Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-146/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yeni tikilidə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 fevral 2022ci il tarixdə saat 14:00 radələrində işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 1-də yerləşən avtoyuma məntəqəsinə avtomobilini yumaq üçün müştəri kimi gələn Zərərçəkmiş şəxs məxsus «Toyota» markalı, ** NV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonunun ön tərəfində yerləşən saxlanc yerindən 4.500 manat pulu gizli olaraq götürüb talamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 4.500 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda yerləşən avtoyuma məntəqəsində avtomobillərin yuyulması ilə məşğul olur. 01 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs «Toyota» markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilini onun işlədiyi avtoyuma məntəqəsinə yuduzdurmaq üçün gətirmişdir. Zərərçəkmiş şəxs avtomobilin açarını ona vermiş və 1-2 saatdan sonra gəlib götürəcəyini bildirmişdir. O, avtomobilin içərisini təmizləyən zaman əli saxlanc yerinin düyməsinə dəyib açılmış və orada pul olduğunu görmüşdür. Həmin pulun bir hissəsini götürmüşdür. Evə gedərkən yolda götürdüyü pulu saymış və götürdüyü pulun məbləğinin 2.500 manat olduğunu müəyyən etmişdir. Axşam evdə yemək yeyəndən sonra iş yoldaşı Vüsalla kafeyə getmiş, puldan bir az orada xərcləmişdir. Səhəri gün tanışı Samir adlı oğlanla bir kafedə oturub yeyib-içmişlər. O, Samiri 1-2 ay idi tanıyırdı, Samir taksi sürücüsü olmuşdur. Samir ondan pul istəmiş, lakin o verməmişdir. Samir də onun içkili olmağından istifadə edib pulu ondan götürmüşdür. Evə gələndə pulun cibində olmadığını görmüşdür. Təhqiqat orqanında verdiyi izahata öncəki gün içdiyi və tam ayılmadığı üçün oxumadan qol çəkmişdir. Daha sonra dəymiş zərərdən 400 manatı zərərçəkmiş şəxsə ödədiyini, qalan 2100 manatı isə aybaay işləyib ödəyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 01 fevral 2022-ci il tarixdə o, avtomobilini yuduzdurmaq üçün Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 1 ünvanında yerləşən avtoyuma məntəqəsinə gətirib qoymuş, avtomobilinin açarını Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt saxlanc yerində 11500 manat pul olmuşdur. O, hər dəfə avtomobilinin saxlanc yerini bağlayır, lakin bu dəfə saxlanc yerini bağlayıbbağlamadığı yadında deyil. 2-3 saat sonra bacısı oğlu Xəyal gedib avtomobili avtoyuma məntəqəsindən götürüb ona təhvil vermişdir. 02.02.2022-ci il tarixdə nəvəsini bağçaya aparanda avtomobilin saxlanc yerinin açıq olduğunu görmüş, uşağı bağçaya qoyandan sonra gəlib pulu saymış və cəmi 7.000 manat pul qaldığını müəyyən etmişdir. O, avtoyuma məntəqəsinə getmiş, oranın sahibi Əli müəllimə maşından pul itdiyini demişdir. Əli müəllim də Aminə zəng etmiş, lakin onu tapa bilməmişdir. Günortaya kimi Amini axtarmışlar. Günortadan sonra Amin özü zəng etmiş və gələcəyini demişdir. O, sahə müvəkkilinə zəng etmiş və ona Aminə zəng etməsini, maşınından 4.500 manat pulun itdiyini demiş, sahə müvəkkili Aminə zəng edəndə sonuncu içkili olduğunu, ayıla bilmədiyini və gələcəyini demişdir. O, növbəti gün səhər polisə şikayət etmişdir. Bundan başqa, zərər çəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs törətmiş olduğu cinayət əməli nəticəsində ona 4500 məbləğində maddi zərər dəymişdir. Göstərilənləri nəzərə alaraq, 4500 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona verilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra zərər çəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, hazırda təqsirləndirilən şəxs tərəfindən dəymiş 4500 manat ziyandan 400 manat ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 1 ünvanında yerləşən avtoyuma məntəqəsinin sahibidir. Təqsirləndirilən şəxs həmin avtoyuma məntəqəsində yuyucu kimi işləmişdir. Hadisə baş verən gün Zərərçəkmiş şəxs avtomobilini yuduzdurmaq üçün avtoyuma məntəqəsinə gətirmişdir. Zərərçəkmiş şəxs avtomobilinin açarını Amin qəbul etmişdir. Amin avtomobili yuyan zaman o, orada olmamış, həmin vaxt oğlunun avtomobilini ustaya aparmışdır. Yuyulduqdan sonra Amin avtomobili Ədalət müəllimin bacısı oğluna təhvil vermişdir. Növbəti gün səhər Ədalət müəllim ona zəng edib pulunun oğurlandığını və işçiləri yığmasını bildirmişdir. Amindən başqa işçilərin hamısı orada olmuşdur. Onun həmin vaxtadək avtomobilin içərisində pul olduğundan xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - 03.02.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə müraciət edərək, 01.02.2022-ci il tarixdə saat 14:00 radələrində Nəsimi rayonu, Cavadxan küçəsi 1 ünvanında yerləşən avtoyuma məntəqəsində ona məxsus olan **-NV-*** dövlət qeydiyyat nişanlı, “Toyota” markalı avtomaşından 4500 manat pulun Amin adlı şəxs tərəfindən oğurlandığını bildirmişdir (i.v.4); - “Məhkəməyədək sadələşdirilmiş icraatın açılmasına dair” 03.02.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır (i.v.1); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03.02.2022-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında keçirilən hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus **-NV-*** dövlət qeydiyyat nişanlı, “Toyota” markalı avtomobilin sağ tərəfdə yerləşən saxlanc yerindən 4500 manat oğurlanması müəyyən edilmişdir (i.v.17-19); - “Sübutların qiymətləndirilməsi haqqında” 07.02.2022-ci il tarixli qərardan görünür ki, HK-1/353 №-li material üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkibi olması müəyyən edildiyindən törətdiyi böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialının yekun protokolu ilə Nəsimi rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır (i.v.49-51); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 05.02.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1993-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v.48); - Təqsirləndirilən şəxs barəsində olan məhkumluq məlumatlarından görünür ki, Şabran rayon Məhkəməsinin 19.08.2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarına əsasən təyin edilmiş islah işləri cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxs Şabran rayon Məhkəməsinin 19.04.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmiş, 20.06.2018-ci il tarixdə Şabran rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası qazancının 15%-i dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzası ilə əvəz edilmişdir. 11.01.2022-ci il tarixli qərara əsasən “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 2.8-ci bəndinə əsasən Təqsirləndirilən şəxs qazancından 15% dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasından azad edilmişdir (i.v.12-15). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs oğurladığı pulun məbləğinin 2500 manat olmasına dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Məhkəməyədək istintaq dövründə cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə verdiyi izahatından, eləcə də, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin dindirilmə protokolundan görünür ki, təqsirləndirilən şəxs könüllü olaraq törətdiyi əməli tam etiraf etmiş və həmin protokolu imzalamışdır. Məhkəmə islasında Təqsirləndirilən şəxs verdiyi ifadəsində sənədləri oxumadan imzaladığını bildirsə də, məhkəmə hesab edir ki, sonuncu əvvəllər də bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edildiyindən bildirdiyi bu hal inandırıcı hesab edilə bilməz. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özgənin əmlakını gizli ələ keçirib zərər çəkmiş şəxsə 4500 manat məbləğində ziyan vuraraq oğurluq etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş zərərin bir qismini ödəməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə Təqsirləndirilən şəxs əvvəllər törətdiyi eyni növ cinayətlərə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum olunmasını, lakin yenidən qəsdən cinayət törətməsini, digər növ cəza ilə cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 16 mart 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə zərər çəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs 4500 manat məbləğində maddi ziyan dəydiyi və həmin ziyanın 400 manat məbləğində hissəsinin ödənildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməli, Zərərçəkmiş şəxs dəymiş ziyana görə 4100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 16 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Dəymiş zərərin əvəzi olaraq Təqsirləndirilən şəxs 4100 (dörd min yüz) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-146/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-146/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver