Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-144/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X5 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Salyan şəhəri, Ə.Qasımzadə küçəsi, 107 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs bilə-bilə hüquq verən saxta sənəddən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyev küçəsi, 241 saylı ünvanda yerləşən «Səməd Vurğun» adına parkda X4 ilə 1500 manat pul müqabilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə aid məlumatları özündə əks etdirən hüquq verən “MN seriyalı 0066495” nömrəli hərbi quluqçunun saxta şəxsi vəsiqəsini və üzərində “xxxxxxxxxxxx” ASC-yə aid olan əmək haqqını özündə əks etdirən saxta ödəniş kartı üzrə çıxarışı istifadə etmək məqsədilə əldə etmiş, həmin sənədlərin saxta olduqlarını bildiyi halda sənədləri ünvan 2 saylı ünvanda yerləşən “xxxxxxxxxxxxxx" ASC-nin Bakı filialına təqdim edib bankdan ******* nömrəli “Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi" haqqında müqavilə əsasında 5.000 manat məbləğində pul götürmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən adı yadında qalmayan kafelərin birində təsadüfən şəxsiyyəti sonradan ona bəlli olan X4 ilə tanış olmuşdur.Söhbət əsnasında sonuncu ona saxta sənəd düzəldən tanışının olmasını və həmin saxta sənədlər əsasında, yəni onun adına saxta zabit sənədi ilə Bakı şəhər Nəsimi rayon ərazisində fəaliyyət göstərən "xxxxxxxxxxxxxx” X3 pul götürmə imkanın olduğunu bildirmişdir.O həmin vaxt E.A.Mahmudova bir qədər fikirləşdikdən sonra ona bu barədə məlumat verə bilıəcəyini qeyd etmişdir.Lakin öz-özlüyündə həmin vaxt fikirləşmişdir ki, yaxşı olar ki, o E.A.Mahmudovaun ona təklif etdiyi həmin saxta işə qol qoysun və bankdan götürülən pul ilə ailə həyatı qursun.Həmin günü o, həmin kafedə yenidən E.A.Mahmudov ilə görüşmüş və sonuncu istifadəsində olan mobil telefon vasitə ilə onun foto şəklini və ona məxsus şəxsiyyət vəsiqəsinin hər iki üzünü telefonuna çəkmişdir.Daha sonra E.A.Mahmudovun ona bildirdiyinə görə istifadəsində olan mobil telefonla foto və şəxsiyyət vəsiqəsinin surətlərini tanışı X1 göndərmişdir.Lakin o Arslanı tanımamış və onunla əvvəllər heç bir münasibəti olmamışdır.Bununla yanaşı olaraq qeyd etmişdir ki, E.A.Mahmudovun onun ilə razılaşması ondan ibarət olmuşdur ki, həmin saxta sənədlər düzəldikdən sonra o “xxxxxxxxxxxxxx" X3 5.000 manat kreditə pul götürəcək və həmin puldan ona 1500 manatını verməsini öz öhdəsinə götürmüşdür.Kreditini isə o ödəməli olmuşdur.Bir xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində E.A.Mahmudovistifadəsində olan mobil telefonla zəng edib Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyev küçəsi, 241 saylı ünvanda yerləşən «Səməd Vurğun» adına parkda görüşməyi təklif etmişdir.Həmin vaxt o deyilən ünvana gəlmiş və E.A.Mahmudov bildirmişdir ki, tanışı X2 ilə xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 185 saylı ünvanda görüşərək onun adına saxtalaşdırılmış “MN seriyalı 0066495" nömrəli hərbi quluqçunun xidməti vəsiqəsini vermişdir ki, o “X8” ASC-dən pul götürsün.xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində o, ünvan 2 saylı ünvanda yerləşən “xxxxxxxxxxxxxx” ASC-nin Bakı filialına daxil olmuş E.A.Mahmudovisə həmin vaxt onu Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyev küçəsi, 241 saylı ünvanda yerləşən «Səməd Vurğun» adına parkda gözləmişdir.Təxminən 1-2 saatdan sonra o,“xxxxxxxxxxxxxx” ASC-dən çıxaraq «Səməd Vurğun» adına parkda E.A.Mahmudovilə görüşmüş, həmin vaxt ona 1500 manatını əl-bəəl vermişdir.Qalıq qalan 3.500 manat pulu isə öz şəxsi tələbatları üçün xərcləmişdir. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, “xxxxxxxxxxxxxx” ASCnin müvafiq bank hesabına130 manat ödəniş etdiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs“X8” ASC-nin nümayəndəsiqismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyev küçəsi, 241 saylı ünvanda yerləşən «Səməd Vurğun» adına parkda X4 ilə əvvəlcədən aralarında razılaşdırılmış vədinə əsasən, yəni 1500 manat pul müqabilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə aid məlumatları özündə əks etdirən hüquq verən “MN seriyalı 0066495” nömrəli hərbi quluqçunun saxta şəxsi vəsiqəsini və üzərində “X8” ASC-yə aid olan əmək haqqını özündə əks etdirən saxta ödəniş cədvəli üzrə çıxarışı istifadə etmək məqsədilə ilə sonuncudan Təqsirləndirilən şəxs əldə edərək həmin sənədlərin saxta olduğunu bildiyi halda sənədləri ünvan 2 saylı ünvanda yerləşən “xxxxxxxxxxxxxx" ASC-nin Bakı filialına təqdim edib bankdan ******* nömrəli “Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi” haqqında müqavilə əsasında 5.000 manat məbləğində pul götürmüşdür. Məhkəmə iclasındazərərçəkmiş şəxsnümayəndəsi Zərərçəkmiş şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, həqiqətən Təqsirləndirilən şəxs tərəfindən 130 manat pul bankın müvafiq hesabına köçürülmüşdür. Cinayət işinin 2-ci cild 105-ci vərəqəsində olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 2-ci cild 160-161-ci vərəqələrində olan qətimkan tədbiri seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 26-cı vərəqəsində olan Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 1-ci cild 35-36-cı vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2, 67-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 11 (on bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə xx xxxxxxx 2017-ci il, 816 VQD saylı Qanunun tətbiqi ilə əməli həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddəsinə tövsif edilməklə 05 il 01 ay cəza müddətinin başa çatması ilə əlaqədar cəzadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli eManat ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən “X8” ASC-nin hesabına 130 manat ödəniş edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zəzərçəkmiş şəxsin nümayəndəsinin verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun bilə-bilə hüquq verən saxta sənəddən istifadə etməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, qismən ödəniş etməsinicəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs hal hazırda törətdiyi cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları - özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, qismən ödəniş etməsini nəzərə alır və belə hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalı, onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci iltarixdən xx xxxx 2020-ci iltarixədək, yəni 01 (bir) gün müddətAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə nəzərə alınmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci iltarixdən xx xxxx 2020-ci iltarixədək, yəni 01 (bir) gün müddətAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 04 (dörd) gün hesabı ilə nəzərə alınmaqla 04 (dörd) gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia və maddi sübutyoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində BakıŞəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-144/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-144/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver