Məhkəmə qərarları › İş №1(006)-150/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-150/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-150/2024 25.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçilər “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.2001-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Xələc kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 xx.xx.2002-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olub özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 28 oktyabr 2023-cü il tarixdə saat 04:23-də ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus elektronika satışı mağazasının qarşısına gəlib kənar şəxslərin olmadığı şəraitdə Təqsirləndirilən şəxs1 yerdən götürdüyü daşla mağazanın şüşə materialdan olan qapısını sındırdıqdan sonra birlikdə oraya qanunsuz daxil olub vitrində satış üçün qoyulmuş 01 ədəd 2199 manat dəyərində **********15697 İMEİ kodlu, 256 GB yaddaşlı “İphone 13 blue” markalı, 01 ədəd 2449 manat dəyərində **********92769 İMEİ kodlu, 256 GB yaddaşlı “İphone 14 Starlight” markalı, 01 ədəd 2399 dəyərində **********52681 İMEİ kodlu, 128 GB yaddaşlı, “İphone 14 Plus Yellow” markalı, 01 ədəd 3799 manat dəyərində **********87189 İMEİ kodlu, 512 GB yaddaşlı, “İphone 14 X12” markalı, 01 ədəd 649 manat dəyərində **********44860 və **********81870 İMEİ kodlu, 256 GB yaddaşlı, “Honor 90 Lite” markalı, 01 ədəd 699 manat dəyərində **********55148 və **********75153 İMEİ kodlu, 128 GB yaddaşlı, “Honor X9a” markalı və 01 ədəd 1399 manat dəyərində **********10243 və **********47302 İMEİ kodlu, 512 GB yaddaşlı, "xxxx" markalı mobil telefonları gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb "xxxx" MMC-yə ümumilikdə 13593 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olub özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 28 oktyabr 2023-cü il tarixdə saat 04:23-də ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus elektronika satışı mağazasının qarşısına gəlib kənar şəxslərin olmadığı şəraitdə yerdən götürdüyü daşla mağazanın şüşə materialdan olan qapısını sındırdıqdan sonra birlikdə oraya qanunsuz daxil olub vitrində satış üçün qoyulmuş 01 ədəd 2199 manat dəyərində **********15697 İMEİ kodlu, 256 GB yaddaşlı “İphone 13 blue” markalı, 01 ədəd 2449 manat dəyərində **********92769 İMEİ kodlu, 256 GB yaddaşlı “İphone 14 Starlight” markalı, 01 ədəd 2399 dəyərində **********52681 İMEİ kodlu, 128 GB yaddaşlı, “İphone 14 Plus Yellow” markalı, 01 ədəd 3799 manat dəyərində **********87189 İMEİ kodlu, 512 GB yaddaşlı, “İphone 14 X12” markalı, 01 ədəd 649 manat dəyərində **********44860 və **********81870 İMEİ kodlu, 256 GB yaddaşlı, “Honor 90 Lite” markalı, 01 ədəd 699 manat dəyərində **********55148 və **********75153 İMEİ kodlu, 128 GB yaddaşlı, “Honor X9a” markalı və 01 ədəd 1399 manat dəyərində **********10243 və **********47302 İMEİ kodlu, 512 GB yaddaşlı, "xxxx" markalı mobil telefonları gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb "xxxx" MMC-yə ümumilikdə 13593 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Zaman şəkər xəstəsi olduğu üçün və müalicəsinə pul lazım olduğundan tutulmamışdan 10 gün əvvəl Bakı şəhərinə gəlmişdir. Maddi imkanları zəif olduğu üçün Bakı şəhərində işləyib pul əldə edərək atasının dərmanlarını almaq istəmişdir. Lakin Bakı şəhərində iş tapa bilmədiyi üçün oğurluq edərək qanunsuz yolla pul əldə etmək fikrinə düşmüşdür. 27 oktyabr 2023-cü il tarixdə günorta radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən "xxxx" mağazasının qarşısından keçərkən həmin mağazaya daxil olmuş və bir müddət gəzdikdən sonra oranı tərk etmişdir. Belə ki, o həmin mağazadan oğurluq etməyi düşünmüş, bu məqsədlə həmin mağazaya girmişdir. Tutulmamışdan təxminən 2-3 ay əvvəl tanıdığı “Toğrul” adlı şəxslə Bakı şəhəri, “Tarqovu” adlı ərazidə 27 oktyabr 2023-cü il tarixdə axşam saatlarında birlikdə olan zaman aralarında olan söhbət zamanı oğurluq etmək barədə qərara gəlmişlər və Toğrul da ondan bu barədə ətraflı soruşduqda o, Toğrula bildirmişdir ki, 28 may küçəsində yerləşən “İrşad Elektroniks”dən telefon oğurlayıb sataraq pul əldə etmək istəyir. Bundan sonra, o, Toğrula həmin oğurluğu birlikdə etməyi təklif etdikdə Toğrul da onunla razılaşmışdır. Bundan sonra 28 oktyabr 2023-cü il tarixdə saat təxminən 04 radələrində qeyd etdiyi mağazaya, yəni Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən "xxxx"ə oğurluq etmək məqsədilə getmişlər. Həmin vaxt mağazanın işləmədiyini bilmişlər. Hər ikisi mağazanın şüşə qapısını sındıraraq içəri daxil olmaq qərarına gəlmişlər. Bundan sonra Toğrul yerdən daş parçası götürərək mağazanın şüşə qapısına atmış və şüşə qapı sındıqdan sonra içəri daxil olmuşdur. O, dərhal “İphone” markalı mobil telefonların yerləşdiyi vitrinə yaxınlaşaraq oradan 4 ədəd “İphone” markalı mobil telefonu götürmüşdür, Toğrul isə qapının yanında olan vitrindəki 3 ədəd “Honor” markalı mobil telefonu götürmüşdür. Bundan sonra dərhal mağazadan uzaqlaşmışlar. Həmin yerdən bir xeyli uzaqlaşdıqdan sonra o, 4 ədəd “İphone” markalı mobil telefona baxdıqda 1 ədədinin “İphone 13” markalı, 1 ədədinin “İphone 14” markalı, 1 ədədinin “İphone 14 plus” markalı, 1 ədədinin isə “İphone 14 pro” markalı olduğunu müəyyən etmişdir. Toğrul isə oğurladıqları 2 ədəd “Honor” markalı mobil telefonu ona vermişdir, bir ədədi isə Toğrulun özündə qalmışdır, o mobil telefonları satdıqdan sonra 200 manat pul Toğrula verməli idi. Həmin “Honor” markalı mobil telefonların markalarını tam dəqiq bilmir. Bundan sonra, o, Toğruldan aralanmışdır. Səhəri gün telefon mağazalarının açılmağını gözləmiş və “Vilad” adlı tanışı ilə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. Saat təxminən 08 radələrində “Vilad” adlı tanışı ilə Bakı şəhəri, Həsən Əliyev küçəsində görüşmüşdür. “Vilad” adlı şəxsə üzərində olan 4 ədəd “İphone” və 2 ədəd “Honor” markalı mobil telefonu göstərərək oğurluq etdiyini bildirmişdir və həmin telefonları açmaqda ona köməklik etməsini xahiş etmişdir. “Vilad” adlı şəxs ona bu barədə köməklik etmiş, daha sonra isə həmin mobil telefonları sata biləcəyini də söyləmiş və o da bununla razılaşmışdır. Həmin vaxt əvvəllər tanıdığı “Elşad” adlı tanışını da yanına çağırmışdır. Belə ki, “Elşad” adlı şəxs də küçədə yaşadığı üçün və maddi imkanı olmadığından o, Elşada yemək almaq istəmişdir, lakin, Elşad telefonların satılmasında iştirak etsə də, həmin mobil telefonların oğurluq olması barədə Elşada bildirməmişdir. Bundan sonra o, Vilad və Elşad birlikdə Viladın təklifi ilə 20 Yanvar dairəsi adlı yerə mobil telefonları satmaq məqsədilə getmişlər. Həmin vaxt 20 Yanvar dairəsində o Elşadla kənarda gözləmiş və “İphone” markalı mobil telefonlardan birini Vilada vermişdir. Vilad həmin mobil telefonu götürərək mağazalardan birinə daxil olmuş, lakin, o, hansı telefon mağazası olduğunu bilməmişdir, bir müddət sonra Vilad gəlmiş və həmin mobil telefonu 900 manata satdığını bildirmişdir. Vilad həmin 900 manat pulu kazinoya qoyduğunu bildirərək, udduqdan sonra onun pulunu verəcəyini söyləmişdir. Daha sonra “İphone” markalı mobil telefonlardan birini də 20 yanvar dairəsi adlı yerdə telefon mağazasına hər üçü birlikdə daxil olaraq həmin mobil telefonu 800 manata satmışlar. Həmin 800 manata başqa bir mobil telefon almış, qalan pulu isə siqaret və yeməyə xərcləmişlər. Bundan sonra 20 Yanvar dairəsi adlı yerdə başqa bir telefon mağazasına hər üçü daxil olmuş və “Honor” markalı mobil telefonlardan birini 180 manata satmışlar. Bundan sonra “İphone” markalı mobil telefonlardan biri onda qalmış, digər “İphone”, eləcə də, “Honor” markalı mobil telefon isə Vilad adlı şəxsdə qalmışdır. Vilad həmin mobil telefonları daha sonra sataraq pul əldə etdikdən sonra ona pulu verəcəyini söyləmişdir. Daha sonra isə ayrılmışlar və 29 oktyabr 2023-cü il tarixdə onu polis əməkdaşları saxlamışdır. Daha sonra əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, vurulmuş zərərin bir qisminin ödənildiyini və Vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 tutulmamışdan təxminən 2 ay əvvəl tanımışdır. Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri “Tarqovu” adlı ərazidə 27 oktyabr 2023-cü il tarixdə axşam saatlarında birlikdə olan zaman aralarında olan söhbət zamanı Nicat ona bildirmişdir ki, oğurluq edərək qanunsuz yolla pul əldə etmək istəyir, o, Nicatdan bu barədə ətraflı soruşduqda Nicat ona bildirmişdir ki, 28 may küçəsində yerləşən "xxxx"dən telefon oğurlayıb sataraq pul əldə etmək istəyir. Bundan sonra Nicat ona həmin oğurluğu birlikdə etməyi təklif etdikdə o da Nicatla razılaşmışdır. Aralarında olan razılaşmaya əsasən oğurluq yolu ildə əldə etdikləri telefonları sataraq pulunu böləcəklər. Bundan sonra 28 oktyabr 2023-cü il tarixdə saat təxminən 04 radələrində qeyd etdiyi mağazaya, yəni Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən "xxxx"ə oğurluq etmək məqsədilə getmişlər. Həmin vaxt mağazanın işləmədiyini bilmişlər. Mağazanın şüşə qapısını sındıraraq içəri daxil olmaq qərarına gəlmişlər. Bundan sonra o daş parçasını mağazanın şüşə qapısına atmış və şüşə qapı sındıqdan sonra içəri daxil olmuşlar. O, dərhal qapının yanında içəri hissədə vitrində olan 3 ədəd “Honor” markalı mobil telefonu götürmüşdür, Nicat isə içəridə “İphone” markalı mobil telefonlar olan vitrinə yaxınlaşaraq “İphone” markalı mobil telefonları götürmüşdür, daha sonra isə cəld şəkildə qaçaraq oradan uzaqlaşmışlar. Həmin yerdən bir xeyli uzaqlaşdıqdan sonra “İphone” markalı mobil telefonların 1 ədədinin “İphone 13” markalı, 1 ədədinin “İphone 14” markalı, 1 ədədinin “İphone 14 plus” markalı, 1 ədədinin isə “İphone 14 pro” markalı olduğunu müəyyən etmişlər. “Honor” markalı mobil telefonların isə markasını dəqiq bilməmişlər. Həmin mobil telefonları Nicatın satmasına qərara gəlmişlər və o, özündə olan 3 ədəd “Honor” markalı mobil telefonlardan ikisini Nicata satması üçün vermiş, biri isə özündə qalmış, həmçinin, “İphone” markalı mobil telefonların dördü də Nicatda qalmışdır. Daha sonra isə ayrılmışlar. Nicat həmin mobil telefonları satdıqdan sonra əldə etdiyi pulların yarısını ona verməli idi. Buna baxmayaraq o, sonradan Nicat ilə əlaqə saxlaya bilməmiş və 30 oktyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra ona çatan 01 ədəd “Honor” markalı mobil telefonu qaytarmışdır. Daha sonra əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, vurulmuş zərərin bir qisminin ödənildiyini və ilk dəfə cinayət törətdiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 28 oktyabr 2023-cü il tarixdə saat 04:23 radələrində "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən filialında oğurluq hadisəsi baş vermişdir. Belə ki, videogörüntülərə baxdıqda həmin mağazaya 2 nəfər naməlum şəxsin mağazanın şüşəsini daş parçası ilə sındıraraq mağazaya daxil olması və mağazadan 4 ədəd “İphone” markalı, 3 ədəd “Honor” markalı mobil telefonları oğurlaması müəyyən edilmişdir. Bu barədə mağazada satıcı işləyən Şahid1 ərizə ilə Nəsimi RPİ-yə müraciət etmişdir. Qeyd edilən mağazadan 1) 1 ədəd 2199,99 manat dəyərində **********15697 İMEİ kodlu, 256 GB yaddaşlı, “İphone 13 Blue” markalı mobil telefon; 2) 1 ədəd 2449,99 manat dəyərində **********92769 İMEİ kodlu, 256 GB yaddaşlı, “İphone 14 Starlight” markalı mobil telefon; 3) 1 ədəd 2499,99 manat dəyərində **********52681 İMEİ kodlu, 128 GB yaddaşlı, “İphone 14 Plus Yellow” markalı mobil telefon; 4) 1 ədəd 4199,99 manat dəyərində **********87189 İMEİ kodlu, 512 GB yaddaşlı, “İphone 14 X12” markalı mobil telefon; 5) 1 ədəd 8649,99 manat dəyərində **********4860 və **********81870 İMEİ kodlu, 256 GB yaddaşlı, “Honor 90 Lite” markalı mobil telefon; 6) 1 ədəd 749,99 manat dəyərində **********55148 və **********75153 İMEİ kodlu, 128 GB yaddaşlı, “Honor X9a” markalı mobil telefon; 7) 1 ədəd 1399,99 manat dəyərində **********10243 və **********47302 İMEİ kodlu, 512 GB yaddaşlı, "xxxx" markalı mobil telefon oğurlanmışdır. Ümumilikdə MMC-yə 14149,93 (on dörd min yüz qırx doqquz manat, 93 qəpik) manat maddi ziyan dəymişdir. Oğurlanmış mobil telefonlarda mobil nömrə olmamış, eləcə də, telefonların hər hansı cihazı əlavə olaraq oğurlanmamışdır, mağazanın qapısının sındırılması nəticəsində MMCyə 350 manat maddi ziyan dəymişdir. Oğurlanan 01 ədəd “İphone 13 blue” markalı, 01 ədəd "xxxx" markalı və 01 ədəd “Honor X9A” markalı mobil telefonlar geri qaytarılmışdır. Daha sonra zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 cəmiyyətə dəymiş zərərin qismən ödənildiyini, təqsirləndirilən şəxslərə ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus mağazada baş satıcı işləyir. Həmin mağazanın iş rejimi gündəlik olaraq saat 10:00-dan 21:00-dək olur. 27 oktyabr 2023-cü il tarixdə saat 21:00 radələrində mağaza həmişəki kimi bağlanmış və işçilər də öz evlərinə getmişlər. 28 oktyabr 2023-cü il tarixdə saat 04:30 radələrində ona mühafizə polisi zəng edərək mağazanın şüşə qapısının sındırılması barədə məlumat vermişdir. O, dərhal mağazaya getdikdə mağazanın şüşə qapısının sındırılmasını, eləcə də mağazaya baxış keçirdikdə 4 ədəd “İphone” və 3 ədəd “Honor” markalı mobil telefonların oğurlanmasını aşkar etmişdir. Daha sonra isə bu barədə Nəsimi RPİ-yə ərizə ilə müraciət etmişdir. Mağazada quraşdırılmış videokameralara baxdıqda 2 nəfər naməlum şəxsin mağazanın şüşə qapısını daş parçası ilə sındıraraq mağazaya daxil olub mobil telefonları oğurlamalarını müəyyən etmişdir. Qeyd edilən mağazadan 1) 1 ədəd 2199,99 manat dəyərində **********15697 İMEİ kodlu, 256 GB yaddaşlı, “İphone 13 Blue” markalı mobil telefon; 2) 1 ədəd 2449,99 manat dəyərində **********92769 İMEİ kodlu, 256 GB yaddaşlı, “İphone 14 Starlight” markalı mobil telefon; 3) 1 ədəd 2499,99 manat dəyərində **********52681 İMEİ kodlu, 128 GB yaddaşlı, “İphone 14 Plus Yellow” markalı mobil telefon; 4) 1 ədəd 4199,99 manat dəyərində **********87189 İMEİ kodlu, 512 GB yaddaşlı, “İphone 14 X12” markalı mobil telefon; 5) 1 ədəd 8649,99 manat dəyərində **********4860 və **********81870 İMEİ kodlu, 256 GB yaddaşlı, “Honor 90 Lite” markalı mobil telefon; 6) 1 ədəd 749,99 manat dəyərində **********55148 və **********75153 İMEİ kodlu, 128 GB yaddaşlı, “Honor X9a” markalı mobil telefon; 7) 1 ədəd 1399,99 manat dəyərində **********10243 və **********47302 İMEİ kodlu, 512 GB yaddaşlı, "xxxx" markalı mobil telefon oğurlanmışdır. Ümumilikdə MMC-yə 14149,93 (on dörd min yüz qırx doqquz manat, 93 qəpik) manat maddi ziyan dəymişdir. Oğurlanmış mobil telefonlarda mobil nömrə olmamış, eləcə də, telefonların hər hansı cihazı əlavə olaraq oğurlanmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsi yaxınlığında yerləşən “Vip Telekom” adlı telefon mağazasında satıcı işləyir. Həmin telefon mağazası mobil telefonların, mobil aksesuarların, mobil nömrələrin və ətirlərin alqı-satqısı ilə məşğul olur. İş rejimi saat 09:30dan 20:00-dək olur. 28 oktyabr 2023-cü il tarixdə saat 10:20 radələrində əvvəllər tanımadığı X9 yanında tanımadığı və anket məlumatlarını bilmədiyi 2 nəfər şəxslə birlikdə işlədiyi mağazaya gələrək, telefonu lombarda qoymaq istədiklərini bildirmişlər. O, həmin telefona, yəni “Honor X9a” markalı 128 GB yaddaşlı mobil telefona baxdıqdan sonra lombard üçün 150 manat pul verilə biləcəyini söyləmişdir. Lakin, Vilad Əliyev bununla razılaşmayaraq mobil telefonun alış qiymətini də soruşmuşdur, o, cavabında 190-200 manat olduğunu bildirmişdir. X9 daha sonra bununla razılaşmış, lakin, mobil telefonun adapterinin və qutusunun yanında olmadığını, hal-hazırda rayonda unutduğunu bildirmişdir. Bundan sonra o mobil telefonun qutusu və adapterinin olmaması səbəbilə mobil telefonu 180 manata ala biləcəyini söyləmişdir. Vilad Əliyev də bununla razılaşmışdır. Bundan sonra o, Vilad Əliyevdən şəxsiyyət vəsiqəsi də tələb etmişdir. Vilad Əliyev şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra o, həmin vəsiqənin surətini çıxartmış və orada alqı-satqı üçün müvafiq qeydlər də aparılmışdır. Bundan sonra mobil telefonu 180 manata Vilad Əliyevdən almışdır. Daha sonra Vilad Əliyev ***-***-**-** saylı mobil nömrəni 7 manat pul ödəyərək satın almış və əlində saxladığı özünə məxsus olduğunu zənn etdiyi “İphone 14 pro” markalı mobil telefona salmışdır. Həmçinin, Vilad Əliyevin yanındakı tanımadığı şəxslərdən biri Vilad Əliyevə əlindəki “İphone 14 pro” markalı mobil telefonu da satmağını söyləmiş, lakin Vilad Əliyev bununla razılaşmamışdır. Daha sonra isə həmin şəxslər telefon mağazasını tərk etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, bir müddət əvvəl yaşadığı evdən ailə problemlərinə görə çıxmışdır və həmin müddətdə Bakı şəhəri ərazisində internet klublarda və başqa yerlərdə gecələmişdir. Həmin müddətdə Təqsirləndirilən şəxs2 tanımış, eləcə də, sonradan “Vilad” adlı şəxsi də tanımışdır. Toğrul adlı şəxsi isə tanımır. 28 oktyabr 2023-cü il tarixdə Vilad ona zəng etmiş və Bakı şəhəri, Həsən Əliyev küçəsində Vilad və Nicat ilə görüşmüşdür. Həmin vaxt Nicat özündə 6-7 ədəd mobil telefon olduğunu bildirmiş və satmaq üçün 20 Yanvar dairəsi adlı əraziyə getmişlər. O, Nicatdan həmin mobil telefonları haradan əldə etdiyini soruşmamışdır, eləcə də, Nicat ona bu barədə heç nə deməmişdir. Sadəcə olaraq Nicat bildirmişdir ki, mobil telefonları satıb pul əldə etdikdən sonra ona yemək-içmək alacaq. O, yemək almaq üçün pulu olmadığından, eləcə də, uzun müddət çöllərdə qaldığı və ac olduğu üçün buna sevinmiş, buna görə də başqa heç nə soruşmamışdır. Bundan sonra hər üçü birlikdə 20 Yanvar dairəsi adlı yerə getmişlər. Orada olan zaman mobil telefonlardan “İphone” markalı olanlarından 2 ədədini ayrı ayrı telefon mağazalarına, birini 900 manata, digərini isə 1250 manata satmışlar. 1 ədəd “Honor” markalı mobil telefonu da ayrı telefon mağazasına 180 manata satmışlar. “İphone” markalı mobil telefonlardan biri və “Honor” markalı mobil telefon Viladda, digər “İphone” markalı mobil telefon isə Təqsirləndirilən şəxs2 qalmışdır. Daha sonra isə yaxınlıqdakı kafeyə getmişlər və Təqsirləndirilən şəxs2 yemək almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Nəsimi rayon mühafizə idarəsində heyət başçısı vəzifəsində işləyir. 28 oktyabr 2023cü il tarixdə saat 04:23 radələrində Bakı şəhəri, Nəsimi rayonu 28 may küçəsi 76E ünvanında yerləşən "xxxx" MMC-nin elektronika mağazasında siqnalizasiya sisteminin işə düşməsi ilə bağlı məlumat daxil olmuşdur. Bundan sonra dərhal hadisə yerinə getmiş və hadisə yerinə çatdıqda qeyd olunan mağazanın şüşə qapısının sındırılmasının və bəzi mobil telefonların oğurlanmasının şahidi olmuşdur. Daha sonra isə mağazanın baş satıcısına, eləcə də 22-ci Polis şöbəsinə məlumat vermişdir. Hadisə yerinə 3-4 dəqiqə ərzində çatmasına baxmayaraq hadisəni törədən şəxsləri görə bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Cinayət əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (İ cild, i.v. 53); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.70- 71); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-529/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.170-174); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.125-126); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-531/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.7-11); - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yerin ünvan 3 saylı ünvanda yerləşən "xxxx"MMC-yə məxsus mağaza olması, mağazaya şüşə qapının daş parçası ilə sındırılaraq daxil olunması müəyyən edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək, eləcə də, videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk və 01 ədəd daş parçası protokola əlavə edilərək götürülmüşdür. (İ cild, i.v.8-18); - “Təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Şahid2 01 ədəd “Honor X9A” markalı mobil telefonu istintaqa könüllü olaraq təqdim etmiş və mobil telefona baxış zamanı həmin mobil telefonun "xxxx" MMC-yə məxsus ünvan 5 ünvanda yerləşən mağazadan oğurlanmış mobil telefon olması öz təsdiqini tapmışdır (İ cild, i.v.48-49); - “Könüllü təqdim olunan əşyanın götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 oğurladığı 01 ədəd “İphone 13 blue” markalı mobil telefonu istintaqa könüllü olaraq təqdim etmiş və mobil telefona baxış zamanı həmin mobil telefonun "xxxx" MMC-yə məxsus ünvan 5 ünvanda yerləşən mağazadan oğurlanmış mobil telefon olması öz təsdiqini tapmışdır (İ cild, i.v.86-87); - “Könüllü təqdim olunan əşyanın götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 oğurladığı 01 ədəd "xxxx" markalı mobil telefonu istintaqa könüllü olaraq təqdim etmiş və mobil telefona baxış zamanı həmin mobil telefonun "xxxx" MMC-yə məxsus ünvan 5 ünvanda yerləşən mağazadan oğurlanmış mobil telefon olması öz təsdiqini tapmışdır (İ cild, i.v.141-142); - “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 01 ədəd DVD diskinin içərisində iki nəfər şəxsin "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən filialına şüşə qapını daş parçası ilə sındırma yolu ilə qanunsuz daxil olaraq oradan mobil telefonları oğurlamaları öz əksini tapır. Belə ki, həmin naməlum şəxslərin xx.xx.2023-ci il tarixdə saat 04:23-də videogörüntüdə hərəkətləri öz əksini tapır. Baxışda iştirak edən zərər çəkmiş hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsi Zərərçəkmiş şəxs videogörüntüdə olan şəxsləri tanımadığını, həmin mobil telefonların 4 ədəd “İphone” markalı və 3 ədəd “Honor” markalı mobil telefonlar olmasını, mobil telefonların "xxxx" MMC-yə məxsus olmasını və həmin mağazanın hüquqşünası işlədiyi "xxxx" MMC-yə məxsus olan və ünvan 3 nvanında yerləşən filial mağazası olmasını təsdiq edir (İ cild, i.v.38); - “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 04:23-də ünvan 6 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus mağazanın şüşə qapısını bir nəfər şəxs daş parçası ataraq sındırır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 bildirdi ki, həmin şəxs Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs1 şüşə qapını sındırdıqdan sonra əvvəlcə Təqsirləndirilən şəxs2 içəri daxil olur və mağazanın mərkəzi hissəsindəki vitrinə yaxınlaşaraq oradan 04 ədəd “İphone” markalı mobil telefonları oğurlayır, Toğrul Məmmədov isə giriş hissədə solda quraşdırılmış vitrindən 03 ədəd “Honor” markalı mobil telefonları oğurlayır və daha sonra hər iki şəxs qaçaraq oradan uzaqlaşır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 videogörüntüdə olan mobil telefonları oğurlayan şəxsin özü və Təqsirləndirilən şəxs1 olmasını təsdiq edir və törətdiyi əmələ görə peşman olduğunu bildirir (İ cild, i.v.158); - “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 04:23-də ünvan 6 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus mağazanın şüşə qapısını Təqsirləndirilən şəxs1 daş parçası ataraq sındırır. Təqsirləndirilən şəxs1 şüşə qapını sındırdıqdan sonra əvvəlcə Təqsirləndirilən şəxs2 içəri daxil olur və mağazanın mərkəzi hissəsindəki vitrinə yaxınlaşaraq oradan 04 ədəd İphone markalı mobil telefonları oğurlayır, Toğrul Məmmədov isə giriş hissədə solda quraşdırılmış vitrindən 03 ədəd Honor markalı mobil telefonları oğurlayır və daha sonra hər iki şəxs qaçaraq oradan uzaqlaşır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 videogörüntüdə olan mobil telefonları oğurlayan şəxsin özü və Təqsirləndirilən şəxs2 olmasını təsdiq edir və törətdiyi əmələ görə peşman olduğunu bildirir (İ cild, i.v.188); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 dekabr 2023-cü il tarixli, 9/9826 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 256 GB yaddaşlı **********15697 İMEİ kodlu “İphone 13 blue” markalı mobil telefonun qiyməti 2199,0 manat; tədqiqata təqdim edilmiş 01 ədəd 128 GB yaddaşlı **********55148 və **********75153 İMEİ kodlu “Honor X9a” markalı mobil telefonun qiyməti 699,0 manat; tədqiqata təqdim edilmiş 01 ədəd 512 GB yaddaşlı **********10243 və **********47302 İMEİ kodlu "xxxx" markalı mobil telefonun qiyməti 1399,0 manat; tədqiqata təqdim edilməmiş 01 ədəd 256 GB yaddaşlı **********92769 İMEİ kodlu “İphone 14 Starlight” markalı mobil telefonun qiyməti 2449,0 manat; tədqiqata təqdim edilməmiş 01 ədəd 128 GB yaddaşlı **********52681 İMEİ kodlu “İphone 14 Plus Yellow” markalı mobil telefonun qiyməti 2399,0 manat; tədqiqata təqdim edilməmiş 01 ədəd 512 GB yaddaşlı **********87189 İMEİ kodlu “İphone 14 X12” markalı mobil telefonun qiyməti 3799,0 manat və tədqiqata təqdim edilməmiş 01 ədəd 256 GB yaddaşlı **********44860 və **********81870 İMEİ kodlu “Honor 90 Lite” markalı mobil telefonun qiyməti 649,0 manat olmaqla, qeyd olunan mobil telefonların 2023-cü ilin oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 13593,0 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İİ cild, i.v.27-30); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 X7 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 125 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 şəxsiyyətin emosional-davamsız tip pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs1 müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamışdır ki, o, cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs1 qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (İİ cild, i.v.54-57); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd 256 GB yaddaşlı **********15697 İMEİ kodlu “İphone 13 blue” markalı mobil telefon, 01 ədəd 128 GB yaddaşlı **********55148 və **********75153 İMEİ kodlu “Honor X9a” markalı mobil telefon, 01 ədəd 512 GB yaddaşlı **********10243 və **********47302 İMEİ kodlu "xxxx" markalı mobil telefon, hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk və hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd daş parçası iş üzrə maddi sübut kimi tanınmış və 01 ədəd “İphone 13 blue” markalı, 01 ədəd "xxxx" markalı və 01 ədəd “Honor X9A” markalı mobil telefonlar zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilmiş, 01 ədəd CD disk cinayət işi materiallarına əlavə edilmiş və 01 ədəd daş parçası Nəsimi RPİ-də saxlanılır (İİ cild, i.v.90-104); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 335.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası MM xx.xx.2021-ci il tarixdə Amnistiya qərarnın 1 hissəsinin 1.1 və 1.2 bənd, 9-cu hissəsinin 9.1-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir. Bundan başqa, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir (İ cild, i.v.39-41); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (İİ cild, i.v.42-43); - Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Baş Nazirinin 2022-ci il 21 aprel tarixli 250s saylı Sərəncamı ilə “Vətən Müharibə iştirakçısı” medalı ilə təltif edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 151 saylı arayışından görünür ki, 2001-ci il təvəllüdlü ehtiyatda olan əsgər Təqsirləndirilən şəxs2 şöbə tərəfindən sonuncuya İ-4404 nömrəli “Laçının azad olunmasına görə” medalı təqdim olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 708 saylı Hərbi hissəsinin xx.xx.2021-ci il tarixli travma haqqında arayışın surətindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 “28” aprel 2021-ci il tarixində saat təxminən 14:30 radələrində X8 topun lüləsinin ayağının üstünə düşməsi nəticəsində “Sol ayağın 1-ci barmağının proksimal falanqasının boylama cüzi yerdəyişən distal hissəsinin, medial hissəsinin yerdəyişən destal falanqasının yerdəyişməyən qapalı sınıqları. Falanqa arası oynağın çıxığı” diaqnozu ilə xəsarət almışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin uşaqlar üçün Tibbi Sosial Ekspert Komissiyasının 2710003AABEP nömrəli Təqsirləndirilən şəxs1 barəsində olan göndərişin surətindən görünür ki, uşaq anadangəlmə xəstə hesab olunur. Uşaqda ilk qıcolma tutması 3.5 yaşında olub.Tutmalar səbəbsiz, tez-tez təkrarlanıb. Tutma zamanı uşaq yıxlır, huşu itir, rəngi göyərir, dili qatlanır, gözləri çevrilir, tonik-klonik qıcolmalar olur. Tutmadan sonra ağızdan köpük gəlir, arada qeyri iradi sidik ifrazı da olur. Tutmalar ayda 7-8 dəfə təkrarlanır 3-5 dəqiqə davam edir. Sonra yuxlayıb yatır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.3cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə, həmin Məcəllənin 177.2.4-cü maddəsi xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, vurulmuş ziyanın qismən ödənilməsini, əvvəllər məhkum olunmamasını və Vətən müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlindən peşman olmasını, səmimi etirafını, vurulmuş ziyanın qismən ödənilməsini, Vətən müharibə iştirakçısı olmasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, vurulmuş ziyanın qismən ödənilməsini və ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlindən peşman olmasını, səmimi etirafını, vurulmuş ziyanın qismən ödənilməsini, ilk dəfə cinayət törətməsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone 13 blue” markalı, 01 ədəd "xxxx" markalı və 01 ədəd “Honor X9A” markalı mobil telefonların zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd daş parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “M.B.M” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 32 saata görə 192 (yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 05 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone 13 blue” markalı, 01 ədəd "xxxx" markalı və 01 ədəd “Honor X9A” markalı mobil telefonların zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-də saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd daş parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 32 saata görə 192 (yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 05 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar