Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-15/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,152 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 02:00-da Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 176 saylı ünvanın qarşısında saxlanılaraq Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,152 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Elan edilmiş ittihamın məzmunundan görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, ümumi təmiz çəkisi 0,152 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımasını əsas tutaraq, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirir. Qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin obyektiv cəhəti kimi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı nəzərdə tutur. Lakin cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmədə və ibtidai istintaq dövründə verdikləri ziddiyyətli ifadələri, istintaq hərəkətlərinin Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinə əməl edilmədən aparılması nəticəsində təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini xeyli miqdarda əldə edərək saxlaması və daşıması faktı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, arada taksi fəaliyyəti ilə məşğul olur. 09 fevral 2024-cü il tarixdə Kamran adlı tanışı ona zəng edərək bildirmişdir ki, onu və iş yoldaşlarını Sabunçu rayonunun ərazisindən götürərək “28 May” metrostansiyasının yaxınlığına aparsın. O, Kamranın təklifi ilə razılaşmış, Kamranı və iş yoldaşlarını Sabunçu rayonu ərizisindən götürərək “28 May” metrostansiyasının yaxınlığına aparmışdır. Orada Kamran avtomobildən düşmüş, bir nəfər şəxsdən pul almalı olduğunu və həmin pulu alıb gələcəyini bildirmişdir. Kamran pulunu aldıqdan sonra onları Nərimanov rayonunda yerləşən köhnə “Kitay” restoranı kimi tanınan restoranın yanına aparmasını xahiş etmişdir. O, həmin şəxsləri Nərimanov rayonuna aparmış, yolda su istədiyi üçün avtomobili Nərimanov rayonunda “Kitay” restoranı ilə “Xal-xal” restoranının arxasında yerləşən mağazanın qarşısında saxlayaraq mağazaya daxil olmuş, bu zaman avtomobildə əyləşən şəxslərdən də su istəyib-istəmədiklərini soruşmuş və onlar da istədiklərini bildirmişlər. O, mağazaya daxil olduqdan bir qədər sonra mülki geyimdə olan şəxslər mağazaya daxil olmuş və ona yaxınlaşaraq onu çölə çıxartmışlar. O, həmin şəxslərdən kim olduqlarını soruşduqda ona polis əməkdaşları olduqlarını bildirmişlər. Çölə çıxdıqda o, polis əməkdaşlarının onun avtomobilini mühasirəyə aldıqlarını görmüşdür. Polis əməkdaşları onun üzərini axtarmış, lakin üzərindən heç nə aşkar olunmamışdır. Polis əməkdaşları onu və digər iki nəfər şəxsi aparıb qara rəngli “Hyundaı Grandeur” markalı avtomobildə əyləşdirərək, qapını bağlamışlar, özləri isə onun avtomobilində axtarış aparmışlar. Daha sonra polis əməkdaşları onun yanına gələrək, 1 ədəd balaca büküm göstərərək onun nə olduğunu və kimə məxsus olduğunu soruşmuşlar. O isə bildirmişdir ki, həmin büküm onun deyil, həmin bükümü ilk dəfədir ki, görür. Polis əməkdaşları həmin bükümü ona məxsus avtomobildə sürücü tərəfdə olan qapının əl tutulan yerinin aşağısında olan ləvazimatlar üçün nəzərdə tutulmuş yerdən tapdıqlarını və həmin bükümün narkotik vasitə olan “kakos” olduğunu bildirmişlər. Polis şöbəsində videoçəkiliş zamanı həmin büküm ona verilmiş və bildirilmişdir ki, əgər həmin bükümü cibinə qoyaraq ona məxsus olduğunu bildirsə, ona heç nə olmayacaqdır və onu buraxacaqlar. Onunla birlikdə tutulan şəxslər polis şöbəsinə aparılsa da, həmin şəxslərdən biri saxlanılmış, digərləri isə buraxılmışdır. O, gecəni Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində saxlanılmış, səhəri gün isə Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə aparılmışdır. Müvəqqəti saxlama yerinə aparılanda görmüşdür ki, saxlanılan digər şəxs də buraxılmışdır. Avtomobilindən aşkar edilmiş büküm ona məxsus olmamışdır. O, üzərində və ya avtomobilində narkotik vasitə saxlamamış, ümumiyyətlə uzun illərdir ki, narkotik vasitə istifadə etməmişdir. İfadə verən zaman polis əməkdaşları həmin şəxslərin adını bildirməyinə icazə verməmiş, hər şeyin yaxşı olacağını bildirmişlər. Buna görə də, o ifadəsində həmin şəxslər barədə heç nə bildirməmişdir. Həmçinin ibtidai istintaq zamanı ifadəsini təzyiq altında imzalamışdır. Belə ki, polis əməkdaşları onu məcbur etmişlər ki, ifadəsində onların bildirdiklərini yazsın. Polis əməkdaşları onu döyməsələr də, sinəsindən tutaraq irəli-geri itələmiş və ona qarşı alçaldıcı ifadələr işlətmişlər. O da kişi olaraq bütün bunları qəbul edə bilməmiş və bu səbəbdən də polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Həmçinin ona bildirilmişdir ki, ifadəsində onların bildirdiklərini yazaraq imzalasa hər şey yaxşı olacaq. Buna görə də o, məcbur olub ifadəsində polis əməkdaşlarının bildirdiklərini yazmışdır. Daha sonra isə kamera gətirilmiş və narkotik vasitəni ona verərək, videoçəkilişdə polis əməkdaşlarının dedikləri kimi danışması tələb edilmişdir. Ona narkotik vasitəni polis əməkdaşları vermiş və videoçəkilişdə cibindən çıxararaq ona məxsus olması barədə etirafedici ifadə verməsi tələb edilmişdir. Ona bildirilmişdir ki, külli miqdarda narkotik vasitə daşımada ittiham olunmaqdansa, CM-nin 234.1-ci maddəsi ilə razılaşsın. O, da məcbur olub razılaşmışdır. Polis əməkdaşı ona nə öyrətmişdirsə, videoçəkilişdə də həmin ifadəni vermişdir. Onun hüquqi anlayışı olmadığı üçün həmin ifadəni verməklə hansı məsuliyyətinin yaranacağını dərk etməmişdir. Bütün bu olanlar barədə sadəcə ailəsinə bildirmiş, anlayışı olmadığı üçün prokurorluğa və ya başqa hər hansı quruma bu barədə heç nə bildirməmişdir. Avtomobildə onunla birlikdə dörd nəfər olmuşlar. Avtomobilində olan digər üç nəfərdən sadəcə Kamran adlı şəxsi tanımışdır. Onun həmin şəxslərlə yaxından tanışlığı olmamış, sadəcə olaraq arada taksi lazım olan zaman onları lazım olan ünvana aparmışdır. Həmçinin o, ittiham aktında yazıldığı kimi xx.xx.2024-cü il tarixdə gecə saat 02:00-da deyil, 09 fevral 2024-cü il tarixdə təxminən saat 20:00-21:00 radələrində saxlanılmışdır. Polis əməkdaşlarının həmin əraziyə necə gəldiklərini bilməmişdir. Polis əməkdaşları bildirmişdir ki, onu 28 may ərazisindən kameraya çəkərək izləmişlər. Şahid qismində məhkəmə iclasında dindirilmiş polis əməkdaşları onu mağazadan çıxaran şəxslərin arasında olmasalar da, lakin həmin şəxslər o saxlanılan yerdə olmuşlar. Belə ki, onu mağazadan iki nəfər mülki geyimli polis əməkdaşı çıxarmış, məhkəmə iclasında dindirilən şahidlər isə onun avtomobilini mühasirəyə alan polis əməkdaşlarının arasında olmuşlar. O, 5-6 il əvvəl bir-iki dəfə narkotik vasitədən istifadə etsə də, ondan sonra uzun müddətdir ki, narkotik vasitə qəbul etmir. Bununla bağlı istənilən tibbi müayindən keçə bilər. Tutulmamışdan əvvəl və sonra onda narkotik vasitədən istifadə etmə halları olmamışdır. Polis şöbəsində ona qarşı nalayiq ifadələr işlədildiyi üçün, məcbur olub polis əməkdaşlarının dediklərini etmiş və hadisəni olduğu kimi danışmaq üçün məhkəmənin olmasını gözləmişdir. Həmçinin bildirir ki, o polis şöbəsinə gətirildikdən dərhal sonra anasına zəng edilmiş və anası da polis şöbəsinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat məlumatı daxil olmuş və o, Nəsimi RPİ-nin 22ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə hazırda dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs Mirəli Qaşqay küçəsində saxlayaraq özlərini təqdim etmişlər və sonuncunu polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs onlara heç bir müqavimət göstərmədən onlarla birlikdə 22-ci Polis Şöbəsinə getmişdir. Videoçəkiliş aparan zaman da şəxs özü üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən əməliyyat qrupu yaradılmışdır və həmin əməliyyat qrupuna Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 daxil edilmişdir. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Nəsimi rayonunun ərazisində mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi göstərilmişdir. Daxil olmuş məlumat əsasında onlar xx.xx.2024cü il tarixdə saat 02 radələrində ünvan 5 ünvanına yaxınlaşaraq orada özlərinə mövqe seçmişlər. Bu zaman bir nəfər şəxsin daxil olmuş məlumatda təsviri verilən Təqsirləndirilən şəxs ilə eyni əlamətlərinin olduğunu aşkar etmişlər və saat 02:00-da həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən özünü təqdim etməyini tələb etdikdə sonuncu Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Məhz bu səbəbdən onlar Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində olan zaman xidməti otaqların birində onun üzərinə şəxsi axtarış və baxış keçirilməsi üçün təhqiqatçı tərəfindən müdafiəçi təyin edilmiş və ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə müdafiəçi X8 iştirakı ilə şəxsi axtarış və baxış keçirilməyə başlanmışdır. Bu zaman ona üzərində qeyri qanuni olan əşyaları təqdim etmək təklif edildikdə Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, əynində olan tünd göy rəngli cins şalvarın cibində narkotik vasitə “kakos” vardır və həmin narkotik vasitəni təqdim etmək istədiyini vurğulamışdır. Bundan sonra Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan tünd göy rəngli cins şalvarın sağ cibindən ağ kağızda olan 01 ədəd bükümü çıxararaq təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki heroindir və həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə 28 may metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin hər hansı digər əşya aşkar edilməmişdir. Bundan sonra aşkar edilən büküm ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin Nərimanov rayonu ərazisində saxlanılması ilə bağlı bildirdikləri yalandır, belə ki, həmin ərazi onların ərazisi deyil, onlar təqsirləndirilən şəxsi Mirəli Qaşqay küçəsində saxlamışlar. Həmin ərazi Şamil Əzizbəyov küçəsi gedir, çünki ərazi Şamil Əzizbəyov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsidir. Onlar əməliyyat məlumatı əsasında şübhəli şəxsə yaxınlaşmışlar və ola bilər ki, əməliyyat məlumatında şəxsin Mirəli Qaşqay küçəsindən narkotik vasitə alması qeyd edilmiş, buna görə də yaddaşında Mirəli Qaşqay küçəsi qalmışdır. Şəxs saxlanılan zaman onun avtomobilində 2 və ya 3 nəfər olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, taksi kimi fəaliyyət göstərir və həmin şəxslər onun müştərisidir. Onlar şəxsi görəndə həmin şəxs avtomobil ilə yaxınlaşırmış və həmin vaxt axşam idi, hava qaralmışdı. Növbəti məhkəmə iclasında yenidən şahid qismində dindirilən zaman verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi dəqiq xatırlamadığı tarixdə gecə saat 02 radələrində Şamil Əzizbəyov küçəsində saxlamışlar. Onun anten dairəsində çıxan məlumatlarla bağlı bildirir ki, Azadlıq prospekti Şamil Əzizbəyov küçəsinin kəsişməsidir. Ümumiyyətlə o, həmin gün xidməti zərurət ilə əlaqədar Bakı şəhəri Nəsimi rayonunun ərazisində həm piyada, həm də avtomobil vasitəsi ilə xidmət aparmışdır. O, həmin gün eyni zamanda şəxsi işi ilə bağlı Bakı şəhəri Nərimanov rayonunda yerləşən Abu Arena adlı məkanın yaxınlığına getmiş, işlərini həll etdikdən sonra işə geri qayıtmışdır. O, həmin gün növbədə olmamışdır. Əməliyyat məlumatı digər Şahid3 daxil olmuşdur və o, əməliyyat qrupunun tərkibində olmuşdur. Şəxs saxlanılan zaman piyada olmuş və səki ilə onlar tərəfə gələn zaman saxlanılmışdır. Şəxs saxlanılan zaman tək olmuşdur, həmin vaxt küçənin digər tərəfində bir neçə şəxs olmuş, onlar əvvəl düşünmüşlər ki, həmin şəxslər Təqsirləndirilən şəxs ilə birlikdədirlər. Lakin sorğu-sual zamanı həmin şəxslər fəhlə olduqlarını və saxlanılan şəxsi tanımadıqlarını bildirmişlər. Onlar şöbəyə iki nəfəri aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsim 22-cı Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilkin ifadəsi zamanı hadisəni hazırda dəqiq xatırlamadığını, buna görə də ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, sonuncunun saxlanılması ilə bağlı heç nə xatırlamır. Təqsirləndirilən şəxs Nəsimi rayonunun ərazisində saxlanılmışdır və saxlanılan zaman tək olmuşdur. Təqsiləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmaq üçün məhkəmədə yalan ifadə verərək Nərimanov rayonu ərazisində saxlanıldığını və saxlanılan zaman üzərində narkotik vasitə olmadığını bildirir. Növbəti məhkəmə iclasında yenidən şahid qismində dindirlən zaman verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs Nəsimi rayonunun ərazisində gecə saatlarında saxlanılmışdır. Azadlıq prospekti Şamil Əzizbəyov küçəsinin kəsişməsidir. Əməliyyat məlumatı ona daxil olmuşdur. O, xidməti zərurətlə əlaqədar Nəsimi rayonu ilə sərhəd rayonların ərazisinə keçə bilər. Hazırda həmin gün Nərimanov rayonu ərazisinə keçib-keçməməsini xatırlamır, ola bilər ki, həmin gün başqa işlə bağlı Nərimanov rayonunun ərasizinə getmişdir. Lakin bu işlə bağlı olmamışdır. Çünki təqsirləndirilən şəxs Nəsimi rayonunun ərazisində, Şamil Əzizbəyov küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onlar iki nəfər olmuş, təqsirləndirilən şəxs isə yanındakı şəxslərlə birlikdə 7 nəfər olmuşlar. O, üç nəqliyyat vasitəsini, yəni KİA, Hyundaı və Camry markalı avtomobilləri idarə edir. “Hyundaı Grandeur” markalı avtomobil qara rənglidir və onun şəxsi avtomobilidir. O, həmin avtomobil ilə əməliyyat tədbirlərində iştirak edir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 7-8 ildir ki, tanıyır. Belə ki, Ayxan qapıpəncərə ustası olduğundan birlikdə iş götürərək işləmişlər. O, 09 fevral 2024-cü il tarixində axşam saat 18:00 radələrində Ayxana zəng edərək onu və iş yoldaşlarını “28 may” ərazisinə aparmasını xahiş etmişdir. Belə ki, onun 28 May ərazisində bir nəfərdən 600 manat alacağı olmuş və o, həmin pulu aldıqdan sonra iş yoldaşları ilə birlikdə yemək yeməyi planlaşdırmışdır. Ayxana bildirilmişdir ki, ona taksi kimi 30 manat verəcək, həm də onlarla restoranda yemək yeməsini təklif etmişdir. Lakin Ayxan onlarla birlikdə yemək yeməyə razılaşmamış və bildirmişdir ki, onları düşürüb gedəcəkdir. Ayxan təxminən 30-40 dəqiqəyə gələrək onları Sabunçu rayonu ərazisindən götürərək 28 may ərazisinə aparmışdır. O, 28 may ərazisindən alacağı 600 manat puldan 300 manatı almış və bundan sonra onlar birlikdə Nərimanov rayonunun ərazisinə Şəki restoranının yanında yerləşən bir məkana yemək yeməyə getmişlər. Getdikləri məkanın adını xatırlamasa da, onları həmin əraziyə aparmasını Ayxandan o, xahiş etmişdir. Həmin restorana ilk dəfə idi gedəcəkdilər. Restorana çatmağa az qalmış Ayxan hazırda adını xatırlamadığı mağazanın qarşısında saxlayaraq su almağa düşmüşdür. Ayxan onlardan da su istəyib-istəmədikləri barədə soruşmuş, onlar da su istədiklərini bildirmişlər. Ayxan mağazaya daxil olduqdan sonra həmin yerə polis əməkdaşları gəlmiş, onların olduğu avtomobili mühasirəyə almış və Ayxanı da mağazanın içərisində tutmuşlar. Polis əməkdaşları təxminən 10-15 nəfər olmuş və onların hamısını polis şöbəsinə aparmışlar. Ayxanı saxlayan kök, balacaboy oğlan olmuşdur. Həmin vaxt təxminən saat 20:30 radələri olmuşdur. Polis əməkdaşları onları da Ayxanın avtomobilindən düşərərək başqa qara rəngli “Kia” markalı avtomobilə əyləşdirmiş və Ayxanın avtomobilində axtarış aparmışlar. Polis şöbəsində onlar sual-cavab edilsələr də, ifadələri alınmamışdır. Saxlanıldıqdan sonra səhər 04 radələrində onu və bir iş yoldaşını buraxmışlar, lakin Ayxan və avtomobildə onlarla olan digər iş yoldaşını buraxmamışlar. Onları hansı polis şöbəsinə apardıqlarını xatırlamır. Polis şöbəsində onlar Ayxanla üzləşdirilməmiş, buraxıldıqdan sora bir daha polis şöbəsinə dəvət edilməmişdir. Onu və iş yoldaşını buraxanda polis əməkdaşı bildirmişdir ki, onlarlıq heç nə yoxdur, çıxıb gedə bilərlər. Saxlanılan zaman polis əməkdaşları təxminən 10-15 nəfər olmuş, hamısı mülki geyimdə olmuş və onlara vəsiqə təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. O, polis əməkdaşlarını tanımamış, heç biri ilə tanışlığı olmamışdır. Həmin gün onların həmin əraziyə yemək yeməyə gedəcəklərini heç kəs bilməmişdir. Həmçinin avtomobildə axtarış aparılan zaman qanunsuz hər hansı əşya tapılmasını görməmişdir. Onları saxladıqları mağaza Nərimanov rayonu ərazisində yerləşir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:50-də şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 02:00-dan tutulmuş hesab edilmişdir (i.v.24-25); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən ağ kağızda 1 (bir) ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür (i.v.54- 56); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/815 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 190” möhür əksi “Təqsirləndirilən şəxs....” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,152 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (i.v.56-60); - “DVD diskə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokolda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli video görüntüdən görünür ki, Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Nazim Müzəffərli, həmin polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, həmin polis şöbəsinin digər əməliyyat müvəkkili, polis leytenantı Şahid1 şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçi Fərhad Əliyevin iştirakı ilə sorğu-sual edirlər. İlk öncə təhqiqatçı X18 Nəhmətzadəyə hüquqlarını izah edir, daha sonra ona üzərində ola biləcək qanunla qadağan olunmuş hər hansı əşyanı könüllü olaraq təqdim etməsini bildirir, bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoyur, bu zaman təhqiqatçı tərəfindən həmin bükümün içərisində nə olması sorğu-sual edilir, buna cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümün içərisində “Kakos” kimi tanınan narkotik vasitənin olmasını, həmin narkotik vasitəni 28 may metrostansiyasının yaxınlığında şəxsi istifadəsi üçün üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən əldə etməsini vurğulayır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir lakin hər hansı əşya aşkar olunmur. Bundan sonra təhqiqatçı tərəfindən aşkar olunmuş narkotik vasitəyə bənzər maddə zərfin içərisinə qoyularaq müvafiq qaydada möhürlənir və həmin zərf hər bir iştirakçı tərəfindən imzalanır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v.79); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmişdir (i.v.97-98); - “Qətimkan tədbiri seçmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.99-100); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 17 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (i.v.107-108); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X20 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 1467 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v.110-111); - “Narkotik vasitənin maddi sübut kimi tanınması və saxlanılması üçün verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,152 qram çəkidə olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,102 qram narkotik vasitə heroinin Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i.v.113); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0.152 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0.102 qram narkotik vasitə heroinin Nəsimi RPİ-nin saxlancına təhvil verilməsi nəzərə alınmışdır (i.v.115-122); - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-271/2022 saylı, xx.xx.2022-ci il tarixl hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.125-130); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-290/2024 nömrəli qərarına əsasən məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 18755 saylı məktubuna əlavə olunmuş anten dairəsi barədə məlumatlara baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı məlumatlar müəyyən edilmişdir: Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 20:53:06-dan 21:23:46-dək heç bir rayon dəyişmə olmadan davamlı olaraq Bakı şəhəri, Nərimanov rayonunun müxtəlif küçələri olmuşdur. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-290/2024 nömrəli qərarına əsasən məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, BKC/LGL-11933/24 saylı məktubuna əlavə olunmuş anten dairəsi barədə məlumatlara baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı məlumatlar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 20:03:35-də M.A.Resulzade 21/Bakı şəhəri, Sabunçu rayonu, Xəstəxanayanı küç.26A (17 nömrəli Bakı Peşə Liseyi)/Sabunchu olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 20:19:27-də və xx.xx.2024-cü il tarixdə saat 21:01:31-də Pekin Restaurant//Narimanov olmuşdur. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-290/2024 nömrəli qərarına əsasən məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, BKC/LGL-1664/204 saylı məktubuna əlavə olunmuş anten dairəsi barədə məlumatlara baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı məlumatlar müəyyən edilmişdir: X3 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək intervalnda istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 21:40:23dən 23:55:42-dək Bakı şəhəri, Nəsimi rayonu Mirzağa Əliyev, Dilarə Əliyeva küçələri və Azadlıq prospekti 53 ünvanı olmuşdur. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-15/2025 nömrəli qərarına əsasən məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 6446 saylı məktubuna əlavə olunmuş anten dairəsi barədə məlumatlara baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı məlumatlar müəyyən edilmişdir: Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi: xx.xx.2024-cü il tarixdə saat 20:03:35-dən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi 14 olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 22:42:42-də Azadlıq prospekti olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 02:46:12-dən 03:01:52-dək davamlı olaraq Azadlıq prospekti, Neft Akademiyası və Azadlıq prospekti 47 X9muşdur. Məhkəmə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutları, o cümlədən axtarış və götürmə haqqında olan protokolu, habelə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tam, hərtərəfli və obyektiv yoxlayıb, cinayət təqibi üzrə toplanmış sübutları təhlil və bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyətini, mümkünlüyünü, mötəbərliyini qiymətləndirib toplanmış bütün sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cinayət təqibi üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda, 01 bükümdə 0,152 qram çəkidə narkotik vasitə olan herioni əldə edərək, daşımaqla üzərində saxlamasına dair irəli sürülmüş ittihamın təsdiq olunmasına kifayət etmir. Buna görə də məhkəmə hesab edir ki, ehtimallar əsasında şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, təqsirsizlik prezumpsiyası, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz elan edilməli və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Məhkəmə, bununla bağlı mövqeyini aşağıdakılarla əsaslandırır: İlk növbədə, ittiham tərəfinin bütün sübutları (şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübut kimi tanınmış 01 ədəd bükümdə narkotik vasitə heroin) Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələri xeyli miqdarda əldə etmə, saxlama, daşıma əməlinin törədilməsinə dəlalət etmir. Həmin hərəkətlərin edilməsi isə nəinki iş üzrə mötəbər sübutların məcmusu ilə təsdiq edilmir, buna dair ümumiyyətlə sübut mövcud deyil. Buna görə də məhkəmə, iş üzrə ittiham tərəfinin sübutlarını həm ayrı-ayrılıqda, həm də məcmu halda qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Əvvəla, cinayət işinin materialları ilkin olaraq tədqiq edilərkən ittihamda göstərilən halların həqiqiliyinə dair məhkəmədə ciddi şübhələr yaranmışdır. Buna əsas olan ilkin məqam təqsirləndirilən şəxsin ittihamda göstərilən halların əksinə olaraq onun 09 fevral 2024-cü il tarixdə axşam saat 20 radələrində Bakı şəhəri Nərimanov rayonunun ərazisində saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə gətirilməsi, gecə saat 02 radələrinə kimi həmin şöbədə saxlanılması, yalnız saat 02:50-də müvafiq sənədləşdirmə aparılmaqla üzərində videoçəkilişlə axtarış aparılması və digər xüsusatlar üzrə verdiyi ifadəsi əsas olmuşdur. Bundan sonra həmin ifadənin həqiqiliyini yoxlamaq məqsədilə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, bu hal ilkin olaraq cinayət işi üzrə tərtib edilmiş sənədlər arasında ciddi uyğunsuzluğun mövcudluğu ilə müəyyən edilir. Belə ki, “Şübhəli şəxsin tutulması haqqında” 10 fevral 2024-cü il tarixli protokolda Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdə, saat 02:50-də şübhəli şəxs qismində tutulduğu qeyd edilsə də (iş vərəqə: 24-25) cinayət işində olan Təqsirləndirilən şəxs şəxsiyyətinə dair məlumatları əks etdirən DİN-nin portalından edilmiş çıxarışlarda bütün vərəqələrin sol yuxarı küncündə həmin sorğunun tərtib olunma tarixi “xx.xx.2024 12:33” kimi qeyd olunmuşdur. Həmçinin, qeyd edilməlidir ki, həmin çıxarışlar tədqiq edilərkən aydın olur ki, “sorğunun tərtib olunma tarixi” hissəsi hər hansı kənar müdaxiləni istisna etməklə müvafiq məlumatların həqiqi sorğulandığı tarixi və vaxtı əks etdirir və həmin məlumatlar çap zamanı kağız daşıyıcıda əks olunur. Məhkəmə qeyd edir ki, əgər Təqsirləndirilən şəxs ittiham tərəfinin iddia etdiyi kimi 10 fevral 2024-cü il tarixdə, saat 02 radələrində tutularaq polis şöbəsinə gətirilərək, saat 02:50 radələrində isə şəxsiyyəti müəyyən edilməklə üzərində videoçəkilişlə axtarış aparılmışdırsa, necə olur ki, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatlar xx.xx.2024-cü il tarixdə 12:33 radələrində müəyyənləşdirilir. Halbuki, “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokolda şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyənləşdirilməklə onun barəsində məlumatlar əks olunmuşdur. Beləliklə müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində sənədləşmə qanunsuz olaraq xx.xx.2024-cü il tarixdə, 12:33 radələrində olmuşdur. Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndini şərh edən Avropa Məhkəməsi bildirir ki, “dərhal anlayışı” həftəsonu, istirahət günlərində və ya gecə yarısı, yaxud da bayram günlərində səlahiyyətli orqanlar tərəfindən iş üzrə araşdırmanın lazımı cəldliklə və müttəhimin hüquqları təmin edilməklə keçirilməsini nəzərdə tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən isə tutulma vaxtı barəsində tutulma tətbiq edilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesab edilmişdir. Məhkəmə, baxılan işdə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ibtidai araşdırma mərhələsində Təqsirləndirilən şəxs üstündən “tapılmış” narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulması, tutularkən üzərində və avtomobilində heç bir narkotik vasitənin olmaması, sonradan prosessual qanunvericilik pozulmaqla üstündə axtarışın aparılması, bu zaman prosessual hüquqlarının pozulması və onların ittihamı üçün sübutlar bazasının məhz bu yolla, yəni qanunsuz yolla əldə edilməsi ilə əlaqələndirildiyindən, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin də bu məsələyə dair geniş presedent təcrübəsi olduğundan və işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” və “Zayidov Azərbaycana qarşı” işləri arasında bənzərlik olduğundan həmin presedentin hazırki işə tətbiq edilməsini zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. “Layıcov Azərbaycana qarşı iş”. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, Layıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal və saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Layıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Anoloji mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin digər qərarlarında da formalaşdırılmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə saxlanıldığı yerdə deyil, 4 saatdan artıq müddət keçdikdən sonra polis idarəsində xidməti otaqda keçirilmiş, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutulma protokolu tərtib edilməmiş, tutulmuş şəxs təxirə salınmadan polis orqanının müvəqqəti saxlama yerində qeydiyyata alınmamışdır və bununla da ittihamın əsası olan şübhəli şəxsin tutulması, şəxsi axtarış və götürmə haqqında protokollar cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiklərindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiklərindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. Məhkəmə üçün anlaşılan deyildir ki, qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında ittiham olunan təqsirləndirilən şəxs üzərində şəxsi axtarış nəyə görə tutulduğu yerdə və ya ən azından İdarəyə gətirildikdən dərhal sonra deyil, uzun müddət sonra həyata keçirilmişdir. Şəxsi axtarışı şəxsin tutulmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur və ittiham tərəfindən belə dəlillər məhkəməyə təqdim edilməmişdir. Şübhəsiz ki, belə hallara tutulan şəxslərin ağır xəstəliyi, axtarışın həyata keçirilməsinə digər şəxslər tərəfindən yaradılacaq maneələr, texnogen qəzalar, sosial kataklizmlər (müharibə vəziyyəti, fövqəladə vəziyyət və s. bu kimi hallar), təbii kataklizimlər (zəlzələ, sel, daşqınlar) və s. aiddir Halbuki, CPM-in 148.2-ci maddəsi ilə yanaşı, 86.8-ci maddəsi də təhqiqat orqanının əməkdaşına “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törədən şəxsləri və şübhəli şəxsləri” tutmaq səlahiyyəti verir (maddə 86.8.2), CPM-in 86.8.3-cü maddəsi isə təhqiqat orqanının əməkdaşının məhz tutduğu yerdə tutulan şəxsin üstünü yoxlamaq səlahiyyətini nəzərdə tutur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırılması ilə onun üzərinə həyata keçirilən şəxsi axtarış arasında uzun müddət (04 saatdan artıq bir müddət, nəzərə alınmalıdır ki, bu müddət təqsirləndirilən şəxsin İdarədə saxlanılmasının müəyyən edilə bilən dövrünü ifadə edir, şübhəsiz o, saxlanılaraq idarəyə gətirilməsi vaxtı da diqqətə alınmaqla bundan da artıq müddət polisin faktiki nəzarətində idi) keçmiş, yəni Təqsirləndirilən şəxs saxlanılması ilə onun şəxsi axtarışı arasında uzun vaxt boşluğu olmuşdur. Ona görə də saxlanılma ilə şəxsi axtarış arasında olan bu vaxt boşluğu sübutların (narkotik vasitələrin) təqsirləndirilən şəxsin “üstünə qoyulması”nın mümkünlüyü ilə bağlı qanuni və əsaslı narahatlıqlar ortaya qoyur. Belə ki, həmin vaxt ərzində Təqsirləndirilən şəxs müdafiəçisiz və prosessual hüquqlarının həyata keçirilməsinə şarait yaradılmadan tamamilə polisin nəzarətində olmuşdur. Bundan əlavə, şəxsi axtarış və götürmə hərəkətinin ciddi prosessual pozuntular ilə aparıldığı müəyyən edilmişdir ki, bu hal həm də onun nəticələrini, yəni şəxsi axtarış və götürmə aparılması barədə protokolu və diskə baxış keçirilməsi haqqında protokolu etibarsız edir. Göstərilənlərə əsasən cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosessual sənədlər qanunvericiliyin tələblərinin pozulması şəraitində məzmunları təhrif edilməklə tərtib edildiyindən, həmçinin iş üzrə aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd edilən ziddiyyətli halların qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması səbəbindən məhkəmə hesab edir ki, aşağıda qeyd edilən sənədlər iş üzrə ittihamın həll edilməsində sübut kimi qiymətləndirilə və mötəbər hesab edilə bilməz. Cinayət işi üzrə digər ziddiyyətli məqam təqsirləndirilən şəxsin saxlanılma vaxtı, yeri və kimlər tərəfindən saxlanılması ilə bağlı ibtidai istintaq materialları ilə müəyyən edilmiş halların işin həqiqi halları ilə eynilik təşkil etməməsi və təhrif edilməsidir. Belə ki, məhkəmə, ittihama əsasən Təqsirləndirilən şəxs Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 176 saylı ünvanın qarşısında saxlayaraq idarəyə gətirilməsində iştirak etmiş polis əməkdaşları olan Şahid1 və Şahid3 ifadələrini tədqiq edərək qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşlarının həm sərbəst ifadələrində, həm də onlara ünvanlanan suallara verdikləri cavablar zamanı kifayət qədər uyğunsuzluq, ziddiyyətlər müəyyən edilmişdir. Xüsusilə, “təqsirləndirilən şəxs nə vaxt və harada saxlanılmışdır?” sualı üzrə şahidlərin verdikləri cavablar ümumiyyətlə, verilmiş ittihamla uyğunsuzluq təşkil edir. Şahidlər “hadisənin tam yadında olmaması səbəbindən” həmin suala cavab verə bilməmişlər. Belə ki, həmin sualı cavablayan Şahid1 ilk əvvəl israrla dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində saxlanıldığını, daha sonra proses iştirakçılarının verdiyi reaksiyanı görərək dərhal öz ifadəsini dəyişərək həmin ərazinin Şamil Əzizbəyov küçəsi hesab edildiyini, belə ki, ərazinin Şamil Əzizbəyov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsi olduğunu bildirmiş, bununla da kifayətlənməyən Şahid1 qeyri-adekvat cavablarını davam edərək cümləsini tamamilə fərqli tərəfə çevirmiş və əməliyyat məlumatında şəxsin Mirəli Qaşqay küçəsindən narkotik vasitə alması qeyd edildiyi üçün yaddaşında Mirəli Qaşqay küçəsinin qaldığını bildirmişdir. Həmçinin “təqsirləndirilən şəxs nə vaxt və harada saxlanılmışdır?” sualını cavablayan Şahid3 isə ilk əvvəl cavabında təqsirləndirilən şəxsi tanımamasını, sonuncunu ilə bağlı heç nə xatırlamadığını bildirsə də, daha sonra təqsirləndirilən şəxsin gecə saatlarında Nəsimi rayonunun ərazisində saxlanıldığını bildirmişdir. Halbuki, Təqsirləndirilən şəxs onun 09 fevral axşam saat 20:00 – 21:00 aralığında Bakı şəhəri, Nərimanov rayonu,”Kitay” restoranına çatmamış dairənin yanında yerləşən mağazanın içərisində saxlanıldığını, saxlanıldıqdan sonra Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə aparıldığını, həmin vaxt anasına məlumat verərək həmin polis şöbəsinə dəvət edildiyini bildirmiş, onun bu ifadəsi müdafiə tərəfinin vəsatətləri əsasında Təqsirləndirilən şəxs, onun anası X3, şahidlər Şahid1, Şahid3 və əlavə şahid qismində dindirilmiş Şahid2 istifadəsində olan mobil telefon nömrələrinin anten məlumatlarında da öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların həqiqiliyinə qiymət verilməsi üçün müdafiə tərəfinin vəsatətləri əsasında Təqsirləndirilən şəxs, onun anası X3, şahidlər Şahid1, Şahid3 və əlavə şahid qismində dindirilmiş Şahid2 istifadəsində olan mobil telefon nömrələrinin anten məlumatlarının əldə edilməsi üçün müvafiq qərarlar qəbul edilmişdir. Daxil olmuş anten məlumatlarının tədqiq edilməsi nəticəsində aydın olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 20:03:35-də M.A.Resulzade 21/Bakı şəhəri, Sabunçu rayonu, Xəstəxanayanı küç, 26A (17 nömrəli Bakı Peşə Liseyi)/Sabunchu olmuş, xx.xx.2024-cü il tarixdə saat 20:19:27-də və xx.xx.2024-cü il tarixdə saat 21:01:31də Pekin Restaurant//Narimanov olmuş, X3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 21:40:23-dən 23:55:42-dək xx.xx.2024-cü il tarixdə saat 21:40:23-dən 23:55:42-dək Bakı şəhəri, Nəsimi rayonu Mirzağa Əliyev, Dilarə Əliyeva küçələri və Azadlıq prospekti 53 ünvanı olmuş, Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 20:53:06-dan 21:23:46-dək heç bir rayon dəyişmə olmadan davamlı olaraq Bakı şəhəri, Nərimanov rayonunun müxtəlif küçələri olmuş, Şahid2 istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsinin anten dairəsi: xx.xx.2024-cü il tarixdə saat 20:03:35-dən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi 14 olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 22:42:42-də Azadlıq prospekti olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 02:46:12-dən 03:01:52-dək davamlı olaraq Azadlıq prospekti, Neft Akademiyası və Azadlıq prospekti 47 X9muşdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan kimi xx.xx.2024-cü il tarixdə saat 02:00-da saxlanılmışdırsa onun anası X3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 21:40:23dən 23:55:42-dək nə üçün Bakı şəhəri, Nəsimi rayonu Mirzağa Əliyev, Dilarə Əliyeva küçələri və Azadlıq prospekti 53 ünvanı, yəni Nəsimi rayon Polis idarəsinin 22-ci polis bölməsinin yerləşdiyi ərazi (Azadlıq prospekti 63) olmuşdur. Bu da onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan kimi deyil, daha əvvəl saxlanılmış, anasına bu barədə məlumat verilmiş və artıq xx.xx.2024-cü il tarixdə saat 21:00-22:00 radələrində təqsirləndirilən şəxsin anası 22-ci Polis Bölməsinə gəlmişdir. Bununla da, təqsirləndirilən şəxsin məhkəmə iclasında 09 fevral 2025-ci il tarixdən 10 fevral 2025-ci il tarixədək olduğu məkanlar barədə qeyd etdikləri "xxxx" MMC və "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş anten məlumatlarında qeyd olunanlar ilə uyğunluq təşkil etmişdir. Məhkəmə, "xxxx" MMC və "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş həmin anten məlumatlarını sübut kimi mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, qeyd edilən anten məlumatları sübutetmə predmetinə daxil olan hallara aiddir, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi üsuluna dair şübhələr mövcud deyil, sübut kimi qəbulediləndir. Beləliklə Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdə saat 02:00-da Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 176 saylı ünvanın qarşısında saxlanılmasına dair ittihamda göstərilən hallarla ziddiyyət təşkil edir və həmin ifadələrin həqiqiliyinə olan şübhələri dərinləşdirir. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələrində onun 09 fevral saat 20:00 – 21:00 aralığında Bakı şəhəri, Nərimanov rayonu,”Kitay” restoranına çatmamış dairənin yanında yerləşən mağazanın içərisində saxlanıldığını, saxlanılan zaman ona məxsus avtomobildə 3 nəfər şəxsin olduğunu, həmin şəxslərdən sadəcə Kamran adlı şəxsi şəxsən tanıdığını, onun saxlanılması zamanı əməliyyat tədbirində iştirak edən polis əməkdaşlarının sayının 10 nəfərdən çox olması, saxlanıldıqdan sonra onun polis əməkdaşına məxsus qara rəngli “Hyundaı Grandeur” markalı avtomobildə əyləşdirilməsini, avtomobilində isə onun iştirakı təmin olunmadan axtarış aparılmasını, daha sonra polis əməkdaşının ona yaxınlaşaraq avtomobildən bir büküm narkotik vasitə aşkar edildiyini, buna görə də onu və yanında olan digər 3 nəfər şəxsi polis şöbəsinə apardıqlarını bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri cinayət işinin araşdırılması zamanı mötəbər sübutların məcmusu və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, şahidlər Şahid1 və Şahid3 məhkəmə iclasında dindirilən zaman bir-biri ilə ziddiyyət təşkil edən ifadələr vermişlər. Şahid1 məhkəmə iclasında ilkin ifadəsində Təqsirləndirilən şəxs saxlanılan zaman avtomobili ilə hərəkətdə olduğunu, onun avtomobilində 2 və ya 3 nəfər şəxsin olduğunu bildirsə də, növbəti məhkəmə iclasında yenidən dindirilən zaman Təqsirləndirilən şəxs saxlanılan zaman piyada olduğunu və səki ilə onlar tərəfə gələn zaman saxlanıldığını, sonuncunun həmin vaxt tək olduğunu, küçənin digər tərəfində dayanmış vəziyyətdə olan bir neçə şəxsin olduğunu, həmin şəxsləri sorğu sual edən zaman Təqsirləndirilən şəxs tanımadıqlarını bildirdiklərini, şöbəyə isə iki nəfər apardıqlarını bildirmişdir. Həmçinin iş üzrə digər Şahid3 isə məhkəmə iclasında ilkin ifadəsində Təqsirləndirilən şəxs saxlanılan zaman tək olduğunu qeyd etsə də, növbəti məhkəmə iclasında yenidən dindirilən zaman təqsirləndirilən şəxs saxlanılan zaman yanındakı şəxslərlə birlikdə 7 nəfər olduqlarını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şahidlərin ifadələri ağlabatan olmamaqla həmin ifadələr öz mötəbərliliyini itirməklə şübhə altına düşmüşdür. Ümumiyyətlə, qeyd edilməlidir ki, verilmiş ittihama görə Təqsirləndirilən şəxs yaxınlaşaraq onun idarəyə aparılmasında və üzərinə şəxsi axtarış və baxış keçirilməsində iştirak etmiş bütün polis əməkdaşları sərbəst ifadələrində iş üzrə qısa və ümumi xarakterli məlumat verməklə kifayətlənmiş, məhkəmə iclasında ittiham və müdafiə tərəfinin suallarına isə “hadisənin tam yadında olmaması” səbəbindən cavab verməkdən yayınmışlar. Hətta, məhkəmə iclasında dindirilmiş şahidlər sübutetmə predmetinə daxil olan əsas hallarla bağlı məhkəməyə dəqiq və mötəbər məlumatlar verə bilməmişlər. Belə olan halda, təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti ilə bağlı yuxarıda təhlil edilən sübutlar da nəzərə alındıqda şahid qismində dindirilmiş polis əməkdaşlarının cinayət işinin sübutetmə predmetinə daxil olan halları ilə, xüsusilə təqsirləndirilən şəxsin saxlanılma vaxtı və yeri ilə bağlı verdikləri ifadələrin verilmiş ittihamla ziddiyyət təşkil etməsi, ümumiyyətlə, bir çox halda iş üzrə əhəmiyyət kəsb edən hallarla ittiham və müdafiə tərəfinin suallarına cavab verə bilməmələri ittihamda göstərilən halların həqiqətdə baş vermədiyi qənaətinə gəlməyə, Təqsirləndirilən şəxs həqiqətən 10 fevral 2025-ci il tarixdə saat 02:00-da Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 176 saylı ünvanın qarşısında olmasını, onun məhz həmin polis əməkdaşları tərəfindən həmin şəraitdə saxlanıldığı xüsusatlarını təkzib etməyə imkan verir. Başqa sözlə, şahid ifadələrindəki qeyrimüəyyənliklər, ziddiyyətlər, onların suallara cavab verməkdən yayınmaları onların həqiqətən təqsirləndiriləni göstərilən şəraitdə və vaxtda saxladıqları inamını doğurmur və təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların həqiqiliyi qənaətinə gəlməyə imkan verir. Həmçinin, Şahid3 məhkəmə iclasında müdafiə tərəfinin sualını cavablayan zaman onun qara rəngli “Hyundaı Grandeur” markalı avtomobilinin olduğunu və həmin avtomobil ilə əməliyyat tədbirlərində iştirak etdiyini təsdiqləmişdir. Beləliklə, təqsirləndirilən şəxsin onun qara rəngli “Hyundaı Grandeur” markalı avtomobilə mindirilərək şöbəyə aparılması barədə bildirdikləri Şahid3 ifadəsi ilə öz təsdiqini tapmışdır. Məhkəmə, şahid ifadələri ilə verilmiş ittiham arasındakı ziddiyyətləri, şahid ifadələrindəki qeyri-müəyyənlikləri, iş üzrə sübutetmə predmetinə daxil olan hallara dair ciddi natamamlıqları təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti ilə əlaqələndirərək həmin ifadələrin mötəbər sübut kimi qəbul edilə bilməməsinin əsaslarını müəyyən etmişdir. Təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti artıq həqiqi sübutlarla müəyyən edildiyi üçün və həmin şahid ifadələri həmin mötəbər sübutlarla təkzib edildiyi üçün artıq həmin ifadələrin həqiqiliyi “ipso facto” (təbiəti etibarilə) qəbuledilməzdir. Bu səbəbdən, həmin ifadələrin mötəbərliyi və həqiqiliyi ilə bağlı əlavə qiymətləndirməyə ehtiyac yoxdur. Bununla belə, məhkəmə, həmin ifadələrinin sübut kimi qəbuledilən olmadığını, mötəbərliyinə və işin həqiqi hallarını əks etdirməsinə dair ciddi şübhələrin olduğunu əlavə olaraq aşağıdakılarla əsaslandırır: Yuxarıda qeyd olunan hallara əsasən polis əməkdaşları Şahid1 və Şahid3 ifadələrinin mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. X4rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Oхşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprеl 2009-cu il tariхli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi vеrdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə polis əməkdaşları Şahid1 və Şahid3 ifadələrini mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, məhkəmənin mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. İttiham tərəfinin təqsirləndirilən şəxsə qarşı ittihamın irəli sürülməsində və müdafiə edilməsində əsaslandığı digər sübut növü isə təqsirləndirilən şəxsin istintaq zamanı verdiyini iddia etdikləri etirafedici ifadələridir. Məhkəmə baxışı zamanı elan olunan etirafedici ifadələrinə münasibət bildirən Təqsirləndirilən şəxs onun 09 fevral 2024-cü il tarixdə saat 20:00 – 21:00 radələrində saxlanıldıqdan sonra heç bir ifadə vermədiyini, həmin gün gecə idarədə saxlanıldıqdan sonra səhəri günü təqdim olunan bütün sənədlərə imza etdiyini, ifadələrini də müstəntiqin özünün yazdığını, ona ifadələrinə və başqa sənədlərə imza etdirdiyini bildirmişdir. Lakin ifadəsində guya narkotik vasitənin ondan aşkar olunduğu göstərilmişdir. Amma o, nə şifahi və nə də yazılı olaraq belə bir ifadə verməmişdir. Bundan başqa, təqsirləndirilən şəxs çarpaz dindirmə zamanı bildirmişdir ki, polis əməkdaşları videoçəkilişdən əvvəl ona kağız bükümü verib həmin bükümü cibinə qoymasını və videoçəkilişdə həmin bükümü çıxararaq ona məxsus olmasını bildirməyi tələb etmişlər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilən ittihamla bağlı ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadələri arasında ziddiyyətə hüquqi qiymət verərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadələri mötəbər sayılmalı və qəbul ediməlidir. Onun ibtidai araşdırmada bu xüsusda şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri isə həqiqi iradə ifadəsini əks etdirməmişdir. Belə ki, məhkəmədə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs saxlanıldığı zaman da onun bir sıra hüquqları kobud şəkildə pozulmuşdur, hər cür prosessual təminatdan kənar “özbaşına” saxlanılmışdır. Ona qarşı ittihamın əsasını qanunsuz yolla əldə edilmiş maddi sübut narkotik vasitə heroin təşkil etmişdir. Eyni zamanda iş materiallarından o da görünür ki, şəxsi axtarış zamanı təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilsə də, lakin tutulma və axtarış zamanı müdafiəçi ilə konfidensial ünsiyyət saxlamaq, öz müdafiəsini hazırlamaq imkanı verilməmişdir. Təqsirləndirilən şəxsin uzun müddət ərzində müdafiəçisiz tam şəkildə polisin nəzarəti altında olduğu, hüquqlarının izah edilmədiyi və polisin təsiri altında özü üçün əlverişsiz vəziyyətdə müəyyən qorxu və təşviş keçirdiyi halda, həmin şəraitdə verdiyi ifadələri həqiqi iradə ifadəsinin nəticəsi (bəyanı) kimi qəbul oluna bilməz. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 61.3-cü maddəsinə əsasən hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs ona verilən ittihamda öz təqsirini etiraf etməmiş və onun ibtidai araşdırmada CM-nin 234.1-ci maddəsi üzrə ittihamla bağlı verdiyi ifadələri iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübutlar kimi qəbul edir. Həm də Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, yuxarıda sadalananları və daxili inamını əsas tutaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı etirafedici ifadələrini, o cümlədən üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılarkən sorğu zamanı etirafedici izahatını müxtəlif təsir, təzyiq, hədə və təhdid altında imzalaması inandırıcıdır. Cinayət-prosessual qanunvericilik təkcə zorakılıq, aldatma, işgəncə ilə yanaşı həm də hədə-qorxu ilə alınmış əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol vermir (CPM-nin 125.2.2-ci maddəsi). Hədə-qorxu anlayışı isə müxtəlif formalarda təzahür oluna bilər. Təkcə tutulmuş şəxsə edilə biləcək hər hansı təhdidləri deyil, eyni zamanda dolayısı ilə onun mənafeyinə toxuna biləcək yaxın qohumlarının, tanışlarının barəsində qanunsuz hərəkətlərin ediləcəyi ilə hədələmə formasında da ifadə oluna bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilkin izahatından, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, hər üç halda təqsirləndirilən şəxsin həm təhqiqatçıya, həm də müstəntiqə müxtəlif vaxtlarda verdiyi izahat və ifadələr tamamilə eyni olmuşdur. Bu isə öz növbəsində məhkəmədə bir daha əsaslı şübhələr yaradır ki, Təqsirləndirilən şəxs etiirafedici ifadələri ilə bağlı verdiyi izahlar ağlabatandır, bu izahat və ifadələr təqsirləndirilən şəxsin sərbəst şəkildə ifadəsi olmamaqla yanaşı təhqiqatçı və müstəntiq tərəfindən əvvəlcədən yazılmış mətnin köçürülməsi üsulu ilə qeydə alınmışdır. Şərh olunanlara əsasən Təqsirləndirilən şəxs polisdə verdiyi izahat və ifadələrində üzərində narkotik vasitənin olmasını etiraf etməsi, həmin izahat və ifadələrdə qeyd olunan halların təqsirləndirilən şəxsin sərbəst ifadəsinin olmasına məhkəmədə əsaslı şübhələr yaradır. Eyni ilə polis əməkdaşları Şahid1 və Şahid3 da ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də tamamilə eyni olmuşdur. Bu da bir daha müstəntiq tərəfindən bu ifadələrin də köçürmə üsulu ilə yazılmasının aşkar göstəricisidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs ilk öncə özünü təqsirli bilməsi barədə ifadə versə də, məhkəmə iclasında özünü təqsirli bilmədiyini qeyd etməklə yanaşı, ibtidai istintaq zamanı ilkin olaraq verdiyi etirafedici ifadəni Nəsimi RPİ-nin polis əməkdaşları tərəfindən məruz qaldığı təzyiq altında verdiyini bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Bununla belə, Təqsirləndirilən şəxs ilə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsi bir-birini tamamlamışdır. Məhkəmə qeyd edir ki, Şahid2 Təqsirləndirilən şəxs saxlanıldığı vaxt birlikdə saxlanıldıqlarını, həmçinin onların yanında əlavə iki nəfər şəxsin də olduğunu bildirsə də, Şahid2 və digər iki nəfər şəxs iş üzrə əsas şahidlər olduqları halda, ibtidai istintaq orqanı tərəfindən həmin şəxslərin şəxsiyyətləri müəyyən edilərək şahid qismində dindirilməmişdir. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl hansı şübhəli davranışları sərgiləməsi, əhatəsində kimlərin olmasını dəqiqlədirmək üçün ərazinin həmin saatda olan kamera görüntüləri alınmamış, Təqsirləndirilən şəxs 09 fevral 2024-cü il tarixdə saat 20:00-dan 10 fevral saat 02:00 aralığında mobil telefonunun anten dairəsi müəyyən edilməməklə həmin vaxtda yanında və ya paralelində olan şəxslərin dairəsi dəqiqləşdirilməmişdir. Belə ki, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 09 fevral 2024-cü il tarixdə saxlanılmış, hazırki cinayət işi isə məhkəmənin icraatına 21 may 2024cü il tarixdə daxil olmuş, Təqsirləndirilən şəxs saxlanıldığı məkana və gətirildiyi polis şöbəsinə aid kamera görüntülərinin qeydə alınmasından 3 (üç) ay 12 (on iki) gün keçmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, həmin müddət ərzində kamera görüntülərinin “hard disk” yaddaşında saxlanılması qeyri-realdır, bu hal özlüyündə işin faktiki hallarının araşdırılmasında yol verilmiş nöqsanların göstəricisidir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixində saat 02:00-da Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ünvan 9 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə gətirilməsi kimi ittiham verilsə də, məhkəmə iclasında təqsirləndirilən şəxsin, əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsi, "xxxx" MMC-nin və "xxxx" MMC-nin təqdim etdiyi anten dairəsi üzrə məlumatları əks etdirən CD disklər ilə həmin xüsusat təkzib olunmuşdur. Bütün bunlar isə işin halları qeyd edilən protokolların tamamilə təhrif edilməsini, tərtib edilmiş sənədlərin kənar təsirlər altında iradəsi əleyhinə Təqsirləndirilən şəxs tərəfindən imzalanmasını müəyyən edir. Cinayət-prosessual qanunvericilik yalnız mənbəyinin mötəbərliyi şübhə doğurmayan sübutların qəbuledilənliyini müəyyən edir. Şəxsin təqsirliliyinə dair cinayət təqibi orqanının mövqeyi mülahizələrə deyil, konkret sübutlarla müəyyən edilə bilən hallara əsaslanmalıdır. Faktiki məlumatların mənbəyi müəyyən edilə bilməzsə, belə məlumatların sübuti əhəmiyyəti yoxdur. İndiki halda, verilmiş ittihamda Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkar edilməsi faktının nəyin əsasında qeyd edildiyi müəyyən olunmur. Məhkəmə qeyd edir ki, tezis, həqiqiliyi şübhə doğurmayan arqumentlərlə əsaslandırılarsa sübut olunmuş hesab edilir. Hazırki işə münasibətdə isə ümumiyyətlə, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkar edilməsi barədə irəli sürülmüş ittihamı əsaslandıran arqument mövcud deyil. Halbuki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda, ümumi təmiz çəkisi 0,152 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, özündə saxlayaraq daşıması qənaətinə gəlməklə əks etdirdiyi məlumatların həqiqiliyi heç nə ilə sübut olunmayan, mənbəyi qeyrimüəyyən olan dəlillərə əsaslanmışdır. Sübutun mümkünlüyü onun bir sıra digər xüsusiyyətlərinə (həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilmə hallarına) dair şübhələrin olmamasını nəzərdə tutur. Mənsubiyyət meyarı sübutun məzmununa yönəlirsə, sübutun mümkünlüyü meyarı daha çox prosessual formaya yönəlmiş tələb kimi çıxış edir. İstər əldə edilməsi, istər rəsmiləşdirilməsi və ya təqdim edilməsi zamanı ciddi pozuntulara yol verilmiş sübut artıq mümkünlük tələbinə cavab verən hesab oluna bilməz. Sübutun mötəbərliyi isə daha çox onun həqiqətə uyğunluğu kimi izah olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Məhkəmə, növbəti olaraq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/815 nömrəli rəyinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsinin Ambulator X2 dair xx.xx.2024-cü il tarixli, 1467 nömrəli rəyinin sübutedici qüvvəsinə münasibətdə qeyd edir ki, həmin rəylər də mənbə olaraq Təqsirləndirilən şəxs qanunsuz yolla əldə edilmiş və mötəbər sayılmayan maddi sübuta - narkotik vasitəyə söykənmişdir. Təbii ki, ittihamın əsasını təşkil edən maddi sübutlar mötəbər sübut sayılmadığı halda, bu sübutlardan törəyən sözügedən ekspert rəyləri və digər sübutlar da mötəbər sübut sayıla bilməz. Çünkü, məntiqi baxımından “əsasın yalan olması, onun nəticəsinin də yalan olması deməkdir” və ya “zəhərli ağacın meyvələri də zəhərlidir” formulu sübut qaydasıdır. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs saxlanıldığı vaxtdan ən geci 48 saat keçməmiş sonuncunun narkotik vasitənin təsiri altında olub-olmamasının müəyyən edilməsi üçün müvafiq tədbirlər görməli olduğu halda, bunu etməmiş, Təqsirləndirilən şəxs saxlanıldığı gündən 25 gün sonra onun barəsində verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsinin Ambulator X2 dair xx.xx.2024-cü il tarixli, 1467 nömrəli rəyinin nəticəsinə (Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub) və həqiqətə uyğun olmayan mülahizələrə əsaslanmışdır. Belə olan halda, qeyri-mötəbər, həqiqiliyi digər sübutlarla təsdiq edilməyən, əksinə təkzib olunan sübutlar (sənədlər) əsasında aparılan ekspertizanın nəticəsi də mötəbər hesab edilə bilməz. Digər tərəfdən, ambulator məcburi X12 dair rəy təqsirləndirilən şəxsin qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələr əldə etməsi və saxlamasını sübut etmir. Hətta həmin rəyə inanılaraq, təqsirləndirilən şəxsə narkotik vasitə aludəçisi kimi qəbul edilsə belə, bu, təqsirləndirilən şəxsin müvafiq olaraq narkotik vasitə heroin olan narkotik vasitəni qanunsuz olaraq xeyli miqdarda əldə edib, daşınması və saxlamasının sübutu anlamına gəlmir. Belə ki, həmin narkotik vasitələr satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında da istehlak edilə, saxlanıla və daşına bilərdi ki, bu əmələ görə də cinayət məsuliyyəti yox, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati məsuliyyət nəzərdə tutulur. Həmçinin həmin rəydə hansı tədqiqat metodlarına və anamnez məlumatlarına əsaslanaraq, təqsirləndirilən şəxsdə kannabinoidlərdən istifadə etmə hallarının olması qənaətinə gəlinməsi göstərilmir. Qeyd edilənlər əsasında məhkəmə, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/815 nömrəli rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsinin Ambulator X2 dair xx.xx.2024-cü il tarixli, 1467 nömrəli rəyini təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul etmir. Bundan başqa “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin aparılmasını özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilən zaman video görüntülər dəqiqliklə tədqiq edilmiş və müəyyən olunmuşdur ki, Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Nazim Müzəffərli, həmin polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, həmin polis şöbəsinin digər əməliyyat müvəkkili, polis leytenantı Şahid1 şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçi Fərhad Əliyevin iştirakı ilə sorğu-sual edirlər. İlk öncə təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını izah edir, daha sonra ona üzərində ola biləcək hər hansı əşyanı könüllü olaraq təqdim etməsini bildirir, bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli sadəcə olaraq qatlanmış kağızı çıxararaq masanın üzərinə qoyur, bu zaman təhqiqatçı tərəfindən həmin kağızın içərisində nə olması sorğu-sual edilir, buna cavab olaraq Təqsirləndirilən şəxs həmin kağızın içərisində “kakos” kimi tanınan narkotik vasitənin olmasını, həmin narkotik vasitəni 28 may metrostansiyasının yaxınlığında şəxsi istifadəsi üçün üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən əldə etməsini vurğulayır. Bu məqamda məhkəmə xüsusilə qeyd edir ki, qatlanmış kağız parçasının içərisində toz halında olan maddənin hərəkətdə olan insanın paltarının cibində heç yerə tökülmədən olduğu kimi qalması reallığa uyğun deyil. Həmçinin, “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokolda narkotik vasitənin çəkisi öz əksini tapmamışdır. Halbuki, Cinayət-Prosessual Məcəllənin 245.8-ci maddəsinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbi götürülmüş predmetin çəkisinin müvafiq istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsini, həmçinin axtarış və götürmə videoçəkilişlə aparıldığı halda həmin çəkinin qeydə alınması yolu ilə obyektivliyi təmin etməklə əldə edilmiş sübutların hər cür şübhədən kənar qalmasını təmin etməyə yönəlmişdir. Lakin, istintaq orqanı tərəfindən qeyd edilən prosessual normanın tələblərinin pozulması, hazırki ittihamın əsası olan və kifayət qədər şübhəli olan “maddi sübut”-un mötəbərliyini bir qədər də şübhə altına almışdır. Beləliklə ibtidai istintaq orqanı tərəfindən sübutetmə prosesinə, yəni sübutların toplanması və qiymətləndirilməsinə dair cinayət-prosessual qanunvericiliyin tələblərinə nə dərəcədə riayət olunduğu məlumdur. Məhkəmə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutları, o cümlədən axtarış və götürmə haqqında olan protokolu, habelə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tam, hərtərəfli və obyektiv yoxlayıb, cinayət təqibi üzrə toplanmış sübutları təhlil və bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyətini, mümkünlüyünü, mötəbərliyini qiymətləndirib toplanmış bütün sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cinayət təqibi üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda, 01 bükümdə 0,152 qram çəkidə narkotik vasitə olan herioni əldə edərək, daşımaqla üzərində saxlamasına dair irəli sürülmüş ittihamın təsdiq olunmasına kifayət etmir. Buna görə də məhkəmə hesab edir ki, ehtimallar əsasında şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, təqsirsizlik prezumpsiyası, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Həmin Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə, işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 1.2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər.” Həmin Məcəllənin 125.2.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X19rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Layıcov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünün şübhə altına alınıbalınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 247.1-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd əks etdirməklə protokol tərtib edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 247.3-cü maddəsinə əsasən axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq tərəfindən sübut növü kimi qəbul edilən xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokol və şahid ifadələri sübut kimi qəbul edilə bilməz, onlar sübutların siyahısından çıxarılmalı və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə görə əhəmiyyətsiz hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.1 və 124.1.2-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2 və 124.2.1-ci maddələrinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri sübut kimi qəbul olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə görə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması, istintaq və ya digər prosessual hərəkətlərin kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3, 125.2.4 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını və daxili inamını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxslərin hüquq və azadlıqlarını pozmayan, onların təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxslərin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də ittiham tərəfindən aradan qaldırıla bilməyən həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Məhkəmə, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən faydalanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxsin cəzalandırılması, təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi zamanı mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq ittiham hökmü çıxarıla bilməz. İttiham hökmü, araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edərək çıxarılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq, cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə əsaslanan hökm vermək deməkdir. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Cinayət işlərinə məhkəmədə baxılarkən o da nəzərdən qaçırılmamalıdır ki, CPM-in 232 və 234-cü maddələri şübhəli şəxsin tutulmasından (şübhəli şəxs qismində tutulma barədə protokolun tərtib edilməsindən) dərhal sonra ondan izahatın alınmasını deyil, həmin normalarda nəzərdə tutulmuş qaydalara uyğun olaraq onun şübhəli şəxs qismində dindirilməsini (ifadənin alınmasını) və bunun şübhəli şəxsin dindirilməsi protokolu ilə rəsmiləşdirilməsini tələb edir. Sübutun mümkünlüyü onun bir sıra digər xüsusiyyətlərinə (həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilmə hallarına) dair şübhələrin olmamasını nəzərdə tutur. Mənsubiyyət meyarı sübutun məzmununa yönəlirsə, sübutun mümkünlüyü meyarı daha çox prosessual formaya yönəlmiş tələb kimi çıxış edir. İstər əldə edilməsi, istər rəsmiləşdirilməsi və ya təqdim edilməsi zamanı ciddi pozuntulara yol verilmiş sübut artıq mümkünlük tələbinə cavab verən hesab oluna bilməz. Sübutun mötəbərliyi isə daha çox onun həqiqətə uyğunluğu kimi izah olunur. Cinayət işinə mahiyyəti üzrə baxan məhkəmənin əsas funksiyası ədalət mühakiməsinin həyata keçirilməsi çərçivəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirli və ya təqsirsiz olmasının müəyyən edilməsindən ibarətdir. Prosessual qərarların preyudisial əhəmiyyəti ilə bağlı isə qeyd edilməlidir ki, Cinayət- Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyi üzərində məhkəmə nəzarəti nəticəsində qəbul olunan qərar digər cinayət işi və ya cinayət təqibi ilə bağlı material üzrə ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 05 nömrəli Qərarına əsasən məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər; 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. X17 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən, təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün hallar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin Qərarda göstərilir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin əməlinə qiymət verərkən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməni, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsini CPM-nin 33.4cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublkası Konstitusiyasının (bundan sonra Konstitusiya) 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya, həqiqətin müəyyən edilməsi vəzifəsini məhkəmə icraatının üzərinə qoymuşdur. Məhkəmə icraatı hakim tərəfindən təmin edildiyindən, bu vəzifə hakimlərin üzərinə qoyulmuş bir vəzifədir. Yəni məhkəmə icraatı zamanı hakim həqiqətin müəyyən edilməsinə nail olmalıdır. Həqiqətin müəyyən edilməsi isə yalnız sübutlar vasitəsi ilə və onların qanunun tələblərini və vicdanını rəhbər tutan hakim tərəfindən qiymətləndirilməsi yolu ilə mümkündür. Həyata keçirilmiş məhkəmə istintaqının nəticələrinə, yuxarıda şərh edilən işin faktiki hallarına əsaslanan, hazırki iş üzrə həqiqəti müəyyən edərək ədaləti bərqərar edən məhkəmə, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə dair yekun qəti nəticəyə gəlir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Buna görə də, ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə olan heroinin aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən, ekspertiza tədqiqatından sonra çəkisi 0,102 qram qalan narkotik vasitə heroinin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilməsi faktı müəyyən olunmamış qalır. Məhkəmə hesab edir ki, göstərilən faktın araşdırılması və ona hüquqi qiymət verilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra bu narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması ücün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 0,102 qram olan narkotik vasitə - heroin həmin narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Nəsimi Rayon Polis İdarəsində saxlanılmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntülərini əks etdirən bir ədəd DVD disk və "xxxx" MMC və "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş anten məlumatlarını əks etdirən dörd ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 55-63-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs cinayət prosesini həyata kecirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və ona mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci-keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 80 saata görə 480 (dörd yüz səksən) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 16 saata görə 176 (yüz yetmiş altı) manat olmaqla, ümumi 96 saata görə cəmi 656 (altı yüz əlli altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış, Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,102 qram təşkil edən narkotik vasitə heroin həmin narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Nəsimi Rayon Polis İdarəsində saxlanılsın və göstərilən faktın araşdırılması və ona hüquqi qiymət verilməsi üçün Bakı şəhər Nəsimi rayon prokurorluğuna məlumat göndərilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntülərini əks etdirən bir ədəd DVD disk və "xxxx" MMC və "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş anten məlumatlarını əks etdirən dörd ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 96 saata görə 656 (altı yüz əlli altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-15/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-15/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver