Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-147/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı orta təhsilli, işləməyən, məhkum olmunayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmış və nəticədə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 06:30 radələrində ünvan 4 saylı ünvanda yerləşən avtomobillər üçün nəzərdə tutulmuş duracaqda saxlanılmış Zərərçəkmiş şəxs məxsus 2018-ci il buraxılışlı ‘"Mercedes- Benz E-200” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qapılarının açıq olmasından istifadə edərək avtomobilə əyləşib salonda olan açar vasitəsilə hərəkətə gətirərək avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmış və həmin gün saat 10:20-də qeyd olunan avtomobil ilə ünvan 5 saylı ünvanda yerləşən «Midtover» otelin qarşısındakı yolda hərəkətdə olan «X8» markalı 10- UT-999 dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa hissəsi ilə toqquşaraq idarəetməni itirib yolun sol hissəsində yerləşən səkiyə çırpılmaqla avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs 27469 (iyirmi yeddi min dörd yüz altımış doqquz) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşqul olur. xx.xx.2020-ci il tarixdə o, qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən evdə gecələmişdir. xx.xx.2020-ci il tarixdə səhər təxminən 06:30 radəbrində o, evdən çıxaraq, piyada özünün valideynləri ilə birlikdə yaşadığı ünvan 7 ünvanında yerləşən evə getməyi düşünmüşlər. Həmin məqsədlə o, piyada yolla gedərkən ünvan 8 ünvanına çatanda, orada yerləşən “Salam” otelin yanındakı avtomobillər üçün nəzərdə tutulmuş duracaqda saxlanılmış qara rəngli “Mercedes” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobili görmüş, avtomobilin salonunun işığı yandığından həmin avtomobil onu cəlb etmiş və o, avtomobilə yaxınlaşmışdır. Avtomobilinin salonuna baxmış, avtomobildə heç kimin olmadığını görüb, qapısının açıq olub-olmadığını yoxlamış, avtomobilin qapısının kilidinin açıq olduğunu görmüş və qərara gəlmişdir ki, avtomobilin qapısını açıb içərisinə otursun. Avtomobilin sürücü tərəfdən sol ön qapısını açaraq içərisinə əyləşmiş, avtomobilin salonuna nəzər yetirmiş və sürücünün yanındakı qabaq ön oturacaqda həmin avtomobilə aid açar görmüşdür. Bir anlığa həmin avtomobili şəhərdə bir az idarə edib, yenidən geri qayıdaraq, avtomobili götürdüyü yerə qaytarmağı fikirləşmişdir. Bu niyyətlə o, avtomobili hərəkətə gətirmiş, tək idarə edərək həmin avtomobili şəhərdə bir az idarə edib qeydiyyatda olduğu Yasamal rayonu, C.Məmmədquluzadə döngəsi ev 12 ünvanına gəlmiş, avtomobili yaşadığı evdən bir az yolun kənarında saxlamış, düşüb evinə getmişdir. Təxminən 2 saat yarım evdə əyləşmiş, saat təxminən 10:00 radələrində evdən tək olaraq çıxmış, yenidən avtomobilə doğru qayıtmış, avtomobili həmin açarla açmış, hərəkələ gətirmiş və Rəsulzadə qəsəbəsinə doğru hərəkətə başlamışdır. Rəsulzadə qəsəbəsinə getməyinin səbəbi o idi ki, orada yaşayan dostu Şahid1 Nurəddin oğlunu da həmin bu avtomobilə əyləşdirib geri Nəsimi rayonu, Füzuli 53 ünvanına qayıdaraq, avtomobili götürdüyü yerdə saxlayıb, dostu Şahid1lə birlikdə şəhərdə piyada gəzsinlər. Əlavə olaraq bildirmişdir ki. Elvin Bavayevi təxminən 3 ay olar ki, tanıyır, münasibətləri normaldır, aralarında ədavətləri və düşmənçilikləri olmamışdır. O, Şahid1 əvvəllər demişdir ki, guya onun özünə məxsus avtomobili var və cərimə meydançasına salınmışdır. O, da qanunsuz olaraq ələ keçiridiyi qara rəngli “Mercedes” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Rəsulzadə qəsəbəsinə gəlmiş, orada yerləşən köhnə «Favorit» marketin qarşısında yolun kənarında avtomobili saxlayaraq, Şahid1lə əlaqə saxlamışdır. O, gəlməmişdən öncə Elvinə onun dalınca gəlməyini məlumat verməmişdir. Rəsulzadə qəsəbəsində Şahid1 gəlmiş və avtomobilə əyləşmişdir. O, Şahid1 demişdir ki, avtomobil ona məxsusdur və guya bu avtomobili cərimə meydançasından çıxarmışdır. Reallıqda özünün idarə etdiyi avtomobil yoxdur. Şahid1 avtomobilə əyləşəndə təxminən saat 10:10 radələri olardı. Ona demişdir ki, «avtomobillə şəhərə gedək və sonra avtomobildən düşüb gedib şəhərdə gəzərik». Bu məqsədlə avtomobili hərəkətə gətirmiş və üzü ünvan 9 ünvanına doğru hərəkətə başlamış, avtomobildə Şahid1 əlavə heç bir məlumat vermədir. O, ünvan 8 ünvanı istiqamətində hərəkətdə olarkən, idarə etdiyi avtomobilə sol tərəfdən hərəkətdə olan “Land Rover” markalı avtomobil yaxınlaşmış, həmin avtomobildə olan iki nəfər mülki geyimli şəxslər özlərini polis əməkdaşı kimi təqdim edərək, avtomobili saxlamağını bildirmişlər, o, isə onlara əllə işarə edərək, qarşıda yolun kənarında avtomobili saxlayacağını bildirmişdir. Lakin etdiyi əməli dərk edib, cinayət məsuliyyətinə cəlb olunacağını düşünüb tabesizlik göstərib hərəkətə davam etmişdir. O, idarə etdiyi avtomobillə oradan uzaqlaşmağa davam etmişdir. Yolda Elvin ondan nə baş verməsini soruşduqda, o, ona «ayrı məsələdir, sənlik deyil» deyərək Nəsimi rayonu ərazisində yerləşən «Zabitlər» bağının yanında yolun kənarında avtomobili saxlamış və Şahid1 avtomobildən düşməsini bildirmişdir. Elvin avtomobildən düşdükdən soma o, yenidən yoluna davam etmişdir. Daha sonra “Land Rover” markalı avtomobilin arxasınca gəldiyini görmüşdür. O, avtomobillə təxminən 70-80 km/saatda hərəkət olarkən, Nəsimi rayonu ərazisində yerləşən «Təzə Bazar» adlanan yerə çatmamış “Midtower otelin» qarşısında “X8” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfdən 20-30 metr qalmış yoluna çıxdığını görmüşdür. O, həmin vaxt təhlükənin qarşısını almağa nə qədər çalışsada, həmin avtomobilin yoluna çıxdığına görə, idarə etdiyi qara rəngli “Mercedes” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tərəli ilə, “X8” markalı **-UT- *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa yan hissəsi ilə toqquşmuş və həmin vaxt idarə etməni itirərək idarə etdiyi avtomobilin sol qabaq hissəsini səkiyə vurmuşdur. Hadisədən qabaq idarə etdiyi avtomobil saz vəziyyətdə olmuş, əyləc də işləmişdir. Bildirmişdir ki, o, avtomobilin salonundan heç bir əşya, pul götürməmişdir. Niyyəti isə polisdən yayınıb idarə etdiyi avtomobili yerinə qoyub qaçmaq olmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı da heç bir xəsarət almamış, sükan arxasında olanda alkoldan istifadə etməmişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə ünvan 8 saylı ünvanda yerləşən “Salam” otelin yanındakı duracaqdan Zərərçəkmiş şəxs məxsus 2018-ci il buraxılışlı “Mercedes Benz H-200” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili qaçırmaqda məqsədi yalnız sürmək olmuşdur, başqa heç bir məqsədi olmamışdır. Onun sürücülük vəsiqəsi olmadığını bildirmişdir. O, idarə etdiyi qara rəngli “Mercedes” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən təxminən 20-30 metr qalmış “X8” markalı **-UT-*** dövlət ceydiyyat nişanlı avtomobilin yoluma çıxdığını görmüş, əyləci basmış, nə qədər qaçırsa da sonda toqquşdur. O, hadisə baş verən zaman heç bir xəsarət almadığını bildirmişdir. Daha sonra, özünü təqsirli bilməsini, bir azyaşlı uşağının olmasını və əvvəllər məhkum olunmamasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nömayəndəsinin, şahidlərin ifadələri, DVD disklərində olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, “Mercedes Benz E-200” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlu xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məxsusdur. Oğlu Zərərçəkmiş şəxs sonuncu dəfə həmin avtomaşını xx xxxxxxx 2020-ci il tarixdə saat 08:00 radələrində yaşadıqları ünvan 9 saylı ünvanın qarşısında saxlamış, elə həmin gün saat 10:00-da evdən çıxmış və Səudiyyə Ərəbistanına getmişdir. Hətta həmin gün saat 11:52 radələrində həmin maşının fotoşəklini çəkərək hal-hazırda Azərbaycan Respublikasının Səudiyyə X1 konsulluq məsələləri üzrə məsul əməkdaşı, İ katib vəzifəsində işləyən və orada yaşayan digər oğlu X5 internet vasitəsilə avtomobilin fotoşəkilini göndərmişdir. Bildirmişdir ki, həyətdə olanda hətta saat 13:00 radələrində maşına müdaxilə etmədən, qapını açmadan, çünki açar evdə olmuşdur, sağ tərəfdən qarşı pəncərədən maşının salonunun səliqəli olub-olmamasını yoxlamaq maşına baxıb getmişdir. O, özü bilməmişdir ki, bu maşının qapısı hansı formada bağlı və ya açıq olur. Özü həmin maşının qapılarını açıb yoxlamamışdır ki, qapı açıqdır yoxsa bağlıdır. O, özü bu maşının qapısını necə açıb-bağlamağı bilməmiş, maşın sürə bilməmişdir. O, ali təhsillidir və hal-hazırda Azərbaycan Dillər Universitetində baş müəllimə işləyir. Baş vermiş cinayət hadisəsi ilə bağlı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumatı o, vermiş və bundan sonra onu Nəsimi RPİ-nin 21-ci PB-no dəvət etmişlər və o, orada ərizə və izahat yazmışdır. Daha sonra təhqiqatçı tərəfindən hadisə yerinə baxış keçirilərək bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-də əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 10 radələrində iş yoldaşı, 21-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ilə birlikdə idarə etdiyi «Land Rover» markalı, 90 PŞ 390 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə ərazidə xidmət aparmışlar. Saat 10:15-də Səməd Vurğun küçəsi ilə Təzə Bazar istiqamətdə hərəkətdə olarkən qarşılarında hərəkət edən «Mercedes Benz E200» markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili diqqətini çəkmişdir. Belə ki, həmin gün saat 07:48-də DİN-in 102 Xidmətindən qeyd olunan minik avtomobilinin naməlum şəxs tərəfindən qaçırılması barədə məlumat daxil olmuşdur. Bu səbəbdən də o, idarə etdiyi avtomobillə həmin avtomobilin sol tərəfinə yaxınlaşmış, avtomobillər paralel vəziyyətdə olduğu vaxt o, maşının şüşəsini aşağı salıb xidməti vəsiqəsini göstərməklə həmin avtomobili idarə edən, şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs avtomobili saxlamasını tələb etmişdir. Təqsirləndirilən şəxs əli ilə işarə edib bir qədər öndə avtomobili saxlayacağını bildirmişdir. Həmin vaxt qeyd olunan avtomobildə sürücü sonuncudan başqa qabaq sərnişin oturacağında şəxsiyyəti sonradan ona məlum olan Şahid1 əyləşmişdir. Təqsirləndirilən şəxs avtomobili bir qədər öndə saxlayacağım bildirdiyindən o, idarə etdiyi avtomobilin sürətini azaldıb yolun hərəkət hissəsinin sağ tərəfində saxlamışdır. Bu zaman istifadə etdiyi mobil telefonla Nəsimi RPİ-nni 21-ci PB-nin rəhbərliyinə müşahidələri barədə məlumat vermiş, telefonla danışdığı müddətdə görmüşdür ki, Təqsirləndirilən şəxs avtomobili onlardan təxminən 10 metr öndə saxlamış və avtomobil dayanan kimi Şahid1 avtomobildən düşüb oradan uzaqlaşmış, Təqsirləndirilən şəxs isə avtomobili yüksək sürətlə hərəkətə gətirmiş və təhlükəsizlik şərtlərinə əməl edilməklə idarə etdiyi avtomobili Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ardınca sürmüşdür. Təqsirləndirilən şəxs həmin vaxt avtomobili təxminən 80- 90 km/saat sürətlə idarə etmişdir. S.Vurğun küçəsi ilə hərəkətdə olub «Təzə Bazar»a çatmağa az qalmış Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz E200» markalı, **- TL-*** dövlət qeydiyyat nşanlı minik avtomobili əvvəlcə sola dönmə əməliyyatı edən «X8» markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa sol qanad nahiyəsinə sonra isə yolun qarşı - qarşıya hərəkət axınını ayıran ayırıcı zolağın köbə daşına vurub dayandırmışdır. O, idarə etdiyi avtomobili yolun hərəkət hissəsinin sağ tərəfində saxladıqdan sonra hadisənin baş verdiyi yerə yaxınlaşmışdır. Avtomobildən düşdükdə Təqsirləndirilən şəxs də avtomobildən düşüb qaçaraq ərazidən uzaqlaşmaq istədiyini görüb arxasınca qaçmış və onu tutub saxlayaraq zəruri istintaq hərəkətləri aparılması məqsədi ilə Nəsimi RPİ-nin İŞ-nə təhvil vermişdir. Həmin ərazidə nəqliyyat vasitələrinin axını yüksək olduğundan tıxac yaranmasının qarşısını almaq məqsədi ilə iş yoldaşı Şahid4 əraziyə evakuator dəvət etmiş və «Mercedes Benz E200» markalı, **-TL-*** dövlət qeydiyyat nşanlı minik avtomobili evakuatorla cərimə meydançasına yerləşdirilmişdir. Əlavə olaraq bildirmişdir ki, S.Vurğun küçəsi ilə «Təzə bazar» istiqamətincə hərəkətdə olarkən idarə etdiyi avtomobillə «Mercedes Benz E200» markalı, **-TL-*** dövlət qeydiyyat nşanlı minik avtomobilinin arasında ara məsafəsi 35-40 metr olmuşdur. Həmin vaxt o, idarə etdiyi avtomobilin sürətlər göstəricisinə nəzər yetirdikdə avtomobilin 70-80 km/saat sürətlə hərəkətdə olduğunu müəyyən etmişdir. Həmin vaxt «Mercedes Benz E200» markalı, **-TL-*** dövlət qeydiyyat nşanlı minik avtomobili də ən azı eyni sürətlə hərəkətdə olmuşdur. Yolun hərəkət hissəsində, 2-ci zolaqda dayanmış «X8» markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili sola (geriyə) dönmə əməliyyatı etmək üçün hərəkətə başladığından sol tərəfdən düzünə hərəkət edən avtomobillərin yoluna çıxmışdır. «Mercedes Benz E200» markalı, **-TL-*** dövlət qeydiyyat nşanlı minik avtomobilinin sürücüsü əyləcdən istifadə edib avtomobili dayandırmağa çalışsa da sürətlə hərəkət etdiyindən avtomobili dayandıra bilməmiş, avtomobil əvvəlcə «X8» markalı avtomobilin arxa sol qanadına dəyib sonra ayrıcı zolağın kənarındakı beton daşa dəyib dayanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid4 onlardan əvvəl şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 10:20 radələrində Bakı şəhəri Səməd Vürğun küçəsində yerləşən Təzə Bazara doğru qeyd etdiyi avtomaşınla tək olaraq hərəkətdə olmuş və yolun sağ tərəfində maşının mühərrikini söndürmədən maşınını saxlamış, sağ cərgədə maşınlar saxladığından yer olmadığı üçün o, həmin yerdə sağ tərəfdə ikinci cərgədə parkinq etmək üçün yer axtarmış və həmin ikinci cərgədə boş yer görmüş, maşınını yolun hərəkət istiqamətinin sol tərəfinə istiqamətdə hərəkətə başlatmış və arxa sol tərəfə baxmışdır ki, təxminən 60-80 metr məsafədən qara rəngli maşın hərəkətdə olaraq onun tərəfə gəlir və düşünmüşdür ki, yola təhlükəsiz çıxa bilər və yolun hərəkət istiqamətinə daxil olmuş və bir də görmüşdür ki, həmin qara rəngli artıq nömrəsini və markasını gördüyü '‘Mercedes” markalı 90TL006 dövlət qeydiyyat nişanlı avtomaşın onun idarə etdiyi avtomaşına ön sağ tərəfi ilə arxa sol tərəfdən toqquşmuş, sonra idarəetməni itirib yolun sol tərəfmə səkiyə maşının ön sol tərəfi ilə çırpılmış və dayanmışdır. O, ön maşınının parkinqinə vaxt ayırdığından onun maşını ilə toqquşan həmin qeyd etdiyi “Mercedes” markalı 90TL006 dövlət qeydiyyat nişanlı avtomaşının sürcüsünü görməmiş və onunla hər hansı ünsiyyəti də olmamışdır. O, bu yol nəqliyyat hadisəsi zamanı hər hansı xəsarət almamış, tam sağlamdır. Həmçinin bildirmişdir ki, yol nəqliyyat hadisəsindən qabaq toqquşma zamanı zədələnmiş həmin hissə həmin vaxtdan öncə saz vəziyyətdə olmuş, hər hansı zədə, batıq izi olmamışdır. Əlavə olaraq baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona təxmini 1000- 1500 manat civarında maddi ziyan dəydiyini də bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməmiş Şahid1 ifadəsi məhkəmə iclasında elan olundu və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə təxminən 10:20 radələrində o, evdə olarkən dostu Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng vuraraq ona məhəllələrində olduğunu demiş və gəməyini bildirmişdir. O, «Favorit» marketin arxasında yerləşən məhəllədə yaşayır. O, da evi tərk edərək məhəlləyə gəlmiş və görmüşdür ki, Təqsirləndirilən şəxs “Mercedes” markalı 90TL006 dövlət qeydiyyat nişanlı maşında əyləşmiş, maşından düşmüş, onunla görüşmüş, sonra ona demişdir ki, idarə etdiyi avtomobil özünə məxsusdur, cərimə meydançasından çıxartmışdır. Çünki, ona 2 ay bundan qabaq demişdir ki, maşını var, amma markasını deməmişdir və maşın cərimə meydançasındadır. Daha sonra ona demişdir ki, gedək maşınla Kubinkadakı məhəllələrinə, maşını saxlayarıq, bir az şəhərdə gəzərik. Kamran maşını sürməyə başlamış, yolda ümumi hal-ehval tutmuşlar, Kamran da sakit maşını sürmüşdür, Kubinkaya çatanda “Land Rover” markalı maşın Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və Kamrana avtomobili kənara verib saxlamasını bildirmişlər. Təqsirləndirilən şəxs polislərə əli ilə işarə edib avtomobili saxlamasını bildirsədə, lakin avtomobili saxlamamışdır. O, sonuncuya soruşmuşdur ki, «bu nə məsələdir, səni niyə polislər saxlamaq istəyirlər», Kamran isə ona ayrı söhbətdir, şenlik deyil» deyə cavab vermişdir. Kamran avtomobili idarə edərək «Zabitlər Bağı» adlanan yerdə avtomobili yolun kənarında saxlamış və ona avtomobildən düşüb getməsini bildirmişdir. O, da avtomobildən düşüb getmişdir. Lakin baxdıqda görmüşdür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə bir az da qarşıda ağ rəngli bir avtomobil toqquşmular. Əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı 90TL006 dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq ələ keçirməsindən heç bir məlumatı olmamış və ilk dəfə idi ki, həmin avtomobilə əyləşmişdir. Cinayət işinin 1-ci cild 150-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulmuşdur. Cinayət işinin 1-ci cild 175-176-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 02 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırlıq iclası keçirilənədək uzadılmışdır. Cinayət işində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 121-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 9/4705 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, 2018-ci il buraxılışlı, «Mersedes Benz» markalı 90 TL-006 dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən : dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 27.469,00, manat, o cümlədən: dəyişməli hissələrin qiyməti- 25879,00 manat, təmir-bərpa işlərinin qiyməti -1590,00 manat, dəyişməli hissələrin qiymətinə aşınma tədbiq edilməklə 25440,00 manat, o cümlədən: dəyişməli hissələrin qiyməti- 23850,00 manat, təmir-bərpa işlərinin qiyməti -1590,00 manat. Cinayət işinin 1-ci cild 135-139-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/4761 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş “Yeni Günəşli 010 Avto Servis” tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli qüsur aktı məlumatlarına əsasən, 2012-ci il buraxılışlı, «X8» markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir bərpa xərci təxminən 1860,00 manat müəyyən edilir. O cümlədən : dəyişməli hissələrin qiyməti 1110,00 manat, təmir-bərpa işlərinin qiyməti -750,00 manat. Cinayət işinin 1-ci cild 122, 136 və 186-cı vərəqələrində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat, 50 (əlli) manat və 100 (bir) yüz manat cəmi olaraq 200 (iki yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 141-142-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayandır. Cinayət işinin 1-ci cild 127-ci vərəqəsində olan xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, «Mersedes Benz» markalı 90 TL-006 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 204-205-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin NHİX-dən daxil olmuş Təhlükəsiz Şəhər Xidmətinin TŞ 3-105 nömrəli kameraların xx.xx.2020-cı il tarixli saat 10:10-dan 10:30-dək olan miiddətdəki görüntüləri əks olunmuş üzərində «ZYKLEN» DVD-R 4.7GB/120minl6X yazıları olan 02 ədəd “DVD” formatlı disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 97-ci vərəqəsində olan xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Nümayəndə oğlu Zərərçəkmiş şəxs nümayəndəsi təyin edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, DVD disklərində olan video görüntülərlə və digər iş materialları ilə onun avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırması nəticəsində zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurması tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirməklə (qaçırma) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, bir azyaşlı uşağının olmasını və əvvəllər məhkum olunmamasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 185.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsa tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübüt kimi tanınmış «Mersedes Benz» markalı 90 TL-006 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə təhvil verildiyindən onun istifadə verilmiş hesab edilməli, digər maddi sübut 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı və aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi olaraq 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili K.Ş.Quliyevaya məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Maddi sübüt kimi tanınmış «Mersedes Benz» markalı 90 TL-006 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə təhvil verildiyindən onun istifadəsinə verilmiş hesab edilsin. Maddi sübüt kimi tanınmış 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-147/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-147/2021
18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver