Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-145/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq tərkibində MDMA-nın (metilendioksimetamfetamin, ekstazi) təsiredici maddəsinin miqdarı 0,3 qram olmaqla təmiz çəkisi 0,600 qram təşkil edən xeyli miqdarda psixotrop maddə MDMA-nı əldə edib özündə saxlamaqla daşımış, 20 avqust 2024-cü il tarixdə saat 11:30-da ünvan 2 ünvanında yerləşən Nəsimi Rayon Məhkəməsinə daxil olmazdan əvvəl məhkəmənin inzibati binasının arxa hissəsində qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni gizlədən zaman orada xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb aşkar edilərək götürülmüş psixotrop maddə ilə birlikdə ünvan 4 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə təhvil verilmiş, orada barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman 01 ədəd bükümün içərisindən tərkibində MDMA-nın (metilendioksimetamfetamin, ekstazi) təsiredici maddəsinin miqdarı 0,3 qram olmaqla təmiz çəkisi 0,600 qram təşkil edən xeyli miqdarda həmin psixotrop maddə MDMA aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2-3 ildir ki, müxtəlif növ narkotik vasitə və psixotrop maddə istifadə edir. İstifadə etdiyi narkotik vasitə və psixotrop maddələri tanımadığı şəxslərdən alıb, folqada yandırmaqla tüstüsünü qəbul etmişdir. Narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin müxtəlif ərazilərindən, çox vaxt isə Nərimanov rayonunda yerləşən Nərimanov parkının yaxınlığından almışdır. Şahid1 uzun müddətdir ki, tanıyır və aralarında dostluq münasibətləri vardır. Bundan başqa Şahid1 də narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğu və əvvəllər məhkum olunduğu barədə məlumatı vardır. xx.xx.2024-cü il tarixdə Şahid1 ona zəng edərək ortaq tanışlarının xx.xx.2024-cü il tarixdə Nəsimi Rayon Məhkəməsində məhkəmə iclası keçiriləcəyini bildirərək birlikdə həmin iclasa getmələrini təklif etmişdir. O, Şahid1 təklifi ilə razılaşmış və xx.xx.2024-cü il tarixdə saat 11:30-da ünvan 2 ünvanında yerləşən Nəsimi Rayon Məhkəməsinin qarşısında görüşəcəklərinə dair qərarlaşaraq sağollaşmışlar. xx.xx.2024-cü il tarixdə təxminən saat 09 radələrində özü üçün psixotrop maddə almaq məqsədi ilə yenidən Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Nərimanov parkına getmişdir. Təxminən 5 dəqiqə parkın ətrafında gəzdikdən sonra mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə aldığı şəxs onun olduğu yerə yaxınlaşmış, ondan hansı növ narkotik vasitə və ya psixotrop maddə istədiyini soruşmuşdur. Həmin şəxdən dəfələrlə narkotik vasitə və psixotrop maddə almasına baxmayaraq onun şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. Ona 60 (altmış) manat dəyərində psixotrop maddə olan ekstazi almaq istədiyini bildirmişdir. Həmin şəxs 60 (altmış) manat pulu ondan götürərək oradan uzaqlaşmışdır. Təxminən 3-4 dəqiqə sonra isə olduğu yerə gələrək söz verdiyi kimi içərisində psixotrop maddə ekstazi olan sellofan bükümü ona verərək oradan uzaqlaşmışdır. O, psixotrop maddəni əynindəki şalvarın cibinə qoyaraq Şahid1 ilə görüşmək üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə doğru yola düşmüşdür. Həmin gün saat 11:15 radələrində Nəsimi Rayon Məhkəməsinin qarşısında Şahid1 ilə görüşmüşdür. Ortaq tanışlarının məhkəmə iclasına qədər Şahid1 ilə söhbət etməyə başlamışlar və söhbət əsasında Şahid1 üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Bu zaman onun da üzərində psixotrop maddə olduğu barədə Şahid1 məlumat verdikdə məhkəməyə daxil olan zaman üzərilərinə baxış keçiriləcəyindən ehtiyat edərək həmin narkotik vasitə və psixotrop maddələri gizlətməyə qərar vermişlər. Bu məqsədlə məhkəmənin həyətyanı sahəsindən çıxaraq narkotik vasitə və psixotrop maddələri gizlətmək üçün yer axtarmağa başlamışlar. Nəsimi Rayon Məhkəməsinin yan tərəfinə keçərək üzərilərində olan narkotik vastə və psixotrop maddələri məhkəmənin hasarında yerləşən boşluğa gizlətmişlər. Saat təxminən 11:30 radələrində ünvan 2 ünvanında yerləşən Nəsimi Rayon Məhkəməsinin həyətyanı sahəsinə daxil olan zaman məhkəmədə xidmət aparan polis əməkdaşı onlara yaxınlaşmış və məhkəmənin hasarına gizlətdiklərinin nə olduğunu soruşmuşdur. Onlar narkotik vasitə və psixotrop maddəni gizlədən zaman polis əməkdaşının kameradan onları izlədiyini bildikdə səmimi olaraq gizlətdiklərinin narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişlər. Gizlətdikləri narkotik vasitə və psixotop maddələr polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Polis əməkdaşları tərəfindən Nəsimi RPl-nin 20-ci PŞ-yə aparılmışlar. Nəsimi RPİ-nin 20-ci PŞ-nin inzibati binasında otaqlardan birinə dəvət edilmişlər. Polis Şöbəsində onlara dövlət hesabına vəkil təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşlar. Sonra onlara bildirilmişdir ki, üzərilərində şəxsi axtarış keçiriləcəkdir. Vəkillər və polis əməkdaşlarının iştirakı ilə xidməti otaqda üzərilərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Xidməti otaqda olan zaman Nəsimi Rayon Məhkəmə binasının inzibati ərazisində gizlətdikləri və polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış ağ rəngli kağız zərf açılaraq içərisində ağ rəngli kristalşəkilli maddə, qəhvəyi rəngli maddə, 01 ədəd bozumtul-qəhvəyi rəngli dərman həbi və açıq yaşıl rəngli maddə olan ümumilikdə 04 (dörd) ədəd sellofan büküm masanın üzərinə qoyulmuşdur. Həmin bükümlərdən içərisində yaşıl rəngli maddə olan bükümün ona məxsus olduğunu bildirmişdir. Sona həmin maddəni adını deməklə təqdim etməyi təklif olunmuşdur. O, həmin bükümün içərisində ekstazi kimi tanınan psixotrop maddə MDMA olduğunu bildirmişdir. Ondan həmin maddəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edilən zaman həmin maddəni həmin gün Narimanov rayonu, Nərimanov parkının yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 60 (altmış) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Şahid1 də öz növbəsində içərisində ağ rəngli kristal şəkilli maddə, qəhvəyi rəngli maddə, 01 ədəd bozumtul-qəhvəyi rəngli dərman həbi olan ümumilikdə 03 (üç) ədəd bükümün ona məxsus olduğunu demişdir. Sonra həmin maddələri adını deməklə təqdim etməyi təklif olunmuşdur. Şahid1 ağ rəngli kristalşəkilli maddənin psixotrop maddə metamfetamin, qəhvəyi rəngli maddənin narkotik vasitə heroin, 01 ədəd bozumtul-qəhvəyi rəngli dərman həbinin isə narkotik vasitə metadon olduğunu bildirmişdir. Şahid1 narkotik vasitə və psixotrop maddələri haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edilən zaman o, bükümləri həmin gün Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Çermet körpüsünün” yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 70 (yetmiş) manata aldığını bildirmişdir. Daha sonra üzərində hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmış, lakin heç nə aşkar olunmamışdır. Şahid1 üzərində hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, Şahid1 üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Şahid1 üzərində axtarış aparılmağa başlanılmış, lakin heç nə aşkar olunmamışdır. Bundan sonra bükümlərin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Bükümlərin ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılacağı qeyd olunmuşdur. Əvvəlcə zərflərin içərisi göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir, ilk öncə ona məxsus olan 01 ədəd büküm daha sonra isə Şahid1 məxsus olan 03 ədəd büküm ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış, zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmış, Nəsimi RRİ-nin 20-ci PŞ-nin zərflər üçün nəzərdə tutulmuş “188” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən zərflərin üzəri imzalanmışdır. Daha sonra əməlini səmimi etiraf etməsini və peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 2-3 ildir ki, müxtəlif növ narkotik vasitə və psixotrop maddə istifadə edir. İstifadə etdiyi narkotik vasitə və psixotrop maddələri tanımadığı şəxslərdən alıb, falqada yandırmaqla tüstüsünü qəbul edirmiş. Narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərinin müxtəlif ərazilərindən, çox vaxt isə Nərimanov rayonunda yerləşən “Çermet körpüsünün” yaxınlığından almışdır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır və aralarında dostluq münasibətləri vardır. Bundan başqa Təqsirləndirilən şəxs də narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğu və əvvəllər məhkum olunduğu barədə məlumatı vardır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs zəng edərək ortaq tanışlarının xx.xx.2024-cü il tarixdə Nəsimi Rayon Məhkəməsində məhkəmə iclası keçiriləcəyini bildirib birlikdə həmin iclasa getmələrini təklif etmişdir. Təqsirləndirilən şəxs təklif ilə razılaşmış və xx.xx.2024-cü il tarixdə saat 11:30-da ünvan 2 ünvanında yerləşən Nəsimi Rayon Məhkəməsinin qarşısında görüşəcəklərinə dair qərarlaşaraq sağollaşmışlar. xx.xx.2024-cü il tarixdə təxminən saat 09 radələrində özü üçün narkotik vasitə və ya psixotrop maddə almaq məqsədi ilə yenidən Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Çermet körpüsünün” yanına getmişdir. Orada olan zaman mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə aldığı şəxsin yaxınlıqda dayandığını görmüş və ona yaxınlaşaraq narkotik vasitə və ya psixotrop maddəsinin olub-olmadığını soruşmuşdur. Həmin şəxs hər ikisinin olduğunu bildirmişdir. Ondan hansı növ narkotik vasitə və psixotrop maddə istədiyini soruşmuşdur. Həmin şəxdən dəfələrlə narkotik vasitə və psixotrop maddə almasına baxmayaraq onun şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. Ona 70 (yetmiş) manat dəyərində müxtəlif növ narkotik vasitə və psixotrop maddələr istədiyini bildirmişdir. Həmin şəxs 70 (yetmiş) manat pulu ondan götürərək oradan uzaqlaşmışdır. Təxminən 3-4 dəqiqə sonra isə olduğu yerə gələrək söz verdiyi kimi içərisində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və narkotik vasitə metadon olan sellofan bükümləri ona verərək oradan uzaqlaşmışdır. O, həmin narkotik vasitə və psixotrop maddələri əynindəki şalvarın cibinə qoyaraq Təqsirləndirilən şəxs ilə görüşmək üçün Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə doğru yola düşmüşdür. Həmin gün saat 11:15 radələrində Nəsimi Rayon Məhkəməsinin qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Ortaq tanışlarının məhkəmə iclasına qədər Təqsirləndirilən şəxs ilə söhbət etməyə başlamışlar və söhbət əsasında Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələr olduğunu bildirmişdir. Bu zaman Məhəmməd də üzərində psixotrop maddə olduğu barədə ona məlumat verdikdə məhkəməyə daxil olan zaman üzərilərinə baxış keçiriləcəyindən ehtiyat edərək həmin narkotik vasitə və psixotrop maddələri gizlətməyə qərar vermişdirlər. Bu məqsədlə məhkəmənin həyətyanı sahəsindən çıxaraq narkotik vasitə və psixotrop maddələri gizlətmək üçün yer axtarmağa başlamışdırlar. Nəsimi Rayon Məhkəməsinin yan tərəfinə keçərək üzərilərində olan narkotik vasitə və psixotrop maddələri məhkəmənin hasarında yerləşən boşluğa gizlətmişlər. Saat təxminən 11:30 radələrində ünvan 2 ünvanında yerləşən Nəsimi Rayon Məhkəməsinin həyətyanı sahəsinə daxil olan zaman məhkəmədə xidmət aparan polis əməkdaşı onlara yaxınlaşmış və məhkəmənin hasarına gizlətdiklərinin nə olduğunu soruşmuşdur. Onlar narkotik vasitə və psixotrop maddəni gizlədən zaman polis əməkdaşının kameradan onları izlədiyini bildikdə səmimi olaraq gizlətdiklərinin narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişlər. Gizlətdikləri narkotik vasitələr və psixotrop maddələr polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Polis əməkdaşları tərəfindən Nəsimi RPl-nin 20-ci PŞ-yə gətirilmişlər. Nəsimi RPİ-nin 20-ci PŞ-nin inzibati binasında otaqlardan birinə dəvət edilmişlər. Polis Şöbəsində onlara dövlət hesabına vəkil təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşlar. Sonra onlara bildirilmişdir ki, üzərilərinə şəxsi axtarış keçiriləcəkdir. Vəkillər və polis əməkdaşlarının iştirakı ilə xidməti otaqda üzərilərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Xidməti otaqda olan zaman Nəsimi Rayon Məhkəmə binasının inzibati ərazisində gizlətdikləri və polis əməkdaşları tərəfindən götürələrək qablaşdırılmış ağ rəngli kağız zərf açılaraq içərisində ağ rəngli kristalşəkilli maddə, qəhvəyi rəngli maddə, 01 ədəd bozumtul-qəhvəyi rəngli dərman həbi və açıq yaşıl rəngli maddə olan ümumilikdə 04 (dörd) ədəd sellofan büküm masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdən içərisində yaşıl rəngli maddə olan bükümün ona məxsus olduğunu bildirmişdir. Sona həmin maddəni adını deməklə təqdim etməyi təklif olunmuşdur. O, həmin bükümün içərisində ekstazi kimi tanınan psixotrop maddə MDMA olduğunu bildirmişdir. Məhəmməddən həmin maddəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edilən zaman həmin maddəni bu gün Nərimanov rayonu, Nərimanov parkının yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 60 (altmış) manata öz istifadəsi üçün aldığını bildirmişdir. O da öz növbəsində içərisində ağ rəngli kristalşəkilli maddə, qəhvəyi rəngli maddə, 01 ədəd bozumtul-qəhvəyi rəngli dərman həbi olan ümumilikdə 03 (üç) ədəd bükümün ona məxsus olduğunu demişdir. Sonra həmin maddələri adını deməklə təqdim etməsi təklif olunmuşdur. Ağ rəngli kristalşəkilli maddənin psixotrop maddə metamfetamin, qəhvəyi rəngli maddənin narkotik vasitə heroin, 01 ədəd bozumtul-qəhvəyi rəngli dərman həbinin isə narkotik vasitə metadon olduğunu bildirmişdir. Narkotik vasitə və psixotrcp maddələri haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edilən zaman bükümləri bu gün Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Çermet körpüsünün” yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 70 (yetmiş) manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o da üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin heç nə aşkar olunmamışdır. Ona üzərində hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Üzərində axtarış aparılmağa başlanılmış, lakin heç nə aşkar olunmamışdır. Bundan sonra bükümlərin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Ona və Təqsirləndirilən şəxs məxsus olan bükümlərin ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılacağı qeyd olunmuşdur. Əvvəlcə zərflərin içərisi göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. İlk öncə Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd büküm daha sonra isə ona məxsus olan 03 ədəd büküm ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış, zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmış, Nəsimi RRİ-nin 20-ci PŞ-nin zərflər üçün nəzərdə tutulmuş "188” nömrəli möhürü ilə möhürlənmiş, hər bir iştirakçı tərəfindən zərflərin üzəri imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə X5 ilə birlikdə xidmətdə olan zaman Nəsimi Rayon Məhkəməsində xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin polis serjantı X1 RPİ-nin 20-ci PŞ-nin növbətçi hissəsinə zəng edərək 2 (iki) nəfər şəxsin özlərini şübhəli apardıqlarını, məhkəmənin inzibati binasına daxil olmazdan əvvəl binanın arxa hissəsinə keçərək orada sellofan paketdə nə isə gizlətdiklərini görüb həmin şəxsləri saxladıqlarını, sorğu-sual zamanı həmin şəxslərin sellofan paketlərdə gizlətdiklərinin narkotik vasitə və psixotrop maddə olduqlarını dedikləri barədə məlumat vermişdir. Məlumat rəhbərliyə məruzə edildikdən sonra o və X15 Rayon Məhkəməsinə getmişlər. Orada olan zaman Nəsimi Rayon Məhkəməsində xidmət edən Mühafizə xidmətinin əməkdaşları həmin şəxsləri və onların gizlətdikləri narkotik vasitə və psixotrop maddələri onlara göstərmişlər. Nəsimi Rayon Məhkəməsinin yan tərəfindəki hasarın boşluğuna gizlədilmiş sellofan paket ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən izmalanmışdır. Daha sonra 2 nəfər şəxs və gizlətdikləri paket ilə birlikdə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə getmişlər. 20-ci Polis Şöbəsində həmin şəxslərin Şahid1 və Təqsirləndirilən şəxs olduqları müəyyən edilmişdir. Bundan sonra Nəsimi RPİ-nin 20-ci PŞ-nin təhqiqatçısı polis kapitanı Ruslan Mirzəliyev tərəfindən Şahid1 və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Nəsimi RPİnin 20-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Eyyub Ağazadə, Bakı şəhəri, “14 saylı” Vəkil Bürosunun vəkilləri X12, X4 və onun iştirakı ilə Ruslan Mirzəliyev tərəfindən Şahid1 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanmışdır. Xidməti otaqda olan zaman Nəsimi Rayon Məhkəmə binasının inzibati ərazisində gizlədilmiş və onlar tərəfindən götürələrək qablaşdırılmış ağ rəngli kağız zərf açılaraq içərisində ağ rəngli kristalşəkilli maddə, qəhvəyi rəngli maddə, 01 ədəd bozumtul-qəhvəyi rəngli dərman həbi və açıq yaşıl rəngli maddə olan ümumilikdə 04 (dörd) ədəd sellofan büküm masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdən içərisində yaşıl rəngli maddə olan bükümün ona məxsus olduğunu bildirmişdir. Sonra ona həmin maddənin adını deməklə təqdim etməsi təklif olunmuşdur. O, həmin bükümün içərisində ekstazi kimi tanınan psixotrop maddə MDMA olduğunu bildirmişdir. Ondan həmin maddəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edilən zaman həmin maddəni bu gün Nərimanov rayonu, Nərimanov parkının yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 60 (altmış) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Şahid1 də öz növbəsində içərisində ağ rəngli kristalşəkilli maddə, qəhvəyi rəngli maddə, 01 ədəd bozumtul-qəhvəyi rəngli dərman həbi olan ümumilikdə 03 (üç) ədəd bükümün ona məxsus olduğunu bildirmişdir. Sonra həmin maddələri adını deməklə təqdim etməyi təklif olunmuşdur. Şahid1 ağ rəngli kristalşəkilli maddənin psixotrop maddə metamfetamin, qəhvəyi rəngli maddənin narkotik vasitə heroin, 01 ədəd bozumtul-qəhvəyi rəngli dərman həbinin isə narkotik vasitə metadon olduğunu bildirmşdir. Şahid1 narkotik vasitə və psixotrop maddələri haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edilən zaman o, bükümləri bu gün Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Çermet körpüsünün” yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 70 (yetmiş) manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o da üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış aparılmağa başlanılmış, lakin heç nə aşkar olunmamışdır. Şahid1 üzərində hər hansı bir əşyanın olubolmaması sual edilmiş, Şahid1 üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Şahid1 üzərində axtarış aparılmağa başlanılmış, lakin heç nə aşkar olunmamışdır. Bundan sonra bükümlərin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs və Şahid1 məxsus olan bükümlərin ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılacağı qeyd olunmuşdur. Əvvəlcə zərflərin içərisi göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. İlk öncə Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd büküm daha sonra isə Şahid1 məxsus olan 03 ədəd büküm ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış, zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Nəsimi RRl-nin 20-ci PŞ-nin zərflər üçün nəzərdə tutulmuş “88” nömrəli möhürü ilə möhürlənmiş, hər bir iştirakçı tərəfindən zərflərin üzəri imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 11:30-da Nəsimi rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı X3 ilə Nəsimi Rayon Məhkəməsində xidmətdə olan zaman 2 nəfər şəxsin həmin məhkəmənin binasına daxil olmazdan əvvəl binanın arxasına keçərək orada sellofan paketlərdə nə isə gizlətdiklərini görüb onlara yaxınlaşmışlar. Həmin şəxslərə gizlətdikləri sellofan paketin içərisində nə olduğunu soruşan zaman onlar, həmin paketin içərisində narkotik vasitə və psixotrop maddə olduğunu demişlər. Daha sonra Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin növbətçi hissəsinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonra əməliyyat qrupu hadisə yerinə gəlmişdir. Nəsimi Rayon Məhkəməsinin yan tərəfindəki hasarın boşluğuna gizlədilmiş sellofan paket ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra 2 nəfər şəxs və gizlətdikləri paket ilə birlikdə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə getmişlər. Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsində həmin şəxslərin Şahid1 və Təqsirləndirilən şəxs olduqları müəyyən edilmişdir. Daha sonra 20-ci Polis Şöbəsinin rəisi Vüqar Abdullayevə raport yazaraq xidmət yerinə, yəni Nəsimi Rayon Məhkəməsinə qayıtmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.7); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.27); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.167-170); - “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrıca icraata başqa cinayət işi ayrılmış, ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir (i.v.1-2); - “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinin inzibati binasının yaxınlığında gizlətdiyi və oradan götürülərək qablaşdırılmış bükümə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsində baxış keçirilərkən həmin 01 ədəd ağ şəffaf sellofana bükülmüş bükümün içərisində psixotrop maddə ekstaziyə bənzər maddə aşkar olunaraq götürülməsi faktı təsdiq olunur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4261 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün № 188” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə; Şübhəli şəxs: /imza/ Təqsirləndirilən şəxs: iştirak etdi: 1) /imza/ N.Həsənov; 2) /imza/ E.Ağazadə; 3) /imza/ Şahid2; Ekspert krim: /imza/ B.Bəxtiyaroy; Müdafiəçi /imza/ P.Hacıyeva; Tərtib etdi: Nəsimi RPİ-nin 20-ci PŞ-nin təhqiqatçısı polis Kapitanı /imza/ R.Mirzəliyev" yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,600 qram olan açıq yaşıl rəngli maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) psixotrop maddədir və MDMA-nın təsiredici maddəsinin miqdarı - 0,3 qramdır. Aparılmış tədqiqatın dəyəri 60 manat təşkil edir (i.v.89- 94); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X2 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5740 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.177-178); - “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,600 qram kustar üsulla hazırlanmış psixotrop maddə metilendioksimetamfetamin, ekstazi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,500 qram kustar üsulla hazırlanmış psixotrop maddə MDMA saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına verilmişdir (i.v.262-272); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 01 ay 05 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.201-202); - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 vəkillərin və polis əməkdaşlarının iştirakı ilə xidməti otaqda üzərilərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Xidməti otaqda olan zaman Nəsimi Rayon Məhkəmə binasının inzibati ərazisində gizlətdikləri və polis əməkdaşları tərəfindən götürələrək qablaşdırılmış ağ rəngli kağız zərf açılaraq içərisində olan ümumilikdə 04 (dörd) ədəd sellofan büküm masanın üstünə qoyulur və Təqsirləndirilən şəxs həmin bükümlərdən içərisində yaşıl rəngli maddə olan bükümün ona məxsus olduğunu bildirir, həmin bükümlərin içərisindəki maddənin “metilendioksimetamfetamin, ekstazi” olduğunu və onu Narimanov rayonu, Nərimanov parkının yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 60 manata aldığını bildirir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini və peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əməlini etiraf etməsini, səmimi peşman olmasını, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5740 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,500 qram kustar üsulla hazırlanmış psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Universal Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,500 qram psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-145/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-145/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver