Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-144/2022 05.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Nürəddin oğlunun, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə edilməklə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən təkrarən qərəzli xuliqanlıq hərəkətləri edərək silah qismində istifadə olunan əşyadan istifadə edilməklə özgənin əmlakını zədələmiş və zərər çəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2021-ci il tarixdə saat 09:40 radələrində ünvan 2 ünvanda yerləşən yaşayış binasının komendantı üçün nəzərdə tutulmuş otağında olan zaman həmin binanın komendant köməkçisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 Nürəddin oğluna qeyd edilən otağı tərk etməsini bildirmiş, sonuncu isə ona otağı tərk etməyəcəyini dedikdən sonra aralarında yaranmış sözlü mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən yumruqla zərbə vurmuş, sonuncunun ondan yaxasını qurtarmaq üçün otağı tərk etdiyini görüb arxasınca gedərək öz qanunsuz hərəkətlərini binanın həyətində davam etdirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edərək ətrafda olan vətəndaşların gözləri qarşısında ucadan nalayiq söyüşlər söyərək, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək yenidən sonuncunun sifət nahiyəsindən yumruqla vuraraq sol almacıqgicgah nahiyəsinin qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, 2021-ci ilin oktyabr ayının sonlarında ünvan 2 ünvanda yerləşən yaşayış binasında onunla eyni mərtəbədə, 198 saylı mənzildə yaşayan Zərərçəkmiş şəxs2 yaşadıqları mərtəbənin dəhlizində yaxınlaşaraq onda sonuncuya məxsus rüsvayedici məlumatlar, yəni əxlaqsız şəkilləri və səs yazılarının olmasını, ona 1.000 manat pul verməyəcəyi təqdirdə həmin rüsvayedici məlumatları ərinə və yaxın qohumlarına yayma hədəsi ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 1.000 manat pulu hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa o, təkrarən, 13 noyabr 2021-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanın 13-cü mərtəbəsinin dəhlizinə həmin mərtəbənin 198-ci mənzilində yaşayan Zərərçəkmiş şəxs2 tərəfindən müşahidə kameraları quraşdırılmasını və həmin kameraları onun mənzilinin giriş qapısını da çəkməsini səbəb gətirərək heç bir əsaslı səbəb olmadan həmin mərtəbənin ümumi istifadə üçün nəzərdə tutulmuş dəhlizində uzun müddətə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına, təhlükə və həyəcanın yaranmasına səbəb olan ictimai qaydanı pozaraq, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin qanuni mənafelərinə toxunan hərəkətlər edib, özünün şəxsiyyətini digər şəxslərin fövqündə qoyub əlində olan istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək zor tətbiq edib Zərərçəkmiş şəxs2 məxsus yuxarıda qeyd edilən mənzilin giriş qapısına zədələr yetirmiş, daha sonra qapının dəstəyini də zədələyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 80 manat miqdarında maddi ziyan vurmaqla özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 16 saylı binada bir müddət mühafizəçi vəzifəsində çalışmışdır. 23 oktyabr 2021-ci il tarixdə səhər saatlarında həmin binanın müşahidə kameralarına baxmaq üçün binanın həyətində komendant üçün nəzərdə tutulmuş otağa gəlmişdir. Həmin vaxt otaqda binanın komendantı Səid ilə Azər adlı şəxsin oturub söhbət etdiyini görmüşdür. O, Səidlə şəxsi söhbəti olduğu üçün Azərə otaqdan çıxmasını bildirmiş, Azər bu zaman ona otaqdan çıxmayacağını deyərək onu təhqir etmişdir. O, Azərə yaxınlaşıb onu təhqir edib-etmədiyini soruşmuş, Azər ona cavab verməmişdir. Azərə onu söydüyünü eşitdiyini bildirmiş, bundan sonra əsəbiləşib Azərin onu təhqir etməsini düşünüb onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o, Azərin sifət nahiyəsinə yumruq zərbəsi endirmiş, Azər də ona yumruq zərbələri endirməyə cəhd etmiş, lakin Azərin zərbələri ona dəyməmişdir. Bu vaxt yaşadığı binanın komendantı Səid adlı şəxs onları aralaşdırmış, bundan sonra Azər otaqdan çıxıb binanın həyətinə doğru irəliləməyə başlamışdır. Həmin vaxt binanın həyətində yenidən ünvanına nalayiq ifadələr işlətdiyinə görə yenidən Azərə yaxınlaşıb bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri endirməyə başlamışdır. Azəri vuran zaman əlində silah və ya silah qismində istifadə olunacaq heç bir əşya olmamışdır. Bundan başqa, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə qonşu olmuş və sonuncudan heç vaxt hədə-qorxu ilə nə isə tələb etməmişdir. O, hərdən Nigara əlində olan əşyaları daşımağa kömək etmiş, bir dəfə də həyat yoldaşı Arazı soruşmuşdur. Nigar və Nigarın həyat yoldaşı Araz onunla eyni mərtəbədə yaşamışlar. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 və Şahid1 öz qapılarına müşahidə kamerası yerləşdirməsi səbəbindən əsəbiləşmiş, çünki həmin kamera onun qapısını da çəkmişdir. O, 102 xidmətinə zəng etmiş və bloka kamera quraşdırılması ilə bağlı şikayətini bildirmişdir. Həmçinin, öz mənzilinin qapısına çıxaraq kamera quraşdırılması ilə bağlı narazılığını bildirmiş, lakin bu zaman nə Nigar, nə də Araz bloka çıxmışlar. Mənzildən çıxanda əlində mətbəx bıçağı olmuşdur. Lakin əlində bıçaq olsa da, o, Arazgilin qapılarına yaxınlaşmamışdır. Həmin vaxt qonşusu Savalan gəlmiş və Savalanla danışmışdır. Savalanla danışandan sonra həyətə düşmüş, həyətə düşərkən də əlində bıçaqla düşmüşdür. Daha sonra polis əməkdaşları gəlmiş, onun barəsində də şikayət olduğunu və birinci həmin şikayətə baxılacağını bildirmişlər. O, qonşusu Zərərçəkmiş şəxs2 hər hansı əxlaqsız təklif etməmiş, ona hədə-qorxu gəlməmiş, ondan hədə qorxu yolu ilə 1.000 manat və ya hər hansı bir məbləğdə pul tələb etməmişdir. Həmçinin Nigar xanımgilin qapısının cəftəsini o sındırmamış, qapılarına xəsarət yetirməmişdir. Daha sonra ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini, özünü yalnız Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bildiyini bildirərək əməlinin həmin maddəyə tövsif olunmasını və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Nürəddin oğlu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə qonşu olmuş, Nicat həmçinin, yaşadıqları binada gecə növbəsində mühafizəçi kimi işləmişdir. O, xx.xx.2021-ci il tarixdə 09:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi 16 ünvanında yerləşən yaşadığı binanın komendant üçün nəzərdə tutulmuş otağında növbəti günü təhvil almaq üçün gəlmiş, həmin vaxt orada binanın komendantı Şahid7la işlə bağlı söhbət etmişlər. Bu vaxt qabaqcadan tanıdığı, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs komendant üçün nəzərdə tutulan otağa daxil olmuş və binanın müşahidə kameralarına baxmaq istədiyini bildirmişdir. Binanın müşahidə kameralarına nəzarət edən monitor onun işlədiyi otaqda yerləşirdi. Səid Nicata müşahidə kameralarına baxmağa icazə olmadığını bildirmişdir, bu zaman Nicat üzünü ona tutub onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O, Nicata otağı tərk etməyini bildirmişdir. Lakin Nicat bundan əsəbiləşib onun üzərinə gələrək yaxasından tutmuş və ona bir neçə dəfə yumruq zərbələri endirməyə başlamışdır. Bundan sonra Şahid7 onları ayırmağa cəhd göstərsə də, Nicat onu döyməyə davam etmişdir. Daha sonra o, həmin otaqdan çıxıb polisə zəng etmiş, bu zaman binanın həyətində Təqsirləndirilən şəxs yenidən onun üstünə gələrək ona yumruq və təpik zərbələri endirmişdir. O, yenidən qaçmağa başlamış və Nicat onu nalayiq ifadələrlə təhqir edərək arxasından qaçıb yenidən onu döyməyə başlamışdır. O, dərhal bu barədə DİN-nin “102” xidmətinə zəng edib məlumat vermişdir. Daha sonra Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Nürəddin oğlu, həmçinin, məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli nəticəsində ona 1114 manat maddi, 2000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 3114 manat məbləğində zərər dəymişdir. Göstərilənləri nəzərə alaraq, vurulmuş zərərə görə 3114 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 52 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, təxminən, 1 il 8 aya yaxındır ki, əri Şahid1 və övladları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, İ.Həmidov 16 ünvanında yerləşən binanın 198 nömrəli mənzilinə köçmüşdür. Təqsirləndirilən şəxs onların qonşusu olmuşdur. Nicat gələn gündən onu binanın həyətində, blokda, liftdə tək görən zaman mütəmadi olaraq yanına gəlmiş və onu narahat etmişdir. O, ilk öncə Nicatın hərəkətlərinə fikir verməmiş və ailəsində söz-söhbət yaranmasını istəmədiyindən bu barədə ərinə heç nə deməmişdir. O, Nicatın ona qarşı etdiklərinə reaksiya vermədikcə Nicat daha da aqressivləşmişdir. Nicat hər dəfə onun evə gəldiyini gördükdə gəlib onunla liftə girmiş və onunla söhbət etməyə cəhd etmişdir. Nicat dəfələrlə ondan telefon nömrəsini istəmişdir. Həmçinin həyat yoldaşına səhər uşağı futbola aparandan sonra onun guya başqa kişilərlə bərkdən-bərkdən telefonla danışdığını deyəcəyini bildirmişdir. Nicat həmçinin, ondan maşınını sürmək üçün istəmiş və ya onu maşınla aparmasını tələb etmişdir. Marketə düşəndə də arxasında gəlmiş, ondan əl çəkməmişdir. Nicat həmçinin ona 1.000 manat pul verməsə, ərinə başqa kişilərlə gəzdiyini deyəcəyi ilə hədə qorxu gəlmişdir. Nicat onu əldə edə bilmədiyi üçün bıçaqla da hədələmişdir. O, Nicatın ona qarşı etdiklərindən artıq təngə gəlmiş, axırda məcbur olub bu barədə həyat yoldaşı Şahid1 məlumat vermişdir. O, Araza Nicatın onun başına gətirdiyi oyunlar barədə hər şeyi danışmışdır. Həyat yoldaşı isə Nicat barədə sübutlar toplayıb bu barədə müvafiq tədbir görəcəyini bildirmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə həyat yoldaşı yaşadıqları mərtəbənin blokuna kamera quraşdırmışdır. xx.xx.2021-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs əlində bıçaqla yaşadığı mənzilin qarşısında dayanaraq ucadan söyüş söyərək onu və həyat yoldaşını təhqir etmiş, səs-küy salaraq ondan yaşadığı mənzildən çıxmağını tələb etmiş, əgər çıxmasa onu, uşaqları və yoldaşını öldürəcəyini demişdir. Yoldaşı mətbəxdə olduğundan səsləri eşitməmişdir. O, yoldaşı eşitməsin və mübahisə olmasın deyə mətbəxin qapısını bağlamışdır. Ona görə özü qapıya çıxmış, bu zaman Nicatın əlində bıçaq olmuş, o, qapını açanda Nicatın anası bıçağı Nicatın əlindən almış və Nicatı liftə mindirmişdir. Nicat onların qapısına xəsarət yetirmişdir. Aşağı düşəndə polislər Nicatı tutmuşlar. O, əvvəl də Nicat onu bıçaqla hədələyib liftə salandan sonra noyabr ayında polisə şikayət etmiş, sonra şikayətini geri götürmüşdür. Hazırda Təqsirləndirilən şəxs görə məcbur olub evini satmış, başqa yerə köçmüşdür. Sonrakı məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbi olmadığını bildirmiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, Nicat ondan hədəqorxu ilə pul tələb etməmiş, ibtidai istintaq zamanı Nicatın ondan pul tələb etməsinə dair ifadə verməmiş, Nicatın qapıya bıçaqla xəsarət yetirdiyini görməmiş, ibtidai istintaq zamanı ifadəsini 2 ay əvvəl keçirdiyi əməliyyatla bağlı özündə olmadığından oxumadan imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yerləşən binada gündüz növbəsində gözətçi kimi işləyir, Nicat isə gecə növbəsində işləmişdir. Təxminən sentyabr ayının sonlarında işlədiyi binanın komendant üçün olan otağında olarkən Təqsirləndirilən şəxs həmin otağa daxil olmuş, həmin vaxt otaqda komendant Səid müəllim, Zərərçəkmiş şəxs1 və o olmuşdur. Nicat otağa daxil olan kimi Azərlə ona çölə çıxmalarını, Səid müəllimə sözü olduğunu demişdir. O çıxmış, sonra isə içəridə Azərlə Nicatın dava etdiyini görmüşdür. O, içəri girib Azəri oradan çıxartmış, ondan sonra Nicat da çölə çıxmış, Nicat və Azər çöldə də mübahisə etmişlər. Nicat Azəri əli ilə vurmuşdur. Nigarla Nicat arasında olan mübahisəni isə görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yerləşən yaşayış binasının komendantı vəzifəsində, Zərərçəkmiş şəxs1 Nürəddin oğlu isə onun yanında komendantın köməkçisi vəzifəsində çalışır. 2021-ci il tarixdə dəqiq xatırlamadığı gündə səhər saat 10-11 radələrində o, Azərlə komendant otağında olmuş, işlə bağlı söhbət etmişlər. Bu vaxt binanın sakini olan Təqsirləndirilən şəxs içəri girmiş və Nicat onunla təklikdə işi olduğunu bildirmişdir. Azər otaqdan gec çıxdığından Azərlə Nicat arasında dava başlamışdır. Nicat Azəri əli ilə vurmuş, o da onları aralamaq istəmişdir. Sonra Azər və Nicat çölə çıxmış, o, onların arxasınca çıxmaq istəmədiyindən otaqda qalmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 Eldar oğlu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 81 ünvanında yerləşən binada ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs qonşu binada yaşayan şəxs kimi üzdən tanımışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1la qonşudurlar. Bir gün Azərlə söhbət edən zaman Azər ona Nicatın tutulduğunu demişdir. O da adını bilmədiyindən söhbətin kimdən getdiyini bilməmişdir. Azər ona Nicatın şəklini göstərəndən sonra sonuncunu üzdən tanımışdır. Azərdən Nicatı nəyə görə tutduqlarını soruşduqda Azər onu vurduğu üçün tutulduğunu demişdir. O, Nicatı bir dəfə binanın yanında yerləşən kafedə görmüşdür. Belə ki, yoldan keçən zaman kafedə bir neçə şəxsin dalaşdığını, Nicatın da orada olduğunu görmüşdür. O, Nicatla Azərin arasında olan mübahisəni görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs onlarla qonşu olan mənzildə yaşamışdır. 13 noyabr 2021-ci il tarixində axşam saatlarında o, evdə yatarkən həyat yoldaşının qışqırdığını eşitmiş, nə baş verdiyini soruşduqda yoldaşı ona Nicatın kameranı kəsmək istədiyini demişdir. O, Nicatı həmin vaxt görməmiş, sonradan videogörüntülərə baxanda Nicatın əlində bıçaqla qapının yanında gəzdiyini görmüşdür. O da polisə şikayət etmişdir. Həmin gün qapının cəftəsinin sınıq olduğunu və qapıda bıçaqla vurulmuş xəsarət olduğunu görmüşdür. Ekspert qapıya 80 manat məbləğində ziyan dəydiyini müəyyən etmişdir. Nicat həmçinin Nigarı hədələmişdir ki, guya Nigar kiminləsə gəzir və onda Nigarın şəkilləri var. Nigarın dediyinə görə Nicat həmin şəkilləri yaymasın deyə Nigardan pul tələb etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yerləşən 198 saylı mənzildə ev təmizliyi ilə məşğul olur. Təqsirləndirilən şəxs Nigar xanımgilin qonşusu kimi tanımışdır. O, bir dəfə işdə olan vaxt Nicat qapını döymüş, kim olduğunu soruşduqda qonşu olduğunu bildirmişdir. Nicat ondan Araz müəllimi soruşmuş, o da evdə olmadığını demişdir. Bir dəfə də Nigar xanımgillə Nicatın arasında mübahisə olmuş, o, səhər işə gələndə bu barədə bilmişdir. Qapının yanında pivə şirəsinin ləkəsi olduğunu görmüş, Nigar xanım oranı təmizləməsini demişdir. X5 xanımı narahat etməsi ilə bağlı heç bir məlumatı olmamış, baş vermiş hadisəni də görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 onun qonşuları olmuşlar. 13 noyabr 2021-ci il tarixdə gecə işdən evə gələn zaman liftdən çıxanda qonşusu Nicatla qarşılaşmışdır. Nicat ona qonşuları Arazın bloka kamera qoyduğunu demiş, bundan xəbəri olub-olmadığını soruşmuş, o da xəbəri olmadığını bildirmişdir. Nicat ona Araza kameraları sökməsini deyəcəyini bildirmiş, o da indi gec olduğunu, səhər deməsini təklif etmişdir. Həmin vaxt Nicatın əlində heç nə olmamış, daha sonra gedib evdən kameranı sökmək üçün bıçaq gətirmişdir. O, Nicata kameraları Araza özünün sökməsini deməsini bildirmiş və sonra evinə getmişdir. Daha sonra səs-küy eşitmiş, lakin yorğun olduğundan bloka çıxmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən binada gözətçi xidmətində işləyir. O, dəqiq xatırlamadığı tarixdə növbədə olan zaman gecə vaxtı Nicat mühafizəçi üçün nəzərdə tutulan otağa gəlmiş, əynindəki gödəkçənin cibindən bıçaq çıxartmış və ondan həmin bıçağı otağa qoymağını istəmiş, sonra gəlib götürəcəyini demişdir. O isə icazə verməmiş, bundan sonra Nicat çıxıb getmişdir. Nicatdan bıçağı nə üçün üzərində gəzdirdiyini soruşmamışdır. Sözügedən cinayət hadisəsi olan gün isə o, növbədə olmamışdır. Nicatın otağa bıçaq gətirməyi həmin hadisədən 1-2 gün əvvəl olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri Şahid5 ifadəsində göstərmişdir ki, o, 4 ildir ki, daxili işlər orqanlarında polis nəfəri vəzifəsində olmaqla polis serjantı xüsusi rütbəsindədir. 13 noyabr 2021-ci il tarixdə gecə növbəsində olarkən tağım komandiri radiorabitə vasitəsilə ona DİN-nin 102 xidmətinə daxil olmuş vətəndaş müraciəti ilə bağlı ünvan 6 ünvana yaxınlaşdıqda vətəndaş Zərərçəkmiş şəxs2 onlara qonşusu Təqsirləndirilən şəxs onu bıçaqla hədələdiyini və təhqir etdiyini bildirmişdir. Kamera görüntülərinə baxanda Təqsirləndirilən şəxs əlində bıçaqla gəzdiyini görmüşlər. Nicat hadisə yerində olmamış, aşağı düşəndə Nicatın maşının yanında dayandığını görmüşlər. Onlar Nicata yaxınlaşan zaman sonuncunun əlində bıçaq olmamışdır. Onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21ci Polis Bölməsinə aparmış, daha sonra raportla bölmə rəisinə müraciət etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Nəsimi RPİ-nin MSY-nə təhvil verilmişdir (İ cild, i.v.110); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-503/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.176-180); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 xx.xx.2021-ci il tarixli, 1003 №-li rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Nürəddin oğlunun bədən səthində aşkar olunmuş xəsarətlər-sol gicgah-çənə oynağında hərəkət məhdudluğu və çeynəmə aktının pozulması ilə müşayiət olunan sol qulaq altı çeynəmə nahiyəsini, sol yanaq və üst dodaq nahiyəsini əhatə edən qançırşişkinlik halında əzilməsi, üst dodağının və ağız boşluğunun selikli qişasının iri ölçülü əzilmiş yaraları, sol əlin V barmağının qançır-şişkinliyi küt əşyanın təsirindən müayinədən bir neçə saat əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdirlər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (İ cild, i.v.18-19); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3/1932 saylı rəyindən görünür ki, ünvan 7 ünvanında yerləşən mənzilin qapısının üzərində rəyin tətqiqi hissəsində göstərilən zədələr vardır. Həmin zədələr uc hissəsi nisbətən iti və yastı olan bərk küt predmetin (balta, bıçaq, ling və.s.) təsirindən yaranmağa xarakterikdir. Təqdim edilmiş iki ədəd qapı dəstəyinin üzərində kənar açarlardan və ya bərk predmetdən yetirilməyə xarakterik izlər aşkar edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir (İ cild, i.v.250-253); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/8544 saylı rəyindən görünür ki, analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən giriş qapısına orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq dəymiş maddi ziyanın məbləği nəzəri qaydada təxminən 80,00 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.243-244); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx.xx.2021-ci il tarixli, 2976 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər-hansı bir xroniki psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Onda üzvi emosional-ləbil pozuntusu müəyyən edilir. Bunu amnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və halhazırki müayinənin nəticələri sübut edir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanların normaya uyğun olduğu, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavradığı, bu barədə düzgün məlumat verə biləcəyi, fərdi-psixi xüsusiyyətlərinə görə konfliktə meyilli şəxs olduğu müəyyən edilir. Təfəkkürünün analizetmə, ümumiləşdirmə, tənqidetmə kimi keyfiyyətləri normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə əsəbi, kobud, impulsiv, emosional reaksiyalara meyilli şəxsdir. Təqsirləndirilən şəxs hər-hansı bir xroniki psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Onda Üzvi emosional-ləbil pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilmiş qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsirinə düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkar edilən üzvi emosional-ləbil pozuntusu diaqnozlu xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini tam dərk etmək və onları idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs etdiyi hüquqazidd hərəkətlərdən birbaşa əvvəl psixi-emosional sferasında qıcığa qarşı həssaslıq, hirslilik kimi hallar yaranmış, həmin halların yaranması onda müəyyən edilən “Üzvi emosional-ləbil pozuntusu” ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs hövsələsizlik, emosional reaksiyalara meyillilik, emosional dəyişkənlik, hirslilik, impulsivlik, tez özündən çıxmaq, kobudluq, konfliktə meyilli olmaq, söz götürməmək, tənqid və təhqirlərə qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisə vaxtı ekstremal psixi emosional vəziyyətdə (fizioloji affekt, stress və s) olmamış, hadisə zamanı psixi-emosional sferasında qıcığa qarşı həssaslıq, hirslilik halları yaranmışdır (İ cild, i.v.245-249); - Cinayət işi üzrə Nəsimi rayonu, İ.Həmidov 16 ünvanında yerləşən binanın komendant otağının müşahidə kameraları vasitəsi ilə qeydə alınmış və köçürülmüş 01 ədəd diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynindəki gödəkcənin iç cibindən mətbəx bıçağını çıxararaq gecə növbəsində işləyən mühafizəçiyə verir, sonuncunun etirazından sonra həmin bıçağı ondan geri alır; - ünvan 8 ünvanının qarşısında olan dəhlizdə müşahidə kameraları vasitəsi ilə qeydə alınmış və köçürülmüş 01 ədəd diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən olunmuşdur ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əlində mətbəx bıçağı ilə dəhliz boyunca əsəbi halda hərəkət edir və qonşusu Savalan adlı şəxsin onu sakitləşdirməyə çalışmasına baxmayaraq həmin hərəkətlərini davam etdirir; - Üzləşdirmə istintaq hərəkətinin videogörüntüyə alınaraq köçürüldüyü 01 ədəd diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir; - Nəsimi rayonu, İ.Həmiov küçəsi 16 ünvanında yerləşən binanın qarşısında müşahidə kameraları vasitəsi ilə qeydə alınmış və köçürülmüş 01 ədəd diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Nürəddin oğlu ilə aralarında sözlə yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik edən hərəkətlər etmiş, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edərək ətrafda olan vətəndaşların gözləri qarşısında özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqunə qoyub Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən vurmuş və sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə xuliqanlıq etmişdir. - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus üzərində zədələri olan evin giriş qapısı və bir ədəd qapı dəstəyi iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, mənzilin qapısı hazırda istifadədə olduğu üçün Zərərçəkmiş şəxs2 saxlanılması nəzərə alınmış, bir ədəd qapı dəstəyi isə Nəsimi RPİ-nin NH-nin saxlanc yerinə təhvil verilmişdir, 03 ədəd videogörüntülərin yazıldığı DVD disk və 01 ədəd üzləşdirmə istintaq hərəkətinin qeyd olunduğu DVD disk sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.265-291); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay müddətində “intizam xarekterli hərbi hissədə saxlama” cəzası tətbiq edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Füzuli Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 06 ay müddətində şərti sınaq müddəti təyin edilmişdir (İ cild, i.v.72-73). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 oktyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədəqorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilibedilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələbetmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərər çəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərər çəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Rüsvayedici məlumatları yayma zərər çəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərər çəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərər çəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərər çəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərər çəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Məhkəmə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs1 yüngül xəsarət yetirməsi ilə nəticələnən xuliqanlıq hərəkətini etiraf etsə də, iş üzrə digər zərər çəkmiş Zərərçəkmiş şəxs2 hədə-qorxu gəlməməsi və silah qismində istifadə olunan əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs2 əmlakını zədələməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, iş materiallarında olan DVD disklər və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə istintaqı zamanı ilkin dindirməsində Təqsirləndirilən şəxs ondan barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə 1000 manat pul tələb etdiyini bildirən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 daha sonra təqsirləndirilən şəxslə barışmış və sonrakı ifadəsində təqsirləndirilən şəxsin ondan hədə-qorxu ilə pul tələb etdiyini təkzib edərək ziddiyyətli ifadələr vermişdir. Məhkəmə N.T.Quliyevanın bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət daşıması ilə bağlı xəbərdarlıq edildikdən və bununla bağlı iltizamı imzaladıqdan dərhal sonra aparılan ilkin dindirməsində verdiyi ifadəni, onun təqsirləndirilən şəxslə barışıq əldə etdikdən sonra verilən sonrakı ifadəsinə nəzərən daha inandırıcı hesab edir. Məhkəmə nəzərə alır ki, zərər çəkmiş şəxs N.T.Quliyeva ibtidai istintaq mərhələsində və məhkəmə iclasında ilkin dindirməsi zamanı vermiş olduğu ifadələrində Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini xırda detalları ilə, ardıcıllıqla təsvir etmiş və həmin ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. N.T.Quliyeva ibtidai istintaq zamanı verdiyi ifadələrlə bağlı dindirmə protokollarını könüllü olaraq imzalamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə istintaq hərəkətinin aparıldığı videogörüntüləri özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirilən zamanı N.T.Quliyevanın Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun ona “Mənə pul verməsən şantaj edəcəyəm səni, ərinə deyəcəyəm ki, sən gəzəyən qadınsan” dediyini bildirməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 182.1 və 221.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ondan şikayət və tələbinin olmamasını, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 13 noyabr 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 114 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iş üzrə sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus üzərində zədələri olan evin giriş qapısının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 saxlanılması nəzərə alınmalı, Nəsimi RPİ-nin NH-nin saxlanc yerində saxlanılan bir ədəd qapı dəstəyi hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs2 təhvil verilməli, 03 ədəd videogörüntülərin yazıldığı DVD disk və 01 ədəd üzləşdirmə istintaq hərəkətinin qeyd olunduğu DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 354-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, rədd edilməsi və baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Nürəddin oğlu hazırda mülki iddiasını əsaslandırdığı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən onun mülki iddiası baxılmamış saxlanılmalı və mülki iddiaçıya həmin tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 182.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 13 noyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Nürəddin oğlunun mülki iddiası baxılmamış saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus üzərində zədələri olan evin giriş qapısının Zərərçəkmiş şəxs2 saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Nəsimi RPİ-nin Növbətçi Hissəsinin saxlanc yerində saxlanılan bir ədəd qapı dəstəyi hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs2 təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd videogörüntülərin yazıldığı DVD disk və 01 ədəd üzləşdirmə istintaq hərəkətinin qeyd olunduğu DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-144/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-144/2022
05.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver