Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-145/2023 19.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1, Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin məsləhətçisi X4, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, 10 avqust 2005-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhərində daimi yaşayış yeri olmayan Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 1(060)-697/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmlakını cibindən gizli çıxararaq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 01 yanvar 2023cü il tarixdə saat 17:26 radələrində Bakı Metropoliteni QSC-nin “28 may” stansiyasından metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarın metronun “28 may” stansiyasında dayanmasından və platformada olan sərnişinlərin sıxlığından istifadə edərək minik edən sərnişin Zərərçəkmiş şəxs əynində olan qış gödəkçəsinin sağ yan cibindən sonuncuya məxsus dəyəri 400 manat olan bir ədəd “HUAVVEİ-Y6” markalı, **********49287 və **********49295 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 18 manat olan yaddaş kartını, dəyəri 7 manat olan ***-***-**-** saylı və dəyəri 10 manat olan ***-***-**-** saylı GSM nömrələri çıxarıb gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 435 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndələrinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:20 radələrində o, metronun “28 May” stansiyasına düşmüşdür. Həmin vaxt stansiyanın platformasında xeyli sayda sərnişin olmaqla, platforma sıxlıq olmuşdur. O, metronun “28 May” stansiyasından istifadə edib metronun “Sahil” stansiyasına getmək istəmişdir. Həmin vaxt metronun “28 May” stansiyasının platformasında sərnişin qismində dayanmış adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs əynində olan qış gödəkçəsinin sağ yan cibində ki, telefon diqqətini cəlb etmişdir. Həmin vaxt onun üzərində pul olmadığı üçün telefonu oğurlamaq qərarına gəlmişdir. O, platformada Zərərçəkmiş şəxs təqib etməyə başlamışdır. O metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarın gəlməsini gözləmişdir. Metronun “Dərnəgül” istiqamətində hərəkət edən qatara platformada dayanmışdır. Zərərçəkmiş şəxs metronun qatarına minmək istəyən zaman o, Zərərçəkmiş şəxs arxasınca gedərək onun sıxlıqda qatara minməsindən istifadə etmiş və əynində olan qış gödəkçəsinin sağ yan cibində ki, telefonu oğurlamışdır. O, Zərərçəkmiş şəxs ilə birlikdə qatara minməyib metrodan çıxmışdır. Metrodan çıxandan sonra isə cinayət yolu ilə əldə etdiyi telefonu söndürmüşdür. O, telefonu söndürdükdən sonra həmin telefonu üzərində olan 02 ədəd GSM nömrəni və yaddaş kartını çıxardıb metronun “28 May” stansiyasının yaxınlığında atmışdır. Həmin telefonu satmaqdan ötrü üzərində gəzdirmişdir. xx.xx.2023-cü il tarixdə o, metronun “20 Yanvar” stansiyasında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra polis əməkdaşları onu polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına xx.xx.2023-cü il tarixdə metronun “28 May” stansiyasında telefon oğurladığını və həmin telefonun üzərində olduğunu demiş və təqdim etmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman polis idarəsinə gətirilən zaman və polis idarəsində olan zaman ona heç bir fiziki və ya psixoloji təzyiq göstərilmədiyini, qeyd olunan cinayət hadisəsini törədərkən ona heç kim köməklik göstərmədiyini və məsləhət vermədiyini, hadisə ilə bağlı heç kimin məlumatı olmadığını, başqa heç bir cinayət hadisəsi törətmədiyini, maddi imkanı olmadığından və dolanışığı pis olduğundan o, mobil telefonu oğurladıqdan sonra telefon satmaq istədiyini, Zərərçəkmiş şəxs ona məxsus mobil telefonu oğurladığını görmədiyini, sonuncuya məxsus mobil telefonu oğurlayan zaman platformada olan digər sərnişinlər onun telefon oğurladığını görmədiyini bildirmişdir. Daha sonra özünü təqsirli bilməsini və yetkinlik yaşına çatmayan şəxs olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, video görüntülər, ekspertiza rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şəxs Zərərçəkmiş şəxs ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, 30 dekabr 2022-ci il tarixdə yaşadığı Tovuz rayonundan Bakı şəhərinə gəzmək üçün gəlmişdir. xx.xx.2023-cü il tarixdə Bakı Metropoliteni QSC-nin “28 May” stansiyasına düşmüşdür. O, metronun “28 May” stansiyasının platformasında dayanıb metronun “Dərnəgül” istiqamətində hərəkət edən qatarı gözləmişdir. Həmin vaxt ona məxsus olan ***-***-**-** sayı mobil nömrə altında istifadə etdiyi «HUAVVEİ-Y6» markalı, **********49287 və **********49295 İmei kodlu mobil telefonu əynində olan qış gödəkçəsinin sağ yan cibində olmuşdur. Həmin vaxt stansiyanın platformasında çoxlu sayda sərnişin olmalqa platforma olmuşdur. Metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatar platformada dayanmışdır. O, qatara minmişdir. Qatar hərəkətə başladıqdan sonra o, əynində olan qış gödəkçəsinin cibində olan mobil telefonun oğurlandığını aşkar etmişdir. Bundan başqa o, əynində olan qış gödəkçəsinin sağ yan cibindən ona məxsus olan ***-***-**-** sayı mobil nömrə altında istifadə etdiyi «HUAVVEİ-Y6» markalı, **********49287 və **********49295 İmei kodlu mobil telefonu oğurlayan şəxsi görmədiyini, o, metronun “28 May” stansiyasında qatara minəndən sonra mobil telefonunun oğurlandığını aşkar etdiyini, ona məxsus olan və oğurlanmış «HUAVVEİ-Y6» markalı mobil telefonu o, 400 manata, həmin telefonun üzərində olan yaddaş kartını 18 manata, ***-***-**-** saylı GSM nömrəni 7 manata, ***-***- **-** saylı GSM nömrəni 10 manata aldığını, baş vermiş oğurluq cinayəti nəticəsində ona 435 manat maddi ziyan dəydiyini bildirmişdir. Cinayət işinin 46-cı vərəqəsində olan 03 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 73-74-cü vərəqələrində olan 05 yanvar 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə haqqında qərar çıxarılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə haqqında qərar çıxarılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Cinayət işinə əlavə edilmiş və Nəsimi Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş Nəsimi RPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həmin tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin 96-98-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli 9/753 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində 01 ədəd 64 GB yaddaş tutumlu HuaveiY6P markalı MED-LX9N modelli mobil telefonun satış üçün komplektlədirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2023-cü ilin yanvar ayına orta bazar qiyməti təxminən 120 manat müəyyən edilir. Cinayət işinin 97-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 101-104-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, həmçinin Zərərçəkmiş şəxs məxsus olan “Huawei-Y6p” markalı, MED-LX9N modelli mobil telefon maddi sübut kimi tanınmış və həmin telefon sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilmişdir. Cinayət işinin 83-cü vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 16 yanvar 2023cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-nin icraatında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə cinayət işi olmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Cinayət işinin 84-95-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 1(060)-697/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin 10 may 2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 1(060)-697/2022 saylı hökmünə əsasən məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində iş 07 yanvar 2023-cü il tarixdə icraata daxil olmuş, xx.xx.2023-cü il tarixdə cəzasının 04 (dörd) ay 03 (üç) gün hissəsini çəkmiş, çəkilməmiş qalan cəza müddəti 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün təşkil edir. Cinayət işinə əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:26 radələrində metronun «28 May» stansiyasının platformasında sərnişin Zərərçəkmiş şəxs yaxından təqib edərək qatarın giriş hissəsinə tərəf getmiş, Təqsirləndirilən şəxs platformada olan sərnişinlərin çoxluğundan istifadə edərək platformada dayanaraq qatara minən Zərərçəkmiş şəxs əynində olan qış gödəkçəsinin sağ yan cibinə əlini daxil edərək «HUAVVEİ-Y6» markalı, **********49287 və **********49295 İmci kodlu mobil telefonu oğurlamışdır. Cinayət işinin 38-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X5 Təqsirləndirilən şəxs anası, sonuncunun qanuni nümayəndəsi qismində tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etiraf ediçi və zərərçəkmiş şəxsin məhkəməyədək istintaq dövründə verdiyi ifadələri, iş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülər, ekspertiza rəyi və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin əmlakını cibindən gizli çıxararaq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsin oğurlanmış əşyasının qaytarılmasını və yetkinlik yaşına çatmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxsin oğurlanmış əşyasının qaytarılmasını həmçinin, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 07 (yeddi) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Yevlax rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut Zərərçəkmiş şəxs məxsus olan “Huawei- Y6p” markalı, MED-LX9N modelli mobil telefon sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili S.İ.Mustafayevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 1(060)-697/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 07 (yeddi) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Yevlax rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs məxsus olan “Huawei-Y6p” markalı, MED-LX9N modelli mobil telefon sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmə iclasında iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-145/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-145/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver