Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-149/2021 21.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Bayramov X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1983-cü il tarixdə Şamaxı rayonu, Mərzəndiyyə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs 12 sentyabr 2020-ci il tarixdə, saat 10 radələrində ünvan 2 ünvanda yerləşən ictimai yer hesab edilən avtomobil təmir sexinin həyətində uzun müddətə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan ictimai qaydanı pozaraq, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin qanuni mənafelərinə toxunan hərəkətlər edib, özünün şəxsiyyətini digər şəxslərin fövqündə qoyub cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edib şəxslər üzərində zor tətbiq etməklə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan, yəni avtomobil təmir sexinin həyətində olan Zərərçəkmiş şəxs ona verdiyi borc pulu qaytarmadığına dair narazılığını bildirdiyinə görə aralarında bu səbəbdən yaranmış mübahisə zamanı avtomobil təmir sexinin həyətində olan işləməyən soyuducunun içərisindən metal parçasını götürüb silah qismində həmin əşyadan istifadə edərək Zərərçəkmiş şəxs zor tətbiq edib onun baş nahiyəsinə bir zərbə vurmaqla zərərçəkmiş şəxsə “başın sağ təpə nahiyəsinin qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan çapılmış yarası, sağ əlin ovuc səthinin, sağ əlin İV barmağının, sağ əlin V barmağının səthi kəsilmiş yaraları” diaqnozu ilə nəticələnən və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli dərəcəli bədən xəsarəti yetirməklə qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə doğma xalaoğludur. Vüqarla arasında mübahisə pul söhbətinə görə yaranmışdır. Belə ki, 12 sentyabr 2020-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü MKR dairəsinin yanında fəhləliklə məşğul olduğu zaman xalası oğlu Zərərçəkmiş şəxs həmin yerə gəlib ondan verdiyi pulu istədikdə o, Vüqara heç bir məhəl verməmiş, sonuncu buna əsəbləşmiş daha sonra qəzəblə ona məxsus preparator və drelə təpik zərbəsi vurub aşırmışdır. Bundan sonra o, Vüqara heç bir söz demədən əlində olan ağ torbanı işlədikləri avtomobil təmir sexinin həyətində olan soyuducuya qoymaq üçün getmiş, Vüqar da onun arxasınca gələrək ona qarşı söyüş işlətmişdir. O, Vüqarın ona qarşı işlətdiyi nalayiq ifadələrdən təsirlənərək soyuducudan başlığı rezin olan taxta çəkici götürüb Vüqarın üzərinə gedib sonuncunu vurmaq istəsə də iş yoldaşları buna mane olmuş və onları bir-birindən uzaqlaşdırmışlar. Bundan sonra da, Vüqarın hirsi soyumamış, mübahisə zamanı onun əlində olan çəkic Vüqarın əlinə keçmiş və sonuncu onu tutub vurmaq istəsə də iş yoldaşları yenə də mane olmuş və o, da hadisə yerindən dərhal uzaqlaşmışdır. Bundan sonra mübahisə sovuşmuşdur. Həmin gün Vüqarla arasında sadəcə söz mübahisəsi olmuş və həmin mübahisəni Vüqar başlatmışdır. Onun soyuducudan götürdüyü zahiri cəhətdən çəkicə bənzər adi taxta parçası olmuş və əlində nə dəmir parçası nə də ki başqa xəsarət vura biləcək hər hansı kəsici-deşici predmet olmamışdır. Baş vermiş hadisədən sonra o, Vüqarla barışmış və aralarında olan mübahisə və dava-dalaş həll olunmuşdur. Göstərilənlərə əsasən təqsirinin olmamasını nəzərə alaraq, iş üzrə obyektiv araşdırma aparılaraq onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan əlavə, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Vüqara hər hansı bir zərbə endirə bilməmiş səbəb isə ətraflarında olan iş yoldaşlarının onu tutaraq buna mane olmalarıdır. Mubahisəni Vüqar başlatmış ilkin olaraq onların arasında sözlə mübahisə olmuş sonra isə Vüqar onun ünvanına nalayiq söyüşlər söymüşdür. O həmçinin bildirmişdir ki, müstəntiqin yanında bir dəfə olub və həmin vaxt Vüqarla barışıq ərizəsi yazıb getmişlər. Vüqarla əvvəllər onların arasında belə mübahisə olmamışdır. Hadisə zamanı yoldaşları onların arasına girərək onun Vüqarı vurmasına mane olmuşlar və onlar bunu təsdiqləyə bilərlər. Həmçinin hadisə vaxtı əlində başlığı rezin olan taxta çəkic hal-hazırda da onun istifadəsindədir və həmin çəkici məhkəməyə təqdim edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrıayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, bir neçə ay bundan əvvəl xala oğlusu Təqsirləndirilən şəxs borca 1.000 manat pul vermiş və hər dəfə ondan pulunu istəyəndə sonuncu ona min cür bəhanələr gətirərək pulunu verməkdən imtina edirdi. 12 sentyabr 2020-ci il tarixdə, saat 10 radələrində Nəsimi rayonu, 3 MKR dairəsində, körpünün alt hssəsində olduğu zaman Təqsirləndirilən şəxs gəldiyini görmüş, bu zaman ona yaxınlaşaraq təkrarən pulunu istəmiş, lakin Təqsirləndirilən şəxs ona gedib işiylə məşğul olmağını deyib pulu verməyəcəyini bildirdikdə o, əvvəlkinə məxsus preparator və drelə təpik zərbəsi vurmuş Təqsirləndirilən şəxs isə heç bir əhəmiyyət vermədən qarşıda yerləşən avtoservisin içərisinə getmişdir. Həmin avtoservis ünvan 2 ünvanda yerləşir. Mütəllim avtoservisin içərisinə getdiyi zaman o, da Mütəllimin arxası ilə gedib bir daha pulunu istədikdə Mütəllim ona pulunu verməyəcəyini deyib ünvanına nalayiq ifadələr işlətmişdir. O, da Mütəllimə söyüşlərlə qarşılıq verdikdə sonuncu avtoservisin həyətində yerləşən işlək olmayan soyuducunun içərisindən başlığı rezin olan taxta çəkici götürüb onun üzərinə gələrək vurmaq istəmiş, lakin özündən aslı olmayan səbəbdən ona zərbə vura bilmədən iş yoldaşları onları biri-birindən uzaqlaşdırmışlar. O, sonradan Təqsirləndirilən şəxs əlindəki çəkici alıb sonuncunun üzərinə getmək istəsə də əlində olan çəkici yoldaşları almış və onları bir-birindən uzaqlaşdırmışlar. Bununla da onunla Mütəllim arasındakı mübahisə sovuşmuşdur. Daha sonra o, hadisə yerindən əsəbi halda avtoservsin həyətində olan ayaqyoluna daxil olmuş, əsəbindən ora girən kimi həmin yerdə olan əşyaları dağıtmağa və başını divara vurmağa başlamışdır. Həmin vaxt ayaqyolunu təmizləyən xadimə qadın onu görmüş və ondan nə səbəbə bunu etdiyini soruşduqda ilk öncə o, qadını qovmuş və daha sonra hirsli olduğu üçün başını divara vurduğunu demişdir. Bundan sonra o, Mütəllimə dərs vermək məqsədilə dərhal 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verərək ilkin ifadəsində Mütəllimin ona balta ilə xəsarət yetiridiyini bildirsə də, daha sonra xalası oğluna qarşı tutduğu əməldən peşman olmuş və sonra şikayətindən imtina edərək sonuncu ilə barışmış və müstəntiqin yanında olarkən barışıq ərizələrini təqdim etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisə baş verən gün onun başına heç bir kəsici-deşici alətlə nə də ki, küt əşya ilə zərbə vurmamış, o sadəcə bərk hirsli olduğu üçün ayaqyoluna daxil olub oturmuş vəziyyətdə başını möhkəm divara vurmuş və başı bir balaca sivrilmişdir. Həmçinin onu ekspertizaya müstəntiqin göndərdiyini, ekspertə əlində xəsarətlər olduğunu bildirsə də, həmin xəsarətin ayaqyolunda olarkən divara vurması nəticəsində əməli gəldiyini bildirmişdir. Hadisə baş verən gün Mütəllimin əlində balta olmamış, başında və əlində olan xəsarətləri Mütəllim yox, o özü ayaqyolunda oturan yerdə divara vuraraq yetirmişdir. Həmçinin, o, ilk vaxtlar Mütəllimə bərk əsəbi olduğu üçün istintaq zamanı qərəzli şəkildə başlığı rezin olan taxta çəkici balta yazdığını bildirmişdir. Bundan başqa, mübahisə zamanı Mütəllimi boynundan o tutub və çəkiclə vurmaq istəsədə iş yoldaşı Amid ona mane olmuş, həmin vaxtda da Mütəllim oradan qaçıb uzaqlaşmışdır. Həmçinin o, məhkəmə iclasına dəvət olunmuş şahidlər A.B.Nəcəfov və M.İ.Əfəndiyevanın vermiş olduğu ifadələrlə tam razıdır və ibtidai istintaq zamanı Mütəllimin əleyhinə verdiyi bütün ifadələri tamamilə inkar edir. Məhkəmə iclasına müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, onun bildiyinə görə iş yoldaşları Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs xaloğludurlar. Hadisə olan gün o, orada olmuş, həmin vaxt Vüqarla Mütəllimin arasında mübahisəsi düşmüş və mübahisə zamanı Vüqarla Mütəllim qarşılıqlı olaraq bir birlərinə ağır söyüşlər işlətmişlər. Daha sonra Mütəllim soyuducunun içərisində olan rezin çəkici götürüb Vüqara tərəf gələrkən o, və orada olan digər yoldaşları onları birbirindən uzaqlaşdırmışlar. Şəxsən o, özü Vüqarı saxlamış və Mütəllimə qaçmasını demiş sonuncu da onun sözünə qulaq asıb oradan uzaqlaşmışdır. Bundan başqa, A.B.Nəcəfov ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun bildiyinə görə Vüqarla Mütəllimin arasında pul söhbəti olub və deyəsən Mütəllimin Vüqara borcu olubdur. Hadisə baş verən gün Mütəllim soyuducuya təmirdə istifadə etdiyi alətlərini qoyduğu vaxt Vüqar gəlmiş və sonuncunu təhqir edərək pulunu ondan tələb etmişdir. Vüqar Mütəllimə qarşı nalayiq söyüşlər işlədərək Mütəllimin üstünə gələndə Mütəllim də ona qarşı söyüşlər söyərək soyuducuda olan rezin çəkici əlinə alıb Vüqarın üstünə hücum edərək vurmaq istədikdə o və digər iş yoldaşları buna mane olublar. Lakin Vüqar o anda Mütəllimin əlində olan çəkici ələ keçirərək sonuncunu vurmaq istəyəndə o, dərhal Vüqarı tutub saxlamış və Mütəllimə oradan qaçmasını bildirmiş, sonuncu da oradan uzaqlaşmışdır. Təkrarən bildirmişdir ki, o, Vüqarı tutub saxlamışdır və sonuncunun başına Mütəllim xəsarət yetirə bilməzdi çünki, o və orada olan digər iş yoldaşları onları birbirindən uzaqlaşdırmışlar. O, orada olduğu müddətdə Mütəllim tərəfindən Vüqara hər hansı bir xəsarət yetirilməmişdir. Məhkəmə iclasına müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, 3 ildən artıq müddətdir ki, 3-MKR dairəsi adlanan yerdə, avtomobil təmiri sexlərinin yerləşdiyi ərazidə olan ayaqyolunda təmizlik işlərinə baxır. Hadisə olan gün, saat 11-12 radələrində işlədiyi ayaqyolunun qabağında avtomobil təmiri sexinin qarşısında alarkən, Vüqarın sağlam, heç bir yara izi olmadan və əsəbi halda ayaqyoluna girdiyini görmüş, daha sonra ayaqyolundan səs-küy gəldiyini, orada olan vedrənin yerə düşməsi eşitmiş və dərhal ayaqyoluna tərəf getmişdir. Orada olan səs-küyə görə Vüqardan nə etdiyini və oranı niyə dağıtdığını soruşduqda Vüqar ona sənə nə var yaxşı edirəm deyərək onu qovmuş, daha sonra Vüqar ayaqyolundan çıxdıqda sonuncunun alnından qan axdığını görmüş və nəyə görə bunu etdiyini soruşduqda Vüqar ona əsəbi olduğu üçün etdiyini demiş və sonrada çıxıb getmişdir. Bundan başqa, M.İ.Əfəndiyeva məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, ayaqyoluna tərəf gələn zaman bayır qapını açdıqda Vüqarın oturan yerdə başını və yumruğunu solda olan kafelə vurmasını görmüşdür. Həmin vaxt Vüqarın əllərində qızartı olmuş, başından az miqdarda qan axırmış lakin onun başında yarıq görməmişdir. Məhkəmə iclasında ittiham tərəfin vəsatəti əsasında ifadə verən ekspert X5 bildirmişdir ki, 17.10.2020-ci il tarixli, 731 saylı ekspert rəyi tərtib edərkən Zərərçəkmiş şəxs özü müayinə etməmiş və istintaq tərəfindən ona hər hansı sənəd və ya hadisə baş verən gün istifadə olunmuş alət ekspertizaya təqdim olunamışdır. Həmin rəyin davamını isə Bakı Baş Sİ-nin 3 saylı X2, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından alınmış tibbi arayış və rentgen şəkli (şəkilləri) əsasında 26 oktyabr 2020ci il tarixdə tərtib etmişdir. Bundan başqa, A.Ç.Mustafayev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsinə görə onun başını divarın tininə vurduğü halda belə xəsarətləri əmələ gələ bilərdi. Bundan başqa əlavə etmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır, sonuncunun bundan əvvəl də belə halları olmuş və zərərçəkmiş şəxs kimi başqa cinayət işində onunla bağlı rəy vermişdir. Maddi sübüt istintaq tərəfindən ona təqdim olunmamışdır. Cinayət işinin 90-91-ci vərəqələrində olan 18 dekabr 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 27-29-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 17 oktyabr 2020-ci il tarixli, 731 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində başın sağ təpə nahiyəsinin, sağ əlin ovuc səthinin, sağ əlin İV barmağının, sağ əlin V barmağının yaraları, xəsarətləri aşkar olunmuşdur. Zərərçəkmiş şəxs bədənində digər xəsarətlərin olub-olmaması, xəsarətlərin sağlamlığa zərər vurma dərəcəsi, əmələ gəlmə müddəti, mexanizmi və şəraiti onun adına olan tibbi arayışın və rentgen şəklinin (şəkillərinin) Bakı Baş Sİ-nin 3 saylı X2, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından alınaraq ekspertizaya təqdim edilməsindən sonra əlavə olaraq təyin ediləcəkdir. Cinayət işinin 32-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 26 oktyabr 2020-ci il tarixli, 37 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət – başın sağ təpə nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan çapılmış yarası, sağ əlin ovuc səthinin, sağ əlin İV barmağının, sağ əlin V barmağının səthi kəsilmiş yaraları kəsici əşyanın (alətin) təsirindən müayinədən 5-7 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 12.09.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin öz boyu hündürlüyündən yıxılaraq yaranması inandırıcı deyil. Cinayət işinin 100-107-ci vərəqələrində olan 19 dekabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisənin görünütülərini özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 53-54-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 18 noyabr 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2018-ci tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 12 iyun 2018-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə cəzası 03 (üç) ilə endirilmiş, 31 oktyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 97-ci vərəqəsində olan Zərərçəkmiş şəxs 19 dekabr 2020-ci il tarixli ərizəsindən görünür ki, Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdıqlarını, sonuncudan şikayət və tələbinin olmamamsını, eləcə də onunla barışmasının nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin 99-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı X9 Müəssisəsinin 19 dekabr 2020-ci il tarixli məktubunun surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs 31.10.2020-ci il tarixdə Penitensiar Xidmətin 8 saylı X9 müəssisəsindən cəza müddəti bitdiyinə görə azad edilmişdir. Məhkum Təqsirləndirilən şəxs öz ərizəsinə əsasən ailə vəziyyəti ilə əlaqədar olaraq 10.09.2020-ci il tarixdən 14.09.2020-ci il tarixədək Xırdalan şəhəri, bina 32, mənzil 5 ünvanına ailəvi görüşə getməyinə icazə verilmişdir. Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə yanaşı gələrək, sonuncu əvvəlkinə hərarətlə nəisə bildirir və əvvəlki sadəcə onu dinləyərək soyuducuya yaxınlaşır. Bu zaman üçüncü şəxs Zərərçəkmiş şəxs yaxınlaşaraq onu oradan kənarlaşdırır. Az sonra Zərərçəkmiş şəxs yenidən əl qol hərəkətləri edərək və hərarətlə nəisə bildirərək Təqsirləndirilən şəxs yanına yaxınlaşan zaman, sonuncu soyuducuda ağzı plastik kağızla örtülmüş zahiri cəhətdən taxta çəkicə bənzər əşya ilə həmin şəxsin üzərinə gedir, bu zaman iş yoldaşları onları dairəyə alıb ayırmağa çalışır, Təqsirləndirilən şəxs çəkiclə Zərərçəkmiş şəxs zərbə endirib onu vurmağa çalışsa da buna iş yoldaşları mane olur. Zərərçəkmiş şəxs daha sonra Təqsirləndirilən şəxs boğazına qolunu dolayır bir müddət bu boğuşma davam edir, sonra digər şəxslər onları bir-birindən ayırır və Təqsirləndirilən şəxs əlində olan taxta çəkic Zərərçəkmiş şəxs əlinə keçir, orada olan şəxslərdən biri Zərərçəkmiş şəxs əlindən həmin taxta çəkici almağa çalışsa da ala bilmir, həmin zaman Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşır. Daha sonra bunu görən Zərərçəkmiş şəxs də əsəbi halda əks istiqamətdə oradan uzaqlaşır. Həmçinin Zərərçəkmiş şəxs alın nahiyəsində hər hansı bir xəsarətin olması müşahidə olunmur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin və ekspertin məhkəmə istintaqı zamanı verdikləri ifadələri, ekspert rəyləri, DVD diskində olan videogörüntülər, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə və cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilmış ibtidai istintaq materiallarında olan sənədlərin əsasında Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmə cinayətinin törətməsi sübuta yetirilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını yalnız Zərərçəkmiş şəxs ifadələri təşkil edir. Belə ki, Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən müəyyən olunmuşdur ki, o, Təqsirləndirilən şəxs 1000 manat pulunu istədiyini və sonuncu vermədikdə ona qarşı nalayiq ifadələr işlətdiyi üçün Təqsirləndirilən şəxs onun üzərinə gələrək balta ilə başına zərbə vurmasını və həmin zərbənin təsirindən başının və sağ barmaqlarının xəsarət almasını, daha sonra ətrafda yoldaşların onları ayırmasını bildirmişdir. Lakin daha sonra Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsini dəyəşərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun xala oğludur, aralarında olan mübahisə onun əvvəlkinə verdiyi 1000 manat üstündə və onun təşəbbüsü ilə iş yerlərində başlayıb. Təqsirləndirilən şəxs hadisə baş verən gün onun başına heç bir predmetlə nə küt əşya nə də ki hər hansı kəsici-deşici alətlə zərbə vurmamış və bunun səbəbi DVD diskində olan video görüntülərindən də göründuyu kimi iş yoldaşlarının mane olması olmuşdur, o sadəcə bərk hirsli olduğu üçün ayaqyoluna daxil olub hirsini soyutmaq məqsədi ilə oturan vəziyyətdə başını və yumruğunu möhkəm divara vurmuş və başı bir balaca sivrilmişdir. Hadisə baş verən gün Mütəllimin əlində balta olmamış, həmçinin, o, ilk vaxtlar Mütəllimə bərk əsəbi olduğu üçün o, 102 xidmətinə zəng vurmuş, istintaq zamanı da qərəzli və dərs vermək məqsədilə başlığı rezin olan taxta çəkici balta yazdığını bildirmişdir. Həmçinin o, məhkəmə iclasına dəvət olunmuş şahidlər A.B.Nəcəfov və M.İ.Əfəndiyevanın vermiş olduğu ifadələrlə tam razıdır və ibtidai istintaq zamanı Mütəllimin əleyhinə verdiyi bütün ifadələri tamamilə inkar edir. Həmçinin, məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş A.B.Nəcəfov ifadəsində göstərmişdir ki, onun bildiyinə görə iş yoldaşları Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs xaloğludurlar. Bildiyinə görə, Vüqarla Mütəllimin arasında pul söhbəti olub və deyəsən Mütəllimin Vüqara borcu olubdur. Hadisə olan gün o, orada olmuş, həmin vaxt Vüqarla Mütəllimin arasında mübahisəsi düşmüş və mübahisə zamanı Vüqarla Mütəllim qarşılıqlı olaraq bir birlərinə ağır söyüşlər işlətmişlər. Daha sonra Mütəllim soyuducunun içərisində olan rezin çəkici götürüb Vüqara tərəf gələrkən o, və orada olan digər yoldaşları onları bir-birindən uzaqlaşdırmışlar. Şəxsən o, özü Vüqarı saxlamış və Mütəllimə qaçmasını demiş sonuncu da onun sözünə qulaq asıb oradan uzaqlaşmışdır. Təkrarən bildirmişdir ki, o, Vüqarı tutub saxlamışdır və sonuncunun başına Mütəllim xəsarət yetirə bilməzdi çünki, o, və orada olan digər iş yoldaşları onları bir-birindən uzaqlaşdırmışlar. O, orada olduğu müddətdə Mütəllim tərəfindən Vüqara hər hansı bir xəsarət yetirilməmişdir. Bundan əlavə, məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş M.İ.Əfəndiyeva ifadəsində göstərmişdir ki, hadisə olan gün, saat 11- 12 radələrində işlədiyi ayaqyolunun qabağında avtomobil təmiri sexinin qarşısında əlarkən, Vüqarın sapsağlam, heç bir yara izi olmadan və əsəbi halda ayaqyoluna girdiyini, daha sonra Vüqar ayaqyolundan çıxdıqda sonuncunun alnından qan axdığını görmüşdür. Bundan başqa, M.İ.Əfəndiyeva bildirmişdir ki, o, ayaqyoluna tərəf gələn zaman bayır qapını açdıqda Vüqarın oturan yerdə başını və yumruğunu solda olan kafelə vurmasını görmüşdür. Həmin vaxt Vüqarın əllərində qızartı olmuş, başından az miqdarda qan axırmış lakin onun başında hər hansı sıyrıq və ya yarıq görməmişdir. Bundan əlavə, cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasına baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə yanaşı gələrək, sonuncu əvvəlkinə hərarətlə nəisə bildirir, əvvəlki sadəcə onu dinləyir, bu zaman üçüncü şəxs Zərərçəkmiş şəxs yaxınlaşaraq onu oradan kənarlaşdırır, buna baxmayaraq Zərərçəkmiş şəxs yenidən əl-qol hərəkətləri edərək və hərarətlə nəisə bildirərək Təqsirləndirilən şəxs yanına yaxınlaşır və bundan sonra mübahisə başlayır. Həmçinin Zərərçəkmiş şəxs alın nahiyəsində hər hansı bir xəsarətin olması müşahidə olunmur. Bununla bağlı məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamı əsaslı göstərmək üçün qərəzli olaraq heç bir əsaslandırma aparmamış, hadisə yerini özündə əks etdirən DVD diskdə olan video-görüntülərə əsasən orada olan insanların ifadələrini almamış, həmçinin istintaq orqanı tərəfindən hadisə zamanı istifadə olunmuş və güya zərərçəkmiş şəxsə xəsarət yetirilmiş dəmir parçası adlandırılmış əşya maddi sübut kimi tanınmamış, ən vacib amil olan isə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyənləşdirməmişdir. Bütün bunlar isə istintaq orqanının Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülməsində maraqlı olması barədə məhkəmədə əsaslı şübhələr yaradır. Məhkəmə qeyd edir ki, 12 sentyabr 2020-ci il tarixdə saat 10 radələrində xala oğlular Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olan hadisə ilə bağlı ibtidai istintaq orqanı Azərbaycan Respublikasının CPM-nin 143, 144, 145 və 146-cı maddələrində əks olunmuş sübutların toplanması, yoxlanılması, qiymətləndirilməsi və kifayət etməsi ilə bağlı müddəaların tələblərini gözləməmiş və əsassız olaraq Təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı qərar qəbul etmişdir. Belə ki, ibtidai istintaq materiallarından, həmçinin təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrindən məlum olur ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xalaoğlu olmaqla yanaşı aralarında olan mübahisə şəxsi münasibətlər zəminində və zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmışdır. Həmçinin mübahisə zamanı sonuncular bir-birlərini təhqir etsə və vurmaq istəsələr də, bir-birini vura bilməmiş və ya xəsarət yetirməmişlər, hadisə isə onların fəaliyyət göstərdiyi avtoservisin içərisində baş vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirməmiş, sonuncuya və cəmiyyətə açıqca hörmətsizlik etməmiş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarda qeyd edilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 3-cü bəndində isə göstərilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Həmin qərarın 5-ci bəndində isə göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Cinayət işinin materiallarından da göründüyü kimi tərəflər arasında olmuş mübahisə şəxsi münasibətlər zəminində, yəni pul vəsaitinin alınması, borc pulun geri istənilməsi və hadisənin qohumlar arasında və fəaliyyət göstərdikləri iş yerində baş vermişdir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının CPM-nin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasının, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasının müəyyənləşdirilməsindən ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Belə ki, məhkəmə baxışında müəyyən olunmuşdur ki, istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamı əsaslı göstərmək üçün qərəzli olaraq heç bir əsaslandırma aparmamamış, hadisə yerini özündə əks etdirən DVD diskdə olan video-görüntülərə əsasən orada olan insanların ifadələrini almamış, həmçinin istintaq orqanı tərəfindən hadisə zamanı istifadə olunmuş və zərərçəkmiş şəxsə xəsarət yetirilmiş dəmir parçası adlandırılmış əşya maddi sübut kimi tanınmamış, ən vacib amil olan isə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyənləşdirməmişdir. Həmçinin müstəntiq tərəfindən hadisənin şəxsi münasibətlər zəminində, qohumlar arasında, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə baş verməsi nəzərə alınmamış, ümumiyyətlə əmələ düzgün hüquqi qiymət verilməmiş, tam araşdırılma aparılmadan və əməl düzgün tövsif olunmadan qərəzli olaraq təqsirləndirilən şəxs əməl Azərbaycan Respublikasının 221.3-cü maddəsi ilə ittiham olunmuşdur. Bununla da, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş və iş üzrə ittihamın əsası kimi çıxış edən sənədlərin hadisənin konkret hallarını və real mexanizmini əks etdirməməsi , eləcə də ibtidai araşdırma zamanı sübutların toplanması üçün aparılan prosessual hərəkətlərin qanunvericiliyin tələblərinin pozulması ilə icra edilməsi ittihamın istinad etdiyi sübutların mötəbərsizliyini təsdiq edir. Azərbaycan Respublikasının CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.2-ci maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin əməlində cinayət tərkibi olmadıqda onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutların məcmusunu qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilən ittiham üzrə əməlində cinayət tərkibi mövcud deyil. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki cinayət işi üzrə fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X7 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilən ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-149/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-149/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver