Məhkəmə qərarları › İş №1(006)-145/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-145/2020

12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-145/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxxxx 1994-cü ildə İsmayıllı rayonu, Ağbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, İsmayıllı rayonu, Ağbulaq kəndindəqeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə edərək üstündə gəzdirmişdir. Belə ki, o, 2019-cu ilin noyabr avında «Golden falcon» otelində barmen işlədiyi vaxt, şəxsiyyəti istintaqa məlum olmayan müştərilərdən birinin hədiyyə etdiyi və qanunsuz olaraq əldə etdiyi zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hesab edilən soyuq silahı üzərində gəzdirmiş, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Heydər Əliyev sarayının qarşısında yerləşən parkda gəzişdiyi vaxt, Nəsimi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılarkən, üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağını polis əməkdaşlarına göstərdiyindən, polis əməkdaşları tərəfindən Nəsimi RPİnin 22-ci PŞ-nə gətirilmiş, Nəsimi RPİ-nin 22-ci PŞ-də xidməti otaqların birində, baxış və götürmə zamanı o, üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağını təqdim etdiyindən, polis əməkdaşları tərəfindən soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin dekabr ayının ortalarınadək Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Golden falcon» otelində barmen işləmiş, sonradan işdən çıxmış və yaşadığı kəndə getmişdir. 2019-cu ilin noyabr ayında oteldə işlədiyi vaxt müştərilərdən biri ona açılıb bağlanan balaca bıçaq hədiyyə etmişdir. O da, həmin bıçağı özündə saxlamış, hərdən otelin barında meyvə soyanda və ya başqa məişət işlərində həmin bıçaqdan istifadə elmişdir. İşdən çıxanda da, həmin bıçağı götürüb əynində olan geyim əşyalarının cibində saxlamış və gəzdirmiş, yəni özü ilə evinə aparmışdır. Sonradan işdən çıxanda da bıçaq onun üzərində qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində işdən çıxıb piyada 28 may metrostansiyasına doğru hərəkət edərək, 28 may metro stansiyasına çatanda, fikirləşmişdir ki, bir qədər piyada parkda gəzsin, havasını dəyişsin, sonra yaşadığı evinə gedər. Bakı şəhəri, Nəsimi rayonu, Heydər Əliyev parkında saat 23 radələrinədək gəzmiş, istirahət etmişdir. 30-40 dəqiqə sonra parkın Mərkəzi Bankın inzibati binası ilə üzbəüz hissəsinə doğru piyada hərəkət etdiyi zaman, ona mülki geyimdə iki nəfər şəxs yaxınlaşmış, həmin şəxslərdən biri özünü ona təqdim etmiş və üzərində olan xidməti vəsiqəsini ona göstərmişdir. O, bilmişdir ki, ona yaxınlaşan şəxslər polis əməkdaşlarıdır. Polis əməkdaşları ona demişlər ki, «üzərində cinayət xarakterli hər hansı bir əşya varsa, təqdim et». O da əvvəlcə ehtiyyat etdiyindən polis əməkdaşlarına üzərində hər hansı bir əşyanın olmamasını bildirmiş, sonradan polis əməkdaşları təkrar ondan üzərində hər hansı bir əşyanın olub- olmamasını soruşduqda, o da polis əməkdaşlarına bildirmişdir ki, üzərində cinayət xarakterli hər hansı bir əşya yoxdur, amma üzərində olan paltosunun sol yan cibində açılıb bağlanan bıçaq vardır və bıçağı polis əməkdaşlarına göstərmişdir. Sonra polis əməkdaşları onu Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmişlər, o da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getməyə etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində olduğu vaxt xidməti otaqların birində, o, üzərində gəzdirdiyi, qara rəngli açılıb-bağlanan cib bıçağnı polis əməkdaşlarına könüllü olaraq təqdim elmişdir. Ona görə də iki nəfər hal şahidi dəvət edilmiş, onun və hal şahidlərinin iştirakı ilə bıçağı təqdim etməyi ilə əlaqədar baxış və götürmə hərəkəti keçirilmiş, baxış və götürmə zamanı təqdim etdiyi bıçaq bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və hal şahidləri tərəfindən imzalanmış, üzəri möhürlənmişdir. Üzərində gəzdirdiyi ov bıçağının məsuliyyət yarada biləcəyini dərk etməmişdir. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, iş yoldaşları, Nəsimi RPİ-nin PPXB-nin əməkdaşları, polis nəfərləri Şahid2, Şahid3 və Şahid4la birlikdə Bakı şəhəri, Nəsimi rayonu Heydər Əliyev sarayının qarşısında yerləşən Heydər Əliyev parkında, yəni 55 saylı postda hər gün saat 19:30 radələrindən saat 07:30 radələrinədək xidmət aparırlar. xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində həmişəki kimi Heydər Əliyev parkında xidmət aparmışlar. Həmin tarixdə saat 23:40 radələrində onlar görmüşlər ki, bir nəfər şəxs parkda gəzişir, özünü şübhəli aparır, həmçinin arxa sağ cibində nə isə olmuşdur. Çünki əynində olan uzun palto həmin arxa sağ cib hissəsində şişmişdir. O və digər xidmət aparan iş yoldaşları həmin şəxsə yaxınlaşmışlar, həmin şəxsə özlərinin xitməti vəsiqələrini təqdim edərək parkda xidmət aparan polis əməkdaşları olduqları bildirmişlər. Sonra isə həmin şəxsə öz kimliyi barədə məlumat verməsini istəmişlər. Həmin şəxs də, onlara İsmayıllı rayonu Ağbulaq kənd sakini Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Sonra onlar həmin şəxsə üzərində hər hansı bir cinayət xarakterli əşya və predmetin olub-olmamasını soruşmuşlar və əgər varsa, təqdim etməsini tələb etmişlər. Həmin şəxs, yəni özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs üzərində hər hansı bir cinayət xarakterli əşyanın olmamasını bildirmiş, arxa cibində qoyduğu dəridən olan pul kisəsini onlara göstərmiş, başqa bir əşyanın olmamasını bildirmişdir. Sonradan onlar yenidən Təqsirləndirilən şəxs üzərində hər hansı bir cinayət xarakterli əşya və predmetin olmasını təkrar soruşduqda, Təqsirləndirilən şəxs üzərində qatlanan bıçağın olmasını bildirmiş və bıçağı bədəninin arxa tərəfində bel hissəsindən çıxardaraq onlara göstərmişdir. Sonra onlar rəhbərliyə məruzə etdikdən sonra, Təqsirləndirilən şəxs yaxında yerləşən 22-ci polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs da onlarla polis şöbəsinə gəlməyə etiraz etməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs ilə birlikdə 22-ci polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin xidməti otaqlarının birində iki nələr hal şahidi qismində şəxs də dəvət edilmiş, onlara hüquq və vəzifələri izah edilmişdir. Sonra isə araşdırmanı aparan polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində hər hansı bir cinayət xarakterli əşya və predmetin olub-olmasını soruşmuş, əgər varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs da araşdırmanı aparan polis əməkdaşına üzərində bıçaq olmasını bildirmişdir və həmin bıçağı hal şahidlərinin yanında araşdırmanı aparan polis əməkdaşına təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim eldiyi bıçaq tərəflərindən götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs, hal şahidləri və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, bıçaq onundur, təxminən 2019-cu ilin noyabr ayında «Golden falcon» otelində barmen işlədiyi vaxt tanımadığı bir müştəri tərəfindən ona hədiyyə edilmişdir, o da həmin bıçaqla barda meyvə doğranılması və digər işlərdə istifadə etmişdir, onun üzərində təqdim etdiyi bıçaqdan başqa hər hansı bir əşya və predmet yoxdur, əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. Sonradan baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və polis şöbəsinə gətirilərkən, ona qarşı hər hansı bir zor tətbiq edilməmiş, döyülməmiş, xəsarət yetirilməmiş, ona qarşı hər hansı bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış şahidlər Şahid2, Şahid3, Şahid4, Şahid5 və X3 məhkəmə iclaslarına gəlməmiş, onların məhkəmə iclasında iştiraklarının təmin edilməsi mümkün olmamışdır. Müdafiə tərəfi şahidlər Şahid2, Şahid3, Şahid4, Şahid5 və X1 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən onların iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş üzrə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, evlidir, əvvəllər məhkum olunmamışdır, Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. İsmayıllı rayonu, Ağbulaq kənd sakini Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən etibarən tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. O, iş yoldaşları, Nəsimi RPİ-nin PPXB-nin əməkdaşları, polis nəfərləri Şahid1, Şahid3 və Şahid4la birlikdə Bakı şəhəri, Nəsimi rayonu Heydər Əliyev sarayının qarşısında yerləşən Heydər Əliyev parkında, yəni 55 saylı postda hər gün saat 19:30 radələrindən saat 07:30 radələrinədək xidmət aparırlar. xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində həmişəki kimi Heydər Əliyev parkında xidmət aparırmışlar. Həmin tarixdə saat 23:40 radələrində onlar görmüşdür ki, bir nəfər şəxs parkda gəzişir, özünü şübhəli aparır, həmçinin arxa sağ cibində nə isə var, çünki əynində olan uzun palto həmin arxa sağ cib hissəsində şişmişdir. O və digər xidmət aparan iş yoldaşları həmin şəxsə yaxınlaşmış, həmin şəxsə özlərinin xitməti vəsiqələrini təqdim etmiş və parkda xidmət aparan polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra isə həmin şəxsə öz kimliyi barədə məlumat verməsini istəmişlər. Həmin şəxs də onlara İsmayıllı rayonu Ağbulaq kənd sakini Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Sonra onlar həmin şəxsdən üzərində hər hansı bir cinayət xarakterli əşya və predmetin olmasını soruşmuşlar və əgər varsa, təqdim etməsini tələb etmişlər. Həmin şəxs, yəni özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs üzərində hər hansı bir cinayət xarakterli əşyanın olmamasını bildirmiş, arxa cibində qoyduğu dəridən olan pul kisəsini onlara göstərmiş, başqa bir əşyanın olmamasını bildirmişdir. Sonradan onlar yenidən Təqsirləndirilən şəxs üzərində hər hansı bir cinayət xarakterli əşya və predmetin olmasını təkrar soruşduqda, Təqsirləndirilən şəxs üzərində qatlanan bıçağın olmasını bildirmiş və bıçağı bədəninin arxa tərəfində bel hissəsindən çıxardaraq onlara göstərmişdir. Sonra onlar rəhbərliyə məruza etdikdən sonra, Təqsirləndirilən şəxs yaxında yerləşən 22-ci polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs da onlarla polis şöbəsinə gəlməyə etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs ilə birlikdə 22-ci polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin xidməti otaqlarının birində iki nəfər hal şahidi qismində şəxs də dəvət edilmiş, onlara hüquq və vəzifələri izah edilmişdir. Sonra isə araşdırmanı aparan polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində hər hansı bir cinayət xarakterli əşya və predmetin olubolmamasını soruşmuş, əgər varsa təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs da araşdırmanı aparan polis əməkdaşına üzərində bıçaq olmasını bildirmiş və həmin bıçağı hal şahidlərinin yanında araşdırmanı aparan polis əməkdaşına təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq tərəflərindən götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs, hal şahidləri və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Babək Baxış onlara bildirdi ki, bıçaq onundur, təxminən 2019-cu ilin noyabr ayında “Golden falcon” otelində barmen işlədiyi vaxt tanımadığı bir müştəri tərəfindən ona hədiyyə edilmişdir, o da həmin bıçaqla barda meyvə doğranılması və digər işlərdə istifadə etmişdir, onun üzərində təqdim etdiyi bıçaqdan başqa hər hansı bir əşya və predmet yoxdur, əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. Sonradan baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və predmet aşkar edilmədi. Bu barədə protokol tərtib edildi, protokol tərəflərindən imzalandı. İş üzrə Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid3 göstərmişdir ki, o, evlidir, əvvəllər məhkum olunmamış, Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. İsmayıllı rayonu, Ağbulaq kənd sakini Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən etibarən tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. O, iş yoldaşları, Nəsimi RPİ-nin PPXB-nin əməkdaşları, polis nəfərləri Şahid1, Şahid2 və Şahid4la birlikdə Bakı şəhəri, Nəsimi rayonu Heydər Əliyev sarayının qarşısında yerləşən Heydər Əliyev parkında, yəni 55 saylı postda hər gün saat 19:30 radələrindən saat 07:30 radələrinədək xidmət aparırlar. xx xxxxxx 2019-cu tarixdə saat 23 radələrində həmişəki kimi Heydər Əliyev parkında xidmət aparırlarmış. Həmin tarixdə saat 23:40 radələrində onlar görmüşdür ki,bir nəfər şəxs parkda gəzişir, özünü şübhəli aparır, həmçinin arxa sağ cibində nə isə var, çünki əynində olan uzun palto həmin arxa sağ cib hissəsində şişmişdir. O və digər xidmət aparan iş yoldaşları həmin şəxsə yaxınlaşmış, həmin şəxsə özlərinin xitməti vəsiqələrini təqdim etmişlər və parkda xidmət aparan polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra isə həmin şəxsə öz kimliyi barədə məlumat verməsini istəmişlər. Həmin şəxs də onlara İsmayıllı rayonu Ağbulaq kənd sakini Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Sonra onlar həmin şəxsdən üzərində hər hansı bir cinayət xarakterli əşya və predmetin olmasını soruşmuşlar və əgər varsa, təqdim etməsini tələb etmişlər. Həmin şəxs, yəni özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs üzərində hər hansı bir cinayət xarakterli əşyanın olmamasını bildirmiş, arxa cibində qoyduğu dəridən olan pul kisəsini onlara göstərmiş, başqa bir əşyanın olmamasını bildirmişdir. Sonradan onlar yenidən Təqsirləndirilən şəxs üzərində hər hansı bir cinayət xarakterli əşya və predmetin olmasını təkrar soruşduqda, Təqsirləndirilən şəxs üzərində qatlanan bıçağın olmasını bildirmiş və bıçağı bədəninin arxa tərəfində bel hissəsindən çıxardaraq onlara göstərmişdir. Sonra onlar rəhbərliyə məruzə etdikdən sonra, Təqsirləndirilən şəxs yaxında yerləşən 22-ci polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs da onlarla polis şöbəsinə gəlməyə etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs ilə birlikdə 22-ci Polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin xidməti otaqlarının birində iki hal şahidi qismində şəxs də dəvət edilmiş, onlara hüquq və vəzifələri izah edilmişdir. Sonra isə araşdırmanı aparan polis əməkdaşı Baxışlıya üzərində hər hansı bir cinayət xarakterli əşya və predmetin olub-olmasını soruşmuş, əgər varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs da araşdırmanı aparan polis əməkdaşına üzərində bıçaq olmasını bildirmiş və həmin bıçağı hal şahidlərinin yanında araşdırmanı aparan polis əməkdaşına təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq tərəflərindən götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs, hal şahidləri və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs onlara bildirdi ki, bıçaq onundur, təxminən 2019-cu ilin noyabr ayında Golden falcon» otelində barmen işlədiyi vaxt tanımadığı birmüştəri tərəfindən ona hədiyyə edilmişdir, o da həmin bıçaqla barda meyvə doğranılması və digər işlərdə istifadə etmişdir, onun üzərində təqdim etdiyi bıçaqdan başqa hər hansı bir əşya və predmet yoxdur, əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. Sonradan baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və predmet aşkar edilmədi. Bu barədə protokol tərtib edildi, protokol tərəflərindən imzalandı. İş üzrə Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid4 oğlu göstərmişdir ki, o, evlidir, əvvəllər məhkum olunmamışdır, Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. İsmayıllı rayonu, Ağbulaq kənd sakini Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən etibarən tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. O, iş yoldaşları, Nəsimi RPİ-nin PPXB-nin əməkdaşları, polis nəfərləri Şahid1, Şahid3 və Şahid2 ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu Heydər Əliyev sarayının qarşısında yerləşən Heydər Əliyev parkında, yəni 55 saylı postda hər gün saat 19:30 radələrindən saat 07:30 radələrinədək xidmət aparırlar. xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində həmişəki kimi Heydər Əliyev parkında xidmət aparırmışlar. Həmin tarixdə saat 23:40 radələrində onlar görmüşdür ki, bir nəfər şəxs parkda gəzişir, özünü şübhəli aparır, həmçinin arxa sağ cibində nə isə var, çünki əynində olan uzun palto həmin arxa sağ cib hissəsində şişmişdir. O və digər xidmət aparan iş yoldaşları həmin şəxsə yaxınlaşmış, həmin şəxsə özlərinin xitməti vəsiqələrini təqdim etmişlər və parkda xidmət aparan polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra isə həmin şəxsə öz kimliyi barədə məlumat verməsini istəmişlər. Həmin şəxs də onlara İsmayıllı rayonu Ağbulaq kənd sakini Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Sonra onlar həmin şəxsdən üzərində hər hansı bir cinayət xarakterli əşya və predmetin olmasını soruşmuşlar və əgər varsa, təqdim etməsini tələb etmişlər. Həmin şəxs, yəni özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs üzərində hər hansı bir cinayət xarakterli əşyanın olmamasını bildirmiş, arxa cibində qoyduğu dəridən olan pul kisəsini onlara göstərmiş, başqa bir əşyanın olmamasını bildirmişdir. Sonradan onlar yenidən Təqsirləndirilən şəxs üzərində hər hansı bir cinayət xarakterli əşya və predmetin olmasını təkrar soruşduqda, Təqsirləndirilən şəxs üzərində qatlanan bıçağın olmasını bildirmiş və bıçağı bədəninin arxa tərəfində bel hissəsindən çıxardaraq onlara göstərmişdir. Sonra onlar rəhbərliyə məruz etdikdən sonra, Təqsirləndirilən şəxs yaxında yerləşən 22-ci polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs da onlarla polis şöbəsinə gəlməyə etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs ilə birlikdə 22-ci polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin xidməti otaqlarının birində iki nəfər hal şahidi qismində şəxs də dəvət edilmiş, onlara hüquq və vəzifələri izah edilmişdir. Sonra isə araşdırmanı aparan polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində hər hansı bir cinayət xarakterli əşya və predmetin olubolmasını soruşmuş, əgər varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs da araşdırmanı aparan polis əməkdaşına üzərində bıçaq olmasını bildirmiş və həmin bıçağı hal şahidlərinin yanında araşdırmanı aparan polis əməkdaşına təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq tərəflərindən götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs, hal şahidləri və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, bıçaq onundur, təxminən 2019-cu ilin noyabr ayında «Golden falcon» otelində barmen işlədiyi vaxt tanımadığı bir müştəri tərəfindən ona hədiyyə edilmişdir,o da həmin bıçaqla barda meyvə doğranılması və digər işlərdə istifadə etmişdir, onun üzərində təqdim etdiyi bıçaqdan başqa hər hansı bir əşya və predmet yoxdur, əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. Sonradan baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və predmet aşkar edilmədi. Bu barədə protokol tərtib edildi, protokol tərəflərindən imzalandı. İş üzrə hal şahidi Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində hal Şahid5 göstərmişdir ki, o, Kürdəmir rayonu Xırdalan kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır. İsmayıllı rayonu, Ağbulaq kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən etibarən tanıyır, onu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır və hal-hazırda da yoxdur. xx.xx.2019-cu il tarixdə saat 00:05 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə piyada hərəkətdə olduğu vaxt, polis əməkdaşları ona yaxınlaşmışlar və özlərini ona təqdim edərək, üzərində qanunsuz olaraq bıçaq gəzdirməsi, əldə etməsi və üzərində saxlaması ilə məşqul olan şəxsin üzərinə baxış keçirilməsində onun hal şahidi qismində iştirak etməyini xahiş elmişlər. O da, təklifi qəbul edib polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ-nin 22-ci PŞ-nə getmiş, orada xidməti otaqların birində onunla bərabər digər bir şəxs də olmuşdur. Ona və digər hal şahidi X2 hüquq və vəzifələri izah edilmişdir. Sonra isə xidməti otağa İsmayıllı rayon sakini Təqsirləndirilən şəxs gətirilmişdir. Onların iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində bıçaq və cinayət xarakerli hər hansı bir əşya və predmet varsa, könüllü olaraq təqdim etsin. Baxış zamanı da Təqsirləndirilən şəxs özünün əynində olan şalvarının arxa tərəfində belindəki kəmərə taxdığı bir ədəd qara və boz rəngli dəstəyi olan qatlanan bıçağı təqdim etmiş, həmin bıçaq da polis əməkdaşları tərəfindən götürülmüşdür. İlkin baxış zamanı o, görmüşdür ki, bıçaq qatlanandır, bıçağın bir tərəfi kəsici və ucu deşicidir, bir tərəfi isə kütdür, bıçağın dəstəyinin sağ hissəsində gümüşü rəngli metal kəmər taxacağı vardır. Polis əməkdaşları tərəfindən aşkar edilmiş bıçaq ekspertizaya təqdim edilməsi üçün bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri tərəflərindən imzalanmış və möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş və təqdim etdiyi bıçaq özünə məxsusdur, həmin bıçağı təxminən 2019-cu ilin noyabr ayında «Golden falcon» otelində barmen işlədiyi vaxt tanımadığı bir müştəri tərəfindən ona hədiyyə edilmişdir, o da həmin bıçaqla barda meyvə doğranılması və digər işlərdə istifadə etmişdir, onun üzərində təqdim etdiyi bıçaqdan başqa hər hansı bir əşya və predmet yoxdur, əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən hər hansı bir cinayət xarakterli əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zorakı hərəkətlər edilməmiş, döyülməmiş, xəsarət yetirilməmişdir. İş üzrə hal şahidi X3 oğlunun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində şahid X3 göstərmişdir ki, o, Bakı şəhəri Nərimanov rayonu, F.Əsədov küçəsi ev 16, mənzil 15-də ailəsi ilə birlikdə yaşayır, evlidir, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır. İsmayıllı rayonu, Ağbulaq kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən etibarən tanıyır, onu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır və hal-hazırda da yoxdur. xx.xx.2019-cu il tarixdə saat 00:05 radələrində o, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti ilə piyada hərəkətdə olduğu vaxt, polis əməkdaşları ona yaxınlaşmış və özlərini ona təqdim edərək, üzərində qanunsuz olaraq bıçaq gəzdirməsi, əldə etməsi və üzərində saxlaması ilə məşqul olan şəxsin üzərinə baxış keçirilməsində onun hal şahidi qismində iştirak etməsini xahiş etmişlər. O da, təklifi qəbul edib polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ-nin 22-ci PŞ-nə getmişlər, sonra başqa bir şəxsi də polis şöbəsinə gətirmişlər. Orada xidməti otaqların birində onunla bərabər digər bir şəxs də olmuşdur. Ona və digər hal şahidi Şahid5 hüquq və vəzifələri izah edilmişdir.Sonra isə xidməti otağa İsmayıllı rayon sakini Təqsirləndirilən şəxs gətirilmişdir. Onların iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində bıçaq və cinayət xarakerli hər hansı bir əşya və predmet varsa, könüllü olaraq təqdim etsin. Baxış zamanı da Təqsirləndirilən şəxs özünün əynində olan şalvarının arxa tərəfində belindəki kəmərə taxdığı bir ədəd qara və boz rəngli dəstəyi olan qatlanın bıçağı təqdim etmiş, həmin bıçaq da polis əməkdaşları tərəfindən götürülmüşdür. İlkin baxış zamanı o görmüşdür ki, bıçaq qatlanandır, bıçağın bir tərəfi kəsici və ucu deşicidir, bir tərəfi isə kütdür, bıçağın dəstəyinin sağ hissəsində gümüşü rəngli metal kəmər taxacağı vardır. Polis əməkdaşları tərəfindən aşkar edilmiş bıçaq ekspertizaya təqdim edilməsi üçün bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri tərəflərindən imzalanmış və möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş və təqdim etdiyi bıçaq ona məxsusdur, həmin bıçağı təxminən 2019-cu ilin noyabr ayında «Golden falcon» otelində barmen işlədiyi vaxt tanımadığı bir müştəri tərəfindən ona hədiyyə edilmişdir, o da həmin bıçaqla barda meyvə doğranılması və digər işlərdə istifadə etmişdir, onun üzərində təqdim etdiyi bıçaqdan başqa hər hansı bir əşya və predmet yoxdur, əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən hər hansı bir cinayət xarakterli əşya və predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə protokol tərtib edildi, protokol tərəflərindən imzalandı. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 22-cu Polis Şöbəsinin baş təhqiqatçısı X11 tərəfindən tərtib edilmiş, Nəsimi rayon Polis İdarəsi PPXB-nin polis nəfərləri Şahid1, Şahid2 və Şahid3, hal şahidləri Şahid5 və X3 və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərində olan bir ədəd qatlanan bıçağı könüllü şəkildə təqdim etmişdir. Bıçağa baxış keçirilən zaman onun ümumi uzunluğunun 22 sm, tiyəsinin uzunluğunun 94 mm, dəstəyinin uzunluğunun 136 mm, orta hissəsinin eninin 25 mm ölçüdə olması müəyyən edilmişdir. Bıçağın tiyəsi tünd boz və qara rəngdədir. Protokol iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmamış, ona görə də protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 8-11). İş materiallarında olan və məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik ekspertizasının xx.xx.2019-cu tarixli, 30663 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir (i/v 19-22). İş materiallarında olan xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (i/v 54-58). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 53). İş materiallarında olan İsmayıllı RİHB-nın Qoşakənd İƏD üzrə nümayəndəsi F.Əkbərov tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin nümayəndəliyə şikayət daxil olmamışdır (i/v 48). İş materiallarında əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxx 2020-ci il təvəllüdlü X10 adlı bir övladı vardır. İşdə olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i/v 82-83). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, o cümlədən elan edilərək tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxx 2005-ci il tarixli, 2 saylı qərarında qeyd olunmuşdur ki, CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan (nizə, döyüş baltası, və s.), eləcə də zərbə-dağıdıcı təsirli (əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s.) aid edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə məsuliyyətə cəlb olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, təqsirləndirilən şəxs Baxışlı X9 rayonu Ağbulaqkəndini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı dövlət nəfinə müsadirə edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-145/2020 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonu Ağbulaqkəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci olan 64 (altmış dörd) manat məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı dövlət nəfinə müsadirə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar