Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-147/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 avqust 2022-ci il tarixdə saat 13 radələrində ünvan 2 ünvanın qarşısındakı avtomobil yolunun kənarında Zərərçəkmiş şəxs3 özünə məxsus “Mersedes Benz” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobildə yatmış vəziyyətdə olmasından və avtomobilin sağ ön qapısının pəncərəsinin açıq vəziyyətdə olmasından istifadə edib kənar şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra Zərərçəkmiş şəxs3 hiss etmədiyi şəraitdə avtomobilin sürətlər qutusunun yanına qoyulmuş sonuncuya məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə olunan 01 ədəd 2000 manat dəyərində “iPhone 12 Pro” markalı mobil telefonu və 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə olunan 01 ədəd 300 manat dəyərində “Samsung A40” markalı mobil telefonu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 2310 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi 65 ünvanının qarşısındakı avtomobil yolunun kənarında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus «Volkswagen Passat» markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində heç kimin olmamasından və avtomobilin ön sol qapısının pəncərəsinin açıq vəziyyətdə olmasından istifadə edib kənar şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra avtomobilin ön oturacağının üzərində olan Zərərçəkmiş şəxs1 məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə olunan 01 ədəd 590 manat dəyərində “Hisense-F22” markalı mobil telefonu və həmin mobil telefonun qoyulduğu 5 manat dəyərində qoruyucu qoburun arxasındakı 400 manat nağd pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 sentyabr 2022-ci il tarixdə saat 06:21-də ünvan 3 ünvanda yerləşən 24 saat fəaliyyət göstərməklə vətəndaşların azad girib-çıxa bildiyi «50 qəpik» restoranının qarşısından keçən zaman restoranın administratoru Zərərçəkmiş şəxs2 restoranın içərisində yatmasından istifadə edib açıq qapıdan oraya daxil olaraq sonuncunun hiss etmədiyi şəraitdə masanın üzərindən Zərərçəkmiş şəxs2 məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 900 manat dəyərində bir ədəd “iPad 9” markalı planşeti götürərək oradan çıxdıqdan sonra Zərərçəkmiş şəxs2 oyanmadığını görüb geri qayıdaraq vahid niyyətlə əhatə olunan qəsdlə həmin masanın üzərində olan 5 manat dəyərində ***-******* saylı mobil nömrə ilə istifadə olunan 01 ədəd 300 manat dəyərində “LG Q6” markalı mobil telefonu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1205 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində, ünvan 4 ünvanında olarkən orada **-DF-*** dövlət nömrə nişanlı, “Volkswagen Passat” markalı avtomobilin dayandığını və şüşələrinin açıq olduğunu görmüşdür. O, maşının yanından keçərək içərisinə boylanmış və ön sağ oturacağın üzərində mobil telefon olduğunu görmüşdür. O, həmin mobil telefonu oğurlamaq qərarına gəlmişdir. Buna görə bir müddət şüşələri açıq olan **-DF-*** dövlət nömrə nişanlı, “Volkswagen Passat” markalı avtomobili müşahidə etmiş və maşının sahibinin yaxında olduğunu arabir maşına yaxınlaşdığını yəqin etmişdir. Bundan sonra maşının sahibinin kim olduğunu bildiyindən, onun maşından uzaqlaşdığını gördükdən sonra maşına yaxınlaşaraq açıq olan şüşəsindən əlini içəri salaraq ön oturacağın üzərində olan telefonu oğurlayaraq oradan uzaqlaşmışdır. Sonradan mobil telefonu Yasamal rayonu ərazisində tanımadığı şəxslə narkotikə dəyişmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Nəsimi rayonu, Bülbül prospekti 36 B ünvanında yerləşən “50 qəpik” restoranın yanından keçərkən içəridə işçilərin yatdığını görmüş, həmin vaxt masanın üzərində olan “İpad” planşeti və 01 ədəd “LG” markalı mobil telefon olduğunu görmüşdür. O, həmin planşet və telefonu oğurlamaq qərarına gəlmişdir. Buna görə həmin vaxt xidmət göstərən Nəsimi rayonu, Bülbül prospekti 36 B ünvanında yerləşən “50 qəpik” restoranına keçmiş, sakitçə üzərində “İpad” planşeti və 01 ədəd “LG” markalı mobil telefon olan masaya yaxınlaşmış, ilk öncə masanın üzərində olan “İpad” planşeti götürmüş və çölə çıxmışdır. Çöldə bir neçə saniyə dayanıb yenidən restorana daxil olmuş və masanın üzərindəki “LG” markalı mobil telefonu da götürüb restorandan çıxmışdır. Bundan sonra Nəsimi rayonu, Bülbül prospekti 36 B ünvanında yerləşən “50 qəpik” restoranından oğurladığı “İpad” planşeti və 01 ədəd “LG” markalı mobil telefonu Yasamal rayonu ərazisində tanımadığı şəxslə narkotiklə dəyişmişdir. Bundan başqa, 13 avqust 2022-ci il tarixdə saat 13 radələrində piyada Bakı şəhəri, Nəsimi rayonu, C.Pişəvari küçəsi ilə hərəkətdə olarkən yolun kənarında boz rəngli “Mersedes” markalı avtomobil dayanmışdır. O, avtomobilin yanından keçən zaman sağ qabaq qapısının şüşəsinin aşağı olduğunu və içəridə bir nəfər şəxsin yatdığını görmüşdür. O, bir qədər gözləyib, ətrafa göz gəzdirdikdən sonra onu heç kimin görmədiyini və avtomobildə olan şəxsin yatdığını görüb, cəld avtomobilin açıq şüşəsinə yaxınlaşmış və şüşədən əyilib sürətlər qutusunun yanında olan “iPhone 12 Pro” markalı və “Samsung A40” markalı mobil telefonları götürmüş və cibinə qoyaraq oradan uzaqlaşmışdır. O, avtobus dayanacağına gəlib oradan avtobusa əyləşmiş və bir neçə duracağı keçib avtobusdan düşmüşdür. Sonradan mobil telefonları Yasamal rayonunda tanımadığı şəxsə verib həmin şəxsdən öz istifadəsi üçün narkotik vasitə almışdır. Daha sonra törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində yetkinlik yaşına çatmamış bir uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Nəsimi rayonu, Fizuli küçəsi 65 ünvanında etibarnamə ilə idarə etdiyi **- DF-*** dövlət nömrə nişanlı, “Volkswagen Passat” markalı avtomobilinin ön sağ oturacağının üzərinə özünə məxsus 01 ədəd “Hisense - F 22” makralı mobil telefonun qoyaraq yaxınlıqda dayanmışdır. Həmin vaxt maşının şüşələri açıq olmuş, buna görə də arada maşına yaxınlaşaraq telefona zəng gəlib gəlməməsinə baxmışdır. Bir müddət sonra yenidən telefonuna zəng gəlib gəlməməsinə baxarkən telefonunun maşında olmadığını, telefonun kiminsə tərəfindən oğurlandığını müəyyən etmişdir. Sonra isə bu barədə DİN-nin 102 xidmətinə və Nəsimi RPİ-nin 22-ci PB-nə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Nəsimi rayonu, Fizuli küçəsi 65 ünvanında **- DF-*** dövlət nömrə nişanlı, “Volkswagen Passat” markalı avtomobilində baş vermişdir. Ona məxsus 01 ədəd “Hisense” mobil telefonunun oğurlanması nəticəsində 590 manat, telefonun arxasında olan kaburadan 400 manat pul oğurlanmaqla ümumilikdə 990 manat dəyərində maddi ziyan dəymişdir. Həmin telefonunun üzərində ***-***-**-** saylı sim nömrəni olmuş, həmin nömrəni 5 manata almışdır. Həmçinin, telefonun üzərində olan kaburanı isə 5 manata almışdır. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Nəsimi rayonu, Bülbül prospekti 36 B ünvanında yerləşən 50 qəpik restoranında adminstrator işləyir. xx.xx.2022-ci il tarixdə gecə növbəsində işdə olarkən saat 06 radələrində yuxulamışdır. Oyandıqda isə yuxuladığı masanın üzərində olan “Apple” şirkətinə aid 64 Gb həcmli “İpad 9” planşet və “LG Q6” markalı mobil telefonun olmadığını müəyyən etmiş, tapmadıqda isə restoranın daxilində olan kamera vasitəsi ilə görüntüyə baxmışdır. Görüntüdə masanın arxasında stulda yuxulayarkən tanımadığı bir nəfər şəxsin restorana gələrək 01 ədəd “İpad” və 01 ədəd “LG” mobil telefonu masanın üzərindən oğurlayaraq restorandan çıxdığını görmüşdür. Sonra isə bu barədə DİN-nin 102 xidmətinə və Nəsimi RPİ-nin 22-ci PB-nə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Nəsimi rayonu, Bülbül prospekti 36 B ünvanında yerləşən “50 qəpik” restoranında baş vermişdir. Ona məxsus 01 ədəd “İpad” 900 manat dəyərində, 01 ədəd “LG” markalı mobil telefon isə 300 manat dəyərində olmuş, onların oğurlanması nəticəsində ona ümumilikdə 1200 manat dəyərində maddi ziyan dəymişdir. “LG” markalı mobil telefonun üzərində ***-***-**-** saylı sim nömrə olmuş və həmin sim nömrəni 5 manata almışdır. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ona məxsus “Mercedes Benz” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Həmin avtomobillə Lənkəran-Bakı xətti ilə sərnişin daşıyır. xx.xx.2022-ci il tarixdə, saat 13:20-də idarə etdiyi avtomobillə ünvan 6 ünvanda yerləşən yolun kənarına gələrək yorğun olduğu üçün avtomobilinin qabaq sağ yan pəncərəsini açıq qoyub yuxuya getmişdir. Həmin zaman ona məxsus 1 ədəd “İphone 12 Pro” markalı və “Samsung A 40” markalı mobil telefonları avtomobilinin sürətlər qutusunun yanına qoymuşdur. Təxminən 15 dəqiqə sonra yuxudan oyanaraq sürətlər qutusunun yanına qoyduğu mobil telefonlarının yerində olmadığını görmüş və naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə dərhal DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Ona məxsus olan “İphone 12 Pro” markalı mobil telefon 2000 manat və “Samsung A40” markalı mobil telefon isə 300 manat dəyərində olmuş, ümumilikdə 2300 manat ziyan dəymişdir. Həmçinin, “İphone 12 pro” markalı mobil telefonun üzərində ***-***-**-** saylı sim nömrə, “Samsung A 40” markalı mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrə olmuş, həmin nömrələrin hər birini 5 manata, cəmi 10 manat almışdır. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Nəsimi RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.57); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-617/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.92-95); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-554/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay, yəni 19 fevral 2022-ci il tarixədək müddətə uzadılmışdır (i.v.185-188); “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 7 ünvanın yanıdır (i.v.7-9); - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 36B ünvanında yerləşən «50 qəpik» adlı restorandır (i.v.22); - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 2 ünvanda yolun kənarıdır (i.v.119-120); - “İfadənin yerində yoxlanması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanda saxlanılmış **-DF-*** dövlət qeydiyyat nişanlı «Volkswagen Passat» markalı avtomobildən oğurluq cinayətini hansı qaydada törətdiyini əyani göstərməklə hadisə yerində istintaqa verdiyi ifadəsini təsdiq etmişdir (i.v.81-82); - “İfadənin yerində yoxlanması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 36B ünvanında yerləşən «50 qəpik» restoranından oğurluq cinayətini hansı qaydada törətdiyini əyani göstərməklə hadisə yerində istintaqa verdiyi ifadəsini təsdiq etmişdir (i.v.83-84); - “Videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskdə bir ədəd videofayl vardır. Videofayl 01:00 dəqiqə müddətindədir. Videofayl açıldıqda orada bir nəfər ağ rəngli naxışlı köynəkdə və göy rəngli cins şalvarda olan hündürboylu arıq bədən quruluşlu şəxsin «50» qəpik restoranına xx.xx.2022-ci il tarixdə saat 06:21-dən saat 06:22-dək olan müddət ərzində iki dəfə daxil olaraq restoranda masanın üzərində olan bir ədəd planşet və bir ədəd mobil telefonu oğurlaması müşahidə olunur. Belə ki, həmin şəxs ilk dəfə restorana daxil olub ətrafa baxmaqla masanın üzərindəki planşeti götürüb restorandan çölə çıxır və bir neçə saniyə sonra restorana təkrar daxil olaraq masanın üzərindən bir ədəd mobil telefon götürür və restorandan çıxır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntünü izləyib həmin videogörüntüdəki ağ rəngli naxışlı köynək və göy rəngli cins şalvarda olan şəxsin özünün olduğunu və həqiqətən də videogörüntüdə olduğu kimi restorandan bir ədəd planşet və bir ədəd mobil telefon oğurladığını bildirmişdir (i.v.24-25); - “Videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskdə 4 ədəd videofayl vardır. Videofaylların biri 40 saniyə, biri 01 dəqiqə 33 saniyə, biri 28 saniyə, biri isə 9 saniyə müddətindədir. Videofayllardan görünür ki, bir nəfər qara qısaqol köynəkli və göy rəngli cins şalvarda olan hündürboylu və arıq bədən quruluşlu şəxs Bakı şəhəri, Nəsimi rayonu, C.Pişəvari küçəsində yolun kənarında saxlanılmış boz rəngli Mersedes markalı avtomobilin yanından keçərkən avtomobilə baxır və sonradan həmin avtomobilə yaxınlaşıb açıq pəncərəsində avtomobildən nəsə götürür, sonrakı videofayllardan məlum olur ki, həmin şəxs marşrut avtobusuna minən zaman arxa cibində mobil telefonu olur və avtobusdan düşən zaman əlində mobil telefon olması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntünü izləyib həmin videogörüntüdəki qara rəngli qısaqol köynək və göy rəngli cins şalvarda olan şəxsin özünün olduğunu və həqiqətən də videogörüntüdə olduğu kimi Mersedes markalı avtomobildən 2 ədəd mobil telefon oğurladığını bildirmişdir (i.v.129-130); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/760 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin avqust ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1370,00 manat müəyyən olunur, o cümlədən: - 01 ədəd “İphone 12 Pro” markalı mobil telefonun – 1200,00 manat, - 01 ədəd “Samsung A40” markalı mobil telefonun – 170,00 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.146-148); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/759 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin sentyabr-oktyabr aylarına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdaki kimi müəyyən olunur: - 01 ədəd «İpad 9» markalı planşet - 500 manat, - 1 ədəd «LG Q6» markalı mobil telefon - 70 manat, - 01 ədəd «Hisense-F22» markalı mobil telefon - 70 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.149-151); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmamış bir uşağı var. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v.99- 101). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi isə təkrar törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını və himayəsində yetkinlik yaşına çatmamış bir uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx.xx.2022-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq – ümumilikdə 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – ümumilikdə 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-147/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-147/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver