Məhkəmə qərarları › İş №1(006)-151/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-151/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-151/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun vəkili “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X6 iştirakları ilə xx.xx.1986-cı ildə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, “Avromed” şirkətində tibb məsləhətçisi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 26 avqust 2020-ci il tarixdə saat 23:50 radələrində yaşadığı ünvan 5 yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətlərinin pozulması zəminində baş vermiş mübahisə zamanı qəsdən sonuncunun sol gicgah və sol bilək nahiyələrindən yumruq zərbələri vuraraq, ona başın sol təpə-gicgah nahiyəsinin qançırı və baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sol milbilək oynağı nahiyəsinin qançırı ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə 2010-cu ildən birgə nikahda yaşamışlar və həmin nikahdan 2 övladları dünyaya gəlmişdir. O, vaxtının əksər hissəsini işdə keçirmiş və Zərərçəkmiş şəxs anası Heyran Hacıyeva ilə münasibətləri gərgin olmuş, bu səbəbdən həyat yoldaşı ilə hadisənin baş verdiyi ərəfələrdə mübahisələri olmuşdur. 26.08.2020-ci il tarixdə, saat 23:50 radələrində yaşadığı ünvan 5 yaşayış evinə işdən gəldiyi zaman həyat yoldaşı Zərərçəkmiş şəxs ona yemək hazırlamadığına və gəlişinə laqeyd yanaşdığına görə onunla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs səsküy saldığına görə əsəbləşmiş, əli ilə onu sol qolundan tutub kənara çəkmşdir. Kənara çəkən zaman sonuncu üzərinə gəldiyindən onun baş nahiyəsindən yüngül itələyərək, evdən çıxmışdır. Evdən çıxan zaman dərhal baş vermiş mübahisə barədə qaynatası Şahid1 zəng edərək məlumat vermişdir. Daha sonra isə gecəni qalmaq üçün valideynlərinin yaşadığı evə getmişdir. Sonradan həyat yoldaşı Zərərçəkmiş şəxs onun barəsində polisə müraciət etməsi ona məlum olmuşdur. İbtidai istintaq və məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs DİN-nin 102 zəng xidmətinə etmiş olduğu müraciətində göstərdikləri, yəni onu ölümlə hədələməsi və döyməsi barədə qeyd etdikləri yalan məlumatdır. Sonuncunun şikayətinə əsl səbəb yaşadığı evin anası X4 adına olması, həyat yoldaşının isə evin onun və ya övladının adına keçirilməsini tələb etməsi olmuşdur. Hadisə yaşadığı evdə baş verdiyinə görə hadisənin şahidi olmamış, övladları Hacızadə Nurlan və Hacızadə Kənan isə həmin vaxt yatdığına görə hadisəni görməmişlər. Onun həyat yoldaşına hər hansı xəsarət yetirmək niyyəti olmamışdır. Hadisə baş verdikdən sonra Zərərçəkmiş şəxs hamiləliyinin pozulmasının müxtəlif səbəblərdən ola biləcəyini, Zərərçəkmiş şəxs səhhətində problem olduğuna görə daha öncə 3-4 dəfə bu cür hadisələrin baş verdiyini və onun sonuncuya hamiləliyin pozulmasına səbəb ola biləcək hər hansı bir xəsarət yetirməməsini bildirmişdir. Baş vermiş hadisədən 2-3 həftə öncə həyat yoldaşı Zərərçəkmiş şəxs həkim müayinəsində olmuş və ona yenidən hamiləliyin pozulmaması üçün dərmanlar məsləhət görmüşlər. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin yalan olduğunu, hamiləliyin pozulmasının heç bir xəsarətlə əlaqəsinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ilə əvvəllər sözlü mübahisəsi olsa da, ona qarşı heç vaxt fiziki güc tətbiq etməmiş və xəsarət yetirməmişdir. Ailəsində yaranan problemdə və Zərərçəkmiş şəxs ona qarşı neqativ münasibət göstərməsində sonuncunun valideynləri tərəfindən ailəsinə etdiyi müdaxilələr böyük rol oynamışdır. Lakin bütün bunlara baxmayaraq, o bir neçə dəfə həyat yoldaşı ilə barışmağa cəhd etsə də, Zərərçəkmiş şəxs onunla barışmaq istəmədiyini bildirmişdir. İlk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq, məhkəmədən barəsində cəza tədbiri tətbiq ediləcəyi təqdirdə daha yüngül cəza növünün çıxarılmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. ünvan 3 ünvanında yaşayır və özü poliklinikalardan birində həkim-şüadioqnostik vəzifəsində işləyir. Həyat yoldaşı Təqsirləndirilən şəxslə 2010-cu ildən birgə nikahda yaşayır və birgə nikahdan 2 övladları vardır. Uzun illərdir həyat yoldaşı Təqsirləndirilən şəxs onun və anası Heyran Hacıyeva arasında olan münasibətlərdə tarazlıq yarada bilməməsi və onun qayınanası ilə uzun illərdir baş vermiş mübahisələr nəticəsində səbəbli danışmamağı ilə əlaqədar ailədə daima mübahisələri baş vermişdir. X8 ilə danışmamağı və sonuncunun həyat yoldaşında onunla bağlı mənfi fikir formalaşdırması nəticəsində həyat yoldaşı ilə dəfələrlə sözlü mübahisələri baş vermişdir. Hadisə baş verməmişdən təxminən 4-5 gün öncədən həmin mübahisələr aralarında daha da kəskin xarakter almışdır. 26.08.2020-ci il tarixdə, saat 23:50 radələrində yaşadığı ünvanda istirahət edən zaman Təqsirləndirilən şəxs işdən evə gəlmiş və ona “bütün günü yatırsan” deyərək təhqir etmişdir. Həmin vaxt o, sonuncuya hazırda gecə saatları olduğunu və bu vaxt başqa nə edəcəyini soruşmuş və sakit danışmasını tələb etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs aqressivləşərək onun üzərinə gəldiyindən o, yataq otağına keçib qapını bağlamış və sonuncu otağa daxil olmasın deyə əli ilə qapını saxlamağa çalışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs qapını təpiklə vurmuş və bu vaxt qapının layları zərblə ona dəymiş və onu itələmişdir. Daha sonra sonuncu otağa daxil olmuş və onun sol gicgah nahiyəsindən və sol biləyindən yumruq zərbələri ilə vurmuşdur. Həmin vaxt o, huşunu itirmiş və yerə yıxılmışdır, bir neçə dəqiqə sonra özünə gələn zaman Təqsirləndirilən şəxs yenidən onun üzərinə gəlmiş və yenidən onun qarın və bel nahiyəsindən zərbələr endirərək döymüşdür. Bundan sonra o, uca səslə köməyə qonşuları çağırmağa başlamış və öz mobil telefonunu götürərək Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Buna görə də, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdən çıxıb getmiş və gedən zaman “mən polisdən qorxmuram, pulumu verib, işimi bağlayacam” demişdir. Evdən çıxan zaman Təqsirləndirilən şəxs onun atası Şahid1 zəng edərək onun ünvanına da nalayiq ifadələr işlətməsini eşitmişdir. Təqsirləndirilən şəxs getdikdən sonra 102 xidmətinə zəng etməyi ilə əlaqədar evə polis əməkdaşları gəlib ondan ərizə almışlar. Həmin ərəfədə yaşadığı evə atası Şahid1 və anası Şahid2 gəlmişlər. Həmin zaman hamilə olmuş və polislərə ərizə verib onları yola saldıqdan sonra onda qanaxmanın olduğunu müəyyən etmişdir. Buna görə də, atası ilə birlikdə Sabunçu rayon xəstəxanasına getmişdir. Həmin xəstəxanada onu müayinədən keçirmişlər və bətnində olan körpənin ürək döyüntüsünün olmadığını, yəni uşağın tələf olduğunu bildirmişlər. Buna görə də, ona abort ediləcəyini bildirmişlər. Həmin gün saat 04:30 radələrində 7 saylı doğum evinə gedərək müayinə nəticələrini göstərmiş və yenidən müayinədən keçmişdir. Orada da ona abort ediləcəyini bildirsələr də, gecə saatları olduğundan səhər müraciət etməyini məsləhət görmüşlər. 27.08.2020-ci il tarixində səhər saatlarında 7 saylı doğum evinə getmiş və Sabunçu rayon xəstəxanasında olduğu müayinənin cavabını vermiş və abort olunmağı barədə göstərişin olmasını qeyd etmişdir. Buna görə də, həmin xəstəxanada onu abort etmişlər. Uşağın tələf olmasının səbəbi hadisə vaxtı Təqsirləndirilən şəxs onun qarnından və bel, eləcə də bədəninin müxtəlif nahiyələrindən möhkəm zərbələr vurması olmuşdur. Təqsirləndirilən şəxs hadisə günü onu öldürəcəyi ilə hədələmişdir və yenə də həmin hədələri aqressiv formada davam etmişdir. Hadisə yaşadığı evdə gecə saat 24 radələrində baş vermiş və hadisənin şahidi olmamışdır. Həmin vaxt evdə yalnız Nurlan və Kənan adlı övladları olmuşlar və onlar da Təqsirləndirilən şəxs qışqır-bağırının, onu döyməsinin şahidi olmuşlar. 08.07.2020-ci il tarixli 675 nömrəli ekspert rəyindən görünür ki, 27.08.2020-ci il tarixdə “6 həftəlik hamiləlik, qanaxma” diaqnozu ilə 7 saylı doğum evnə müraciət etmiş və hamiləliyin pozulması ilə əlaqədar uşaqlıq boşluğunun qaşınması manipulyasiyası icra edilmişdir. Lakin ekspert rəyində hamiləliyin pozulmasının travmatik xarakterli olmaması göstərilmişdir. Hamiləliyin pozulması travmatik xarakterlidir, psixoloji gərginlik həmin prosesi aktivləşdirir. Daha əvvəllər bir neçə dəfə Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirmiş, lakin valideynlərinin məsləhəti ilə ailəsi dağılmasın deyə hadisələr barədə polisə müraciət etməmişdir. Həmin hadisələrin üzərindən xeyli müddət keçdiyindən hazırda həmin hadisələrlə əlaqədar bədənində xəsarət izləri qalmamışdır. İbtidai istintaq zamanı izahat verərkən hamiləliklə əlaqədar güclü qanaxmaları olduğu üçün Təqsirləndirilən şəxs onun qarın və bel nahiyəsindən vurduğunu deməyə utanmışdır. Birinci dəfə polis idarəsinə getdiyindən həyəcanlı olmuş və ona görə də, hadisəni təfərrüatı ilə deməmişdir. O, həkimdir və rəydə də qeyd olunduğu kimi kəllə-beyin travması, beyin silkələnməsi keçirdiyi üçün hadisə vaxtı baş verənləri sonradan xatırlamışdır və hamiləliyinin pozulması xəsarətlə bağlıdır. Təqsirləndirilən şəxs hamilə olduğunu bilə-bilə onu döyüb anası ilə barışmağını tələb etmiş və hamiləliyi pozmağını istəmişdir. Məhz elə bu səbəbdən də, bədəninə xəsarətlər yetirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmadığını, ona qarşı şikayətçi olduğunu nəzərə alaraq, məhkəmədən onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkənidir, Zərərçəkmiş şəxs isə onun qızıdır. Qızı Zərərçəkmiş şəxs 2010-cu ildən Təqsirləndirilən şəxslə nikah münasibətlərindədir və birgə nikahdan iki azyaşlı övladları dünyaya gəlmişdir. Son vaxtlar Təqsirləndirilən şəxs anası Heyran Hacıyeva ilə Zərərçəkmiş şəxs münasibələrində tarazlıq yarada bilməməsi ilə əlaqadar daima ailədə mübahisələri olmuşdur. 26 avqust 2020-ci il tarixdə, saat 23:55-də ilkin olaraq Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid1 mobil telefon vasitəsi ilə zəng edərək, qızının ünvanına nalayiq ifadələr işlətmiş, ondan narazı olduğunu bildirmişdir. Üzərindən bir neçə dəqiqə keçdikdən sonra qızı Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid1 mobil telefon vasitəsi ilə zəng edib, ağlayaraq Təqsirləndirilən şəxs onu döyüb xəsarət yetirdiyini bildirmişdir. O, həyat yoldaşı Şahid1 ilə tez yaşadığı evdən çıxaraq, qızı Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 yaşayış evinə getmişlər. Onlar evə çatan zaman qızı Zərərçəkmiş şəxs onlara əri tərəfindən döyüldüyünü danışmışdır. Həmin vaxt qızı özünü pis hiss etmiş və başını qaldırmamış, kəskin baş ağrısından və ürək bulanmasından şikayət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs atası evə gələrək onların evdən çıxmasını tələb etmişdir. Qızı Zərərçəkmiş şəxs polisə müraciət etməsi ilə bağlı evə polis əməkdaşları gəlmişlər və hadisə ilə bağlı sonuncudan ərizə və izahat almışlar. Polislər getdikdən sonra Zərərçəkmiş şəxs ona hamiləliklə əlaqədar qanaxma başladığını bildirmişdir. Bundan sonra o, evdə yuxudan oyanarsa qorxmasınlar deyə nəvələri ilə qalmışdır. Həyat yoldaşı Şahid1 isə qızı Zərərçəkmiş şəxs ilə birlikdə xəstəxanaya getmişlər. Bir neçə saat sonra evə gələn zaman həyat yoldaşı Şahid1 keçirilmiş müayinələr zamanı dölün ürək döyüntüsünün mənfi olduğunun müəyyən edildiyini bildirmişdir. O, gecə vaxtı dölün abort olunmayacağını və səhər saatlarında Zərərçəkmiş şəxs ilə birlikdə yenidən həkimə getməsini ondan istəmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə birlikdə səhər saatlarında, yəni 27.08.2020-ci il tarixdə saat 09 radələrində xəstəxanaya getmişlər və qızı abort olunmuşdur. Əvvəllər Zərərçəkmiş şəxs ilə həyat yoldaşı Təqsirləndirilən şəxs arasında mübahisələri olsa da, o, ailənin dağılmamasına görə Zərərçəkmiş şəxs boşanmamasını məsləhət görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkənidir, Zərərçəkmiş şəxs isə onun qızıdır. Özü 3 nömrəli Şəhər Klinik Xəstəxanasında həkim-travmatoloq vəzifəsində işləyir. Qızı Zərərçəkmiş şəxs 2010-cu ildən Təqsirləndirilən şəxslə nikah münasibətlərindədir və birgə nikahdan iki azyaşlı övladları dünyaya gəlmişdir. Son vaxtlar Təqsirləndirilən şəxs anası Heyran Hacıyeva ilə arvadı Zərərçəkmiş şəxs münasibələrində tarazlıq yarada bilməməsi ilə əlaqədar ailəsində mübahisələri baş vermişdir. 26 avqust 2020-ci il tarixdə saat 23:55-də ilkin olaraq Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək, qızının ünvanına nalayiq ifadələr işlətmiş, ondan narazı olduğunu bildirmişdir. Üzərindən bir-neçə dəqiqə keçdikdən sonra qızı Zərərçəkmiş şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək, ağlayaraq həyat yoldaşı Təqsirləndirilən şəxs onu döyüb, xəsarət yetirdiyini bildirmişdir. O, həyat yoldaşı Şahid2 ilə tez yaşadığı evdən çıxaraq, qızı Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə getmişlər. Evə çatan zaman qızı Zərərçəkmiş şəxs onlara əri tərəfindən döyüldüyünü danışmışdır. Həmin vaxt sonuncu özünü pis hiss etmiş və başını qaldırmamış, kəskin baş ağrısından və ürək bulanmadan şikayət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs atası evə gələrək onların evdən çıxmasını tələb etmişdir. Qızı Zərərçəkmiş şəxs polisə müraciət etməsi ilə bağlı evə polis əməkdaşları gəlmişlər və hadisə ilə bağlı sonuncudan ərizə və izahat almışlar. Polislər getdikdən sonra Zərərçəkmiş şəxs anası Şahid2 hamiləliklə əlaqədar qanaxması olduğunu bildirmişdir. Bundan sonra həyat yoldaşı Şahid2 evdə nəvələri yuxudan oyanarsa qorxmasınlar deyə qalmışdır. O isə Zərərçəkmiş şəxs ilə birlikdə xəstəxanaya getmişlər, orada qəbul şöbəsində sonuncunu qeydiyyata salıb müayinəyə göndərmişlər. Müayinəni icra edən həkim dölün ürək döyüntüsünün mənfi olduğunu bildirmiş və Zərərçəkmiş şəxs həmin xəstəxananın ginekologiya şöbəsinə göndərmişlər. Ginekologiya şöbəsində gənc həkim gecə vaxtı dölün abort olunmayacağını bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə birlikdə saat 04:00-05:00 radələrində doğum evinin ginekologiya şöbəsinə müayinənin nəticəsi ilə müraciət etmişlər. Növbədə olan həkim ginekoloq Zərərçəkmiş şəxs müayinə etmiş və qeydiyyat dəftərinə qeyd etmiş, abortun səhər saat 09:00 da olacağını qeyd etmişdir. Bundan sonra onlar evə qayıtmışlar və səhər saatlarında, yəni 27.08.2020-ci il tarixdə saat 09 radələrində qızı Zərərçəkmiş şəxs anası Şahid2 ilə gedib xəstəxanada abort olunmuşdur. Əvvəllər Zərərçəkmiş şəxs ilə həyat yoldaşı Təqsirləndirilən şəxs arasında mübahisələri olsa da, o, ailənin dağılmamasına görə Zərərçəkmiş şəxs boşanmamasını məsləhət görmüşdür. İş materiallarında olan 27.08.2020-ci il tarixli "hadisə yerinə baxış keçirilməsi haqqında" protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisənin baş verdiyi ünvan ünvan 5 yaşayış evidir (i/v 9-10). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X11 canlı şəxsin ekspertizasına dair 08 oktyabr 2020-ci il tarixli, 675 saylı məhkəmə-tibbi ekspertizasının sağlamlığa zərər vurmanın təyininə dair rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-başın sol təpəgicgah nahiyəsinin qançırı və baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sol mil-bilək oynağı nahiyəsinin qançırıdır və törənmə tarixi 27.08.2020-ci il tarixə uyğun gəlməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənədlərin təhlilinə əsasən o, 27.08.2020-ci il tarixdə “6 həftəlik hamiləlik, qanaxma" diaqnozu ilə 7 saylı doğum evinə müraciət etmiş və hamiləliyin pozulması ilə əlaqədar uşaqlıq boşluğunun qaşınması manipulyasiyası icra edilmişdir. Qeyd edilən hamiləlik dövründə uşaqlıq çanaq boşluğunda yerləşir və çanaq sümükləri ilə xarici mexaniki təsirdən etibarlı qorunur və bu dövrdə hamiləliyin pozulmasının səbəbi qeyritravmatik xarakterli olur. Hamiləliyin pozulması səbəbi kimi travmadan başqa digər faktorlar da (aparılan abortlar nəticəsində təsadüfən düşüklər, resuz-konflik, infekson, endokrin xəstəliklər, stres vəziyyəti və digər hallar) ola bilər. Bu hallar məhkəmə-tibbi meyarlarla qiymətləndirilmir (i/v 18-19). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X11 canlı şəxsin ekspertizasına dair 23 noyabr 2020-ci il tarixli, T 317/2020 saylı məhkəmə-tibbi ekspertizasının sağlamlığa zərər vurmanın təyininə dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs 20.11.2020-ci il tarixdə təkrar məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində hər hansı xəsarət və ya onların izi aşkar edilmədi. Lakin tərtib olunmuş ilkin rəyə əsasən onun almış olduğu xəsarətlər-başın sol təpə-gicgah nahiyəsinin qançırı və baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol mil-bilək oynağının qançırı-bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 27.08.2020-cı ildə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Qeyd edilən xəsarətlərdən başqa Zərərçəkmiş şəxs ilkin məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində, o cümlədən də bel və qarın nahiyələrində hər-hansı xəsarət aşkar edilməmişdir. Vətəndaş Zərərçəkmiş şəxs xəsarətlərinin xüsusiyyətləri və yerləşmə nahiyələri onların istər öz boyu hündürlüyündən yıxılma, istərsə də özü tərəfindən yetirilə bilməsini inkar edir. Zərərçəkmiş şəxs ilkin məhkəmə-tibbi müayinəsi və tibbi sənədlərində göstərilənlərə əsasən o, 27.08.2020-ci il tarixdə “6 həftəlik hamiləlik, qanaxma” diaqnozu ilə 7 saylı doğum evinə müraciət etmiş və hamiləliyin pozulması ilə əlaqədar uşaqlıq boşluğu qaşınmışdır. Qeyd edilən 6 həftəlik hamiləliyin pozulması onun aldığı travma ilə əlaqəli deyildir, belə ki, bu dövrdə uşaqlıq çanaq boşluğunda yerləşir və çanaq sümükləri ilə xarici mexaniki təsirlərdən etibarlı qorunur. Hamiləliyin pozulması travmadan başqa orqanizmin fərdi xüsusiyyətləri, dəfələrlə aparılıan abortlar nəticəsində təsadüfi düşüklər, resuz-konflik, infekson, endokrin xəstəliklər və sairdən baş verə bilər (i/v 101-104). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30.10.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluq vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası DİN BƏSİİ X3 heç bir məlumat yoxdur (i/v 55). İş materiallarına əlavə olunmuş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən qarın və bel nahiyələrinə zərbələr endirilərək onu döyməsini bildirsə də, sonuncu ona xəsarət yetirməməsini, yalnız itələməsini bildirmişdir (i/v 114-116). İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 dekabr 2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i/v 145-146). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti onun üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 20 (iyirmi) faizi dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar