Məhkəmə qərarları › İş №1(006)-150/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-150/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-150/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Laçın rayonu, Minkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində etibarnamə ilə idarə etdiyi “Opel Meriva-A” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi ilə Bakı Dəmiryolu xəstəxanası istiqamətində hərəkətdə olarkən “X9” Azərbaycan Respublikası qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, Puşkin küçəsi 40 saylı ünvanın qarşısında yolu keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə vuraraq və sol qabaq təkəri ilə ayaqlarının üzərindən keçərək ona ehtiyatsızlıqdan sağ ayağın 5-ci daraq sümüyünün əsasının və sol ayağın 4-cü daraq sümüyünün cisminin qapalı, yerdəyişmiş sınıqları, sağ baldırın sıyrığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirmişdi Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində taksi fəaliyyəti ilə məşğul olarkən müştərini Bakı şəhəri, Nəsimi rayonu, Bakı Dəmiryol Vağzalının ərazisində yerləşən “LC Waikiki” mağazasının qarşısında düşürmüş və qabaqdakı dairədən dönərək üzü Səməd Vurğun bağı istiqamətində hərəkət edərkən maşının arxa sağ təkəri ilə qoşa xəttin üzərində dayanan vətəndaşın sağ ayağının üzərindən keçmişdir. Həmin vaxt tıxac vaxtı olduğundan həmin şəxs onun sağında olan “Prado” markalı avtomobilin qarşısında olması səbəbindən onu görə bilməmişdir. Etibarnamə əsasında idarə etdiyi “Opel Meriva” minik avtomobilini qabaqda saxlamış və maşından düşərək həmin şəxsi avtomobili əyləşdirmişdir. Daha sonra onu 1 saylı X10 aparmış və yolda gedən zaman avtomobildə aralarında yaranan söhbət zamanı həmin şəxsin Zərərçəkmiş şəxs olduğu məlum olmuşdur. X8 müayinə olunan Zərərçəkmiş şəxs sağ ayağı topuq nahiyəsinin sındığı müəyyən olunmuş və sonuncu müalicə olunması məqsədi ilə X6mışdır. Zərərçəkmiş şəxs xəstəxanada qaldığı müddət ərzində ona lazım olan dərmanları alıb vermişdir. Daha sonra xəstəxanadan Zərərçəkmiş şəxs evə ambulator müalicə üçün buraxmışlar. Evə buraxıldığı vaxt ərzində mütəmadi olaraq Zərərçəkmiş şəxs ilə əlaqə saxlamış və hətta onun yeriməsi üçün əsa da alıb vermişdir. Ümumilikdə Zərərçəkmiş şəxs maddi köməklik etmək məqsədi ilə 90 manat pul vermiş və gündəlik olaraq arvadı ilə birlikdə ona ərzaq alıb verirmiş. Lakin sonradan Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etdiyi eşitmişdir. Hadisəni törədən zaman ayıq vəziyyətdə olmuş, spirtli içkinin təsiri altında olmamış, maşının surəti təxmini 10-15 km/saat olmuş və hadisəni ehtiyatsızlıqdan törətmişdir. Həmin zaman qəzanı qabağını almaq texniki imkanı olsa da, ala bilməmişdir. Avtomobildə həmin zaman tək özü olmuş və heç bir xəsarət almamışdır. Maddi durumu yaxşı olacağı təqdirdə Aqasarın ifadəsində qeyd etdiyi ona dəymiş olan 2000 manat ziyanı ödəməyə hazırdır. Hal-hazırda taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Günəmuzd olmaqla Şahid2 məxsus “Opel Meriva” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini etibarnamə əsasında idarə edir və hər gün gündəlik olaraq sonuncuya 25 manat məbləğində pul ödəyir. Bundan başqa Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, hadisənin ehtiyatsızlıqdan baş verməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncuya dəymiş ziyanı tamamilə ödəməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində işdən evə gələrkən Nəsimi rayonu, “28 May” metrosunun çıxışında “LC Waikiki“ geyim mağazasının Puşkin küçəsindən yolu əks istiqamətə piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçərkən qoşa xəttin üzərində dayanmışdır. Avtomobil tıxacı olduğundan sağ tərəfindən yolun əks tərəfinə çıxmaqla hərəkətə davam edən “Opel Meriva A” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü maşının sağ arxa tərəfi ilə onu vuraraq arxa təkər hissəsi sağ ayağının pəncə və topuq hissəsindən keçərək xəsarət yetirmişdir. Daha sonra onu avtomobilinə əyləşdirirək 1 saylı X10 aparmışdır. Həkimlər tərəfindən müayinə olunarkən onda topuq nahiyəsində sınıq xəsarəti aşkar olunmuşdur.Hadisə barəsində dərhal arvadı Yeganəyə məlumat vermiş və sonuncu xəstəxanaya gəlmişdir. İlkin müalicədən sonra sabahısı günü evə buraxılmışdır. Təqsirləndirilən şəxs ona bu barədə polis şikayət etməsə, dəymiş ziyanı bütövlükdə ödəcəyini söyləmiş və ona inandığından 2 gün ərzində evdə olduğu müddət ərzində polisə məlumat verməmişdir. Təqsirləndirilən şəxs ona zəng etmədiyindən və heç bir tələbatını ödəməyindən DİN-in 102 xidmətinə zəng edərək hadisə barəsində məlumat vermişdir. O, Təqsirləndirilən şəxs hadisəni törədən zaman spirtli içki qoxusu gəlmədiyindən sonnucunu ayıq vəziyyətdə olduğunu düşünmüşdür. Yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs avtomaşında tək olmuş, hadisə yerindən yayınmamış və özü onu xəstəxanaya gətirmişdir. Hadisə nəticəsində təxmini hesablamalarına görə ona 3000 manat maddi ziyan dəymişdir. Bundan əlavə məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam şəkildə sonuncu tərəfindən ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə evdə olan zaman əri Zərərçəkmiş şəxs ona mobil telefonla zəng edərək yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığını, hal-hazırda 1 saylı X1 bildirmişdir. Xəstəxanaya olan zaman Zərərçəkmiş şəxs ayağının sındığını ona məlum olmuşdur. Həmin zaman sonuncunun yanında bir nəfər adam olduğu görmüş və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu ona məlum olmuşdur. Sonuncu idarə etdiyi avtomobillə Aqasarın ayağının üzərindən keçdiyi bildirmişdir. Hadisənin özünün törətdiyini etiraf etmişdir. Lakin polisə xəbər verməmələrini xahiş elmişdir. Dəymiş ziyanın və xəstəxana xərclərini ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs söylədiklərinə inandıqlarından DİNin 102 xidmətinə məlumat verməmişlər. Müayinədən sonra sabahısı günü Zərərçəkmiş şəxs evə buraxılmışdır. İki gün müddətində Təqsirləndirilən şəxs maddi heç bir köməklik olmadığını gördükdən sonra DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişlər. Hadisə günü Təqsirləndirilən şəxs xəstəxanada olan zaman ondan heç bir spirtli içkisi qoxusu gəlməmişdir. Hadisə nəticəsində əri Zərərçəkmiş şəxs maddi ziyan olaraq 3000 manat məbləğində ziyan dəymişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayından tanıyır. Özünə məxsus “Opel Meriva A” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında gündəlik olaraq günəmuzd müqabilində Təqsirləndirilən şəxs vermişdir. Sonuncu gündəlik olaraq taksi fəaliyyəti olaraq məşğul olaraq onun kart hesabına 25 manat pul ödəmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törətdiyindən məlumatı olmamışdır. Sonuncu bu barədə ona məlumat verməmişdir. Araşdırma zaman polis əməkdaşları ona zəng edərək məlumat vermişlər. O, Təqsirləndirilən şəxs bu barədə soruşan zaman ətraflı şəkildə ona məlumat verərək xx.xx.2022-ci il tarixdə saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Meriva-A” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə vuraraq ona ehtiyatsızlıqdan xəsarət yetirdiyini söyləmişdir. Cinayət işinin 90-92-ci vərəqələrində olan 05 yanvar 2023-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 153-154-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 85-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ QİŞ tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş BB214205 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs B1,B dərəcəli sürücülük hüququ vardır və xx.xx.2031-ci il tarixədək etibarlıdır. Cinayət işinin 87-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ BB263569 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Meriva-A” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdən Şahid2 mülkiyyətindədir. Cinayət işinin 25-27-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və X3 xx.xx.2022-ci il tarixli 1465 saylı sağlamlığa zərər vurmanın təyini ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sağ ayağın 5-ci daraq sümüyünün əsasının və sol ayağın 4-cü daraq sümüyünün cisminin qapalı, yerdəyişmiş sınıqları, sağ baldırın sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün X12 PHŞ-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığla AZ AĞİR zərər vurmaya aiddirlər. Sonuncunun bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Cinayət işinin 35-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/3276 saylı məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, “Opel Meriva-A” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X9’' Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin tələblərinə uyğunsuzluq olımış və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 36-cı vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 48-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 28 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunamamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, sonuncuya dəymiş ziyanı tamamilə ödəmiş və sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri və özünü təqsirli bilməsini nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarətin yetirilməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə tövsif edilməlidir. Lakin, həmin Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir”. Bundan başqa, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “X9” Azərbaycan Respublikası qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün X7 Polis İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili A.Ə.Əsədova məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün X7 Polis İdarəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar