Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-152/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs5 Müdafiəçi: «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 08-də qeydiyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023cü il tarixdə, saat 04:30 radələrində ünvan 1 ünvanda yerləşən Azərbaycan Silahlı Qüvvələrin Mərkəzi Hərbi Klinik Hospitalının qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs3 idarə etdiyi “Kia Rio” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq şüşəsinin açıq olmasından və Zərərçəkmiş şəxs3 sükan arxasında yatmasından istifadə edib sonuncunun qarnı üzərinə qoyduğu, hər biri 10 manat dəyərində olan 055 ***-**-** və 050 ***-**-** saylı GSM nömrələr ilə istifadə olunan 250 manat dəyərində “X6 11” markalı, “2201117TG” modelli mobil telefon apatını götürərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 270 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, eyni məqsədlə: • xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 15 saylı binanın 56 saylı mənzilinin təmiri ilə bağlı həmin ünvanda olarkən sonuncunun mətbəxə keçməsindən istifadə edib stolun üzərində olan, Zərərçəkmiş şəxs4 məxsus, 20 manat dəyərində 050 ***-**-** saylı GSM nömrə ilə istifadə olunan 130 manat dəyərində “Samsung Galaxy A30” markalı, “SM-A305F/DS” modelli mobil telefon aparatını götürərərk zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 150 manat; • xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində ünvan 1 ünvanda yerləşən Azərbaycan Silahlı Qüvvələrin Mərkəzi Hərbi Klinik Hospitalının qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia Rio” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq şüşələrinin açıq olmasından və Zərərçəkmiş şəxs1 sükan arxasında yatmasından istifadə edib sol qabaq oturacağın yan hissəsindən 10 manat dəyərində 051 ***-**-** saylı GSM nömrə ilə istifadə olunan 200 manat dəyərində “X6 10” markalı, “M2101K7AG” modelli mobil telefon aparatını götürərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 210 manat; • xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində ünvan 1 ünvanda yerləşən Azərbaycan Silahlı Qüvvələrin Mərkəzi Hərbi Klinik Hospitalının qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq şüşələrinin açıq olmasından və Zərərçəkmiş şəxs2 avtomobildə yatmasından istifadə edib qabaq sərnişin oturacağının qarşısındakı açıq daxıldan hər biri 05 manat dəyərində 050 ***-**-** və 050 ***-**-** saylı GSM nömrələrlə istifadə olunan 250 manat dəyərində “İNFİNİX Note 30” markalı, “X6833B” modelli mobil telefon aparatını, içərisində 28 manat pul, hər biri 10 manat olmaqla ümumilikdə 30 manat dəyərində “Azərbaycan Beynəlxalq Bank”, “Kapital Bank” və "xxxx" KB ASC-lərə aid plastik kartlar olan olan 06 manat dəyərində pul kisəsini götürərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 324 manat; • xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs5 idarə etdiyi “Mercedes-Benz 320 CDİ” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq qapılarını bağlamadan həmin yerdə yerləşən mağazaya daxil olmasından istifadə edib avtomobilin qapısını açıb sürətlər qutusunun yanına qoyulmuş, 20 manat dəyərində 050 ***-**-** saylı GSM nömrə ilə istifadə olunan 600 manat dəyərində “Samsung Galaxy A52” markalı mobil telefon aparatını götürərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 620 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Həmçinin əlavə, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2,471 qram çəkidə narkotik vasitə asetilə edilmiş tiryəki əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 12:40-da ünvan 4 ünvanın qarşısında olarkən özünü şübhəli apardığından polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki gödəkcənin cibindən bir bükümdə kustar üsulla hazırlanmış həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, təxminən saat 04:30 radələrində ünvan 1 ünvanda yerləşən Azərbaycan Silahlı Qüvvələrin Mərkəzi Hərbi Klinik Hospitalının qarşısında olarkən avtomobil yolunun kənarında “Kia Rio” markalı avtomobilin dayandığını, sürücünün sükan arxasında yatdığını və qarnının üzərində mobil telefonun qoyulduğunu, sol tərəf qabaq şüşənin yarım açıq vəziyyətdə olduğunu görmüşdür. Bu telefonu sakitcə götürərək oradan uzaqlaşmışdır. Telefonun üzərində olan iki ədəd nömrəni çıxardıb tullamış, telefonu da həmin günü 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən telefon mağazasına satmışdır. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində 3-cü mikrorayon dairəsi yaxınlığında fəhlələrin dayandığı yerdə olarkən bir nəfər adının sonradan Rakiv olduğunu bildiyi şəxs ora yaxınlaşıb evində xırda təmir işinin aparılması ilə əlaqədar usta axtardığını söyləmiş, o da ona ev təmiri ustası olduğunu demişdir. Sonra o, Rakivlə onun yaşadığı mənzilə getmişdir. Evdə Rakivin öz mobil telefonunu otaqda stolun üzərinə qoyduğunu görüb onu oğurlamaq qərarına gəlmiş, buna görə də Rakivə içərinin isti olduğunu deyib ondan pəncərələrin açmasını istəmişdir. Rakiv mətbəxin pəncərəsini açmaq üçün gedəndə o, sakitcə “Samsung A30” markalı həmin telefonu götürüb evi tərk edib getmişdir. Lakin bu mobil telefonu heç kimə satmamış, polis tərəfindən saxlanılarkən onu təqdim etmişdir. Bundan əlavə o, xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində ünvan 1 ünvanda yerləşən Azərbaycan Silahlı Qüvvələrin Mərkəzi Hərbi Klinik Hospitalının qarşısında olarkən avtomobil yolunun kənarında “Kia Rio” markalı avtomobilin dayandığını, sürücünün sükan arxasında yatdığını, qabaq sol və sağ tərəf şüşələrin açıq vəziyyətdə olduğunu, sürücünün əyləşdiyi oturacağın yan hissəsində mobil telefonun olduğunu görüb həmin telefonu götürüb oradan uzaqlaşmışdır. Daha sonra günorta vaxtı Məhəmməd adlı tanıdığı şəxslə rastlaşmış və 30 manat pula bu telefonu ona satmışdır. Habelə, o, xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində ünvan 5 ünvanda yerləşən Azərbaycan Silahlı Qüvvələrin Mərkəzi Hərbi Klinik Hospitalın qarşı tərəfində yolun sağında “Mercedes-Benz Sprinter” markalı avtomobilin dayandığını, avtomobilin qabaq şüşələrininin açıq olduğunu, sürücünün isə qabaq sağ otaracaqda əyləşib yatdığını görmüşdür. Avtomobilin içərisinə boylanıb baxanda görmüşdür ki, açıq olan saxlanc yerində mobil telefon və pul kisəsi var. Dərhal əlini avtomobilin salonuna tərəf aparıb onları götürüb oradan uzaqlaşmışdır. Mobil telefonun üzərində olan iki ədəd nömrəni çıxardıb atmış və onu 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən telefon mağazasına 100 manata satmışdır. Pul kisəsinin içərisində olan 28 manat pulu da götürüb kisəni tullamışdır. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə, saat 21:20 radələrində ünvan 2 ünvanın qarşısında olarkən bir nəfərin “Mercedes-Benz” markalı avtomobili saxlayıb düşərək qapını bağlamadan mağazaya daxil olduğunu görmüşdür. Həmin avtomobilə yaxınlaşıb salonuna baxarkən sürətlər qutusunun dəstəyinin yanında mobil telefon olduğunu görüb dərhal qapını açıb onu oğurlayıb oradan uzaqlaşmışdır. Bu telefonu etrəsi günü Azadlıq prospekti, 191 saylı ünvanda yerləşən “Ağçiçəyim” gül mazasının yanındakı telefon təmiri yerində usta işləyən Vazeh adlı şəxsə 210 manata satmışdır. Eyni zamanda onu da qeyd edir ki, xx.xx.2023-cü il tarixdə, səhər saatlarında “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata bir bükümdə heroin adı ilə narkotik almış, lakin onu istifadə etməmişdir. Saat 12:40 radalərində yaşadığı evin qarşısında olarkən iki nəfər mülki geyimdə olan şəxsləri görüb onların polis əməkdaşı olduğunu düşünüb onlardan yayınmaq istəsə də, onlar tərəfindən saxlanılaraq 20-ci polis şöbəsinə gətirilmişdir. Orada o, üzərində olan həmin bükümü təqdim etmiş, daha sonra həmin narkotik vasitənin tiryək olması ona məlum olmuşdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur və xx.xx.2023-cü il tarixdə, təxminən saat 11:00 radələrində ünvan 6 ünvanda yerləşən Hərbi Klinik Hospitalın qarşısında idarə etdiyi “Kia Rio” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomibilini saxlayıb müştəri gözləmişdir. Lakin həmin vaxt yorğun olduğundan avtomobildə yatmış, eyni zamanda yan şüşələri açaraq 10 manat dəyərində 051 ***-**-** saylı GSM nömrə ilə istifaə olunan “X6 10” markalı mobil telefonunu sol tərəf qabaq oturacağın yan hissəsinə qoymuşdur. Təxminən saat 11:30 radələrində yuxudan oyandıqda telefonun oğurlandığını aşkar etmişdir. Hazırda telefonu ona qaytarılmış, buna görə də onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, ona Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 15 nömrəli evin 56 nömrəli mənzilinə istilik radiatoru quraşdırmaq üçün usta lazım olmuş, buna görə də xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinə fəhlələrin olduğu yerə getmişdir. Orada Ceyhun adlı şəxs özünü ev təmiri ustası kimi təqdim etmiş və radiatoru quraşdıra biləcəyini demişdir. O da onunla birlikdə öz mənzilinə gəlmişdir. Mənzilə daxil olduqdan sonra özünə məxsus “Samsung Galaxy A30” markalı mobil telefonunu otaqda stolun üzərinə qoymuşdur. Ceyhun otağın isti olduğunu deyib özünün qonaq otağının pəncərəsini açacağını, onun da mətbəxə keçib pəncərəni açmağını xahiş etmişdir. O da pəncərəni açmaq üçün mətbəxə keçib sonra geri qayıdanda görmüşdür ki, Ceyhun telefonu götürüb gedib. Telefonun üzərində 20 manata aldığı 050 ***-**-** saylı mobil nömrə olmuşdur. Telefonu qaytarıldığı üçün təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, təxminən saat 11:00 radələrində ünvan 5 ünvanda yerləşən Hərbi Klinik Hospitalın qarşı tərəfində həmin küçənin Ə.Salamzadə istiqamətinə gedən hissəsinin sağ tərəfində idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlayıb yorğun olduğundan yay şüşələri açıq qoyaraq ön oturacaqda yatmışdır. Bundan başqa, avtomobilin “şit” hissəsində olan saxlanc yerinin qapağını açıb “İnfinix Note 30” markalı mobil telefonunu və içərisində özünə məxsus sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” və "xxxx" KB ASC-lərə aid 03 ədəd bank kartı və 28 manat nağd pul olan 06 manat dəyərində qara rəngli pul kisəsini ora qoyub bağlamışdır. Təxminən saat 12 radələrində yuxudan ayılanda müəyyən etmişdir ki, həmin əşyalar oğurlanıb. “İnfinix Note 30” markalı mobil telefonun üzərində hər birinin dəyəri 05 manat olan 050 ***-**-** və 050 ***-**-** saylı GSM nömrələr olmuşdur. Oğurlanmış bank kartlarının hər birinin dəyəri 10 manatdır. İbtidai istintaq zamanı mobil telefon ona geri qaytarıldığı üçün təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 22 radələrində ünvan 2 ünvanın qarşısında idarə etdiyi “Mercedes-Benz S320 CDİ” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb qapısını kilidləmədən mağazaya daxil olmuş, bu zaman 20 manat dəyərində 050 ***-**-** saylı GSM nömrə ilə istifadə olunan **********55614 saylı İMEİ kodlu “Samsung A52” markalı mobil telefonunu avtomobilin salonunda, sürətlər qutusunun dəstəyinin yanında qoymuşdur. Bir neçə dəqiqədən sonra mağazadan çıxıb avtomobilə əyləşəndə telefonunun oğurlandığını aşkar etmişdir. Bu telefonu hadisə baş verən tarixdən 01 il əvvəl 800 manat almış, lakin oğurlanarkən dəyəri 600 manat olmuşdur. Ona dəymiş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəməyə çağırılmasına və onun məcburi gətirilməsi barədə qərar qəbul edilməsinə baxmayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəmədə iştirakı təmin edilməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Zərərçəkmiş şəxs3 həmin ifadəsinə əsasən o, “Kia Rio” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə, təxminən saat 04:00 radələrində “Bolt” taksi şirkəti proqramında gedişini yekunlaşdırıb müştərini düşürdükdən sonra ünvan 1 ünvanda yerləşən Azərbaycan Silahlı Qüvvələrin Mərkəzi Hərbi Klinik Hospitalının qarşısında avtomobili saxlayıb yeni müştərinin gəlməsini gözləmişdir. Lakin yorğun olduğu üçün avtomobildə yatmışdır. Yatarkən avtomobilin qabaq sağ tərəf şüşəsi açıq vəziyyətdə olmuş və mobil telefonunu da qarın nahiyəsinin üzərinə qoymuşdur. Saat 05:30 radələrində yuxudan oyandıqda özünə məxsus “X6 11” markalı telefonunun oğurlandığını aşkar etmişdir. **********17947 və **********17954 İMEİ kodlu, 128 GB daxili yaddaşlı “X6 11” markalı mobil telefonun üzərində hər birinin dəyəri 10 manat olan 055 ***-**-** və 050 ***- **-** saylı mobil nömrələri olmuşdur. xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasına gedəcək, ona görə də məhkəmə-əmtəəşünaslıq ekspertizasında mobil telefonuna veriləcək dəyər ilə indidən razı olduğunu bildirir (İİ cild, i.v.43-44). Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin polis sahə rəisi Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 12:40 radələrində şöbənin əməliyyat müvəkkili Şahid6 ilə birlikdə ünvan 7 ünvanın qarşısında xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını və onlardan uzaqlaşmaq istədiyini, lakin müvazinətini saxlaya bilməyərək büdrədiyini görüb ona yaxınlaşaraq onun kimliyini soruşmuşlar. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra onu şöbəyə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən o. əynində olan gödəkcəsinin cibindən bir ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı o, bu maddənin heroin olduğunu, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını bildirmişdir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid6 Şahid5 ifadəsinə uyğun izahat verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: • 13 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5985 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən ...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,471 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryəkdir. Tədqiqatdan sonra asetilə edilən tiryəkin qalıq çəkisi 2,371 qram, aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir (İ cild, i.v.52-55); • 04 noyabr 2023-cü il tarixli, 9/7577 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilən 04 adda mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən olunur: 01 ədəd istifadədə olmuş, “X6 11” markalı, “2201117TG” model, **********17947 və **********17954 İMEİ kodlu, 128GB yaddaş tutumlu mobil telefon 250 manat, 01 ədəd istifadədə olmuş, “İNFİNİX Note 30” markalı, “X6833B” model, Çin istehsalı, **********51904 və **********51912 İMEİ kodlu, 256GB yaddaş tutumlu mobil telefon 250 manat, 01 ədəd istifadədə olmuş, “X6 10” markalı, “M2101K7AG” model, 128GB yaddaş tutumlu mobil telefon 200 manat, 01 ədəd istifadədə olmuş, “Samsung Galaxy A30” markalı, “SM- A305F/DS” model, **********04387 və **********04385 İMEİ kodlu, 64GB yaddaş tutumlu mobil telefon 130 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İİ cild, i.v.78-80); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 haqqında 18 dekabr 2023-cü il tarixli, 8271 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, i.v.108-109); • “Baxış və götürmə barədə”: • 30 sentyabr 2023-cü il tarixli protokolda qeyd olunur ki, Şahid4 tərəfindən təqdim edilmiş 01 ədəd “İNFİNİX Note 30” markalı mobil telefon **********51904 və **********51912 İMEİ kodludur, 256GB yaddaş tutumludur, sensorludur, plastmas-metal gövdəlidir, arxa hissəsi gümüşü rənglidir, işlək vəziyyətdədir. Həmçinin 01 ədəd sənəd Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətidir, üzərində “telefonun markası, imei kodu, özümə məxsus inpiniks markalı telefonu satdım, cavabdehəm sözləri və xx.xx.2023-cü il tarixiqeyd edilib (İ cild, i.v.189-192); • 02 oktyabr 2023-cü il tarixli protokolda qeyd olunur ki, Şahid2 təqdim etdiyi “X6 11” markalı mobil telefon işlək vəziyyətdədir, üzərində hər hansı zədə yoxdur. Həmin mobil telefon **********17947 və **********17954 İMEİ kodludur, 128GB yaddaş tutumludur, sensorludur. Həmçinin 01 ədəd sənəd Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətidir, üzərində “telefonun markası, imei kodu, mənə məxsus olan “Redmi Not 11” markalı telefonu 130 manata satdım, imza” qeyd edilib (İİ cild, i.v.31-34); • “Təqdim olunmuş əşyaya baxış keçirilməsi barədə” 30 sentyabr 2023-cü il tarixli protokollarda qeyd olunur ki: • Şahid3 təqdim etdiyi “X6 10” markalı mobil telefona baxış zamanı İMEİ kodu **********19540 və **********19557 olan həmin telefonun Zərərçəkmiş şəxs1 Bəhrəm oğluna məxsus olduğu müəyyən edilmişdir (İ cild, i.v.217-219); • Təqsirləndirilən şəxs təqdim etdiyi telefona baxış zamanı müəyyən olunmuşdur ki, telefon “Samsung Galaxy A30” markalı, **********04387 və **********04385 İMEİ kodlu mobil telefondur (İ cild, i.v.226-229). • “Maddi sübutun tanınması haqqında”: • 03.10.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs oğurladığı “X6 11” markalı, “Samsung Galaxy A30” markalı, “X6 10” markalı və “İNFİNİX Note 30” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq saxlanılması üçün müvafiq olaraq sahibləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılmışdır (İİ cild, i.v.46); • 01.12.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalan 2,371 qram narkotik vasitə asetilə edilmiş tiryək sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir (İİ cild, i.v.88). • “Şübhəli şəxsin tutulması haqqında” 30 sentyabr 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü saxlanılmış, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixdə imtina edilmişdir(İ cild, i.v.167, İİ cild, i.v.19-23); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 4(006)- 548/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 noyabr 2023-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.109-112); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışı və hökmdən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə soyğunçuluğa görə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İİ cild, i.v.65, 71-74). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan asetilə edilən tiryəkin şəxsi istehlak üçün yuxarı miqdarı 0,5 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.12-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət hazırkı hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 12 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatlarının dəyəri 160 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 2,371 qram narkotik vasitə olan asetilə edilən tiryək Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, “X6 11” markalı telefon sahibi Zərərçəkmiş şəxs3, “Samsung Galaxy A30” markalı telefon sahibi Zərərçəkmiş şəxs4, “X6 10” markalı telefon sahibi Zərərçəkmiş şəxs1 və “İNFİNİX Note 30” markalı mobil telefon sahibi Zərərçəkmiş şəxs2 istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 12 noyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatlarının dəyəri 160 (yüz altmış) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 2,371 qram narkotik vasitə olan asetilə edilən tiryək məhv edilsin, “X6 11” markalı telefon sahibi Zərərçəkmiş şəxs3, “Samsung Galaxy A30” markalı telefon sahibi Zərərçəkmiş şəxs4, “X6 10” markalı telefon sahibi Zərərçəkmiş şəxs1 və “İNFİNİX Note 30” markalı mobil telefon sahibi Zərərçəkmiş şəxs2 istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-152/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-152/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver