının vəkili X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə təqdim edilmişdir. Lakin, həmin protokolda müdafiəçinin şübhəli şəxsə təqdim edilməsi vaxtı (saatı, dəqiqəsi) göstərilməmişdir. (i/v: 20) Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə də iş üzrə tərtib edilmiş ittiham aktından və məhkəmə iclasında ittihamı müdafiə edən dövlət ittihamçısının mövqeyindən görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamı cinayət işi üzrə toplanmış şahid ifadələri, baxış, məhkəmənarkoloji, məhkəmə-kimyəvi ekspertizalarının rəyləri və digər istintaq materialları ilə sübuta yetirdiyindən onun barəsində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü çıxarılmalıdır. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlində təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə baxışında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs saxlanılması anından etibarən keçirilmiş əməliyyat tədbirinin halları təhrif edilmiş, əməliyyatda tədbirində faktiki olaraq 4 nəfər polis əməkdaşı iştirak etdiyi halda ibtidai istintaq materiallarında sadəcə iki nəfərin adı qeyd edilmiş, həmçinin keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs tək deyil tanışı E.G.Quliyev ilə birlikdə saxlanılmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış saxlanıldığı yerdə deyil, 01 saat 50 dəqiqə sonra İdarədə keçirilmiş, şəxsi-axtarış və götürmə istintaq hərəkəti zamanı video çəkiliş edilərkən, həmin istintaq hərəkətinin protokolu tərtib edilərkən, həmçinin təhqiqat zamanı Təqsirləndirilən şəxs ifadəsi alınarkən sonuncunun iradəsinə zidd olaraq ona istinad edilən cinayət əməlini törətməyini etiraf etməsi ilə bağlı təsir və təzyiqlərə məruz qalmış, istintaq zamanı isə onun adından tərtib edilmiş ifadədə özünü təqsirli bilib-bilməməsi ilə bağlı qrafa boş saxlanılmış, istintaqın gedişinə etiraz olaraq prosessual sənədləri belə imzalamaqdan imtina etdiyi halda guya onun hadisəni tam etiraf etməsi barədə ifadə yazılmış, lakin həmin ifadəni də Təqsirləndirilən şəxs imzalamaqdan imtina etmişdir. İşin halları ilə onun istintaq dövründə özünü təqsirli bilməməsi öz təsdiqini tapsa da məhkəməyədək icraat materiallarında bu barədə heç bir qeyd aparılmayaraq sadəcə göstərilmişdir ki, Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən sənədləri imzalamaqdan imtina edir, bu imtina isə müstəntiq tərəfindən özünü müdafiə kimi qiymətləndirilərək vəsatət kimi qəbul edilmiş və həmin vəsatətlərin rədd edilməsi barədə əsassız qərarlar qəbul edilmişdir. Bununla da iş üzrə aradan qaldırılması mümkün olmayan çoxsaylı ziddiyyətlər mövcud olması, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş və iş üzrə ittihamın əsası kimi çıxış edən sənədlərin hadisənin konkret hallarını və real mexanizmini əks etdirməməsi və həmin sənədlərin tərtibi zamanı yol verilmiş prosessual pozuntular, eləcə də ibtidai araşdırma zamanı sübutların toplanması üçün aparılan prosessual hərəkətlərin qanunvericiliyin tələblərinin pozulması ilə icra edilməsi səbəbindən – ittihamın istinad etdiyi sübutların mötəbərsizliyini təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan 0,375 qram heroinin Təqsirləndirilən şəxs aidiyyəti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, sonuncuya həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs bəraət verildiyi üçün iş üzrə narkotik və psixotrop vasitələrin kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. İş materiallarına əsasən aşkar edilərək götürülməsi iddia edilən 0,375 qram çəkidə olan narkotik vasitə hesab edilən heroinin ekspertiza tədqiqatından sonrakı ümumi 0,325 qram çəkidə qalıq hissəsi maddi sübut kimi tanınmaqla saxlanılması üçün Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilmişdir. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hazırki hökm qanuni qüvvəyə mindikdən sonra həmin fakt üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və bununla əlaqədar maddi sübut kimi saxlanılan 0,325 qram heroinin qalığı həmin fakta görə aparılan cinayət təqibi üzrə Bakı şəhəri Nəsimi RPİ-də saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Nəsimi Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut 0,325 qram narkotik vasitə heroin materiala əlavə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X5 və Bakı şəhəri Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı X7 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamda təqsirliyi sübuta yetirlimədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 0,375 qram heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və ekspertiza tədqiqatından sonra qalmış maddi sübut kimi tanınmış narkotik vasitə olan 0,325 qram heroin həmin araşdırma ilə əlaqədar Bakı şəhər Nəsimi Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 5 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X2 və Bakı şəhəri Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı X7 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Azər Tağıyev