Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-144/2021 23.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, ev 13, mənzil 16-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 180.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 mart 2019-cu il tarixdə, səhər saatlarında anası Zərərçəkmiş şəxs2 yaşadığı Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsi, ev 10, mənzil 06-da qonaq olarkən yataq otağındakı dolabın üzərində 5 manatlıq ***-***-**-** saylı GSM nömrə ilə istifadə olunan və balansında 2 manatlıq danışıq kartı olan bir ədəd 60 manat dəyərində “Sony” markalı, “D2502” modelli mobil telefon aparatını və qabın içindəki 2.000 manat məbləğində pulu oğurlayaraq zərər çəkmiş şəxsə maddi ziyan vurmuşdur. Bundan başqa o, 20 sentyabr 2020-ci il tarixdə, saat 10:16-da Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən kəndli yarmarkasının qarşısında meyvə satışını həyata keçirən Zərərçəkmiş şəxs1 Seyidabbas oğlunun əlində iki ədəd 50 manatlıq pul əsginazlarını saxlayıb meyvələri yeşiklə birlikdə avtomobilin yük yerinə qoyan zaman ona arxadan yaxınlaşıb əlindəki pulları götürüb qaçmaqla özgənin əmlakını açıq talayıb zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla təkrar soyğunçuluq etmişdir. Bundan başqa o, 2020-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan ərazidə “Emil” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,397 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşımış, 20 sentyabr 2020-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi, 30/14 saylı ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə həmin narkotik vasitə aşkar edilmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun doğma anası olsa da, bibisi Məryəmin övladı olmadığı üçün uşaqlıqdan onun yanında böyümüşdür. 2018-ci ildə anasının evindən telefon oğurladığı üçün anası Ayna uzun müddət onu öz evinə buraxmamışdır. Lakin 27 fevral 2019-cu il tarixdə yenidən Cəlilabad rayonuna gəlmiş, yaşamağa yeri olmadığından anasının evinə gedib orada qalmışdır. Ondan başqa bacıları Günel, Ülviyyə və qardaşı İsmayıl da evdə olmuşlar. Səhər yuxudan oyananda görmüşdür ki, anası evdə yoxdur, lakin qardaşı və bacıları hələ yatırlar. Üzərində pul olmadığından evdən nəsə oğurlamaq fikrinə düşmüşdür. Bu məqsədlə yataq otağına girmiş, dolabın üzərində anasına məxsus “Sony Xperia C3” markalı mobil telefon aparatını və xrustal qabın içərisində 2.000 manat pulu görmüşdür. Pulu və telefonu götürüb sakitcə evdən çıxmış və Bakıya gəlmişdir. Telefonu tanımadığı bir şəxsə 110 manata satmış, pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan əlavə qeyd edir ki, heroin istifadəçisi olduğu üçün mütəmadi olaraq Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan ərazidə “Emil” adlı şəxsdən alırdı. 20.09.2020-ci il tarixdə, saat 09 radələrində yenidən olaraq Emildən 10 manata bir ədəd bükümdə heroin alıb əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibinə qoymuş və piyada həmin ərazidə yerləşən kəndli yarmarkası tərəfə getmişdir. Bu zaman görmüşdür ki, yaşlı bir kişi əlində əncir yeşiyi ilə maşın yoluna doğru hərəkət edir. Kişinin bir əlində əncir yeşiyi olsa da, digərində yeşik qarışıq 50 manatlıq pul əsginazları da var idi. Bir müddət o bu şəxsə fikir verib əlindəki yeşikləri yol kənarında dayanmış avtomobilin yük yerinə yığdığını müşahidə etmişdir. Bu şəxsin kök olduğu üçün onun arxasınca qaça bilməyəcəyini düşünüb onun əlindəki pulları götürüb dərhal aradan çıxmaq qərarına gəlmişdir. Buna görə də kişinin başının yeşiklərə qarışmasından istifadə edib sakitcə arxadan ona yaxınlaşmış, onun sol əlində saxladığı iki ədəd 50 manatlıq pul əsginazlarını cəld dartıb qaçmışdır. Həmin şəxs onun ardınca gəlsə də, ona çata bilməmişdir. O, ələ keçirdiyi pulu xərcləməyə imkan tapmamış, çünki həmin günü, saat 13 radələrində polis əməkdaşları tərəfindən saxlanılıb 20-ci polis bölməsinə gətirilmişdir. Orada üzərində videoçəkilişlə axtarış zamanı üzərində olan həm narkotik, həm də bu pullar aşkar edilmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 20.09.2020-ci il tarixdə, səhər saatlarında bağında olan ancirləri satmaq məqsədi ilə Bakı şəhəri, Nasim rayonu, Alı Mustafayev küçəsində yerləşən kəndli yarmarkasına gətirmişdir. Həmin günü, saat 10 radələrində əncir yeşiyinin birini müştərinin göstərdiyi yol kənarındakı avtomobilə yerləşdirmiş, satışdan qazandığı iki ədəd 50 manatlıq pul əsginazını isə sol əlində saxlamışdır. İkinci yeşiyi də gətirib həmin avtomobilə qoyarkən sol tərəfindən ona yaxınlaşan, tanımadığı bir şəxs qəflətən onun əlindən həmin pulları götürüb qaçmışdır. O bu şəxsin ardınca getsə də, onu tuta bilməmiş və dərhal hadisə barədə “102” xidmətinə məlumat vermişdir. Hazırda onun pulu qaytarıldığından təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğlu olsa da, körpəliyindən baldızı Məryəmə rəsmi olaraq övladlığa verilmişdir. Bəhruzlə bir evdə yaşamasa da, bəzən oğlu onun yaşadığı Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsi, ev 10, mənzil 06-a gəlib qalmışdır. 2018-ci ildə Bəhruz onun evindən telefon oğurladığı üçün o, onu uzun müddət evinə buraxmamışdır. 27 fevral 2019-cu il tarixdə Bəhruz ona zəng edib evinə gələcəyini söyləmiş, lakin o, buna etiraz etmişdir. Buna baxmayaraq həmin günü gecə vaxtı Bəhruz onun evinin qapısını döymüş, o da məcbur olub onu evinə buraxmışdır. Həmin vaxtı evdə oğlu İsmayıl, qızları Ülviyyə və Günel də olmuşlar. 01 mart 2019-cu il tarixdə səhər saatlarında evdən çıxıb işlərinin ardınca getmiş, günorta isə evə qayıdanda Bəhruzun yataq otağındakı dolabın üzərində 5 manatlıq ***-***-**-** saylı GSM nömrə ilə istifadə olunan və balansında 2 manatlıq danışıq kartı olan bir ədəd 60 manat dəyərində “Sony” markalı, “D2502” modelli mobil telefon aparatını və qabın içindəki 2.000 manat pulunun oğurladığını görmüşdür. Oğluna qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 20 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Bəhruz” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri qanunsuz olaraq əldə edib daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədi ilə ondan və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin günü saat 13:00 radələrində ünvan 3 ünvanda zahiri əlamətləri əməliyyat məlumatına uyğun gələn “Bəhruz” adlı şaxs tərəflərindən saxlanılmışdır. Bu şəxsin Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirib onu 20-ci polis bölməsinə dəvət etmişlər. Orada videoçəkilişlə onun üzərinə axtarış aparılmadan əvvəl Təqsirləndirilən şəxs onda ola biləcək qanunsuz əşyaları könüllü təqdim etməsi təklif edilmişdir. O da əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofanda olan bükümü və iki ədəd 50 manatlıq pul əsginazlarını çıxarıb təqdim etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: 21.09.2020-ci il tarixli, 6/1942 saylı rəyinə görə tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №188” dairəvi möhür əksi olan adlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,397 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin tədqiqatdan sonra qalıq qalan çəkisi 0,347 qram, aparılmış tədqiqatın dəyəri 65,0 manat təşkil edir (İ cild, i.v.59-61); 30 noyabr 2020-ci il tarixli, 9/5336 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Sony” markalı, “D2502” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin mart ayına olan bazar qiyməti təxminən 60,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50,0 manat təşkil edir (İİ cild, i.v.131-133); Görüntüyə baxış keçirilməsi haqqında” 2020-ci il 20 sentyabr, 22 oktyabr və 26 noyabr tarixli protokollara və disklərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsiz Şəhər Xidmətinin TŞ 3-032 videomüşahidə qurğusunun 2-ci, TŞ 3-206 nömrəli qurğunun 2-ci və 3-cü kameralarının 20.09.2020-ci il tarixli, saat 10:15-dən 10:20-dək olan müddət ərzində çəkilmiş 02 ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilir. 1-ci DVD diskdə TŞ 3-206(3) saylı kamerada olan çəkilişdir. Çəkilişdən görünür ki, kamera hadisə yerini - Nəsimi rayonu, Alı Mustafayev küçəsində olan avtomobil yolunu çəkir. Saat 10:17:06-da əynində qara rəngli papaq və gödəkcə, tünd boz rəngli cins şalvar olan bir nəfər qaçır, onun arxası ilə qaçan yoxdur, saat 10:17:18-də həmin şəxs körpünün altına daxil olduğundan kameradan itir. 2-ci DVD diskdə TŞ 3-032(2) və TŞ 3- 206(2) saylı kamerada olan çəkilişdir. Görüntüdən görünür ki, Nəsimi rayonu, Alı Mustafayev küçəsində olan avtomobil yolunda saat 10:17:22-də əynində qara rəngli papaq və gödəkcə, tünd boz rənlgi cins şalvar geyinən kişi yolun əks istiqaməti ilə geri qaçır, 100-150 metr qaçdıqdan sonra yolun kənarına gəlir, yolun sağına daxil olub binaların arasına keçdiyindən kadrdan itir. TŞ 3-206(2) saylı kameranın görüntüsünə əsasən Nəsimi rayonu, Alı Mustafayev küçəsində avtomobil yoludur, yolun solunda körpü, sağında kəndli yarmarkası yerləşir. Saat 10:15:55-də maşın yolunun sağında dayanmış metal rəngli “Mercedes-Benz C180” markalı maşına tərəf yolun sağı ilə Zərərçəkmiş şəxs1 əlində əncir yeşiyini gətirir, saat 10:16:00-da sonuncu əlindəki yeşiyi maşının yük yerinə qoyur və arxaya, yarmarka istiqamətinə yolun sağ kənarı ilə qayıdır, sonra ikinci əncir yeşiyini götürüb həmin maşına tərəf gəlir. Saat 10:16:50-də maşın yolunun sağında dayanmış metal rəngli “Mercedes-Benz C180” markalı maşının yük yerinə Zərərçəkmiş şəxs1 ikinci əncir yeşiyini qoyur və həmin vaxt yolun sağında piyadalar hərəkət edən yerdə arıq bədənli, qarayanız, əynində qara rəngli papaq və gödəkcə, tünd boz rəngli cins şalvar olan bir nəfər asta yerişlə Seyidtağıya yaxınlaşır. Saat 10:16:57-də Seyidtağı əyilmiş vəziyyətdə maşının yük yerinə əncir yeşiyini yerləşdirərkən həmin şəxs sol tərəfdən ona yaxınlaşır, dərhal onun sol əlində olan pulu götürüb arxaya, 3-cü mikrorayon dairəsi, körpü istiqamətinə maşın yolunun əks istiqaməti tərəfə qaçır, Seyidtağı da dərhal arxaya qaçır, saat 10:17:05-də körpü istiqamətinə qaçaraq bu şəxs kameradan itir (İ cild, i.v. 122, 178-179, 203-204); “Maddi sübut kimi tanınmaq haqqında” 2020-ci il tarixli 26, 29 sentyabr, 22 oktyabr və 02 dekabr və Sübutlara qiymət verilməsi haqqında” 05 dekabr 2020-ci il tarixli qərarlara əsasən Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “Sony” markalı, “D2502” modelli mobil telefon, Zərərçəkmiş şəxs1 Seyidabbas oğluna məxsus iki ədəd A87788489 və B03438647 seriya nömrəli 50 manatlıq əsginazlar, hadisəni əks etdirən iki ədəd DVD disk, Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,347 qram heroin iş üzrə maddi sübut kimi tanınmış, heroin saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə təhvil verilmiş, telefon və pul əsginazları hər biri öz sahiblərinə qaytarılmış, iki ədəd DVD disk isə iş materiallarına əlavə edilmişdir (İ cild, i.v.144, 147, 180, İİ cild, i.v.148, 187- 202); Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X1 haqqında 26.11.2020-ci il tarixli, 3324 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sinromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İİ cild, i.v.150-151); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 4(006)- 573/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 sentyabr 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.105-106); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05.10.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.08.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05.05.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, i.v.156-158). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir (5-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydhissəsinin 3cü bəndinə görə bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 180.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 180.2.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 20 sentyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,347 qram narkotik vasitə olan heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, bir ədəd “Sony” markalı, “D2502” modelli mobil telefon aparatı sahibi Zərərçəkmiş şəxs2, iki ədəd A87788489 və B03438647 seriya nömrəli 50 manatlıq pul əsginazları sahibi Zərərçəkmiş şəxs1 istifadəsində, iki ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatlarının dəyəri 115 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə, həmin Məcəllənin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 20 sentyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatlarının dəyəri 115 (yüz on beş) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,347 qram narkotik vasitə heroin məhv edilsin, bir ədəd “Sony” markalı, “D2502” modelli mobil telefon aparatı sahibi Zərərçəkmiş şəxs2, iki ədəd A87788489 və B03438647 seriya nömrəli 50 manatlıq pul əsginazları sahibi Zərərçəkmiş şəxs1 istifadəsində, iki ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-144/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-144/2021
23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver