Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-149/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Şahid2, Müdafiəçi “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X4 iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Tovuz rayonu, Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Düz Qırıqlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X9 on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, X9 2023-cü ilin mart ayında «İnstagram» sosial şəbəkəsi vasitəsilə tanış olduğu 14 avqust 2007-ci il təvəllüdlü on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə tanış olduqdan sonra mütəmadi telefon əlaqəsi yaradaraq 10 mart 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Həzi Aslanov” metrostansiyasında Zərərçəkmiş şəxs ilə görüşüb sonuncunu kirayədə yaşadığı ünvan 1 ünvanına apararaq həmin gün saat 14:30 radələrində bir dəfə, 10 may 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Gənclik Parkı”nda görüşüb sonuncunu kirayədə yaşadığı həmin mənzilə apararaq 11 may 2023-cü il tarixdə saat 01 radələrindən saat 07 radələrinədək olan müddət ərzində qeyd olunan mənzildə iki dəfə olmaqla, aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs könüllü razılığı əsasında sonuncu ilə ümumilikdə üç dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X9 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə təxminən 17 fevral 2023-cü il tarixdə “İnstaqram” sosial şəbəkəsində tanış olmuşdur. Tanışlıqlarından sonra aralarında sevgi münasibətləri yaranmışdır. Bir neçə gün onunla danışdıqdan sonra təxminən 09 mart 2023-cü il tarixində Günellə danışan zaman Günel ona demişdir ki, evlərindən çıxacaq, səbəbi də valideynlərinin onu Psixiatrik xəstəxanaya yerləşdirmək istəməsidir. Ona görə də razılaşmışlar ki, təxminən saat 22:30 radələrində metronun “H.Aslanov” stansiyasında görüşsünlər. O, razılaşdıqları saatda orada olmuş və Günellə görüşüb sonuncunu kirayədə yaşadığı, ünvan 2 ünvanına aparmışdır. Həmin vaxt evdə dostları Murad və Nihad olmuşdur. Bir müddət danışdıqdan sonra o, Günellə bir otaqda, Muradla Nihad isə digər otaqda yatmışdır. Həmin gecəni bir yerdə yatmışlar, öpüşmüşlər, ancaq cinsi əlaqədə olmamışlar. Lakin 10 mart 2023-cü il tarixdə, təxminən saat 14:30 radələrində Muradla Nihad işdə olduqları zaman kirayədə yaşadığı, yuxarıda qeyd etdiyi ünvanda 1-ci dəfə Günellə öz razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxt o, Günelin bakirə olmadığına bir daha əmin olmuşdur. Belə ki, o, Günellə cinsi əlaqədə olmamışdan əvvəl, danışdıqları zaman Günel ona demişdir ki, ondan əvvəl özü saç darağının dəstəyi ilə bakirəliyini pozmuşdur. 10 mart 2023-cü il tarixindən 11 mart 2023-cü il tarixinə keçən gecə yenə də onun kirayədə yaşadığı evdə qalmışlar.11 mart 2023-cü il tarixdə Günel xalasına mesaj yazıb onunla danışmış və xalasının evinə getmişdir. Bundan sonra o, Günellə “instaqram”da danışmışdır. 10 may 2023-cü il tarixdə, saat 15:00 radələrində Günel onunla danışarkən onu saat 21:00 radələrində Xətai rayonu, C.Həsənov küçəsində yerləşən “Gənclik Parkında” görüşə dəvət etmişdir. O, razılaşdıqları vaxtda “Gənclik Parkına” getmiş və saat 22:30 radələrinədək parkda gözləmiş, lakin Günel gəlməmişdir. O da taksi ilə dostlarının yanına getmişdir. Təxminən saat 00:20 radələrində yaşadığı evə gedərkən, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən 35 saylı orta məktəbin qarşısında təsadüfən Günellə rastlaşmış və onun yaşadığı evə getmişlər. Gecəni o, Günellə bir otaqda yatmışdır. Həmin gecə bir yerdə yatdıqları zaman cinsi əlaqədə olmamışlar. Ancaq 11 may 2023-cü il tarixdə təxminən saat 12:30 radələrində bir dəfə saat 16:00 radələrində Günellə öz lazılıgı ilə təbii yolla cinsi əlaqədə olmuşdur. 11 may 2023-cü il tarixdə, saat təxminən 20:00 radələrində Günelin rəfiqəsi Ayşə mesaj yazmışdır ki, onunla birlikdə onunla görüşsünlər. O da razılaşmış və saat 22:00 radələrində “28 Mall” ticarət və əyləncə mərkəzinin daxilində, 2-ci mərtəbədə Ayşə ilə görüşmüşlər. Həmin vaxt orada Ayşənin sevgilisi və dostu da olmuşdur. Onlar “28 Mall” ticarət və əyləncə mərkəzindən çıxıb yaxınlıqda yerləşən “Başkent” restoranında əyləşmişlər. Orada söhbət etdikdən sonra Günel Ayşəgilə getmiş, o isə evə qayıtmışdır. 12 may 2023-cü il tarixdə saat 12:05 radələrində o, Günelin onun yaşadığı evdə qalan çantasını götürüb Ayşənin evinə getmişdir. Ora çatanda görmüşdür ki, Günelin anası Gülşən də oradadır. Onlar Ayşəgilin evində danışdıqları zaman Xətai RPİ-nin əməkdaşları gəlib onları Xətai RPİ-nin 36-cı PB-yə gətirmişlər. Daha sonra ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf edərək peşman olmasını və zərər çəkmiş şəxsə barışıb, nişanlı olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı ilə yanaşı, zərərşəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “İnstaqram” sosial şəbəkəsində X9 ilə tanış olmuş və onunla yazışmağa başlamışdır. Vüqarla bir həftə yazışdıqdan sonra təxminən iki ay bundan əvvəl 1-ci dəfə metronun “Həzi Aslanov” stansiyasının daxilində görüşmüşlər və Vüqar onu dostları ilə yaşadığı, metronun “28 May” stansiyası yaxınlığında, dəqiq ünvanını bilmədiyi evə aparmışdır. O, evə daxil olanda evdə Vüqarın adını bilmədiyi dostları da mənzildə olmuşdur. Həmin günün gecəsi Vüqarın evində qalmışdır. Ancaq o, Vüqarla getməyi barədə ailə üzvlərindən heç kimə bildirməmişdir. Gecə Vüqarla o, bir otaqda yatmışlar, dostları isə digər otaqda yatmışlar. Həmin gecə Vüqar onunla öpüşsə də cinsi əlaqədə olmamışdır. İki gün Vüqarın dostları ilə birlikdə həmin evdə qalmışdır. İki gündən sonra o, xalasına mesaj yazıb valideynlərini xəbər almışdır. Sonradan xalasının evinə getmiş və orada olarkən anası Gülşən xalasıgilə gəlib onu metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən, adını bilmədiyi kiçik bir yerdə işləyən, adını bilmədiyi ginekoloq həkimin yanına aparmışdır. Orada həkim bildirmişdir ki, azyaşlı uşaqlara baxmır. Bundan sonra anası onu yaşadıqları evə aparmışdır. Axşam o, Vüqarla telefonla danışıb baş verən hadisələri danışmışdır. Təxminən 2 ay Vüqarla danışmışlar, ancaq valideynləri onu evdən bayıra buraxmadıqlarına görə görüşə bilməmişlər. 10 may 2023-cü il tarixdə, saat 15:00 radələrində Vüqarla danışıb razılaşdıqları kimi saat 22:00 radələrində Xətai rayonu, C.Həsənov küçəsində yerləşən “Gənclik Parkında” görüşmüşlər. Vüqar da onu evlənmək məqsədi ilə yenə də metronun “28 May” stansiyası yaxınlığında yerləşən evə aparmışdır. Orada gecəni Vüqarla bir otaqda yatmışdır. Həmin gecə, yəni 11 may 2023-cü il tarixdə, təxminən saat 01:20 radələrində öz razılığı ilə Vüqar onunla təbii yolla cinsi əlaqədə olmuş və yatmışlar. Həmin günü təxminən saat 07:30 radələrində Vüqar 2-ci dəfə onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin günü Vüqarla birlikdə evdə olmuşlar. Təxminən saat 20:00 radələrində rəfiqəsi Ayşə ona mesaj yazmışdır ki. Vüqarla birlikdə onunla görüşsünlər. Vüqarla o saat 22:00 radələrində “28 Mall” ticarət mərkəzinin daxilində, 2-ci mərtəbədə Ayşə ilə görüşmüşlər. Həmin vaxt Ayşədən başqa orada Ayşənin tanımadığı sevgilisi və dostu da olmuşdur. Onlar “28 Mall” ticarət mərkəzindən çıxıb yaxınlıqda yerləşən, adını bilmədiyi kafedə əyləşmişlər. Orada söhbət etdikdən sonra o, Ayşəgilə getmişdir. Vüqar da yaşadığı evə getmişdir. Gecəni Ayşəgilin evində yatmışdır. Səhəri günü, yəni 12 may 2023-cü il tarixdə saat 12:00 radələrində anası Ayşəgilə gəlmişdir. Həmin vaxt Vüqara zəng edib Ayşəgilin evinə dəvət etmişlər. Vüqar da gəlmişdir. Anası Vüqarla bir neçə dəqiqə onunla olan sevgisinin ciddi olub-olmadığını xəbər almış və bu məzmunda danışdıqları zaman Xətai RPl-nin əməkdaşları gəlib Vüqarla onu Xətai RPİ-nin 36-cı PB-yə gətirmişdir. Daha sonra təqsirləndirilən şəxslə barışıb, nişanlandığını və sonuncudan şikayətinin olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Günelin anasıdır. Günelin ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olmasından onun əvvəllər məlumatı olmamışdır. 2023-cü ilin mart ayında qızı Günel evdən çıxaraq geri qayıtmamışdır. Bir neçə gün sonra qızı Günelin bacısıgilin evində olduğunu öyrənmiş, bacısının evinə getmiş və orada qızı Güneli götürüb yaşadıqları evə gətirmişdir. Həmin vaxt qızı Güneli ginekoloq həkimin yanına aparsa da, həmin həkim qızının bəkarətinin pozulub-pozulmamasını yoxlamaqdan imtina etmiş, qızının yetkinlik yaşına çatmadığını demişdir. Günelin özündən bu barədə soruşduqda, o bəkarətinin pozulmadığını və heç kimlə cinsi əlaqədə olmadığını demişdir. Güneli evə gətirdikdən sonra qızının Vüqar adlı şəxslə “instaqram” sosial şəbəkəsində tanış olmasını öyrənmişdir. Təxminən 2 ay sonra 2023-cü ilin may ayında Günel yenə də evdən qaçmışdır. Həmin vaxt Güneli axtarsalar da tapa bilməmişlər, buna görə Günelin rəfiqəsi Ayşə ilə əlaqə saxlamışlar. Ayşə sonradan Güneli öz yaşadığı evə çağırmış və o, Ayşəgilin evinə getdikdə orada Günelin Vüqar adlı şəxslə qaçıb birlikdə yaşamalarını öyrənmişdir. Həmin vaxt Günellə söhbət edən zaman Günel Vüqar adlı şəxslə cinsi əlaqədə olduğunu demişdir. O, Ayşəgilin evində olarkən oraya Vüqar adlı şəxsi çağırmışlar. Vüqar gəldikdə həmin şəxsin X9 olmasını öyrənmişdir. Vüqarla evdə söhbət edən zaman sonuncu Günelin könüllü olaraq yanına qaçdığını demişdir. Qeyd etmişdir ki, həmin vaxt əri artıq Xətai RPİ-yə şikayət etmiş və onlar Ayşəgilin evində olarkən polis əməkdaşları gəlib onları Xətai RPİ-nin 36-cı polis bölməsinə gətirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X9 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.90); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v.108-109); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə X9 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.110-111); - “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X4 Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olduğu mənzil ünvan 3 ünvanda yerləşir (i.v.23-29); - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 24 may 2023-cü il tarixli, 207 №-li canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol saidin iç səthində və döş qəfəsinin ön səthində aşkar edilmiş cızıqlar iti uca və ya iti kənara malik olan alətin (alətlərin), ola bilsin lezvanın təsirindən törənmişlər, törənmə müddəti müayinədən 1-2 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan verir. Günel Abdlullayevada arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir (i.v.42-45); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 X8 Məhkəmə Psixiatrik Ekspertizasının 07 dekabr 2023-cü il tarixli, 3407 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Zərərçəkmiş şəxs əvvəllər hər hansı psixi xəstəlik keçirməmişdir. Zərərçəkmiş şəxs hər hansı psixi pozuntu qeyd olunmadığından və cinayət işi üzrə zərərçəkmiş şəxs qismində keçdiyindən onun barəsində məcburi müalicə tətbiq edilə bilməz. Zərərçəkmiş şəxs hal-hazırda psixiatrik müalicəyə ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində keçdiyindən onun anlaqlı olub-olmaması müəyyən edilə bilməz. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, inadkarlıq, eqosentrizm və sair kimi xarakter əlamətləri müəyyən edilir. Belə ki. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində özünə xəsarət yetirməyə meyillik əlamətləri inkar edilmir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurma əlamətləri müşahidə edilmədi. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğun olduğundan o, etdiyi hərəkətləri adekvat olaraq qavrayıb onların mahiyyətini dərk etmək qabiliyyətinə və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, X9 əvvəllər məhkum olunmamışdır (i.v.94). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə cinayət məsuliyyətini müəyyən edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X9 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X10 oğlunun əməlini səmimi etiraf edərək peşman olmasını, ilk dəfə cinayət törətməsini və zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayəti təkrar törətmıəsi cəzasını ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən X5 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı saxlanıldığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, X4 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, X9 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, X4 azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X5 göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 mart 2024-cü il tarixdən hesablansın. X4 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. X4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X5 göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-149/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-149/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver