Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-148/2025 04.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1978-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Naxçıvan şəhəri, Əzizbəyov küçəsi, ev 66-da qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 16-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 11 avqust 2024-cü il tarixdə, saat 20:40 radələrində ünvan 1 ünvanın qarşısında tanışı Zərərçəkmiş şəxs ilə aralarındakı pul borcu məsələsi ilə bağlı yaranmış sözlü mübahisə zamanı üzərində olan zavod üsulu ilə ümumi təyinatlı qatlanan ov bıçaqlarının analoqu üzrə hazırlanmış, zərbə-dağıdıcı və deşici-kəsici xassəyə malik kombinə olunmuş soyuq silah hesab edilən bıçaq-kastetlə qəsdən sonuncunun sifət və qol nahiyəsindən zərbələr vurmaqla ona sol almacıq qövsü nahiyəsinin bir ədəd və sol said nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bundan başqa, o, soyuq silah hesab edilən 01 ədəd bıçaq-kasteti qanunsuz olaraq əldə edib idarə etdiyi “BMW X6” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobildə gəzdirmiş, Zərərçəkmiş şəxs qarşı törətdiyi cinayət əməlinə görə 12 avqust 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş və orada şübhəli şəxs qismində tutulduqdan sonra həmin günü saat 21:00-da öz razılığı ilə ünvan 2 ünvanda avtomobilinə keçirilmiş baxış zamanı onun salonundakı qoltuqaltı hissəsindən zavod üsulu ilə ümumi təyinatlı qatlanan ov bıçaqlarının analoqu üzrə hazırlanmış, zərbə-dağıdıcı və deşici-kəsici xassəyə malik kombinə olunmuş soyuq silah hesab edilən həmin bıçaq-kastet aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ildə Ukrayna Respublikasının Xarkov şəhərində olarkən Zərərçəkmiş şəxs ilə kazinoda tanış olmuş, sonra münasibətləri yaranmışdır. Ukraynada olan müharibə ilə əlaqədar 2023-cü ilin iyul ayında ölkəyə qayıtmışdır. Burada Vüsal ilə tez-tez görüşmüş və bir dəfə onun mobil telefonunda olan şəxsi hesabla “Pin Up” kazino oynayıb 19.000 manat pul udmuşdur. Pulun çıxarılmasına məhdudiyyət olduğu üçün o, 6.000 manatı dayısı oğlu Sərxanın adına olan bank kartına köçürmüş, lakin 13.000 manat pulu Vüsalın mobil telefonunda olan hesabda qalmışdır. Pulun çıxarılması üçün “Ukrayna dairəsi”nin yaxınlığında dayanıb müəyyən vaxtın keçməsini gözləyərkən Vüsal və xalası oğlu Yasin ilə kondisioner almaq üçün mağazaya daxil olmuş, onun və Yasinin başı kondisioner seçiminə qarışmış və bir də görmüşlər ki, Vüsal yoxdur. Dərhal Vüsala zəng etsələr də, onun telefonuna zəng çatmamışdır. Həmin vaxtdan Vüsalı axtarsa da, onu tapa bilməmiş və məsələni tanışlarına söyləmişdir. Bi gün Ataş adlı tanışı ona demişdir ki, 11 avqust 2024-cü il tarixdə Vüsalla 20 Yanvar dairəsi yaxınlığında görüşəcək. O da Ataşla əlaqə saxlayıb həmin günü saat 20:40 radələrində həmin ərazidə Vüsalı tapmış və pulunu istəmişdir. Bu zaman Vüsal qaçmaq istədiyi üçün o, onun qolundan yapışmış, sonuncu da ona müqavimət göstərib yumruq atarkən o avtomobilindən götürdüyü bıçaq-kastetlə Vüsalın sifət nahiyyəsindən vurmuş, daha sonra yanında olan tanışları onları aralamışlar. Vüsalla aralarında olan mübahisənin ətrafda olan insanlar arasında baş verməsin deyə sonuncunu tanışının avtomobilinə dəvət etmişdir ki, birlikdə Hövsan qəsəbəsinə gedib orada aralarında olan məsələni həll etsinlər. Onun qolundan tutub Vüsal dostu Coşqunun idarə etdiyi “Nissan March” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyləşdirmişdir. Digər tanışları da həmin avtomobildə oturduqları üçün ona orada yer olmamış və buna görə o, öz avtomobili olan BMW X6” markalı avtomobilə oturub onların arxası ilə sürmüşdür. Onlar Hövsan qəsəbəsində “Duzlu göl ətrafında yerləşən Söyüdlər” adlı kafedə oturub birlikdə çay içib yemək yemiş, məsələyə aydınlıq gətirib Vüsaldan pulunu istəmişdir. Vüsal da söz vermişdir ki, üç-beş ay ərzində onun 13.000 manat pulunu qaytaracaq. Sonra Rəvan adlı ortaq tanışları Vüsalı idarə etdiyi avtomobillə aparmışdır. Sonra eşitmişdir ki, Vüsal onlardan polisə şikayət edərək guya o və digərləri onu döyərək zorla maşına əyləşdirib pullarını götürmüşlər. Bununla bağlı polis əməkdaşları tərəfindən saxlanılmış və idarə etdiyi avtomobilə baxış keçirilən zaman Vüsalı vurduğu bıçaq-kastet götürülmüşdür. Hazırda zərər çəkmiş şəxslə barışmışdır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-cu ilin noyabr ayında Ukrayna Respublikasının Xarkov şəhərində Təqsirləndirilən şəxslə tanış olmuşdur. 2022-ci ilin mart ayında Xarkovdan çıxıb yaşadığı Ağcabədi rayonuna gəlmiş və Bakı şəhərində tez-tez Bəxtiyarla görüşmüşdür. Bəxtiyar onun mobil telefonunda “Pin Up” kazino oynayaraq 6.000 manat pul udmuş, özü isə həmin oyunda 13.000 manat udmuşdur. Bəxtiyar həmin günü 6.000 manat pulu karta köçürüb götürsə də, onun udduğu 13.000 manat pulu da götürmək istəmişdir. O buna razı olmadığı üçün demişdir ki, guya 13.000 manat borcu vardır. 11 avqust 2024-cü il tarixdə Ataş adlı tanışı ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Həmin günü təxminən saat 20:30 radələrində onlar Bakı şəhəri, metronun “20 Yanvar” stansiyasının yaxınlığında görüşüb yaxınlıqdakı çayxanaya tərəf getməyə başlamışlar. Onun mobil telefonuna zəng gəldiyi üçün bir az arxada qalmış, Ataş isə ondan təxminən 5-6 metr qabaqda getmişdir. Bu zaman Bəxtiyar yanında tanımadığı şəxslərlə ona yaxınlaşıb borcunu nə vaxt qaytaracağını demiş, o isə ona heç bir borcunun olmadığını söyləmişdir. Buna görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Bəxtiyar əlindəki dəmir alətlə onun sifətinin sol tərəfindən güclü zərbə ilə vurub qanatmışdır. Həmin vaxt Bəxtiyarın yanında olan şəxslər onları ayırmış və Bəxtiyar onun qolundan tutub söhbət etmək üçün başqa yerə getməyi təklif etmişdir. O da ona qolunu buraxmasını demiş və hara istəyirsə gedə biləcəklərini bildirmişdir. Bundan sonra o, Bəxtiyarın göstərdiyi Nihad adlı şəxsin idarə etdiyi “Nissan” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturmuşdur. Həmin vaxt yanında 02 nəfər şəxs də oturmuş, Ataş isə qarşı sərnişin oturacağında əyləşmişdir. Bəxtiyar da öz maşını ilə arxadan gəlirdi. Bir qədər getdikdən sonra gölün ətrafında olan kafeyə çatmışlar. Bəxtiyar idarə etdiyi “BMW X6” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə ora gəlmişdir. Onlar kafedə olan zaman Bəxtiyar onu bezdirdiyi üçün onunla razılaşmış və borcunu 3-5 aya verəcəyini bildirmişdir. Sonra onu orada ortaq tanışları olan Rəvan dayısı Hikmətlə avtomobillə metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında düşürüb getmişlər. O, oradan taksi ilə “20 Yanvar” dairəsi yaxınlığına gəlmiş, “102” xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermiş, lakin əsəbi olduğu üçün üzərindən 12.000 ABŞ dollarının və 8.400 manat pulun götürülməsini və digər göstərdiklərini özündən uydurmuşdur. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə Şahid1 ifadəsində bildirdi ki, lizinq müqaviləsi əsasında aldığı “Nissan March” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Bolt” taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Babayev X2 əmisi oğlu, eyni zamanda onun xalası oğludur. Bəxtiyardan eşitmişdir ki, Vüsal adlı şəxs ona 13.000 manat pul borcludur, lakin borcunu qaytarmır. 11 avqust 2024-cü il tarixdə, saat 20 radələrində o, Nihad, Bəxtiyar, Turqut və Azad adlı tanışları ilə birlikdə Bakı şəhəri “20 Yanvar” adlanan ərazidə çayxanada olan zaman kimsə Bəxtiyara zəng etmişdir. Bəxtiyar demişdir ki, “mənə pul borcu olan Vüsal adlı şəxsi çoxdan axtarırdım, Vüsal məndən yayındığı üçün tapa bilmirdim. Ataş adlı tanışım indi zəng edib xəbər verdi ki, Vüsal ilə birlikdə “20 Yanvar” dairəsindədirlər”. Bəxtiyar durub ora gedərkən onu tək buraxmayıb onunla birlikdə getmişlər. Bəxtiyar Vüsala yaxınlaşıb ondan pulunu istəmiş, sonuncu da Bəxtiyarla kobud danışaraq müqavimət göstərib yumruq atmışdır. Bəxtiyar da yumruqla Vüsalın sifət nahiyəsindən vurmuşdur. Onlar da onları ayırmışlar. Vüsalla olan mübahisənin ətrafda olan insanlar arasında baş verməsin deyə Bəxtiyar Vüsalı başqa yerə getməyi dəvət edib onun qolundan tutmuş, Vüsal qolunu da buraxmasını deyib özü onun idarə etdiyi “Nissan March” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturmuşdur. Onun avtomobilini Nihad idarə etmiş və Hövsan qəsəbəsinə yola düşmüşlər. Ataş adlı şəxs qabaq oturacaqda, Vüsal, Azad və Turqut arxa oturacaqda oturmuşlar. O isə Bəxtiyarın idarə etdiyi avtomobillə onların arxasınca Hövsan qəsəbəsinə gəlmişdir. Hövsan qəsəbəsində “Duzlu göl ətrafında yerləşən Söyüdlər” adlanan kafedə oturub birlikdə çay içib çörək yemişlər. X4 nə üçün borcu olduğu 13.000 manat pulu qaytarmadığını soruşmuş, Vüsal da söz vermişdir ki, üç-beş ay ərzində pulu qaytaracaq. Sonra Rəvan adlı ortaq tanışları gəlib onlarla oturmuş və çörək yeyib qurtarandan sonra Rəvan dayısı Hikmətlə birlikdə Vüsalı idarə etdiyi avtomobillə aparmışdır. Məhkəmə istintaqında şahidlər Şahid3, Şahid4 və Şahid5 Şahid1 ifadəsinə oxşar məzmunda ifadələr verdilər. Məhkəmədə Şahid6 ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs 2002-ci ildə Moskva şəhərində yaşayarkən tanımışdır. 11 avqust 2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı evdə olarkən uzaq qohumu Atakişi ona zəng edərək Hövsan qəsəbəsində “Duzlu gölətrafında yerləşən Söyüdlər” adlanan kafeyə çay içməyə çağırmışdır. O da avtomobil ilə həmin kafeyə gəlmişdir. Orada eşitmişdir ki, Vüsalın Bəxtiyarın 13.000 manat borcu var və bu pulu o, 03-05 ay ərzində qaytaracaq. Daha sonra Vüsalı dayısı Hikmətlə birlikdə idarə etdiyi avtomobillə aparıb metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında düşürmüşdür. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü tutulmuş, müstəntiqin xx.xx.2024-cü il tarixli qərarı ilə müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.42-43, 95-100); • “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024cü il tarixli protokolda qeyd olunur ki, Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “BMW X6” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ünvan 2 ünvanda baxış keçirilən zaman avtomobilin salonunda qoltuq altından tiyəsində “GOLD STEEL B 098” əks olunmuş bir ədəd qatlanan qara rəngli bıçaq aşkar olunaraq götürülmüşdür (İ cild, i.v.56-57, disk); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 1083 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol almacıq qövsü nahiyəsinin 1 ədəd və sol said nahiyəsinin 1 ədəd deşilmişkəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin) təsirindən xx.xx.2024-cü il tarixdə bıçağın tiyəsinin deşici-kəsici təsirindən törənmələri mümkündür və dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş sol said nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələrinin (əl, əl barmaqları, ayaq və sair) təsirindən əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir (İ cild, i.v.128-130); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X6 Tibbi-kriminalistika şöbəsinin xx.xx.2024-cü il tarixli, 431/MTKŞ-2024 saylı rəyinə əsasən təqdim olunmuş predmet zavod üsulu ilə ümumi təyinatlı qatlanan ov bıçaqlarının analoqu üzrə hazırlanmış bıçaq-kastetdir, zərbə-dağıdıcı və deşici-kəsici xassəyə malik kombinə olunmuş soyuq silahdır (İ cild, i.v.141-145); • “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “BMW X6” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş bir ədəd bıçaq-kastet cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir (İ cild, i.v.159-174); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Eyni zamanda, o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri üzrə təqsirli bilinərək islah işləri cəzasına məhkum olunmuş, daha sonra xx.xx.2009-cu il tarixli amnistiya aktına görə cəzadan azad edilmişdir (İ cild, i.v.146-148). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində milli geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silahlara konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan (nizə, döyüş baltası və s.) eləcə də zərbə-dağıdıcı təsirli əşyalar (beşbarmaqlar, nunsaklar, gürzlər, toppuzlar və s.) aid edilir (14-cü bənd). Məhkəmə qeyd edir ki, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirməyə (milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) görə cinayət məsuliyyəti hazırki iş üzrə əməlin törədildiyi zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 maddəsi ilə müəyyən edilsə də, Məcəllənin 228ci maddəsi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəxx.xx.2025ci il tarixli 153 nömrəli Qanunla yeni redaksiyada verilmiş (qanun xx.xx.2025-ci il tarixdə rəsmi dərc edilmişdir) və həmin norma eyni redaksiyada Məcəllənin artıq 228.5-ci maddəsində əks olunmuşdur. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.3-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göründüyü kimi, Cinayət Məcəlləsinin hazırda qüvvədə olan 228.5-ci maddəsinin və əməl törədilən zaman qüvvədə olmuş 228.4-cü maddəsinin dispozisiya və sanksiyalarında heç bir dəyişiklik olunmamışdır. Bununla da Təqsirləndirilən şəxs vəziyyəti yaxşılaşmadığından, məhkəmə əməlin törədildiyi zaman qüvvədə olan qanunun tətbiqini məqsədəuyğun bilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 maddəsinin və əməlin törədildiyi zaman qüvvədə olan həmin Məcəllənin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Törədilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Eyni zamanda, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. İş materiallarından aydın olur ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə olmuş cinayət təqibi ilə bağlı bu norma artıq bir dəfə tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilmişdir. Hazırda Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə edib vurulmuş zərəri ödəsə də, yuxarıdakı əsaslara görə məhkəmə hesab edir ki, ona artıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanın yüngülləşdirən halın olmasını, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmaqla az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan bir ədəd soyuq silah hesab edilən bıçaq-kastet məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 35 saat üçün nəzərdə tutulan 210 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə, həmin Məcəllənin 228.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 10 (on) ay müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq ona 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 16-nı hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan bir ədəd soyuq silah hesab edilən bıçaq-kastet məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 35 saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-148/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-148/2025
04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver