Məhkəmə qərarları › İş №1(006)-152/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-152/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-152/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, müdafiəçilər Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri X6, Müdafiəçi, X11 və X1 iştirakları ilə, xx.xx.2001-ci ildə Mingəçevir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.2000-ci ildə Mingəçevir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmamış, Laçın rayonu, Vəlibəyli kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, H.Əliyev 62/35 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.2001-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Nizami rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində nəzəıdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, ünvan 3 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1997-ci ildə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xəzər rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3, 66.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, ünvan 5 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Fiko” ləqəbli şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 30 noyabr 2022-ci il tarixdə saat 03:31-də "xxxx" MMC-yə məxsus ünvan 7 ünvanında yerləşən ərzaq mağazasının arxa qapısının qarşısına gəlib orada aralarında olan rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4la birlikdə kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Fiko” ləqəbli şəxs isə mağazanın giriş qapısının kilidini istintaqla müəyyən edilməyən alətlə sındırdıqdan sonra oraya qanunsuz daxil olub satış üçün vitrinə qoyulmuş, 1 ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən ümumilikdə 60 manat 80 qəpik dəyərində 16 ədəd Kent HD 8 Futura markalı, 1 ədədinin qiyməti 3 manat 60 qəpik təşkil edən ümumilikdə 50 manat 40 qəpik dəyərində 14 ədəd Winston XS Silver markalı, 1 ədədinin qiyməti 3 manat 20 qəpik təşkil edən ümumilikdə 96 manat dəyərində 30 ədəd LD X26 markalı, 1 ədədinin qiyməti 2 manat 50 qəpik təşkil edən ümumilikdə 27 manat 50 qəpik dəyərində 11 ədəd West Silver markalı, 1 ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən ümumilikdə 38 manat dəyərində 10 ədəd Kent Nanotek İNFN 01 markalı, 1 ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən ümumilikdə 140 manat 60 qəpik dəyərində, 37 ədəd Kent Nanotet NEO 04 markalı, 1 ədədinin qiyməti 3 manat 60 qəpik təşkil edən ümumilikdə 183 manat 60 qəpik dəyərində, 51 ədəd Winston XS Style Silver markalı, 1 ədədinin qiyməti 4 manat 10 qəpik təşkil edən ümumilikdə 106 manat 60 qəpik dəyərində, 26 ədəd X16 markalı, 1 ədədinin qiyməti 4 manat 10 qəpik təşkil edən ümumilikdə 90 manat 20 qəpik dəyərində, 22 ədəd X20 markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 92 manat 40 qəpik dəyərində, 42 ədəd X21 markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 55 manat dəyərində, 25 ədəd X30 markalı, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən ümumilikdə 45 manat 60 qəpik dəyərində, 19 ədəd X9 Compact markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 30 manat 80 qəpik dəyərində, 14 ədəd X31 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 86 manat 40 qəpik dəyərində, 32 ədəd X27 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 64 manat 80 qəpik dəyərində, 24 ədəd X17 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 24 manat 30 qəpik dəyərində, 9 ədəd X18 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 10 manat 80 qəpik dəyərində, 4 ədəd X12 markalı, 1 ədədinin qiyməti 2 manat təşkil edən ümumilikdə 42 manat dəyərində, 21 ədəd Bakı Blue Siqaret markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 59 manat 40 qəpik dəyərində, 22 ədəd Winchester KSSS Silver markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 8 manat 10 qəpik dəyərində, 3 ədəd X13 markalı, 1 ədədinin qiyməti 4 manat təşkil edən ümumilikdə 40 manat dəyərində, 10 ədəd Dunhill Golden markalı, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən ümumilikdə 4 manat 80 qəpik dəyərində, 2 ədəd X37 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 64 manat 80 qəpik dəyərində, 24 ədəd Pall X24 markalı, 1 ədədinin qiyməti 2 manat təşkil edən ümumilikdə 46 manat dəyərində, 23 ədəd X38 markalı, 1 ədədinin qiyməti 2 manat təşkil edən ümumilikdə 50 manat dəyərində, 25 ədəd Argo Blue markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 55 manat dəyərində, 25 ədəd X22 markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 26 manat 40 qəpik dəyərində, 12 ədəd X29 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 29 manat 70 qəpik dəyərində, 11 ədəd X23 markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 28 manat 60 qəpik dəyərində 13 ədəd X32 markalı, 1 ədədinin qiyməti 4 manat təşkil edən ümumilikdə 156 manat dəyərində, 39 ədəd X10 markalı, 1 ədədinin qiyməti 2 manat 50 qəpik təşkil edən ümumilikdə 35 manat dəyərində, 14 ədəd X36 Gold markalı, 1 ədədinin qiyməti 2 manat 50 qəpik təşkil edən ümumilikdə 40 manat dəyərində, 16 ədəd X36 Silver markalı siqaretləri və içərisində 479 manat pul olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 255 manat 93 qəpik dəyərində seyfi gizli olaraq talayıb cinayət yolu ilə əldə etdikləri gəliri aralarında bölüşdürməklə "xxxx" MMC”-yə ümumilikdə 2624 manat 53 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Fiko” ləqəbli şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 30 noyabr 2022-ci il tarixdə saat 03:31-də "xxxx" MMC-yə məxsus ünvan 8 ünvanında yerləşən ərzaq mağazasının arxa qapısının qarşısına gəlib orada aralarında olan rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 və Famil İbrahimovla birlikdə kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Fiko” ləqəbli şəxs isə mağazanın giriş qapısının kilidini istintaqla müəyyən edilməyən alətlə sındırdıqdan sonra oraya qanansuz daxil olub satış üçün vitrinə qoyulmuş, 1 ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən ümumilikdə 60 manat 80 qəpik dəyərində 16 ədəd Kent HD 8 Futura markalı, 1 ədədinin qiyməti 3 manat 60 qəpik təşkil edən ümumilikdə 50 manat 40 qəpik dəyərində 14 ədəd Winston XS Silver markalı, 1 ədədinin qiyməti 3 manat 20 qəpik təşkil edən ümumilikdə 96 manat dəyərində 30 ədəd LD X26 markalı, 1 ədədinin qiyməti 2 manat 50 qəpik təşkil edən ümumilikdə 27 manat 50 qəpik dəyərində 11 ədəd West Silver markalı, 1 ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən ümumilikdə 38 manat dəyərində 10 ədəd Kent Nanotek İNFN 01 markalı, 1 ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən ümumilikdə 140 manat 60 qəpik dəyərində, 37 ədəd Kent Nanotet NEO 04 markalı, 1 ədədinin qiyməti 3 manat 60 qəpik təşkil edən ümumilikdə 183 manat 60 qəpik dəyərində, 51 ədəd Winston XS Style Silver markalı, 1 ədədinin qiyməti 4 manat 10 qəpik təşkil edən ümumilikdə 106 manat 60 qəpik dəyərində, 26 ədəd X16 markalı, 1 ədədinin qiyməti 4 manat 10 qəpik təşkil edən ümumilikdə 90 manat 20 qəpik dəyərində, 22 ədəd X20 markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 92 manat 40 qəpik dəyərində, 42 ədəd X21 markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 55 manat dəyərində, 25 ədəd X30 markalı, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən ümumilikdə 45 manat 60 qəpik dəyərində, 19 ədəd X9 Compact markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 30 manat 80 qəpik dəyərində, 14 ədəd X31 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 86 manat 40 qəpik dəyərində, 32 ədəd X27 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 64 manat 80 qəpik dəyərində, 24 ədəd X17 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 24 manat 30 qəpik dəyərində, 9 ədəd X18 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 10 manat 80 qəpik dəyərində, 4 ədəd X12 markalı, 1 ədədinin qiyməti 2 manat təşkil edən ümumilikdə 42 manat dəyərində, 21 ədəd Bakı Blue Siqaret markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 59 manat 40 qəpik dəyərində, 22 ədəd Winchester KSSS Silver markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 8 manat 10 qəpik dəyərində, 3 ədəd X13 markalı, 1 ədədinin qiyməti 4 manat təşkil edən ümumilikdə 40 manat dəyərində, 10 ədəd Dunhill Golden markalı, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən ümumilikdə 4 manat 80 qəpik dəyərində, 2 ədəd X37 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 64 manat 80 qəpik dəyərində, 24 ədəd Pall X24 markalı, 1 ədədinin qiyməti 2 manat təşkil edən ümumilikdə 46 manat dəyərində, 23 ədəd X38 markalı, 1 ədədinin qiyməti 2 manat təşkil edən ümumilikdə 50 manat dəyərində, 25 ədəd Argo Blue markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 55 manat dəyərində, 25 ədəd X22 markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 26 manat 40 qəpik dəyərində, 12 ədəd X29 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 29 manat 70 qəpik dəyərində, 11 ədəd X23 markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 28 manat 60 qəpik dəyərində 13 ədəd X32 markalı, 1 ədədinin qiyməti 4 manat təşkil edən ümumilikdə 156 manat dəyərində, 39 ədəd X10 markalı, 1 ədədinin qiyməti 2 manat 50 qəpik təşkil edən ümumilikdə 35 manat dəyərində, 14 ədəd X36 Gold markalı, 1 ədədinin qiyməti 2 manat 50 qəpik təşkil edən ümumilikdə 40 manat dəyərində, 16 ədəd X36 Silver markalı siqaretləri və içərisində 479 manat pul olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 255 manat 93 qəpik dəyərində seyfi gizli olaraq talayıb cinayət yolu ilə əldə etdikləri gəliri aralarında bölüşdürməklə "xxxx" MMC”-yə ümumilikdə 2624 manat 53 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Fiko” ləqəbli şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 30 noyabr 2022-ci il tarixdə saat 03:31-də "xxxx" MMC-yə məxsus ünvan 8 ünvanında yerləşən ərzaq mağazasının arxa qapısının qarşısına gəlib orada aralarında olan rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Famil İbrahimov kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, o və şəxsiyyəti istintaqa məlum olmayan “Fiko” ləqəbli şəxs isə mağazanın qapısının kilidini istintaqla müəyyən edilməyən alətlə sındırdıqdan sonra oraya qanunsuz daxil olub satış üçün vitrinə qoyulmuş, 1 ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən ümumilikdə 60 manat 80 qəpik dəyərində 16 ədəd Kent HD 8 Futura markalı, 1 ədədinin qiyməti 3 manat 60 qəpik təşkil edən ümumilikdə 50 manat 40 qəpik dəyərində 14 ədəd Winston XS Silver markalı, 1 ədədinin qiyməti 3 manat 20 qəpik təşkil edən ümumilikdə 96 manat dəyərində 30 ədəd LD X26 markalı, 1 ədədinin qiyməti 2 manat 50 qəpik təşkil edən ümumilikdə 27 manat 50 qəpik dəyərində 11 ədəd West Silver markalı, 1 ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən ümumilikdə 38 manat dəyərində 10 ədəd Kent Nanotek İNFN 01 markalı, 1 ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən ümumilikdə 140 manat 60 qəpik dəyərində, 37 ədəd Kent Nanotet NEO 04 markalı, 1 ədədinin qiyməti 3 manat 60 qəpik təşkil edən ümumilikdə 183 manat 60 qəpik dəyərində, 51 ədəd Winston XS Style Silver markalı, 1 ədədinin qiyməti 4 manat 10 qəpik təşkil edən ümumilikdə 106 manat 60 qəpik dəyərində, 26 ədəd X16 markalı, 1 ədədinin qiyməti 4 manat 10 qəpik təşkil edən ümumilikdə 90 manat 20 qəpik dəyərində, 22 ədəd X20 markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 92 manat 40 qəpik dəyərində, 42 ədəd X21 markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 55 manat dəyərində, 25 ədəd X30 markalı, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən ümumilikdə 45 manat 60 qəpik dəyərində, 19 ədəd X9 Compact markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 30 manat 80 qəpik dəyərində, 14 ədəd X31 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 86 manat 40 qəpik dəyərində, 32 ədəd X27 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 64 manat 80 qəpik dəyərində, 24 ədəd X17 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 24 manat 30 qəpik dəyərində, 9 ədəd X18 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 10 manat 80 qəpik dəyərində, 4 ədəd X12 markalı, 1 ədədinin qiyməti 2 manat təşkil edən ümumilikdə 42 manat dəyərində, 21 ədəd Bakı Blue Siqaret markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 59 manat 40 qəpik dəyərində, 22 ədəd Winchester KSSS Silver markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 8 manat 10 qəpik dəyərində, 3 ədəd X13 markalı, 1 ədədinin qiyməti 4 manat təşkil edən ümumilikdə 40 manat dəyərində, 10 ədəd Dunhill Golden markalı, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən ümumilikdə 4 manat 80 qəpik dəyərində, 2 ədəd X37 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 64 manat 80 qəpik dəyərində, 24 ədəd Pall X24 markalı, 1 ədədinin qiyməti 2 manat təşkil edən ümumilikdə 46 manat dəyərində, 23 ədəd X38 markalı, 1 ədədinin qiyməti 2 manat təşkil edən ümumilikdə 50 manat dəyərində, 25 ədəd Argo Blue markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 55 manat dəyərində, 25 ədəd X22 markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 26 manat 40 qəpik dəyərində, 12 ədəd X29 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 29 manat 70 qəpik dəyərində, 11 ədəd X23 markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 28 manat 60 qəpik dəyərində 13 ədəd X32 markalı, 1 ədədinin qiyməti 4 manat təşkil edən ümumilikdə 156 manat dəyərində, 39 ədəd X10 markalı, 1 ədədinin qiyməti 2 manat 50 qəpik təşkil edən ümumilikdə 35 manat dəyərində, 14 ədəd X36 Gold markalı, 1 ədədinin qiyməti 2 manat 50 qəpik təşkil edən ümumilikdə 40 manat dəyərində, 16 ədəd X36 Silver markalı siqaretləri və içərisində 479 manat pul olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 255 manat 93 qəpik dəyərində seyfi gizli olaraq talayıb cinayət yolu ilə əldə etdikləri gəliri aralarında bölüşdürməklə "xxxx" MMC”-yə ümumilikdə 2624 manat 53 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Fiko” ləqəbli şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 30 noyabr 2022-ci il tarixdə saat 03:31-də "xxxx" MMC-yə məxsus ünvan 8 ünvanında yerləşən ərzaq mağazasının arxa qapısının qarşısına gəlib orada aralarında olan rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs4 və Famil İbrahimovla birlikdə kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Fiko” ləqəbli şəxs isə mağazanın giriş qapısının kilidini istintaqla müəyyən edilməyən alətlə sındırdıqdan sonra oraya qanunsuz daxil olub satış üçün vitrinə qoyulmuş, 1 ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən ümumilikdə 60 manat 80 qəpik dəyərində 16 ədəd Kent HD 8 Futura markalı, 1 ədədinin qiyməti 3 manat 60 qəpik təşkil edən ümumilikdə 50 manat 40 qəpik dəyərində 14 ədəd Winston XS Silver markalı, 1 ədədinin qiyməti 3 manat 20 qəpik təşkil edən ümumilikdə 96 manat dəyərində 30 ədəd LD X26 markalı, 1 ədədinin qiyməti 2 manat 50 qəpik təşkil edən ümumilikdə 27 manat 50 qəpik dəyərində 11 ədəd West Silver markalı, 1 ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən ümumilikdə 38 manat dəyərində 10 ədəd Kent Nanotek İNFN 01 markalı, 1 ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən ümumilikdə 140 manat 60 qəpik dəyərində, 37 ədəd Kent Nanotet NEO 04 markalı, 1 ədədinin qiyməti 3 manat 60 qəpik təşkil edən ümumilikdə 183 manat 60 qəpik dəyərində, 51 ədəd Winston XS Style Silver markalı, 1 ədədinin qiyməti 4 manat 10 qəpik təşkil edən ümumilikdə 106 manat 60 qəpik dəyərində, 26 ədəd X16 markalı, 1 ədədinin qiyməti 4 manat 10 qəpik təşkil edən ümumilikdə 90 manat 20 qəpik dəyərində, 22 ədəd X20 markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 92 manat 40 qəpik dəyərində, 42 ədəd X21 markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 55 manat dəyərində, 25 ədəd X30 markalı, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən ümumilikdə 45 manat 60 qəpik dəyərində, 19 ədəd X9 Compact markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 30 manat 80 qəpik dəyərində, 14 ədəd X31 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 86 manat 40 qəpik dəyərində, 32 ədəd X27 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 64 manat 80 qəpik dəyərində, 24 ədəd X17 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 24 manat 30 qəpik dəyərində, 9 ədəd X18 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 10 manat 80 qəpik dəyərində, 4 ədəd X12 markalı, 1 ədədinin qiyməti 2 manat təşkil edən ümumilikdə 42 manat dəyərində, 21 ədəd Bakı Blue Siqaret markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 59 manat 40 qəpik dəyərində, 22 ədəd Winchester KSSS Silver markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 8 manat 10 qəpik dəyərində, 3 ədəd X13 markalı, 1 ədədinin qiyməti 4 manat təşkil edən ümumilikdə 40 manat dəyərində, 10 ədəd Dunhill Golden markalı, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən ümumilikdə 4 manat 80 qəpik dəyərində, 2 ədəd X37 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 64 manat 80 qəpik dəyərində, 24 ədəd Pall X24 markalı, 1 ədədinin qiyməti 2 manat təşkil edən ümumilikdə 46 manat dəyərində, 23 ədəd X38 markalı, 1 ədədinin qiyməti 2 manat təşkil edən ümumilikdə 50 manat dəyərində, 25 ədəd Argo Blue markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 55 manat dəyərində, 25 ədəd X22 markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 26 manat 40 qəpik dəyərində, 12 ədəd X29 markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən ümumilikdə 29 manat 70 qəpik dəyərində, 11 ədəd X23 markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən ümumilikdə 28 manat 60 qəpik dəyərində 13 ədəd X32 markalı, 1 ədədinin qiyməti 4 manat təşkil edən ümumilikdə 156 manat dəyərində, 39 ədəd X10 markalı, 1 ədədinin qiyməti 2 manat 50 qəpik təşkil edən ümumilikdə 35 manat dəyərində, 14 ədəd X36 Gold markalı, 1 ədədinin qiyməti 2 manat 50 qəpik təşkil edən ümumilikdə 40 manat dəyərində, 16 ədəd X36 Silver markalı siqaretləri və içərisində 479 manat pul olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 255 manat 93 qəpik dəyərində seyfi gizli olaraq talayıb cinayət yolu ilə əldə etdikləri gəliri aralarında bölüşdürməklə "xxxx" MMC”-yə ümumilikdə 2624 manat 53 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 onun qohumudur. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs4 ilə birlikdə Mingəçevir rayonundan Bakı şəhərinə gəlmişdir. Bakıya gəldikdən sonra o, Famil və Elgünlə Abşeron rayonu Masazır qəsəbəsində kafedə görüşmüşlər. Həmin yerə dostu Təqsirləndirilən şəxs2 da gəlmişdir. Kafedə olan zaman o, mobil telefonla “Fiko” ləqəbi ilə tanınan tanışı ilə danışmışdır. Pula ehtiyacları olduğu üçün Orxan ilə oğurluq etmək barədə razılaşmışlar. Bundan sonra Fiko ilə mobil telefonda “Whatsapp” proqramı vasitəsi ilə danışmış və Familin avtomobilinə minib Bakı şəhəri Nəsimi rayonu ərazisinə yollanmışlar. Famil və Elgünə oğurluq edəcəkləri barədə məlumat verməmişlər. Yasamal rayonu ərazisində xatırlamadığı yanacaq doldurma məntəqəsindən Fiko adlı tanışını götürmüşlər. Onun Familə 70 manat borcu olmuş və yolda gedərkən Nəsimi rayonu ərazisində dostunun mağazası olduğunu və həmin mağaza bağlandığı üçün gedib oradan siqaret götürəcəklərini demişdir. Həmin vaxt Familin avtomobilini o idarə etmiş və Nəsimi rayonu ərazisində mağazanın yaxınlığında xatırlamadığı küçədə avtomobili saxlamışdır. Həmin əraziyə çatarkən artıq xx.xx.2022-ci il tarixi saat 03:30 radələri olmuşdur. Avtomobildə o, Elgün və Famil gözləmişlər, Orxan və Fiko isə mağazaya daxil olmaq üçün getmişlər. Bir neçə dəqidədən sonra Orxan və Fiko əlində torbalar ilə geri qayıtmışdırlar. Bundan sonra Elgün və Famil "xxxx" mağazasına yaxınlaşmışlar. Mağazanın arxa qapısının yaxınlığında olan dəmir seyfi götürüb avtomobilin baqajına qoymuşlar. Bundan sonra oradan uzaqlaşmışlar. Həmin gün hər kəs öz evinə getmişdir. Yolda olan zaman torbaların içərisindəki siqaretlər olduğunu bilmişdir. Növbəti gün dəmir seyfi hazırda xatırlamadığı yerdə yolun kənarında saxlayıb dəmir ling ilə sındırıb içərisini açmışdır. Seyfin içərisində 400-500 manat arası pul olmuşdur. Bundan sonra həmin gün digər şəxslər ilə görüşmüşlər. O və Famil siqaretləri satmaq üçün getmişlər. Həmin vaxt tanışı Şahid3 ilə qabaqcadan danışaraq ona pul borclu olan şəxsin pulun müqabilində ona müxtəlif markalı siqaretlər verdiyini və həmin siqaretləri satıb pul əldə etmək istəyi ilə əlaqədar danışmışdır. Fərid isə sinif yoldaşının dayısına məxsus kiosk olduğunu və həmin kioska gedərək siqaretləri satmağın mümkin oldğunıı bildirmişdir. Saat 18-19 radələrində Fəridi yaşadığı evdən götürərək Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən kioska getmişlər. Fərid özü sonradan adının Yadigar olduğunu öyrəndiyi şəxs ilə danışıb razılaşmış və siqaretləri nisbətən ucuz qiymətə alacağını bildirmişdir. Bundan sonra "xxxx" mağazasından oğurladığı siqaretlərin hamısını orada ümumilikdə 1245 manata satmışdır. Həmin vaxt 845 manatı Yadigar ona vermişdir. Qalan pulu isə növbəti gün gəlib götürməyi bildirmişdir. Bundan sonra oradan uzaqlaşmışlar. Əldə olunan puldan 530 manatın Orxana, 400 manatın Fiko adlı şəxsə, 70 manatın Familə və 50 manatın Elgünə vermişdir. Familə borcu olduğu üçün borcunu qaytarmış, Elgünə isə xərcləmək üçün vermişdir. Qalan pulu isə özünə götürmüşdür. Həmçinin növbəti gün gedib pulun qalan hissəsini kioskdan götürmüşdür. Daha sonra Elgün, Famil və Orxanın polis əməkdaşları tərəfindən tutulduğunu öyrənmişdir. Əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmiş və hər hansı qiymətli əşya almamışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, valideyini tərəfindən dəymiş zərərin qismən ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində dostu Ələstun ilə oyun zalında görüşmüşlər. Bu vaxt onun yanında tanışları Famil və Elgün də olmuşdur. Həmin şəxsləri birinci dəfə orada görmüşdür. Söhbət zamanı Fiko ləqəbli tanışı ilə mobil telefonda danışmışlar. Pulu olmamış və ehtiyacı olmuşdur. Oğurluq etmək barədə qərarlaşdırmışlar. Lakin oğurluq etmək barədə kimsə əvvəlcədən təşəbbüs irəli sürməmişdir. Oğurluğa getmələri barədə Famil və Elgünə məlumat verməmişlər. Həmin yeri Fiko adlı şəxs demişdir. Bundan sonra Familin avtomobilinə əyləşib Fikonu götürmək üçün getmişlər. Xatırlamadığı ünvanda Fikonu yanacaq doldurma məntəqəsindən götürüb Nəsimi rayonuna getmişlər. Nəsimi rayonu, A.Məhərrəmov küçəsində "xxxx" mağazasının yanına çatdıqda saat artıq 03:30, tarix xx.xx.2022-ci il olmuşdur. Onun və Fikonun əlində ling olmuşdur. Həmin lingi oğurluq edən zaman qapı və pəncərəni sındırmaq üçün istifadə etmək məqsədi ilə götürmüşlər. Famil, Ələstun və Elgün avtomobildə gözləmiş və ətrafı müşahidə etmişlər. Lakin Famil və Elgünün oğurluqdan xəbərləri olmamışdır. Onlar Famil və Elgünə dostlarına məxsus mağazanın bağlandığını və mağazada olan siqaret və digər məhsulları götürəcəklərini bildirmişlər. Bundan sonra o və Fiko mağazaya daxil olmaq üçün getmişlər. Mağazanın arxa qapısını ling ilə sındırıb içəriyə daxil olmuşlar. İçərini axtarmağa başlamışlar. Bu vaxt o içəridən torba tapmışdır. Həmin torbanının içərisinə siqaretləri yığmışdır. Bir neçə ədəd torba ilə bayıra çıxmışdır. Həmin torbaları Familin avtomobilinin baqajına qoymuşdur. Daha sonra Fiko seyf ilə bayıra çıxmışdır. Elgün və Famil həmin seyfi köməkləşib avtomobilin baqajına qoymuşlar. Daha sonra oradan uzaqlaşmışlar. Oğurladığı əşyalar Familin avtomobilində qalmışdır. Hamı isə evinə getmişdir. Səhər açılandan sonra o, Famil, Elgün və Ələstun ilə Abşeron rayonunda oyun zalında görüşmüşlər. Ələstun seyfi sındırdığını, içərisindən 400-500 manat pul çıxdığını demişdir. Daha sonra saat 18-19 radələrində Famil ilə birgə siqaretləri satmaq məqsədi ilə getmişlər. Geri qayıtdıqdan sonra həmin siqaretləri 1245 manata satdıqlarını demişlər. Ələstun ona 330 manat pul vermişdir. Qalan pulları da digərlərinin arasında bölmüşdür. Əldə eldiyi pulu şəxsi ehtiyacına sərt elmişdir. Hər hansı qiymətli əşya almamışdır. Fiko adlı şəxsə bəzən Ələstun “Əli” deyə müraciət etmişdir, lakin onun anket məlumatlarını bilməmişdir. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyandan qismən ödənildiyini nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamla razı olmadığını bildirərək verdiyi ifadəsində göstərdi ki, 29 noyabr 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs4la ona məxsus **-DT-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtomobil ilə Mingəçevir rayonundan Bakı şəhərinə gəlmişdir. Bakıya gəlməkdə məqsədi arendaya götürdüyü şəxsi avtomobili ilə Bolt şirkətində taksi fəaliyyəti ilə məşqul olmaq olmuşdur. Bakı şəhərində həmkəndlisi Təqsirləndirilən şəxs1 yaşayır. O, Təqsirləndirilən şəxs1 zəng vuraraq onunla görüşmək istədiyini və bir gün onlarda qalmaq istədiyini demişdir. Təqsirləndirilən şəxs1 Abşeron rayonu Masazır qəsəbəsində yaşadığı üçün orada görüşmək qərarına gəlmiş və bu məqsədlə Elgünlə birlikdə Masazır qəsəbəsinə getmişlər. Abşeron rayonu Masazır qəsəbəsində adını xatırlamadığı kafedə çay evində görüşmüşlər. Kafedə olarkən ora Ələstunun dostu Orxan adlı şəxs də gəlmişdir, sonuncu ilə ilk dəfə orada tanış olmuşlar. Bir müddət sonra Ələstun evə getmək istədiyini bildirmiş və onlar birlikdə onun avtomobilinə əyləşərək yola düşmüşlər. Avtomobili Ələstun idarə etmiş və o, Yasamal rayonu ərazisində yanacaq doldurma məntəqəsindən dostu “Fiko” ləqəbi ilə çağrılan şəxsi götürmüşdür. Bir müddət getdikdən sonra Ələstun onlara yolüstü dostunun mağazasından siqaret götürəcəklərini demiş və bu məqsədlə Bakı şəhəri Nəsimi rayonu ərazisinə yollanmışlar, orada tanımadığı məhəllədə avtomobili saxlamışdır. Ələstun yaxınlıqdakı mağazanın dostuna məxsus olduğunu, mağazanın artıq bağlandığını və bu səbəbdən orada olan siqaretləri götürəcəklərini demişdir. O, Elgün və Ələstun maşında gözləmiş, Orxan və Fiko isə mağazaya getmişlər. Mağazaya gedən zaman Orxan və Fikonun əlində hər hansı bir alət olduğunu görməmişdir. Biraz keçdikdən sonra onlar əllərində torba ilə geri qayıtmışlar. Sonradan Ələstun onlara Orxan və Fikonun mağazadan oğurluq etdiklərini demiş, o isə Ələstuna sərt reaksiya vermişdir. Oğurluğun olduğunu bildikdən sonra onda psixoloji problemlər olmuş, lakin oğurluqla bağlı heç kimə bir söz deməmişdir. Mingəçevirə getməmişdən əvvəl o Ələstuna 70 manat borc pul vermiş, oğurluq hadisəsi baş verdikdən sonra Ələstun həmin pulu ona qaytarmışdır. Həmin pulun oğurluqdan əldə olunması barədə məlumatı olmamışdır. Ələstunun və yaxud Orxanın Elgünə pul verməsinin şahidi olmamışdır. İfadəsinin sonunda məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs4 ona qarşı irəli sürülmüş ittihamla razı olmadığını bildirərək verdiyi ifadəsində göstərdi ki, 29 noyabr 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs3 ilə ona məxsus **-DT-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtomobil ilə birlikdə Mingəçevirdən Bakı şəhərinə gəlmişlər. Bakı şəhərində Familin qohumu Təqsirləndirilən şəxs1 yaşayır. Təqsirləndirilən şəxs1 ilə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən adını xatırlamadığı çay evində görüşmüşlər. Söhbət zamanı ora Ələstunun Orxan adlı dostu da gəlmişdir. Kafedə biraz söhbət etdikdən sonra Familin avtomobilinə minib Bakı şəhərinə gəlmişlər. Familin avtomobilini həmin vaxt Ələstun idarə etmişdir. Ələstun yanacaq doldurma məntəqəsindən dostu “Fiko” ləqəbi ilə çağrılan şəxsi götürmüşdür. Bir müddət getdikdən sonra Ələstun onlara yolüstü dostunun mağazasından siqaret götürəcəklərini demiş və bu məqəsədlə Bakı şəhəri Nəsimi rayonu ərazisində məhəllədə avtomobili saxlamışdır. Həmin mağazanın dostuna məxsus olduğunu, mağazanın artıq bağlandığını və bu səbəbdən orada olan siqaretləri götürəcəklərini demişdir. O, Famil və Ələstun maşında gözləmiş, Orxan və Fiko isə mağazaya getmişlər. Biraz keçdikdən sonra onlar əllərində torba ilə geri qayıtmışlar. Torbaların içərisində siqaretlər olmuşdur. Sonradan Ələstun onlara Orxan və Fikonun mağazadan oğurluq etdiklərini demişdir. Oğurluq hadisəsini bildikdən sonra narahat olmuş, lakin heç kimə bir söz deməmişdir. Oğurluq barədə onun qabaqcadan məlumatı olmamışdır. Oğurluqdan əldə olunmuş puldan ona heç nə verilməmişdir. Ələstunun Familə 70 manat borcu olduğu üçün sonuncuya borcunu qaytardığının şahidi olmuşdur. Onun isə pulu az olduğu üçün, şəxsi ehtiyaclarını qarşılamaq məqsədilə Ələstundan pul istəmiş, sonuncu da ona 50 manat pul vermişdir. Ələstun ona pulu oğurluq hadisəsindən sonra vermişdir, lakin həmin pulun Ələstunun özünə məxsus olduğunu bilmişdir. İfadəsinin sonunda məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov 33B ünvanında "xxxx" MMC-yə məxsus filial yerləşir. Şahid2 həmin filialın mağaza müdiri işləyir. xx.xx.2022-ci il tarixdə saat 03-04 radələrində həmin mağazada oğurluq hadisəsi baş vermişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxslər mağazanın qapısını sındıraraq içəriyə daxil olub oradan müxtəlif adda siqaretlər və içərisində 479 manat olan pulu seyf ilə birlikdə oğurlamışlar. Bundan başqa, həmin şəxslər mağazaya daxil olan zaman mağazanın içərisində olan sənəd dolabının sındırılması nəticəsində 201.54 manat və siqaret vitrininin sındırılıması nəticəsində 33 manat mağazaya əlavə olaraq maddi ziyan dəymişdir. Mağazadan oğurlanmış seyfin ümumi dəyəri 256 manat olmuşdur. Oğurluq hadisəsi ilə bağlı nümayəndəsi olduğu hüquqi şəxsə ümumilikdə 2624 manat 53 qəpik ziyan dəymişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 atası X7 tərəfindən 1000 (bir min) manat, digər Təqsirləndirilən şəxs4 atası X2 tərəfindən 500 (beş yüz) manat ödənilmişdir. Bununla bağlı, "xxxx" MMC-nin təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 qarşı heç bir şikayəti yoxdur, onlarla barışıq əldə olunmuşdur. Digər təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı şikayətçidirlər. Təqsirləndirlən şəxslərə təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. ünvan 11 ünvanında yerləşən "xxxx" MMC-nin filial müdürü vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində işə gələn zaman mağazaya daxil olmuşdur. Bu vaxt mağazanın arxa qapısının açıq olduğunu görmüşdür. Mağazanın dağınıq olmasından mağazadan oğurluq olmasını başa düşmüşdür. Oğurluq edən şəxslər mağazadan pul seyfi, içərisində 479 manat pul və təxminən 1894 manat məbləğində müxtəlif markalı siqaretləri oğurlamışlar. Həmçinin, dolablara zədə dəymişdir. Bundan sonra DİN-nin 102 Zəng Xidməti Mərkəzinə məlumat vermişdir. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nəsimi rayonu prokurorunun 04 dekabr 2022-ci il tarixli qərarı ilə müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs4 Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (cild 1, i/v 63-64, 198-199). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nəsimi rayonu prokurorunun 04 dekabr 2022-ci il tarixli qərarı ilə müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs3 Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (cild 1, i/v 89-90, 196-197). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-623/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 dekabr 2022-ci il tarixdən 02 mart 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 129-130, 232-236). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-622/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 34-35, 192- 195). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, i/v 239). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, i/v 240). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Nizami rayon məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, i/v 241-242, cild 2, i/v 2-19). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Xəzər rayon məhkəməsinin 28 aprel 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 66.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, i/v 243-244, cild 2, i/v 20-27). İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi barədə 04 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 200). İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi barədə 04 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 204). İş materiallarına əlavə olunmuş sübutların qiymətləndirilməsi barədə 20 fevral 2023cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov 33B ünvanında yerləşən "xxxx" mağazasında yerləşən video kameralar tərəfindən qeydə alınmış video görüntüləri özündə əks elətdirən 1 ədəd CD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 2, i/v 40-49). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 9/924 saylı rəyindən görünür ki, ekspertiza qərarda göstərilmiş siqaretlərin 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1889.6 manat müəyyən edilir. Qərarda göstərilən pul seyfi haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin siqaretlərin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində aşağıdakı kimi göstərilmişdir: 16 ədəd Kent HD 8 Futura markalı, 60,8 manat dəyərində, 14 ədəd Winston XS Silver markalı, 50,4 manat dəyərində, 30 ədəd LD X33 markalı, 96 manat dəyərində, 11 ədəd West Silver markalı, 27,5 manat dəyərində, 10 ədəd Kent Nanotek İNFN 01 markalı, 38 manat dəyərində, 37 ədəd Kent Nanolel NEO 04 markalı, 140,6 manat dəyərində, 51 ədəd Winston XS Style Silver markalı, 183.6 manat dəyərində. 26 ədəd X16 markalı, 106,6 manat dəyərində, 22 ədəd X20 markalı, 90,2 manat dəyərində, 42 ədəd X21 markalı, 92,4 manat dəyərində, 25 ədəd X34 markalı, 55 manat dəyərində, 19 ədəd X9 Compact markalı, 45,6 manat dəyərində, 14 ədəd X31 markalı, 30,8 manat dəyərində, 32 ədəd X27 markalı, 86,4 manat dəyərində, 24 ədəd X17 markalı, 64,8 manat dəyərində, 9 ədəd X18 markalı, 24.3 manat dəyərində, 4 ədəd X12 markalı, 10,8 manat dəyərində, 21 ədəd Bakı Blue Siqaret markalı, 42 manat dəyərində, 22 ədəd Winchester KSSS Silver markalı, 59,4 manat dəyərində, 3 ədəd X13 markalı, 8,1 manat dəyərində, 10 ədəd Dunhill Golden markalı, 40 manat dəyərində, 2 ədəd X37 markalı, 4.8 manat dəyərində, 24 ədəd Paİİ X24 markalı, 64,8 manat dəyərində, 23 ədəd X38 markalı, 46 manat dəyərində, 25 ədəd Argo Blue markalı, 50 manat dəyərində, 25 ədəd X22 markalı, 55 manat dəyərində, 12 ədəd X29 markalı, 26.4 manat dəyərində, 11 ədəd X23 markalı, 29.7 manat dəyərində, 13 ədəd X32 markalı, 18.6 manat dəyərində, 39 ədəd X10 markalı, 156 manat dəyərində 14 ədəd X36 Gold markalı, 35 manat dəyərində, 16 ədəd X36 Silver markalı, 40 manat dəyərində. (cild 2, i/v 36-39). İş materiallarına əlavə olunmuş oğurluq hadisəsinin baş verdiyi Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 33B ünvanına baxış keçirilmiş, bununla bağlı protokol tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i/v 5). İş materiallarına əlavə olunmuş "xxxx" mağazasının içərisində quraşdırılmış video nəzarət kamerasında qeydə alınmış görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 03:31-də içəriyə daxil olmuş üz nahiyyələri görünməyən 2 nəfər (biri ağız nahiyəsində işıq fənərini tutmuş, saqqallı, gödəkçə, cins şalvar, qara rəngli ayaqqabı və başında papağı olan, digəri isə sağ əlində fənər tutmuş, papaqlı gödəkçə, cins şalvar və qara ayqqabı geyinmiş) şəxs otağın içərisində kassanın arxasında və dolabların içərisində axtarış aparırlar. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, görüntüdə əks olunan şəxlərdən biri özü, digəri isə “Fiko” adlı şəxsdir (cild 1, i/v 8). Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, 2022-ci il dekabr ayında "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 33B ünvanında yerləşən 3190 saylı mağazanın qapısı naməlum şəxslər tərəfindən sındırılaraq müxtəlif növ mallar və seyfdən 255 manat 93 qəpik oğurlanaraq ümumi 2624 manat 53 qəpik ziyan dəymişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 atası X7 tərəfindən 1000 (bir min) manat ödənilmişdir. Bununla bağlı "xxxx" MMC-nin Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti yoxdur, onunla barışıq əldə olunmuşdur. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, 2022-ci il dekabr ayında "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 33B ünvanında yerləşən 3190 saylı mağazanın qapısı naməlum şəxslər tərəfindən sındırılaraq müxtəlif növ mallar və seyfdən 255 manat 93 qəpik oğurlanaraq ümumi 2624 manat 53 qəpik ziyan dəymişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs4 atası X2 tərəfindən 500 (beş yüz) manat ödənilmişdir. Bununla bağlı "xxxx" MMC-nin Təqsirləndirilən şəxs4 qarşı heç bir şikayəti yoxdur, onunla barışıq əldə olunmuşdur. Məhkəmənin şifahi sorğusu nəticəsində əldə olunmuş Sumqayıt şəhər məhkəməsinin 7(006)-233/2022 saylı, 23 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər rayon məhkəməsinin 28 aprel 2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş və çəkilməmiş 01 (bir) il 01 (bir) ay 06 (altı) gün azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri özlərinin ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadəsi, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən onlara ittiham olunan əməlin törətməməsinə dair məhkəmə istintaqındakı ifadəsinə məhkəmə tənqidi yanaşmaqla hesab edir ki, ibtidai istintaq dövründən fərqli olaraq hazırda belə ifadə verməklə onlar, məsuliyyətdən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdikləri ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqsirləndirildikləri cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxslərin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onların məhz ibtidai istintaq zamanı verdiyi ifadələri mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar törətdikləri cinayətlərə görə cəzalanmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməklə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməklə peşman olmasını, valideyni tərəfindən zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın qismən ödənilməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs4 törətdiyi əməli etiraf etməklə peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, valideyni tərəfindən zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın qismən ödənilməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf etməklə peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəyə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan CM yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Təqsirləndirilən şəxs2 qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 xx.xx.2022-ci il tarixdən saat 00:50-dən 04 dekabr 2022-ci il saat 17:30-dək tutulduğu 2 (iki) gün bir günə bir gün hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən saat 01:50-dən 04 dekabr 2022-ci il saat 20:30-dək tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunduğu müddət ərzində qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin qərarla çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 06 (altı) gün cəza müddəti hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona qəti olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 oğluna və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhər ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Mingəçevir şəhər İcra və probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs4 yaşadığı Mingəçevir şəhəri, H.Əliyev 62/35 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhər ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Mingəçevir şəhər İcra və probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə ekspertiza xərci 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6, Müdafiəçi, X11 və X1 vəkil işlədikləri Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-152/2023 saylı, 14 mart 2023-cü il tarixli qərara əsasən 15 mart 2023-cü il tarixdən təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkilləri X6, Müdafiəçi, X11 və X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı dövründə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6, Müdafiəçi, X11 və X1 vəkil işlədikləri Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 240 (iki yüz qırx) manat olmaqla ümumilikdə 960 (doqquz yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli 02 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli hökmü ilə təyin olunmuş və Sumqayıt şəhəri Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 01 il 01 ay 06 gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli hökmü ilə təyin olunmuş və Sumqayıt şəhəri Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edildiyi azadlıqdan məhrumetmə cəzasının 01 il 01 ay 06 gün hissəsi ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq hökmlərin məcmusu üzrə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli 03 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhər ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Mingəçevir şəhər İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 yaşadığı Mingəçevir şəhəri, H.Əliyev 62/35 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhər ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs4 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Mingəçevir şəhər İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6, Müdafiəçi, X11 və X1 vəkil işlədikləri Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrıayrılıqda 240 manat olmaqla, ümumilkdə 960 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar