Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-149/2025 18.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs2 və onun müdafiəçiləri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində aradan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin təsisçisi və direktoru işləyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu ərazisində müxtəlif ünvanlarda kirayə yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1 və 244.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama, eyni zamanda gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 2021-ci ilin sonundan 03 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmaqla, tamah məqsədilə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə və saxlama barədə Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan qardaşı Süleyman adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 qardaşı Süleymanla birlikdə şifahi razılıq əsasında icarə olaraq işlətdikləri Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsi 1030 saylı ünvanda yerləşən "Vindu" idman və sağlamlıq mərkəzinin masaj salonunun otaqlarını 2021-ci ilin sonundan cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etmiş, bundan sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Süleyman adlı şəxs tanışları - fahişəliklə məşğul elan Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 03 oktyabr 2023-cü il tarixədək həmin masaj salonunda kişi müştərilərinə intim xidmətlər göstərmələrinə şərait yaratmış, bunun müqabilində hər müştəridən 30-130 manat məbləğində pul almaqla ödənişli əsaslarla qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmə barədə Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan qardaşı Süleyman adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qardaşı Süleyman ilə birlikdə şifahi razılıq əsasında icarə olaraq işlətdikləri Bakı şəıəri, Nəsimi rayonu, X15 küçəsi 1030 saylı ünvanda yerləşən “Vindu" idman və sağlamlıq mərkəzinin masaj salonunda 2021-ci ilin sonlarından 03 oktyabr 2023-cü il tarixə kimi olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs4 kişi müştərilərlə 30-100 manat məbləğində pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə otaq və fahişə təşkil etdiklərinə görə 30-130 manat məbləğlərdə özlərinə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs4 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmə barədə Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan qardaşı Süleyman adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qardaşı Süleymanla birlikdə şifahi razılıq əsasında icarə olaraq işlətdikləri Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsi 1030 saylı ünvanda yerləşən “Vindu” idman və sağlamlıq mərkəzinin masaj salonunda 2023-cü ilin aprel ayından 03 oktyabr 2023-cü il tarixə kimi olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs5 kişi müştərilərlə 50-100 manat məbləğində pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə otaq və fahişə təşkil etdiklərinə görə 30-130 manat məbləğlərdə özlərinə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs5 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmə barədə Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan qardaşı Süleyman adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qardaşı Süleymanla birlikdə şifahi razılıq əsasında icarə olaraq işlətdikləri Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsi 1030 saylı ünvanda yerləşən “Vindu” idman və sağlamlıq mərkəzinin masaj salonunda 2023-cü ilin avqust ayının ortalarından 03 oktyabr 2023-cü il tarixə kimi olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs1 kişi müştərilərlə 50-100 manat məbləğində pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə otaq və fahişə təşkil etdiklərinə görə 30-130 manat məbləğlərdə özlərinə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmə barədə Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan qardaşı Süleyman adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qardaşı Süleymanla birlikdə şifahi razılıq əsasında icarə olaraq işlətdikləri Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsi 1030 saylı ünvanda yerləşən “Vindu" idman və sağlamlıq mərkəzinin masaj salonunda 2023-cü ilin avqust ayının sonlarından 03 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs3 kişi müştərilərlə 50-100 manat məbləğində pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə otaq və fahişə təşkil etdiklərinə görə 30-130 manat məbləğlərdə özlərinə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs3 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmə barədə Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan qardaşı Süleyman adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qardaşı Süleymanla birlikdə şifahi razılıq əsasında icarə olaraq işlətdikləri Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsi 1030 saylı ünvanda yerləşən "Vindu” idman və sağlamlıq mərkəzinin masaj salonunda 2023-cü ilin sentyabr ayının sonlarından 03 oktyabr 2023-cü il tarixə kimi olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs2 kişi müştərilərlə 30-130 manat məbləğində pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə otaq və fahişə təşkil etdiklərinə görə 50-100 manat məbləğlərdə özlərinə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama eyni zamanda gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin sonundan 03 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmaqla, tamah məqsədilə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə və saxlama barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 qardaşı şəxsiyyəti istintaqla araşdırılan Süleyman adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 inzibatçı olaraq işlədiyi, Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsi 1030 saylı ünvanda yerləşən "Vindu" idman və sağlamlıq mərkəzinin masaj salonunun otaqlarını 2021-ci ilin sonundan cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etmiş, bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Süleyman adlı şəxs tanışları - fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 03 oktyabr 2023-cü il tarixədək həmin masaj salonunda kişi müştərilərinə intim xidmətlər göstərmələrinə şərait yaratmış, bunun müqabilində hər müştəridən 30-130 manat məbləğində pul almaqla ödənişli əsaslarla qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmə barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 qardaşı şəxsiyyəti istintaqla araşdırılan Süleyman adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən inzibatçı olaraq işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsi 1030 saylı ünvanda yerləşən “Vindu" idman və sağlamlıq mərkəzinin masaj salonunda 2021-ci ilin sonlarından 03 oktyabr 2023-cü il tarixə kimi olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs4 kişi müştərilərlə 30-100 manat məbləğində pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə otaq və fahişə təşkil etdiklərinə görə 30-130 manat məbləğlərdə özlərinə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs4 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmə barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 qardaşı şəxsiyyəti istintaqla araşdırılan Süleyman adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən inzibatçı olaraq işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsi 1030 saylı ünvanda yerləşən “Vindu" idman və sağlamlıq mərkəzinin masaj salonunda 2023-cü ilin aprel ayından 03 oktyabr 2023-cü il tarixə kimi olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs5 kişi müştərilərlə 50-100 manat məbləğində pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə otaq və fahişə təşkil etdiklərinə görə 30-130 manat məbləğlərdə özlərinə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs5 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmə barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 qardaşı şəxsiyyəti istintaqla araşdırılan Süleyman adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən inzibatçı olaraq işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsi 1030 saylı ünvanda yerləşən “Vindu" idman və sağlamlıq mərkəzinin masaj salonunda 2023-cü ilin avqust ayının ortalarından 03 oktyabr 2023-cü il tarixə kimi olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs1 kişi müştərilərlə 50-100 manat məbləğində pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə otaq və fahişə təşkil etdiklərinə görə 30-130 manat məbləğlərdə özlərinə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmə barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 qardaşı şəxsiyyəti istintaqla araşdırılan Süleyman adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən inzibatçı olaraq işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsi 1030 saylı ünvanda yerləşən “Vindu” idman və sağlamlıq mərkəzinin masaj salonunda 2023-cü ilin avqust ayının sonlarından 03 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs3 kişi müştərilərlə 50-100 manat məbləğində pulun müqabilində cinsi əlacədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə otaq və fahişə təşkil etdiklərinə görə 30-130 manat məbləğlərdə özlərinə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs3 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmə barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 qardaşı şəxsiyyəti istintaqla araşdırılan Süleyman adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən inzibatçı olaraq işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsi 1030 saylı ünvanda yerləşən "Vindu" idman və sağlamlıq mərkəzinin masaj salonunda 2023-cü ilin sentyabr ayının sonlarından 03 oktyabr 2023-cü il tarixə kimi olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs2 kişi müştərilərlə 30-130 manat məbləğində pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə otaq və fahişə təşkil etdiklərinə görə 50-100 manat məbləğlərdə özlərinə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2009-2014-cü illər ərzində "xxxx" MMC-yə məxsus ünvan 8 ünvanında yerləşən “Vindu” idman zalında mühafizəçi kimi işləmiş, 2014-cü ildən sonra isə orada fitnes üzrə məşqçi kimi fəaliyyət göstərmişdir. O, əmək müqaviləsi üzrə işləmiş, lakin həmin yer onun əsas yox, əlavə iş yeri olmuşdur. Onun aylıq əmək haqqı 140 manat olmuş, həmçinin hər fərdi məşqə görə müştəridən 100 manat pul almış, onlar üçün yemək proqramı hazırlamış, onların məşqlərinə nəzarət etmişdir. Onun qardaşı Süleyman Abdullayev də 2009-2011-ci illər ərzində qeyd olunan “Vindu” idman sağlamlıq mərkəzinin idman zalında məşqçi kimi fəaliyyət göstərmişdir. Həmin obyekt idman, sağlamlıq və bərpa mərkəzi kimi fəaliyyət göstərmişdir. Onun tərkibində masaj xidməti də olmuşdur. Belə ki, idmanla məşğul olan şəxslərə bəzən masaj etdirmək zərurəti də olmuşdur. O, həmin mərkəzə səhər vaxtı gəlmiş, məşqlərə yazılan olub-olmadığını soruşmuş, heç kim olmayanda isə 5-10 dəqiqə orada olmuş, sonra çıxıb getmişdir. Həmçinin "xxxx" MMC-nin rəhbərliyi mərkəzdə yığılan pulları götürüb onlara təhvil verməyi ona həvalə etdiyi üçün plan üzrə verməli olduqları pulun şirkətə verilməsini həyata keçirmişdir. Pulu adətən "xxxx" MMC-nin mühasibi Şahid2 adlı şəxs gəlib götürmüş, bəzən isə ondan xahiş edəndə, o, pulu özü aparıb şirkətə vermişdir. Təqsirləndirilən şəxs1 adlı şəxsi uzun illərdir ki, tanıyır. Belə ki, İqor onlarla qonşuluqda yaşamışdır. İqorun evlə problemi olmuş, evini itirdikdən sonra ona kömək etməsi üçün qardaşı Süleymana müraciət etmiş, Süleyman da ondan xahiş etmişdir ki, İqora qalmağa yer və iş tapsın. O da İqoru həmin idman zalına gözətçi kimi işə düzəltmişdir ki, həm orada qalsın, həm də gecə idman zalına nəzarət etsin. Lakin İqor bundan başqa gündüzlər orada kassir kimi də fəaliyyət göstərmiş, həmçinin təsərrüfat işləri ilə məşğul olmuşdur. İqorun maaşı barədə və əmək müqaviləsinin olub-olmaması barədə onun məlumatı olmamışdır. İqor idman zalından aylıq yığılan pulları ona vermiş, o da həmin pulları aparıb "xxxx" MMC-də olan Şahid2 adlı mühasibə vermişdir. “Vindu” idman sağlamlıq mərkəzində qadınların fahişəliyə cəlb edilməsi və əxlaqsız yuvanın saxlanılması, orada masaj xidməti göstərən qadınların işə kim tərəfindən götürülməsi ilə bağlı onun məlumatı olmamışdır. Həmçinin o, həmin qadınlarla heç vaxt ünsiyyətdə olmamışdır. “Vindu” idman sağlamlıq mərkəzində əxlaqsız yuva saxlanılmamış və heç kim fahişəliyə cəlb olunmamışdır. Həmçinin, əməliyyat tədbiri keçirilən vaxt o, mərkəzdə olmamışdır. Daha sonra ona qarşı irəli sürülən ittiham üzrə təqsirli olmadığını bildirərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 və Süleyman Abdullayevlə eyni məhəllədə yaşamışdır, aralarında 10-20 yaş fərq olmuşdur. X5 adlı dostunun arvadı xərçəng xəstəliyindən vəfat etmiş və 3 uşaq onun himayəsində qaldığı üçün ondan xahiş etmişdir ki, kredit götürməkdə ona kömək etsin və onun üçün zamin dursun. O da razılaşmışdır. Lakin 28 avqust 2021-ci il tarixində dostu Fərid avtomobil qəzası nəticəsində həlak olduğu üçün bütün borc ondan tələb olunmuş və bu səbəbdən 2022-ci ildə o, evini itirmişdir. O, iş tapmaq üçün Süleymandan kömək istəmiş, Süleyman da bu barədə qardaşı Seymura demişdir. Seymur da onu "xxxx" MMC-yə məxsus “Vindu” idman sağlamlıq mərkəzində gözətçi kimi işə düzəltmişdir. O, əvvəllər orada gecələr gözətçi kimi işləmiş, sonralar kassaya nəzarət etmək ona həvalə olunmuş və o da kassaya yığılan pulları götürüb Məhəmməd adlı şəxsə təhvil vermişdir. Məhəmməd qəbzlərə əsasən pulları saymış və götürmüşdür. Kassada olan pulu bəzən də Seymura vermiş, Seymur da aparıb "xxxx" MMC-nin ofisində Məhəmmədə vermişdir. O, mərkəzdə həm də təsərrüfat işləri ilə məşğul olmuş, xadimələrin işinə nəzarət etmiş, zibilləri atmış, həmçinin xırda təmir işləri ilə məşğul olmuşdur. Mərkəzdə həm də müalicəvi masaj xidmətləri göstərilirmişdir. Belə ki, idmançılar və ya masaja ehtiyacı olan xəstələr gəlib orada masaj olunurdular. Masaj üçün gələn şəxslər preyskurant üzrə ödəniş etdikdən sonra masaj olunan yerə keçib orada masaj olunmuş və orada sırf masaj xidməti göstərilmiş, başqa hər hansı bir xidmət göstərilməmişdir. O, “Vindu” idman sağlamlıq mərkəzində 2021-ci ilin dekabr ayından 2023-cü ilin noyabr ayına kimi işləmiş, lakin sonra səhhəti ilə bağlı özü könüllü olaraq işdən çıxmışdır. Həmçinin bildirmişdir ki, orada işlədiyi dövrdə onunla şirkət arasında əmək müqaviləsi bağlanmamışdır. Belə ki, o, evsiz və işsiz qaldığı üçün kömək məqsədilə onu müvəqqəti olaraq işə götürmüşdülər. Bundan başqa bildirmişdir ki, Təqsirləndirilən şəxs2 qardaşı Süleyman Abdullayev xarici ölkədə yaşamış, ildə 1-2 dəfə Azərbaycana gəlmişdir. Onun mərkəzdə işlədiyi dövrdə Süleyman Abdullayev orada işləməmişdir. Bundan başqa, o, masaj xidməti göstərən qadınları əvvəllər tanımamış, həmin qadınların işə götürülməsində hər hansı bir rolu olmamışdır. Ümumiyyətlə mərkəzdə işçilərin işə qəbulu məsələsi ilə heç vaxt məşğul olmamışdır. 03 oktyabr 2023-cü il tarixində keçirilmiş əməliyyat tədbiri zamanı mərkəzdə 4 nəfər qadın işçi və 2 nəfər müştəri olmuşdur. Belə ki, müştərilər mərkəzə daxil olub ödəniş etmiş və masaj etdirməyə getmişlər. Təxminən saat 19:00 radələrində 10-15 nəfər şəxs şəxs zala daxil olmuş, o, hətta həmin şəxslərin məşq üçün gəldiklərini fikirləşmişdir. Resepşnda əyləşən xanım gələn şəxsləri qarşılamış, lakin həmin şəxslər heç bir sənəd göstərmədən onlara olduqları yerdən tərpənməmələrini tapşıraraq mərkəzdə hər yerə baxmağa başlamışlar. Təxminən 30 dəqiqə-1 saat sonra həmin şəxslər onları İnsan X14 Baş İdarəsinə aparmış, səhər saat 4-ə kimi orada saxlamış və sonra buraxmışlar. Həmin hadisədən 8 ay keçdikdən sonra saat təxminən 17:30 radələrində polis əməkdaşları onu küçədə saxlamış və axtarışda olduğunu bildirərək onu Nəsimi Rayon Polis İdarəsinə, oradan da İnsan X14 Baş İdarəsinə aparmış və orada onu 3 gün zirzəmidə saxlamışlar. Ona nə üçün saxlanıldığını bildirməmiş, həmçinin telefonla zəng etməyə icazə verməmişlər. Birinci gün ona heç nə verməmiş, ikinci gün isə yemək vermişlər. Tərcüməçi gəldikdən sonra ona məlum olmuşdur ki, onu fahişəliyə cəlb etməyə, əxlaqsız yuva saxlamağa görə ittiham edirlər. Üçüncü gün isə tərcüməçi olmamış, ona boş vərəqlər verilərək həmin vərəqlərə imza etməsi, əks halda istintaq təcridxanasına aparılacağı bildirilmiş, o da həmin günü təzyiqi qalxdığı və halı pis olduğu, həmçinin oradan çıxıb özünə vəkil tutmaq istədiyi üçün verilən boş vərəqləri imzalamışdır. Daha sonra ona qarşı irəli sürülən ittiham üzrə təqsirli olmadığını bildirərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2023-cü avqust ayının ortalarında ünvan 9 ünvanında yerləşən "Vindu" masaj salanonunun qarşısında olduğu zaman masaj salonuna işçi axtarılmağı barədə elan yerləşdirildiyini görmüş, həmin vaxt o, masaj salonuna daxil olduqda orada onu Anya adlı şəxs qarşılamış, Anyaya masaj salonun çölünə yerləşdirdikləri elanla bağlı gəldiyini bildirmiş, orada Sergey ləqəbli İqor adlı şəxs də olmuş, o Anyaya əvvəllər də masajist işlədiyini, bu işdə yaxşı təcrübəsi olduğunu qeyd etmiş, bu zaman İqor bildirmişdir ki, burada hər müştəridən masaj və otaq üçün 30-130 manat arası pul alınacaqdır. Bu puldan ona hər hansı məbləğdə pul verilməyəcəkdir. İqor bildirmişdir ki, buraya müştərilər əsasən cinsi əlaqədə olmaq üçün gəlirlər. Onun öz qazancı hər müştəridən aldığı pul olacaqdır. Amma İqorun aldığı pul isə özünə qalacaqdır və oradan ona heç bir məbləğdə pul verməyəcəkdir. Oraya gələn müştərilər də salonun öz müştəriləri olacaq, yəni ki, müştəriləri masaj adı altında əslində intim əlaqədə olmaq üçün müxtəlif reklamlar vasitəsilə özləri cəlb etmişdirlər. Müştəri ilə də qiyməti intim əlaqədə olmaq üçün onun özü danışıb almış, İqor və Seymur adlı şəxs ona həmin müştəri ilə cinsi əlaqədə olmağı üçün şərait yaratmış və masaj üçün otaq təşkil etmişlər. Müştəridən pulu masaj adı ilə aldıqlarını, amma müştəriyə intim xidmətin də mövcud olduğunu, həmin pulu isə yalnız onunla danışaraq ola biləcəyini bildirmişlər. Onun da maddi vəziyyəti aşağı olduğu üçün İqorgilin dediyi bu təkliflə razılaşmış, o, İqor ilə razılaşdıqdan sonra İqor onu işə götürmüş, bundan sonra bir gündən bir səhər saat 10:00-da masaj salonuna gedib gecə saat 02:00-a qədər orada işləməyə başlamış, o, orada bir həftə işlədikdən sonra masaj salonunun müdiri Süleyman adlı şəxs masaj salonuna gəlib onlarla söhbət etmiş, Süleyman İqor ilə birlikdə bildirmişdir ki, masaj salonuna gələn müştərilər qadınlarla cinsi əlaqədə olmaq üçün gəlirlər, qadınlar müştərilərə etiraz etməsinlər və həmin şəxslərlə cinsi əlaqədə olsunlar. O, orada işlədiyi müddətdə Seymur adlı şəxsi də görmüş, ona bildirmişdirlər ki, Seymur Süleymanın qardaşıdır. Süleyman burada olmadığı üçün işləri Seymur idarə edir. Seymur demək olar ki, hər gün oraya gəlmiş, masaj salonunun mühafizəsini İqor adlı şəxs həyata keçirmiş, salonda olan şəxslər İqora Sergey deyə müraciət etmişlər. İqor bütün günü masaj salonunda qalmış, gecəni də elə masaj salonunda keçirmişdir. İqor səhərlər masaj salonunu açmış, gecələr isə bağlamışdır. İqor və Seymur da onlara masaj salonunda müştərilərlə cinsi əlaqədə olmalarını bildirmişlər. Buna İqorgilin özləri şərait yaratmışdır. Çünki İqorgil istəmirdilər ki, müştərilər masaj salonundan narazı getsinlər, İqorgil müştərilər masaj salonundan narazı getsələr həmin müştərilərin bir daha masaj salonuna gəlməyəcəklərini düşünürdülər. O, gün ərzində təxminən 1-2 nəfər müştəri ilə görüşüb cinsi əlaqədə olmuş, İqor müştəri ilə danışıb otağın və masaj adı altında ona çatacaq pulu müştəridən almış, müştəriyə intim xidməti isə qadınla danışıb ola biləcəyini bildirmişdir. Daha sonra müştəri orada olan qadınlardan birini seçmişdir. Seçdiyi qadınla da həmin şəxs masaj otağına daxil olmuş, ondan başqa Anya, Seva, Nastya və Məhsi ləqəbli qadınlar da orada olmuşdur. O, həmin qadınların əsl adlarını bilməmiş, onlar müştəri ilə otağa daxil olduqda müştəri ilə cinsi əlaqədə olmaq üçün pul danışmışlar. Müştəri ilə 50-100 manat müqabilində görüşüb cinsi əlaqədə olmuşlar. Həmin pul onlara qalmış, çünki İqor öz aldığı puldan onlara heç nə vermirmiş, ayın sonunda Seymur gələrək pulları İqordan təhvil alıb getmişdir. Bu qaydada 2023-cü ilin avqust ayının ortalarından xx.xx.2023-cü il tarixədək orada işləmiş, xx.xx.2023-cü il tarixdə salona bir nəfər tanımadığı şəxs gəlmiş və İqora otaq üçün 70 manat pulu ödədikdən sonra onunla birlikdə otağa keçmişdir. Müştəri cinsi əlaqədə olmaq istədiyini ona bildirdikdən sonra o, müştəri ilə 100 manat pul müqabilində görüşüb cinsi əlaqədə olmaq barədə razılaşmış, o müştəridən 100 manat pul almış, otaqdan çıxıb müştəriyə kofe gətirməyə gedən zaman qapını açanda polis əməkdaşlarını görmüşdür. polis əməkdaşları onları sorğu-sual etdikdən sonra həmin şəxsdən aldığı 100 manatı polis əməkdaşlarına təhvil vermiş, həmin pul zərfə qoyulacaq qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra polis əməkdaşları onları özləri ilə birlikdə polis idarəsinə dəvət etmişlər. Orada protokol tərtib edilmiş və izahat yazmışlar. İqor isə protokolu imzalamaqdan və izahat verməkdən imtina etmiş, bundan sonra onlar sərbəst buraxılmışlar. O, bundan əvvəl də 2019-cu ildə həmin masaj salonunda masajist olaraq işlədiyi üçün Süleyman onu özü şəxsən tanımışdır. Bir neçə ay işlədikdən sonra başqa yüksək maaşlı iş tapdığı üçün oradan ayrılmışdır. Amma həmin vaxt orada belə intim xidmətlər mövcud olmamışdır. İkinci dəfə gəldikdə isə belə mənzərə ilə qarşılaşmış, işsiz olduğundan və maddi cəhətdən sıxıntılıq çəkdiyi üçün İqor, Süleyman və Seymurun dedikləri şərtlərlə məcbur razılaşıb işləmişdir. Süleyman həmin obyektə gəldikdə işçilərin hamısını çağıraraq mütəmadi olaraq söhbətlər etmişdir. Müştərilərin ona intim xidmətə görə verdiyi pul şəxsən onun özündə qalmış və bunun müqabilində Süleymangilə pul verməmişdir. Onu konkret olaraq Süleyman adlı şəxsin başçılığı altında və Seymurun nəzarəti ilə İqor fahişəliyə cəlb etmişdir. İşlədiyi obyektin adı “Vindu" sağlamlıq mərkəzi kimi hər kəsə məlum olmuş, həmin mərkəz bir giriş hissədən ibarət olmuş, içəri girişdən girdikdən sonra sağ tərəfdə masaj otaqları, sol tərəfdə isə idman zalı olmuş, oraya gələr müştərilər masajist xanımlarla cinsi əlaqədə olmaq üçün gəlmiş, zalda məşq edənlərin də çoxu intim xidmətə görə gəlmiş, yəni hər kəs Vindunun masaj adı altında əslində əxlaqsızlıq yuvası olduğunu bilmiş, Təqsirləndirilən şəxs2 və qardaşı Süleyman həmin əxlaqsız yuvanı masaj salonu adı altında işlətmiş, Seymur İqoru oraya kassir kimi qoymuş və özü isə gündəlik olaraq gələrək yığılan pulları götürüb getmişdir. Zəhmət haqqlarını heç kim verməmişdir, çünki işə götürülərkən Seymur, İqor və Süleyman adlı şəxslərlə razılaşmaqlarına əsasən ancaq müştəri ilə cinsi əlaqədə olduqları üçün alınan pul ona qalmış, masajla bağlı alınan pulun isə onlara çatacağı bildirilmişdir. Daha sonra təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs3 qeyd etmişdir ki, 2023-cü ilin avqust ayının ortalarında Tik-tok sosial şəbəkəsində ünvan 9 ünvanında yerləşən "Vindu" masaj salonuna işçi axtarılmağı barədə elan yerləşdirildiyini görmüş, o həmin mobil telefonla əlaqə saxlasa da kiminlə danışdığını bilməmiş, həmin qadın onu qeyd olunan ünvanda yerləşən Vindu masaj salonuna dəvət etmiş, o həmin masaj saloruna getdikdə orada onu İqor adlı şəxs qarşılamış, salonda olan digər şəxslər İqora Sergey deyə müraciət etmişlər, İqorla danışdıqdan sonra Anya adlı qadın da oraya gəlmiş, İqor bildirmişdir ki, burada hər müştəridən masaj üçün və otaq üçün 30-130 manst arası pul alınacaqdır. Oradan ona hər hansı məbləğdə pul verilməyəcəkdir. İqor bildirmişdir ki, buraya müştərilər əsasən görüşüb cinsi əlaqədə olmağa gəlirlər. Onun öz qazancı hər müştəridən aldığı pul olacaqdır. Amma İqorun aldığı pul isə özünə qalacaqdır və oradan ona heç bir məbləğdə pul verməyəcəkdir. Oraya gələn müştərilər də İqorgilin öz müştəriləri olmuş yəni ki, müştəriləri masaj adı altında əslində intim əlaqədə olmaq üçün müxtəlif reklamlar vasitəsilə özləri cəlb etmişdirlər. Müştəri ilə də qiyməti intim əlaqədə olmaq üçün onun özü danışıb almışdır. İqor və Seymur adlı şəxs ona həmin müştəri ilə cinsi əlaqədə olmağı üçün şərait yaratdığını və masaj üçün otaq təşkil etdiyini bildirmişdir. Müştəridən pulu masaj adı ilə aldıqlarını amma müştəriyə intim xidmətində mövcud olduğunu həmin pulu isə yalnız onunla danışaraq ola biləcəyini bildirmişdirlər. Onun da maddi vəziyyəti aşağı olduğu üçün İqorgilin dediyi bu təkliflə razılaşmış, daha sonra İqor onu müdir dediyi Süleyman adlı şəxslə görüntülü danışdırmış, Süleyman onu gördükdən sonra işləməyinə razılıq vermiş, bundan sonra gündəlik olaraq səhər saat 10:00-da masaj salonuna gedib, gecə saat 02:00-a qədər orada işləməyə başlamış, orada işlədiyi müddətdə Seymur adlı şəxs də olmuş, ona bildirmişdirlər ki, Seymur Süleymanın qardaşıdır. Süleyman burada olmadığı üçün işləri Seymur idarə edir. Seymur demək olar ki, hər gün oraya gəlmiş, o gün ərzində təxminən 1-2 nəfər müştəri ilə görüşüb cinsi əlaqədə olmuşdur, İqor müştəri ilə danışıb otağın və masaj adı altında ona çatacaq pulu müştəridən almışdır. Müştəriyə intim xidməti isə onunla danışıb ola biləcəyini bildirmişdir. Daha sonra müştəri orada olan qadınlardan birini seçmiş, seçdiyi qadınla da həmin şəxs masaj otağına daxil olmuş, ondan başqa orada Anya, Nastya, Şeyla ləqbəli Sevinc və Məhsi olmuşdur. Müştəri ilə otağa daxil olduqda müştəri ilə cinsi əlaqədə olmaq üçün pul danışmışlar. Müştəri ilə 50- 100 manat arası pul müqabilində görüşüb cinsi əlaqədə olmuşlar. Həmin pul onlara qalmış, çünki İqor öz aldığı puldan onlara heç nə verməmişdir. Ayın sonunda Seymur gələrək pulları İqordan təhvil alıb getmiş, bu qaydada o 2023-cü ilin avqust ayının sonlarından xx.xx.2023-cü il tarixədək orada işləmişdir. xx.xx.2023-cü il tarixdə salona bir nəfər Əli adlı şəxs gəlmiş və İqora 70 manat pulu ödədikdən sonra onunla birlikdə otağa keçmiş, Əli ona cinsi əlaqədə olmaq istədiyini bildirdikdən sonra o Əli ilə 50 manat pul müqabilində görüşüb cinsi əlaqədə olmaq barədə razılaşmış, o Əlidən 50 manat pul almış. Əli ilə masaj otağında cinsi əlaqədə olan zaman otağa bir neçə mülki geyimli şəxs daxil olaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişdirlər. Onları sorğu-sual etdikdən sonra o Əlidən aldığı 50 manatı polis əməkdaşlarına təhvil vermiş, həmin pul zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra polis əməkdaşları bizi özləri ilə birlikdə polis idarəsinə dəvət etmişlər. Orada protokol tərtib edilmiş və izahat yazmışlar. İqor isə protokolu imzalamaqdan və izahat verməkdən imtina etmişdir. Bundan sonra onlar sərbəst buraxılmışlar. O, cinsi əlaqədə olduğu üçün müştəridən aldığı puldan çox vaxt həftəlik olaraq özünə yemək alması adı altında İqora 20-30 manat arası pul da vermişdir. Adi su içdiklərinə görə də iki gündən bir 10 manat İqora pul vermişlər. Onu konkret olaraq Süleyman adlı şəxsin başçılığı altında Seymur və İqor əlbir olaraq fahişəliyə cəlb etmişdir. Daha sonra təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir kı, 2022-ci ildə “Gənclik” işə düzəltmə mərkəzi vasitəsilə ünvan 10 ünvanında yerləşən "Vindu" masaj salonunda masajçı kimi işə düzəlmişdir. Orada onu Süleyman adlı şəxs qarşılayaraq işə götürmüşdür. Təxminən 1 ay işlədikdən sonra orada işləyən xanımlar yaxşı pul qazanmaq istəyirsə masaj üçün gələn müştərilərə intim xidmət də göstərməsini demişdir. Həmçinin Süleyman da ona bura gələn müştərilərin ən çox qadınlarla görüşüb cinsi əlaqədə olmağı üçün gəldiklərini demişdir. Ona 2 ay əmək haqqı verilmiş, lakin sonra əmək haqqı verilmədiyi üçün məcbur olub ora gələn müştərilərə intim xidmət də göstərmişdir. Süleyman müştəridən alınan otağa və masaja görə pulların ona qalacağını, intim xidmətə görə aldığı pulun isə özünə qalacağını demişdir. Guya hər masaja görə hər işçiyə 5 manat pul verilməli imiş. Amma həmin pulu da verməmişlər. Orada Süleymandan başqa onun qardaşı Seymur adlı şəxs də olmuşdur. Seymur həmin masaj salonuna gündəlik olaraq gəlmiş, orada kassir kimi işləyən İqordan gündəlik yığılan pulları götürüb çıxıb getmişdir. İqoru Seymur və Süleyman əvvəldən qonşu olduqları üçün və oradan tanıdıqlarından onu həm gözətçi, həm də kassir kimi işə götürmüşdülər. Ona da aylıq olaraq maaş verirmişlər. Orada Anya ləqəbini ona Süleyman qoymuşdur. Belə ki, Süleyman orada işləyən qadınlara öz adları ilə işləməməsini tapşırmış və hamısına ləqəb qoymuşdur. Beləcə oraya gələn müştərilər və işçilərin çoxu onu Anya deyə tanıyırmışlar. Süleyman çox vaxt xaricdə olduğu üçün ora ancaq kameralar vasitəsilə nəzarət etmişdir. Bu müddətdə də orada olan məsələlərin bir çox hissəsinə Seymur nəzarət etmişdir, İqor da orada yalnız pulların yığılmasına nəzarət edərək kassada oturmuşdur. Gələn müştəriləri növbəli şəkildə masaj işçiləri olan Seva, Məhsi, o və digər adlarını hazırda xatırlamadığı qadınlar qarşılayırmış, işçi olaraq gələn şəxsləri Süleyman özü birbaşa işə götürmüşdür. Süleyman orada olduqda işçiləri işə özü götürmüş, xaricdə olduqda isə işçiləri işə götürərkən İqora ona görüntülü zəng etməsini tapşırmışdır. O, işçilərin xarici görünüşünün əla olmasını İqora tapşırmış, gələn müştərilərin işçinin xarici görkəminə görə gəldiyini demişdir. O, bura gələn müştərilərin ən çox həmin işçilərlə cinsi olaqədə olması üçün gəldiyini vurğulamışdır. Buna görə də işçilərin gündəlik olaraq geyimlərinə və digər şeylərə nəzarət etməyi İqora tapşırmışdır. Həftədə bir dəfə hər işçinin istirahət günü olmuşdur. xx.xx.2023-cü il tarixdə də onun istirahət günü olmuş, sonradan polislərin həmin günü orada tədbir keçirdiklərini eşitmiş və artıq bundan sonra qorxub həmin iş yerinə getməmişdir. Sonradan isə “Vindu” masaj salonu adı altında fəaliyyət göstərən əxlaqsız yuvanın bağlandığını eşitmişdir. Daha sonra təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir kı, 2023-cü ilin sentyabr ayının sonlarında bir nəfər adını xatırlamadığı tanışı onu masajçı işləmək üçün “Vindu” masaj salonuna göndərmiş, o, həmin masaj salonuna getdikdə orada onu İqor qarşılamış, salonda olan digər şəxslər İqora Sergey deyə müraciət etmişlər. İqorla danışdıqdan sonra Anya adlı qadın da oraya gəlmiş, İqor bildirmişdir ki, burada hər müştəridən onunla cinsi əlaqədə olmaq üçün və otaq üçün 30-130 manat arası pul alınacaqdır. Oradan ona hər hansı məbləğdə pul verilməyəcəkdir. İqor bildirmişdir ki, buraya müştərilər əsasən görüşüb cinsi əlaqədə olmağa gəlirlər. Onun öz qazancı isə hər müştəridən aldığı pul olacaqdır. Onun da maddi vəziyyəti aşağı olduğu üçün bu təkliflə razılaşmış, daha sonra İqor onu müdir dediyi Süleyman adlı şəxslə görüntülü danışdırmış, Süleyman onu gördükdən sonra işləməyinə razılıq vermiş, lakin o, Süleyman adlı şəxsi görməmiş sadəcə olaraq səsini eşitmişdir. Bundan sonra gündəlik olaraq səhər saat 10:00-da masaj salonuna gedib gecə saat 02:00-a qədər orada işləməyə başlamış, orada işlədiyi müddətdə Seymur adlı şəxsi arxadan görmüş, həmin şəxsin kim olduğunu soruşduqda ona bildirmişdirlər ki, Seymur Süleymanın qardaşıdır, Süleyman hazırda ölkə xaricində olduğu üçün işləri Seymur idarə edir, Seymur demək olar ki, hər gün oraya gəlir. O, gün ərzində təxminən 1-2 nəfər müştəri ilə görüşüb cinsi əlaqədə olmuş, İqor müştəri ilə danışıb otağın pulunu müştəridən almışdır. Daha sonra müştəri orada olan qadınlardan birini seçmiş, seçdiyi qadınla da həmin şəxs masaj otağına daxil olmuşdur. Ondan başqa orada Anya, Nastya, Şeyla ləqəbli Sevinc və Xədicə adlı qadınlar da olmuş, Anya və Nastyanın əsl adlarını bilməmişdir. Müştəri ilə otağa daxil olduqda müştəri ilə cinsi əlaqədə olmaq üçün pul danışmışlar. Müştəri ilə 50-100 manat müqabilində görüşüb cinsi əlaqədə olmuşlar. Həmin pul onlara qalmış, çünki İqor öz aldığı puldan onlara heç nə verməmişdir. Eşitdiyinə görə ayın sonunda Seymur gələrək pulları İqordan təhvil alıb getmişdir. O, bu qaydada 2023-cü ilin sentyabr ayının sonlarından xx.xx.2023-cü il tarixədək orada işləmiş, xx.xx.2023-cü il tarixdə salona polis əməkdaşları daxil olaraq xidməti vəsiqələrini göstərib salona baxış keçirmək istədiklərini bildirmişlər. İqor da polis əməkdaşlarına etiraz etməmiş, daha sonra salonun 1 və 2 saylı otaqlarında Sevinc və Xədicə müştərilərlə birlikdə müəyyən edilmişlər. Bundan sonra onu sorğu sual etdikdə o da masaj xidməti ilə yanaşı müştərilərə intim xidmət göstərildiyini bildirmişdir. İşlədiyi obyektin adı "Vindu” sağlamlıq mərkəzi kimi hər kəsə məlum olmuşdur. Həmin mərkəz bir giriş hissədən ibarət olmuş, içəri girişdən girdikdən sonra sağ tərəfdə masaj otaqları, sol tərəfdə isə idman zalı olmuş, oraya gələn müştərilər masajist xanımlarla cinsi əlaqədə olmaq üçün gəlmiş, zalda məşq edənlərin də çoxu intim xidmətə görə gəlmişlər, yəni hər kəs “Vindu” salonunun masaj adı altında əslində əxlaqsızlıq yuvası olduğunu bilmişdir. Təqsirləndirilən şəxs2 və qardaşı Süleyman həmin əxlaqsız yuvanı masaj salonu adı altında işlətmişlər. Seymur İqoru oraya kassir kimi qoymuş və özü isə gündəlik olaraq gələrək yığılan pulları götürüb getmişdir. Zəhmət haqlarını heç kim verməmişdir. Çünki işə götürülərkən Seymur, İqor və Süleyman adlı şəxslərlə razılaşmaqlarına əsasən ancaq müştəri ilə cinsi əlaqədə olduqları pul ona qalacaqdı. Masajla bağlı alınan pul isə onlara çatacaqdı. Həmçinin bildirmişdir ki, bir dəfə müştəri ilə səhvən 30 manatlıq otaq əvəzinə 50 manatlıq olan otağa girərkən İqor onu çağıraraq Süleyman adlı şəxsin kamera vasitəsilə gördüyünü bildirmiş və 20 manat cərimələdiyini, bu qanunu isə Süleymanın qoyduğunu demiş, İqora öz şikayətini bildirdikdə onun burada heç kim olduğunu, əsas qaydaları Süleyman və Seymurun qoyduğunu qeyd etmişdir. Daha sonra təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir kı, təxminən 2019-cu ilin noyabr-dekabr aylarında ünvan 10 ünvanında yerləşən “Vindu” masaj salonunda masajist kimi işə başlamışdır. Hazırda adını xatırlamadığı tanışı vasitəsilə həmin masaj salonuna işçi axtarıldığını və oranın ünvanını öyrənmişdir. Bundan sonra da həmin ünvana getmiş və orada işləməyə başlamışdır. Orada bir müddət işlədikdən sonra daha yüksək maaşlı iş tapdığı üçün həmin işdən 2020-ci ilin fevral ayında ayrılmışdır. Amma sonradan 2023-cü ilin aprel ayında işsiz olduğu üçün yenidən həmin ünvandan keçərkən oranın fəaliyyət göstərdiyini görmüşdür. İçəri daxil olduqda onu İqor adlı şəxs qarşılamışdır. Əvvəl də orada işlədiyi üçün İqor kameradan Süleymanın da artıq görərək tanıdığını bildirib həmin gündən işə başlaya biləcəyini demişdir. Daha sonra Süleyman özü də gələrək burada masaj xidməti ilə bağlı müştərinin verdiyi pulun ona çatacağını demişdir. Qazancı isə müştəridən onunla intim xidmətə görə alacağı pul olduğunu demişdir. Maddi cəhətdən sıxıntıda olduğu üçün onların dediyi təkiflə razılaşmışdır. Bundan sonra həmin qaydada orada işləməyə başlamışdır. Gələn müştəridən masaj olunmaq üçün otağın həcminə və rahatlığına görə 30-130 manat arası pul alınmışdır. Həmin puldan orada işləyən bütün masajçılara heç bir məbləğdə pul çatmamışdır. Ancaq müştərinin intim xidmətdə olmağı müqabilində verdiyi 50-100 manat arası pul qalmışdır. Bundan əlavə orada kassada oturan Süleyman adlı şəxsin tanıdığı hamının Sergey adlandıraraq çağırdığı həmin İqor adlı şəxs olmuşdur. İqor gələn müştərilərdən pulları yığmışdır. Bundan da əlavə yeni gələn işçiləri qarşılayıb, onları işə qəbul etmək üçün Süleymanla görüşdürmüş və əgər Süleyman xaricdə olduqda isə ona görüntülü yığaraq işə qəbul etdirmişdir. Daha sonra operator olaraq işləyən Anya adlı qadın olmuşdur. Onun da əsl adı Əminə idi. O, həm oraya gələn zənglərə cavab vermiş, həm də masajçı olaraq işləmişdir. Ümumiyyətlə orada olan bütün masajçıların hər biri gələn müştəriyə intim xidmət göstərmişdir. Çünki belə olmasaydı gəlir yerləri olmazdı. Belə ki, Süleyman və onun qardaşı Seymurun başçılıq etdiyi həmin “Vindu” masaj salonundan masaja görə heç bir məbləğdə pul verilməmişdir. Ancaq hər bir işçi ilə aralarında olan razılaşmaya əsasən masajla bağlı yığılan pulların özlərinə çatacağını, amma intim xidmətlə bağlı pulların isə işçilərin özünə qalacağını bildirmişdirlər. Bu azmış kimi Süleyman və Seymur işə gec gəldiklərinə, otaqdan gec çıxdıqlarına və ya bahalı digər otaqlara səhvən keçdiklərinə görə hər dəfəsində onları cərimələyərək özlərinə pul yığırmışlar. Ümumilikdə bu işlərin başında duran şəxs Süleyman olmuşdur. Süleyman xaricdə olduqda isə qardaşı Təqsirləndirilən şəxs2 onun bu işlərinə nəzarət etmişdir. Süleyman obyektin hər tərəfinə kameralar yerləşdirərək daim nəzarət etmişdir. Həmin kameralar vasitəsilə özünün qoyduğu qaydaları pozan gördükdə İqora və ya Seymura məlumat verərək pul ilə cərimələtdirmişdir. Seymur gündəlik oraya gələrək İqordan pulları təhvil alıb getmiş və Süleymana sonda hesabat vermişdir. Süleyman və Seymur hər ikisi olmadıqda oraya İqor nəzarət etmişdir. Həm də İqorun evi olmadığı üçün orada yaşamışdır. Həmin vaxt orada başqa Seva ləqəbli Sevinc, Məhsi, Xədicə adlı qadınlar olmuşdur. xx.xx.2023-cü il tarixdə həmişəki qaydada işə yeni gəlmişdim, mətbəxdə idim, həmin vaxt polislər tədbir keçirmişlər, digərlərini aparmış, o isə obyektdə qalmışdır, sonra ifadə vermək üçün idarəyə çağırmışlar. İşlədiyi obyektin adı “Vindu" sağlamlıq mərkəzi kimi hər kəsə məlum olmuş, həmin mərkəz bir giriş hissədən ibarət olmuş, içəri girişdən girdikdən sonra sağ tərəfdə masaj otaqları, sol tərəfdə isə idman zalı olmuşdur. Oraya gələn müştərilər masajist xanımlarla cinsi əlaqədə olmaq üçün gəlmişlər. Zalda məşq edənlərin də çoxu intim xidmətə görə gəlmiş, yəni hər kəs “Vindu” idman sağlamlıq mərkəzinin əslində əxlaqsızlıq yuvası olduğunu bilmişdir. Təqsirləndirilən şəxs2 və qardaşı Süleyman həmin əxlaqsız yuvanı masaj salonu adı altında işlətmişlər. Seymur İqoru oraya kassir kimi qoymuş, özü isə hər gün gələrək yığılan pulları götürüb getmişdir. Onların hər üçü də, yəni Süleymanın başçılığı ilə Seymur və İqor orada qadınları masaj adı altında intim xidmətlər göstərməsi üçün fahişəliyə cəlb edərək əxlaqsız yuva təşkil etmişlər. O, gün ərzində təxminən 3-4 nəfər müştəri ilə görüşüb intim xidmət göstərmişdir. Onlara zəhmət haqlarını heç kim verməmişdir, çünki işə götürülərkən Seymur, İqor və Süleyman adlı şəxslərlə razılaşmaqlarına əsasən ancaq müştəri ilə cinsi əlaqədə olduqları pul onlara qalırdı, masajla bağlı alınan pul isə onlara çatırdı. Daha sonra təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İnsan X14 Baş İdarəsinin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, 03 oktyabr 2023-cü il tarixdə Baş İdarəyə Azərbaycan Respublikası vətəndaşı olan qadınların zor tətbiq etməklə, hədəqorxu və digər məcbur etmə vasitələri ilə nəzarətdə saxlanılaraq ünvan 9 ünvanında yerləşən "Vindu” masaj salonunda cinsi istismara məruz qalmaları barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun tərəfindən raportla Baş idarə rəhbərliyinə məruzə edilmiş, əməliyyat tədbirinin keçirilməsi barədə onun tərəfindən çıxarılmış qərar əsasında Baş idarənin rəhbərliyi tərəfindən İAQMBİ-nin əməliyyat müvəkkili Şahid7 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat-tədbirinin keçirilməsində iştirak etmək üçün iki nəfər hal şahidi qismində Baş İdarəyə dəvət edilmiş və həmin şəxslərə Azərbaycan Respublikası CPM-in 94-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Daha sonra əməliyyat qrupunun üzvləri və hal şahidləri ilə birlikdə qeyd olunan ünvana yollanmışlar. 03 oktyabr 2023-cü il tarixdə saat 18:00-da masaj salonuna daxil olmuşlar. Masaj salonuna daxil olarkən onları qarşılayaraq özünü oranın inzibatçısı kimi təqdim edən Təqsirləndirilən şəxs1 xidməti vəsiqələrini göstərərək DİN-in İnsan X14 Baş İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və masaj salonunun əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədilə çıxarılmış qərar əsasında otaqlara baxış keçirmək üçün icazə istəmişlər. Təqsirləndirilən şəxs1 onların təkliflərinə etiraz etməmiş, baxış zamanı masaj salonunun 1 mərtəbədən, masaj çarpayısı ilə təchiz edilmiş 8 otaqdan ibarət olduğu müəyyən olunmuş, masaj salonunun otaqlarına keçirilən baxış zamanı sol hissədə yerləşən 1 saylı otaqda yarıçılpaq vəziyyətdə bir kişi və bir qadın aşkar olunmuş, həmin şəxslərin şəxsiyyətlərinin müəyyən olunması məqsədi üçün onlara suallar verilmiş, şifahi sorğu zamanı onların Şahid1 və Zərərçəkmiş şəxs1 olmaları müəyyən edilmişdir. Şahid1 etiraf edərək bu gün, yəni xx.xx.2023-cü il tarixdə istirahət etmək məqsədilə qadınla cinsi əlaqədə olmaq üçün qeyd olunan ünvanda yerləşən "Vindu" masaj salonuna gəldiyini, salonun inzibatçısı Təqsirləndirilən şəxs1 onu qarşıladığını, sonuncuya masaj olunmaq və qadınla cinsi əlaqədə olmaq məqsədilə istirahət etmək istədiyini bildirdiyini, bu məqsədlə Təqsirləndirilən şəxs1 masaj otağı və masajçı qız təşkil etməsini xahiş etdiyini bildirmişdir. Şahid1 Təqsirləndirilən şəxs1 onu dinləyərək fikrini başa düşdüyünü, sonuncunun 70 manat müqabilində ona hər cür şərait yaradacağını dediyini bildirmişdir. Aralarında razılaşma olduqdan sonra Şahid1 Təqsirləndirilən şəxs1 70 manat pul vermiş, sonuncu pulu aldıqdan sonra Zərərçəkmiş şəxs1 çağıraraq Şahid1 masaj etməyi və Şahid1la cinsi əlaqədə olmağı tapşırdığını bildirmişdir. Şahid1 Zərərçəkmiş şəxs1 ilə 1 saylı otağa keçərək əlavə olaraq sonuncuya 100 manat verdikdən sonra Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olduğunu bildirmiş, Zərərçəkmiş şəxs1 bir müddətdir ki, maddi vəziyyəti çətin olduğu üçün fahişəliklə məşğul olduğunu, 1 aydır ki, "Vindu" masaj salonunda işlədiyini, müştərilərə masaj xidməti ilə yanaşı intim xidmətlər də göstərdiyini, bütün bunlardan salonun inzibatçısı və müdirinin də məlumatı olduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs1 bu gün, yəni xx.xx.2023-cü il tarixdə masaj salonuna Şahid1 adlı şəxsin gəldiyini, inzibatçı Təqsirləndirilən şəxs1 tapşırığı ilə salonun 1 nömrəli otağında ona masaj xidməti, əlavə olaraq müştərinin verdiyi 100 manat müqabilində intim xidmət göstərdiyini bildirmişdir. Masaj salonunun sağ hissədə yerləşən 2 saylı otaqda yarıçılpaq vəziyyətdə bir kişi və bir qadın aşkar olunmuş, həmin şəxslərin şəxsiyyətlərinin müəyyən olunması üçün suallar verilmiş, həmin şəxslərin Şahid4 və Zərərçəkmiş şəxs3 olmaları müəyyən edilmiş, Şahid4 etiraf edərək bu gün, yəni xx.xx.2023-cü l tarixdə istirahət edərək qadınla cinsi əlaqədə olmaq üçün qeyd olunan ünvanda yerləşən "Vindu" masaj salonuna gəldiyini, salonun inzibatçısı Təqsirləndirilən şəxs1 onu qarşıladığını, sonuncuya masaj olunmaq və qadınla cinsi əlaqədə olmaq məqsədilə istirahət etmək istədiyini bildirdiyini, bu məqsədlə ondan masaj otağı və masajçı qız təşkil etməsini xahiş etdiyini bildirmiş, Şahid4 Təqsirləndirilən şəxs1 onu dinləyərək fikrini başa düşdüyünü, sonuncunun 70 manat müqabilində ona hər cür şərait yaradacağını dediyini bildirmiş, aralarında razılaşma olduqdan sonra Şahid4 Təqsirləndirilən şəxs1 70 manat pul vermiş, sonuncu pulu aldıqdan sonra Zərərçəkmiş şəxs3 çağıraraq Şahid4 masaj etməyi və Şahid4la cinsi əlaqədə olmağı tapşırdığını bildirmişdir. Şahid4 Zərərçəkmiş şəxs3 ilə 2 saylı otağa keçərək əlavə olaraq sonuncuya 50 manat verdikdən sonra Zərərçəkmiş şəxs3 ilə cinsi əlaqədə olduğunu bildirmiş, Zərərçəkmiş şəxs3 bir müddətdir ki, maddi vəziyyəti çətin olduğu üçün fahişəliklə məşğul olduğunu, 2 aydır ki, "Vindu" masaj salonunda işlədiyini, müştərilərə masaj xidməti ilə yanaşı intim xidmətlər də göstərdiyini, bütün bunlardan salonun inzibatçısı və müdirinin də məlumatı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 bu gün, yəni xx.xx.2023-cü il tarixdə masaj salonuna Şahid4 adlı şəxsin gəldiyini, inzibatçı Təqsirləndirilən şəxs1 tapşırığı ilə salonun 2 nömrəli otağında ona masaj xidməti, əlavə olaraq müştərinin verdiyi 50 manat müqabilində intim xidmət göstərdiyini bildirmişdir. "Vindu" masaj salonunun inzibatçısı Təqsirləndirilən şəxs1 masaj salonunun fəaliyyətinə nəzarət etdiyini, ora gələn kişi və qadınlara intim əlaqədə olmaq üçün şərait yaratdığını, bunun müqabilində müştərilərdən masaja görə verilmiş 60-70 manat ona çatacağını, bundan əlavə intim xidmətə görə müştərinin verdiyi pulun isə masajçıya çatacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 bu gün, yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Şahid1 və Şahid4 adlı müştərilərin masaj salonuna gəldiyini, onları qarşıladıqdan sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 adlı masajçı qadınları çağırdığını, həmin qadınlara müştərilərə xidmət göstərməyi tapşırdığını, Zərərçəkmiş şəxs1 Şahid1la, Zərərçəkmiş şəxs3 isə Şahid4la intim əlaqədə olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 kişi müştərilərin masaj salonuna gəldiyini, onlara oradakı qadınlarla cinsi əlaqədə olmaq üçün şərait yaratdığını bildirmiş, müştəriləri müxtəlif otaqlara yerləşdirdikdən sonra onlardan ümumi olaraq 140 manat pul aldığı müəyyən olunmuş, Təqsirləndirilən şəxs1 müştərilərdən alınan pulu əməliyyat qrupuna təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs1 140 manat pulu 2 ədəd 50 manatlıq və 2 ədəd 20 manatlıq pul əskinasları təqdim etmiş, bundan əlavə Zərərçəkmiş şəxs1 müştəridən aldığı 100 manat pulu, Zərərçəkmiş şəxs3 isə müştəridən aldığı 50 manat pulu əməliyyat qrupuna təqdim etmiş, təqdim olunmuş pul əskinasları hal şahidlərinin iştirakı ilə götürülmüş, zərfə qoyularaq bağlanmışdır. Baxış zamanı masaj salonunda aşkar edilmiş Zərərçəkmiş şəxs2 bir müddətdir ki, masaj salonunda masajçı kimi işlədiyini, müştərilərə masaj xidmətindən əlavə olaraq intim xidmət də göstərdiyini bildirmişdir. ünvan 11 ünvanında yerləşən "Vindu" masaj salonunda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmamasını nəzərə alaraq adları qeyd olunan şəxslər DİN-in İnsan X14 Baş İdarəsinə dəvət olunmuşlar. Baxış zamanı masaj salonunda çəkilmiş fotoşəkillər Baş İdarədə tərtib olunmuş protokola əlavə olunmuş, protokol ucadan oxunmuş, əlavə və qeydlər daxil olmamış, odur ki, doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Daha sonra isə iştirakçılar izahat verərək Baş idarəni tərk etmişlər. Baş idarəyə 03 oktyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında qeyd olunan masaj salonunda Azərbaycan Respublikası vətəndaşı olan qadınların zor tətbiq etməklə, hədə-qorxu və digər məcbur etmə vasitələri ilə nəzarətdə saxlanılaraq ünvan 9 ünvanında yerləşən "Vindu” masaj salonunda cinsi istismara məruz qalmaları göstərildiyi üçün o, raportda, əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarda və əməliyyat-axtarış tədbirinin yekunu barədə tərtib olunmuş protokolda da eyni ilə göstərmişdir. Lakin tərəfindən protokol tərtib olunarkən və baş idarəyə dəvət olunmuş şəxslərin izahatları alınarkən həmin masaj salonunda aşkar olunmuş qadınların öz razılıqları ilə fahişəliyə cəlb edildiklərini, onlara qarşı hər hansı zor tətbiq edilmədiyini, hədə-qorxu gəlinmədiyini müəyyən etmiş və qeyd olunan xüsusat da ilkin materialda öz əksini tapmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İnsan X14 Baş İdarəsinin baş əməliyyat müvəkkili Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə dostu Anar ilə birlikdə istirahət etmək məqsədi ilə ünvan 8 ünvanında yerləşən “Vindu” masaj salonuna getmişlər. Orada onları resepşnda oturan bir qadın qarşılamış, həmçinin girişdə adını sonradan bildiyi İqor adlı şəxs də olmuşdur. Onlar qadına masaj etdirmək istədiklərini bildirmiş, bundan sonra masaj salonunun inzibatçısı İqor adlı şəxsə hər masaja görə 70 manat, ümumilikdə 140 manat ödəniş etdikdən sonra resepşnda onları qarşılayan Xədicə adlı qadınla o, masaj salonunun sağ hissədə yerləşən masaj çarpayısı ilə təchiz edilmiş 2 nömrəli otağına keçmişlər. Dostu Anar isə salonun sol hissəsində yerləşən 1 nömrəli otağına keçmişdir. Otaqda masaj olunduqdan sonra o, masajçı Xədicəyə əlavə olaraq səhv etmirsə 100 manat pul verərək onunla həmin otaqda cinsi əlaqədə olmuş, lakin bu təklifi kimin etdiyini xatırlamır. Bundan bir qədər sonra mülki geyimdə olan bir neçə nəfər şəxs otağa gələrək vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş, onlara şəxsiyyətlərini müəyyən etmək və bu şəraitin kim tərəfindən yaradıldığı barədə bir neçə sual verdikdən sonra polis əməkdaşları onları özləri ilə birlikdə Bakı şəhərində yerləşən DİN-in İnsan X14 Baş idarəsinə getməyə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getmiş və orada izahat verdikdən sonra oranı tərk etmişlər. Həmçinin, bildirmişdir ki, salona daxil olanda o, əsasən resepşnda olan qadınla danışmışdır. Ola bilsin ki, dostu Anar salonun inzibatçısı İqor adlı şəxslə danışmış və İqor Anara salonda həm də intim xidmətlər göstərildiyini bildirmişdir, lakin onun bu barədə məlumatı olmamışdır. O, həmin salona masaj üçün getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə dostu Əli ilə birlikdə istirahət etmək məqsədi ilə ünvan 8 ünvanında yerləşən "Vindu" masaj salonuna getmişlər. Orada girişdə onları adını sonradan bildiyi İqor adlı şəxs qarşılamış, onlar İqora istirahət etmək məqsədi ilə gəldiklərini, cinsi əlaqədə olmaq üçün iki qadın lazım olduğunu bildirmişlər. İqor onları dinləyib fikirlərini başa düşdükdən sonra masaj salonunda qadınların oturduqları otaqdan adını sonradan bildikləri Sevinc və Xədicə adlı qadınları çağırmış və həmin qadınlara onlarla cinsi əlaqədə olacaqlarını bildirmişdir. Onlar qadınlarla razılaşıb masaj salonunun inzibatçısı İqor adlı şəxsə hər qadına görə 70 manat ümumilikdə 140 manat ödəniş etmişlər. Sonra İqor onu masajçı Sevinc adlı qadınla masaj salonunun sol hissədə yerləşən otağa keçərək masaj çarpayısı ilə təchiz edilmiş bir nömrəli otağında yerləşdirmiş, dostu Əlini isə salonun sağ hissəsində yerləşən 2 nömrəli otağında yerləşdirmişdir. Bundan sonra o, masajçı Sevincə əlavə olaraq 100 manat pul verərək Sevinc ilə həmin salonun bir nömrəli otağında cinsi əlaqədə olmuş, bundan bir qədər sonra mülki geyimdə olan bir neçə nəfər şəxs otağa gələrək vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişlər. Onlara şəxsiyyətlərini müəyyən etmək və bu şəraitin kim tərəfindən yaradıldığı barədə bir neçə sual verdikdən sonra İqor baş verənləri səmimi olaraq etiraf etmişdir. Dəvət edilmiş hal şahidlərinin iştirakı ilə masaj salonunun inzibatçısı İqor adlı şəxsə təklif olunmuşdur ki, ondan aldığı pulu təqdim etsin. İqor etiraz etməyərək onun verdiyi 70 manat pulu polis əməkdaşlarına təqdim etmiş, bundan sonra Sevinc onun verdiyi 100 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bir ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq pul və əlavə olaraq Sevincin təqdim etdiyi bir ədəd 100 manatlıq pul əskinaslarını zərfə qoyaraq qablaşdırmışlar. Sonra onlar həmin zərfin üzərini öz imzaları ilə təsdiq etmişlər. Bundan sonra polis əməkdaşları onları özləri ilə birlikdə Bakı şəhərində yerləşən DİN-in İnsan X14 Baş idarəsinə getməyə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəlmiş, Baş idarədə izahat verdikdən sonra oranı tərk etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 03 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Azadlıq prospektində yerləşən "Baku Electronics” mağazalar şəbəkəsinin qarşısında olan zaman bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqəsini göstərərək İnsan X14 Baş İdarəsinin əməkdaşı olduğunu bildirmiş, həmin şəxs ona əməliyyat tədbiri keçirəcəklərini bildirib keçiriləcək əməliyyat tədbirində iştirak etməyi üçün hal şahidi qismində dəvət etmiş, o, razılıq verdikdən sonra Baş İdarəyə dəvət edilmiş və hal şahidi kimi hüquq və vəzifələri ona izah edilmişdir. Ondan başqa bir nəfər də hal şahidi kimi dəvət edilmişdir. O, Baş idarədə həmin şəxsin adının Şahid3 olduğunu bilmiş, hüquq və vəzifələri onlara izah edildikdən sonra Bəhruz və o, polis əməkdaşları ilə birlikdə ünvan 9 ünvanında yerləşən “Vindu” masaj salonuna yola düşmüşlər. 03 oktyabr 2023-cü il tarixdə saat 18:00-da masaj salonuna daxil olmuşlar. Masaj salonuna daxil olarkən onları qarşılayaraq özünü oranın inzibatçısı kimi təqdim edən Təqsirləndirilən şəxs1 polis əməkdaşları xidməti vəsiqələrini göstərərək DİN-in İnsan X14 Baş İdarəsinin əməkdaşları olduqlarını bildirib masaj salonunun əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədilə çıxarılmış qərar əsasında otaqlara baxış keçirmək üçün icazə istəmişlər. Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının təklifinə etiraz etməmiş, Bəhruz və onun iştirakı ilə baxış zamanı masaj salonunun 1 mərtəbədən, masaj çarpayısı ilə təchiz edilmiş 8 otaqdan ibarət olduğu müəyyən olunmuş, masaj salonunun otaqlarına keçirilən baxış zamanı sol hissədə yerləşən 1 saylı otaqda yarıçılpaq vəziyyətdə bir kişi və bir qadın aşkar olunmuş, həmin şəxslərin şəxsiyyətlərinin müəyyən olunması məqsədi üçün polis əməkdaşları tərəfindən onlara suallar verilmiş, şifahi sorğu zamanı həmin şəxslərin Şahid1 və Zərərçəkmiş şəxs1 olmaları müəyyən edilmiş, Şahid1 etiraf edərək xx.xx.2023-cü il tarixdə istirahət edərək qadınla cinsi əlaqədə olmaq üçün qeyd olunan ünvanda yerləşən "Vindu" masaj salonuna gəldiyini, salonun inzibatçısı Təqsirləndirilən şəxs1 onu qarşıladığını, sonuncuya masaj olunaraq istirahət etmək istədiyini bildirdiyini, bu məqsədlə Təqsirləndirilən şəxs1 masaj otağı və masajçı qız təşkil etməsini xahiş etdiyini bildirmiş, Şahid1 Təqsirləndirilən şəxs1 onu dinləyərək fikrini başa düşdüyünü, sonuncunun 70 manat müqabilində Şahid1 şərait yaradacağını dediyini bildirmiş, aralarında razılaşma olduqdan sonra Şahid1 Təqsirləndirilən şəxs1 70 manat pul vermiş, sonuncu pulu aldıqdan sonra Zərərçəkmiş şəxs1 çağıraraq Şahid1 masaj etməyi tapşırdığını bildirmiş, Şahid1 Zərərçəkmiş şəxs1 ilə 1 saylı otağa keçərək əlavə olaraq sonuncuya 100 manat verdikdən sonra Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olduğunu bildirmiş, Zərərçəkmiş şəxs1 bir müddətdir ki, maddi vəziyyəti çətin olduğu üçün fahişəliklə məşğul olduğunu, 1 aydır ki, "Vindu" masaj salonunda işlədiyini, müştərilərə masaj xidməti ilə yanaşı intim xidmətlər də göstərdiyini, bütün bunlardan salonun inzibatçısı və müdirinin də məlumatı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə masaj salonuna Şahid1 adlı şəxsin gəldiyini, inzibatçı Təqsirləndirilən şəxs1 tapşırığı ilə salonun 1 nömrəli otağında ona masaj xidməti, əlavə olaraq müştərinin verdiyi 100 manat müqabilində intim xidmət göstərdiyini bildirmiş, masaj salonunun sağ hissədə yerləşən 2 saylı otağında yarıçılpaq vəziyyətdə bir kişi və bir qadın aşkar olunmuşlar. Həmin şəxslərin şəxsiyyətlərinin müəyyən olunması üçün suallar verilmiş, həmin şəxslərin Şahid4 və Zərərçəkmiş şəxs3 olmaları polis əməkdaşları tərəfindən müəyyən edilmiş, Şahid4 etiraf edərək xx.xx.2023-cü il tarixdə istirahət edərək qadınla cinsi əlaqədə olmaq üçün qeyd olunan ünvanda yerləşən "Vindu" masaj salonuna gəldiyini, salonun inzibatçısı Təqsirləndirilən şəxs1 onu qarşıladığını, sonuncuya masaj olunaraq istirahət etmək istədiyini bildirdiyini, bu məqsədlə ondan masaj otağı və masajçı qız təşkil etməsini xahiş etdiyini bildirmiş, Şahid4 Təqsirləndirilən şəxs1 onu dinləyərək fikrini başa düşdüyünü, sonuncunun 70 manat müqabilində ona şərait yaradacağını dediyini bildirmişdir. Aralarında razılaşma olduqdan sonra Şahid4 Təqsirləndirilən şəxs1 70 manat pul vermiş, sonuncu pulu aldıqdan sonra Zərərçəkmiş şəxs3 çağıraraq Şahid4 masaj etməyi tapşırdığını bildirmiş, Şahid4 Zərərçəkmiş şəxs3 ilə 2 saylı otağa keçərək əlavə olaraq sonuncuya 50 manat verdikdən sonra onunla cinsi əlaqədə olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 bir müddətdir ki, maddi vəziyyəti çətin olduğu üçün fahişəliklə məşğul olduğunu, 2 aydır ki, "Vindu" masaj salonunda işlədiyini, müştərilərə masaj xidməti ilə yanaşı intim xidmətlər də göstərdiyini, bütün bunlardan salonun inzibatçısı və müdirinin də məlumatı olduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixdə masaj salonuna Şahid4 adlı şəxsin gəldiyini, inzibatçı Təqsirləndirilən şəxs1 tapşırığı ilə salonun 2 nömrəli otağında ona masaj xidməti, əlavə olaraq müştərinin verdiyi 50 manat müqabilində intim xidmət göstərdiyini bildirmiş, "Vindu" masaj salonunun inzibatçısı Təqsirləndirilən şəxs1 masaj salonunun fəaliyyətinə nəzarət etdiyini, ora gələn kişi və qadınlara intim əlaqədə olmaq üçün şərait yaratdığını, bunun müqabilində müştərilərdən masaja görə verilmiş 60-70 manatın ona çatacağını, bundan əlavə intim xidmətə görə müştərinin verdiyi pulun isə masajçıya çatacağını bildirmiş, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə axşam saatlarında Şahid1 və Şahid4 adlı müştərilərin masaj salonuna gəldiyini, onları qarşıladıqdan sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 adlı masajçı qadınları çağırdığını, həmin qadınlara müştərilərə xidmət göstərməyi tapşırdığını, Zərərçəkmiş şəxs1 Şahid1la, Zərərçəkmiş şəxs3 isə Şahid4la intim əlaqədə olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 kişi müştərilərin masaj salonuna gəldiyini, onlara oradakı qadınlarla cinsi əlaqədə olmaq üçün şərait yaratdığını bildirmiş, müştəriləri müxtəlif otaqlara yerləşdikdən sonra onlardan ümumi olaraq 140 manat pul aldığı polis əməkdaşları tərəfindən müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 müştərilərdən alınan pulu əməliyyat qrupuna təqdim etməyi təklif olunduqda Təqsirləndirilən şəxs1 140 manat pulu - 2 ədəd 50 manatlıq və 2 ədəd 20 manatlıq pul əskinaslarını polis əməkdaşlarına təqdim etmiş, bundan əlavə Zərərçəkmiş şəxs1 müştəridən aldığı 100 manat pulu, Zərərçəkmiş şəxs3 isə müştəridən aldığı 50 manat pulu əməliyyat qrupuna təqdim etmişdir. Təqdim olunmuş pul əskinasları onun və Bəhruzun iştirakı ilə götürülmüş, zərfə qoyulmuş və bağlanmışdır. Baxış zamanı masaj salonunda aşkar edilmiş Zərərçəkmiş şəxs2 bir müddətdir ki, masaj salonunda masajçı kimi işlədiyini, müştərilərə masaj xidmətindən əlavə olaraq intim xidmət də göstərdiyini bildirmişdir. ünvan 11 ünvanında yerləşən "Vindu" masaj salonunda müvafiq sənədləşdirmə aparılması üçün şərait omadığından iştirakçılar polis əməkdaşları tərəfindən Baş İdarəyə dəvət olunmuşlar. Baş idarədə polis əməkdaşı Şahid6 tərəfindən protokol tərtib olunmuş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. O, polis əməkdaşları tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməsinin şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, taksi sürücüsüdür. 03 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Azadlıq prospektində yerləşən "Baku Electronics” mağazalar şəbəkəsinin qarşısında olan zaman bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqəsini göstərərək İnsan X14 Baş İdarəsinin əməkdaşı olduğunu bildirmiş, həmin şəxs ona əməliyyat tədbiri keçirəcəklərini bildirib keçiriləcək əməliyyat tədbirində iştirak etməyi üçün hal şahidi qismində dəvət etmiş, o, razılıq verdikdən sonra Baş İdarəyə dəvət edilmiş və hal şahidi kimi hüquq və vəzifələri ona izah edilmişdir. Ondan başqa bir nəfər də hal şahidi kimi dəvət edilmişdir. O, Baş idarədə həmin şəxsin adının Şahid5 olduğunu bilmiş, hüquq və vəzifələri onlara izah edildikdən sonra Cabir və o, polis əməkdaşları ilə birlikdə ünvan 9 ünvanında yerləşən “Vindu” masaj salonuna yola düşmüşlər. 03 oktyabr 2023-cü il tarixdə saat 18:00-da masaj salonuna daxil olmuşlar. Masaj salonuna daxil olarkən onları qarşılayaraq özünü oranın inzibatçısı kimi təqdim edən Təqsirləndirilən şəxs1 polis əməkdaşları xidməti vəsiqələrini göstərərək DİN-in İnsan X14 Baş İdarəsinin əməkdaşları olduqlarını bildirib masaj salonunun əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədilə çıxarılmış qərar əsasında otaqlara baxış keçirmək üçün icazə istəmişlər. Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının təklifinə etiraz etməmiş, Cabir və onun iştirakı ilə baxış zamanı masaj salonunun 1 mərtəbədən, masaj çarpayısı ilə təchiz edilmiş 8 otaqdan ibarət olduğu müəyyən olunmuş, masaj salonunun otaqlarına keçirilən baxış zamanı sol hissədə yerləşən 1 saylı otaqda yarıçılpaq vəziyyətdə bir kişi və bir qadın, sağ tərəfdə yerləşən 2 saylı otaqda da yarıçılpaq vəziyyətdə bir kişi və bir qadın aşkar olunmuşdur. Polis əməkdaşları həmin otaqlara girərək orada olan şəxslərin fotoşəkillərini çəkmişlər. Şifahi sorğu zamanı müəyyən olunmuşdur ki, "Vindu" masaj salonunda müştərilərə masaj xidməti ilə yanaşı intim xidmətlər də göstərilmiş və bütün bunlardan salonun inzibatçısı və müdirinin də məlumatı olmuşdur. "Vindu" masaj salonunda müvafiq sənədləşdirmə aparılması üçün şərait omadığından iştirakçılar polis əməkdaşları tərəfindən Baş İdarəyə dəvət olunmuşlar. Baş idarədə polis əməkdaşı Şahid6 tərəfindən protokol tərtib olunmuş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, 2020-ci ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesində şahid qismində iştirak etmiş və həmin cinayət işi hazırkı cinayət işinə oxşar iş olmuşdur. Belə ki, o, 2019-cu ildə istirahət etmək üçün Xətai rayonu ərazisində yerləşən, masaj xidmətləri ilə yanaşı intim xidmətlər də göstərən salona getmiş və qadınla cinsi əlaqədə olan zaman polis əməkdaşları salona daxil olaraq orada olan şəxsləri idarəyə aparmışlar. Həmin işdən başqa o, hər hansı bir işdə şahid qismində ifadə verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, 2017-ci ildən etibarən rəsmi olaraq "xxxx" MMC-nin qanuni təmsilçisi, yəni direktorudur. MMC-nin təsisçiləri ilə İlqar Əliyev, İlham Məmmədov və Riyad Əliyev adlı şəxslərdir. Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, 1030-cu məhəllədə yerləşən “Vindu” idman sağlamlıq mərkəzi "xxxx" MMC-yə məxsusdur. Həmin idman sağlamlıq mərkəzində olan avadanlıqlar Təqsirləndirilən şəxs2 məxsus olmuşdur. Seymur həmin obyektdən istifadəyə görə aylıq 3.000 manat olmaqla 6 aydan bir 18.000 manat "xxxx" MMC-yə vermişdir. Seymur həmin idman sağlamlıq mərkəzini işlətmiş və aylıq nə qədər qazandığından, işə kimi götürməsindən, orada nə baş verdiyindən şirkətin məlumatı olmamışdır. O, Seymura 6 aydan bir 18.000 manat pulu tanışı olan Məhəmmədə verməsini bildirmişdir. Məhəmmədin şirkətlə və həmin sağlamlıq mərkəzi ilə heç bir əlaqəsi olmamışdır. Seymur bir növ həmin mərkəzi icarə əsasında işlətmiş, lakin aralarında icarə müqaviləsi imzalanmamışdır. “Vindu” idman sağlamlıq mərkəzinin hansı formada fəaliyyət göstərməsindən məlımatı olmamış, həmin sağlamlıq mərkəzinə heç vaxt daxil olmamışdır. Həmin sağlamlıq mərkəzi tam olaraq Seymurun nəzarəti altında olmuşdur. Süleymanın Seymurun qardaşı olduğunu bilmiş, lakin onunla hər hansı bir münasibəti olmamışdır. Həmçinin bildirmişdir ki, “Vindu” sağlamlıq mərkəzi 2017-ci ilə qədər "xxxx" MMC-yə məxsus olmuş, həmin dövrdə də Seymur tərəfindən istifadə olunmuş, obyekt "xxxx" MMCnin adına keçdikdən sonra da Seymur həmin obyektdən eyni qaydada istifadə etməyə davam etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində qeyd etmişdir ki, o, 25 ildir ki, “ŞVRİN” firmasında direktor vəzifəsindədir. Şahid8 dostudur. O, "xxxx" MMC-nin qanuni təmsilçisi kimi fəaliyyət göstərir. Şahid8 qanuni təmsilçisi olduğu "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ak. Həsən Əliyev küçəsi 1030-cu məhəllədə yerləşən “Vindu” idman sağlamlıq mərkəzi var. Həmin idman sağlamlıq mərkəzində olan avadanlıqlar bildiyinə görə Təqsirləndirilən şəxs2 məxsusdur. Alimlə də aralarında olan razılığa əsasən həmin idman sağlamlıq mərkəzinin Seymur tərəfindən idarə edilməsinə görə aylıq 3000 manat pul ödənilməli idi. Alim də dost kimi həmin pulu Seymurdan təhvil almağını xahiş etmişdir. O, 6 aydan bir Seymurdan 18.000 manat pul almışdır. Lakin həmin idman sağlamlıq mərkəzinin necə və hansı formada faəliyyət göstərməsindən heç bir məlumatı olmamışdır. O, həmin sağlamlıq mərkəzində işləyən şəxsləri heç vaxt tanımamış, sadəcə bir neçə dəfə Seymurdan pul götürmüşdür. Həmçinin bildirmişdir ki, “Vindu” sağlamlıq mərkəzi əvvəl təsisçisinin X10 olduğu "xxxx" MMC-yə məxsus olmuş, həmin vaxtlarda da sağlamlıq mərkəzini Təqsirləndirilən şəxs2 işlətmiş və o, hər ay 3000 manat olmaqla 6 aydan bir 18000 manat pulu Seymurdan alıb "xxxx" MMCyə təhvil vermişdir. “Vindu” sağlamlıq mərkəzi "xxxx" MMC-nin adına keçdikdən sonra oranın direktoru olan Şahid8 ondan yenə eyni qaydada 6 aydan bir 18000 manat pulu alıb gətirib ona verməsini xahiş etmiş, o da razı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə ünvan 12 ünvanında yerləşən "Vindu" masaj salonunda gəlir əldə etmək məqsədi ilə qadınların fahişəliyə cəlb edilməsi və əxlaqsızlıq yuvasının təşkil edilərək saxlanılması faktı ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır (l cild, i.v.1); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxsi müəyyən etmək mümkün olmadığından ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (l cild, i.v.91); - “Cinayət işi üzrə icraata qəbul və təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir (l cild, i.v.93); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxsi müəyyən etmək mümkün olmadığından ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (l cild, i.v.111); - “Cinayət işi üzrə icraata qəbul və təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir (l cild, i.v.115); - “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi uzrə ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən 27 iyul 2024-cü il tarixədək uzadılmışdır (l cild, i.v.120-121); - “İttiham elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilərək iş üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (l cild, i.v.124-125); - “Axtarışda olan şəxsin yaxalanması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində saxlanılaraq Nəsimi RPİ-nə gətirilmiş və BMCMİ-nin İstintaq İdarəsinə təhvil verilmişdir (l cild, i.v.131); - “Cinayət işi üzrə icraata qəbul və təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir (l cild, i.v.133); - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CMnin 243.1 və 244.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (l cild, i.v.145); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələrindən həmin Məcəllənin 243.1 və 244.2.2-ci maddələrinə tövsif edilmişdir (l cild, i.v.161-163); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 243.1 və 244.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur (l cild, i.v.164-165); - “Təqsirləndirilən şəxsin azad olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası DİN-in İnsan X14 Baş İdarəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur (l cild, i.v.180-182); - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (l cild, i.v.187-188); - “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 243.1 və 244.2.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin materiallarından Süleyman adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 243.1 və 244.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (l cild, i.v.235-237); - “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi uzrə ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən 23 sentyabr 2024-cü il tarixədək uzadılmışdır (l cild, i.v.253-255); - “İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilərək iş üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (l cild, i.v.261-263); - “Axtarışda olan şəxsin yaxalanması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində saxlanılaraq BMCMİ-nin İstintaq İdarəsinə təhvil verilmişdir (l cild, i.v.270); - “Cinayət işi üzrə icraata qəbul və təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 243.1 və 244.2.2-ci maddələri ilə araşdırılan ********* saylı cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir (l cild, i.v.272); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 243.1 və 244.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur (l cild, i.v.278-279); - “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (ll cild, i.v.1-2); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır (ll cild, i.v.8); - “Cinayət işi üzrə icraata qəbul və təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 243.1 və 244.2.2-ci maddələri ilə araşdırılan ********* saylı cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir (ll cild, i.v.10); - “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi uzrə ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən 17 noyabr 2024-cü il tarixədək uzadılmışdır (ll cild, i.v.16-18); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır (ll cild, i.v.50-52); - “Cinayət işi üzrə icraata qəbul və təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün ********* saylı cinayət işi üzrə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir (ll cild, i.v.66-67); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 243.1 və 244.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (ll cild, i.v.113-115); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 243.1 və 244.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (ll cild, i.v.152-154); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır (ll cild, i.v.173); - “Cinayət işi üzrə icraata qəbul və təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün ********* saylı cinayət işi üzrə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir (ll cild, i.v.175); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır (ll cild, i.v.214); - “Cinayət işi üzrə icraata qəbul və təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün ********* saylı cinayət işi üzrə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir (ll cild, i.v.216); - Baxış keçirilməsinə dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 adlı şəxsin zor tətbiq etməklə, hədə-qorxu və digər məcbur etmə vasitələri ilə nəzarətində saxladığı Azərbaycan Respublikası vətəndaşı olan qadınları ünvan 9 ünvanında yerləşən "Vindu” masaj salonunda cinsi istismara məruz qoyması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə İAQMBİ-nin əməkdaşları hal şahidləri ilə birlikdə 03 oktyabr 2023-cü il tarixdə saat 18:00-da masaj salonuna daxil olmuş və baxış zamanı orada masaj xidmətindən əlavə intim xidmətlərin də göstərildiyi faktı aşkar olunmuşdur. “Vindu” masaj salonunda müvafiq sənədləşmə aparılması üçün şəraitin olmaması nəzərə alınaraq salonda aşkar olunan şəxslər DİN-in İnsan X14 Baş İdarəsinə dəvət olunmuşlar. Baxış zamanı masaj salonunda çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir (l cild, i.v.14-17); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(006)-664/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan X14 Baş İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid6 "Binalara, digər qapalı tikililərə baxış keçirilməsim dair" 03 oktyabr 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (l cild, i.v.45-46); - “Nağd pulun maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılması və depozit hesabına təhvil verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 03 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 götürülmüş 140 manat, Zərərçəkmiş şəxs1 götürülmüş 100 manat, Zərərçəkmiş şəxs3 götürülmüş 50 manat məbləğində pul maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası CPM-in 129.2-ci maddəsinin tələblərinə əsasən saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmişdir (ll cild, i.v.19-21); - xx.xx.2024-cü il tarixi üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir (ll cild, i.v.23-26); - xx.xx.2024-cü il tarixi üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir (ll cild, i.v.27-30); - xx.xx.2024-cü il tarixi üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir (ll cild, i.v.31-34); - xx.xx.2024-cü il tarixi üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir (ll cild, i.v.41-44); - xx.xx.2024-cü il tarixi üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir (ll cild, i.v.45-48); - xx.xx.2024-cü il tarixi üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir (ll cild, i.v.177-180); - xx.xx.2024-cü il tarixi üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir (ll cild, i.v.181-184); - xx.xx.2024-cü il tarixi üzləşdirmə protokolundan görünür ki, Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir (ll cild, i.v.243-245); - xx.xx.2024-cü il tarixi üzləşdirmə protokolundan görünür ki, Şahid8 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir (ll cild, i.v.246-249); - xx.xx.2024-cü il tarixi üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir (ll cild, i.v.250-253); - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 03 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 götürülmüş 140 manat, Zərərçəkmiş şəxs1 götürülmüş 100 manat, Zərərçəkmiş şəxs3 götürülmüş 50 manat məbləğində pulun maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası CPM-in 129.2-ci maddəsinin tələblərinə əsasən saxlanılması üçün Azərbaycan Respublikası DİNin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilməsi barədə qəbul edilmiş qərar nəzərə alınmışdır (ll cild, i.v.191-211); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.113); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına CM-nin 73-cü maddəsinə əsasən xitam verilmişdir (İ cild, i.v.275- 276); - Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat birliyi 24 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsi tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş xasiyyətnamədən görünür ki, Yasamal rayon 24 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsinə vətəndaş Təqsirləndirilən şəxs1 barəsində yazılı və ya şifahi surətdə heç bir şikayət daxil olmamışdır (ll cild, i.v.59); - Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat birliyi 24 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsi tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş xasiyyətnamədən görünür ki, Yasamal rayon 24 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsinə vətəndaş Təqsirləndirilən şəxs2 barəsində yazılı və ya şifahi surətdə heç bir şikayət daxil olmamışdır (ll cild, i.v.65); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2016 və xx.xx.2021-ci il təvəllüdlü iki azyaşlı övladı var; - Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur; - Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur; - Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur; - Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur; - Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6(006)-116/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, DİN-nin nsan X14 Baş İdarəsinin İAQTTŞ-nin əməliyyat müvəkkili Şahid6 və Şahid7 təhqiqatçı olmayaraq ünvan 13 ünvanda yerləşən “Vindu” masaj salonuna 03 oktyabr 2023-cü il tarixdə baxış keçirmələri, bu barədə adı bilinməyən xx.xx.2023-cü il tarixli protokol tərtib etmələri, əməliyyat-axtarış fəaliyyətini həyata keçirəndən və müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməmələri hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsinə dair Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə nəzarəti qaydasında verdiyi şikayət icraata götürülmədən geri qaytarılmışdır; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-302/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X8 hərəkətlərinin qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(103)-41/02025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(005)-302/2024 nömrəli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X8 hərəkətlərinin qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayət üzrə material yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-65/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X8 hərəkətlərinin qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(103)-180/02025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, şikayət vermiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X8 hərəkətlərinin qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 6(005)-65/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 244.2.2-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə - üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində göstərilən «əxlaqsızlıq yuvaları» ifadəsi fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış, bu məqsədlə ödənişli və ya ödənişsiz əsaslarla istifadə olunan yaşayış və ya qeyri-yaşayış sahəsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət tərkibi əxlaqsızlıq yuvalarının təşkil edilməsi, saxlanılması və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsi müvafiq olaraq həmin əməllər üçün bu Qərarda qeyd olunan əlamətlər mövcud olduqda yaranır və həmin əməllərin hər hansı birinin bir dəfə törədilməsi bu maddə ilə cinayət tərkibini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməmələrinə dair məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrə tənqidi yanaşır və hesab edir ki, onların bu məzmunda ifadə vermələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxslərin bu ifadələri özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin baxış protokolu və iş materiallarında olan digər sübutlarla təkzib olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 243.1 və 244.2.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını və qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsləri müxtəlif vaxtlarda, zaman fasilələri ilə fahişəliyə cəlb etməklə Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təkrar törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 CMnin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətmişdir. Bu halları da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci və 61.1.3-cü maddələrinə uyğun olaraq cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını və qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsləri müxtəlif vaxtlarda, zaman fasilələri ilə fahişəliyə cəlb etməklə Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təkrar törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 CMnin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətmişdir. Bu halları da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci və 61.1.3-cü maddələrinə uyğun olaraq cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onlara qəti cəza təyin edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Bununla belə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətlərini tədqiq edərək və işin mühüm və diqqətəlayiq hallarını, törətdikləri cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini, habelə, cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını və qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını, eləcə də zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını və qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmaları mümkündür. Ona görə də, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə onlara təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Bu Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur və bu müddətin həddi altı aydan beş ilədəkdir. Qeyd olunan Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Qeyd olunlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifələri qoyulmalı, sınaq müddəti ərzində üzərində nəzarətin həyata keçirilməsi probasiya qurumuna həvalə edilməli, bu müddətin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində göstərilənləri rəhbər tutaraq, təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini nəzərə alaraq, onların ictimai iaşə obyektlərində, habelə sağlamlıq və bədən tərbiyəsi sahəsində fəaliyyət göstərən müəssisələrdə rəhbər və ya maddi məsul vəzifə tutmaq, həmçinin belə müəssisələrdə təlimçi, müəllim və digər fəaliyyətlə məşğul olmaq hüququnun saxlanılmasını qeyri-mümkün sayır və bu səbəbdən Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmadığına baxmayaraq, onlara əlavə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CMin 46-cı maddəsinə istinad edilməlidir. Məhkəmə maddi sübutla bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmiş Təqsirləndirilən şəxs1 götürülmüş 140 manat, Zərərçəkmiş şəxs1 götürülmüş 100 manat və Zərərçəkmiş şəxs3 götürülmüş 50 manat pul əskinasları Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək dövlət nəfinə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə hazırlıq iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri X13 və X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri X11 və X2 iştirak etdikləri məhkəmə hazırlıq iclası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarı qəbul edilməmişdən əvvəl keçirildiyindən onların sərf etdikləri hər saata görə 6 manat əmək haqqı verilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X13 məhkəmə hazırlıq iclasında iştirak etdiyi 04 (dörd) saata görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmə hazırlıq iclasında iştirak etdiyi 04 (dörd) saata görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Rəşı̇ d oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1 və 244.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla, 02 (iki) il müddətinə ictimai iaşə obyektlərində, habelə sağlamlıq və bədən tərbiyəsi sahəsində fəaliyyət göstərən müəssisələrdə rəhbər və ya maddi məsul vəzifə tutmaq, həmçinin, belə müəssisələrdə təlimçi, müəllim və digər fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə həmin Məcəllənin 243.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 244.2.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 Rəşı̇ d oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətinə ictimai iaşə obyektlərində, habelə sağlamlıq və bədən tərbiyəsi sahəsində fəaliyyət göstərən müəssisələrdə rəhbər və ya maddi məsul vəzifə tutmaq, həmçinin, belə müəssisələrdə təlimçi, müəllim və digər fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Rəşı̇ d oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 Rəşı̇ d oğlunun üzərinə şərti məhkum etmə dövründə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 Rəşı̇ d oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1 və 244.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla, 02 (iki) il müddətinə ictimai iaşə obyektlərində, habelə sağlamlıq və bədən tərbiyəsi sahəsində fəaliyyət göstərən müəssisələrdə rəhbər və ya maddi məsul vəzifə tutmaq, həmçinin belə müəssisələrdə təlimçi, müəllim və digər fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə həmin Məcəllənin 243.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 244.2.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətinə ictimai iaşə obyektlərində, habelə sağlamlıq və bədən tərbiyəsi sahəsində fəaliyyət göstərən müəssisələrdə rəhbər və ya maddi məsul vəzifə tutmaq, həmçinin, belə müəssisələrdə təlimçi, müəllim və digər fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il müddətinə ictimai iaşə obyektlərində, habelə sağlamlıq və bədən tərbiyəsi sahəsində fəaliyyət göstərən müəssisələrdə rəhbər və ya maddi məsul vəzifə tutmaq, həmçinin, belə müəssisələrdə təlimçi, müəllim və digər fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 üzərinə şərti məhkum etmə dövründə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmiş Təqsirləndirilən şəxs1 götürülmüş 140 manat, Zərərçəkmiş şəxs1 götürülmüş 100 manat və Zərərçəkmiş şəxs3 götürülmüş 50 manat pul əskinasları Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X13 məhkəmə hazırlıq iclasında iştirak etdiyi 04 (dörd) saata görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmə hazırlıq iclasında iştirak etdiyi 04 (dörd) saata görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-149/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-149/2025
18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver