Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-145/2024 16.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərər çəkmiş şəxsin X4 qanuni nümayəndəsi: Müdafiəçilər: “Universal” Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 Müdafiəçi1 Müdafiəçi3 Müdafiəçi2 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4 iştirakları ilə xx.xx.1999-cu il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, işləməyən, Lənkəran rayonu, Şağlaser kəndində qeydiyyatda olan, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri üzrə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzası azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx.xx.2002-ci il tarixdə Göygöl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, işləməyən, Kəlbəcər rayonu, Güneypəyə kəndində qeydiyyatda olan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 07 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəza çəkən, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4, xx.xx.2003-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, işləməyən, Şamaxı şəhəri, M.Hüseynzadə küçəsi, ev 14-də qeydiyyatda olan, məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və xx.xx.2003-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, işləməyən, Gəncə şəhəri, 3-cü mikrorayon, ev 13, mənzil 87-də qeydiyyatda olan, məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs1 18 avqust 2023-cü il tarixdə, saat 22 radələrində tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, X8 və X10 ilə birlikdə ünvan 1 ünvanın qarşısında olan zaman həmin yerdən piyada keçən, yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq həmin ərazidə yaşayan “Kənan” adlı şəxsi tanıyıb-tanımadıqlarını soruşarkən guya bu şəxsi tanıdıqlarını bildirərək özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib Zərərçəkmiş şəxsla səmimi ünsiyyət qurmaqla sonuncunu birlikdə çay içmək adı ilə həmin ünvanda yerləşən “Meduza” adlı çay evinə dəvət edib əyləşərək bir qədər söhbət etdikdən sonra aralarında olan rolların bölgüsünə əsasən o, Zərərçəkmiş şəxs baş nahiyəsindən əli ilə vurub sonuncuya həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə onun əlindəki 480 manat dəyərində “Redmi Note S11” markalı mobil telefonu dartıb götürərək masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs4 isə həmin mobil telefonu masanın üzərindən götürərək üzərindəki 099 ***-**-** saylı GSM nömrəni çıxarıb Təqsirləndirilən şəxs2 məxsus “Nokia” markalı mobil telefona yerləşdirib həmin mobil telefonu Zərərçəkmiş şəxs təqdim etdikdən sonra hadisə yerindən uzaqlaşaraq özgənin əmlakını açıq talamış və həmin günü “Redmi Note S11” markalı mobil telefonu birlikdə yaxınlıqda yerləşən telefon mağazasında satmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 480 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişlər. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4cü maddələri ilə verilmiş ittiham öz təsdiqini tapsa da, Təqsirləndirilən şəxs3 həmin əməllərin törədilməsində aidiyyəti sübuta yetirilməmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında kirayə qalmış, boş vaxtlarında həmin ərazidə yerləşən çay evlərində keçirmişdir. Çay evlərinin birində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, X8 və X10 ilə tanış olmuş, onlarla tez-tez görüşməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə axşam vaxtı o, “Əcəmi Gecələri” çay evinə gedən zaman yolda Nemət və Elmirlə görüşüb aralanmış, təxminən yarım saatdan sonra onların yanına geri qayıtmışdır. Bu zaman əvvəllər tanımadığı, 15-16 yaşlarında bir oğlanın, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs da orada olub söhbət etdiyini görmüşdür. Sonra onlar birlikdə çay içmək üçün “Əcəmi Gecələri” adlı çay evinə gedib əyləşmişlər. Seymur hansısa Kənan adlı şəxsin onun dostunun motosikletini götürüb pulunun vermədiyi barədə söhbət etmiş, bir müddət sonra Emil və Pünhan da ora gəlmişlər. Sayları çoxaldığı üçün onlar başqa bir yerdə oturmaq qərarına gəlib bu çay evindən çıxmışlar. Onlar metronun “Memar Əcəmi” stansiyasının qarşısında olduqları vaxt İsmayıl da onlara qoşulmuşdur. İsmayıl da Seymurla motosiklet söhbəti etməyə başlamış, sonuncu isə Kənan adlı şəxsin çağırmalarını və pulunu almaqda köməklik göstərməsini xahiş etmişdir. Daha sonra hamısı birlikdə “Meduza” çay evinə gəlib 2-ci mərtəbəsində əyləşmişlər. Burada da Seymur bir qədər motosiklet barədə danışıb çıxıb getmiş, Pünhan da onu yola salmışdır. Lakin bir müddət sonra Seymur geri qayıdıb onlara düzgün hərəkət etmədiklərini və onu yola verdiklərini demişdir. Bundan sonra o, ondan dərdinin nə olduğunu öyrənib Seymur və İsmayıl ilə birlikdə çayxanada pərdəli olan otağa keçib söhbət etməyə başlamışdır. O, Seymura Kənan adlı şəxsi tapmaqda kömək edəcəyini bildirmişdir. Söhbət zamanı Seymur Kənan adlı şəxs pulu vermədiyi üçün pulunun olmadığını deyəndə, o, ona telefonunu girov qoyaraq pul götürməkdə kömək edəcəyini söyləmişdir. Seymur da başqa telefonunun olmadığını deyəndə, o, İsmayıla Pünhandan telefonu alıb gətirib Seymura verməsini bildirmişdir. İsmayıl da Pünhandan telefon almaq üçün getmiş, Pünhan da onların yanına gəlib məsələni öyrəndikdən sonra öz “Nokia” markalı telefonunu Seymura, sonuncu da “Redmi Note 11S” markalı telefonu ona vermiş və içərisindəki olan nömrələri dəyişmişlər. O isə Seymura məsələni ertəsi günü həll edəcəyini bildirmiş və Seymurun pulu olmadığından İsmayıl taksi ilə onu yola salıb geri qayıtmışdır. Sonra o, Pünhan və İsmayıl ilə birlikdə metronun “Memar Əcəmi” stansiyasının yaxınılığındakı mobil telefon mağazalarından birinə yaxınlaşaraq Pünhanın şəxsiyyət vəsiqəsi ilə mobil telefonu mağazaya girov qoyub 190 manat pul götürmüşlər ki, onu ertəsi günü Seymura versinlər, lakin onu tapa bilməmişlər. Nemət söhbətlərin heç birində iştirak etməmiş, məsələyə də onun aidiyyəti yoxdur. İbtidai istintaq zamanı onun adından yazılmış ifadələr tam həqiqəti əks etdirmir, o, müstəntiqin təzyiqi altında onları oxumadan imzalamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə kirayə qaldıqları evin kirayə müddəti bitdiyindən təxminən saat 15 radələrində həmin mənzili dostları Elmir Musayev və Emil Musayevlə birlikdə tərk etmişlər. Bir neçə saat metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında vaxt keçirdib saat 20 radələrində “017” çay evinin qarşısına gəlmişlər. Orada ortaq tanışları olan İsmayıl və Nemətlə görüşmüşlər. Bir qədər orada olan ağaclıq hissədə söhbət etdikdən sonra əvvəlcədən tanıdığı, dostluq münasibətində olduqları Miryunus da onlara qoşulmuşdur. Onlar bir qədər obyektlərin qabağında dayanaraq söhbət etmişlər. Həmin günü saat 21 radələrində bir nəfər 16-17 yaşlarında olan, adı sonradan Seymur kimi məlum olan şəxs onlara yaxınlaşıb Kənan adlı şəxsi tanıyıb-tanımadıqlarını soruşaraq onun şəklini göstərmiş və onun axtarılma səbəbini deyərək Kənanın onun dostunun motosikletini ələ keçirdiyini və buna görə pul verməli olduğunu bildirmişdir. Bundan sonra onlar Seymura təklif etmişlər ki, söhbəti orada yerləşən çay evində davam etdirsinlər. Beləliklə onlar “Əcəmi gecələri” adlı çay evinə getmişlər. Orada masaların birində əyləşərək bir qədər söhbət etdikdən sonra oradan çıxıb “Meduza” adlı çay evinə getmişlər. Orada Seymur onlara ətraflı motosiklet söhbətini izah etməyə başlamış, daha sonra İsmayıl onu evinə getməsi üçün yola salmışdır. Bir müddət sonra Seymur qayıdaraq onu yola verdikləri üçün irad bildirmişdir. Miryunus və İsmayıl Seymurla birlikdə pərdəli otaqda əyləşib söhbət etmiş, onlar isə digər masada oturub çay içmişlər. Sonra İsmayıl gəlib Miryunusun ondan “Nokia” markalı telefonunu istədiyini demiş, o da gəlib Miryunusdan bunun səbəbini soruşanda, sonuncu ona Seymurdan telefonu götürdüyünü və “Nokia” markalı telefonu Seymura verəcəyini, ona isə yeni telefon alacağını bildirmişdir. O da etiraz etməyərək telefonunu vermişdir. Daha sonra o, İsmayıl və Miryunus çayxanadan çıxaraq yaxınlıqda yerləşən telefon mağazasına getmişlər. O və İsmayıl bayırda gözləmiş, Miryunus isə mağazada daxil olmuş, lakin sonradan geri qayıdaraq ondan şəxsiyyət vəsiqəsini götürüb 190 manatla geri qayıtmışdır. İbtidai istintaq zamanı ona qarşı zorakılıq olmuş, təsir altında ifadə vermişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs3 uzun müddətdir tanıyır. Nemət çox vaxt onun evində qalmışdır. xx.xx.2023-cü il tarixdə evdə olan zaman Nemət ona yazaraq metronun “Memar Əcəmi” stansiyasının yaxınılığına çağırmışdır. O da ünvan 1 ünvanda yerləşən çayxananın qabağına getmiş, orada Pünhan, Miryunus, Elmir, Emil və Nemətin bir nəfər tanımadığı, adını sonradan bildiyi Seymurla söhbət etdiklərini görmüşdür. Söhbətdən ona məlum olmuşdur ki, Kənan adlı şəxs Seymurun dostunun motosikletini alıb və pulunu vermir. Bundan sonra onlar Seymura təklif etmişlər ki, söhbəti orada yerləşən çay evində davam etdirsinlər və beləliklə onlar “Əcəmi gecələri” adlı çay evinə daxil olmuş, sayları çox olduğundan daha sonra oradan çıxıb “Meduza” adlı çay evinə getmişlər. Bir qədər söhbət etdikdən sonra Seymuru evinə getməsi üçün yola salmışlar. Lakin, Seymur bir müddət sonra geri qayıdıb onu yola verdikləri üçün irad bildirmiş, Miryunus da onunla söhbət etməyə başlamışdır. Emil və Elmir bayıra siqaret çəkmək üçün çıxmış, daha sonra o və Nemət də çıxmışdır. Onların arxasınca isə Pünhan da gəlmişdir. Bir qədər sonra onlar yenidən içəri daxil olmuşlar. Miryunus ondan Pünhanın telefonunun gətirilməsini istədiyi üçün o bunu Pünhana demiş, sonuncu da Miryunusdan səbəbini soruşanda, Miryunus Pünhandan ona məxsus “Nokia” markalı mobil telefonu Seymura vermək üçün istədiyini, əvəzində isə ona yeni telefon alacağını bildirmişdir. Pünhan da telefonunda olan nömrəni çıxarıb onu vermişdir. Daha sonra İsmayıl taksi ilə Seymuru yola salmış və onlar da obyektdən çıxmışlar. Nemət öz evinə getmiş, onlar isə hərəkətini davam etdirmiş, yolda Miryunus telefon mağazasına girərək Seymurun telefonunu satmaq istəmiş və orada şəxsiyyət vəsiqəsi istənildiyi üçün Miryunus Pünhandan üzərində şəxsiyyət vəsiqəsinin olub-olmadığını soruşmuş, sonuncu da bunu verdikdən sonra Miryunus bu telefonu 190 manata sataraq 20 manatı onlara vermişdir. İbtidai istintaqda təzyiqlərlə üzləşmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs4 zəng vuraraq axşam görüşüb çay içməyi təklif etmişdir. Axşam saat 10 radələrində Nemətlə görüşməyə gələrkən metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında olan “Əcəmi Gecələri” çay evinin qarşısında Miryunus, Emil və Elmirlə rastlaşmış, daha sonra Pünhan da ora gəlmişdir. Orada olan zaman adını sonradan bildiyi Seymur adlı uşaq onlara yaxınlaşıb Kənan adlı şəxsi tanıyıbtanımadıqlarını soruşmuş və onun şəkilini onlara göstərmişdir. Miryunus da bu şəxsin tanış gəldiyini deyib ona kömək edəcəyini söyləmiş və birlikdə çay içmək üçün onu da çayxanaya dəvət etmişdir. Orada söhbət əsnasında Seymur demişdir ki, Kənan adlı şəxs onun dostunun motosikletini götürüb və pulunu vermir, buna görə də o, onu axtarır. Sayları çoxaldığı üçün onlar bu çay evindən çıxıb başqa yerdə oturmaq qərarına gələrək “Meduza” çay evinə getmişlər. Orada Seymur yenidən öz söhbətini davam etdirmiş, Miryunus da onu çıxardaraq Pünhanla yola salmışdır. Lakin, sonra Seymur geri qayıdanda Miryunus ondan dərdinin nə olduğunu soruşmuş, Seymur da düzgün hərəkət etmədiklərini və onu yola verdiklərini demişdir. Miryunus və İsmayıl da onunla ayrıca pərdəli yerdə olan masa arxasında əyləşib söhbət etməyə başlamış, onlar isə zalda digər masada əyləşib çay içmişlər. X11 yaxınlaşıb Miryunusdan ondan “Nokia” markalı telefonu istədiyini demiş, Pünhan da bunun səbəbini öyrənmək üçün onların yanına keçəndən sonra o da ora getmişdir. Orada o bilmişdir ki, Miryunus Seymurdan telefonu alıb və onun əvəzinə “Nokia” markalı telefonu vermək istəyir və Seymurun etirazına baxmayaraq həmin telefonu Pünhandan alıb ona verir və içərisindəki nömrələri dəyişir. Bundan sonra İsmayıl taksi ilə Seymuru yola salıb geri qayıdır. O isə bu işin onlara problem yaradacağını bildirəndə, İsmayıl heç bir problemin olmayacağını söyləmiş, bundan sonra o, onlardan aralaşıb öz evinə getmişdir. O, nə mobil telefonun satılaraq əldə edilmiş pulun bölünməsində iştirak etmiş, nə də ki heç kimlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etməmişdir. Məhkəmədə qanuni nümayəndənin iştirakı ilə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Tahir adlı dostu özünə məxsus mopedin Kənan adlı şəxs tərəfindən götürüldüyünü və pulunun verilmədiyini, bununla bağlı polisə şikayət etməsinə baxmayaraq, məsələnin həll olunmadığını söyləmişdir. O da ondan Kənanın mobil nömrəsini almış və xx.xx.2023-cü il tarixdə ona “WhatsApp” proqramı vasitəsilə yazaraq mopedin pulunu niyə vermədiyini soruşmuşdur. Kənan da onunla görüşmək istədiyini deyib onu metronun “Memar Əcəmi” stansiyasının qarşısına dəvət etmişdir. O da axşam vaxtı həmin ünvana gəlib Kənana zəng etmiş, lakin onun nömrəsinə zəng çatmamışdır. Həmin vaxtı o, ağaclığın altında bir neçə nəfər şəxsin dayanıb söhbət etdiklərini görüb onlara yaxınlaşaraq Kənanı tanıyıb-tanımadıqlarını soruşmuşdur. Miryunus da ona Kənanı tanıdığını deyərək məsələni soruşmuşdur. Daha sonra həmin yerə bir-iki nəfər də yaxınlaşmış və Miryunus çayxanaya getməyi təklif etmiş və onlar “Əcəmi Gecələri” adlı çay evinə gəlmişlər. Orada Miryunus onunla söhbət etməyə başlamış, sonra adam çox olduğundan ona çölə çıxmaq lazım olduğunu demişdir. Onlar da hamısı birlikdə oradan çıxıb “Meduza” adlı çay evinin ikinci mərtəbəsinə qalxmışlar. Orada Miryunus onunla söhbət edərkən üzərindəki mobil telefonda “kontur”un olubolmadığını soruşmuş, o da “kontur”un olmadığını demişdir. Bundan sonra Miryunus əsəbi halda əl-qol hərəkətləri ilə ona yalan danışmamağı, əks halda bunun nəticəsinin yaxşı olmayacağını demişdir. Bu vaxtı Miryunusun yanında olan Emil söhbətə qoşularaq onun dediklərini etməyini bildirmişdir. Miryunus da ondan təkrar mobil telefonu istəsə də, o bunu vermək istəməmiş, bu zaman Miryunus onun sifətinə sağ əli bir dəfə, sonra yenidən sağ əli ilə başına sillə vurub əlindən “Redmi Note S11” markalı mobil telefonu dartıb alaraq masanın üzərinə qoymuşdur. O da Miryunusdan dəyəri 480 manat və üzərində 099 ***-**- ** saylı GSM nömrə olan telefonu geri qaytarmasını tələb etmiş, lakin sonuncu onu verməyəcəyini demişdir. Sonra onunla üzbəüz oturan İsmayıl kimi çağırdıqları şəxs masanın üzərindən mobil telefonu götürüb Pünhan deyə müraciət etdiyi şəxsə cibindəki “Nokia” markalı mobil telefonu çıxarıb ona verməsini istəmişdir. Pünhan adlı şəxs səbəbini soruşmadan cibindəki “Nokia” markalı mobil telefonu İsmayıla vermişdir. İsmayıl telefonların üzərindəki mobil nömrələri çıxardaraq yerlərini dəyişdirmiş, onun mobil nömrəsini “Nokia” markalı mobil telefonun üzərinə qoyduqdan sonra həmin telefonu ona vermiş və bu telefonu işlədəcəyini demişdir. Daha sonra onlar hamısı birlikdə obyektdən çıxmış və onu yola salmışlar. Nemət kimi tanıdığı şəxs kənarda dayanaraq ümumiyyətlə bu söhbətə qarışmamış, heç nəyə müdaxilə etməmişdir. Bu səbəbdən də ona qarşı əvvəldən heç bir şikayəti olmamışdır. Eyni zamanda, telefonu qaytarıldığından Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə bağlı artıq şikayətçi deyil. Məhkəmədə şahid X2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyasının çıxışında yerləşən “Elma telecom” adlı telefon mağazasında satıcı işləyir. Mağaza hər gün səhər saat 10:00-dan gecə saat 02:00-yə kimi açıqdır. 19 avqust 2023-cü il tarixdə mağaza bağlanana yaxın 02 nəfər şəxs içəri daxil olaraq “Redmi Note 11S” markalı mobil telefonu satmaq istədiklərini bildirmişlər. O, telefona baxış keçirdikdən sonra onun kimə məxsus olmasını və oğurluq olub-olmamasını soruşmuş, bu şəxslər də telefonun dostları tərəfindən verildiyini bildirmişlər. Bundan sonra o, telefonu 190 manata ala biləcəyini bildirmişdir. Həmin şəxslər də onunla razılaşmış, lakin onların üzərində şəxsiyyət vəsiqəsi sənəd olmadığından o, telefonu almamışdır. Təxminən 05 dəqiqə sonra həmin şəxslər bir nəfər başqa şəxslə birlikdə gəlmiş və sonuncu içəri daxil olmayaraq bayırda durmuşdur. Bu şəxslərdən biri telefonun sahibinin onlarla gələn dostunun olduğunu deyərək həmin şəxsin şəxsiyyət vəsiqəsini vermiş, bayırda duran şəxs də telefonun ona məxsus olduğunu qapıdan bildirmişdir. O da şəxsiyyət vəsiqəsinə baxanda həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğunu müəyyən etmiş və müvafiq qeydiyyat aparıb həmin mobil telefonu 190 manata almışdır. Bu hadisədən 02 gün sonra polis tərəfindən ona zəng olunaraq aldığı “Redmi Note 11S” markalı mobil telefonun cinayət yolu ilə əldə olunduğu söylənilmiş, buna görə də o, həmin telefonu polisə təqdim etmişdir. Məhkəmədə dindirilməsi üçün dəvət edilməsinə baxmayaraq, şahid X13 Alayının 9cu patrul bölüyündə polis nəfəri X5 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmədə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. X1 ifadəsinə əsasən onun xidməti ərazisi Nəsimi rayonu, Cavadxan küçəsi, 17 saylı ünvanda yerləşən çay evlərinin qarşısıdır. 18 avqust 2023-cü il tarixdə xidmətdə olduğu zaman təxminən gecə saat 12 radələrində xidməti ərazidə olan çay evlərindən birinin müdiri ona telefonla zəng edərək işlətdiyi çay evində hadisə baş verdiyini bildirmişdir. O, dərhal xidməti avtopatrulla həmin əraziyə xidmətdə olduğu əməkdaşlarla birlikdə yollanmışdır. Həmin yerə çatdıqda obyektin sahibi hadisə barədə onlara məlumat vermişdir. Onun dediklərindən məlum olmuşdur ki, 6-7 nəfər kafedə oturan müştərilər bir nəfər uşağın telefonunu əlindən onun iradəsi ziddinə almışlar. Bundan sonra onlar həmin şəxsləri axtarmağa başlamış və bir qədər sonra onları metronun “Memar Əcəmi” stansiyası yaxınlığında yerləşən “Çardaq” çay evində olmaları barədə məlumat alıb ora yollanmışlar. Ora daxil olduqda 04 nəfər şəxsin birlikdə oturduğunu görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onları 19-cu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman onların Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X10 və X8 olduqları müəyyən olunmuşdur (İ cild, i.v.110-111). Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Hadisə yerinə baxış və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokola görə hadisə ünvan 1 ünvanda yerləşən “Meduza” adlı çay evidir (İ cild, i.v.6- 9); • “Könüllü təqdim edilmiş əşyanın götürülməsi və əşyaya baxış keçirilməsi haqqında” 20 avqust 2023-cü il tarixli protokola əsasən Şahid2 Təqsirləndirilən şəxs2 aldığı 01 ədəd “Redmi Note 11S” markalı mobil telefon və həmin telefonun alqı-satqısı ilə bağlı qeydiyyat sənədi könüllü olaraq araşdırmaya təqdim edilmişdir (İ cild, i.v.108-109); • “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən iş üzrə 01 ədəd “Redmi Note 11S” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir (İ cild, i.v.177-178); • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X14 xx.xx.2023-cü il tarixli, 1215 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (İl cild, i.v.118-119); • “Şübhəli şəxsin dindirilməsi” xx.xx.2023-cü il tarixli, “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2023-cü il tarixli və “Təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokollarda Təqsirləndirilən şəxs3 əks olunmuş ifadələrinə əsasən o, ittiham olunanlarla özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs məxsus telefonu ələ keçirmədiyini, sonuncuya qarşı hər hansı zor tətbiq etmədiyini, həmin telefonun satılmağında iştirak etmədiyini, hətta onlar yenidən telefon barəsində söhbət edən zaman o, bu məsələnin problem olacağını söyləmişdir (İ cild, i.v.209-211, 250, İİ cild, i.v.195-197); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli: - 4(006)-421/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 avqust 2023-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.168-172); - 4(006)-422/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 avqust 2023-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.163-167); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli: - 4(006)-451/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 sentyabr 2023-cü il tarixdən hesablanmışdır (İl cild, i.v.36-41); - 4(006)-452/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 sentyabr 2023-cü il tarixdən hesablanmışdır (İl cild, i.v.42-47); • “Cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 13 yanvar 2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işinin materiallarından X8 və X10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (ll cild, i.v.261-263); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışlarına görə: - Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İİ cild, i.v.55-57); - Təqsirləndirilən şəxs1 əvvəllər iki dəfə məhkum edilmiş, sonuncu dəfə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri üzrə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzası azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (lİ cild, i.v.53-54, 123-137); - Təqsirləndirilən şəxs4 barəsində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işinin istintaq olunmasına dair məlumat mövcuddur (İİ cild, i.v.51-52); - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(002)- 10/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə və ev dustaqlığında qaldığı 04 ay 25 gün nəzərə alınaraq üzərində qəti olaraq 01 il 07 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 06 mart 2024-cü il tarixdən hesablanmışdır (İİİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında bu əmlakı talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır (10-cu bənd); həyat və ya sağlamlığ üçün təhlükəli olmayan zor tətbiq etmək (Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələri) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir (23-cü bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Verilmiş ittihamla bağlı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 özlərini təqsirli bilməsələr də, məhkəmə istintaqında tədqiq olunmuş və məntiqi baxımından bir-birini tamamlayan həm onların, həm də digər Təqsirləndirilən şəxs3, habelə zərər çəkmiş şəxsin və şahid ifadələri bu əməllərin onlar tərəfindən törədilməsi sübut olunur. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri üzrə verilmiş ittihamda özlərini təqsirli bilməmələrinə tənqidi yanaşmaqla hesab edir ki, onlar belə ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdürlər. Buna görə də məhkəmə tərəfindən bu hal onların özünümüdafiə xarakterli kimi qiymətləndirilir. Göstərilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 zərər çəkmiş şəxslə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmir. Təqsirləndirilən şəxs1 isə əvvəllər qəsdən törətdiyi az ağır talama cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə); məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (83.4-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini və onları xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs4 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum olunsa da, o, hazırki iş üzrə cinayət əməlini həmin hökmdən əvvəl törətmişdir. Buna görə də ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, qeyd olunan hökmlə müəyyən edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə həbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay 25 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 cəzalarını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli, Təqsirləndirilən şəxs1 isə cəzasını həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarının əvvəli onların həbsə alındığı 19 avqust 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs4 isə cəzasının əvvəli onun həbsə alındığı 14 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbirləri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs3 elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri üzrə ittihamla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində aidiyyəti, yəni onun 18 avqust 2023-cü il tarixdə, saat 22 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və digər şəxslərlə birlikdə ünvan 1 ünvanda yerləşən “Meduza” adlı çay evində yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə bu şəxsin 480 manat dəyərində “Redmi Note S11” markalı mobil telefonunun soyğunçuluq yolu ilə keçirilməsində iştirakı həm özünün ifadəsi, həm zərər çəkmiş şəxsin və digər təqsirləndirilən şəxslərin ifadələri ilə müəyyən edilmir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində mübahisə olan vaxtı Təqsirləndirilən şəxs3 kənarda dayanaraq ümumiyyətlə söhbətə qarışmadığını və heç nəyə müdaxilə etmədiyini göstərmiş və hadisənin sonrakı gedişatından da görünür ki, zərər çəkmiş şəxsin telefonu ələ keçirildikdən sonra Təqsirləndirilən şəxs3 digər təqsirləndirilən şəxslərə bunun onlar üçün problem yaradacağını bildirərək onların yanından aralanmış və nə telefonun satılmasında, nə də ki satışdan əldə olunmuş pulun bölünməsində iştirak etməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs3 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində də həmin xüsusatlar əks olunub. Bununla da belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs3 verilmiş ittihamın əsasında sadəcə olaraq onun hadisə yerində digər şəxslərlə birlikdə olması təşkil edir. Halbuki, ittiham ehtimallara və “zənn etmə”lərə əsaslana bilməz və hadisə zamanı bu şəxsin orada olması hələ heç də onun digər təqsirləndirilən şəxslərlə özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsinə dəlalət etmir. Qeyd olunanların əksini isə ittiham tərəfi tutarlı dəlillərlə təqdim edə bilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs3 əməlində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən insanın həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq cinayətinin tərkibinin yaranmasını şərtləndirən obyektiv və subyektiv cəhətlərin zəruri elementləri müəyyən oluna bilinmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasına görə: • Şəxsin təqsirli olunduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz (63-cü maddə); • Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir (125-ci maddəsinin Vİİ bəndi); • Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır (129-cu maddəsinin İİİ bəndi). “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Bu Məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messegue və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, “X12rşı” İsmayılndə Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə görə: • Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (21.2-ci maddə); • Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (21.3-cü maddə); • Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (28.5-ci maddə); • İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (145.3-cü maddə); • Məhkəmə baxışı nəticəsində cinayətin törədilməsinə aidiyyəti olmadıqda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır (42.1.3-cü maddə); • bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə bəraət hökmü çıxarılır (42.2.3-cü maddə); • Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir (55.1-ci maddə); • Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır (350.2-ci maddə). “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxstəqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində aidiyyəti olmadığından ona bəraət verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək o, dərhal həbsdən azad olunmalı, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası ona izah olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Redmi Note 11S” markalı mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq “Universal” Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 100 saat üçün nəzərdə tutulan 600 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 350-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 19 avqust 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 19 avqust 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs4 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə müəyyən olunan cəza ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 14 sentyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində aidiyyəti olmadığından o, təqsirsiz hesab edilsin və ona həmin maddə üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs3 izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Redmi Note 11S” markalı mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq “Universal” Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 100 (yüz) saat üçün nəzərdə tutulan 600 (altı yüz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-145/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-145/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver