Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-152/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi “Sirus” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxxxx 1983-cü ildə Zaqatala şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə, xx xxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 11 ünvanında yerləşən “Miss Fitness” mərkəzini icarə əsasında işlədən Təqsirləndirilən şəxs1 insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş «Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» 30 mart 2020-ci il tarixli, 120 nömrəli Qərarında qeyd olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” 11 dekabr 2021-ci il tarixli, 389 nömrəli Qərarı ilə 13 dekabr 2021-ci il tarixədək qüvvədə saxlanılmış 31 mart 2020-ci il saat 00:00-dan etibarən Azərbaycan Respublikasının ərazisində hamam fəaliyyətinin dayandırılması ilə bağlı tələbi tamah niyyəti ilə qəsdən pozaraq “Miss Fitness" mərkəzində massaj xidmətləri göstərməklə bərabər tapşırığı ilə administrator funksiyalarını da həyata keçirən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin oktyabr ayının 1-dən etibarən 26 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində sosial şəbəkələr vasitəsi ilə mərkəzə dəvət etdiyi müştərilərin buraxılmasını Təqsirləndirilən şəxs2 tapşıraraq sonuncunun həmin müştəriləri mərkəzə buraxdıqdan sonra orada gizli şəkildə hamam xidmətlərinin göstərilməsini təmin etməklə xüsusi karantin rejimini pozub koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmış, koronavirus (COVİD-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları ilə birgə həyata keçirdikləri yoxlama tədbirləri zamanı 26 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11 ünvanında yerləşən "Miss Fitness" mərkəzinə polis əməkdaşları tərəfindən baxış keçirilərkən özünün və Təqsirləndirilən şəxs2 birbaşa rəhbərliyi və nəzarəti altında xüsusi karantin rejimi qaydalarına zidd şəkildə mərkəzdə müştəri qismində gəlmiş Şahid4 və X5 "buxar otağı" və “masaj” kimi hamam xidmətlərindən istifadə etmələri, habelə müştərilərə masaj xidmətləri göstərən Şahid1, Şahid3 və Şahid2 aşkar edilmiş və həyata keçirilən profilaktik tədbirlər nəticəsində mərkəzdə hamam fəaliyyətinin qarşısı alınmışdır. Təqsirləndirilən şəxs2 xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş «Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» 30 mart 2020-ci il tarixli, 120 nömrəli Qərarda qeyd olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə" 11 dekabr 2021-ci il tarixli, 389 nömrəli qərarı ilə 13 dekabr 2021-ci il tarixədək qüvvədə saxlanılmış 31 mart 2020-ci il saat 00:00-dan etibarən Azərbaycan Respublikasının ərazisində hamam fəaliyyətinin dayandırılması ilə bağlı tələbi tamah niyyəti ilə qəsdən pozaraq Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11 ünvanında yerləşən "Miss Fitness" mərkəzini icarə əsasında işlədən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında masaj xidmələri göstərməklə bərabər sonuncunun tapşırığı ilə administrator kimi fəliyyətini həyata keçirirək 2021-ci ilin oktyabr ayının 1-dən etibarən 26 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 sosial şəbəkələr vasitəsi ilə mərkəzə dəvət etdiyi müştəriləri qəbul edərək mərkəzə buraxdıqdan sonra orada gizli şəkildə hamam xidmətlərinin göstərilməsini təmin edərək xüsusi karantin rejimini pozub koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmış, koronavirus (COVİD-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri çərçivəsində Bakı Şəhər Baş Polis idarəsinin əməkdaşlarının Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları ilə birgə həyata keçirdikləri yoxlama tədbirləri zamanı 26 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11 ünvanında yerləşən "Miss Fitness” mərkəzinə polis əməkdaşları tərəfindən baxış keçirilərkən Təqsirləndirilən şəxs1 və özünün birbaşa rəhbərliyi və nəzarəti altında xüsusi karantin rejimi qaydalarına zidd şəkildə mərkəzdə müştəri qismində gəlmiş Şahid4 və X5 "buxar otağı" və “masaj" kimi hamam xidmətlərindən istifadə etmələri, habelə müştərilərə masaj xidmətləri göstərən Şahid1, Şahid3 və Şahid2 aşkar edilmiş və həyata keçirilən profilaktik tədbirlər nəticəsində mərkəzdə hamam fəaliyyətinin qarşısı alınmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11 ünvanında yerləşən "Miss Fitness" mərkəzini icarə əsasında işlədir. Zaqatala rayonunda olarkən ona 3 gün ard-arda tanımadığı nömrədən zəng edilmiş və ondan masaj xidməti göstərib-göstərmədikləri barədə soruşulmuşdur. O isə ancaq fitnesin olduğunu, masaj xidməti göstərmədiklərini bildirmişdir. 26 oktyabr 2021-ci il tarixdə, saat 19 radələrində həmin şəxs ona yenidən zəng edərək qonaqlarının olduğunu, bu səbəbdən masaj xidmətindən istifadə etmək istədiklərini bildirdikdə, o yenə də masaj xidməti göstərmədiklərini bildirmişdir. Bundan sonra iki nəfər şəxs "Miss Fitness" mərkəzinə gedib içəri daxil olmuşdur. Mərkəzin işçiləri ona həmin şəxslərin içkili vəziyyətdə olduqları barədə məlmat vermişdir. Həmin iki nəfər şəxsin içəri daxil olmasından bir müddət sonra qapı yenidən döyülmüşdür. O, sahə müvəkkilinə zəng edərək məlumat verdikdə, sahə müvəkkili ona o gəlməyincə qapını açmamalarını bildirmişdir. Daha sonra oraya yaxınlaşdıqda gələn şəxslərin polis əməkdaşları olduqları barədə ona məlumat vermişdir. Bundan sonra o, işçilərə qapını açmalarını tapşırmışdır. Polis işçiləri içəri daxil olduqdan sonra karantin qaydalarının pozulduğunu bildirib, işçiləri və həmin iki nəfər şəxsi polis bölməsinə aparmışlar. Daha sonra onun özünə zəng edilərək polis bölməsinə dəvət edilmişdir. O, bir neçə dəfə istintaq zamanı idarəyə çağırılmış və sənədlərə imza etdirilmişdir. Lakin sənədlərdə nə yazıldığı barədə heç bir məlumatı yoxdur. "Miss Fitness" mərkəzində karantin qaydalarını pozacaq heç bir xidmət göstərilməmişdir. Fitnesdən çıxan şəxslər isə hamama girib duş qəbul edə bilər. Mərkəzdə həmin vaxt işçilər tərəfindən heç kimə masaj xidməti göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayından etibarən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 11 saylı yaşayış binasının zirəmisindəki "Miss Fitness" gözəllik salonunda adminstrator vəzifəsində işləməyə başlamışdır. Sonradan pandemiya ilə əlaqədar fəaliyyətlərini dəyişdirərək fitnes mərkəzinə çevirmişlər. Mərkəzdə olmadığı vaxtlarda Könülü o, əvəzləyərk müştəriləri qəbul etmişdir. 26 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində iki nəfər şəxs mərkəzə yaxınlaşmış və xidmətdən istifadə etmək istədiklərini bildirmişlər. Onlar 100 manat məbləğində ödəniş də etmişlər. İçəri otaqlara baxdıqdan sonra həmin şəxslərdən biri ondan başqa xidmət göstərib-göstərmədikləri barədə soruşduqda o, başqa xidmət göstərmədiklərini bildirmişdir. O, dərhal Könülə zəng edərək həmin şəxslərdən birinin belə dediyini bildirmiş, o isə başqa xidmət olmadığını demişdir. Bir müddət sonra isə polis əməkdaşları gələrək karantin qaydalarının pozulduğunu bildirib içəridə olan işçiləri və həmin iki nəfər şəxsi polis bölməsinə aparmışlar. "Miss Fitness" mərkəzində masaj və ya hamam xidməti göstərilməmişdir. Şahid qismində dindirilmiş Şahid4 isə yalan ifadə vermişdir. Belə ki o, öz izahatında dayısı oğlunun masajda özünün isə saunada olduğunu qeyd etmişdir. Qeyd olunanlar tam olaraq yalandır. İstintaqda onun izahatına da çox əlavələr olmuşdur. "Miss Fitness" mərkəzində karantin qaydalarını pozacaq heç bir xidmət göstərilməmişdir. Fitnesdən çıxan şəxslər isə hamama girib duş qəbul edə bilər. Mərkəzdə həmin vaxt işçilər tərəfindən heç kimə masaj xidməti göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməmələrinə dair ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onlar bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyırlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır, onlarla hər hansı ədavəti, qohumluğu və ya düşmənçiliyi yoxdur. 26 oktyabr 2021-ci il tarixdə, günorta saatlarında X2 Kaliforniya ştatında yaşayan və onlara qonaq gəlmiş dayısı oğlu X9 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən restoranların birində yeyib-içdikdən sonra hamamların birinə gedib masaj və sauna xidmətlərindən istifadə etmək qərarına gəlmişlər. Lakin həmin vaxt pandemiya ilə əlaqədar müəyyən edilmiş xüsusi karantin rejimi ilə bağlı hamamların fəaliyyəti dayandırılmışdır. Oqtay “İnstagram” sosial şəbəkəsində hamam fəaliyyəti ilə məşğul olan “Miss Fitness” fitnes-spa mərkəzinin səhifəsini gördüyünü bildirərək həmin səhifədə qeyd edilmiş əlaqə nömrəsinə zəng edib bir qadınla danışmışdır. Həmin qadın isə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 11 ünvanında fəaliyyət göstərdiklərini bildirmiş və onları da oraya dəvət etmişdir. Lakin digər dayısı oğlu Mehran Nağıyev "Miss Fitness" fitnes-spa mərkəzinə getməkdən imtina etmişdir. Həmin gün saat 19 radələrində dayısı oğlu Mehran Nağıyev onları idarə etdiyi avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 11 saylı yaşayış binasının zirzəmisindəki “Miss Fitnes” fitness-spa mərkəzinin qarşısına aparıb onları düşürdükdən sonra çıxıb getmişdir. Onlar mərkəzin qapısının bağlı olduğunu gördükdə Oqtay restoranda olarkən danışdığı qadına zəng edib orada olduqlarını bildirmişdir. Bir qədər gözlədikdən sonra qapını tanımadıqları bir qadın açmış və onları içəriyə dəvət etmişdir. Onlar içəri daxil olduqdan sonra bir nəfər üçün xidmət haqqının 50 manat olması bildirilmişdir. Oqtay 100 manat ödəniş etdikdən sonra otaqlardan birinə gedib paltarlarını soyunmuşlar. O, hamam otağına keçib duş qəbul etmiş, bundan sonra hamamda yerləşən saunaya daxil olmuşdur. Həmin vaxt Oqtay massaj otağına daxil olmuşdur. Bir neçə dəqiqə sonra qapı döyülmüş və qəbulda oturan qadından qapını kimin döyməsi barədə maraqlanmışdır. Həmin qadın isə qapını döyənin bir dəli olduğunu demişdir. Lakin qapı döyülməyə davam etmişdir. Bir müddət sonra qapı açıldıqdan sonra içəriyə polis əməkdaşları daxil olaraq “Miss Fitness” fitnes-spa mərkəzinin xüsusi karantin rejimi qaydalarını pozmaqla icazə olmadan hamam xidmətlərini həyata keçirdiyini bildirmişlər. Bundan sonra onlar hamısı polis əməkdaşlarının dəvəti ilə 20-ci Polis Bölməsinə getmişlər. “Miss Fitness” fitnes-spa mərkəzində olduqları zaman içəridə onlardan başqa müştəri olmamış, yalnız mərkəzin 3-4 nəfər qadın işçisi olmuşdur. Mərkəzdə onlara heç bir intim xidmət təklif edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayının 21-22-si tarixlərində fitness işi ilə məşğul olan şəxs kimi tanıdığı Könül ona mesaj yazaraq icrayə masaj salonu götürüb işlətməyə başladığını bildirmiş və onu da işləmək üçün oraya dəvət etmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşər 11 saylı yaşayış binasının zirzəmisindəki “Miss Fitness" gözəllik salonuna 26 oktyabr 2021-ci iİ tarixdə, saat 14 radələrində getmişdir. Həmin vaxt Yasəmən, Ayşən və Dinara salonda olmuşlar. Həmin gün saat 19 radələrində salona iki nəfər kişi müştəri gəlmişdir. Həmin müştəriləri stajor Ayşən və adminstrator Yasəmən qəbul edib, masaj etmişlər. Təxminən 20 dəqiqə sonra qapı döyülmüş, lakin Yasəmən bir müddət qapını açmamışdır. Açdıqdan sonra isə içəriyə mülki geyimdə olan şəxslər daxil olub, polis əməkdaşları olduqlarını və salonun xüsusi karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərdiyini bildirmişlər. Sonra onları Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə dəvət edərək bölməyə aparmışlar. O, “Miss Fitness" mərkəzinə cəmi 2 dəfə 2-3 saatlıq işi öyrənmək məqsədilə getmişdir. Lakin orada kiminsə massaj edilməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır, onlarla hər hansı ədavəti, qohumluğu və ya düşmənçiliyi yoxdur. O, Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin polis sahə inspektoru vəzifəsində xidmət edir. 26 oktyabr 2021-ci il tarixdə, saat 19 radələrində xidmət etdiyi 20-ci Polis Bölməsində əməliyyat qrupunun tərkibində növbədə olmuşdur. Növbətçi Hissəyə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında o və əməliyyat qrupunun digər üzvü həmin bölmənin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid6 birlikdə xidməti avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 11 saylı yaşayış binasının zirzəmisindəki “Miss Fitness" adlı fitness-spa mərkəzinin qarşısına getmişlər. Onlar qapının bağlı olduğunu görüb döysələr də qapını açan olmamışdır. Təxminən 20-25 dəqiqə keçdikdən sonra mərkəzdə işləyən şəxslər qapını açmışlar. Mərkəzə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birlikdə daxil olarkən içəridə 2 nəfər kişi müştəri və 4 nəfər qadın işçi olmuşdur. Mərkəzdə hamam xidmətləri həyata keçirilmişdir. Belə ki, müştərilərdən biri paltarını tam geyinməmişdir. Otaqlarda masaj xidmətinin göstərilməsi üçün nəzərdə tutulmuş masalar yerləşdirilmişdir. Bundan başqa hamam otağında yerləşən “buxar otağı” (sauna) işlək vəziyyətdə olmuşdur. Şifahi sorğu-sual zamanı həmin müştəri - Şahid4 onlara bildirmişdir ki, “instagram" sosial şəbəkəsindən hamam xidmətləri göstərən obyekt axtarmış və orada həmin mərkəzin səhifəsinə rast gəlmişlər. Daha sonra səhifədə qeyd edilmiş mobil telefon nömrəsinə zəng edib həmin ünvana dəvət əsasında gəlmişlər. Onlar burada masaj və sauna xidmətlərindən adam başına 50 manata olmaqla pul ödəyib istifadə etmişlər. Beləliklə onlar mərkəzdə olan şəxslərə mərkəzin hamam xidmətləri göstərməklə qanununvericiliklə müəyyən edilmiş xüsusi karatin rejimi qaydalarını pozduğunu bildirmişlər və onları fakt üzrə araşdırmanın aparılmasından ötrü Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə dəvət etmişlər. Onlar həmin gün saat 20 radələrində xidməti avtomobil vasitəsi ilə 20-ci Polis Bölməsinə getmişlər. Bölmədə şəxsiyyətləri müəyyən edilərkən həmin şəxslərin Şahid1, Təqsirləndirilən şəxs2, Şahid3, Şahid2, Şahid4 və X9 olması məlum olmuşdur. Mərkəzin işçiləri ilə şifahi sorğu-sual zamanı bildirmişlər ki, həmin mərkəzi icarə əsasında Təqsirləndirilən şəxs1 işlətmişdir. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid6 da Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Şahid2 12.05.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmədə iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 15.10.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, X6 tərəfindən xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, Bina 11 zirzəmi ünvanında yerləşən ümumi sahəsi 76,7 kv/m olan qeyri yaşayış sahəsi 15.10.2025-ci il tarixədək Təqsirləndirilən şəxs1 icrayə verilmişdir (i/v 26). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 18 noyabr 2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 192). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 01.02.2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 217). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 84). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 88). İş materiallarında olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 20.06.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 07.04.2014-cü il təvəllüdlü X3 adlı uşağı vardır (i/v 182). İş materiallarında olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 20.06.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 07.06.2012-ci il təvəllüdlü X4 adlı uşağı vardır (i/v 183). Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri özləri tərəfindən inkar edilsə də, şahidilərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsüf edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli Qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılmışdır. «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarına əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir. «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası əhalisinin sanitariyaepidemioloji salamatlığı məsələlərinə dair respublika qanunlarının, digər normativ aktların hazırlanması və qəbul edilməsi, əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində məqsədyönlü respublika kompleks proqramlarının hazırlanması və qəbul olunması, onların maliyyələşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi, dövlət orqanları tərəfindən sanitariya qanunvericiliyinə əməl olunmasına nəzarət edilməsi, Azərbaycan Respublikasının ərazisində əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunması sahəsində vahid dövlət siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin sisteminin və hüquqi statusunun müəyyən edilməsi, Azərbaycan Respublikasının ərazisində əhali arasında yoluxucu və qeyri-yoluxucu kütləvi xəstəliklərin, zəhərlənmələrin yayılmasının qarşısını almağa və ləğv edilməsinə yönəldilmiş xüsusi təhsil, hərəkət, daşıma və əmək rejimi şərtlərinin qoyulması və ləğv edilməsi, insanların həyatı və sağlamlığı üçün təhlükəli olan ərazidə əhalinin yaşamasının, kənd təsərrüfatı işlərinin, digər təsərrüfat işlərinin qadağan edilməsi və sanitariya qanunvericiliyinə əməl olunmaması nəticəsində dəymiş zərərin hesablanması və ödənilməsi qaydasının müəyyənləşdirilməsi Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının səlahiyyətinə aiddir. Həmin Qanunun 25-ci maddəsinə əsasən Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarın 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-152/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-152/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver