Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-152/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkum olunmmamış, Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 39-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 43-də yaşayan Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 39-da yaşayan qonşusu Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə əli ilə zərbə endirərək - sol alt göz qapağı və gözaltı nahiyədə 3x2sm ölçüdə sahə şişkinliyi, əllədikdə ağrılı və həmin nahiyənin dəri örtüyü qırmızımtıl-çəhrayı rəngli qançırları, sol gözün ağlı qişasının bayır künçündə 0,7x0,4sm ölçüdə qırmızı rəngli qansızma sahəsi vardır və həmin gözündə adi vəziyyətdə göz yaşı ifrazı müşaiyət olunan dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə təxminən saat 11:00 radələrində yaşadığı evdən çıxaraq işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində yerləşən “Aliyə” qadın gözəllik salonuna gedən zaman ünvan 1 saylı ünvanın qarşı tərəfində həmin küçənin 43-cü evində yaşayan qonşusu Zərərçəkmiş şəxs uzaqdan görmüş, sonuncu onun qabağına çıxaraq “Nailə” adlı qadının yenə onun işlədiyi gözəllik salonunda işləyibişləmədiyini soruşmuş, o isə cavabında Nailənin onunla birgə həmin salonda işlədiyini demiş və Natavandan hansı səbəbə görə bir neçə gün bundan qabaq onun işlədiyi gözəllik salonuna gələrək orada nalayiq ifadələr işlətməsini soruşmuşdur. Natavan isə Nailənin həmin gözəllik salonunda işləməsinə qarşı olduğunu və onu işdən çıxaracağını bildirmişdir. Sonra isə Natavan ona Nailə ilə birlikdə gəzməsinə və yaxın münasibətinin olmasına öz iradını bildirmişdir. O isə cavabında Nailə ilə birlikdə işlədiyini və istədiyi vaxt onunla mağazaya və digər yerlərə gedə biləcəyini demişdir. Bu sözlərdən sonra Natavan qəzəblənrək onunla mübahisə etmiş və onun ünvanına nalayiq ifadələr işlətmiş, qışqıraraq işlədiyi iş yerini bağlatdıracağını onun ailəliklə pozğun olduqlarını demiş və həmçinin həyat yoldaşının ünvanına da nalayiq ifadələr işlətmişdir. Sonra isə Natavan onun üstünə gələrək saçına əl atmaq istədikdə o, özünü müdafiə etmək üçün sonuncunun sifətinin sol nahiyəsinə sağ əlinin içi ilə sillə vuraraq onu itələmişdir. Hadisə yerində onun azyaşlı qızı və əmisi Pərviz Əhmədov da olmuşdur. Hadisə nəticəsində o Natavana heç bir xəsarət yetirməmiş, mübahisə bitdikdən sonra öz yoluna davam etsə də, sonuncu onun arxasınca yenə də qışqıraraq onun ünvanına nalayiq ifadələr işlətmişdir. O isə Natavanın onun arxasınca dediklərinə fikir verməmişdir. Mübahisənin zərərçəkmiş şəxsin təhriki ilə baş verdiyini, zərərçəkmiş şəxsə heç bir xəsarət yetirmədiyini bildirərək, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 10:30 radələrində yaşadığı ünvan 2 saylı evdən çıxıb yuduğu paltarları yaşadığı ünvanın qonşuluğunda yerləşən eyni adlı küçənin 23A saylı ünvanın qarşı tərəfində həyətyanı sahədə zivəyə asıb digər işləri ilə məşğul olmaq üçün evə getmək istəyən zaman qiyabi tanıdığı və yaşadığ küçə ilə paralel küçədə yaşayan qonşusu Təqsirləndirilən şəxs onu çağıraraq, ona yaxınlaşıb hal-əhval etdikdən sonra onunla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi ilə S.Vurğun küçəsinin kəsişmosində yerləşən gözəllik salonunda işləyən Nailə adlı qadınla işinin olmamasını bildirdikdə, o, Könülə “Nailə” adlı qadınla işi olmasada, Nailənin ondan Bakı şəhər Baş Polis İdarəsinə şikayət etdiyini, bununla bağlı Baş Polis İdarəsinə getdiyini bildirmiş, həmçinin Könülə demişdir ki, Nailə əgər nədənsə narazıdırsa özü ona sözünü deyə bilər. Nailə ilə aralarında olan problemi özü həll edəcəyini, Könülə isə bu işlərə qarışmamağı məsləhət görərək dönüb evi istiqamətinə getmək istəyərkən, Könül qəflətən arxadan gələrək onun sifətinin sol nahiyəsinə sillə zərbəsi endirmişdir. O, özü də bunu gözləmirmiş, baş vermiş hadisə qəflətən olmuş və zərbə nəticəsində o, üz nahiyəsindən xəsatər almışdır. Hadisə zamanı onun tərəfindın nalayiq ifadələr işlədilməmiş, mübahisəyə kənar şəxslər müdaxilə etməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı qızıdır, Zərərçəkmiş şəxs isə onun qonşusudur. Hadisə baş verən gün, yəni xx.xx.2020-ci il tarixdə təxminən saat 10:30 radələrindəünvan 2 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs söhbət etdiklərinin şahidi olmuşdur. O, onlara yaxınlaşan zaman Könülün Natavana öz iradını bildirdiyini, hansı səbəbə görə onun işlədiyi gözəllik salonuna gələrək orada işləyənləri əxlaqsız adalandırdığını soruşmuşdur. Natavanın ona və orada işləyən şəxslərə qarşı etdiyi hərəkətin düzgün olmadığını, onun da həmin salonda işlədiyini bildirmişdir. Bundan sonra tərəflər arasında sözlü mübahisə yaranmış, Natavan Könülün ünvanına nalayiq ifadələr işlətmiş, ailəsini təhqir etmişdir. Bu zaman hər ikisi bir-birinə yaxınlaşmış, o isə mübahisənin kəskinləşməsini hiss edib onları ayırmağa çalışmışdır. Natavan Könülü vurmaq istəyərkən, sonuncu özünü müdafiə etmiş və bu zaman əli Natavanın üzünə dəymişdir. Hadisə çox qısa bir zaman kəsiyində baş vermiş, tərəflər arasında dava-dalaş olmaması üçün onları ayırmış və heç kim xəsarət almamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X10 Sağlamlığa zərər vurmanın təyininə dair xx xxxx 2020-ci il tarixli, 241 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol göz qapaqları və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan qançır-şişkinliyi küt əşyanın təsirindən müayinədən bir neçə saat əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir.Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl, əl barmaqları, dırnaqlar və s.) təsirindən əmələ gələ bilərdi və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini inkar etməsi özünü müdafiə xarakteri daşıyır. Lakin onun bu əməli zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət tərtmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqlacinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə olaraq məsuliyyətə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə görə cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Məhkəmə, həmçinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı heç bir qətimkan tədbiri seçilmədiyini nəzərə alaraq hesab edir ki, hal-hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində hər hansı bir qətimkan tədbirinin seçilməsi üçün əsaslar yoxdur. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 1(006)-152/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx xxx 2020-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-152/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-152/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver