Məhkəmə qərarları › İş №1(006)-149/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-149/2020

15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-149/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X6 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi, Qəyyumçuluq və Himayəçilik Şurasının nümayəndəsi X1, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsiştirakları ilə xx xxxx 2002-ci il tarixdə Qazax rayonu, Daşsalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkum olmayan, Qazax rayonu, Daşsalahlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Aşıq Pəri küçəsində yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzərət altına vermə haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxsxx xxxxxxx 2019-cu il tarixdə saat 08 radələrində, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15 ünvanında yerləşən «28 mail» ticarət mərkəzinin inzibati binasının sağ hissəsindəki səki ilə «Qış» parkı istiqamətində piyada hərəkətdə olduğu vaxt, Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi ev 35c, mənzil 21-də yaşayan Zərərçəkmiş şəxs Hüseyin oğlunun mobil telefonla danışmasını görüb, həmin mobil telefonu talamaq məqsədilə ona yaxınlaşmış, sonuncunun əlində olan Samsung Galaxy A5 markalı mobil telefonu üzərində olan 10 manat qiymətində Azercell mobil operatoruna aid hesabında 5 manatlıq danışıq limiti olan ***-***-**-** saylı mobil nömrə və 90 manat qiymətində Azercell mobil operatoruna aid ***-***-**-** saylı mobil nömrə ilə birlikdə, dostu ilə danışmaq adı ilə alıb qaçaraq və qaçdığı vaxt sonuncunun mobil telefonu qaytarması ilə bağlı tələbinə məhəl qoymayıb ondan uzaqlaşmaq məqsədilə onu itələmiş, Zərərçəkmiş şəxs yıxınlaşaraq ondan mobil telefonunu almaq iqtidarında olmamasını, onuq qaçmasına maneçilik törədə bilməyəcəyini görüb qaçmağadavam edərək, Samsung Galaxy A5 markalı mobil telefonunu, hamin mobil telefonun üzərində olan 10 manat qiymətində Azercell mobil operatoruna aid hesabında 5 manatlıq danışıq limiti olan ***-***-**-** saly mobil nömrə və 90 manat qiymətində Azercell mobil operatoruna aid ***-***-**-** saylı mobil nömrə ilə birlikdə açıq talayaraq, Zərərçəkmiş şəxs 855 (səkkiz yüz əlli beş) manat miqdarında ziyan vurmaqla, həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cıı il tarixdə saat 09 radələrində o, dostu Kərim Axundovla Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yaşayan digər dostu Şahid3 evinə getmişlər. Xəyal yaşayış binasının birinci mərtəbəsində yaşayır. X10 yaşadığı mənzilə getmişlər, həmin vaxt evdə Xəyaldan başqa heç kim olmamışdır. X10 evində çay içərkən, həmin vaxt Kərim demişdir ki, «gedirəm siqaret almağa, bir azdan qayıdıram». Bu vaxt Xəyalın anası evə gəlmişdir. O, Xəyala demişdir ki, «anan evdədi, gəl çıxaq bir az küçədə gəzişək». Xəyal isə razılaşmışdır. Sonra Xəyal mobil telefonunu axtarmağa başlamış, tapa bilməmişdir. O, Xəyaldan soruşmuşdur ki, «sənin telefonun hansı markadandır», Xəyal ona demişdir ki, «mənim telefonum Xyomi markalı, iki kardı idi gümüşü rəngli idi». Sonra Xəyal, anası və o, telefonu axtarmaqda kömək etmiş, lakin telefon tapılmamışdır. Xəyal anası ilə ondan şübhələnməyə başlamış, o da onlara demişdir ki, «gəlin üzərimi axtarın, məndə sənin telefonun yoxdur». Onlar onun üzərini axtarmışlar, onun üzərindən telefon tapa bilməmişlər. Sonra o, Xəyalla çölə çıxmış, küçədə gəzməyə başlamışlar. Küçədə Kərimlə rastlaşmışlar, o, Kərimlə söhbət zamanı ona demişdir ki, «Xəyalın telefonu itib, biz evi axtardıq, lakin tapa bilmədik, telefon səndə deyil». Kərim ona demişdir ki, «məndə deyil». Sonra Xəyalı evinə ötürmüşlər, o, isə Kərimlə parka getmişlər. Həmin hadisədən üç gün keçəndən sonra o, Kərimlə yaşadıqları qəsəbədə rastlaşmış, söhbət zamanı o, Kərimə demişdir ki, «iş ciddiləşir, Xəyalın anası polisə şikayət etmək istəyir, sən götürmüsənsə qaytar, qoy bizim üçün problem yaranmasın». Kərim ona demişdir ki, «bəli Xəyalın telefonunu mən götürmüşəm, həmin gündə satmışam, telefon məndə deyil». O, Kərimdən kimə satdığını soruşmuş sonuncu isə ona bu barədə heç bir söz deməmişdir. Bu münasibət görə araları dəymiş vəo, onunla dostluğuna son qoymuşdur. Onun özünün də «İphone 7» markalı mobil telefonu olmuş, həmin telefonda ***-***-**-** saylı mobil nömrəni işlətmişdir. xx xxxxxxx 2019-cu il tarixdə saat 23 radələrində o, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində olan «Veteran» parkında olmuş, həmin vaxl da o, parkdan çıxıb evinə tərəf getdiyi vaxt yolda Canpolad və Mahmudla rastlaşmışlar. Həmin vaxt Canpolad, Mahmud və digər uşaqlar ona demişlər ki, «Səbuhi sənə ayıb deyil, xəyal xəstə uşaqdır, onun evinə Kərimlə getmisən, orada çay içmisən, sizə etibar edib evinə buraxıb, siz isə onun mobil telefonunu götürmüsünüz». O, da onlarademişdir ki, «mən xəyalın mobil telefonunu Kərim götürmüşdür və pul lazım olduğu üçün satmışdır. Onlar da ona demişlər ki, «günahdır, xəstə uşaqdır, onun mobil telefonunu qaytarın, ya da onun pulunu verin, getsin özünə mobil telefon alsın». O, da onlara demişdir ki, «mən Kərimlə danışaram, Xəyalın mobil telefonunu, ya da pulunu versin». O, da onlara «mən sizə söz verirəm, Xəyalınmobil telefonunu, ya da ki pulunu verərik, əgər mənə inanmırsınızsa, mən özümə məxsus İhone markalı mobil telefonumu sizə verirəm, qalsın sizdə, səhərədək mənə vaxt verin, Kərimlə danışım, əgər verməsəm, mənim mobil telefonumu xəyala verərsiniz» demişdir.Onlar əvvəl onun təklifi ilə razılaşmamışlarda o, təkidlə mobil telefonunu onlara vermişdir. Canpolad mobil telefonu götürmüş və ona demişdir ki, «sənin mobil telefonunun mənə lazım deyil, əgər özün verirsənsə, narahat olma, telefon məndədir, səhər gəlib məndən götürərsən, ancaq Xəyal yazıqdır, atasız uşaqdır, onun mobil telefonunu qaytar». Sonradan o, özünə məxsus İphone markalı mobil telefonunu könüllü olaraq və heç bir təhdid altında olmadan Canpolada vermiş. Canpolad da mobil telefonu Mahmuda vermişdir ki, saxlasın. xx xxxxxxx 2019-cu il tarixdə gecə saat 01 radələrində o, dostları Hüseyn və Kənanla Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində olan «Veteran» parkında rastlaşmış, orada onlarla görüşmüş və başına gələnləri onlara danışmışdır. O, özü də mobil telefonunu Mahmuda verdiyindən evə getməkdən də qorxmuş və ona görə də dostları ilə razılaşmışlar ki, evə getməsin. Aralarında olan razılaşmaya əsasən, həmin tarixdə saat 03 radələrində o, dostları Hüseyn və Kənanla 28 may metro stansiyasının yerləşdiyi əraziyə gəlmişlər. Həmin günü onlar səhərədək həmin ərazidə gəzmişlər. Həmin tarixdə saat səhər saat 07 radələrində Hüseyn işə getmiş, o da Kənanla həmin ərazidə qalmışdır. Saat 08 radələrində Kənandan ayrılaraq «Qış» parkı istiqamətində hərəkət elməyə başlamışdır. O, 28 Mail ticarət mərkəzinin sağ tərəfi ilə «Qış» parkı istiqamətində hərəkətdə olarkən ticarət mərkəzinin inzibati binasının qurtaracağında görmüşdür ki, qabağında belində məktəbli çantası olan bir oğlan uşağı hərəkət edir. O, həmin məktəbli oğlana yaxınlaşmış və ona demişdir ki, «konturun var dostuma zəng vurmaq istəyirəm». Həmin oğlan ona demişdir ki, «var buyur danış» və mobil telefonunu ona vermişdir. O, görmüşdür ki, oğlanın mobil telefonu Samsunq Galaxy A5 markalıdır. Telefonu həmin oğlandan alandan sonra dostu Hüseynin mobil nömrəsinə zəng vurmuş, lakin Hüseynin telefonu bağlı olmuşdur və sonradan bir neçə dəfə zəng vursa da, Hüseynə əlaqə qurammamışdır. O, beləcə mobil telefonu özündə saxlamaqla qış parkı istiqamətində hərəkət etməyə başlamış, yolunun üzərində olan yeraltı keçidə düşmüş, pilləkənin qurtaracağından sağa dönmüş və yenə də yeraltı keçiddən yuxarı qalxmış və səki ilə hərəkət etməyə başlamışdır. Uşaq ondan şübhələnməsin deyə, ona demişdir ki, «qaqaş bir dəqiqə gözlə, verirəm». Özü də planlaşdırmışdır ki, uşağdan qaçıb, onu bir küçədə azdırsın, mobil telefonunu ələ keçirsin, çünki o, özü də Xəyalın dostu olan Mahmuda dediyi vaxtda 150 manat pulu verməlidir.Fikirləşmişki, uşağın mobil telefonunu ələ keçirəndən sonra satar, əldə etdiyi pulu da Mahmuda verər, öz mobil telefonunu Mahmuddan alar. O, səki ilə hərəkət etdikdən sonra qabaqda dalan küçə görmüş, həmin küçə sadəcə piyadalar üçün nəzərdə tutulmuşdur. O, həmin küçəyə daxil olandan sonra qaçmağa başlamış, həmin uşaq da onun arxasınca qaçaraq telefonunun qaytardığını tələb etmiş. Görmüşdür ki, uşaq ona yaxınlaşır, dayanmış, onun hərəkətini yavaşlatdırmaq üçün onu təkanlamış və sonradan yenidən qaçaraq oradan uzaqlaşmışdır. Sonradan o, Suraxanı rayonu Qaraçuxur qəsəbəsinə yaşadığı evinə getmişdir. Həmin tarixdə saat 13 radələrində o, tanışı Canpoladla görüşmüş və demişdir ki, «telefonu götür, sat, apar pulu qardaşın Mahmuda ver, mənim mobil telefonumu da geri qaytar». Canpolad da gedib qardaşından mobil telefonunu götürüb gətirmiş və ona vermiş, o da keçirdiyi Samsunq Galaxy A5 markalı, 2017-ci il buraxılışlı mobil telefonu Canpolada vermiş, ona demişdir ki, «satarsan Xəyalın pulunu verərsən». Sonrada o, Canpoladla sağollaşıb evinə getmişdir. xx xxxxxxx 2019-cu il tarixdə günorta saatlarında onu polis əməkdaşları yaşadığı evindən götürüb 22-ci polis şöbəsinə gətirmişlər, anası da onun arxasınca polis şöbəsinə gəlmiş və o, polis şöbəsində cinayət hadisəsi törətməyini etiraf etmişdir. Daha sonra özünü təqsirli bilməsini, cinayət törədərkən 17 yaşının olmasını, törətdiyi əməldən səmimi peşman olmasını, anası ilə tək yaşamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, məhkəmədən onu azadlığa buraxılmasını xahiş etməsini, əvvəllər məhkum olunmamasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxsAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə deyil həmin Məcəllənin 180.1-ci maddəsi ilə təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsifadəsində göstərmişdir ki, yuxarıda qeyd olunan ünvanda yaşayır, Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Dəyanət» litseyinin 1-ci sinfində təhsil alır. O, hər səhər saat 08 radələrində yaşadığı evindən çıxıb məktəbə gedir, məktəbə getdiyi vaxt əsasən Xətai metro stansiyasından istifadə edir. Onun valideynləri onun üçün 2017-ci ilin iyun ayında 750 manata Samsunq Galaxy A5 markalı, 2017-ci il buraxılışlı, iki nömrəli, qızılı rəngli mobil telefon almışlar ki, o, dərsə gedəndə və dərsdən çıxanda onlarla əlaqə saxlasın. 12oktyabr 2019-cıı il tarixdə saat 08 radələrində o, yaşadığı Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi, ev 35C, 21 saylı mənzildən çıxıb Xətai metro stansiyasına vasitəsi ilə 28 may metro stansiyasından çıxıb 28 Mail ticarət mərkəzi istiqamətində hərəkət elməyə başlamışdır. 28 Mail ticarət mərkəzinin inzibati binasının sağ hissəsindəki səki ilə Mərkəzi Bankın inzibati binasını istiqamətində hərəkət edərkən həmin vaxt ona tanımadığı, əynində tünd rəngli köynək, açıq mavi rəngli şalvar olan, açıq sarı və uzun saçları olan şəxs yaxınlaşmış və ona demişdir ki, «mobil telefonu mənə verə bilərsən, konturun var, xalama zəng vurmaq istəyirəm, görum evini tapa bilmirəm». O, da həmin şəxsin ondan xahiş etməsini görüb ona xalasının evini tapmaqda kömək elmək məqsədilə mobil telefonu ona vermiş, həmin şəxs də mobil telefonla kiməsə zəng vurmuş, lakin zəng vurduğu şəxs cavab verməmişdir. Sonra həmin şəxs ona demişdir ki, «sən hansı istiqamətdə hərəkət edirsən». O, da həmin şəxsə demişdir ki, «mən Mərkəzi Bank istiqamətində hərəkət edirəm». Həmin şəxs ona demişdir ki, «səni yolundan etməyim, bir istiqamətdə hərəkət edək, mən də həmin vaxt xalamın nömrəsinə zəng vurum, bəlkə cavab verdi». Sonra həmin şəxs Qış parkı istiqamətində hərəkət etməyə başlamış,sonra yeraltı keçidə eskalatorla düşmüş və çıxmış o, da onun arxasınca getmişdir. O, həmin vaxt həmin şəxsə demişdir ki, «mənim mobil telefonumu ver, mən dərsə tələsirəm». Həmin şəxs də ona demişdir ki, «bir dəqiqə gözlə, verirəm, cavab vermir, yəqin yatıbdır». Beləcə həmin şəxs səki ilə hərəkət etməyə başlamış, sonra isə səkidən dalan istiqamətində yola dönmüş, o da həmin şəxslə bərabər həmin küçəyə dönmüş, görmüşdür ki, həmin küçə sadəcə piyadalar üçün yol nəzərdə tutulub, hərəkətdə olduqları vaxtda onlardan başqa heç kim yoxdur. Həmin dalan küçədə hərəkətdə olduqları vaxt onun diqqəti ondan ani vəziyyətdə yayınmış, həmin şəxs də bundan istifadə edib qaçmağa başlamışdır. O, da həmin şəxsin arxasınca qaçmağa başlamış, qaçarkən ona demişdir ki, «mənim telefonumu qaytar, dayan». Lakin həmin şəxs onun çağırışlarına məhəl qoymamış, o, həmin şəxsə çatmağa az qalmış, həmin şəxs dayanmış, onu əlləri ilə təkanlamış, sonradan qaçaraq gözdən itmişdir. O, həmin şəxsin arxasınca qaçsa da, həmin şəxs qaçaraq gözdən itmişdir. O, 28 mail ticarət mərkəzinə tərəf getmiş, orada da həmin şəxsi görə bilməmişdir. Sonra küçədə dayanmış tanımadığı şəxslərə yaxınlaşmış və bir nəfər şəxsin telefonunu götürüb qaçdığını bildirmişdir. Həmin şəxslər də ona məsləhət vermişlər ki, «yaxında polis şöbəsi var, ora müraciət et». O, da 22-ci polis şöbəsinə getmiş, orada onun təvəllüdünü soruşandan sonra, anasının nömrəsini soruşmuşlar, o da vermişdir, sonra anasına zəng vurmuşlar və polis şöbəsinə dəvət etmişlər. Biraz sonra anası polis şöbəsinə gəlmiş, orada anası Aynura həmin şəxsin telefonu əlindən alması və qaçması bildirmiş, anası isə bu barədə polisə ərizə vermişdir. Mobil telefon Samsunq Galaxy A5 markalıdır, 2017-ci il buraxılışlı, iki nömrəli, qızılı rənglli, telefonun üzərində ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələr olmuş, ***-***-**-** saylı mobil nömrəni alası onun üçün 10 manata, ***-***-**-** saylı mobil nömrəni isə 90 manata almış, ***-***-**-** saylı mobil nömrənin üzərində isə 5 manat danışıq konturu olmuşdur, digər nömrənin üzərində hər hansı məbləğdə danışıq konturu olmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət, tələb və mülki iddialarının olmadığını, onun azadlığa buraxılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında verilmiş suallara Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onu əli ilə təkanlayarkən, o, yerə yıxılmamış, heç-bir bədən üzvü əzilməmiş və xəsarət almamışdır, sadəcə ona qaçaraq çatmaq imkanını məhdudlaşdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid1 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxstəxminən 5 aydır, Şahid3 isə bir ildir ki, tanıyır. Zərərçəkmiş şəxs və Kərim adlı şəxsi isə əvvəllər tanımamış, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2019-cu il tarixdə günorta saatlarında o, evindən çıxmış və Qaraçuxur qəsəbəsində yerləşən veteranlar parkına gəlmiş, qardaşı Canpolad da onunla olmuşdur. Həmin vaxt görmüşdür ki, məhəllə uşağı kimi tanıdığı və xəstə olan Xəyal da parka gəlmiş, onlarla görüşmüş, söhbət zamanı Xəyal onlara demişdir ki, «bu gün səhər saatlarında tanışlarım Kərim və Səbuhi mənim evimə gəldilər, oturub çay içdik, sonradan Kərim dükana siqaret almağa getdi, Səbuhi isə evlərində qaldı, bir az sonra Kərim anamla birlikdə evə gəldilər, mən telefonumu istədim, tapa bilmədim, anamdan soruşdum ki, mobil telefonumu götürməmişəm anam mənə dedi ki, xeyr götürməmişəm, sonradan mən evi axtarmağa başladım, tapa bilmədim, çünki mən mobil telefonu qonaq otağında cərəyana qoşmuşdum. Sonra mən Kərim və Səbuhidən mobil telefonumu görüb görmədiklərini soruşdum. Səbuhi və Kərim mənə dedi ki, «sənin mobil telefonunu görməmişik». Sonra mən Kərim və Səbuhiyə inanmadım, onların üzərində olan paltarların ciblərini axtardım, lakin yenə də mobil telefonumu tapa bilmədim. xx xxxxxxx 2019-cu il tarixdə axşam saatlarında o, Canpoladla və məhəllə uşaqları ilə parkda olmuşlar, həmin vaxt Səbuhi ilə rastlaşmışlar. O, Canpolad və digər tanışları Səbuhiyə demişlər ki, «Səbuhi sənə ayıb deyil, xəyal xəstə uşaqdır, onun evinə Kərimlə getmisən, orada çay içmisən, sizə etibar edib evinə buraxıb, siz isə onun mobil telefonunu götürmüsünüz». Səbuhi də onlara demişdir ki, «mən xəyalın mobil telefonunu götürməmişəm, telefonu Kərim götürmüşdür, mən də Kərimə dedim ki, xəyalın anası polisə şikayət edəcəkdir, onun mobil telefonunu tap ver». Onlar da Səbuhiyə demişlər ki, «günahdır, xəstə uşaqdır, onun mobil telefonunu qaytarın, ya da onun pulunu verin, getsin özünə mobil telefon alsın». Səbuhi də onlara demişdir ki. «mən Kərimlə danışaram, xəyalın mobil telefonunu, ya da pulunu versin». Onlar da səbuhiyə demişlər ki, «biz sənə necə inanaq». Səbuhi də onlara demişdir ki. «mən sizə söz verirəm, xəyalın mobil telefonunu, ya da ki, puluna verərik, əgər mənə inanmırsınızsa, mən özümə məxsus İphone markalı mobil telefonumu sizə verirəm, qalsın sizdə, səhərədək mənə vaxt verin, Kərimlə danışım, əgər verməsəm, mənim mobil telefonumu xəyala verərsiniz». Onlar əvvəl səbuhinin təklifi ilə razılaşmaq istəməmişlər, çünki Səbuhiyə etibar eləməmişlər, lakin Səbuhi təkidlə mobil telefonunu onlara verdikə, Canpolad mobil telefonu götürmüş və Səbuhiyə demişdir ki, «sənin mobil telefonunun mənə lazım deyil, əgər özün verirsənsə, narahat olma, telefon məndədir, səhər gəlib məndən götürərsən, ancaq Xəyal yazıqdır, atasız uşaqdır, onun mobil telefonunu qaytar». Sonradan Səbuhi özünə məxsus İphone markalı mobil telefonunu könüllü olaraq və heç bir təhdid altında olmadan Canpolada vermiş. Canpolad da mobil telefonu ona vermişdir ki, saxlasın. Səbuhi də sonra çıxıb getmişdir.xx xxxxxxx 2019-cuil tarixdə gündüz saatlarında o, yaşadığı evində olmuş, həmin vaxt Canpolad ona demişdir ki, «Səbuhi məni çağırır, gedib görüm nə məsələdir, gəlirəm». Canpolad gedəndən bir müddət keçəndən sonra qayıtmış, ona demişdir ki, «Səbuhi məni çağırdı, mənə qızılı rəngli Samsunq markalı mobil telefon verdi, mənə dedi ki, bu telefon ananımdır, götür sat, Xəyalın ziyanını ödə, mənim də telefonumu gətir». O, Canpolada Səbuhinin mobil telefonunu vermiş, sonra isə Canpolad çıxıb getmişdir. Axşamüstü saatlarında Canpoladı görmüş, ondan soruşmuşdur ki, «nə oldu, verdin Səbuhinin telefonunu». Canpolad ona demişdir ki, «mən Səbuhi ilə görüşdüm, onun mobil telefonunu qaytardım, sonra isə Bakı şəhəri Neftçilər metrostansiyası istiqamətində hərəkət etdim, orada tanımadığım bir mobil telefon dükanına daxil olduq, telefon dükanı Neftçilər metro stansiyasının yaxınlığında yerləşən «Maqdonalds» restoranının sağ tərəfində yerləşir. Mən dükanda işləyən şəxsə dedim ki, mən bu telefonu salmaq istəyirəm, pula ehıiyyacım vardır, mobil telefon özümündür, neçəyə alarsınız. Dükanda işləyən şəxs satmaq istədiyim mobil telefona baxandan sonra mənə dedi ki, 130 manat bu telefona verərəm. Məndə dükanda işləyən şəxslə razılaşdım, dükanda işləyən şəxs məndən şəxsiyyət vəsiqəmin surətini istədi, mən də şəxsiyyət vəsiqəmi dükanda işləyən şəxsə təqdim etdim. Həmin şəxs şəxsiyyət vəsiqəmin ksero surətini çıxartdı, sonra şəxsiyyət vəsiqəmi mənə qaytardı, həmçinin mənə 130 manat pul verdi. Mən pulu alandan sonra dükandan çıxdım və yenidən yaşadığımız məhəlləyə gəldim. Həmin vaxt mən Xəyalın evinə getdim və 130 manatı pulu Xəyala verdim, sonrada yaşadığım evimə gəldim». Sonradan həmin tarixdə axşamüstü saatlarında eşitdim ki, Səbuhini polis əməkdaşları saxlamışlar, həmin tarixdə də Səbuhinin anası məhəllə də onunla rastlaşmış. Canpolad da onunla olmuş. Səbuhinin anası Canpolada demişdir ki, «Səbuhini polis əməkdaşları saxlamışlar, orada Səbuhi dedi ki, səninlə birlikdə telefon satmışdır, həmin mobil telefonu hara satmısan, geri ala bilərsən, Səbuhi başqa bir şəxsin mobil telefonunuoğurlamışdır, sənə vermişdir ki, satasan». Canpoladda Səbuhinin anasına demişdir ki. «mənim bundan xəbərim olmamışdır, bilsəydim ki, Səbuhi həmin telefonu oğurlamışdır, ona kömək etməzdim, ancaq telefonu hansı dükana satmışamsa, oranı tanıyıram, istəyirsənsə, telelonu götürə bilərik, ancaq gərək dükanın pulunu qaytaraq». Səbuhinin anası Canpoladdan soruşmuşdur ki, «mobil telefonu neçəyə satmısan». Canpolad da Səbuhinin anasına demişdir ki, «telefonu dükana 130 manata satmışam». Səbuhinin anası Canpolada 130 manat pul vermiş və demişdir ki, «telefonu həmin dükandan al, gedib qaytaraq sahibinə. Səbuhidən şikayət etmişdir, uşağı tez polis şöbəsindən çıxardım». Canpolad da Səbuhinin anasından 130 manatı almış, yenidən Neftçilər metro stansiyasının yaxınlığında yerləşən «Maqdonalds» restoranının sağ tərəfindəki telefon dükanına getmiş, dükanda 130 manat pulu vermiş, mobil telefonu dükandan geri götürüb Səbuhinin anasına vermişdir. Sonradan eşitmişdir ki. Səbuhini polis şöbəsindən buraxmışlar. O, Səbuhinin necə telefonu oğurlamasını, cinayəti hansı şəraitdə törətməsini görməmiş, sadəcə ondan kömək istəmiş, o da Səbuhiyə kömək etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid3 ifadəsində göstərmişdir ki, İİİ qrup əlildir, Ucar rayonu Bərgüşad kəndində qeydiyyatda olsa da, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Zaur Şərifov küçəsi ev 17, mənzil 21-də ailə izvləri ilə birlikdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs təxminən 4-5 aydır tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Həmçinin, Səbuhinin dostu olan Kərimi isə təxminən bir ildi tanıyır. Canpolad və Mahmud isə onun məhəllə uşaqlarıdır. xx xxxxxxx 2019-cu il tarixdə saat 09 radələrində o, yaşadığı evində olmuş, həmin vaxt Səbuhi dostu Kərimlə onun yaşadığı evinə gəlmişlər. Onlar bir qədər söhbət etmişlər, həmin vaxt Kərim demişdir ki, «gedirəm dükana siqaret almağa, bir azdan qayıdıram». Həmin vaxt da Səbuhi onunla evində oturmuşdur. Bir az sonra Kərim anası Kəmalə ilə evə gəlmiş, həmin vaxt o, anasından mobil telefonunu istəmiş, çünki Kəmalə ona ziyan olmasın və telefonla oynamasın deyə, mobil telefonu hərdən gizlədirmiş. Kəmalə ona demişdir ki. "bilmirəm sənin mobil telefonun hardadır. Sonra o, özü mobil telefonunu yaşadığı evində axtarmağa başlamış, lakin telefonunu tapa bilməmişdir. Sonra o, Kərim və Səbuhidən mobil telefonunu görüb görmədiklərini soruşmuş, Səbuhi və Kərim ona demişdir ki, «sənin mobil telefonunu görməmişik». Sonra o, Kərim və Səbuhiyə inanmamış, onların üzərində olan paltarların ciblərini axtarmış, lakin yenə də mobil telefonunu tapa bilməmişdir. Sonradan Kərim və Səbuhi çıxıb evlərinə getmişlər, o isə yaşadığı evində oturmuşdur. Sonra isə o, həmin tarixdə günorta saatlarında yaşadığı evindən çölə çıxmış, evinin yaxınlığında yerləşən veteranlar parkına getmiş, orada məhəllə uşaqları Canpolad və qardaşı Mahmudu görmüşdür. O, parkda onlarla görüşmüş, söhbət zamanı o, onlara demişdir ki, «səhər saatlarında Səbuhi və Kərim mənim evimə gəlmişlər, onlar gələndən sonra mənə məxsus Xyumi markalı mobil telefonum itmişdir, onlardan soruşdum ki, mobil telefonum hardadır, mənə dedilər ki, bilmirik». Mahmud və Canpolad da ona demişlər ki, «sən narahat olma, biz Səbuhi ilə danışarıq, əgər onda olsa gətirib verər, sənin mobil telefonunun dəyəri nə qədər idi». O, Mahmud və Canpolada demişdir ki,«menim mobil telefonumun dəyəri 130 manatdır, işlənmiş telefondur, təzə deyil», Mahmud və Canpolad ona demişlər ki, «biz Səbuhi və Kərimlə danışarıq, əgər onlar götürüblərsə, qaytararlar». O da Mahmud və Canpoladla razılaşmış, yaşadığı evinə getmiş, onlardan xəbər gözləmişdir. xx xxxxxxx 2019-cu il tarixdə gecə saatlarında yaşadığı evində olarkən, Canpolad onun yaşadığı evinə gəlmiş, ona demişdir ki. «biz Səbuhini veteranlar parkında gördük, ondan sənin mobil telefonunu götürüb götürmədiyini soruşduq, Səbuhi də bizə dedi ki, mən götürməmişəm, Kərim götürüb aparıb satıb, bizə də Səbuhiyə dedik ki, sən Xəyalın mobil telefonunu və ya pulunu qaytar, o da bizə dedi ki, qaytarar, səbr elə, gətirər, Səbuhi bizə dedi ki, mənim İphone markalı mobil telefonum vardır, saxlayın özünüzdə, nə vaxt xəyalın pulunu gətirsəm, mənim mobil telefonumu verərsiniz». xx xxxxxxx 2019-cu il tarixdə günorta saatldarında o, yaşadığı evində olmuş, həmin vaxt Canpolad onlara gəlmiş, ona 130 manat pul vermiş və demişdir ki. «Səbuhi sənin mobil telefonunu gətirə bilmədi, ancaq pulunu gətirdi». O da Canpoladdanpulu almış, özünə başqa bir samsunq markalı mobil telefon almışdır. Sonradan eşilmişdir ki, Səbuhini polis əməkdaşları saxlamışlar, o,Nəsimi rayonu ərazisində cinayət əməlini törətmişdir. Hadisədən təxminən bir ay sonra o. Kərimlə yaşadığı məhəllədə yerləşən klubda görüşmüş. Kərimdən nə səbəbə onun mobil telefonunu oğurladığını soruşanda, Kərim ona demişdir ki, «sənin telefonunu mən yox, Səbuhi oğurlamışdı, özü də satmışdı, mənim bundan xəbərim olmamışdır». O. Səbuhinin və Kərimin ona məxsus mobil telefonu götürmələrini görməmiş və mobil telefonunu qonaq otağında cərəyana qoşmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, O, Bakı şəhəri 146 saylı orla məktəbin 9-cu sinifinədək təhsil almış, 9-cu sinfindən sonra məktəbdən çıxmışdır. Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yaşayan Təqsirləndirilən şəxsçoxdandır tanıyır. xx xxxxxxx 2019-cu il tarixdə saat 01 radəbrində o, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən Veteranlar parkında olmuş, həmin vaxt da, tanışları Səbuhi və Hüseynlə rastlaşmışdır. Həmin vaxt Səbuhi ona demişdir ki, «başıma belə bir iş gəlib». O da Səbuhidən soruşmuşdur ki, «nə olub, narahatçılıq var». Səbuhi ona demişdir ki. «xx xxxxxxx 2019-cu il tarixdə saat 09 radəbrində mən dostum Kərim Axundovla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayan digər dostum Şahid3 evinə getdik. X12 evində çay içməyə başladıq, həmin vaxt Kərim dedi ki, «gedirəm siqaret almağa, birazdan qayıdıram». Mən də Kərimlə razılaşdım. Kərim çıxıb getdi, mən isə Xəyalın evinə oturub çay içirdim. Bu vaxt Xəyalın anası evə gəldi. Mən Xəyala dedim ki. «anan evdədi, gəl çıxaq bir az küçədə gəzişək». Xəyal da razılaşdır. Sonra Xəyal mobil telefonunu axtarmağa başladı, tapa bilmədi. Mən Xəyaldan soruşdum ki. «sənin telefonun hansı markadandır», Xəyal mənə dedi ki, «mənim telefonum Xyomi markalı, iki kartlı idi, gümüşü rəngli idi». Sonra Xəyal anası ilə də telefonunu axtarmağa başladı, mən də onlara telefonu axtarmaqda kömək edirdim, lakin Xəyal telefonunu tapa bilmədi. Xəyal anası ilə məndən şübhələnməyə başladılar, mən də onlara dedim ki, «gəlin üzərimi axların, məndə sənin telefonun yoxdur». Onlar mənim üzərimi axtardılar, mənim üzərimdən telefon tapa bilmədilər. Sonra mən Xəyalla çölə çıxdıq, küçədə gəzməyə başladıq. Küçədə Kərimlə rastlaşdıq, mən Kərimlə söhbət zamanı ona dedim ki, «Xəyalın telefonu itib, bütün evi axtardıq, lakin tapa bilmədik, telefon səndə deyil». Kərim mənə dedi ki, «məndə deyil». Sonra Xəyalı evinə ötürdük, mən isə Kərimlə parka getdim. Həmin hadisədən üç gün keçəndən sonra mən Kərimlə yaşadığımız qəsəbədə rastlaşdıq, söhbət zamanı mən Kərimə dedim ki. «iş ciddiləşir. Xəyalın anası polisə şikayət elmək istəyir, sən götürmüsənsə, qaytar, qoy bizim üçün problem yaranmasın». Kərim mənə dedi ki, «bəli Xəyalın telefonunu mən götürmüşəm, həmin günüdə satmışam, telefon məndə deyil». Bu söhbətdən sonra saat 08 radələrində mən metroya minib Neftçilər istəqamətində hərəkət etdim.Onun Səbuhinin tanımadığı şəxsin mobil telefonunu götürməyi barədə məlumatı olmamışdır, aralarında da Səbuhinin mobil telefonunu götürməyi barədə razılaşma olmamışdır. Cinayət işinin 1-ci cild 68-69-cu vərəqələrində olan xx xxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxshəmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 103-105-ci vərəqələrində olan xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsbarəsində “yetkinlik yaşına çatmayanı nəzərət altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 32-33-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsbarəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzərət altına vermə” haqqında qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 176-178-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 27064 nömrəli rəyindən görünürki, ekspertiza tədqiqatına təqdim edilmiş normal vəziyyəydə olan 1 ədəd “Samsung” markalı, “SM-A520F/DS” modelli mobil telefonunun işləmə dərəcəsini nəzərə alınmaqla orta bazar qiyməti 200.00 manat müəyyən edilmişdir. Cinayət işinin 1-cild 177-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 234-253-cü vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Samsung” markalı, SM-A520F/DS modelli mobil telefon maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün qəbzlə Zərərçəkmiş şəxsqanuni nümayəndəsi Qanuni nümayəndə2 qaytarılmışdır. Cinayət işinin 1-ci cild 196-cı vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxsqanuni nümayəndəsi Qanuni nümayəndə2 “Samsung” markalı, SM-A520F/DS modelli mobil telefonunu qəbul etmişdir. Cinayət işinin 1-ci cild 225-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsəvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 77-ci vərəqəsində olan AZ-İ seriyalı, 762637 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxsxx xxxx 2002-ci il tarixdə Qazax rayonu, Daşsalahlı kəndində anadan olmuş atası X5, anası isə X2r. Cinayət işinin 2-ci cild 56-cı vərəqəsində olan zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs və qanuni nümqyəndəsinin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, sonuncuya qarşı heç bir şikayət, tələb və mülki iddiaları yoxdur, onun azadlığa buraxılmasını məhkəmədən xahiş edirlər. Cinayət işinin 2-ci cild 12-13-cü vərəqələrində olan Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərəkbarəsində xx xxxxx 2020-ci il tarixdən hesablamaqla 02 iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 133-cü vərəqəsində olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Ramil Qabulovun xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli 180.2.4-cü maddəsindən 181.2.1-181.2.5-ci maddələrinə töfsif edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Halbuki ibtidai araşdırmanı aparmış orqan Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli, 1 nömrəli qərarına əsasən insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə dedikdə, şəxsin orqanizminə həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan maddələr yeridilməsi, vurma, döymə və ya digər zorakı hərəkətlərlə fiziki ağrı yetirmə, zərərçəkmişin azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (yəni əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzs bağlı otaqda saxlamavə sair) başa düşülür. Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə qarşı həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə cinayətini törətməsinə dair məhkəməyə yuxarıda göstərilən hərəkətlərə dair hər-hansı bir sübüt təqdim edə bilməmişdir. Belə ki, təqsirləndirilən və zərərçəkmiş şəxslərin məhkəmə iclasında və ibtidai istintaq orqanında verdikləri ifadələrdən də görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yalnız əlləri ilə itələyərək (təkanlayaraq) oradan qaçaraq uzaqlaşmış,sonuncu yerə yıxılmamış, heç-bir bədən üzvü əzilməmiş və xəsarət almamışdır (cinayət işinin 1-ci cild, 7-8-ci vərəqələri zərərçəkmiş şəxsin ilkin izahatı, 1-ci cild, 26-28-ci vərəqələri zərərçəkmiş şəxsin izahatı, 1-ci cild, 47-49-cu vərəqələri zərərçəkmiş şəxsin izahatı, 1-ci cild, 78-80-cı vərəqələri təqsirləndirilən şəxsin izahatı). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır, 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxscəza təyin edərkən onun cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs, əməlindən səmimi peşman olmasını, özünü təqsirli bilməsini, ilk məhkumluğunu, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmamasını, onun azadlığa buraxılmasını məhkəmədən xahiş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, qeyd olunan cinayət işinin məhkəmənin icraatında olan vaxt sonuncunun yenidən ağır cinayət törətməsini və hazırda həmin işin Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olduğunu, bu iş üzrə cəza verilərkən yetkinlik yaşına çatmış şəxs olduğunu, və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsintəqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onunxx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla, üzərində qəti cəza saxnılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxshəmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsbarəsində seçilmişyetkinlik yaşına çatmayanı nəzərət altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, həbs müddətinin əvvəli hökmün çıxarıldığı xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, onun barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən seçilmiş xx xxxxx 2020-ci il tarixli həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsTəqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlaral bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd “Samsung” markalı, SM-A520F/DS modelli mobil telefon Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat E.S.Əliyevdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsməhkəmə iclaslarında və istintaq orqanında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxsgöstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 42 saata görə 252 (iki yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Fides Vəkil Bürosunun hesabına və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili A.E.Mikayılova istintaq orqanında iştirak etdiyi 65 saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsbarəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzərət altına vermə» qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən seçilmiş xx xxxxx 2020-ci il tarixli həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı, SM-A520F/DS modelli mobil telefon Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Fides Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 42 saata görə 252 (iki yüz əlli iki) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Fides Vəkil Bürosunun “Azərbaycan Beynəlxalq Bankı” Nəqliyyat filialındakı hesablaşma hesabına (hesab No AZ35İBAZ********************, bankın kodu 805711, VÖEN – **********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 istintaq orqanında iştirak etdiyi 65 saata görə 390 (üç yüz doxsan) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakışəhəri 14 saylı Vəkil Bürosunun «xxxxxxxxxxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 140063561) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar