Məhkəmə qərarları › İş №1(006)-149/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-149/2022

18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-149/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2000-ci ildə Masallı rayonu, Bədəlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin may ayının 06-ı, 08-i, 09-u, 14-ü və 18-i tarixlərində tanışı Zərərçəkmiş şəxs işlətdiyi ünvan 1 ünvanda yerləşən “Superfon” adlı telefon aksesuarlarının satışı mağazasına daxil olub işçilərin başının qarışıq olmasından istifadə edərək vitrinin siyirtməsindən hər birinin dəyəri 265 manat olmaqla, ümumilikdə 530 manat dəyərində iki ədəd “Samsung” markalı S8 modelli mobil telefona aid ekranları, 445 manat dəyərində bir ədəd “Samsung” markalı S10 modelli mobil telefona aid ekranı, 490 manat dəyərində bir ədəd “Samsung” markalı S10 plus modelli mobil telefona aid ekranı, 440 manat dəyərində bir ədəd “Samsung” markalı S20 modelli mobil telefona aid ekranı, 530 manat dəyərində bir ədəd “Samsung” markalı S20 ultra modelli mobil telefona aid ekranı, 440 manat dəyərində bir ədəd “Samsung” markalı Note 10 modelli mobil telefona aid ekranı, hər birinin qiyməti 120 manat olmaqla, ümumilikdə 360 manat dəyərində üç ədəd “Samsung” markalı A30S modelli mobil telefona aid ekranları, hər birinin qiyməti 130 manat olmaqla, ümumilikdə 650 manat dəyərində beş ədəd “Samsung” markalı A50 modelli mobil telefona aid ekranları, hər birinin qiyməti 150 manat olmaqla, ümumilikdə 300 manat dəyərində iki ədəd “Samsung” markalı A30 modelli mobil telefona aid ekranları, hər birinin qiyməti 120 manat olmaqla, ümumilikdə 240 manat dəyərində iki ədəd “Samsung” markalı A31 modelli mobil telefona aid ekranları, hər birinin qiyməti 160 manat olmaqla, ümumilikdə 320 manat dəyərində iki ədəd “Samsung” markalı A70 modelli mobil telefona aid ekranları, hər birinin qiyməti 150 manat olmaqla, ümumilikdə 450 manat dəyərində üç ədəd “Samsung” markalı A51 modelli mobil telefona aid ekranları, hər birinin qiyməti 50 manat olmaqla, ümumilikdə 1.000 manat dəyərində iyirmi ədəd “Samsung” markalı A10 modelli mobil telefona aid ekranları, 290 manat dəyərində bir ədəd “Samsung” markalı S9 modelli mobil telefona aid ekranı, 130 manat dəyərində bir ədəd “Samsung” markalı A40 modelli mobil telefona aid ekranı, 120 manat dəyərində bir ədəd “Samsung” markalı A20 modelli mobil telefona aid ekranı, 165 manat dəyərində bir ədəd “Samsung” markalı A71 modelli mobil telefona aid ekranı, 40 manat dəyərində bir ədəd “Samsung” markalı A01 modelli mobil telefona aid ekranı, 100 manat dəyərində bir ədəd “İphone XXX oled” markalı mobil telefon ekranını və hər birinin qiyməti 120 manat olmaqla, ümumilikdə 360 manat dəyərində üç ədəd “İphone XXX Hardovre” markalı mobil telefon ekranlarını gizli oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 7.400 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun psixi xəstəliyi var və ruhi əsəblə bağlı 2011-ci ildən Lənkəran şəhər xəstəxanasında qeydiyyatdadır. ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs işlətdiyi telefon mağazasında çatdırılma xidmətini həyata keçirirmiş. Xəstəliyi ilə əlaqədar hadisənin necə baş verdiyini, əməli nə vaxt törətdiyini, oğurladığı telefon aksesuarlarının miqdarını, onları kimə satdığını və ya hara qoyduğunu tam olaraq xatırlamır. Dəymiş ziyanı ödəmiş, əməlindən peşmandır. Məhkəmədə dindirilməsi üçün dəvət edilməsinə baxmayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə iştirak etməmiş, eyni zamanda məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, vurulmuş zərər tam şəkildə ödənildiyindən təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını göstərmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Zərərçəkmiş şəxs həmin ifadəsinə əsasən o, ünvan 1 ünvanda yerləşən “Superfon” telefon aksesuarlarının satışı mağazasını icarə əsasında işlədir. Təxminən 9 ay əvvəl Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxs ilk dəfə 2021-ci ilin yanvar ayında onun işlətdiyi mağazaya gələrək kuryer vəzifəsində işləmək istədiyini bildirmişdir. Bundan sonra onunla razılaşmışdır. Təqsirləndirilən şəxslə gündəlik iş rejimində çalışmışdır. Təqsirləndirilən şəxs bundan başqa əlavə şəxslərlə də işləmişdir. Çatdırdığı məhsulun xidmət haqqını çatdırdığı şəxsdən almışdır. Ondan aldığı müxtəlif telefon markalarının ekranlarını sifarişçi olan şəxslərə çatdırmaqla məşğul olmuşdur. Daha sonra mağazada yerləşən video müşahidə kamerası görüntülərini nəzərdən keçirərkən Təqsirləndirilən şəxs oğurluq etməsi faktlarını aşkar etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06.05.2021-ci il tarixdən 18.05.2021-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda vitrində olan telefon ekranlarını oğurlamasını əks edən görüntüləri aşkar etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəyə zəng edərək mağazaya çağırmışdır. Təqsirləndirilən şəxs gələndən sonra ona mağazada olan məhsulların sırasından azalma olmasını, malların sayının əskik olmasını bildirmişdir. Təqsirləndirilən şəxs belə bir şeydən məlumatının olmadığını bildirdiyindən, ona oğurluq etməsini əks edən video görüntüləri göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs etdiyi əməli etiraf etmiş, “A4” kağızında oğurladığı telefon ekranlarının bir qisminin siyahısını yazaraq 20.05.2021-ci il tarixdə, saat 15:00-dək mağazaya geri qayıdıb oğurladığı telefon aksesuarlarını və ya 3.000 manat pulu geri qaytaracağını qeyd etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğurladığı aksesuarların ümumi qiymətinin 7.400 manat olduğunu bildirmiş, o da bununla razılaşmışdır. İlkin olaraq 3.000 manat, daha sonra 4.400 manat qaytarmağına söz vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir neçə dəfə zəng etsə də, onunla əlaqə saxlaya bilməmişdir. Həmçinin, həmin video görüntülərə digər işçilərin də şahidliyi ilə baxıldığını, təqdim edilmiş üç epizodlu video görüntülərdən başqa digər günlərdə olan görüntülərin də olduğunu, lakin mağazaya quraşdırılmış kameranın yaddaş tutumunun az olduğu üçün hissə-hissə az olaraq bu görüntülərin qaldığını bildirmişdir. Əlavə verilmiş suallara cavab olaraq 06.05.2021, 08.05.2021, 09.05.2021, 14.05.2021, 18.05.2021-ci il tarixlərdə Təqsirləndirilən şəxs oğurluq edən zaman yaddaş qurğusunda qeydə alınmış görüntülərə baxarkən yalnız 8 mayda qeydə alınmış görüntünün götürülməsi mümkün olmuş, digər tarixlərdə qeydə alınan görüntülər yaddaş qurğusunda olan texniki səbəbdən diskə yazılması mümkün olmamışdır. Oğurlanan əşyalar - 530 manat dəyərində iki ədəd “Samsung” markalı S8 modelli mobil telefona aid ekranları, 445 manat dəyərində bir ədəd “Samsung” markalı S10 modelli mobil telefona aid ekranı, 490 manat dəyərində bir ədəd “Samsung” markalı S10 plus modelli mobil telefona aid ekranı, 440 manat dəyərində bir ədəd “Samsung” markalı S20 modelli mobil telefona aid ekranı, 530 manat dəyərində bir ədəd “Samsung” markalı S20 ultra modelli mobil telefona aid ekranı, 440 manat dəyərində bir ədəd “Samsung” markalı Note 10 modelli mobil telefona aid ekranı, 360 manat dəyərində üç ədəd “Samsung” markalı A30S modelli mobil telefona aid ekranları, 650 manat dəyərində beş ədəd “Samsung” markalı A50 modelli mobil telefona aid ekranları, 300 manat dəyərində iki ədəd “Samsung” markalı A30 modelli mobil telefona aid ekranları, 240 manat dəyərində iki ədəd “Samsung” markalı A31 modelli mobil telefona aid ekranları, 320 manat dəyərində iki ədəd “Samsung” markalı A70 modelli mobil telefona aid ekranları, 450 manat dəyərində üç ədəd “Samsung” markalı A51 modelli mobil telefona aid ekranları, 1.000 manat dəyərində iyirmi ədəd “Samsung” markalı A10 modelli mobil telefona aid ekranları, 290 manat dəyərində bir ədəd “Samsung” markalı S9 modelli mobil telefona aid ekranı, 130 manat dəyərində bir ədəd “Samsung” markalı A40 modelli mobil telefona aid ekranı, 120 manat dəyərində bir ədəd “Samsung” markalı A20 modelli mobil telefona aid ekranı, 165 manat dəyərində bir ədəd “Samsung” markalı A71 modelli mobil telefona aid ekranı, 40 manat dəyərində bir ədəd “Samsung” markalı A01 modelli mobil telefona aid ekranı, 100 manat dəyərində bir ədəd “İphone XXX oled” markalı mobil telefon ekranını və 360 manat dəyərində üç ədəd “İphone XXX Hardovre” markalı mobil telefon ekranlarıdır (İ cild, i.v.43-45). İş materiallarında olan:  “Diskə baxış keçirilməsi haqqında” 30.10.2021-ci il tarixli protokola əsasən “Superfon” mağazasında quraşdırılmış kamera vasitəsilə 08.05.2021-ci il tarixdə, saat 09:13-dən saat 10:38-dək olan müddəti əhatə edən görüntülərə baxış keçirilir. Müəyyən edilir ki, Təqsirləndirilən şəxs mağazaya daxil olur, həmin vaxtı mağazada vitrin quraşdırılmış hissədə künc tərəfdə bir nəfər şəxs sanki yatmış kimi görünür. Təqsirləndirilən şəxs telefon üzlükləri olan hissəyə keçib hansısa sayda üzlükləri seçməklə öz qara rəngli gödəkçəsinin cibinə yığır (İ cild, i.v.119, disk);  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin  25.11.2021-ci il tarixli, 4/1574 saylı rəyinə görə ekspertizaya təqdim olunmuş 18.05.2021-ci il tarixli izahatın əlyazma mətni; standart kağız vərəqi üzərində “A71-1 əd A70-1 əd A51-1 əd A40-1 əd A30-1 əd X GX- 1 əd A3055-2 əd Təqsirləndirilən şəxs” yazıları - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 112 manat təşkil edir (cild İ, i.v.186-188);  29.10.2021-ci il tarixli, 9/7229 saylı rəyinə görə ekpertiza təyini haqqında qərarda göstərilən məlumatlara əsasən 2021-ci ilin may ayına olan 19 adda malların orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: Çin istehsalı olan “Samsung S8” mobil telefon ekranı - 265 manat (2 ədədi – 530 manat), “Samsung S10” mobil telefon ekranı - 445 manat, “Samsung S10 plus” mobil telefon ekranı – 490 manat, “Samsung S20” mobil telefon ekranı – 440 manat, “Samsung S20” ultra” mobil telefon ekranı – 530 manat, “Samsung Note10” mobil telefon ekranı – 440 manat, “Samsung A30S” mobil telefon ekranı – 120 (3 ədəd -360 manat), “Samsung A50” mobil telefon ekranı – 130 manat (5 ədəd – 650 manat), “Samsung A30” mobil telefon ekranı – 150 (2 ədəd – 300 manat), “Samsung A31” mobil telefon ekranı – 120 manat (2 ədəd – 240 manat), “Samsung A70” mobil telefon ekranı – 160 manat (2 ədəd – 320 manat), “Samsung A51” mobil telefon ekranı – 150 manat (3 ədəd – 450 manat), “Samsung A10” mobil telefon ekranı – 50 manat (20 ədəd – 1.000 manat), “Samsung S9” mobil telefon ekranı – 290 manat, “Samsung A40” mobil telefon ekranı – 130 manat, “Samsung A20” mobil telefon ekranı – 120 manat, “Samsung A71” mobil telefon ekranı – 165 manat və “Samsung A01” mobil telefon ekranı – 40 manat. Digər 3 ədəd “İphone XXX Hardovre” mobil telefonların ekranları haqqında kifayət qədər məlumat olmadığına görə qiymətləndirmə aparmaq mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (cild İ, i.v.204-206);  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 Stasionar məhkəmə psixiatrik ekspertizasının 19.01.2022-ci il tarixli, 03 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs “Üzvi şəxsiyyət pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi üzvi şəxsiyyət pozuntusunun gedişində hal-hazırda natamam kompensasiya vəziyyəti müəyyən edilir. Buna görə də onun əməli Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs müəyyən edilən xroniki psixi patologiya ambulator şəraitdə medikamentoz korreksiya olunmalı və sosial reabilitasiya tədbirləri keçirilməlidir. Odur ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkməsi səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya anlaqlılığı istisna etməyən psixi pozuntu hesab edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür (cild İ, i.v.208-211);  Zərərçəkmiş şəxs tərəfindən Nəsimi Rayon Polis İdarəsinə ünvanlanmış ərizədə Təqsirləndirilən şəxs atası tərəfindən ona vurulmuş ziyanın əvəzi olaraq 7.400 manat ödənildiyindən, onun Təqsirləndirilən şəxs qarşı şikayətinin olmaması göstərilir (cild İ, i.v.210);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27.09.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.31);  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.11.2021-ci il tarixli, 4(006)- 471/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29.10.2021-ci il tarixdən hesablanmışdır (cild İ, i.v.114-117);  “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs İİİ dərəcəli əlildir yoxdur (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Cinayət Məcəlləsinin 22.1-ci maddəsinə müvafiq olaraq anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmasını Cinayət Məcəlləsinin 59.1.9 və 59.1.12-ci maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və onun cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 04 ay 18 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəsini alanadək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 162 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə o da müəyyən edilir ki, Təqsirləndirilən şəxs əziyyət çəkdiyi üzvi şəxsiyyət pozuntusunun gedişində onda hal-hazırda natamam kompensasiya vəziyyəti mövcuddur. Təqsirləndirilən şəxs müəyyən edilən xroniki psixi patologiya ambulator şəraitdə medikamentoz korreksiya olunmalı və sosial reabilitasiya tədbirləri keçirilməlidir. Cinayət Məcəlləsinin 22.2-ci maddəsinə müvafiq olaraq anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu şəxs olduğu üçün onun barəsində Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu tədbir cəza müddəti ərzində cəzanı icra edən orqan tərəfindən həyata keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs həbsdə olduğu 04 (dörd) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Masallı rayonu, Bədəlan kəndini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Masallı rayonu (tibbi xarakterli məcburi tədbir ilə əlaqədar Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasına getmək istisna olmaqla) ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbir tədbiq edilsin. Cəzanın və məcburi tədbirin icrası Masallı rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 162 (yüz altmış iki) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar