Məhkəmə qərarları › İş №1(006)-151/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-151/2020

19.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-151/2020 19.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdulrəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və x1, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkumluğu olan, ünvan 2-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs“ qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxstəkrarən, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 avqust 2019-cu il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi dalan 2-də yerləşən 1 saylı evin qapısını açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olmuş və mənzilin yataq otağındakı şkafın içərisindən Zərərçəkmiş şəxs1 məxsus 1500 ABŞ dolları (milli məzənnə ilə 2550 manat) və 400 manat məbləğində nəğd pulu, 01 ədəd Çində istehsal edilmiş 'TİP' markalı dv-7-7010 model 450 manat dəyərində noutbuku və 01 ədəd qidalandırıcı elementi, 01 ədəd Çində istehsal edilmiş “Canyon CNR-MSOV04S” markalı 10 manat dəyərində mausu. 01 ədəd 200 manat dəyərində “bagema xrustaf' markalı qabı, 02 ədəd ümumilikdə 200 manat dəyərində "viski” markalı qabı, 02 ədəd birinin qiyməti 20 manat, ikisinin qiyməti 40 manat dəyərində konfet qabını, geyim əşyalarından 02 ədəd birinin qiyməti 10 manat, ikisinin qiyməti 20 manat dəyərində ağ rəngli yay köynəyini, 02 cüt bir cütünün qiyməti 20 manat, ikisinin qiyməti 40 manat dəyərində qadın yay geyimi, yəni yay köynəyi və şortikini, 01 cüt qiyməti 22 manat dəyərində gecə paltarını, 01 komplekt qiyməti 25 manat dəyərində alt paltarını, bir tay qiyməti 50 manat olan qızıl sırğanı, 01 ədəd qiyməti 50 manata olan elektrik sobası gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 4057 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə 23.08.2019-cu il tarixdən 27.08.2019-cu il tarixədək olan müddət ərzində ünvan 1 saylı ünvanda yerləşən mənzilin ikinci mərtəbəsində yerləşən eyvanın dəmir qapısını əlləri ilə açaraq oraya qanunsuz daxil olaraq dəmir barmaqlıqlardan asılmış x2 məxsus bir ədədinin qiyməti 40 manata olan ümumilikdə 800 manat dəyərində 20 ədəd mis qabları gizli olaraq talayıb x2 ümumilikoo 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 26 dekabr 2016-cı il tarixli Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, cəzasını Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində çəkmişdir. 29 noyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunub azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra o, tikinti sahəsində fəhləlik etmiş, həmçinin fərdi qaydada ayrı-ayrı evlərdə ustalıq etmişdir. Daha sonra isə o, bir müddət işsiz qalmış, maddi çətinliyi olduğundan oğurluq elmək fikrinə düşmüşdür. Bu niyyətlə o, ilk öncə bacısı Məxluqə Mikayılovanın yaşadığı özünün də qeydiyyatda olduğu Nəsimi rayonu, A.Qurbanov küçəsi dalan 2-də yerləşən 2 saylı evə üzərində olan açarla daxil olmuşdur. Həmin vaxt 14 avqust 2019-cu il tarixə saat 15 radələrinə təsadüf etmişdir. O, həmin mənzildə əvvəllər yaşamış, lakin sonradan bacısı ilə münasibəti pozulduğundan həmin mənzildə yaşamamış, buna baxmayaraq həmin mənzilin açarı onda da olmuşdur. Bacısı Məxluqə qeyd etdiyi tarixdə Türkiyəyə şəxsi işləri ilə əlaqədar olaraq getmişdir, o da bacısının evdə olmamasından xəbər tutub həmin mənzilə daxil olmuşdur. Mənzilə daxil olub orada yataq otağındakı şkafın içərisindən 1500 ABŞ dolları, 400 manat məbləğində nəğd pulu, “HP” markalı noutbuku, 01 ədəd “bagema xrustal” markalı qabı, 02 ədəd “viski” markalı qabı, 02 ədəd konfet qabını, 02 ədəd ağ rəngli yay köynəyini, 02 cüt qadın yay geyimi yəni yay köynəyi və şortikini, 01 cüt gecə paltarını, 01 komplekt alt paltarını, bir tay qızıl sırğanı, 01 ədəd elektrik sobasını oğurlamışdır. O, həmin əşyaları oğurlayıb mənzili tərk etmişdir. O, qeyd edilən pulları xərcləmiş, qab-qacaq, geyim əşyaları, qızıl sırğa və elektrik sobasını isə Sabunçu bazarında yolnan keçən tanımadığı şəxslərə, yadında qalmayan məbləğdə pula salmış, noutbuku isə Mehman adlı tanışına satmışdır. Bundan başqa, o, 23 avqust 2019-cu il tarixdə təxminən axşam saatlarında oğurluq etmək üçün münasib yer seçmək məqsədi ilə yaşadığı ünvan 2 ünvanından piyada şəhərə gedirmiş. O, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 105 saylı ünvanın qarşısından keçərkən həyət qapısı açıq olduğu üçün həyətə boylanıb baxanda həmin ünvanın 20 saylı mənzilinin qarşısında olan eyvanın ətrafındakı dəmir barmaqlıqların üzərində xeyli sayda zəncirlə asılmış qədimi miss qabların olmasını görmüşdür. O, əvvəl həyətə daxil olaraq bir qədər baxıb kiminsə onu görüb-görməməsini və həmin ünvanda kiminsə olub olmamasını yoxlamışdır. Lakin 20 saylı ünvanın işıqları sönmüş olduğu üçün evdə heç kimin olmamasını yəqin etdikdən sonra pilləkənlərlə eyvana qalxaraq orada yerdən götürdüyü dəmir parçasının köməkliyi ilə dəmir barmaqlıqlardan asılmış qədimi miss qabların təxminən 3-4 ədədini çıxarıb sellofan torbava yığaraq oradan uzaqlaşmışdır. Həmin günün səhərisi yəni 24.08.2019-cu il tarixdə o, yuxanda göstərilən ünvandan oğurladığı qədimi miss qabları yolnan keçən tanımadığı insanlara 105 manata satmışdır. Bundan sonra 25.08.2019-cu il tarixdə təxminən günorta saatlarında o, yenidən Bakı şəhəri, Nəsimi rayonu. Nizami küçəsi. 105 saylı ünvanma gələrək pilləkənlərlə yuxarı qalxıb eyvanda dəmir barmaqlıqlardan asılmış qədimi miss qabların 4 ədədini də çıxararaq özü ilə gətirdiyi sellofan torbaya qoyub, ondan uzaqlaşmışdır. O, oradan yenə də yolnan keçən tanımadığı insanlara 90 manata satmışdır. Bundan sonra o, 26 və 27.08.2019-cu il tarixlərdə də yuxarıda göstərilən ünvanın eyvanındakı dəmir barmaqlıqlara asılmış qədimi miss qabları oğurlayaraq yolnan keçən tanımadığı insanlara satmışdır. Yuxarıda göstərləri ünvandan o, ümumilikdə 20 ədəd qədimi miss qab oğurlamış və həmin miss qabların satışından ümumilikdə 300 manat pul əldə etmiş, həmin pulları öz istifadəsinə xərcləmişdir. Daha sonra özünü təqsirli bilməsini, törətdiyi əməlini səmimi etiraf etməsini nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi, CD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. İlahə Mikavılzadə onun doğma qızıdır, onun 15 avqust 2019-cu il tarixdə Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinə yazdığı ərizə və izahatla bağlı bildirmişdir ki, həqiqətən də onun yaşadığı və qeydiyyatda olduğu mənzildən 14 avqust 2019-cu il tarixdə yataq otağındakı şkafın içərisindən ona məxsus 1500 ABŞ dolları, 400 manat nəğd pul, 1000 manat dəyərində “HP” markalı noutbuk, 01 ədəd 200 manat dəyərində “bagema xruslal” markalı qab, 02 ədəd ümumilikdə 200 manat dəyərində “viski” markalı qab, 02 ədəd birinin qiyməti 20 olmaqla ikisinin qiyməti 40 manat dəyərində konfet qabları, geyim əşyalarından 02 ədəd birinin qiyməti 10, ikisinin qiyməti 20 manata olan ağ rəngli yay köynəyi, 02 cüt bir cütünün qiyməti 20 manat, ikisinin qiyməti 40 manata olan qadın yay geyimi yəni yay köynəyi və şortiki, 01 cüt qiyməti 22 manata olan gecə paltarı, 01 komplekt qiyməti 25 manat olan alt paltarı, bir tay qiyməti 50 manat olan qızıl sırğa, 01 ədəd qiyməti 50 manata olan elektrik sobası oğurlanmışdır. O, həmin oğurluqda doğma qardaşı Təqsirləndirilən şəxs şübhələnirmiş. Çünki qardaşı onun yaşadığı mənzildə qeydiyyatdadır, həm də onunla bir müddət birlikdə yaşayırmış, sonradan münasibətləri korlandığından qardaşı onunla yaşamamışdır. Mənzilin açarı da qardaşı Məmməddə olmuşdur. Çünki o, həmin ərəfədə Türkiyədə olmuş, qızı İlahə də ona bildirmişdir ki, oğurluq vaxtı mənzilin qapı və pəncərələri sındırılmamışdır, mənzilə ancaq qapını açarla açmaq yolu ilə daxil olmuşlar. Bunu da ancaq qardaşı edə bilərdi. Çünki o, əvvəllər məhkumluq həyatı yaşamışdır. Yəqin ki, bu oğurluğu da maddi çətinliklərinə görə törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş M.V.Ağazadə ifadəsində göstərmişdir ki, o, ünvan 1, mənzil 20-də 1996-cı il tarixdən anası ilə birlikdə yaşayır. Onun qədimi qablardan xoşu gəldiyinə görə bir çox yerlərdən qədimi mis qabları alaraq evə gətirmişdir. O, aldığı mis qabları yaşadıqları ünvanın bayır hissəsində yerləşən dəmir barmaqlıqlardan asmışdır. 27 avqust 2019-cu il tarixdə axşam saatlarında o, yaşadığı mənzilə gələrkən dəmir barmaqlıqlardan asılmış mis qablarından bəzilərinin yerində olmadığını görüb, mənzildə quraşdırılmış videomüşahidə aparatına baxmışdır. O, aşkar etmişdir ki, 23 avqust 2019-cu il tarixdən 27 avqust 2019-cu il tarixədək bir nəfər əvvəllər tanımadığı və görmədiyi şəxsin mənzilə kiçik ölçülü açılıb bağlanan dəmir qapını açaraq eyvana daxil olur və oradan ümumilikdə 20 ədəd mis qabları oğurlayaraq hadisə yerini tərk edir. O, həmin günü baş vermiş oğurluq hadisəsi barədə Nəsimi RPİ-nin 22-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona 800 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 anası zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 5 ilə yaxındır ki, tanıyır. Belə ki, o, sonuncu ilə birlikdə yadında qalmayan cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Münasibətləri də oradan yaranmışdır. O, cəzaçəkmə müəssisəsindən 2016-cı ilin fevral ayının əvvəllərində azadlığa çıxmışdır. O, həmçinin Məmmədin yaşadığı məhəllənin yaxınlığında yaşamışdır. Arabir onunla məhlədə görüşüb söhbət etmişdir. Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin avqust ayının axırlarında onunla görüşüb bildirmişdir ki, onda bir ədəd qara rəngli noutbuk var, maddi vəziyyəti yaxşı deyil, onu satıb pul qazanmaq istəyir. O, da Məmmədə demişdir ki, "əgər noutbuk oğurluq deyilsə, onu alıram, mənə prablem yaratmasın”. Məmməd də israrla demişdir ki. noutbuk oğurluq deyil, özünündür. O, da sonuncuya inanıb noutbuku ondan 120 manata almışdır. Həmin noutbuku aldıqdan sonra onu evdə saxlamışdır. O, sonradan bilmişdir ki. Təqsirləndirilən şəxs əslində ona satdığı noutbuku bacısının evindən oğurlayıb. O, təxminən 3 günə həmin noutbuku gətirib istintaqa təqdim edəcəkdir. Təqsirləndirilən şəxs həmin noutbuku oğurluq yolu ilə ələ keçirməsini təzə bilmiş, həmin vaxt onun etdiyi oğurluq və ya oğurluqlardan xəbəri olmamışdır. Cinayət işinin 1-ci cild 67-ci vərəqəsində olan 04 mart 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 168-170-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 mart 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 24-25-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 189-191-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2020-ci il tarixli 9/571 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin avqust ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi, yəni 1 ədəd Çində istehsal edilmiş "HP" markalı, dv-7-7010 model notbuk və 1 ədəd qidalandırıcı elemenl-450,00 manat, 1 ədəd Çində istehsal edilmiş "Canyon CNR-MSOV04S” markalı maus-10.00 manat müəyyən olunur. Cinayət işinin 1-ci cild 190-cı vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 192-ci vərəqəsində olan 06 aprel 2020-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, vətəndaş x1 yaşadığı ünvan 1 saylı ünvanda yerləşən mənzilin ikinci mərtəbəsində eyvanda olan dəmir barmaqlıqlardan asılmış mis qablarının oğurlanması faktının video görüntülərini özündə əks etdirən 01 ədəd CD diskiş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 193-cü vərəqəsində olan 06 aprel 2020-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, 1 ədəd HP markalı noutbuk iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Cinayət işinin 1-ci cild 171-174-cü vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 13 mart 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) 16 dekabr 1994-cü il tarixdə Bakı Qarnizonu Hərbi Tribunalı tərəfindən həmin vaxtın qüvvədə olan CM-nin 242-ci maddəsinin “A” bəndi, 143-cü maddənin 4-cü hissəsi ilə təqsirli bilinib 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06.02.2001-ci il tarixli Amnistiya qərarına əsasən cəza çəkməkdən azad edimiş; 2) 12.07.2011-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04.10.2012-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş; 3) 26 dekabr 2016-cı il tarixdə Nəsimi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 29 noyabr 2018ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs vətəndaş M.V.Ağazadənin yaşadığı ünvan 1 saylı ünvanda yerləşən mənzilin ikinci mərtəbəsinə qalxaraq kiçik ölçülü qapını açaraq eyvana daxil olur və orada yerləşən dəmir barmaqlıqlardan asılmış mis qabları gizli olaraq talayıb hadisə yerini tərk edir. Təqsirləndirilən şəxs həmin videogörüntüdəki şəxsin özü olduğunu bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspert rəyi,cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-ci maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar olaraq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini törətməsini səmimi etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 26 dekabr 2016-cı il tarixdə Nəsimi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29 noyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, iki il keçmədən, yəni 14 və 23 avqust 2019-cu il tarixlərdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsəməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçünciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 04 mart 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut 1 ədəd HP markalı noutbuk Zərərçəkmiş şəxs1 qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum tmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsindəçəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 mart 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd HP markalı noutbuk Zərərçəkmiş şəxs1 qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görəBakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar