Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-15/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, qanuni nümayəndə Nəsimi rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Qanuni nümayəndə, müdafiəçilər Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 185.2.1-ci maddələri ilə, xx xxxx 2005-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(009)-162/2019 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 2 mənzil 3 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 185.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışlar. Belə ki, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Bakı şəhəri. Nəsimi rayonu. Moskva prospekti 46 ünvanına gəldikdən sonra aralarında olan razılaşmaya görə digər şəxslərin gələcəyi halda Təqsirləndirilən şəxs2 xəbərdar etmək məqsədilə kənarda dayanıb ətrafa nəzarət etmiş, həmin vaxt sonuncu göstərilən ünvanda saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Mersedes Benz C 180” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sağ qapısının şüşəsini özündə olan "Üretken” markalı şüşə sındıran alətlə vurub sındırdıqdan sonra avtomobilin salonunda olan əşya qutusundan avtomobilə aid ehtiyat açarını götürmüş, o, həmin açarla avtomobilin mühərrikini işə salaraq oradan uzaqlaşmaqla avtomobili qəsdən talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxxx 2019-cu il tarixdə saat 03 radələrində ünvan 4 döngə 1 ünvanına gəldikdən sonra aralarında olan razılaşmaya görə digər şəxslərin gələcəyi halda Təqsirləndirilən şəxs2 xəbərdar etmək məqsədilə qaçırtdıqları "Mersedes Benz C 180” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində əyləşib ətrafa nəzarət etmiş, həmin vaxt sonuncu göstərilən ünvanda saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus ;iKia Optima” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qabaq sağ yan şüşəsini özündə olan "Üretken” markalı şüşə sındıran alətlə vurub sındırdıqdan sonra avtomobilin salonunda olan əşya qutusundan içərisində 700 manat pul olan 30 manat dəyərində qara rəngli üzərində “Philipp Plein” sözləri yazılan süni deri materialdan hazırlanmış pul kisəsini və 35 manat dəyərində qəhvəyi rəngli, markalanmasına dair heç bir məlumat olmayan süni dəri materialdan hazırlnamış sənəd qabını gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 cəmi 765 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxxx 2019-cu il tarixdə saat 04 radələrində ünvan 5 ünvanına gəldikdən sonra aralarında olan razılaşmaya görə digər şəxslərin gələcəyi halda Təqsirləndirilən şəxs2 xəbərdar etmək məqsədilə qaçırtdıqları “Mersedes Benz C 180” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində əyləşib ətrafa nəzarət etmiş, həmin vaxt sonuncu göstərilən ünvanda saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Ford Fiesta" markalı **-NX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sağ yan şüşəsini özündə olan “Üretken” markalı şüşə sındıran alətlə vurub sındırdıqdan sonra avtomobilin salonunda olan dəyəri 60 manat olan 1 cüt açıq qəhvəyi rəngli üzərində “Signorina" sözləri olan 36 ölçülü dik daban qadın ayaqqabısını, dəyəri 40 manat olan açıq qəhvəyi rəngli üzərində “Chrales Kieth” sözləri olan nabuk materialdan hazırlanmış, maqnit düymə və zəncirbəndlə açılıb bağlanan kiçik əl çantasını və dəyəri 40 manat olan qara rəngli üzərində “Chalita Paris" sözləri olan, süni dəri materialdan hazırlanmış, maqnit düymə və zəncirbəndlə açılıb bağlanan kiçik əl çantasını gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 140 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zabrat qəsəbəsində yerləşən “Xəzər Bağlarında" fəhlə kimi işləyirmiş. Orada işlədiyi dövrdə qalmağa yeri olmadığı üçün müvəqqəti olaraq 20 yanvar metrostansiyasınm yaxınlığında yerləşən internet klubların birində gecələməyə başlamışdır. Həmin internet klubda qaldığı müddətdə ora gəlib-gedən Aslan adlı oğlanla tanış olmuşdur. Onunla tanışlığı zamanı ona məlum olmuşdur ki, Aslan da onun kimi tüfeyli həyat tərzi sürür. xx xxxxxxx 2019-cu il tarixdə axşam saatlarında Aslan onun qaldığı yerə onun yanına gəlmişdir. Onlar bir qədər söhbət etdikdən sonra hər ikisinin maddi vəziyyətinin yaxşı olmadığına görə Aslan ona təklif etmişdir ki, gecə vaxtı şəhərə çıxıb insanların olmadığı yerdə dayanmış avtomobillərin şüşələrini sındıraraq oğurluq etsinlər. Aslanın təklifi ilə razılaşdıqdan sonra onlar belə qərara gəlmişlər ki, oğurluq etmək üçün əlverişli gün təyin edib şəhərə çıxsınlar. Bu məqsədlə xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə keçən gecə saat 02 radələrində avtomobillərdən oğurluq etmək üçün Aslanla birlikdə 20 yanvar metrostansiyasınm yaxınlığına getmişdir. 20 yanvar dairəsinin yaxınlığında, yəni Moksva prospektində yerləşən binanın həyətinə daxil olduqda həyətdə “Mercedes-Benz" markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər və ərafda heç kim olmadığına tam əmin olduqdan sonra Aslan özündə olan şüşə sındıranı avtomobilin qabaq sərnişin tərəfdə yerləşən sağ şüşəsinə tərəf atmış, şüşə sındıqdan sonra Aslan əlini qapının içəri tərəfinə ataraq qapını açmış, daha sonra avtomobilin “bardaçok” deyilən sandıqçasını açıb axtarış etməyə başlamışdır. Həmin vaxt o, kənarda dayanaraq ətrafa nəzarət etmişdir. Aslan həmin yeri axtardıqda oradan avtomobilə aid ehtiyat açarı tapdıqda belə qərara gəlmişlər ki, həmin avtomobili qaçırsınlar. Buna görə o, avtomobilin sükanı arxasına keçmiş, Aslan isə qabaq sərnişin oturacağında onun yanında əyləşmişdir. Bundan sonra onlar qaçırtdıqları avtomobil ilə şəhərdə gəzişmək qərarına gəlmişlər. O, avtomobili idarə edərək təsadüfən “papanin" kimi tanınan əraziyə daxil olmuşdur. Həmin yer sakitçilik olduğu üçün belə qərara gəlmişlər ki, orada oğurluq etmək üçün avtomobil axtarsınlar. Bu məqsədlə həmin ərazini bir qədər gəzişdikdən sonra saat təxminən 03 radələrində orada yerləşən bir evin qarşısında ağ rəngli “Kia Optima" markalı avtomobilin olduğunu görüb həmin avtomobildən oğurluq etmək qərarına gəlmişlər. Buna görə o, “Mercedes-Benz’' markalı avtomobili bir qədər kənarda saxlayıb sükan arxasında qalmışdır. Aslan isə düşərək həmin avtomobilə yaxınlaşmışdır. O, sükan arxasında ona görə qalmışdır ki, birdən kimsə görsə dərhal Aslanı götürüb avtomobil ilə oradan uzaqlaşsın. Aslan şüşə sındıran aləti “Kia Optima” markalı avtomobilin qabaq sağ yan şüşəsinə vurmuş və şüşə qırıldıqdan sonra Aslan əlini avtomobilin içərisinə ataraq qapını içəri tərəfdən açıb salondan ilk öncə bilmədiyi əşyaları götürüb gətirmişdir. Aslan avtomobilə əyləşən zaman o, həmin əşyaların pul kisələri olduğunu görmüşdür. Pul kisələri 2 ədəd olmaqla, biri qəhvəyi, digəri isə qara rəngli idi. Siqaretlər olması barədə dəqiq deməmişdir və yadına düşmüşdür ki, həmin maşında siqaret olmayıb. Pul kisələrinin içərisində isə sənədlərdən başqa heç nə olmamışdır. Dərhal oradan uzaqlaşaraq təxminən 2- 3 dəqiqə həmin ərazidə avtomobil ilə gəzişdikdə evin qarşısında qırmızı rəngli “Ford Fiesta” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Eyni qayda ilə həmin ərazidə heç kimin olmadığına tam əmin olduqdan sonra avtomobili saxlamış, yenə də sükan arxasında qalmış. Aslan isə avtomobildən düşüb həmin avtomobilə yaxınlaşmışdır. Eyni qayda ilə Aslan şüşə sındıran alətlə avtomobilin qabaq sağ yan şüşəsinə vuraraq sındırmış və içəridən qapını açaraq avtomobili axtarmağa başlamışdır. Aslan əlində iki ədəd qadın çantası və bir ədəd qadın ayaqqabısı gətirmişdir. Əl çantasının içərisini axtarsalar da heç nə olmadığından onları qaçırtdığı avtomobilin arxa oturacağına atmışlar. Oradan bir qədər uzaqlaşdıqdan sonra Aslan avtomobili idarə etmək istədiyini ona bildirib sükan arxasına keçmiş, onun özü isə qabaq sərnişin oturacağında əyləşmişdir. Aslan avtomobili gəldikləri yol ilə geri qayıtdıqda yolu səhv gedərək dalana daxil olmuşdur. Qarşı tərəf dalan olduğundan geri çıxmaq istədikdə onların arxasında “Mustang” markalı avtomobil dayanmışdır. Həmin şəxs avtomobildən düşərək onlara yaxınlaşıb şübhələnərək avtomobili idarə etmək üçün etibarnalərinin olub-olmadığını soruşmuşdur. Aslan avtomobildən avtomobil sahibinə məxsus olan etibarnamə tapıb həmin şəxsə təqdim etmişdir. Həmin şəxs etibarnaməyə baxdığı üçün bundan istifadə edərək hər ikisi oradan gəldikləri yol istiqamətində qaçmağa başlamışlar. Oğurluq etdikləri avtomobilin yanına çatdıqda isə bir nəfər şəxs onların qarşısını kəsdikdə Aslan həmin şəxsdən yayınıb qaçsa da o, yayına bilməmiş və həmin şəxs onu saxlamışdır. Daha sonra həmin şəxs zəng vuraraq polis əməkdaşları çağırdıqda o, onun əlindən çıxaraq oradan qaçmışdır. Lakin, daha sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, gənc olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərə vurulmuş zərərin bir qismini yalnız onun tərəfindən tamamilə ödənilməsini və cəza təyin edərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndə Nəsimi rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş xx xxxx 2005-ci il tarixdə anadan olmuş yetkinlik yaşına çatmamış digər Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin oktyabr ayının əvvəllərində ailəsi ilə aralarında yaranmış problem səbəbindən internet klubda gecələyən Elçin adlı oğlanla tanış olmuşdur. Onunla tanışlığı zamanı ona məlum olmuşdur ki, Elçin də onun kimi tüfeyli həyat tərzi sürür. Onların arasında xoş ünsiyyət yarandığı üçün Elçinlə dost olmağa qərar vermişdir. Elçin bir müddət həmin internet klubda gecələdikdən sonra oradan çıxaraq 20 yanvar metrostansiyasımn yaxınlığında yerləşən sahibsiz binada məskunlaşmışdır. O, da çox vaxt Elçinin yanında olmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə axşam saatlarında o, Elçinin qaldığı yerə getmiş və bir qədər söhbət etdikdən sonra o, Elçinə gecə vaxtı şəhərə çıxıb insanların olmadığı yerdə dayanmış avtomobillərin şüşələrini sındıraraq oğurluq etmələrini təklif etmişdir. Elçin onun bu təklifi ilə razılaşdıqdan sonra belə qərara gəlmişlər ki, oğurluq etmək üçün əlverişli gün təyin edib şəhərə çıxınlar. Bu məqsədlə xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə keçən gecə saat 02 radələrində avtomobillərdən oğurluq etmək üçün Elçinlə birlikdə 20 yanvar metrostansiyasımn yaxınlığına getmişdir. 20 yanvar dairəsinin yaxınlığında, yəni Moksva prospektində yerləşən binanın həyətinə daxil olduqda həyətdə "Mercedes-Benz” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Ətrafda heç kim olmadığına tam əmin olduqdan sonra o, özü ilə gətirdiyi qırmızı dəstəkli şüşə sındıranla avtomobilin qabaq sərnişin tərəfdə yerləşən şüşəsinə vurmuş, şüşə sındıqdan sonra əlini qapının içəri tərəfinə ataraq qapını açmışdır. Daha sonra avtomobilin “bardaçok” deyilən sandıqçasını açıb axtarış etməyə başlamışdır. Həmin vaxt Elçin kənarda dayanaraq ətrafa nəzarət etmişdir. O, həmin yeri axtardıqda oradan avtomobilə aid ehtiyat açarı tapmış və bu zaman belə qərara gəlmişlər ki, həmin avtomobili qaçırsınlar. Buna görə Elçin avtomobilin sükanı arxasına keçmiş, o, isə qabaq sərnişin oturacağında Elçinin yanında əyləşmişdir. Bundan sonra onlar qaçırdıqları avtomobil ilə şəhərdə gəzişmək qərarına gəlmişlər. Elçin avtomobili idarə edərək təsadüfən "papanin” kimi tanınan əraziyə daxil olmuşdur. Həmin yer sakitçilik olduğu üçün belə qərara gəlmişlər ki, orada oğurluq etmək üçün avtomobil axtarsınlar. Bu məqsədlə həmin ərazidə bir qədər gəzdikdən sonra saat təxminən 03 radələrində orada yerləşən bir evin qarşısında ağ rəngli “Kia Optima” markalı avtomobilin olduğunu görüb həmin avtomobildən oğurluq etmək qərarına gəlmişlər. Buna görə Elçin “Mercedes-Benz” markalı avtomobili bir qədər kənarda saxlayıb sükan arxasında qalmış, onun özü isə düşərək həmin avtomobilə yaxınlaşmışdır. Elçin birdən kimsə onları görərsə dərhal onu götürüb avtomobil ilə oradan uzaqlaşaqmaq üçün maşında qalmışdır. O, özündə olan qırmızı dəstəkli şüşə sındıranla “Kia Optima” markalı avtomobilin qabaq sağ yan şüşəsinə vurmuşdur. Şüşə qırıldıqdan sonra o, əlini avtomobilin içərisinə ataraq qapını içəri tərəfdən açıb salondan 2 ədəd olmaqla, biri qəhvəyi, digəri isə qara rəngli pul kisələrini götürmüşdür. Həmin avtomobildə siqaret olmayıb və bu barədə yalan demişdir. Daha sonra avtomobilə qayıtmış və pul kisələrinin içərisində sənədlərdən başqa heç nə olmadığından onları qaçırtdığı avtomobilin arxa oturacağına tullamışdır. Bundan sonra dərhal oradan uzaqlaşaraq təxminən 2-3 dəqiqə həmin ərazidə avtomobil ilə gəzişdikdə evin qarşısında qırmızı rəngli “Ford Fiesta” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Eyni qayda ilə həmin ərazidə heç kimin olmadığına tam əmin olduqdan sonra Elçin avtomobili saxlamışdır. Elçin yenə də sükan arxasında qalmış, o, isə avtomobildən düşüb həmin avtomobilə yaxınlaşmışdır. Eyni qayda ilə qırmızı dəstəkli şüşə sındıranla avtomobilin qabaq sağ yan şüşəsinə vuraraq sındırmış və içəridən qapını açaraq avtomobili axtarmağa başlamış, avtomobildən iki ədəd qadın çantası və bir cüt qadın ayaqqabısını götürərək qaçırtdıqları avtomobilə qayıtmışdır. Əl çantasında heç nə olmadığı üçün onları da oğurladıqları əşyaların yanına qoymuşdur. Oradan bir qədər uzaqlaşdıqdan sonra o, Elçinə avtomobili idarə etmək istədiyini bildirib sükan arxasına keçmiş, Elçin isə qabaq sərnişin oturacağında əyləşmişdir. Avtomobillə gəldikləri yol ilə geri qayıtdıqda yolu səhv gedərək dalana daxil olmuşdur. Qarşı tərəf dalan olduğundan geri çıxmaq istədikdə onların arxasında “Mustang" markalı avtomobil dayanmışdır. Həmin şəxs avtomobildən düşərək onlara yaxınlaşıb şübhələndiyindən avtomobili idarə elmək üçün etibarnamə olubolmadığını onlardan soruşmuşdur. O, avtomobildən avtomobil sahibinə məxsus olan etibarnamə tapıb həmin şəxsə təqdim etmişdir. Həmin şəxs etibarnaməyə baxdığı üçün bundan istifadə edərək hər ikisi oradan gəldiklıəri yol istiqamətində qaçmağa başlaışlar. Oğurluq etdikləri “Kia Optima" markalı avtomobilin yanına çatdıqda bir nəfər şəxs onların qarşısını kəsmişdir. O, həmin şəxsdən yayınıb qaçsa da, Elçin yayına bilməmiş və həmin şəxs Elçini saxlamışdır. Oradan uzaqlaşaraq internet kluba gəlmişdir. Daha sonra isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Özünü təqsirli bilərək yetkinlik yaşına çatmamasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olması özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 22 radələrində o, özünə məxsus olan “Mersedes Benz C 180" markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti o araq 20 yanvar dairəsinin yaxınlığında yerləşən, yəni Moskva prospekti 46 saylı binanın həyətində saxlamış və dostları ilə görüşmək üçün yoldan keçən taksini saxladıb oradan çıxıb getmişdir. Avtomobilin əsas açarı onun özündə, ehtiyyat açarı isə avtomobildə saxlanc yerində saxlamışdır. Gecəni dostları ilə keçirdikdən sonra o, xx xxxxxx 2019-cu il tarixdə saat 08 radələrində avtomobilini götürmək üçün həmin yerə gələn zaman avtomobilinin yerində olmadığını görmüşdür. Bundan sonra o, dərhal yaxınlıqda yerləşən 19-cu Polis Şöbəinə getmiş və bu barədə ərizə yazmışdır. Daha sonra ona məlum olmuşdur ki, iki nəfər şəxs gecə vaxtı avtomoblindən oğurluq etmək üçün avtomobilin qabaq sağ şüşəsini sındırmışlar, lakin oğurlamaq üçün heç nə tapa bilməmişlər və yalnız avtomobilin ehtiyat açarını götürüb avtomobili hərəkətə gətirərək qaçırmışlar. Ona məxsus avtomobildən heç nə oğrulanmamışdır və yalnız şüşəsinin sındırılmasına görə ona 80 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 22 radələrində özünə məxsus olan “Kia Optima" markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Y.Vəzirov küçəsi, döngə 1, ev 6-da saxlamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 03:35 radələrində o, evdən çıxıb avtomobilinə tərəf gedəndə avtomobilinin qabaq sağ qapısının şüşəsinin sındırıldığını görmüşdür. Bu zaman iki nəfərin qaçaraq ona tərəf gəldiyini görsə də amma onların nəyə görə qaçdıqlarını bilməmişdir. Onlardan birinin qabağını kəsib nəyə görə qaçdığını və kim olduğunu, harada yaşadığını soruşanda həmin oğlan özünü şübhəli aparmış və heç nə deməyib çıxıb qaçmışdır. Onların avtomobilindən oğurluq etdiyini görməmişdir. Sonra avtomobilinə baxanda görmüşdür ki, 30 manata aldığı və içərisində 700 manat pulu olan qara rəngli pul qabı, içərisində sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, əlillik vəsiqəsi olan 35 manata aldığı qəhvəyi rəngli sənəd qabı yoxdur. Buna görə də 102 xidmətinə zəng edib məlumat vermiş və sonra 20-ci Polis Bölməsinə gedib ərizə yazmışdır. Ona oğurluq zamanı 765 manat, şüşənin sınmasına görə isə 300 manat maddi ziyan dəymişdir. O, məhkəmə əmttəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 4248 nömrəli rəyi ilə razı deyildir. Çünki rəydə göstərilən qiymətlər real deyil. 30 manata qara rəngli dəri materialdan hazırlanmış pul kisəsini və 35 manata dəri materialdan hazırlnamış sənəd qabını almışdır. Pul qabında 700 manat olmuşdur. Daha sonra Zərərçəkmiş şəxs3 məhkəmə iclasında ona məxsus oğurlanmış əşyalardan qara rəngli üzərində “Philipp Plein" sözləri yazılan süni dəri materialdan hazırlanmış pul kisəsini, qəhvəyi rəngli markalananmasına dair heç bir məlumat olmayan süni dəri materialdan hazırlanmış sənəd qabını, avtomobilə aid qeydiyyat şəhadətnaməsini, sürücülük vəsiqəsini və əlillik vəsiqəsini ona qaytarıldığıni bildirmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Rafiq qızının ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 23:20 radələrində o, iş yoldaşının toy məclisindən çıxaraq avtomobili ilə evə gəlmiş və avtomobili yaşadığı ünvanda saxlayıb qapılanın bağladıqdan sonra evinə getmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 04:45 radələrində çöldən səs küyün gəldiyini eşidib yuxudan oyanmış və avtomobilinə baxmaq üçün evdən çölə çıxdıqda avtomobilin qabaq sağ şüşəsinin sındırıldığını, salonda olan 2 ədəd əl çantasının və 1 cüt ayaqqabısının yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Buna görə o, ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Ayaqqabını o, 60 manata, 2 ədəd əl çantasının hər birini isə 40 manata almışdır. Oğurlanmış əşyalara görə ona ümumilikdə 140 manat maddi ziyan dəymişdir. Avtomobilin şüşəsinin sındırılmasına görə ona 300 manat maddi ziyan dəymişdir. O, əmttəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 4248 nömrəli rəyi ilə razı deyildir. Çünki ayaqqabının qiyməti 60 manat, çantaların hər birinin qiyməti isə 40 manatdır. Ona ümumilikdə 140 manat maddi ziyan dəymişdir.Odur ki, onun göstərdiyi qiymətlər nəzərə alınmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə yaşadığı Nəsimi rayonu, N.Məlikov küçəsində olan zaman ondan təxminən 100 metr uzaqlıqda Mersedes markalı avtomobilin qonşusu Zərərçəkmiş şəxs2 məxsus “Ford Fiesta” markalı avtomobilinin yanında dayandığını görmüşdür. Mersedes markalı avtomobildə sükanın arxasında bir nəfər oturmuşdur, digər bir nəfər şəxs isə “Ford Fiesta” markalı avtomobilin yanında idi. Onların hərəkəkətləri onda şübhə doğurduğuna görə o, dərhal özünə məxsus avtomobil ilə onlara yaxınlaşmışdır. Bu zaman həmin şəxs avtomobilə əyləşmiş və onların ikisi də oradan uzaqlaşmışlar. Onların nəyə görə belə etdiklərini bilməmişdir. O, sonra Samirənin avtomobilinin qabaq sağ qapısının şüşəsinin sınmış olduğunu görüb avtomobili ilə Mersedes markalı avtmobilin arxası ilə getmiş və “Olimpik Star“ idman sağlamlıq mərkəzinin yaxınlığında həmin şəxslər dar küçələrin birində avtomobili saxlamışlar. Onlardan balaca boyulu, az yaşlı olanı avtomobildən düşüb qaçmış digər şəxsi isə o, saxlamışdır. O, həmin şəxsi sorğu sual edən zaman oğlan ona adının Elçin olduğunu, avtomobilin isə atasına məxsus olduğunu bildirmişdir. Elçindən nəyə görə avtomobilin şüşəsinin sınıq olduğunu və “Ford Fiesta” markalı avtomobilin şüşəsinin sındırdqlarını soruşduqda isə Elçin onun yanından qaçaraq uzaqlaşmışdır. Daha sonra o, bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O. onların avtomobildən oğurluq etdiyini görməmişdir. Sadəcə şabhələndiyi üçün arxalarınca getmişdir. Sonradan Samirənin avtomobilindən oğurluq olduğunu görmüşdür. Cinayət işinin 1-ci cild 96-cı vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 176-179-cu vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdır. Cinayət işinin 1-ci cild 152-153-cü vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdır. Cinayət işinin vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirləri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-cild 231-234-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 4248 saylı ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 63 manat müəyyən edilir. Cinayət işinin 1-ci cild 232-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 253-256-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizasının Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 362 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin emosional davamsız cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinn ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin taktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur, sonuncunun əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur. İntellektual-mnestik imknaları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, bu barədə məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır. Ümumilikdə adaptiv olmaqla, özünə məxsus mövqeyə malik, qıcığa qarşı həssaslıq, ünsiyyətsizlik, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla onunla etdiyi hərkətləriıı xarakter və mənasını anlaya bilərdi. Hadisələr baş verən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəçmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 hadisə baş verən vaxt emosional halndan asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işinin 2-cild 01-13-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin istintaq materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs3 məxsus qara rəngli üzərində “Philipp Plein" sözləri yazılan süni dəri materialdan hazırlanmış pul kisəsi və qəhvəyi rəngli, markalananmasına dair heç bir məlumat olmayan süni dəri materialdan hazırlanmış sənəd qabı, avtomobilə aid qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsi, əlillik vəsiqəsi cinayət işi üzrə maddi sübut kini tanınmış və saxlanması üçün sonuncuya, Zərərçəkmiş şəxs2 məxsus üzərində “Signorina” sözləri olan 36 ölçülü dik daban qadın ayaqqabısı, açıq qəhvəyi rəngli üzərində “Chrales Kieth” sözləri olan nabuk materialdan hazırlanmış, maqnit düymə və zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qara rəngli üzərində “Chalita Paris” sözləri olan, süni dəri materialdan hazırlanmış, maqnit düymə və zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası cinayət işi üzrə maddi sübuta kimi tanınmış və saxlanması üçün sonuncuya təhvil verilmişdir. Həmçinin iş üçün əhəmiyyət kəsb etdiyinə görə Təqsirləndirilən şəxs2 məxsus "Üretken” markalı şüşə sındıran aləti işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 1-cild 222-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-cild 220-221-ci və 236-240-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən və Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(009)-162/2019 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Sumqayıt şəhər Probasiya Şöbəsinin xx xxxx 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(009)-162/2019 saylı hökmu Şöbənin icraatına xx.xx.2020-ci il tarixdə icraata daxil olub, xx xxxxxx 2020-ci il tarixdən qeydiyyata alınıb və hazırda sonuncu təyin edilmiş 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 07 ay 01 gününü çəkmişdir. Cinayət işinin 1-cild 114-115-ci vərəqələrində olan xx xxxxxx 2019-cu ul tarixli qərardan görünür ki, Nəsimi rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Qanuni nümayəndə Təqsirləndirilən şəxs2 qanuni nümayəndə kimi təyin edilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxslərin və şahidlin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onların qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi və qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırma cinayətlərini törətmələri tamamilə sübuta yetirildi. Onların əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 185.2.1-ci maddələri ilə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 185.2.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ələ keçirmə (qaçırma) – üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən səmimi peşman olmasını, gənc olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərə vurulmuş zərərin bir qismini onun tərəfindən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 185.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, cəzalar həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və sonuncunun xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək, yəni 2 (iki) gün həbsdə olma müddəti nəzərə alınmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməli və Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx xxxx 2021-ci il tarixdən saat 12-45-dən məhdudlaşdırıldığından Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməsini və yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 185.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(009)-162/2019 saylı hökmu ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və hazırda həmin cəzanın 07 yeddi ay 01 gün müddətini çəkmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4.1-ci maddəsinə əsasən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 185.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəzalar həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı, hazırkı iş üzrə cinayət əməlinin Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 1(009)-162/2019 saylı hökmu çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə sonuncunun barəsində təyin olunmuş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə ona təyin ediləcək cəza ilə həmin Məcəllənin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə qismən toplanaraq ona qəti cəza təyin edilməli və Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(009)-162/2019 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(009)-162/2019 saylı hökmünə əsasən Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 məxsus qara rəngli üzərində “Philipp Plein” sözləri yazılan süni dəri materialdan hazırlanmış pul kisəsi və qəhvəyi rəngli, markalanmasına dair heç bir məlumat olmayan süni dəri materialdan hazırlanmış sənəd qabı, avtomobilə aid qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsi, əlillik vəsiqəsi sonuncuya, Zərərçəkmiş şəxs2 məxsus üzərində “Signoria” sözləri olan 36 ölçülü dik daban qadın ayaqqabısı, açıq qəhvəyi rəngli üzərində “Charles Kieth” sözləri olan nabuk materialdan hazırlanmış, maqnit düymə və zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qara rəngli üzərində “Chalita Paris” sözləri olan süni dəri materialdan hazırlanmış, maqnit düymə və zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası sonuncuya təhvil verildiyindən həmin əşyalar onların istifadəsinə verilmiş hesab edilməli, digər maddi sübut kimi tanınmış Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs2 məxsus Üretken markalı şüşə sındıran alət hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmadığından digər Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdikləri 48 saata görə hər birinə 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 və 05 saylı Vəkil Bürosunun hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 185.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq sonuncunun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2021-ci il tarixdən, saat 12:45-dən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət 177.2.1, 177.2.2 və 185.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 hazırki hökmlə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 məxsus qara rəngli üzərində “Philipp Plein” sözləri yazılan süni dəri materialdan hazırlanmış pul kisəsi və qəhvəyi rəngli, markalanmasına dair heç bir məlumat olmayan süni dəri materialdan hazırlanmış sənəd qabı, avtomobilə aid qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsi, əlillik vəsiqəsi sonuncuya və Zərərçəkmiş şəxs2 məxsus üzərində “Signoria” sözləri olan 36 ölçülü dik daban qadın ayaqqabısı, açıq qəhvəyi rəngli üzərində “Charles Kieth” sözləri olan nabuk materialdan hazırlanmış, maqnit düymə və zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qara rəngli üzərində “Chalita Paris” sözləri olan süni dəri materialdan hazırlanmış, maqnit düymə və zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası sonuncuya təhvil verildiyindən həmin əşyalar onların istifadəsinə verilmiş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs2 məxsus “Üretken” markalı şüşə sındıran alət hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 48 saata görə 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 48 saata görə 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-15/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-15/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver